Azərbaycan respublikasi məDƏNİYYƏt və turiZM



Yüklə 137,85 Kb.
Pdf görüntüsü
tarix06.05.2018
ölçüsü137,85 Kb.
#42086


 

1

 



 

 

      AZƏRBAYCAN  RESPUBLİKASI MƏDƏNİYYƏT VƏ TURİZM 

 

 

 

 

 

NAZİRLİYİ 

 

F. KÖÇƏRLİ ADINA RESPUBLİKA UŞAQ KİTABXANASI 

                          ELMİ-METODİKA ŞÖBƏSİ 

 

 

 

 

 

 

 

 

 

 

                                     

 

   XXI əsr gənclərin əsridir. 

               (21 Feval – gənclər Günü və beynəlxalq gənclər gününə həsr             

                                        olunmuş metodiki vəsait) 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 Bakı - 2011 

 

 



 

2

 



 Giriş. 

 

          Gənclər tarixin bütün dövrlərində inkişafın hərəkətverici qüvvəsi olub. 

Onların gücündən səmərəli istifadə olunanda ölkə də tərəqqi edir, insanların həyata 

baxışı da təzələnir, dövlət idarəçiliyinin, iqtisadiyyatın mədəniyyətin inkişafına 

rəvac verən mühüm işlər görülür. 1998-ci ildə Lissabonda keçirilən beynəlxalq 

konfransda hər il avqustun 12-nin dünyada Gənclər günü kimi qeyd olunması 

qərara alınıb. Ölkəmizdə isə “Gənclər günü” hər il fevral ayının 2-sində qeyd 

olunur. 


         1990-cı illərin  əvvəllərində dövlət müstəqilliyini  yenidən  əldə etmiş 

respublikamızda mürəkkəb ictimai-siyasi proseslər cərəyan edir, dövlətçiliyimizə 

xələl gətirən, onun ərazi bütövlüyünün pozulmasına çalışan qüvvələr, separatçı 

mövqedən çıxış edir, Ermənistan tərəfindən torpaqlarımız işğal olunurdu. 

Yaranmış gərgin vəziyyət, Dağlıq Qarabağda ermənilərin törətdikləri vəhşiliklər və 

cəbhədəki uğursuzluqlar gənclərimizi də ruh düşkünlüyünə, bədbin əhvalruhiyyəyə 

sövq etmişdi. Dövlət müstəqilliyimizin  əldə olunmasında müstəsna rol oynamış, 

xalq hərəkatının önündə gedərək azadlıq və müstəqillik ideyalarının daşıyıcıları 

olmuş, Vətənin müdafiəsi torpaqlarımızın qorunması  uğrunda yüzlərlə  şəhid 

vermiş  gənclərimiz diqqətdən kənar qalmışdılar. Məhz belə bir vaxtda gənclərin 

strateji dövlət maraqlarının təminatçısı olduğunun dərk edilməsi və onlarla yeni 

məzmunda iş aparılması, dövlət siyasətinin həyata keçirilməsi olduqca vacib idi. 

Belə bir tarixi şəraitdə Azərbaycan xalqının tələbi və iradəsi ilə yeni hakimiyyətə 

qayıdan möhtərəm Prezidentimiz Heydər Əliyevin apardığı  uğurlu daxili və xarici 

siyasət gənclərlə  iş sahəsində  də ciddi dönüş yaratmağa imkan verdi. Gənclərə 

qayğı gündən-günə artdı. Onlara etimad göstərilməyə, məsul vəzifələrdə 

çalışamalarına  şərait və imkan yaradıldı. Gənclərin ixtisaslarının artırılmasına, 

çalışdıqları sahələr üzrə təkmilləşdirilmələrinə, inkişaf etmiş demokratik ölkələrin 

təcrübələrinə yiyələnmələrinə qayğı göstərildi.  

       Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Azərbaycan gəncliyinin 

inkişafına hər zaman böyük qayğı ilə yanaşmışdır. Belə ki, idmanımızın inkişafı da 

məhz onun sayəsində mümkün olmuşdur. Bütün bunlar dövlətin gənclərimizə 

qayğısının nəticəsidir. 1999-cu il iyulun 29-da ümummilli lider Heydər  Əliyev 

“Dövlət gəncləri siyasəti haqqında” fərman imzalamışdır. Bu fərmanla geniş 

tədbirlər planı  həyata keçirilməyə başlandı. 2002-ci il aprelin 9-da “Gənclər 

siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edildi. Qanunda 

gənclər siyasətinin məqsəd və prinsipləri, onun həyata keçirilməsində dövlətin 

vəzifələri, bu siyasətin əsas istiqamətləri, həyata keçirilməsinin təşkilati, maddi və 

maliyyə təminatı və digər məsələlər konkret əksini tapıb. Bu istiqamətdə aparılan 

məqsədyönlü işlər nəticəsində dövlət-gənclər siyasətinin normativ hüquqi bazası 

formalaşıb. Respublika gənclərinin II forumundan sonra uşaq və  gənclərin 

problemlərinin həllinə, hüquqlarının müdafiəsinə yönəldilmiş 3 qanun  qəbul 

edilib. Respublikamız bu sahədə bir sıra hüquqi konvensiyaya qoşulub. Bütün 

bunlar bir daha sübut edir ki, gənclər siyasəti ölkəmizdə çox uğurla həyata keçirilir 

və o, ölkə  rəhbərinin daimi nəzarətindədir. Odur ki, bu gün Azərbaycanda 170-ə 

yaxın gənclər təşkilatı fəaliyyət göstərməkdədir. Dövlət gənclər siyasətinin uğurla 




 

3

həyata keçirilməsi, onlara qayğı  və diqqətin müntəzəm artırılması  həyatımızın 



bütün sahələrində özünü göstərir. Gənclərimiz də öz növbəsində ölkə başçımızın 

onlara olan etimadlarını doğruldur. Ümummilli liderimiz Heydər  Əliyevin dediyi 

kimi, Azərbaycan gəncləri “... sağlam düşüncəli gənclərdir, vətənpərvər gənclərdir, 

xalqını, millətini sevən gənclərdir.” Inanırıq ki, bu gənclik böyük azərbaycanlı 

Heydər  Əliyevin ideyalarını ölkəmizin başçısı  İlham  Əliyevin rəhbərliyi altında 

gerçəkləşdirəcək, inkişaf etdirəcək daha işıqlı gələcəyə aparacaq.  

   

 

         



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




 

4

                                               



                                         

Keçiriləcək tədbirlər. 

 

2 fevral 1997-ci ildən bu günə qədər hər ilin bu günü Azərbaycanda Gənclər 

günü kimi qeyd olunur. Azərbaycan Respublikası  gənclərinin I forumu ilk dəfə 

1996-ci ilin 2 fevralında keçirilmişdir. 1997-ci ildən fevralın 2-si ümumilli lideri-

miz Heydər  Əliyevin sərəncamı ilə “Azərbaycan Gəncləri Günü” elan olunub. 

Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, bu ilin əvvəlinə ölkə 

əhalisinin 2,8 milyon nəfərini və ya 31 faizini 14-29 yaşında olan gənclər təşkil 

edir. Onların 49 faizi kişi, 51 faizi isə qadınlardır. 14 ildir qeyd etdiyimiz Gənclər 

Günü MDB məkanında və  Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq 

Azərbaycanda qeyd olunub. Azərbaycanda Gənclər günü qeyd olunandan sonra 

digər MDB ölkələrində və Şərqi Avropa dövlətlərində də bu gün qeyd olunmağa 

başlanmışdır. Dünyada isə yalnız 1999-cu ildə BMT-nin qərarı ilə avqustun 12-si 

“Gənclər gü-nü” elan edilib. 1997-ci ildən etibarən ölkəmizdə gənclərin hüququnu 

müdafiə edən, onların inkişafına yönələn bir sıra qərar və  sərəncamlar qəbul 

edilmişdir. 

        Onu da qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 17 aprel 2006-cı 

il tarixli 1414 nömrəli Sərəncamı ilə  təsdiq edilmiş "Xüsusi istedada malik olan 

uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-

2010-cu illər)" xüsusi əhəmiyyətə malik tarixi bir sənəddir. İctimaiyyət tərəfindən 

rəğbətlə qarşılanan bu proqram ümumtəhsil məktəblərimizdəki istedad və 

qabiliyyəti ilə seçilən  şagirdlərin səmərəli təhsil almalarına,  şəxsiyyət kimi 

formalaşmalarına, düzgün peşə seçmələrinə  şərait yaradır. Bu  sərəncama 

əsaslanaraq  kitabxanalarımız gənclərimizin xüsusi maraq və meyillərinin aşkar 

edilməsini nəzərdə tutan müəyyən tədbirlər görə bilər. Həmin tədbirlər aşağıdakı 

problemləri əhatə etməlidir: 

1.  Gənclərin təşəbbüslərinin dəstəklənməsi; 

2.  Gənclərin asudə vaxtının səmərəli təşkil olunması; 

3.  Gənclərə vətənpərvərlik hissinin aşılanması; 

4. Gənclərin sağlamlığının qorunması  məqsədilə onların zərərli vərdişlərdən      

uzaqlaşdırılması üçün tədbirlərin görülməsi

5.  Yaradıcı gənclərin üzə çıxardılması; 

Müasir dövrdə kitabxanalarda gənclərin bir sıra problemlərinin aradan 

qaldırılması üçün müvafiq tədbirlər görülməlidir. Belə ki, bir sıra problemlərlə 

əlaqədar kitabxanalarımızda aksiyaların, gənclərlə görüşlərin və müəyyən tədbir 

planlarının həyata keçirilməsi məqsədə müvafiq olardı: 

1. Müəyyən səbəblərdən gənclərin təhsildən yayınmasının qarşısını almaq 

və onlarda təhsilə maraq artırmaq məqsədilə onlarla görüşlərin keçirilməsi. 

2. Qaçqın və məcburi köçkün gənclər üçün müasir informasiya kommunikasiya 

texnologiyalarına həsr olunmuş təlim proqramının təşkili və internet aksiyalarının 

keçirilməsi. 

3.  Gənclərin sağlamlığının qorunması və onlar arasında AİDS-in törətdiyi fəsadlar 

haqqında geniş maarifçilik işi aparmaq.   




 

5

4. Gənclərimizi ziyanlı  vərdişlərdən (narkotik, alkoqol, popiros) yayındırmaq 



məqsədilə aksiyaların təşkili. 

5. Gənclərin mütaliəsinin düzgün istiqamətləndirilməsi məqsədilə  kitabxanalarda 

xüsusi proqramların təşkil edilməsi, informasiya və  məsləhət xidmətinin həyata 

keçirilməsi. 

Gənclər arasında iş aparan zaman kitabxanaçılar onları  aşağıdakı müəyyən 

qruplara ayıraraq öz işlərini istiqamətləndirə bilərlər. Bu məqsədlə yüksək 

intellektli və yaradıcılıq qabiliyyətli gəncləri aşkarlayıb onlarla iş aparmaq olar.  

         Xüsusi qabiliyyətli gənclərin əsas fərqləndirici xüsusiyyəti ondadır ki, onların 

düşünmə  tərzi heç kimə oxşar olmayan, qeyri-standart və orijinal olur.  Xüsusi 

qabiliyyətli gənclər, bir qayda olaraq, güclü yumor hissi ilə də fərqlənir və geniş 

müşahidə qabiliyyətinə malik olurlar. Bunu nəzərə alaraq kitabxanaların nəzdində 

gənclər üçün “Şən və hazırcavablar” klubu təşkil etmək olar.  

Gənclərimizin intellektual səviyyələrinin yüksəldilməsi, onların dünyagörü-

şünün artırılması əsas məsələlərdən biridir. Ölkəmizdə bir sıra intellektual gənclər 

klubları  fəaliyyət göstərməkdədir. Yaxşı olardı ki, kitabxanalarda da intellektual 

klublar təşkil olunar və vaxtaşırı  həmin klubların yarışları  təşkil olunardı. Hər 

cavab tapıldıqca aparıcı düzgün cavabı  həmin qarafalara yazır. Oyunda 

iştirakçılara təqdim etmək məqsədilə hazırlamış olduğumuz sualları sizə  təqdim 

edirik. Oyunun maraqlı  təşkil olunması  məqsədilə verilən cavablar damalar 

daxilində bir-birindən asılı formada lövhədə əks olunur.  

 

 

        



     

 

 



 



 



 



 



 



 



 

 S 

 



 



 



   

 İ 

 



 



 

 R 

 



 



 



 



 



  

 İ 

 



 



 



  

 U 

 

İ 

 

 S 

 



 



 



 

1. Keçmiş MDB-də ancaq Moskvada olub. Birinci dəfə Yunanıstanda olub. 

Sonuncu dəfə Çində olub. Bu il Böyük Britaniyada olacaq. Ən çox harda olub? 

Cavab. Əlbəttə ki, Yunanıstanda. Söhbət Olimpiya oyunlarından gedir. 

2. Səmada Günəşdən sonra  ən parlaq ulduz budur... 

  Cavab: Sirius 

3.

 

Sovet dövründə belə hesab olunurdu ki, o ən yaxşı hədiyyədir O hədiyyənin ən 



bahasını Bill Gates 24 milyon dollara alıb. 



 

3  








 

6

Cavab: Kitab  



4. E.ə. 490-ci ildə yunan sərkərdəsi Miltiad bu düzdə kiçik itkilərlə 6400 düşməni 

öldürməyə və qələbə çalmağa nail olur. 

Cavab: Marafon 

5.

 



İngilis dilindən sonra dünyada ən çox danışılan Avropa dili hansıdır? 

Cavab:İspan  

  Gənclərin iştirakı ilə bir-birindən maraqlı  səhnələrin təşkil edilməsi olduqca 

maraqlı olar. Səhnələşdirmək üçün dünya şöhrətli yazıçıların və  şairlərin 

əsərlərindən istifadə edilməsi məqsədə uyğundur. Belə  əsərlərin seçilməsi 

gənclərdə mütaliəyə marağı daha da artırar. Əsərin səhnələşdilməsi üçün bacarıqlı 

gənclərin istedadından istifadə edilməsi yaxşı olar. Bu gənclərdə mütaliəyə həvəsi 

daha da artırar, onların aktyorluq bacarığını meydana çıxarar. 

   

Yuxarı sinif şagirdləri arasında “Ən yaxşı povest”, “Ən yaxşı  şeir”, “Ən 



yaxşı hekayə” adları altında müsabiqələr təşkil etmək olar. Gənc istedadları 

həvəsləndirmək məqsədilə qalibin hekayə və ya povestini elə gənclərin öz iştirakı 

ilə səhnələşdirmək onların həvəsini daha da artırar. 

          Gənc oxucularımızın ideya və maraqlarını öyrənmək məqsədilə  dəyirmi 

masanın keçirilməsi məqsədə uyğundur. Gənclərin həyatının yaxşılaşdırılmasında 

mü-hüm rolu olan  gənclər təşkilatlarının nümayəndələri tədbirə  dəvət olunur. 

Tədbir zamanı gənclər və təşkilat nümayəndələri məruzə edirlər. Gənclərimizin öz 

ideyaları, gələcək planları barədə  çıxışları dinlənilir. Hər bir gənci narahat edən 

problemlər dinlənildikdən sonra əlaqədar təşkilat üzvləri tərəfindən onların 

suallarına açıqlıq gətirilir.  

 

 İnsanlar dost qazanmağa hələ  gənc yaşlarından vərdiş etməlidirlər. Çünki  



bu yaşda olan gənclərin həyatda düzgün istiqamət seçmələri üçün seçdikləri 

dostların rolu böyükdür. Yanlış dost seçimi gəncləri pis vərdişlərə sövq edə bilər. 

Ki-tabxana işçilərinin digər bir borcu da gəncləri ziyanlı  vərdişlərdən 

uzaqlaşdırmaq, popiros, alkoqol, narkotikin ziyanlarından onları  xəbərdar 

etməkdir.  

Demək olar ki, hamı narkotikin necə ziyanlı olduğunu bilir. Buna 

baxmayaraq onun toruna düşənlərin sayı çox sürətlə artır. Niyə? Çünki insanlar 

arasında maarifləndirmə  aşağı  səviyyədədir. Buna görə  də narkotikin insanı  və 

onun həyatını necə  məhv etməsi barədə  məlumat çox az insanda var. Bizim 

məqsədimiz bu təhlükəni gənclərimizə 

çatdırmaqdır. Bu məq-sədlə kitabxana işçilərinin 

məktəblərdə 

gəncləri bu haqda 

maarifləndirmələri vacib şərtlərdəndir. Bu 

səbəbdən məktəblərdə  gənclərlə bu barədə 

maarifləndirici söhbətlərin aparılması istənilən 

nəticələri verər. Aşağıda qeyd etdiyimiz 

məlumatlardan istifadə edərək gəncləri 

məlumatlandırmaq olar. 

Narkotik

   


Narkotik ilk növbədə insanın 

sağlamlığına ziyan vurur. Narkomaniya 

orqanizmin zəifləməsinə, bədənin arıqlamasına 



 

7

və fiziki gücün zəifləməsinə  gətirib çıxarır. Orqanizmin zəhərlənməsi daxili 



orqanların - qara ciyər və böyrəyin zəhərlənməsinə  gətirib çıxarır. Narkomanlar 

içərisində  ən geniş yayılmış  xəstəlik hepatit və QIÇS-dir. Narkotikdən istifadə 

edənlərdə baş beyinin qabığı 7 dəqiqədən sonra ölməyə başlayır.  Əlbəttdə bütün 

qabıq birdən ölmür, bu yavaş gedən prosesdir. Buna görə  də bir çox narkoman 

yaşamaqda qalır. Amma onlar natamam insan olurlar. Elələri olur ki, hərəkət edə 

bilmirlər, heç bir reaksiya göstərmir, düşünmür. Onların beyni ancaq fizioloji 

prosesləri idarə edir. Məsələn, onları yedirtdikdə yeyir, əşyalardan istifadə edə 

bilmir, danışa bilmirlər. Narkotikin olmaması əsəbləşməyə və hirslənməyə gətirib 

çıxarır. Böyük narahatçılıq başlayır. Insan artıq bir işlə  məşgul ola bilmir. 

Narkotikə aludə olan insan hər bir alçalmaya, iyrənc hərəkət eləməyə məcbur olur. 

Həmin insanın bütün maraqları, ümüdləri və qarşısına qoydugu məqsədləri 

getdikcə sönür. 



Siqaret  

Siqaretin tərkibi xərçəng xəstəliyi yaradan maddələrlə  zəngindir. Onun təribində 

3700-ə qədər zərərli maddə var. Və bu zərərli maddələr siqaretlə birgə alınan hər 

nəfəsdə insan orqanizmini zəhərləyir. Bunun nəticəsində ciddi xəstəliklər meydana 

gəlir. Dünyada hər 13 saniyədə bir insan siqaretlə bağlı  xəstəliklərdən dünyasını 

dəyişir. Hər il dünya miqyasında 2 milyon yarım insan siqaretə görə ölür. Bu 

ölümlərin başlıca səbəbi isə ağciyər xərçəngidir. İkinci səbəb isə ürək xəstəlikləri 

və  xərçəng xəstəliyidir. Insanlar olduqca ehtiyatlı olmalıdırlar. Çünki bu xəstəlik 

əsasən qanla yoluxur. Buna görə də hər kəs iynə vurdurarkən salonlara gedərkən 

ehtiyatlı olmalıdır.  

 

 

 



 

 

     



Alkoqol  

Alkoqol dildə, dodaqda, qırtlaqda xərçəng xəs-

təliyinin yaranmasına səbəb olur. O həm də 

ürək-damar xəstəklərinin törədicisidir. Spirtli



 

içkinin insan orqanizminə olduqca böyük təsiri 

var: qaraciyər, mədə-bağırsaq, baş beyin, ürək  

alkoqoldan istifadə zamanı  ən çox zədələnən 

orqanlardır. Bildiyimiz kimi, mədə  və 

bağırsaqlarda qidanı  həzm etmək üçün 

fermentlər ifraz edən xüsusi vəzlər yerləşir. Alkoqol bu vəzləri qıcıqlandırdığı 

halda fermentlər qidanı  həzm etmək xüsusiyyətini itirir. Digər tərəfdən alkoqol 

mədənin hərəkət aktivliyini gücləndirir. Nəticədə qida kifayət qədər həzm 

olunmayaraq mədəni tərk edir. Gələcək ana spirtli içki qəbul etməklə öz övladını 

hələ dünyaya gəlməmişdən zəhərləyir, nəticədə xəstə, əqli zəif uşaq dünyaya gəlir.  

Gənclərin sağlamlığını  təhlükə qarşısında qoyan əsas xəstəliklərdən biri 

AİDS xəstəliyidir ki, bu barədə  gənc oxucuların maarifləndirlməsi olduqca 

vacibdir. Bu məqsədlə xüsusən məktəblərdə kitabxanaçı tərəfindən maarifləndirici 

söh-bətlərin aparılması yaxşı  nəticələr doğurar. Kitabxanaçının maarifləndirici 

çıxı-şında aşağıdakı məlumatlar öz əksini tapmalıdır: 

       AİDS 



 

8

       AIDS  xəstəliyi QİÇS, SPİD adları ilə  də tanınır. HİV insanın 



immunçatışmazlığı virusudur. Bu viruslar insan orqanizminin CD4 adlanan 

hüceyrələrini məhv edir. HİV-ə yoluxmuş insanlarda müdafiə sistemi zəiflədiyinə 

görə onlar bir çox xəstəliklərə asanlıqla tutulurlar. Bu xəstəliklər ölümlə 

nəticələnir. Virus daşıyıcısı tamamilə sağlam görünə bilər. QİÇS-ə yoluxmuş insan 

yoluxduğundan xəbərsiz ola bilər. Bu xəstəlik əsasən qanla yoluxur və hər kəs iynə 

vurdurarkən, salonlara gedərkən ehtiyatlı olmalıdır. 

         Gənclər, onu da bilməlidir ki, Respublikamızda QİÇS-lə mübarizə  mərkəzi 

fəaliyyət göstərir. Mərkəzin qaynar xətti (494 99 24) hər zaman insanların 

müraciəti üçün açıqdır. Eyni zamanda mərkəzin saytı (

www.AIDS.az

) da fəaliyyət 

gös-tərir ki, bura daxil olaraq sizi maraqlandıran sualları buradan da əldə edə 

bilərsiniz. Hətta həmin mərkəzin  əməkdaşları ilə  gənclərin görüşünün təşkili də 

mümkündür. Söhbət zamanı kitabxanaçı “Tibb qəzeti”, “Ailə həkimi” jurnalındakı 

məlumatlardan da istifadə edə bilər.   

Hər bir gənc gün ərzində öz öhdəsinə düşən işləri görməklə yanaşı düzgün 

istirahət etməyi də bacarmalıdır. Lakin gənclərimiz istirahət rejimlərini düzgünmü 

qururlar? Əyləncə anlayışını hər kəs eyni mənada qəbul etmir. Gənclərimizin çoxu 

istirahəti kitab oxuyub, mütailə etməkdə, musiqi dinləməkdə televizora baxmaqda 

görürsə, böyük bir qismi isə  əyləncəni dostlar ətrafında hansısa istirahət 

mərkəzində dincəlməkdə görür. Bir sözlə hər bir gəncin öz maraq dairəsinə uyğun 

əyləncə  tərzi var. İnsan vaxtını  həm iş üçün, həm də istirahət üçün düzgün 

bölüşdürməyi bacarmalıdır. Düzgün işləyə bilməyən adam düzgün istirahət etməyi 

də ba-carmaz. Beləcə  də imuniteti zəifləyə bilər. Bununla əlaqədar kiabxana 

işçiləri tərəfindən gənclərimizin düzgün asudə vaxtının düzgün 

istiqamətləndirilməsi vacibdir.  

Ancaq onu da qeyd edək ki, kitab oxumaq istirahət etməyin  ən yaxşı 

üsuludur. Britaniyalı psixoloqlar bəyan etmişlər ki, kitab oxumaq başqa üsullarla 

müqayisədə sakitləşməyə tez bir zamanda kömək edir. Cəmi 6 dəqiqə kitab 

oxumaq stressin səviyyəsini ikidə üç dəfə endirir. Kitab oxumaq fikri 

cəmləşdirməyə,  ədəbiyyat aləminə daxil olmağa və problemlərdən yayınmağa 

kömək edir. Kitabxanaçıların bu mühüm vərdişi gənclərə sevdirməsi olduqca vacib 

amillərdən biridir. 

 Mütaliə insan xarakterini formalaşdırıb, gənclərimizə bir sıra müsbət 

keyfiyyətlər aşılayır. Bu səbəbdən kitabxanaçılar gənclərdə mütaliəyə  həvəs 

oyatmaq məqsədilə öz işlərini planlı şəkildə qurmalıdıdrlar. Nəzərə alsaq ki, XXI 

əsr komputer-informasiya əsridir. Mütaliəni gənclərə sevdirməyin, gənclərlə daim 

ünsiyyətdə olmağın  ən yeni üsullarından biri də internetin geniş imkanlarından 

istifadə etməkdir. Çünki son dövrlərdə internetdən istifadə etməyən gənc az tapılar. 

Bunun üçün kitabxanaların internet səhifələrinin fəaliyyət göstərməsi  əlbəttə ki, 

yaxşıdır. Ancaq onu da nəzərə almaq lazımdır ki, iqtisadi çətinliklər hər 

kitabxanaya bu imkanı vermir. Ancaq sadə üsullarla da gənclərlə əlaqə saxlamaq 

olar. Bilirik ki, internetdə Tvitter, Facebook kimi məşhur sosial şəbəkələr fəaliyyət 

göstərir. Bu şəbəkələrdə kitabxanaların səhifələrini yaratmaq və səhifələri şəbəkə 

istifadəçilərinə  təklif etmək olar. Həmin səhifədə kitabxananın  şəkilləri, 

kitabxanaya yeni daxil olan kitabların üz qabıqları yerləşdirilə bilər. Bununla 



 

9

yanaşı gənclər səhifəni yaradan kitabxanaçı ilə söhbət edə bilər, öz problemləri və 



onları maraqlandıran kitablarla əlaqədar suallarını kitabxanaçıya ünvanlaya 

bilərlər. Bu həm də kitabxanaçıya gənc oxucuları kitabxanaya yeni daxil olan 

kitablarla yaxından tanış etmək imkanı verir. Internetdə bu kimi səhifələrin 

yaradılması  həm də oxuculara vertual olaraq müəyyən  əsər haqqında fikir 

mübadiləsi etməyə  və müzakirələr aparmağa imkan verir. Gördüyümüz kimi 

internetin imkanlarından istifadə edərək kitabxana sahəsində mühüm naliyyətlər 

əldə etməyə imkan verir. 

 

Gənclərdə maarifləndirməni gücləndirmək məqsədilə onların yazıçı  və 

şairlərlə kitabxanalarda görüşünün təşkili yaxşı  nəticələr verər. F. Köçərli adına 

kitab-xana öz iş təcrübəsində bu metoddan geniş istifadə etməkdədir. Belə ki, bu 

cür görüşlər gənclərdə savadı, dünyagörüşünü daha da artırır. Bundan əlavə fikir 

mübadiləsinin aparılması  gənclərə öz fikir və düşüncələrini daha yaxşı ifadə 

etməyə imkan verir. Bu da gələcəkdə azad fikirli cəmiyyətin formalaşmasında 

mühüm rol oynayar. 

 

Gəncləri mütəmadi olaraq kitabxanaya yeni daxil olan kitablar barədə 



məlumatlandırmaq lazımdır. Bu məqsədlə müasir yazıçılarımızın kitablarından 

ibarət sərgilər təşkil etmək olar. Sərgidə N. Məmmədlinin “Bu bir oyundur”, 

“Zəngulə”, “Vicdan dustağı”, Elxan Elatlının “Pəncərədə görünən kölgə”, 

“Cəhənnəmdən gələn səs”, “Xəyanət”, “Bakıdan gələn xəfiyyə”, “Qan ləkəsi”, 

“İtmiş  qızın axtarışı”, “ Yeddinci mərtəbədə  qətl”, Pərvizin “Yad dildə”, Varisin 

“Sonuncu ölən ümidlər”, “Bir ovuc torpaq” “Görünməyən izlər”, Çingiz 

Abdullayevin “Onun qəlbinin üçdə bir hissəsi”, “Veneranın ikinci dəfə  həyata 

gəlməsi”, “Kandaqordan agent”, “Paralel həyat” kitabarını nümayiş etdirmək olar. 

Kitabxanalarda gənclərimizi fəaliyyətdə olan gənclər təşkilatları haqqında 

məlumatlandırmaq lazımdır. Belə ki, hazırda ölkəmizdə 170 gənclər təşkilatı 

fəaliyyət göstərməkdədir. Bu təşkilatların fəaliyyətindən, gördükləri işlərdən gənc 

oxucuları  xəbərdar etmək üçün həmin təşkilatların nümayəndələri ilə  gəncləri 

görüşdürmək mümükündür. Beləcə  gənclər onları maraqlandıran suallara cavab 

tapa bilərlər. 

 Son 

dövrlərin yazıçılarını oxucularımıza sevdirmək məqsədilə onların 



əsərlərinin icmallarının keçirilməsi məqsədə uyğundur. Icmalını keçirə biləcəyiniz  

əsərlərdən biri son dövrlərin sevilən yazıçısı Elxan Elatlının “Görünməyən izlər” 

kitabıdır. Yazıçı  əsərlərini detektiv üslubda yazır. Əsərin əsas qəhrəmanı Qambay 

Qasımlıdır. Romanda Humayla onun tanışlığından bəhs edilir. Əsərdə bu 

günümüzün gəncliyi üçün olduqca əhəmiyyətlidir. Belə ki, yazıçı  əsərdə 

narkotokin insan həyatını necə məhv etdiyini olduqca aydın şəkildə əks etdirir. Elə 

bu səbəbdən də  əsər gənclərimiz üçün əhəmiyyətə malikdir. Kitab 2010-cu ildə 

Bakıda “İdeal-print” nəşriyyatında çap olunmuş  və oxucuların ixtiyarına 

verilmişdir.  

 

Müasir dövr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən bir də 



Nüşabə  Məmmədlidir. Yazıçının son nəşr olunan kitablarından biri “Vicdan 

dustağı” adlanır. Kitab 2010-cu ildə “Çinar-Çap” nəşriyyatı  tərəfindən çap 

olunmuşdur. Kitabın icmalının təşkili  gənc oxucularda ona qarşı maraq yaradır. 

Roman onu oxuyan hər bir gənci öz həyatını, atacağı addımları bir daha 




 

10

düşünməyə vadar edir. Belə ki, tərbiyəvi mövzuda yazılan əsər müasir gəncliyimiz 



üçün olduqca əhəmiyyətlidir.  Əsər gənclərə bir sıra insani keyfiyyətləri aşılamaq 

cəhətdən olduqca əhəmiyyətlidir. Romanın  əsas qəhrəmanı  Səltənətdir. Onun 

həyatında baş verən çətinliklər gənclər üçün təhsilin nə qədər vacib olduğunu bir 

daha sübut edir. Yazıçı romanda erməni millətinə xas murdar xüsusiyyətləri böyük 

məharətlə  təsvir etmişdir. Roman gənclərimizi mübariz olmağa, vətəni, ailəni 

sevməyə, təhsil almağa səsləyir.  Əsər gənclərimiz üçün böyük tərbiyəvi 

əhəmiyyətə malikdir. 

Gənclərin fikir və düşüncələrini öyrənmək üçün 

onlar arasında müsahibənin keçirilməsi 

məqsədə uyğundur. Onu da deyək ki, müsahibə 

oxucuları öyrənməyin ən yaxşı üsullarındandır. 

Müsahibənin ali təhsil və orta ixtisas məktəb 

kitabxanalarına müraciət edən tələbələr 

arasında keçirmək daha yaxşı olar. Müsahibə 

zamanı  təqdim olunacaq sualları sizə  təqdim 

edirik: 


1.Özünüzü təqdim edin. Harada təhsil alırsınız? 

2.Tez-tezmi kitabxanalara müraciət edirsiniz? 

3.Hansı janrda olan ədəbiyyata daha çox 

üstünlük verirsiniz? 

      4. Ən son hansı kitabı oxumusunuz? 

      


5. Sizcə Azərbaycanda gənclər azmı mütaliə edir?  

 6. Özünüzü hazırki cəmiyyətdə hansı mövqedə görürsünüz? 

 7. Bəs gələcəkdə  hansı mövqedə olmaq istərdiniz? 

 8. Sizcə gələcəkdə öz ixtisasınız üzrə mütəxəssis ola biləcəksinizmi?    

      10. Siz gənc olmağın üstünlüyünü nədə görürsünüz? 

      11. Sizcə təhsil gənclərimiz üçün nə dərəcədə önəmlidir? 

      12. Sizcə Azərbaycan gəncliyi nəyə qadirdir? 

      13. Azərbaycan gənclərinə nə tövsiyyə edərdiniz? 

      14. Azərbaycanımızı necə görmək istərdiniz? 

      15. Asudə vaxtlarınızı necə keçirirsiniz?  

      16. Ən çox sevdiyiniz məşğuliyyət nədir? 

      17. Sizcə bizim gənclərin əsas problemləri nədən ibarətdir?   

Maraqlı  tədbirlərdən biri ədəbi bəddi gecədir. “Bizim gələcəyimiz-

gənclərimiz” ədəbi bədii    gecənin ssenarisini sizə təqdim edirik.   



 (Səhnədəki  plakatda Ümummilli liderimiz Heydər Əliyevin respublika gənclərinin 

II forumundakı nitqindən olan  sözləri əksini tapmışdır: XXI əsr gənclərin əsridir. 

XXI əsr Azərbaycanda gənclərin müstəqil dövlətimizi qurub-yaratmaq inkişaf 

etdirmək dövrüdür .) 

 

 (Tədbir ekranda Ulu öndərimiz Heydər  Əliyevin çıxışnın nümayişi ilə             

başlanır. ) 

Heydər Əliyev:   Əziz gənclər! 

  Bu 

gün 


ölkəmizdə bayram günüdür, Gənclər günüdür. Bu  


 

11

  Bayram 



münasibətilə sizi, Azərbaycanın bütün gənclərini  

 

səmimi qəlbdən təbrik edirəm. Sizə can sağlığı, xoşbəxt həyat,       



təhsilinizdə, gələcək işlərinizdə, bütün həyatınızda uğurlar  

arzulayıram. Bizim bugünkü görüşümüz bəşər tarixində əlamət 

   dar 

bir 


dövrə təsadüf edir - əsrlərin, minilliklərin ayrıcında, XXI  

                               əsrin birinci ilinin başlanğıcında keçirilir. Bu həqiqətən tarixi  

                               hadisədir. Çünkü bu dövrü, bu günləri yaşamaq bizlərə, sizlərə  

                               nəsib olubdur. Həm XX əsrdə yaşayıb-yaradaraq onu başa  

                               vurmaq, həm də XXI əsrə keçib bunu davam etdirmək nəsib  

                               olubdur.XXI əsr gənclərin əsridir, sizin əsrinizdir. Heçşübhə  

                               etmirəm ki, Azərbaycan gəncləri XX əsrdə toplanmış bütün  

                                təcrübədən səmərəli istifadə edərək, XXI əsrdə doğma,  

                               müstəqil Azərbaycan üçün yeni uğurlar gətirəcəklər.  

I Aparıcı:            Hamınızı xoş gördük, əziz gənclərimiz  və hörmətli qonaqlar! 

                    Əziz gənclər, ulu öndərimizin çıxışında eşitdiyiniz kimi bu 

günki tədbirimiz məhz sizə həsr olunmuşdur.  

I Aparıcı: 

Ümummilli liderimizin də hər dəfə çıxışlarında qeyd etdiyi kimi 

Azərbaycan gəncliyi müstəqil respublikamız üçün böyük 

nailiyyətlər qazanmaq iqtidarına malikdir. Bəs bu məqsədlərə 

çataq üçün biz gənclər nə etməliyik?                  

II Aparıcı: 

Bildiyimiz kimi inkişafa gedən yol ilk növbədə təhsildən keçir.  

Elə bu səbəbdən də hamınız təhsilinizə, savadınızı artırmağa 

xüsusi diqqətlə yanaşmalısınız. Dostlar, çalışın daima 

intellektual səviyyənizi, savadınızı inkişaf etdirin. Çünki 

vətənimizə layiqli bir vətəndaş kimi yetişmək üçün təhsil 

önəmli şərtlərdən biridir. Konstitutiyamızın da 42-ci 

maddəsində göstərildiyi kimi hər bir vətəndaşın təhsil almaq 

hüququ vardır. Dövlətimiz isə hər bir gəncin təhsil almaq 

hüququnu təmin edir. Bu imkanlardan yararlanın, əziz gənclər! 

 

I Aparıcı: Dostlar, 



unutmayın ki, siz artıq cəmiyyətin  yetkin  üzvüsünüz.     

Hər addımı atmazdan öncə  hərtərəfli düşünün, ziyanlı 

vərdişlərdən uzaq olmağa  çalışın. Heç bilirsinizmi ki, bu kimi 

vərdişlər insanın gələcək həyatında necə dərin yaralar aça bilər? 

Elə bu səbəbdən də popiros çəkmək, içki içmək, narkotikdən   

istifadə etmək kimi pis vərdişlərdən uzaq olun. Buna nail olmaq 

üçünsə ilk növbədə ətrafınıza yaxşı dostlar toplayın.  

   II Aparıcı:    

Unutmayın ki, dostluq bütün hisslərin, bütün münasibətlərin ən          

ülvisi  ən  əvəzolunmazı  və  ən önəmlisidir.  Dostluq  olmadan   

sevgi olmaz, dostluq olmadan heç bir münasibət baş  tutmaz, 

dostluq olmadan inam, dəyər və  səmimiyyət olmaz. Atalarımız 

əbəs yerə deməyiblər ki, “Dostunu mənə göstər sənə kim 

olduğunu deyim”Odur ki, özünüzə yaxşı dostlar qazanın və 

özünüz də yaxşı dost olmağa çalışın! Gəlin unutmayaq ki, 

dostluq təkcə insanların  şəxsi münasibəti olmaqla qalmır, bu 




 

12

zamanla cəmiyyətdə münasibətlərin yaxşılaşmasına, qonşu 



dövlətlərlə əlaqələrin möhkəmləndirilməsinə gətirib çıxarır.   

                              (Oxucu: Elmir Gəncəlinin “Dostluq” şeirini söyləyir. )



 

 Bir gecə qələmi əlimə aldım 

                       Düşündüm dostluqda səhv etmişəm mən ? 

        Ilk öncə yadıma mən səni saldım 

                         Gördüm xoş xatirələri məhv etmişəm mən ! 

 

      Yadimda qalmisan pis fikirlərlə 



           Hər zaman dostuna demisən yalan  

          Dar gündə sən məni vermisən ələ  

           Əsl dost dostuna can verər qurban  

 

             Heç kimə dost sözün demirəm indi  



           O qədər yalançı dostlar görmüşəm  

                     Dost dedim çevrildim bir də gördüm ki,  

        Artıq üzü üstə yerə düşmüşəm... 

 

I  Aparıcı: 

Gənclər, siz hər zaman vətənimizin xidmətində durmalı, onun 

gələcək inkişafına yaxından iştirak etməlisiniz. Unutmayaq ki, 

vətənimizi yadellilərdən qorumaq kimi mühüm bir vəzifə də biz 

gənclərin üzərinə düşür. Belə ki, hər bir oğlan hərbi xidmətini 

yerinə yetirməklə  vətən qarşısında öz borcunu yerinə 

yetirməlidir. Vətənə  məhəbbət, anaya, xalqa, ailəyə olan 

məhəbbət de-məkdir.  

                  (Oxucu Mirvarid Dilbazinin “Vətən oğulsuz olmasın” şeirini söyləyir. ) 

 

          

 

 

 



İgid oğul istəyir 

 

         



 

 

 



Vətən hər dar günündə 

 

        



 

 

 



Şücaətlə dayansın  

 

          



 

 

 



Mərdim düşmən önündə 

 

    



 

 

 



 

Igid oğul, ər oğul 

 

          



 

 

 



Vətənin şöhrətidir 

 

          



 

 

 



Tədbirli rəhbər oğul 

 

          



 

 

 



Xalqın səadətidir.  

 

          



 

 

 



Gül üstə gül bitirir 

  

 



 

 

 



 

 

    Övladın fərliləri 



 

          

 

 

 



Vətən tarixi olur 

                    

 

 

 



Elin hünərliləri. 

 

          



 

 

 



Sizə uğurlu yollar 

          

 

 

 



 

Şücaətli oğular 

          

 

 



 

 

Vətənin qartalları! 



          

 

 



 

Qədirbilən xalqımız 

          

 

 



 

 

Bəzəyərək güllərlə 



                    

 

 



 

Keçdiymiz bu çətin, 

         

 

 



 

Bu əzablı yolları!   

       



 

13

 



(Gənclərin ifasında Cavanşir Quliyevin “Əsgər marşı” mahnısı    səslənir və 

səhnədə Azərbaycan bayrağı dalğalanır.) 

 

II aparıcı:  



 

İndi isə hamınızı gənc oxucularımızın hazırladığı    

 

                      səhnəciyə baxmaga dəvət edirik. 



 

(Tələbələr səhnəyə çıxır.onlar aralarında söhbət edirlər. Birinci tələbə üzünü 

yoldaşlarına tutaraq deyir:) 

I tələbə:                  Ay uşaqlar, deyirəm həyatımız elə bil ki, kinolara bənzəyir. 

                               Necə düşünürsünüz? Gəlin bu barədə öz fikirlərimizi de-    

                               yək. Ilk əvvəl mən başlayıram: Tələbənin ilk 

                               günü - “Uşaqlığın son gecəsi” dir. Birinci kurs - “İnsan   

                               məskən salır” 

II tələbə:                 İkinci kurs - “Geriyə yol yoxdur”, Müəllim və patoq –   

 

                     “Əlibaba və qırx quldur “                              



I tələbə:                  Tələbə lövhə qarşısında - “Sən niyə susursan”?, Asanlıqla                     

yaxşı  qiymət yazan müəllim: “Onun böyük  ürəyi” 

III tələbə:  

 

Başdan sovdu dərs – “Gün keçdi” Axırıncı dərs – “Atları 



 

                     yəhərləyin” 

I tələbə: 

           Tələbə imtahanda “Canlı meyit” Tələbə seminarda “Bülbül  

                               qəfəsdə” 

III tələbə:             Tələbə yataqxanada “Qərib cinlər diyarında”  

II tələbə:                 Dərsdən qaçan tələbə “Əhməd haradadır?” Dekan dəhlizdə -  

                               “Mixaylo şəhərdə” 

IV tələbə:                Payıza qalan tələbə - “Onu bağışlamaq olarmı?” imtahandan  

                                kəsilən  tələbə - “Arxadan vurulan zərbə” 

II tələbə:                  Konspektsiz tələbə - “Başsız atlı”, Bufet – “Şərikli çörək” 

I tələbə: 

            Semestr imtahanı – “İstintaq davam edir”, Dayday -“Böyük  

                                dayaq”      

III tələbə:              Dövlət imtahanı – “Axırıncı aşırım” Diplom müdafiəsi - 

                                “Dağlarda döyüş” 

I tələbə:                   Uşaqlar, imtahan demişkən, deyirəm nə yaxşı oldu ki, 

                                imtahanları verib qurtardıq. 

II tələbə                   Amma mən axırıncı imtahandan kəsildim. Bütün suallara   

                                cavab vermişdim. Bir sualdan başqa.         

Tələbələr:                O hansı sualdır?  

II tələbə: 

 

  Müəllim soruşdu ki, Rusiya-Yaponiya müharibəsi 



 

  

 



  hansı ölkələr arasında baş vermişdir? Mən də o mövzunu  

 

                      oxumamışdım.   



I tələbə:                   Hə çətin sualdır. Heç mən də bilmədim. Eybi yox gedək 

                                kitabdan taparsan.  



(Tələbələr səhnəni tərk edirlər) 

I aparıcı:                  Hər bir şəxs gələcəyini düşünərək yaşayır, çünki hər bir 




 

14

                              günün  sabahı var. Müasir gənclərimiz həm öz, həm də 



ümumilikdə Azərbaycanımızın gələcəyi üçün daim 

çalışmalıdır. Gəlin vətənimizi göz bəbəyimiz kimi qoruyub 

onun keşiyinə duraq. Ulu öndərimiz Heydər  Əliyevin və 

hörmətli prezidentimiz İlham  Əliyevin bizə olan etimadını 

doğruldaq. Azərbaycanımızı gündən-günə inkişaf etdirək. 

 

 



 

 

S O N 



 

                                          

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




 

15

 



                                      Ədəbiyyat siyahısı 

 

 



Internetdə  

www.google.az 

 

 

Kitablar:  

1.

 



Bünyadzadə, Könül Yusif.- gəncliyin fəlsəfəsi. B.: Nurlar.-2009.-256s. 

2.

 



Cəfərov Həmzə.- Azərbaycanda gənclər hərəkatı.-B.: Nurlar, 2009.-458s.  

3.

 



Dolğun Nəsir.-Ürəkdə bəslənən sevdaya şükür. 

4.

 



Elatlı E. Görünməyən izlər. B.: İdeal-Print, 2010, 320 s. 

5.

 



Məmmədli N. Vicdan dustağı. B.: Çinar-Çap, 2010, - 205 s. 

 

Dövrü mətbuata:  

1.

 

Bəşirqızı Z. Gənclər ulu öndərin tövsiyyələrinə layiqincə əməl edirlər. // Xalq 



qəzeti. – 2007.- 17 iyul 

2.

 



Elmanoğlu S. Gənclərin himayədarı// Azərbaycan.-2007.- 2 fevral 

3.

 



Əliyev T. Azərbaycan gəncləri Prezident İlham  Əliyevin rəhbərliyi ilə ulu 

öndər Heydər Əliyev tövsiyyələrini layiqincə yerinə yetirirlər. // Xalq qəzeti.- 

2 fevral 

4.

 



Məmmədov  Ş. Gəncliyin bədii mədəniyyətinin formalaşmasında folklora aid 

informasiyaların rolu. // Azərbaycan müəllimi.- 2000.-6 dekabr 

5.

 

Məmmədov Ş. Bizim gələcəyimiz gənclərdir. // Azərbaycan müəllimi 2007.- 2 



fevral 

 

 



 

 

     Tərtib edəni:              Xəlilova Xəyalə - F. Köçərli adına Respublika Uşaq  



                   Kitabxanasının baş kitabxanaçısı 

     Redaktor: 

         Fizurə Quliyeva - F. Köçərli adına Respublika Uşaq  

                                       Kitabxanasının direktoru 



 

Yüklə 137,85 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə