Azərbaycan respublikasi miLLİ DÖVLƏt siyasəTİNİN Əsaslari



Yüklə 40,42 Kb.
Pdf görüntüsü
tarix26.05.2018
ölçüsü40,42 Kb.
#46400


“Qanun”.-2015.-№ 1(243).-S.125-128. 

 

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ 

DÖVLƏT SİYASƏTİNİN ƏSASLARI 

 

Əzizxanlı Məmmədxan Nəhmət oğlu



hüquqşünas 

 

Giriş 

Azərbaycan  Respublikası  milli  dövlət  siyasətinin  Əsasları  (bundan  sonra-Əsaslar)  bütövlükdə  dövlətin,  digər 

hüquqi  və  fiziki  şəxslərimizin  -  milli  varlığımızın  qorunması,  bərpası  və  inkişaf  etdirilməsi  sahəsində  aparıcı 

istiqamətlərini müəyyən edir. 

Azərbaycan Respublikasında ən qiymətli dəyər insandır. Odur ki, insana xidmətdə olmayan gərək deyil. 

Azərbaycan Respublikasında yaşamaq soydaşlarımızın təbii haqqıdır. 

Varlığımızı (haqqımızı) qəbul etməyən, Azərbaycan Respublikasının qorunmasını özünün vəzifəsi saymayanlar, 

Azərbaycan  Respublikasının  qanunları  ilə  nəzərdə  tutulan  və  onun  ərazisində  qüvvədə  olan  vətəndaş  hüquqlarına 

iddia edə, ondan yararlana bilməzlər 



 

Əsasların hüquqi mənbələri 

Əsaslar,  əsas  insan  və  vətəndaş  hüquqları  və  azadlıqları  haqqında,  “Azərbaycan  Respublikasının  dövlət 

müstəqilliyini  bərpa  etmək  haqqında  Bəyannamə”  barəsində  Azərbaycan  Respublikasının  Ali  Sovetinin  30  avqust 

1991-ci  il  tarixli  Qərarı,  “Azərbaycan  Respublikasının  dövlət  müstəqilliyi  haqqında”  Azərbaycan  Respublikası  Ali 

Sovetinin  18  oktyabr  1991-ci  il  tarixli  Konstitusiya  Aktı,  Azərbaycan  Respublikası  Konstitusiyası  və  qanunları  ilə 

nəzərdə  tutulan  hədəflərə  çatılması  üçün  ölkəmizin  tarixi  ərazilərində  və  kənarda  yaşayan  vətəndaşlarımızın, 

soydaşlarımızın  tarixi  vətənləri  ilə  qarşılıqlı  münasibətlərini  tənzimləyir,  onların  ölkə  daxilində  və  xaricdə  özəl 

haqlarının qorunması, bərpası və inkişaf etdirilməsinin təmin edilməsini, onların təşkilatlanmasına qanuni vasitələrlə 

yardım etməklə dəstək verilməsini nəzərdə tutur. 

Əsaslar, nəzərdə tutduğu hədəflərə çatmaqda , həmçinin BMT-nin Baş Məclisi tərəfındən 1948-ci il dekabrın 

10-da  qəbul  olunmuş  “İnsan  Hüquqları  haqqında  Ümumi  Bəyannamə”yə,  Avropa  Şurasının  4  noyabr  1950-ci  il 

tarixdə qəbul etdiyi ’’İnsan hüquqları və əsas azadlıqlarının Müdafıəsi haqqında Konvensiya”ya və İslam Konfransı 

Təşkilatının 19 sentyabr 1981-ci il tarixli “İnsan Hüquqlarının Ümumislam Bəyannaməsi”nə söykənir. 

Azərbaycan  xalqının  hüquqlarının  qoruyucusu  -  özünün  demokratik  əsaslarla  qurduğu  milli  dövlətidir.  Milli 



demokratik dövlət - Azərbaycan xalqının rifahmı təmin edə biləcək ən böyük tarixi nailiyyətidir. 

 

Azərbaycan Respublikası milli dövlət siyasətinin prinsipləri 

Əsaslar, ölkəmizin tarixi ərazisində və dünyada vətəndaşlarımızın, soydaşlanmızın milli və beynəlxalq hüquqla 

təsbit olunmuş insan və vətəndaş hüquqlarının təminatına, bərpasına və inkişafına xidmət edir. 

[səh. 125-126]

 

Azərbaycan  Respublikasında  və  dünyada  vətəndaşlarımızın,  soydaşlarımızın  insan  və  vətəndaş  hüquqlarının 



qorunması, təminatı, toplumlararası vaxtaşırı mədəni əlaqələr milli təhlükəsizliyimizin tərkib hissəsi kimi dövlətimiz 

üçün həmişə üstün məsələ sayılmalıdır. Bu, yaxın qonşularla münaqişəsiz yaşamağın ən vacib şərtlərindən biridir. 

Azərbaycan  xalqı  öz  hakimiyyəti  simasında  sonuncu  Respublikasını  qurmaqla  özünün  tarixi  ərazisində  bərpa, 

İstiqlal  Bəyannaməsini  elan,  Əsas  qanununu  qəbul  etməklə  özünün  dövlətçilik  dəyərlərinə,  insan  və  vətəndaş 

hüquqlarına nə qədər sayğılı, sadiq olduğunu təsdiqləmiş oldu. 

Əsaslar, bütün rənglərdən olan imperialistlərin hər cür pərdələnmiş ad altında bizi özündən asılı hala salmaq, 

iqtisadi,  siyasi,  mənəvi  və  hərbi  basqıya  məruz  qoymaqla,  maddi  və  mənəvi  sərvətlərimizi  ustufca  qamarlamaqla, 

varlığımızı  öz  içində  əritməklə  yox  etmək  istəkləri  qarşısında  keçilməz  sədd  olacaq  “Milli  olmayan,  bəşəri  deyil” 

yanaşmasını (tutarqasını) əsas tutmaqla onların hər cür təcavüzünü heçə endirmiş olur. 

Milli məsələlərin çözülməsində üstünlük, bir qayda olaraq, qarşılıqlı anlaşmaya verilməlidir. Hərb, yalnız haqqı 

aşkar tapdananların sonuncu, təbii haqqıdır. 

Sabiq  Sovet  Sosialist  Respublikalar  İttifaqı  məkanında  yaranan  milli  dövlətlərdən  ilk  və  yeganə  olaraq  məhz 

bizdə  “Azərbaycan  Respublikasında  yaşayan  milli  azlıq,  azsaylı  xalq  və  etnik  qrupların  hüquq  və  azadlıqlarının 

qorunması dil və mədəniyyətinin inkişafı üçün dövlət yardımı haqqında” Azərbaycan Respublikası Prezidentinin 16 




sentyabr 1992-ci il tarixli, 830 saylı Fərmanı verilmişdi ki, bu da dövlətimizin, ölkəmizin azsaylı xalqlarına doğma 

münasibətin göstəricisi sayılmalıdır. 



 

Azərbaycan Respublikası milli dövlət 

siyasətinin məqsədi və vəzifələri 

Dövlət  müstəqilliyini  bərpa  etmiş  Azərbaycan  Respublikası  ərazisinin  doğma  xalqlarının  iradəsi  ziddinə  baş 

vermiş  işğalın  mənfi  nəticələrini  rədd  etməklə  öz  tarixi  ərazilərinə  təbii  haqqını  bərpa  etmişdir.  Bu  baxımdan 

Əsaslar,  həm  də  Azərbaycan  Respublikası  öz  tarixi  ərazilərinə  təbii  haqqım  fakta  çevirmək  yönündə  dövlət 

orqanlarının, digər hüquqi və fiziki şəxslərin öz fəaliyyətlərində əsas tutmalı, nəzərə almalı olduqları nəzəri, strateji 

və taktiki hazırlıq, təməl sənədidir. 

Azərbaycan  xalqının  müqəddəs  ocaq  kimi  yurd  yeri,  vətən  bildiyi  tarixi  ərazilərindən  başqa  yerlərdə  gözü 

olmadığı kimi, öz halal torpaqlarını da göz bəbəyi kimi qoruyacaqdı. 

Əsaslar,  ölkəmizdə  və  dünyada  təbii,  tarixi  zəruri  qaydada  məskunlaşmış,  əsrlərcə  birgə  yaşamış,  mənən 

qovuşmuş,  Azərbaycanı  sevən,  onu  özünə  ümidgah,  vətən  sayan,  dilindən,  dinindən,  cinsindən,  irqindən  asılı 

olmayaraq  bütün  insanları  -  doğma  Azərbaycan  xalqlarının  dəyərli  özəlliklərini  qorumağa,  bərpa  etməyə,  inkişaf 

etdirməyə xidmət edir 

Bu  gün  hüquqi  təminatında  yaşadığımız  Respublikamız  20-ci  əsrin  başlanğıcında  Şərqdə  ilk  demokratik 

dövlətin  -  Azərbaycan  Xalq  Cümhuriyyətinin  qurucuları  olan  aydınlarımızın  çox  çətinliklə  formalaşdırdıqları 

azərbaycançılıq  ideologiyasının  məntiqi  sonucudur.  Məhz,  bu  ideologiyanın  əsasında  dövlət  quruluşumuzun  təməl 

prinsipləri,  yaşam  tərzimizi  müəyyən  edən  əsas  qanunumuz  -  Konstitusiyamız  qəbul  edilmişdir.  Deməli,  milli 

ideologiya  dedikdə,  əsas  qanunlarımızı  göz  önünə  gətirmək,  dünyada  öncül  olmaq  üçün  əsas  qanunlarımızı 

mükəmməlləşdirmək və onların düzgün tətbiqinə çalışmaq, ölkədə idarəçiliyi inkişaf etdirmək başa düşülməlidir. Bu, 

Əsasların hədəflərindən biridir. 

[səh. 126-127]

 

Bu  sənəd,  dövlətimizin  tarixi  ərazilərimizdə  bərpa  və  inkişaf  etdirməli  olduğu  dövlətçilik  dəyərləri  sırasında 



insan  faktorunun  üstün  təminatı  üçün  əsasdır.  Vətəndaşlarımızın  rifahının,  insan  faktorunun  üstün,  daha  dolğun 

təminatı inkişaf etmiş ətraf və dünya xalqlarının qibtəedici diqqətini qazanacaq qədər cəlbedici qurulmalıdır. Belə ki, 

biz,  yalnız  yaxşı  nümunə  olmaqla  milli  dövlət  siyasətini  uğurla  yürüdə,  milli  ideologiyamızı  ifadə  etməli  olan 

Konstitusiyamızdakı  hədəflərimizə  çata  bilərik.  Biz  yaşamda  ən  yaxşıya  iddialıyıq  ona  görə  ki,  buna,  həm  insani, 

həm maddi potensialımız yetərincədir. Bu da bizə ən yaxşı yaşamalı olduğumuza haqq verir. İşimizi yaxşı qurarıqsa, 

vətəndaşlarımiz arasında sözün həqiqi mənasında həmrəylik yaradırıqsa, buna asanliqla nail ola bilərik. 

Azərbaycan  Respublikası,  vətəndaşlarının  digər  dövlətlərin  ərazisində  yaşayan  soydaşları  ilə  sərbəst  əlaqə 

saxlama hüququnu təmin edir. 



 

Azərbaycan Respublikası milli dövlət siyasətinin əsas istiqamətləri 

Azərbaycan  xalqı,  ölkəmizdəki  ətlə  dırnaq  qədər  qovuşmuş  doğma  xalqçılığın, millətçiliyin  qarşılıqlı  sayğıya, 

bəşəri dəyərlərə söykənən, biri digərini mənən tamamlayan, qoruyan özəl toplusu kimi insanın azad yaşam haqqına 

təminat verən çağdaş, dünyəvi, demokratik, vahid və daha cilalanmış hüquqi dövlət qurmaqda qərarlıdır. 

Azərbaycan  Respublikası  xaricdə  yaşayan  vətəndaşlarımızın,  soydaşlarımızın  tarixi  vətəni  kimi  onlara 

beynəlxalq hüquqi aktlarda və yaşadıqları ölkənin qanunvericiliyində nəzərdə tutulan hüquqlarının təmin olunması, 

dil,  din,  mədəniyyət  abidələrinin,  milli  adət,  ənənələrin  və  digər  özəlliklərinin  qorunub  saxlanılması  və  onlardan 

istifadə üçün qanunla qadağan olunmayan bütün mümkün vasitələrlə yardım edir. 

Azərbaycan  Respublikası,  tarixi  torpaqlarından  qovulmuş  soydaşlarının  öz  yurduna  dönmələri  üçün  bütün 

imkanlardan  istifadə  hüququnu  özündə  saxlamaqla,  bu  dövləti  cinayət  aktlarını  ilk  fürsətdəcə,  ardıcıl  olaraq  bütün 

beynəlxalq kürsülərdən səsləndirməklə dünya xalqlarını bu azğınlıqlarla tanış edir. 

Azərbaycan  Respublikası  bütün  dünya  xalqlarına  bəyan  edir  ki,  türklərin,  müsəlmanların,  soydaşlarımızın  heç 

bir  zərurət  olmadan  tarixi  vətənləri  İrəvan  xanlığı  ərazisindən,  yəni  keçmiş  Ermənistan  Sovet  Sosialist 

Respublikasından  Azərbaycan  Sovet  Sosialist  Respublikasına  zorla  köçürülmələri,  yəni  deportasiya  olunmaları 

barədə  keçmiş  Sovet  Sosialist  Respublikalar  İttifaqının  Nazirlər  Sovetinin  23.12.  1947-ci  il  tarixli,  4083  saylı  və 

10.03.1948-ci il tarixli,  754  saylı  qərarları “İnsan  Hüquqları  haqqında  Ümumi  Bəyannamə”nin  3-cü  (Hər bir insan 

yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququna malikdir.), 9-cu (Heç kəsi əsassız şəkildə həbs etmək, tutmaq, 

yaxud sürgün etmək olmaz.), 17-ci maddəsinin 2-ci bəndinə (Heç kimi əsassız yerə öz əmlakından məhrum etmək 

olmaz.) zidd olaraq verilmiş və 1948-1953-cü illərdə amansızcasına icra edilmişdir. 



 

Azərbaycan Respublikası milli dövlət siyasətinin icra mexanizmi 

Azərbaycan Respublikasını özünə vətən sayan hər bir köklü (aborigen) millət, xalq, etnik qrup qanundan kənar 

olmayan özəlliyini yaşatmaqda, qorumaqda, inkişaf etdirməkdə, yaymaqda, inanca sahib olmaqda sərbəstdir və digər 

həmvətənləri ilə eyni hüquqa malik olmaqla dövlətin tam himayəsindədir. 

Azərbaycan  Respublikası,  vətəndaşı  olaraq  öz  ərazisində  yaşayan  millət,  xalq  və  etnik  qrupların  mədəni,  dil, 

dini, adət-ənənə, dini mərasim və ayinlərin, milli sənətkarlığın, peşəkarlıq, özfəaliyyət yaradıcılığı, xalq sənətlərinin, 

tarix və mədəniyyət abidələrinin qorunması, tədrisi, təlim, tərbiyəsi, bərpası, inkişaf etdirilməsi və onlardan istifadə 

olunmasına hər cür şərait 

[səh. 127-128] 

yaratmaq, maliyyə vəsaiti ayırmaqla təminat verir. 

Azərbaycan Respublikasında milli əlamətlərə görə ayrı-seçkiliyə, milli müstəsnalığın, milli üstünlüyün bərqərar 

edilməsinə və milli düşmənçiliyin qızışdırılmasına yönələn, hər hansı hərəkət qanunla cəzalandırılır. 

Azərbaycan  Respublikasında  milli  azlıq  təşkil  edən  vətəndaşların  hüquq  və  azadlıqlarının  qorunması,  dil  və 

mədəniyyətlərinin inkişaf etdirilməsi haqqında Azərbaycan Respublikasının Qanunu qəbul olunmalıdır (16.09.1992-

ci il tarixli, 830 saylı Fərmanın tam mətni bazasında zəruri əlavələrlə qəbul olunması tövsiyə olunur.). 

Azərbaycan  Respublikası,  1948-1953-cü  və  1989-cu  illərdə  türklərin,  müsəlmanların,  soydaşlarımızın  tarixən 

yaşadıqları Ermənistan SSR ərazisindəki torpaqlarından heç bir zərurət olmadan kütləvi deportasiyasının bizimçün 

ağır demoqrafık nəticələrini aradan qaldırmaq üçün onların öz yurd yerlərinə dönmələrinə bütün mümkün vasitələrlə 

lazımi şərait yaradacaq. 

Azərbaycanın  quzeyinin  (indiki,  Azərbaycan  Respublikasının  tarixi  ərazisi)  1828-ci  ildə  çar  Rusiyası,  1920-ci 

ildə  Sovet  Rusiyası  tərəfindən  işğal,  ruslar  və  ermənilər  tərəfindən  tarixi  İrəvan  xanlığı  ərazisində  erməni  dövləti 

qurulması, 1989-1994-cü illərdə Qarabağın dağlıq hissəsinin və ətrafındakı 7 rayonun rusların dəstəyi ilə ermənilər 

tərəfindən işğalı nəticəsində ölkəmizin ərazi, insan, sərvət və mənəvi dəyərlərinin itkiləri barədə aparılmış tədqiqat 

işləri uyğun icra orqanları tərəfindən dərsliklərə salınmaqla orta və ali məktəblərdə tədris edilməlidir. 

Rus  işğalı  nəticəsində  Quzey  Azərbaycanın  ərazi  və  kütləvi  insan  itkilərini  əks  etdirən  xəritələr  tərtib  edib 

vaxtaşırı olaraq beynəlxalq təşkilatların, dünya ictimaiyyətinin müzakirəsinə çıxarmaqla onları bugünkü taleyimizi 

şərtləndirmiş amillərlə düzgün məlumatlandırmalıyıq. 

Əsaslarda nəzərdə tutulanlar aidiyyətinə aid olan bütün uyğun dövlət hakimiyyəti, məhkəmə, prokurorluq, icra 

təsisatları  (orqanları)  və  digər  ictimai  təşkilatlar  tərəfındən  həyata  keçirilir,  vaxtaşırı  Milli  Məclisdə  müzakirə 

olunmaqla, qiymətləndirilir. 



25 noyabr 2014-cü il. 

 

Ən yuxarı dövlət məsulları üçün yaddaş: 

Azərbaycan  Respublikası,  itirilmiş  tarixi  torpaqlarının  qaytarılması  üçün  məxfi  olaraq,  ayrıca,  xüsusi  dövlət 

Proqramı hazırlamalıdır. Proqram iki - tarixi, elmi əsaslandırma, təbliğat və hərbi hissədən ibarət olmalıdır. 

Azərbaycan, torpaqlarını rus işğalı altında ikən, yəni öz xalqının iradəsi ziddinə itirdiyindən, suverenliyini bərpa 

etdikdən  sonra  tarixi  əraziləri  üzərində  öz  suveren  hüquqların  bərpa  etməlidir.  Belə  ki,  ölkəmizin  rus işğalı  altında 

olduğu  dövrdə  onunla  bağlı  yaranmış  faktiki  siyasi  hüquqsuzluq  (əsarət)  vəziyyəti  nəticələrinin  bizimçün  artıq 

hüquqi qüvvəsi qalmır, yoxdur və ola da bilməz. О səbəbdən ki, biz öz özgür (suveren) hüquqlarımızı bərpa etməklə, 

barəmizdə  (ölkə  taleyində)  yaranmış  əsarət  kimi  mənfı  nəticələri  tanımamaq,  qüvvədən  salmaq,  aradan  qaldırmaq 

imkanı kimi təbii haqqımızı əldə etmiş oluruq və etmişik. Bu təbii hüququmuzun real təminatı isə ümummilli işimizi, 

milli, mənəvi borcumuzu necə təşkil edə biləcəyimizdən asılı olacaqdır. 



20 noyabr 2014-cü il. 

Yüklə 40,42 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə