Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ



Yüklə 463,74 Kb.
səhifə1/6
tarix01.11.2017
ölçüsü463,74 Kb.
#7617
  1   2   3   4   5   6


AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ

MAGİSTRATURA MƏRKƏZİ
Əlyazması hüququnda

Axundzadə Rahid Çingiz oğlu

Azərbaycanin Mərkəzi Asiya ölkələri ilə iqtisadi əməkdaşliğinin inkişaf prespektivləri”



mövzusunda

MAGİSTR DİSSERTASİYASI

İstiqamətin şifri və adı: 060401-Dünya İqtisadiyyatı

İxtisaslaşma: Beynəlxalq Maliyyə və Valyuta Kredit Münasibətləri

Elmi rəhbər: dosent F.Ə.Rəhimli

Beynəlxalq İqtisadiyyat”



kafedrasının müdiri: i.e.d., prof. Kərimli İrşad Abdul

BAKI 2017

Mündəricat

Giriş..........................................................................................................................2

FƏSİL I. MƏRKƏZİ ASİYA ÖLKƏLƏRİ MÜASİR DÜNYA İQTİSADİYYATINDA

1.1. Mərkəzi Asiya ölkələrin ümumi xarakteriktikası …………...........................5

1.2. Mərkəzi Asiya ölkələri beynelxalq iqtisadi inteqrasiya proseslərində ...........15

1.3. Azərbaycanın Mərkəzi Asiyanın İpək Yolunun üzərində olan dövlətləri ilə iqtisadi əlaqələri və onların tarixi................................................................21



FƏSİL II. AZƏRBAYCANIN MƏRKƏZİ ASİYA ÖLKƏLƏRİ İLƏ İQTİSADİ ƏLAQƏLƏRİNİN QİYMƏTLƏNDİRİLMƏSİ

2.1. Azərbaycan, Türkmənistan və Qazaxıstan arasında olan iqtisadi münasibətlər və Xəzər dənizi problemi........................................................................................30

2.2. Azərbaycanın Qırğızıstan, Özbəkistan və Tacikistan ölkələri ilə iqtisadi, sosial və turizm sahələrdə olan əməkdaşlığın inkişaf etdirilmə yolları............................42

2.3. Azərbaycan və Mərkəzi Asiya ölkələrinin sosial-iqtisadi inkişafı və beynəlxalq maliyyə təşkilatların onun qiymətləndirilməsi ......................................................46


FƏSİL III. AZƏRBAYCANIN MƏRKƏZİ ASİYA ÖLKƏLƏRİ İLƏ İQTİSADİ ƏMƏKDAŞLIĞIN İNKİŞAF İSTİQAMƏTLƏRİ

3.1. Mərkəzi Asiya region ölkələrinin tranzit-kommunikasiya sistemlərinin formalaşması və inkişafında beynəlxalq layihələrin rolu.......................................57

3.2. Xəzər və Mərkəzi Asiya region ölkələrinin geoiqtisadi mövqeyinin gücləndirilməsi və iqtisadi təhlükəsizliyin təmin olunması istiqamətləri..............70
NƏTİCƏ ...76

İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT ...79


GİRİŞ

Mövzunun aktuallığı. XX əsrin sonunda öz müstəqilliyini bərpa edən Azərbaycan Respublikası yerləşdiyi mövqeyə görə istər Mərkəzi Asiya ölkələrinin, istərsə də Avropa ölkələrinin iqtiadi siyasətlərində yer tutmaq müvəffəqiyyətini əldə etmiş və bu amillər də respublikamızın iqtisadi potensialına, inkişaf prioritetlərinə, xüsusilədə xarici iqtisadi siyasətinin formalaşmasına mühüm təsir göstərmişdir. Bu gün Xəzər regionu böyük neft hövzəsi kimi strateji və geoiqtisadi mövqe baxımından, Şərq-Qərb, Şimal-Cənub tranzit-kommunikasiya sistemlərinin qovşağında dayandığından dünyanın aparıcı dövlətlərinin daim diqqət mərkəzindədir. Mövzunun aktuallığını şərtləndirən amillərdən biri Azərbaycann Qafqaz və Mərkəzi Asiya regionunda tutduğu mövqeyi, bu regionda iqtisadi əlaqələrin gücləndirilməsi strategiyasıdır. Tədqiqat işində neft strategiyası Azərbaycanın hərtərəfli inkişafı üçün hərəkətverici qüvvə kimi qiymətləndirilir. Mövzunun aktuallığını şərtləndirən digər amil isə respublikamızın beynəlxalq əlaqələrdə siyasətinin qarşısında duran ən mühüm problemlərdən biri olan Xəzərin hüquqi statusu məsələsində Xəzər hövzəsi dövlətlərinin tutduğu mövqeyin təhlili və buna elmi-konseptual yanaşma cəhdidir.

Bu baxımdan müstəqil Azərbaycan Respublikasının Mərkəzi Asiya dövlətləri ilə sosial-iqtisadi, əlaqələrinin tədqiqi yüksək həm nəzəri, həm də praktiki əhəmiyyət kəsb edir. Tədqiqatın əsas məqsədi. Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə iqtisadi əməkdaşlığının mövcud vəziyyətini kompleks tədqiq etmək və qiymətləndirmək, bunun əsasında əlaqələrin inkişaf perspektivləri ilə bağlı konkret istiqamətləri müəyyən etməkdən ibarətdir. Bu məqsədə nail olmaq üçün magistr dissertasiyasında aşağdakı vəzifələr qarşıya qoyulmuşdur: - Müasir dünya iqtisadiyyatında Mərkəzi Asiya ölkələrin yeri və rolu;



  • Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə iqtisadi əlaqələrinin qiymətləndirilməsi;

  • Mərkəzi Asiya region ölkələrinin tranzit-kommunikasiya sistemlərinin formalaşması və “İpək Yolu” layihəsinin reallaşması problemləri;

  • Azərbaycanın və Mərkəzi Asiya region ölkələrin geoiqtisadi mövqeyinin güclənməsi və iqtisadi təhlükəsizliyin təmin olunması istiqamətləri.

Tədqiqatın obyekti və predmeti. Tədqiqat obyektini Azərbaycanın Mərkəzi Asiya region dövlətlərinin iqtisadiyyatı, predmetini isə bu ölkələrin qarşılıqlı iqtisadi əlaqələri, əməkdaşlıq münasibətləri və ona təsir edən geoiqtisadi proseslər təşkil edir .

Tədqiqatda əməkdaşlıq münasibətlərinin predmetini həmçinin Xəzər neftinin əhəmiyyəti, investisiya amilləri, tranzit-kommunikasiya sistemləri, maliyyə-kredit münasibətlərinin öyrənilməsi təşkil edir .



Tədqiqatın elmi yeniliyi aşağdakılardan ibarətdir:

  • Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə iqtisadi əməkdaşlığın vəziyyəti beynəlxalq maliyyə institutların analitik-informasiya mənbələrindən geniş istifadə əsasında kompleks təhlil edilib, qiymətləndirilib və bununla bağlı müvafiq elmi ümumləşdirmələr aparılmış;

  • Azərbaycanın Mərkəzi Asiya region dövlətləri ilə iqtisadi əməkdaşlıq prosesində tranzit-komnunikasiya sistemlərinin inkişafının rolu tədqiq edilmişdir və onların iqtisadi səmərəliliyi göstərilmişdir;

  • Azərbaycanın region ölkələri ilə iqtisadi əməkdaşlığının yeni istiqamətləri və perspektivləri müəyyən edilmişdir.

Tədqiqatın praktiki əhəmiyyəti ondan ibarətdir ki, əsas müddəaları, nəticələlər və irəli sürülən təkliflər Azərbaycanın xarici iqtisadi siyasətində, o cümlədən Mərkəzi Asiya ölkələri ilə iqtisadi əməkdaşlığının inkişafında, genişlənməsində müvafiq dövlət orqanlarında istifadə oluna bilər. Bununla yanaşı ali məktəblərdə “Xarici iqtisadi siyasət” “Ölkəşünaslığın əsasları” kurslarının tədrisində magistr dissertasiya materialları istifadə edilə bilər

Tədqiqatın informasiya bazasını Azərbaycanın Dövlət Statistika Komitəsinin, beynəlxalq təşkilatlarının hesabatları, monoqrafiya, jurnallar və “internet” şəbəkəsindən informasiya məlumatlarından ibarətdir.

FƏSİL I. MƏRKƏZİ ASİYA ÖLKƏLƏRİ MÜASİR DÜNYA İQTİSADİYYATINDA

1.1. Mərkəzi Asiya ölkələrin ümumi xarakteriktikası.
Müasir iqtisadiyyatın meydana gəldiyi ilk günlərdən bu günə, ölkələrin inkişafları arasında olan fərqin əmələ gəlməsində təsirli olan mühüm amillərin nə olduğu sualı iqtisadçılar və mütəfəkkirlərin beyinlərini həmişə məşğul etmişdir. Son dövrlərdə bu fərqin izahına yönəlmiş kapital qoyuluşları, coğrafi mövqe, mədəni və təşkilati strukturlar kimi çox fərqli göstəricilərə diqqət çəkilməsinə baxmayaraq, xüsusilə XX əsrin ikinci yarısından etibarən bəşəri sərmayənin, insan kapitalının bu fərqin izahında mühüm faktor olduğuna yönəlik geniş bir ədəbiyyat meydana gəldiyi müşahidə edilir. Günümüzdə bəşəri kapital milli sərvətin əsas elementi və iqtisadi böyümə və inkişafın mühüm amili kimi qəbul edilir. Bu baxımdan dünyadakı ölkələr hansı iqtisadi sistemə malik olursa olsun, strateji hədəflərinin arasında bəşəri kapitalı inkişaf etdirmək istiqamətində proqramlar birləşdirir. Ölkədə iqtisadi təhlükəsizliyi təmin etmək dövlətin mühüm strategiyalarından biridir və bu strategiyanı həyata keçirmək üçün dövlətin ilk növbədə ölkənin istehsal, elmi və texniki potensialını lazımi səviyyədə saxlaması lazımdır ki, xalqın həyat səviyyəsi və keyfiyyəti pisləşməyə doğru meyl etməsin. Bu şərtlər altında insan kapitalı böyüməyi, inkişaf etməyi, elmi və texniki irəliləyişi müəyyənləşdirən mühüm amildir. Ölkənin keyfiyyətli bəşəri sərmayəyə malik olması, adambaşına gəlirin artmasını və həyat standartlarının yüksək olmasını təmin edir. Keyfiyyətli insan kapitalının istehsal potensialı digər sosial və mədəni baxımdan da cəmiyyətin inkişafına müsbət təsir göstərir.

Ali təhsilli insan ölkənin siyasi həyatında fəal rol oynaya, maddi və mənəvi ehtiyaclarını daha yüksək səviyyədə ödəyərək ölkənin böyüməsi və inkişafını daha irəliyə apara bilər.

Elmi ədəbiyyatda ilk dəfə insan kapitalı anlayışı 20-ci əsrin ikinci yarısında Çikaqo məktəbinin təmsilçiləri, Nobel mükafatlı amerikalı iqtisadçılar Teodor V. Şults və Qari S. Beyker tərəfindən istifadə edilmişdir. Şultsa görə bəşəri kapital gələcək gəlirin mənbəyi olduğu üçün sərmayənin xüsusi bir şəklidir, gəlirin ölçüsü isə insanın təhsil, bilik və bacarıq səviyyəsinə görə olur. Bəşəri kapital likvidlik və çoxalma xüsusiyyətinə malikdir. Bəşəri olmasının səbəbi də insanın bir hissəsi olmasıdır. Şultsun davamçısı olan Qari S. Beyker daha sonra bəşəri kapital investisiyalarının səmərəliliyini müdafiə edərək və insan davranışlarını bir iqtisadi münasibətlə formula edərək anlayışı daha da genişləndirmişdir. Q. Beyker bəşəri kapitalı məlum olan kapitaldan fərqli olaraq xüsusi növ bir kapital kimi təsvir edir; Yəni məktəbə davam etmə, kompüter kurslarına getmə, səhiyyə xərcləri etmə kimi investisiyalardan ibarət olan və insana həyat boyu artan gəlirləri gətirən proses olduğunu bildirir. Maddi və maliyyə kapitalının əksinə bəşəri kapitalda adam özü investisiyanın sahibidir və hər bir fərd qoyduğu sərmayənin əvəzini artıqlaması ilə alacağını deyir. Səhiyyə xərcləri isə insana uzun həyat verdiyi üçün həyatı boyu gəliri artımda olacaqdır. Bəşəri kapital anlayışına öz işlərində müxtəlif istiqamətlərdən yanaşan elm adamları da bir-birindən müxtəlif, fərqli təriflər vermişlər. Məsələn, Minserə görə bəşəri kapitalda peşə təhsili ilə keyfiyyətli işçi qüvvəsinin istehsala hazır hala gəlməsi əhəmiyyət daşıyarkən; Denisona görə, artan təhsil səviyyəsi inkişaf edən işçi qüvvəsi həlledici əhəmiyyət daşıyır. Massaçusets Texnologiya İnstitutunun professoru L. Turovaya görə bəşəri kapital anlayışı insanın bilik, bacarıq, istehsalçı bacarıqlarından başqa siyasi və sosial qeyri-sabitliyə hörmət kimi müəyyən bir xüsusiyyəti özündə ehtiva edir.

Bu təriflərdən yola çıxaraq və müasirliyin şərtlərini nəzərə alaraq bəşəri kapitalı xarakterizə etsək, insanın əmək səmərəliliyini artırması və gəlir əldə etməsi üçün bəziləri təbiətən mövcud olan, bəziləri zamanla tutulan səhiyyə, elm, təhsil, bacarıq, motivasiya, qabiliyyətlilik, ümumi mədəniyyət və bütün bunları doğru zaman və doğru yerdə istifadə etmək qabiliyyətini əhatə edən kapitalın spesifik bir növüdür. Bəşəri sərmayəsini istifadə edib etməyəcəyinə əsas qərar verən mexanizm bəşəri sərmayənin özüdür. Bəşəri kapital digər kapital növləri kimi yığıla bilər, amma onlardan fərqli olaraq artan məhsuldarlığa tabe bir xüsusiyyət nümayiş etdirir. Bəşəri sərmayənin başqa bir xüsusiyyəti isə dinamik olmasıdır. Yəni bəşəri kapitalı təmsil edən insanın davamlı dəyişiklik içində olmasıdır. Bəşəri kapitalın formalaşmasında və inkişafında rol oynayan bir çox faktor olmaqla yanaşı bu işdə ən çox təsir edən təhsil və sağlamlıq faktorları müzakirə olunmuşdur. Bəşəri sərmayənin ən mühüm ünsürü və bu anlayışla eyni mənada istifadə edilən təhsil, hər bir fərdin məhsuldarlığı və yaradıcılığın artıraraq ölkənin inkişafı üçün ehtiyac duyulan xarakterdə və çoxsaylı işçi qüvvə hazırlayan bir vasitədir. Makro iqtisadi ölçüdə ələ alındıqda isə, iqtisadiyyatın dəyişən şərtlərinə uyğun keyfiyyətdə kadr təminatını təmin etməsi ilə yanaşı, texnoloji yeniliklərin istehsal prosesinə köçürülməsini asanlaşdıraraq iqtisadiyyatın inkişafının yüksəlməsini təmin edir. Yenilik və yaradıcılığın mərkəzi yerdə olduğu qloballaşmış dünyada cəmiyyət və ölkənin inkişafı ilə əhalinin təhsil səviyyəsi arasında sıx bir əlaqə olduğunu ortaya qoyulmuşdur. Amerika tədqiqatçılarına görə, ABŞ-ın Ümumi Daxili Məhsulun 51%-ni təhsil müddətinin orta hesabla cəmi ən az 14,5 il olan əhali qrupu yaradır və bu qrup çalışan əhalinin dörddə biridir. Ümumi Daxili Məhsulun 49%-ni isə təhsil müddəti 10,5 (çalışan əhalinin dörddə biri) və 12,5 il olan əhali qrupu (çalışan əhalinin yarısı) təşkil edir. Gördüyümüz kimi ilk qrup yüksək təhsil sayəsində çalışan əhalinin dörddə birini təşkil etməsinə baxmayaraq, milli gəlirin yarısını yaradırlar [6, s. 112].

Səhiyyə, bəşəri sərmayənin ayrılmaz bir hissəsidir, sağlamlığa olan investisiyalar isə xəstəlikləri azaldaraq və həyatın məhsuldar dövrünü artıraraq əmək məhsuldarlığını qoruyur. Sağlamlığa olan investisiyalar, istehsaldakı sağlam iş gücünün davamlılığını təmin edir. Sağlamlığa olan investisiyaların funksional vəzifəsi təhsil investisiyalarından bir az fərqlidir. Ancaq ifadə edilən bu mənbələr və amillər dövrdən dövrə və ölkəyə görə dəyişiklik göstərir. Yeni texnologiyaların inkişafı ilə, qloballaşmanın təsiri ilə amillərin çəki payı da dəyişmişdir. Bəşəri kapitala investisiya qoyan və bu amilin təsirli olduğu ölkələrin təcrübələrinə nəzər saldıqda, sürətli bir inkişaf ardıcıllığına çatdığı diqqətçəkicidir.

Bir çox ölkəni əhatə edən analizin nəticələrinə görə təhsil səviyyəsi yüksək səviyyədə olan ölkələr daha sürətlə böyüməkdə və təhsil səviyyəsi ilə məhsuldarlıq arasında güclü əlaqə olmaqdadır. Bəşəri sərmayənin başqa bir ünsürü olan səhiyyə göstəriciləri olan orta ömür müddəti, doğuşda həyat gözləntisi kimi göstəricilər də iqtisadi böyümədə izahedici önəmə malikdir. Bəşəri kapital yenilik, elmi və texnoloji inkişafı təmin etməklə nəticədə iqtisadi inkişafa zəmin yaradır. Əgər ölkə zəngin bəşəri kapital ehtiyatına malik yeni məhsul və fikirləri etməkdə çətinlik çəkmirsə, bu da eyni zamanda yeni məhsul və fikir ortaya çıxardaraq iqtisadi artımı sürətləndirir. İnkişaf etməkdə olan ölkələr üçün isə, öyrədilmiş işçi qüvvəsinin kritik bir həddi aşmaması vəziyyətində, texnologiyanın uyğunlaşdırılması ali dəyərlərlə reallaşır, yeni məhsul və fikirlərin mənimsənmə prosesi axsamaqda və bu ölkələrdə ixtisaslı əmək texnoloji qabiliyyətə böyütməyə istiqamətləndirən bir qüvvə olmur. Bu vəziyyət ölkələrdə təhsilin çıxılmaz dairəsinə işarə edir. Bu səbəblə inkişaf etməkdə olan ölkələrin, başlanğıcda tərbiyə edilmiş əmək qabiliyyəti yaratmaq üçün təhsil siyasətinə üstünlük vermələri əhəmiyyət kəsb edir. Lukas modelində davamlı bir inkişafın mənbəyi kimi bəşəri kapitalı görür. Solou modelinə inkişaf etdirilmiş istehsal funksiyasına bəşəri sərmayənin orta hesabla səviyyəsini bir göstərici olaraq əlavə etmişdir və bu element digər istehsal amillərinin də məhsuldarlığını artıracağını bildirmişdir. Sözügedən modeldə iqtisadiyyat dinamik tarazlıqda kapitalda davamlı artım olanda və başqa zahiri tərəflər olmayanda böyümə sürəti tamamilə bəşəri kapital tərəfindən açıqlanır. Bu modellər ölkələrin böyümə parametrlərindəki fərqliliklərin haradan qaynaqlandığını, kasıb və varlı ölkələr arasında getdikcə böyüyən fərqin səbəbini açıqlamağa yardımçı olur.



Hər bir ölkə müstəqilliyini qazandıqdan sonra tərəqqi və inkişaf strategiyalarını müəyyən etmişdir, lakin hər bir ölkənin başlanğıc şərtləri fərqli nöqtələrdə olduğu üçün keçid prosesinin çətinliklərindən hər bir ölkə fərqli dərəcədə təsirlənmişdir. Bu amillər hazırda ölkələrdəki böyümə və bəşəri kapital potensialını müəyyən etmişdir. Aşağıda cədvəldə 1990-2013 dövründə keçid iqtisadiyyatların iqtisadi çıxışları göstərilmişdir.
Cədvəl 1.1

Keçid iqtisadiyyatında ölkələrin müqayisəsi

Orta inkişaf sürəti (%)

Adambaşına düşən ölkədaxili istesalın həcmi (dollar)

Ölkə

1990-2001

2002-2014

1990

2000

2014

MDB

Qazaxıstan

-1,82

7,35

1648

1229

13486

Qırğızıstan

-2,65

4,25

609

280

1263

Özbəkistan

0,31

7,41

651

558

1878

Tacikistan

-6,70

7,88

496

139

1037

Türkmənistan

-1,26

8,63

881

645

7987

Baltikyanı ölkələr

Estoniya

6,67

3,32

3470

4070

18877

Latviya

-1,86

3,79

2796

3309

15381

Litva

-1,09

4,22

2841

3267

15530

Orta Şərqi Avropa

Rumıniya

-0,85

3,87

1651

1662

9441

Polşa

3,62

3,71

1698

4488

13654

Çexiya

0,83

2,52

3902

5995

19858

Slovakiya

3,90

4,44

2396

5402

18049

Mənbə: Dünya Bankının məlumatları.
Cədvəldə keçid prosesinin ilk 11 ilində ölkələrin orta hesabla artım sürətlərinə baxacaq olsaq, nəticə Baltik və Şərqi Avropa ölkələrinin çıxışları MDB (Müstəqil Dövlətlər Birliyi) ölkələrinə nisbətən daha yaxşı vəziyyətdə olduqları ortadadır. Bir-birinə bağlı iqtisadi sistemə malik MDB ölkələri sistemin dağılmasından ən çox zərbə almış və iqtisadiyyatlarında ən çox azalma meydana gəlmişdir. 3 ölkə qrupunun arasında belə bir fərq daha əvvəl toxunduğumuz başlanğıc şərtlərinin fərqli olmasından irəli gəlmişdir.

İlk fərq kommunizm altında keçirilən müddətdir. 1989-cu ildən əvvəl, keçmiş Sovet İttifaqında bazar qurumları və ya xüsusi mülkiyyət münasibətlərində hər hansı bir təcrübə yox idi və olduqca sabit bir şəkildə tətbiq olunan planlaşdırma sistemi ən az 70 illik uzun bir tarixi təcrübəyə malik idi. Halbuki orta hesabla 40 il keçirən Orta Şərqi Avropa və 50 il keçirən Baltik ölkələrində keçid dövrünün başlanğıcında bazar sistemini anlayan bir çox insan yaşayırdı. Bu vəziyyət MDB ölkələri üçün keçərli deyildi. Bazar iqtisadiyyatına keçid bir çox ölkədə qiymət liberallaşdırmasını əmələ gətirən inflyasiya ilə başladı. Bu da iki fərqli məsələdir. Orta Şərqi Avropa ölkələrində inflyasiya, illik 450%, Baltik ölkələrində 900 %, MDB ölkələrində isə 1000%-dən artıq rəqəmlərə çatmışdır. 1998-ci ilə doğru ilk iki qrup ölkələrdə inflyasiya tək rəqəmlərə düşmüşkən, MDB ölkələrində 30% ətrafında qalmışdır. İnflyasiya hallarının artması keçid prosesi bütün ölkələrdə gəlir səviyyəsi 40%-ə düşmüşdür. 1995-ci ildə 1989-ci ilin səviyyəsinə gəlmişdi. Digər fərq məqamları isə coğrafi mövqe, xarici əlaqələr idi. Orta Şərqi Avropa və Baltik ölkələri üçün coğrafi baxımdan iqtisadi vəziyyəti daha yaxşı olan Avropa ölkələrinə yaxın olması dirçəlmələri üçün üstünlük olub. Bu yaxınlıq sayəsində sözügedən ölkələr ixracını artırmaq, inkişaf etmiş ölkələrlə inteqrasiyada birbaşa xarici investisiyaları cəlb etməsi inkişafın mühüm amillərindən olub. Baltik və Orta Şərqi Avropa ölkələrində birbaşa xarici investisiyaların adambaşına 70-75 dollar olmuşdur ki, bu göstərici MDB ölkələrində daha az idi [2, s. 12].

Ölkə qrupları arasında başqa bir fərqli məqam isə sosializmdən bazar iqtisadiyyatına keçid prosesindəki islahatlar Orta Şərqi Avropa və Baltik ölkələrində daha uğurlu olmasındadır. Keçid prosesinin ikinci yarısındakı 2002-2013-cü illər dövründəki ölkələrin iqtisadi artımlarında ilk yarıdakı çıxış rol oynamışdır. MDB ölkələrində 2000-ci illərdən etibarən Rusiya və dünya iqtisadiyyatında canlanma, iqtisadi sərbəstləşdirmə, ölkələrin enerji sektoruna gələn birbaşa xarici investisiyaların həcminin yüksəlməsi və dolayısıyla artan neft hasilatı ilə qlobal bazarlarda neft qiymətlərinin artması yüksək böyümə dərəcələrinə və valyuta ehtiyatlarındakı tarixdə rekord səviyyəsinə çatdırıldığını demək olar. Davamlı böyüyən iqtisadiyyatlarda yoxsulluq səviyyəsi də azalmışdır. 2015-ci ilə qədər böyümə sürəti ümumi olaraq artmışdır və region daxilində ÜDM-də 7,5 faiz real artım olmuşdur. Bütün keçid dövrü üçün bu göstərici rekord səviyyəsinə çatmışdır. MDB ölkələrində həmin dövr üçün orta hesabla artım sürəti təxminən 7%-lərə çatmışdır. Baltik və MDA ölkələrində isə bu rəqəm 3,24%-dir. Lakin adambaşına milli gəlir üzərindən baxacaq olsaq, 2013-cü ildə MDB ölkələrində orta hesabla 5741 dollar olmasına baxmayaraq, Baltik və Orta Şərqi Avropa ölkələrində orta hesabla adambaşına gəlir 14427 dollar olub, bu isə birinci qrupdan 2,5 dəfə çoxdur. Belə bir fərqin bir çox səbəbi olması ilə bərabər əvvəla, MDB ölkələrində siyasi sistemə bağlı olaraq mühafizəkar siyasətin yeridilməsi, hüquqi sistemin inkişaf etməmiş olması, korrupsiya və rüşvətin artması, təbii resurslarını ixrac edən ölkələr olaraq dünya qiymətlərinə ifrat dərəcədə asılı qalması, özəl sektora iqtisadiyyatda geniş yer verilməməsi, siyasi iradənin olmaması kimi səbəbləri saymaq olar.

Mərkəzi Asiya ölkələrinin bəşəri kapital potensialına nəzər saldıqda görərik ki, SSRİ-dən miras qalan güclü potensial və təhsil sisteminə malikdirlər. Sovetlər dövründə respublikalar əhalinin təhsil səviyyəsini yüksək səviyyəyə çıxarmışdı və intellektual potensial yaratmağı bacarmışdılar.

Birləşmiş Millətlərin Təhsil, Elm və Mədəniyyət Təşkilatının (UNESCO) 2011-ci ildə bəşəri sərmayənin mühüm ünsürü olan dünyada oxuma yazma nisbəti üzərində apardığı araşdırmaya görə keçid iqtisadiyyatlı ölkələrdə yüksək oxuma yazma nisbəti qorunmuşdur. Dünyada savad səviyyələri Afrikada 59%, Cənub, Qərb və Asiyada 63%, Ərəb ölkələrində 77%, Şərqi Asiya və Sakit Okeanda 95%, Mərkəzi və Şərqi Avropada 95% ikən MərkəziAsiya ölkələrində oxuma yazma nisbəti 99% ətrafında olub. Sovetlər İttifaqında oxucu-dramaturgiya nisbətləri və elm adamı, texniki işçi, həkim və digər sahələrdə öyrədilmiş mütəxəssislərinə dair rəqəmlər ABŞ və Avropa ölkələrinin üzərindəydi və bu da təhsil sisteminin mühüm nailiyyətlərindən biri idi. Bununla yanaşı sistem əhəmiyyətli dərəcədə səhv idi. Əsas təhsil təmin etməyə yönəlik təhsil proqramı geniş ölçüdə ideoloji motivlərin yer aldığı hərbi kampaniya məntiqi ilə gerçəkləşmişdir. Müəyyən sahələrdə ehtiyac duyulan mütəxəssis sayı tələbatdan daha çox mərkəzi planlaşdırma ilə müəyyən edilirdi. Sovet təhsil sistemi, bir dərəcəyə qədər insan kapitalı üçün dar əhatəli və beynəlxalq müasir iqtisadiyyatların tələblərinə cavab verəcək yumşaqlıqdan məhrum idi.

Keçid prosesinin ilk dövrlərində təhsil, səhiyyə, mədəniyyət sahələrinə təsis edilən maliyyələşdirmənin azalması, institusional quruculuq, islahat prosesləri, kütləvi işsizliyə bağlı olaraq bəşəri sərmayə potensialı mənfi təsirlənmişdir. Aşağıda MərkəziAsiya ölkələrindəki müasir bəşəri kapital potensialını daha yaxşı anlamaq məqsədilə ən yüksək və ən aşağı insan inkişaf indeksinə malik olan ölkələr və bəzi keçid iqtisadiyyatlarının insan inkişaf indekslərinə baxılaraq qiymət verilməyə çalışılmışdır. İİİ göstəricisi ölkənin həyat səviyyəsini xarakterizə etmək üçün həm iqtisadi, həm də sosial göstəriciləri əhatə edir [22, s. 8].



Yüklə 463,74 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə