Azərbaycan respublikasi naziRLƏr kabineti



Yüklə 242,94 Kb.
Pdf görüntüsü
səhifə1/9
tarix05.04.2018
ölçüsü242,94 Kb.
#36125
  1   2   3   4   5   6   7   8   9


 



 



 

 

 

 

 

 

 

 

 

 

AZƏRBAYCAN RESPUBLİKASI 

NAZİRLƏR KABİNETİ 

 

QƏRAR 

 

№ 242 


 

6 noyabr 1995-ci il, Bakı şəhəri 

 

Ali və orta ixtisas təhsili müəssisələrinin fəaliyyəti ilə baglı Əsasnamələrin təsdiq edilməsi 

haqqında 

 

Azərbaycan Respublikasının Nazirlər Kabineti 

 

QƏRARA ALIR: 

 

Azərbaycan  Respublikasının  Təhsil  Qanununa  uyğun  olaraq,  ali  və  orta  ixtisas 

məktəblərinin  fəaliyyəti  ilə  bağlı  Təhsil  Nazirliyi tərəfindən təqdim  olunan  Əsasnamələr  təsdiq 

edilsin (əlavə 1-8).  

 

 

Baş nazir:                                      F.Quliyev 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 


 

 



 

 

 



 

 

 



 

Azərbaycan Respublikası Nazirlər  

Kabinetinin 1995-ci il 6 noyabr 

 tarixli 242 nömrəli qərarı ilə 

təsdiq edilmişdir 

1 №-li Əlavə 

 

Ali məktəblərdə elmi-tədqiqat işlərinin təşkili  

və planlaşdırılması haqqında 

ƏSASNAMƏ 

 

1.



 

Ümumi müddəalar 

1.1  Bu  əsasnamə  ali  məktəblərdə  elmi-tədqiqat,  təcrübə-texnoloji  və  layihə  konstruktor 

işlərinin  (bundan  sonra  elmi-tədqiqat  işləri)  planlaşdırma,  maliyyələşdirmə  qaydalarını  və  ali 

məktəblərdə  elmi  hissələrin,  elmi-tədqiqat  institutlarının  (ETİ)  və  mərkəzlərinin  (ETM), 

texnoloji-kostruktor  və  layihə-texnoloji  bürolarının  (TKB  və  LTB),  dövlət  büdcəsindən 

maliyyələşdirilən 

elmi-tədqiqat 

laboratoriyalarının 

(ETL) 

və 


sahə 

elmi-tədqiqat 

laboratoriyalarının  (sahə  laboratoriyaları),  hesablama  mərkəzlərinin,  rəsədxanaların,  təcrübə 

stansiyalarının,  muzeylərin,  elmi  kitabxanaların  və  s.  (bundan  sonra  elmi  təşkilatlar)  elmi-

istehsalat fəaliyyətinin təşkilini müəyyən edir. 

 

1.2. Ali məktəblərin elmi təşkilatlarının əsas vəzifələri: 



 

-  milli  iqtisadiyyatın  inkişafında  ali  məktəbin  elmi  potensialından  səmərəli  istifadə 

edilməsi; 

 

- fundamental  və axtarış tədqiqatlarının üstün  istiqamətlərinin  inkişaf etdirilməsi  və  yeni 



texnika, texnologiya və materialların yaradılması; 

 

- yüksək  ixtisaslı elmi  və elmi-pedaqoji kadrların  hazırlanması, iqtisadiyyatın, sənayenin 



və digər təsərrüfat sahələrinin mütəxəssisləinin ixtisaslarının artırılmasının təmin edilməsi; 

 

-  elmi  nəticələrin  istehsalatda  istifadə  olunmasının  genişləndirilməsi  məqsədilə  milli 



iqtisadiyyatın  müxtəlif  sahələri  ilə  elmi-texniki  əməkdaşlığın  perspektiv  formalarının  inkişaf 

etdirilməsi; 

 

- tələbələrin elmi-tədqiqat işlərinə geniş cəlb olinması; 



 

-    mütəxəssislərin  hazırlıq  səviyyəsinin  artırılması  məqsədilə  elmi  tədqiqatların 

nəticələrinin tədris prosesinə tətbiq edilmısi; 

 

- ali məktəbin xarici ölkələrlə elmi-texniki əməkdaşlığının inkişaf etdirilməsi; 



- ali məktəbdə yeni təcrübə-istehsalat bazasının yaradılması. 

1.3.  Elmi-tədqiqat  işləri  yerinə  yetirildikdə  ali  məktəblər  öz  fəaliyyətində  Azərbaycan 

Respublikasının  qüvvədə  olan  qanunlarını,  Azərbaycan  Respublikası  Prezidentinin  fərman  və 

sərəncamlarını, Milli Məclisin qərarlarını, Nazirlər Kabinetinin qərar, sərəncam və göstərişlərini, 

Respublika Dövlət Elm  və Texnika Komitəsinin, ali  məktəbin tabe olduğu  nazirliyin qərar, əmr 

və sərəncamlarını və bu Əsasnaməni rəhbər tutur. 

 

1.4.  Ali  məktəblərin  rektorları  aparılan  elmi-tədqiqat  işlərinin  elmi  səviyyəsinə  və 



səmərəliliyinə, onların maliyyə və dövlət intizamına riayət edilməsinə cavabdehdirlər. 

 

1.5.  Elmi-tədqiqatların  maliyyələşdirilməsi  və  elmi-istehsalat  fəaliyyəti  aşağıdakı 



mənbələr hesabına aparılır: 


 

 



-  ali  məktəbin  tabe  olduğu  nazirlik  (idarə)  tərəfindən  fundamental  və  axtarış  elmi-

tədqiqatların aparılmasına dövlət büdcəsindən ayrılan vəsait; 

 

- təsərrüfat müqavilələri əsasında aparılan elmi-tədqiqat və təcrübə-konstruktor işlərindən 



alınan vəsait; 

 

- ali məktəbin elmi-texniki və sosial inkişaf fondlarından ayrılan vəsait. 



 

1.6.  Ali  məktəblər,  Azərbaycan  Elmlər  Akademiyasının  elmi  təşkilatları,  başqa  ali 

məktəblər, sahə  nazirliklərinin  müəssisə, təşkilat və  idarələri  ilə  müxtəlif təşkilati  formalarda, o 

cümlədən  sahələrarası  komplekslər,  müvəqqəti  yaradıcı  kollektivlər,  tədris-elmi  istehsal 

komplekslərində müqavilələr əsasında birgə tədqiqatlar aparırlar. Elm və texnikanın tərəqqisi və 

mütəxəssislərin  hazırlanmasının  keyfiyyətinin  artırılması  məqsədilə  ali  məktəblərdə  elmi-

tədqiqat, layihə-konstruktor və elmi-texnoloji işlər (bundan sonra elmi-texniki işlər) aparılır. 

 

2. Dövlət büdcəsindən maliyyələşdirilən elmi-tədqiqat işləri 

 

2.1. Dövlət büdcəsindən maliyyələşdirilən elmi-tədqiqat işləri 



aşağıdakılardır: 

 

- təbiət, humanitar, ictimai və texniki elmlərin fundamental problemləri; 



 

- Azərbaycan Respublikası elmi-texniki tərəqqisinin kompleks proqramı; 

 

-  yeni  texnika  və  texnologiya  yaradılması  üçün  sahələrarası  elmi  və  elmi-texniki  dövlət 



əhəmiyyətli proqramlar; 

 

-  ali  məktəblərdə  elmi  şuranın  qərarı  ilə  təşəbbüslü  fundamental  və  axtarış  elmi 



tədqiqatları. 

 

2.2.  Ali  məktəblərdə  yerinə  yetirilən  fundamental  tədqiqatlar  aşağıdakı  mənbələr 



hesabına maliyyələşdirilir: 

 

-  dövlət  elmi-texniki  proqram  tapşırıqlarının  yerinə  yetirilməsi  üçün  müəyyən  edilmiş 



qaydada dövlət büdcəsindən ayrılan vəsaitlər; 

 

-  tabeliyində  olan  ali  məktəblər  arasında  müsabiqə  əsasında  proqramların,  layihələrin, 



mövzuların maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsaitlər; 

 

-  axtarış  və  yeni  elmi  istiqamətlərə  ayrılan  tədqiqatların  maliyyələşdirilməsi  üçün  ali 



məkətəblərin elmi-texniki və sosial inkişaf fondundan ayrılan vəsaitlər; 

-

 



sifarişçilərlə müqavilələr əsasında alınan vəsaitlər; 

-

 



professor-müəllim  heyətinin  fərdi  iş  planları  üzrə  əsas  iş  vaxtı  müddətində 

aparılan elmi-tədqiqatlar üçün ali məktəbə ayrılan vəsaitlər. 

Bu  elmi-tədqiqatlardan  alınan  nəticələr  elmi  hesabat  və  ya  monoqrafiya  şəklində 

hazırlanır və attestasiya, müsabiqə yolu ilə vəzifələrin tutulmasında, professor-müəllim heyətinin 

fəaliyyətinin qiymətləndirilməsində nəzərə alınır. 

2.3.  Nazirlər  Kabinetinin  qərarı  ilə  yaradılmış  ETİ  və  ETL  dövlət  büdcəsindən 

maliyyələşdirilir.  Onların  mövzuları  müəyyən  olunmuş  qaydada  Dövlət  Elm  və  Texnika 

Komitəsi (DETK) tərəfindən təsdiq edilir. 

Mühüm  tədqiqatlar  və  dövlət  əhəmiyyətli  proqramlar  çərçivəsində  aparılan  tədqiqatları 

sürətləndirmək  məqsədilə  maliyyələşdirmə üçün nazirliklər dövlət büdcəsindən ayrılan  vəsaitlər 

hesabına ehtiyat fondu yarada bilərlər. 

2.4.  Dövlət  büdcəsi  vəsaiti  hesabına  fundamental  tədqiqatların  maliyyələşdirilməsi 

müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqələrin keçirilmə şərtləri nazirliklər, idarələr tərəfindən 

müəyyən edilir. 

Müsabiqəyə  təqdim  edilmiş  layihələrin,  proqramların  və  mövzuların  qiymətləndirilməsi 

üçün  ali  məktəblərin,  Elmlər  Akademiyasının,  sahə  elmi  təşkilatlarının  aparıcı  alimlərindən  və 

mütəxəssislərindən ibarət ekspert şuraları nazirliklər tərəfindən yaradılır. 

2.5.  Ali  məktəblərin  elmi  təşkilatlarının  smeta  xərclərindən  hər  bir  mövzu  ayrılıqda 

nəzərə  alınır.  Hər  elmi-tədqiqat  işinin  smeta  dəyəri,  maliyyələşdirilmə  qaydasından  asılı 

olmayaraq,  texniki-iqtisadi  hesablamalar  əsasında,  xərclər  maddələri  üzrə  gəlirin  daxil 

edilməməsi şərti ilə təyin edilir. 



Yüklə 242,94 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə