Azərbaycan respublikasi məDƏNİYYƏt və turiZM



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
tarix01.07.2018
ölçüsü0,69 Mb.
#52580


 

      AZƏRBAYCAN  RESPUBLİKASI MƏDƏNİYYƏT VƏ TURİZM 

 

 

 

 

 

NAZİRLİYİ 

 

F.KÖÇƏRLİ ADINA RESPUBLİKA UŞAQ KİTABXANASI 

 ELMİ-METODİKA ŞÖBƏSİ 

 

 

 



 

 

 



 

 

Xalq artisti Rəşid Behbudovun anadan 

olmasının 95 illik yubileyi münasibətilə 

 

 

 

 

           

 

 

 

 

 

                 Dünya, mənə nəyin qaldı 

 

    (metodik vəsait) 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

                                                B A K I- 2010 

 


I. Həyat və yaradıcılığı 

 

 



 

 

 



 

 

Tələsin, insanlar, şadlıq görməyə, 

 

 

 

 

 

 

Qəm-qüssə görməyə gecikin bir az. 

 

 

 

 

 

 

Tələsin, insanlar, deyib-gülməyə, 

 

 

 

 

 

 

Göz yaşı tökməkdən  bezikin bir az... 

 

Azərbaycan mədəniyyətini və incəsənətini dünya arenasına çıxarmaqda 

misilsiz xidmətləri olan, milli musiqimizin gücü və Tanrının bəxş etdiyi ecazkar 

səsinin sehri ilə milyonların, milyardların qəlbini ovsunlayan bənzərsiz sənətkar 

Rəşid Behbudovun bu il 95 illik yubileyi qeyd olunur. Unudulmaz sənətkarın 

cismani yoxluğundan bizi 21 illik zaman kəsiyi ayırsa da, planetin, demək olar ki, 

bütün guşələrinə səpələnmiş, sayı-hesabı bilinməyən rəşidsevərləri həmin ilahi səs, 

təkrarsız avaz bir an da olsun tərk etmir, yalqız qoymur. Sənətin, sənətkarın 

böyüklüyü, əlçatmazlığı da bundadır. 

14 dekabr 1915-ci ildə Məcid kişinin evində bir körpə dünyaya gəldi. Adını 

Rəşid qoydular. “Xoş taleyini Tanrı yazsın” dedilər. O zaman bir kimsənin ağlına 

da gəlməzdi ki, qədim Tiflisin köhnə  məhəlləsində  əslində Azərbaycanın sənət 

korifeyi doğuldu. Bunu qarşıdan gələn illər təsdiqləməli idi. O, qaraqaş, gözəl 

oğlan uşağı gələcəkdə milyonlarla insanı öz səsinin sehrinə salan Rəşid Behbudov 

idi. Rəşid Behbudovun gözəl və məlahətli səsi var idi. Gözəl səs Allah vergisidir. 

Xoşbəxtlikdən Rəşid Tanrının bu bəxşişinə layiq görülmüşdü. Amma İlahidən 

gələn bu varidatı  Rəşid Behbudov məhz öz zəhməti, düşüncəsi,  ən başlıcası, 

məsuliyyəti ilə daha da ustalıqla qorudu, onu eşidənlərə yüksək zövqlə, 

mədəniyyət və cazibədarlıqla təqdim etdi. Bəlkə  də elə bu qabiliyyəti, məharəti, 

böyüklüyü, Rəşidə  bənzərsizlik və  əbədiyaşarlıq bağışladı. Bu gün Rəşidin yeri 

görünür… 

Rəşid Behbudov ifaçılıq fəaliyyətinə başlayanda cəmi 15 yaşı vardı. Sözün 

əsl mənasında, qeyri-adi, gözəl və zəngin çalarlı səsə malik olan Rəşid Behbudov 

nəinki Azərbaycana, eləcə  də keçmiş sovet məkanına məxsus ifaçılıq məktəbinin 

çox görkəmli nümayəndələrindən biri olmuşdur. Rəşid Behbudovdan sonra ikinci 

elə bir sənətkarımız yoxdur ki, dünyada 50-dən artıq xalqın mahnısını  həmin 

xalqın dilində ifa etsin. Böyük müğənninin səsinin ahəngində, nəfəsində qəribə bir 

həzinlik, məlahət vardı.  Bu səsin cazibəsi, əfsunu elə güclü idi ki, bu gün də Rəşid 

Behbudovun yeri göynəyir və görünür. Böyük sənətkarlıqdan öncə unudulmaz 

Rəşid Behbudov Azərbaycanı, onun təbii gözəlliklərini, insanlarını bütün varlığı ilə 

sevən vətəndaş idi. Anasından və Vətənindən eyni dərəcədə doya bilməyən, doğma 

torpağın hər qarışına baş əyməkdən yorulmayan Rəşid Behbudov bu sevgisini öz 

mahnılarında çox qüdrətlə ifadə edirdi. İndi də  həmin nəğmələri eşidəndə  qəribə 

hisslər keçirirsən. Yurdumuz haqqında oxuduğu mahnılarda çəkdiyi Azərbaycan 

harayı adamın varlığından bir üşütmə keçirirdi. Sanki bu səsin qüdrəti adamın 

ayağını torpağa bağlayaraq ruhunu göylərə aparırdı. Vətən istəyini səsin vasitəsilə 

bu cür dərinliklə bildirmək hər müğənniyə müyəssər deyildi. Bu, ancaq Rəşid 

Behbudova xas ilan nadir bir istedadın sayəsində baş verirdi.   




Ustadı  təkcə öz Vətənində sevmirdilər! Çoxları bunu indi də etiraf edir ki, 

vaxtilə dünya Azərbaycanı iki nemətinə-bir neftə, bir də  Rəşidin səsinə görə 

tanıyırdı. Məmləkətlər, ölkələr dolaşmışdı onun səsi. Rəşid Behbudov keçmiş 

SSRİ-nin bütün respublikalarında, eləcə  də Albaniya, Bolqarıstan,  ərəb ölkələri, 

Hindistan, Çin, Finlandiya, İran,  İraq, Türkiyə, Çili, Argentina və s. ölkələrdə 

dəfələrlə qastrol səfərlərində olmuşdu. O,  yerlərə  səsini aparan, nəğmələrini 

ərməğan edən Rəşid Vətənə ürəyi dolu sevgilərlə qayıdırdı. O, ayrılıqda da 

Azərbaycandan oxuyurdu, Vətənə dönəndə də. 

Azərbaycan milli kinosunun inkişafında da Rəşid Behbudovun zəhməti çox 

olub. 1945-ci ildə “Arşın mal alan” filmində oynadığı Əsgər obrazı çox uğurlu və 

maraqlı alındı. Təkcə elə bu filmin ona gətirdiyi geniş şöhrət bir ömrə bəs edəcək 

əsl sənət müvəffəqiyyəti idi. “Bəxtiyar” filmində  Bəxtiyar obrazı da sanki 

müğənninin elə öz bioqrafiyası idi. Azman sənətçimizin Azərbaycan opera 

səhnəsində bir sıra möhtəşəm tamaşalarda ifa etdiyi partiyalar vokal sənətimizin 

tarixində  əhəmiyyətli yer tutmuşdur. Üzeyir Hacıbəyovun “Arşın mal 

alan”(Əsgər), Fikrət  Əmirovun “Sevil” (Balaş) operalarında Rəşidin ifasındakı 

partiyalar həmişə yüksək qiymətləndirilmişdir.   

Müxtəlif musiqi kollektivlərində, teatrlarda, ansambıllarda çalışan xalq 

artisti Rəşid Behbudov 1966-cı ildə Dövlət Mahnı Teatrını yaratdı. Bununla da o, 

Azərbaycan musiqi və estrada sənətinin müxtəlif janrlarını birləşdirərək 

incəsənətimizin yeni, original və pozulmaz səhifələrini yazdı. Dahi sənətçimizdən 

yadigar və nişanə qalan həmin Mahnı Teatrı bu gün böyük müğənninin adını 

daşıyır və yaşadır. Rəşid Behbudov elə böyük ürək sahibi idi ki, həmişə özündən 

sonra gələnləri düşünürdü.  İndi onun yaratdığı bu sənət məbədində  məhz Rəşid 

məktəbinin davamçıları fəaliyyət göstərirlər. 

1989-cu il iyunun 9-da ölkənin musiqi mədəniyyətinə  ağır itki üz verdi. 

Görkəmli müğənni, ictimai xadim, xalq artisri, Sosialist Əməyi Qəhrəmanı, keçmiş 

SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı Rəşid Məcid oğlu Behbudov 74 

yaşında Moskva şəhərində vəfat etdi. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 


II. Yubiley tədbirlərinin keçirilməsi.      

 

 



Oxuyur Rəşid Behbudov. Az sonra  bu ecazkar səsin kəməndinə dolanıb 

bircə özünü görürsən, özünlə baş-başa qalırsan. Bu səsi illər uzunu canlı 

dinləmişik. Həmişə  də  şirinliyi, saflığı, duruluğu ilə seçilib. Rəşid Behbudov 

səhnədə, ekran qarşısında gözümüz görə-görə yaşa dolsa da, səsi qocalmadı. Elə 

saf, elə duru çağlayırdı ki, sanki bir ovuc bulaq suyudur. Dünyasını dəyişməsindən 

21 il ötməsinə baxmayaraq, biz yenə eyni məhəbbətlə, eyni sevgi ilə  Rəşid 

Behbudovun lent yazılarını dinləyir, onu sıralarımızda yaşayırmış kimi görürük.  

Rəşid Behbudova olan sevginin, ehtiramın nəticəsi olaraq onu  bir  daha 

yada salmaq üçün respublikamızın hər bir yerində  sənətkarın yubileyi bağlı 

tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur. Yubiley tədbirlərinin keçirilməsi ilə 

əlaqədar olaraq  respublikamızın hər bir təhsil, mədəniyyət ocaqlarında Rəşid 

Behbudovun yaradıcılığı ilə bağlı bir sıra  tədbirlər planı hazırlanmışdır ki, belə 

tədbirlərin siyahısı genişdir. Xalq artisti Rəşid Behbudovun yubileyinin geniş 

şəkildə qeyd olunması ilə  əlaqədar olaraq F.Köçərli adına Respublika Uşaq 

Kitabxanasında da tədbirlər planı hazırlanmışdır.  Belə  tədbirlərdən kitab 

sərgilərini, şeir müsabiqələrini, oxucu konfranslarını, səhərcikləri, xatirə gecələrini

ədəbi-bədii gecələri nümunə gətirmək olar. İlk öncə kitabxanada xalq artisti Rəşid 

Behbudovun yubileyi ilə bağlı    sərginin keçirilməsi vacibdir. Sərgidə  Rəşid 

Behbudovun şəkilləri ilə yanaşı onun bir çox illərdə verdiyi konsertlərin  afişaları 

da nümayiş olunur. Həmçinin sərgidə görkəmli insanların Rəşid Behbudov 

haqqında söylədikləri sitatlar da öz əksini tapmalıdır.   Sərgi müxtəlif  başlıqlar 

altında keçirilə bilər. Məsələn: “Oxuyur Rəşid Behbudov”, “Rəşid Behbudov-95”, 

“Rəşid sənəti  əbədiyaşardır”, “Yer üzünü dolaşan səs”, “Dünyaya və zamana 

sığışmayan səs”, “Səni tərənnüm edirəm, Azərbaycanım!” və s. İndi isə  sərginin 

nümunəsini veririk. 

1.

 

Başlıq: “Rəşid sənəti əbədiyaşardır” 

2.

 

Şəkillərinin nümayişi. 

3.

 

Görkəmli insanların nəğməkar haqqında söylədikləri sitatlar. 

4.

 

Dövrü mətbuatda çap olunan məqalələrin kartotekası. 

5.

 

Kitablarının nümayişi. 

6.

 

Rəşid Behbudov haqqında vidolentin nümayişi. 

7.

 

Şeir parçası. 

Oxu, Rəşid! 

Qışda dağlar açsın çiçək, 

Oxu! Olaq elə həzin, 

Elə kövrək, 

Yaz buludu kimi dolaq, 

İsti yağan yağış olaq. 



Sitatlar: 

 

1.

 



Rəşid Behbudov nadir bir insandır, nadir şəxsiyyətdir. Azərbaycan 

mədəniyyəti tarixində bənzərsiz bir incəsənət ustasıdır. 

Heydər Əliyev 

Ulu öndər 

2.

 

Sevimli sənətkarımızın Azərbaycan  şəlalələrinin  şırıltısı kimi könül aşan 



ecazkar səsinin xoş  sədası  hələ bundan sonra da neçə-neçə ürəkləri fəth 

edəcəkdir. 

Lütfiyar İmanov 

Xalq artist 

3.

 

Böyük müğənninin yüksək professional və orijinal sənətkarlığı bu gün də ən 



müxtəlif zövqlü saysız-hesabsız tamaşaçının diqqətini cəlb edir. Bəli, 

Azərbaycan incəsənətinə beynəlxalq miqyasda böyük hörmət və nüfuz 

qazandırmış  Rəşid Behbudovun qüdrətli sənəti onu dünya xalqlarının 

sevimlisinə çevirmişdir. 

Elmira Abbasova 

 Professor 

4.

 

Eşq olsun ürəyində xalqını  gəzdirən,  əməllərində xalqının ruhunu yaşadan 



Vətən oğullarına! Belə oğullar hər yeni nəsillə birgə yenidən doğulur, ömrü 

xalqın ömrünə qarışır, yaşı da şərtiləşir. 

Bəxtiyar Vahabzadə 

 Xalq 


şairi 

 

5.



 

Əsl müğənni və  sənətkar ömrü yaşamış, öz yaradıcılığı ilə  mədəniyyət 

tariximizin parlaq şəxsiyyətlərindən olan, görkəmli səhnə ustası  və ictimai 

xadim Rəşid Behbudov öz həyatı  və yaradıcılığı ilə  zəngin bir irs qoyub 

getmişdir.  

Polad Bülbüloğlu 

 Xalq 

aristi 


6.

 

Xalqımızın zəngin musiqi ənənələrinə  əsaslanan, vokal sənətimizi 



novatorcasına inkişaf etdirib yeni mərhələyə qaldıran Rəşid Behbudov 

 

 



 

   _______1_______ 

 

 

             ______2_______  



_______3________ 

 

 _______4_______  



_______5_________ 

 

 



 _______6_______  

_______7_________ 


xalqlar dostluğunu, bəşəri məhəbbəti tərənnüm edə-edə  sənət aləmində 

qocaman çinar timsalına dönmüşdü. 

Tofiq Quliyev 

 Xalq 


artisti 

Kitabxanada Rəşid Behbudov yaradıcılığı ilə bağlı silsilə tədbirlərdən biri də 

oxucularla aparılan söhbətdir. Söhbətə kitabxanaçı belə başlaya bilər:  

“Zəngin çalarlı, müstəsna səsə malik Rəşid Behbudov Azərbaycan vokal 

məktəbinin təkrarsız nümayəndələrindəndir. Azərbaycan ifaçılıq həyatını onsuz 

təsəvvür etmək mümkünmü?! Rəşid ifaçılığında hisslər necə  də  təbii  və dolğun, 

necə də səmimidir! Çətin dolanan ailəyə kömək etmək üçün 12 yaşından işləməyə 

başlayan Rəşid Behbudov görün özü haqqında necə danışır: “Boyca balaca, amma 

çox cəld idim. Məni nəhəng buxar qazanlarının içərisinə salır,  əlimə  şlanq verib 

qazanların  ərpini təmizləməyi tapşırırdılar. Orada hərarət çox yüksək olurdu. 

Istidən az qala boğulurdum. Ailədə  uşaqların  ən kiçiyi idim, anamın işə getməsi 

hamıdan çox məni narahat edər, yamac aşağı anamın dalınca qaçar, ağlayar, sonra 

saatlarla pəncərə qabağında oturub onun gəlişini gözləyərdim. O, xörək bişirəndə 

deyərdi:”Oğlum, sən bu işi görməsən də olar, ancaq öyrənsən yaxşıdır. Nə bilirsən, 

evlənəcəyin qız hər  şeyi biləcək, ya yox?”. Rəşid Behbudov 1933-cü ildə 

Dəmiryolu Texnikumuna daxil olur. Təhsil aldığı müddətdə  tələbə özfəaliyyət 

orkestirində çalışır. Həmçinin hərbi xidməti zamanı da ordu ansamblında solistlik 

edir. Tez-tez cəbhədə konsertlər verir. Onun səsindəki məlahət insanları sevgiyə, 

saflığa, şəfqətə çağırır. Beləliklə, R.Behbudov Bakıda qalmaq qərarına gəlir. 1945-

ci ildə Rza Təhmasib R.Behbudovu “Arşın mal alan” filminə dəvət edir.  Filmdəki 

arşınmalçı rolu ona çox böyük şöhrət gətirir. “Arşın mal alan” filmindəki  Əsgər 

rolu R.Behbudovun ilk rolu olmuşdur. Və bu rol onun ilk rolu olmağına 

baxmayaraq, R.Behbudovun bir kino aktyoru kimi böyük ümidlər verdiyini 

göstərir. Sonralar R.Behbudov müsahibələrində qeyd edirdi ki, “Məni, hara 

gedirdimsə “Arşın mal alan” filminin qəhrəmanı tacir Əsgər kimi alqışlayırdılar. 

“Arşın mal alan” Azərbaycan kinosunun bütün dünyada bayrağına çevrildi. Bu 

kino dünya ölkələrinin ekranlarını  gəzdi. Çox vaxt öz konsertlərimlə filmin 

arxasınca getməli olurdum və Əsgər mənim ən gözəl “vizit vərəqəm idi”. 1946-cı 

ildə bu filmə dövlət mükafatı verilir. Beləliklə, “Arşın mal alan” filmi 

R.Behbudova dünya şöhrəti gətirir, ona yeni yaradıcılıq yolları açır”. 

Azərbaycan musiqisinin görkəmli xadimi, xalq artisti Rəşid Behbudovun 

yubileyi ilə bağlı Bülbül adına orta ixtisas musiqi məktəbində də uşaqlarla böyük 

bir tədbir keçirilsə yaxşı olar. Tədbirdə iştirak edən qonaqlar ilk öncə  R.Behbudov 

yaradıcılığından söhbət açırlar, sonra musiqi məktəbinin şagirdləri R.Behbudovun 

musiqilərindən ifa edirlər.   

Kitabxanada keçirilən tədbirlərdən biri də ekskursiyadır. Kitabxanaçı 

kitabxanaya gələn oxucuları R.Behbudovun adını daşıyan Dövlət Mahnı Teatrına 

ekskursiyaya dəvət edə bilər. Mahnı Teatrına gələn uşaqları teatrın kollektivi  

yubilyarın yaradıcılığı ilə bir daha yaxından tanış edəcək. Uşaqlar orda 

öyrənəcəklər ki, artıq 45 ilə yaxın bir ömür yaşayan Dövlət Mahnı Teatrı o 

zamankı SSRİ məkanında analoqu olmayan bir sənət ocağı idi. R.Behbudov Mahnı 

Teatrını yaradarkən oxuduğu mahnıları böyük uğurla ifa etmişdi. Hələ o, vaxt 




Dövlət Mahnı Teatrında hazırlanmış və bu gün də şirin bir xatirəyə dönən “Səni 

tərənnüm edirəm, doğma Azərbaycanım!”  proqramı ilə dünyanın bir çox 

ölkələrinə qastrol səfərinə  çıxdı. Böyük sənətkar canı  qədər sevdiyi yurdunu 

dünyaya tanıtmaqla bərabər, onun musiqi sənətinin gücünü və qüdrətini də  hər 

qitədə, hər kəsə göstərdi. O, Avropadan tutmuş Afrikaya qədər,  Şərqdən tutmuş 

Qərbə  qədər bütün dünyanı  gəzdi. R.Behbudov müsahibələrinin birində belə 

deyirdi: “Mən səhnəyə el nəğmələriylə  gəlmişəm. Azərbaycan xalqının toyunun, 

şənliyinin bəzəyi olan, yorğunluğunu çıxaran, işini avand eləyən mahnılarla 

gəlmişəm. Sonra həmin mahnılarla birgə dünyanı dolaşmışam. Harada olmuşamsa, 

orada Azərbaycan mahnılarının əks-sədasını qoyub gəlmişəm”. 

Qeyd etdiyimiz kimi, 2010-cu il, əslində “Rəşid Behbudov ilidir” desək 

yanılmarıq. Bu il dünya şöhrətli müğənni Rəşid Behbudovun 95 illik yubileyi qeyd 

olunur. Bu münasibətlə kitabxanada keçirilən tədbirlərdən biri də  ədəbi-bədii 

gecədir. Tədbirə kitabxanaçı bir çox qonaqlarla yanaşı müğənninin həyat yoldaşı 

Ceyran xanım və qızı Rəşidə xanımı dəvət edə bilər. Həmçinin tədbirdə görkəmli 

mədəniyyət xadimləri ilə yanaşı müğənnilər də iştirak edə bilər.       

“Xoş gördük, Azərbaycan”! adlı  ədəbi-bədii gecənin ssenarisini veririk. Səhnə 

Rəşid Behbudovun portreti, ona həsr olunmuş foto sərgi və gül dəstələri ilə 

bəzədilir. Tədbir  Rəşid Behbudovun həyat və yaradıcılığı ilə bağlı vidolentin 

nümayiş olunması ilə açılır.  

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



Səhnə arxasında bu sözlər eşidilir: R.Behbudov təbəssümlə bizə baxır. 

Azərbaycanın nəğməkar oğlu səhnədə görünən kimi, onu gurultulu alqışlarla 




alqışlayırlar. Rəşidin məlahətli səsi dalğa-dalğa qəlblərə yayılır. O, danışır, ancaq 

elə bil nəğmə deyir. Xalq şairi Səməd Vurğunun sözləri ilə  sevimli nəğməkarımız 

doğma Azərbaycana sanki layla çalır. 

 

 



 

 

 



 

 

El bilir ki, sən mənimsən, 



 

 

 

 

 

Yurdum, yuvam, məskənimsən, 

 

 

 

 

 

Demək doğma Vətənimsən, 

 

 

 

 

 

Ayrılarmı könül candan, 

 

 



 

 

 



Azərbaycan, Azərbaycan! 

 

(Aparıcılar səhnəyə daxil olurlar.) 

 

I aparıcı: Dərin ifa səmimiyyəti, gözəl vokal ustalığı, orijinal 



artistizmi ilə geniş dinləyici auditoriyasının çoxdan bəri 

sevimlisinə çevrilmiş 

Rəşid Behbudov müasir 

Azərbaycan profesional ifaçılıq sənətinin  ən qüdrətli 

nümayəndəsidir. Böyük müğənni təkcə respublikamızın 

deyil, bütün ölkəmizin fəxr etdiyi sənətkarlardandır. O, 

dəfələrlə xarici ölkələrdə qastrol səfərlərində olmuş, 

Azərbaycan vokal ifaçılığı salnaməsinə parlaq səhifələr 

yazmışdır. Olduğu hər bir yerdə onun vizit vərəqi 

“Azərbaycan”, “Bakı” sözləri doğma yurdumuzu 

tərənnüm edən mahnılardır.   

II aparıcı: 

Qeyd etdiyimiz kimi R.Behbudov mahnıları ilə 

Azərbaycanımızı dünyaya tanıtmış əvəzsiz sənətkarlardan 

biridir. Onun mahnılarını saymaqla qurtaran deyil. Bu 

mahnılar Azərbaycanda da, saysız-hesabsız xarici 

ölkələrdə  də eyni maraqla dinlənilir. Onun baş rolda 

çəkildiyi “Arşın mal alan” filmi dünyanın 60-dək 

ölkəsində sevilə-sevilə baxılıb. “1001-ci qastrol”, 

“Bəxtiyar” filmlərində  də R.Behbudovun ürəklərə nüfuz 

edən mahnıları  və bir də aktyor kimi yaratdığı rolların 

şirinliyi qalıb bizlərə. Bu filmdəki mahnılar sonralar dillər 

əzbəri olmuş, görkəmli müğənnilərimiz onları dönə-dönə 

ifa etmişlər.  

 

 

(Oxucular Rəşid Behbudovun “Bəxtiyar” kinofilmindən 



“Bakı” mahnısını səsləndirirlər.) 

 

 

Bakı,əziz şəhər, mehriban diyar, 

 Sinəndə boy atıb oldum bəxtiyar. 

 

Səndə ilk eşqimin yadigarı var. 

 

 

 

Nəqərat: 


 

 

 

 

Sən mənim söhbətim

 

Şərəfim, şöhrətim, 

 Tükənməz dövlətim, 

 

Əzizimsən, gözəl Bakı. 

 

 Ürəyim səninlə edir iftixar, 

 

Xəzərin qoynunda saldın buruqlar. 

 

Qəlbimdə qəlbinin hərəkəti var. 

 

 

 

Nəqərat: 

 

 Baxdıqca doymuram gözəlliyindən, 

 

Şirin nəğmə qədər sevimlisən sən. 

 

Hər yerdə, hər yanda deyəcəyəm mən: 

 

 

 

Nəqərat: 

II aparıcı: Rəşid Behbudov Azərbaycan xalq mahnılarına qayğıkeş 

münasibət bəsləyir, onu yeni çalarlarla zənginləşdirir. 

R.Behbudov öz təkraredilməz səsi, xarici görünüşü, artistlik 

istedadı ilə böyük musiqiçi və gözəl müğənni idi. O, həmçinin 

Tofiq Quliyev ilə birlikdə Azərbaycanda ilk estrada 

mahnılarının yaradıcısı olmuşdur. R.Behbudov özünəməxsus 

ustalığı ilə həm müasir estrada mahnılarını çox gözəl ifa edirdi, 

həm də Azərbaycan xalq musiqisindən gözəl mahnıları götürüb 

onları müasirləşdirirdi və müasir estrada səviyyəsinə qaldırırdı. 

Azərbaycanın xalq mahnıları, musiqi folkloru, müasir estrada 

mahnılarının müasir şəkildə sintezini yarada bilən də  məhz 

Rəşid Behbudov olmuşdur. R.Behbudov müğənni kimi, 

musiqiçi kimi çoxşaxəli bir insan idi. O, ilbəil öz üzərində 

işləyərək yaradıcılığını daim inkişaf etdirir, daim 

zənginləşdirirdi.  



 

     (Oxucular Oqtay Şamilin “Arşınmalçı” şeirini söyləyirlər) 



  

 

Oxucu: Körpələr yatdılar doğma səsində, 

 Könüllər açıldı yaz nəfəsində. 

 

Səsini nur kimi içdik, ay ustad 

 

Nəğmənlə kökləndik, açdıq qol-qanad. 

 

 Uzaq 

ölkələrə düşəndə qonaq, 

 

Sənin şöhrətindən ilk aldıq soraq. 

 

Sən bizə tanışsan, eşit dedilər, 

 “Bakı”...”Neft”...bir də ki...”Rəşid” dedilər! 

 


 

Sevindik dünyada Rəşidimiz var, 

 

Həmişə cavandır, daim ixtiyar. 

 Çağlayan-çağıran bulaqdı, bulaq 

 

Nə qədər nəğmə var o, oxuyacaq! 

 

 Dolaşdın cahanı sən arşın-arşın, 

 

Hər ürək ünvanın , sənin tanışın. 

 Boxçanda 

hamının dərdi, əlacı, 

 

Həmişə əziz ol, ay arşınmalçı... 

 

I aparıcı: R.Behbudov 

müxtəlif yanır və üslublarda yazılmış 

bəstəkar mahnı  və romanslarından, klassik vokal 

nümunələri və opera ariyalarından başqa, Azərbaycan 

xalq mahnılarının da misilsiz ifaçısı idi. Xalq musiqisi 

xəzinəsinə  qəlbən bağlılıq ona dövrünün görkəmli 

xanəndəsi olmuş atası  Məcid Behbudovdan irsən 

keçmişdi. Öz ifaçılığında klassik xanəndəlik sənətinin  

kanonlarına formal olaraq riayət etməsə  də, qədim xalq 

mahnılarını müasir ifaçılıq üslubunda təsvir edərək, 

onların musiqi dilinin ən dərin qatlarında gizlənmiş  

incəlikləri, məna çalarlarını üzə  çıxararaq bu mahnılara 

yeni ruh, yeni nəfəs, yeni həyat verirdi. İstər xalq, istərsə 

də  bəstəkar mahnılarının populyarlaşmasında Rəşid 

Behbudovun xidmətləri  əvəzsizdir. O, bu əsərləri sadəcə 

ifa etmirdi, ona öz möhürünü vururdu. Sənətçinin böyük 

şövq və  məhəbbətlə oxuduğu “Ana”(musiqisi Cahangir 

Cahangirovun, sözləri İslam Səfərlinin) mahnısı nə qədər 

təsirli və unudulmazdır. Bu çırpıntının titrək sədaları 

adamın varlığını səs adlı bir xilqətin gücü qarşısında ram 

edir. Duyursan ki, əslində dilə gələn kövrək bir ürəkdir. 

 

 

 



 

Gözümün nuru, canım ana, 

 

  Böyütdün 

sən məni, yana-yana, 

 

 

 

Saçının ağına, qarasına qurbanam, 

 

  Könlünün 



həzin laylasına qurbanam! 

 

  



Onun ifasında “Aman ovçu”, “Ağacda leylək”, “Gözəlim 

sənsən”, “Küçələrə su səpmişəm”, “Ay nənə”, “Ləbu-

ləb”, “Evləri var xana-xana”, “Ay laçın” kimi xalq 

mahnılarının hər biri insan qəlbinin ən həzin duyğularını 

əks etdirən sehrli bir avaz kimi səslənirdi. 

II aparıcı: Rəşid Behbudov canı, qanı, bütün varlığı ilə xalqına, 

Vətəninə bağlı  sənətkar idi. O, dünyanın  ən məşhur 

teatrlarının səhnələrində, konsert salonlarında Azərbaycan 

musiqisini sevə-sevə, sevdirə-sevdirə  təbliğ  və  tərənnüm 



etmiş, hər dəfə də “anşlaq”la, sürəkli tamaşaçı alqışları ilə 

qarşılanmışdır. Planetin, demək olar ki, hər guşəsində, ən 

böyük  şəhərlərin küçələrini Azərbaycan xəritəsinin 

fonunda qollarını qartal kimi açıb pərvazlanmaq istəyən 

Rəşidin afişaları bəzəyirdi. Rəşid Behbudov milli köklərə 

nə  qədər bağlı  vətənpərvər sənətkar olsa da, bir o qədər 

beynəlmiləlçi idi. Görəsən, tarixdə ayrı-ayrı xalqların 

dillərində  Rəşid qədər mahnılar ifa edən ikinci bir 

müğənni olmuşdurmu? Onun repertuarında dünyanın 70-

dən çox xalqının dillərində mahnılar olmuşdur. Özü də 

elə oxumuşdur ki, həmin xalqların tamaşaçıları özləri 

onun ifasına valeh olmuşlar. Görkəmli sənətkar həmçinin 

kino aktyoru kimi 4 bədii filmdə “Arşın mal alan”(1945), 

“Doğma xalqıma”(1954), “Bəxtiyar”(1955), və “1001-ci 

qastrol”(1974) filmlərində baş rollarda çəkilmiş və böyük 

uğur qazanmışdır. Bundan başqa o, 30-dək sənədli filmdə 

və kinojurnallarda da çəkilmişdir. Hələ  gənclik illərində 

Rəşid Behbudovun yaratdığı kino obrazları yalnız onun 

səsinə görə deyil, həm də yüksək ifaçılıq bacarığına görə 

neçə-neçə konorejissorun diqqətini cəlb etmişdi. Bu rollar 

kino sənətimizin şanlı səhifələrinə çevrilmişdir.  

I aparıcı: R.Behbudov 

Azərbaycan musiqisində yeni bir dövr 

yaratdı. O, harada olursa, olsun Azərbaycanı vəsv edirdi. 

Repertuarı da doğma Azərbaycan, onun əsrarəngiz 

gözəlliyi haqqında xalq və müəllif mahnıları ilə  zəngin 

idi. “Azərbaycan”, “Qalalıyam”, “Ləbu-ləb”, “Lalələr”, 

“Qızıl üzük”, “Sevgilim”, “Ey Vətən” və “Bakı” 

haqqında onlarla mahnıları bu gün də sevilə-sevilə 

dinlənilir.  



(Musiqi məktəbinin  şagirdlərinin ifasında Mirvarid Dilbazinin “Oxu Rəşid” adlı 

şeirini dinləyirik.) 



oxucu: 

  Oxu, 

Rəşid! 

 

 

 

 

Qışda dağlar açsın çiçək, 

    Oxu! 

Olaq 

elə həzin, 

 

 

 

 

Elə kövrək, 

    Yaz 

buludu 

kimi 

dolaq, 

 

 

 

 

İsti yağan yağış olaq. 

 

 

 

 

 

Elə keçək özümüzdən, 

    Könlümüzün 

çəməninə  

 

 

 

 

Şeh çilənsin gözümüzdən... 

 

II 

oxucu: 

  Xəyal xəyala calansın, 

 

 

 

 

Ürəyimiz havalansın, 

 

 

 

 

Sönmüş ocaqda od yansın, 


 

 

 

 

Kül altında “qor” közərsin, 

 

 

 

 

Xəyalımız Gül bağlarında gül dərsin. 

 

 

 

 

 

Oxu! şimşək  kimi çaxaq, 

 

 

 

 

Həsrət bəndlərini yıxaq, 

 

 

 

 

Ürəkdə sellər çağlasın, 

    Yarpaq 

tökmüş könlümüzün 

 

 

 

 

Gülləri qönçə bağlasın... 

 

 

 

 

Bülbüllər gəlsin bu bağa. 

 

 

 

 

Oxu, Ələsgər di ilə, 

 

 

 

 

Səni yetirən torpağa, 

 

 

 

 

Səni böyüdən bu xalqa 

 

 

 

 

Olsun canımız sadağa. 

I aparıcı: Rəşid Behbudov saysız-hesabsız beynəlxalq, ümumittifaq 

və respublika dövlət mükafatlarına və  fəxri adlara layiq 

görülmüş,  ən mötəbər beynəlxalq festivalların qalibi 

olmuşdur. İctimai xadim R.Behbudov Azərbaycan Dövlət 

Mükafatları laureatı, Lenin Ordeni, Qırmızı  Əmək 

Bayrağı, Xalqlar Dostluğu ordenləri ilə  təltif olunmuş,  

1959-cu ildə “SSRİ xalq artisti” olmuş, 1980-cı ildə isə 

“Sosialist  Əməyi Qəhrəmanı”adına layiq görülmüşdür. 

Onu da qeyd etmək lazımdır ki, Rəşid Behbudov Sovetlər 

Birliyində yaşayan müğənnilər arasında bu ada layiq 

görülmüş ilk sənətkardır. R.Behbudov həmçinin 

“Dağıstan xalq artisti”, “Gürcüstan əməkdar incəsənət 

xadimi” fəxri adlarını da almışdı. 

 

Rəşid Behbudovun həyatda ən böyük mükafatı isə doğma 



xalqının ona olan tükənməz və əbədi məhəbbətidir. 

 

 (Oxucular Həmid Abbasın “Sənət meydanının Rəşidi getdi” şeirini 



söyləyirlər.)  

 

 

 

Bakıdan uzaqda, isti yay günü, 

 

Həsrətə dözmədi, üşüdü getdi. 

 Bu 

xəbər sarsıtdı, göynətdi bizi, 

 

Sənət meydanının Rəşidi getdi. 

 

 Susdu 

bağçamızın, susdu bülbülü, 

 Bir 

də “arşınmalçı” gəzməzmi eli? 

 

Səsində Xəzəri, mavi Göy gölü. 

 Ölkədən-ölkəyə daşıdı getdi. 

 

 

Sərhəd tanımadı sözü, nəfəsi, 

 Gözəl mahnılardır elə töhfəsi. 

 Yüz 

illər keçsə də dəyişməz səsi 


 

Əbədi bir ömür yaşadı, getdi. 

II aparıcı: 

1989-cu il iyunun 9-da ölkənin musiqi mədəniyyətinə 

ağır itki üz verdi. Görkəmli müğənni, ictimai xadim, 

Sosialist  Əməyi Qəhrəmanı, SSRİ xalq artisti, SSRİ  və 

Azərbaycan Dövlət mükafatları laureatı Rəşid Məcid oğlu 

Behbudov 74 yaşında Moskva şəhərində  vəfat etdi. 

R.Behbudovun itkisi böyük və  əvəzsiz itki oldu. 

Müğənninin vəfatı  xəbəri Rəşid Behbudovun parlaq 

istedadını, ilhamlı, parlaq sənətini  əziz tutan hər bir 

adamın qəlbində dərin kədər hissi doğurdu. Bəli, sən bizi 

bağışla, böyük ustad. Hər dəfə ekranlarda pencəyini 

çiynində tutaraq bağrı dağlı lalələrin arasında onların 

boyunu oxşayır, gözəlliyini, məhzunluğunu dilə 

gətirirdin.   

 

 



 

 

Nə vaxtdır Rəşidin  



 

    gözü 

yoldadır, 

 

   Bir 

qonaq 

gələsiz 

 

 

 

 

 

bizə lalələr!   

 

 

Bu gün Rəşidin səsi bizimlədir, cismi torpağa tapşırılıb. 

Sevimli sənətkarımızın Azərbaycan  şəlalərinin  şırıltısı 

kimi könül açan ecazkar səsinin xoş  sədası  hələ bundan 

sonra da neçə-neçə ürəkləri fəth edəcəkdir.  

 

 

 

Tədbirin sonunda İctimaiyyət nümayəndələri ilə yanaşı kitabxanaçılar da SSRİ 

Xalq artisti , Sosialist Əməyi Qəhrəmanı Rəşid Behbudovun məzarını ziyarət 

etmiş, qəbirüstü abidənin önünə əkil və gül-dəstələri qoymuşdular.   

 

 

 

             S  O  N 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



Ədəbiyyat siyahısı 

 

 



Internetdə: 

www.google.az

 

 



Dövri mətbuatda: 

 

1. Abbasov İ. Dünyaya və zamana sığmayan səs // Xalq qəzeti.- 2005.-  

   14 dekabr.- S.5. 

2. Abbaslı.T. Səslər səsi // Mədəniyyət. - 2005. - 17 dekabr.- S.4. 

3. Ağasiyev. M. Həmişəyaşar // Qobustan.- 2010.- N 2. - S.24-27. 

4. Dilbazi. M.(1912-2002). Oxu, Rəşid // Seçilmiş əsərləri. - B.: Lider, 2004.-  

    S.110-111. 

5. Xəlilzadə. F. O səsin qüdrəti // Azərbaycan.- 2005.- 14 dekabr.- S.6. 

6. Qarayev. T. Ürəyimizdən keçən insanlar // Vəfa.- 2006.- №1-2.- S.38-39. 

7. Rəşid Behbudov - 90 : Mədəniyyət naziri Polad Bülbüloğlunun çıxışı //   

    Mədəniyyət.- 2005.- 17 dekabr.- S.2. 

8. Rəşid Behbudovun 90 illiyinə həsr edilmiş yubiley gecəsi // Xalq qəzeti.- 2005.-      

    15 dekabr. - S.7. 

 

  



 

Tərtib edən:    Könül Səmədzadə – F.Köçərli adına Respublika Uşaq  

                        Kitabxanasının  Elmi-metodika şöbəsinin baş kitabxanaçısı. 

 

Redaktor:        Fizurə Quliyeva – F.Köçərli adına Respublika Uşaq Kitabxanasının  



                        direktoru 

 

Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə