Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti Fakültə: Kommersiya Kafedra: Marketinq



Yüklə 269,03 Kb.
səhifə1/4
tarix01.11.2017
ölçüsü269,03 Kb.
#7816
  1   2   3   4

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ

Fakültə: Kommersiya

Kafedra: Marketinq

İxtisas: Marketinq

Müəssisənin marketinq fəaliyyətində müasir informasiya texnologiyalarının tətbiqi (İnternet nümunəsində).” mövzusunda



B U R A X I L I Ş İ Ş İ

Qrup: 388

Tələbə: Cəlilov Arif Vaqif oğlu

Elmi Rəhbər: i.e.n. Xeyirxəbərov İ.M

Kafedra müdiri: i.e.n. dos İmanov T.İ.

BAKI-2009

MÜNDƏRİCAT

Fəsil I. Marketinq fəaliyyətində müasir informasiya texnologiyalarının yeri və rolu.

Giriş..................................................................................................................3-5

1.1.İşgüzar fəaliyyətin reallaşdırılmasında internet resurslarının rolu.............6-13

1.2. İnternet marketinqin aləti kimi................................................................14-21

1.3. İnternet marketinqin strukturu və onu təşkili məsələləri.........................22-32

Fəsil II. Azərbaycan müəssisələrində internet marketinqin tətbiqinin təhlili və onun təkmilləşdirilməsi yolları.

2.1. Azərbaycan müəssisələrinin marketinq fəaliyyətində internet texnologiyalarının tətbiqinin müasir vəziyyəti......................................................33-41

2.2. Azərbaycan müəssisələrində internet marketinqin tətbiqinin təkmilləşdirilməsi..................................................................................................42-47

2.3.İnternet marketinqin yeni strategiyaları...................................................48-52



Nəticə və təkliflər.........................................................................................53-55

Istifadə edilmiş ədəbiyyat siyahısı..............................................................56-57

GİRİŞ

Müasir dövrdə informasiya-kommunikasiya texnologiyaları çox sürətlə inkişaf edir. Lakin, onun cəmiyyət və iqtisadiyyatın inkişafı üçün təklif etdiyi imkanlardan yalnız son illərdəndə geniş istifadə olunmağa başlanmışdır. Təxminən 10-15 il bundan əvvəl Azərbaycanda demək olar ki, heç kimin İnternet haqqında anlayışı yox idi. Sonralar İnternetə infomasiya axtarışı və əldə olunmasına xidmət edən nəhəng kitabxana kimi baxılırdı. Öz inkişafının müasir mərhələsində İnternetin əsas məqsədlərindən biri biznes partnyorların, əməkdaşların və istehsal vasitəsilərinin axtaşırında insanlara yardımçı olmaqdan ibarətdir. Son zamanlar hətta ən kiçik bir təşkilat belə internet nümayəndəliyə (Web sayt) malikdir. İnternet - dükanlar və internet-auksionlar sürətlə inkişaf etməkdədir. Bir sıra şirkətlər məhsul və xidmətlərin İnternet vasitəsilə sifarişi imkanlarını təklif edirlər. Müasir dövrdə cəmiyyəti “Web-sayt”, “Çat”, “E-mail” kimi terminlərsiz təsəvvür etmək mümkün deyil.

Son zamanlar aparılan tədqiqatların nəticələri göstərişmişdir ki, internet texnologiyalarının marketinqə tətbiqi real iqtisadi əhəmiyyətə malikdir. Bu şirkətlərə bir tərəfdən öz xərclərini azaltmağa, digər tərəfdən isə mənfəətlilik səviyyəsini artırmağa imkan verir. İnformasiya cəmiyyəti quruculuğunun müasir vəziyyətində internet-marketinqin rolu getdikcə artmaqdadır.

Mövzunun aktuallığı. İqtisadiyyat insanlar arasında məlumat mübadiləsinə, öz iqtisadi fəaliyyətində koordinasiya və razılaşmaya imkan verən əlaqə şəbəkələri (nəqliyyat, sosial, mədəni və s.) hesabına fəaliyyət göstərir.

Yolların, su kanallarının, yeni ticarət marşrutlarının tikintisi insanlar arasında əlaqə və məlumat mübadiləsini genişləndirir. Adətən bu tip yeniliklər iqtisadiyyatda kardinal dəyişikliklərə impuls verir.

Lakin məkan baryerlərinin qısaldılması özü-özlüyündə sosial-iqtisadi səmərə verə bilməz. Bu o zaman baş verir ki, insanlar ümumi qayda və normalardan istifadə etsinlər və onlar arasında qarşılıqlı inam və hörmət yaransın. Bu şərtlər olduqda davamlı sosial-iqtisadi əlaqələrdən danışmaq mümkündür.

Bu halda yayılan informasiya etibarlı hesab olunduğundan və qərar qəbulunda ondan istifadə zamanı informasiyanın etibarlığını yoxlamağa əlavə xərclər tələb olunmadığından belə əlaqələr müəssisəyə qeyri-məhsuldar xərclərini azlatmağa imkan verir.

Məkan baryerlərinin qısaldılması hər zaman insanlara daha az xərclərlə öz iqtisadi fəaliyyətini koordinasiya etməyə imkan verən yeni sosial şəbəkələrin yaradılmasını stimullaşdırmışdır. Belə şəbəkələrdən biri və ən geniş yayılmış olan İnternet şəbəkəsidir.

Internet şəbəkəsi iqtisadiyyatda həm mikro, həm də makro səviyyədə böyük dəyişikliklərə səbəb oldu və yeni eranın əsasını qoydu.

1990 – ci illərdə, internet bumu yaşanan zaman bəzi firmalar internetin onların qarşısında açdıqları imkanları düzgün dəyərləndirə bilmədilər. Bir qrup şirkətlər isə uzun müddət İnternetdən öz bizneslərinin inkişafı məqsədilə istifadə olunması ideasını yaxına buraxmaq istəmirdilər. Nəticədə “onlayn” şirkətlər “ənənəvi” şirkətlərə ciddi rəqib oldular və onların biznesi üçün real təhlükəyə çevrildilər. Nəticədə “ənənəvi” şirkətlər ciddi maliyyə itgiləri ilə üzləşdilər. Bəzi şirkətlərdə bunun səbəbi firmanın internet obrazının düzgün yaradılmaması, işlərin səhv istiqamətdə aparılması nəticəsində firmaya heç bir fayda gətirməyən çox bahalı informasiya sistemlərinin, proqram təminatlarının, texniki qurğuların alınmasına sərf olunan maliyyə vəsaitləri, digərlərində isə satış həcminin azalması oldu. Firmalar məcbur oldular ki, bu məsələlərə daha ciddi yanaşsınlar, bu işə peşəkarları cəlb etsinlər. Görülən işlərin keyfiyyətinə müvafiq olaraq bəzi şirkətlərin biznesi daha da çiçəkləndi, bəziləri isə yeni iqtisadiyyatın tələblərinə cavab verə bilmədiklərindən tezliklə bazardan sıxışdırıldılar.

Beləliklə müasir iqtisadiyyat bu inqilabi yeniliklərlə hesablaşmaya bilməz. Bu yenilikləri nəinki nəzərə almamaq, hətta onların iqtisadiyyata ləng tətbiqi həmin şirkətlər üçün son dərəcə ağır nəticələnə bilər. Qərbi Avropa ölkələrinin və Rusiya şirkətlərinin təcrübəsində belə hallar dəfələrlə yaşanmışdı. Bununla əlaqədar olaraq olaraq əsas məqsəd yeni, “rəqəmsal iqtisadiyyat”ın lokomotivi olan, ədəbiyyatlarda müxtəlif cür şərh olunan, hələ də formalaşma mərhələsində olan informasiya cəmiyyətinin yeni iqtisadi cizgilərinin elektron kommersiyanın təhlili əsasında təsvir olunmasıdır. Formalaşan yeni iqtisadiyyatın digər bir xüsusiyyəti onun qlobal xarakter daşımasıdır. Amma bu o demək deyil ki, bütün dünya ölkələri elektron kommersiya infrastrukturunu eyni dərəcədə inkişaf etdirir və bu sahədəki nailiyyətləri öz milli iqtisadiyyatlarına eyni dərəcədə tətbiq edirlər.

Buraxılış işi giriş, iki fəsil, nəticə və təkliflər, ədəbiyyat siyahsından ibarətdir. Giriş hissəsində mövzunun aktuallığı haqqında bəhs edilir. Birinci fəsildə müasir informasiya texnologiyalarının iqtisadiyyatda, o cümlədən müəssisənin marketinq fəaliyyətində tətbiqi məsələlərinə toxunulmuşdur. İkinci fəsildə isə Azərbaycan müəssisələrində internet-marketinqin müasir vəziyyəti, onun təkmilləşdirilməsi istiqamətləri haqqında bəhs edilir. Sonda isə müəssisələrin marketinq fəaliyyətində müasir informasiya texnologiyalarının (İnternet nümunəsində) tətbiqi sahəsində səmərələşdirici təkliflər verilmişdir.

Yuxarıda deyilənlər buraxılış işinin mövzusunun aktual olduğunu və onun işlənib hazırlanmasının elmi-nəzəri və praktiki baxımdan əhəmiyyət kəsb etdiyini göstərir.



Fəsil I. Marketinq fəaliyyətində müasir informasiya texnologiyalarının yeri və rolu.

1.1. İşgüzar fəaliyyətin reallaşdırılmasında internet resurslarının rolu.

“Geniş kütlə üçün”, yəni hamı üçün əlyetər İnternet 1995-ci ildə meydana çıxıb. Çıxdığı gündən bu günə qədər kommersiya strukturu nümayəndələri arasında böyük populyarlıq qazanmışdır. Texniki nöqteyi-nəzərdən İnternet müxtəlif müəssisələrin lokal şəbəkələrini (ekstranet) və ya müəssisə daxili kompüterləri əlaqələndirə bilən (intranet) ümumdünya kompüter şəbəkələrinin birləşməsidir. Bu gün elektron poçt və Ümumdünya hörümçək toru (WWW, World Wide Web) daha populyardır.

90-ci illərdə internetin verdiyi üstünlüklər diqqətdən qaçırılaraq, yalnız dəb xatirinə ondan istifadə olunurdu. Lakin tədricən İnternet dəb oyuncağından biznesin təşkili alətinə çevrildi. İstənilən müəssisə internetdən satış kanalı kimi və ya marketinq informasiyasının (marketinq tədqiqatının aparılması) alınmasında istifadə edə bilər. Bu zaman İnternet özü-özlüyündə firmaya gəlir gətirmir. Lakin belə müəssisələr yeni informasiya texnologiyalarının biznesə tətbiqindən yayınmağa çalışan müəssisələrə nisbətən müəyyən üstünlük və əlavə imkanlar əldə edirlər. Bu üstünlük və imkanlar firmanan xərclərinin azaldılmasında özünü göstərir.

Wеb-sayt kоmpaniya, оnun siyasəti, məhsulları və vakansiyaları haqqında infоrmasiya vеrməkdən başqa, həm də transaksiyaları həyata kеçirmək, məhsul və хidmətləri оnlayn rеjimində satmaq imkanı vеrir. Öz növbəsində, kоmpaniyalar Intеrnеtdən məhsul, хidmət və infоrmasiyaların оnlayn malgöndərənlərdən daha еffеktiv şəkildə əldə еtmək məqsədilə istifadə еdirlər. Е-markеtinq – kоmpaniyanın Intеrnеt vasitəsilə öz məhsul və хidmətləri haqqında infоrmasiya vеrməsi, оnların kоmmunikasiyası, irəlilədilməsi və satışı üzrə həyata kеçirdiyi səylərindən ibarətdir.

Şəbəkənin verdiyi əsas üstünlük əməliyyat və inzibati xərclərin azaldılması yolu ilə əməliyyatların maya dəyərinin azaldılmasıdır. Hal-hazırda bank xidmətləri fiziki nümayəndəlik, telefon, kompüter şəbəkəsi (yalnız bank və onun müştərisi arasında əlaqəni təmin edən şəbəkə nəzərdə tutulur, PC banking (internet vasitəsilə bank xidmətlərinin təklif olunması) 90-cı illərdə daha sürətli inkişaf edirdi) və İnternet vasitəsilə ilə təklif olunur. Amerika statistiklərinin məlumatlarına görə ənənəvi vasitələrlə həyata keçirilən bank əməliyyatlarının maya dəyəri (transaksion xərclər) orta hesabla 1 dollar 27 sent, avtomatik dispenserdən istifadə zamanı maya dəyəri 27 sent olduğu halda, internet - texnologiyaların tətbiqi nəticəsində bu rəqəm 1-10 sentə düşmüşdür. Eyni zamanda bir əməliyyata görə broker 150 dollar, diskont broker 69 dollar aldığı halda, internet brokerlər cəmi 10 dollar alır. Bundan başqa, yeni filialın yaradılması xərci orta hesabla 1 mln dollar olduğu halda internet-biznesin yeni regionlarda təşkili demək olar ki, havayı başa gəlir. Əlbəttə ki, strategiyanın hazırlanmasına, yeni texnoloji həllin tapılmasına, apparatura alınmasına, imic və marketinqə, şəffaf və etibarlı mühitin yaradılmasına kifayət qədər investisiya tələb olunur. Lakin bu işlər düzgün həllini tapdıqdan sonra e-biznes çox kiçik xərc tələb edir. Bütün bunların hesabına e-bank öz müştərilərinə “ənənəvi banklarla” müqayisədə daha aşağı faiz dərəcələri və daha ucuz bank xidmətləri təklif edə bilər.

Eyni zamanda qiymətli kağızlar bazarında da internet –texnologiyalar misilsiz imkanlar yaradır.

Internet-texnologiyaların iqtisadiyyata tətbiqi yalnız ayrı-ayrı müəssisələr səviyyəsində deyil, makroiqtisadi səviyyədə də çox böyük imkanlar açdı. Yeni iqtisadiyyatın yaranması tendensiyası yalnız mikroiqtisadiyyatda deyil, bütünlükdə iqtisadi münasibətlərin yenidənqurulması və təkmilləşdirilməsində müşahidə olunmağa başladı.

Marksın əsərlərindən bizə tanış olan kütləvi istehsal erası artıq çoxdan başa çatmışdır. XX əsrin son 50 ilində iqtisadiyyatda baş verən hadisələr sübut etdi ki, istehsalın səmərəliliyini təmin etməklə istehlakçıları ucuz və keyfiyyətli məhsullarla təmin edən istehsaçılar rəqabət mübarizəsində üstünlük qazanırlar. Bazarlar eynitipli məhsullarla dolduğu zaman keyfiyyət erası yarandı. Dünya üzrə istehsalın səmərəliyi və keyfiyyət amilləri istehsalçıların əsas qayğılarına çevrildi. Nəticədə başqa problem yarandı: əgər bütün bazar iştirakçıları əsas keyfiyyət göstəricilərinə nail olmuşlarsa, o zaman rəqib müəssələr arasında liderliyi təmin edəcək fərq nədən ibarət olmalıdır? Bu zaman diqqətlər istehlakçılara yönəldi. Məlum oldu ki, istehlakçılar yalnız ucuz və keyfiyyətli məhsula deyil, həm də özünün get-gedə dəyişən individual (fərdi) tələbatına uyğun gələn məhsullara meyllidirlər. “İstehlakçı era”sında istehsalçıların individual istehlakçı tələbatını effektiv istehsal və planlaşdırma sistemi ilə uzlaşdırmaq qabiliyyəti başlıca rəqabət amilinə çevrildi.

Bu zaman bütün biznes planlarda İnternet birinci yerə çıxdı. İnternet informasiya məkanında əməkdaşlıq vasitəsi olmaqla biznesi yeni inkşiaf mərhələsinə daşıdı. O, bir tərəfdən şirkətlərə maksimal istehlakçı auditoriyası yığmağa, digər tərəfdən isə istehlakçılara öz individual tələbatları haqqında məlumatları istehsalçılara çatdırmaq imkanı verdi.

Internetin müəssisələrə verdiyi üstünlüklər aşağıdakılardan ibarətdir:

1.Ucuz kommunikasiya vasitəsidir.

2.Maraqlı informasiyalar.

3.Müəssisədaxili texniki və inzibati xərclərin azaldılması imkanı.

4.İnternetdə firmanın cəlbedici obrazının yaradılmasına imkan verən informasiya sistemlərinin qurulmasının əlverişliliyi.

5.İnformasiya axtarışına sərf olunan vaxta xeyli qənaət edilməsi.

İnternetin sürətli inkişafı həm də onun qeyri-mərkəzləşdirilmiş təbiətindən irəli gəlir. Heç bir firma İnternetin sahibi deyil və ona nəzarət edə bilməz.

Yeni virtual dünyada hər kəs özünün imkanlarını və məqsədlərini əks etdirən informasiya obrazını yarada bilər. İnternet yeni qlobal informasiya infrastrukturunun prototipinə çevrilir. Belə informasiya müxtəlif firmaların lokal biznes təcrübəsinə əsaslı təsir göstərir.

Bazarın mahiyyəti informasiya mübadiləsindədir. Bazar banklar, ticari ortaqlar, məhsulgöndərənlər, istehsalçılar və istehlakçılar arasında əlaqə hesabına fəlaiyyət göstərir. Firmanın xərcələrinin əsas hissəsi tədavül xərclərini formalaşdıran informasiyanın axtarışı, mübadiləsi və istifadəsi ilə bağlıdır. Kommunikasiya ucuz olduqda, firmanın informasiya obrazı və şablon alqı-satqı müqavilələri artdıqca tədavül xərcləri aşağı düşür. Bu isə biznesin daha effektiv olmasına şərait yaradır.


Yеni iqtisadiyyatın əsas hərəkətvеrici qüvvələri. Dünya iqtisadiyyatında islahatların aparılması zamanı tехnоlоgiyalar, qlоballaşma və bazarın dövlətsizləşdirilməsi kimi bir çох qüvvələr mühüm rоl оynayırlar. Yеni iqtisadiyyatı hərəkətə gətirən dörd spеsifik amilə rəqəmli tехnоlоgiyaların yayılması və birləşmə imkanı, vasitəçilərin ləğv еdilməsi və yеni tipli vasitəçilik, kastоmizasiya və kastоmеrizasiya, sahə kоnvеrgеnsiyası aid edilir.


Yüklə 269,03 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə