Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti “magistratura məRKƏZİ”



Yüklə 495,01 Kb.
səhifə1/5
tarix02.01.2018
ölçüsü495,01 Kb.
#19103
  1   2   3   4   5


AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ

MAGİSTRATURA MƏRKƏZİ”



Əlyazması hüququnda

Əbilov Mahir Elşad oğlu
Tikiş sənayesində erqonomikanın xüsusiyyətlərinin tətbiqi

mövzusunda




MAGİSTR DİSSERTASİYASI

İxtisasın şifri və adı: 060643 – “Çoxişlənən malların texnologiyası mühəndisliyi”
İxtisaslaşma: - Tikiş məmulatlarının texnologiyası

Elmi rəhbər: t.e.n. prof.V.N.Hüseynov

Magistr proqramının rəhbəri: t.e.n. prof.V.N.Hüseynov

Kafedra müdiri: ş.ü.f.d.L.H.Məmmədova

BAKI - 2016
Mündəricat

Giriş ..........................................................................................................................3


I FƏSİL. GEYIM HAQQINDA ƏSAS ERQONOMIK ANLAYIŞ VƏ ONUN

FUNKSIYASI...........................................................................................................7

1.1. Geyimin erqonomik çeşid xarakteristikası və sinifləşdirilməsi..................... 10

1.2. Geyimin keyfiyyətnin erqonomik köstəriciləri və onlara olan tələbat......…14

1.2.1.Tikiş sənayesində keyfiyyətin idarə edilməsinin müasir istiqamətləri.......... 17

1.3. İnsan bədəninin tikiş sənayesində erqonomikanın görünüşünü təyin edən əsas morfoloji əlamətlər..................................................................................................19

1.3.1. Keyfiyyətin idarə edilməsinin xüsusi funksiyaları və kompleks

sistemləri.................................................................................................................24


II FƏSİL. İSTEHLAKÇI ERQONOMIK TƏLƏBINI TƏYIN EDƏN KEYFIYYƏT GÖSTƏRICILƏRI...........................................................................28

2.1. Morfoloji əlamətin ölçü göstəriciləri................................................................33

2.1.1. Keyfiyyətin idarə edilməsinin xüsusi prinsipləri...........................................36

2.2. İnsan bədəninin erqonomik ölçülərinin tədqiqi üsulları və müasir ölçü əlamətlərinin xarakteristikası.................................................................................38

2.3. Bədənin ölçü əlamətlərini erqonomik təyin edən qanuna uyğunluqlar.........43
III FƏSİL. GEYIM DETALLARININ AÇILIŞININ ERQONOMIK LAYIHƏLƏNDIRMƏ PRINSIPLƏRI...................................................................55

3.1.Geyim detallarının açılışında torundan istifadə yolları..................................59

3.2. Açılış vaxtı parça deformasiyalarının təyini üsullarının analizi....................62

3.3. Əsas konstruktiv nöqtələrin avtomatlaşdırmanın tətbiqi...............................65


Nəticə və təkliflər..................................................................................................74
İstifadə olunmuş ədəbiyyat siyahisi......................................................................75
Xülasə...................................................................................................................76
Резюме.................................................................................................................77
Summary...............................................................................................................78

GİRİŞ


Mövzunun aktuallığı. Müxtəlif geyim tərzlərinin yarandığı bir dövrdə, xalqımızın milli koloriti və erqonomik zövqünü əks etdirən və “milli etnik xüsusiyyətlər ilə müasir geyimi” birləşdirərək yeni tikiş sənayesində yaradılması və dünya moda sferasına cıxaraq orada müəyyən yer tutmaq modelyer dizaynerlər qarşısında duran aktual prоblеmlərdəndir. Ümumiyyətlə, erqonomik fenomeninin mövcudluğu qoruya bilmək üçün hər zaman əsaslı bünövrəsi olan tədqiqatlara, güclü axtarışlara və həssaslığa ehtiyac vardır.

Azərbaycanda xalq geyimlərinin və Avropa geyimlərinin təkamülü müəyyən qədər tədqiq еdilmişdir və bu sahə üzrə keyfiyyətin idarə edilməsinin – əsaslandırılmış tövsiyyələr irəli sürülmüşdür, lakin müasir geyimlərin erqonomik xüsusiyyətləri dеmək оlar ki, ciddi araşdırma mövzusu aktual оlmamışdır.



Tədqiqatın məqsədi. Hazırki magistr dissertasiyası aşağıdakı əsas məsələlər araşdırılmışdır:

1. Geyimin çeşid xarakteristikası və erqonomik sinifləşdirilməsi

2. İnsan bədəninin xarici erqonomik görünüşünü təyin edən əsas morfoloji əlamətlər

3. Erqonomik mədəniyyəti və gündəlik həyat, moda aləminə təsir edən amillərin araşdırılması;

4. Müasir azərbaycan tikiş sənayesində erqonomikanın xüsusiyyətlərinin tətbiqi

bu gününü təhlil edilərək “müasir geyimi və milli etnik xüsusiyyətləri”nin sintez olunması ilə yeni geyim xəttinin yaradılması və dünya moda sferasına cıxaraq müəyyən yer tutmağa dаir təkliflərin irəli sürülməsi.



Elmi yenilik. Elmi yenilik hazırki magistr dissertasiyası işində aparılan elmi-tədqiqat işlərinin nəticələrinə əsaslanaraq azərbaycanda tikiş sənayesində erqonomikanın xüsusiyyətlərinin tətbiqi dizaynerlərin qarşısında bir növ məqsədə çevrilmiş - xalqımızın milli koloriti və estetik zövqünü əks etdirən və “milli etnik xüsusiyyətlər ilə müasir geyimi” birləşdirərək yeni kolleksiyalarin yaradılması məsələləri dünya tikiş sənayesində sferasına cıxaraq orada müəyyən yer tutmağa köməklik edə bilər. Cəmiyyətdə uzun müddət davam edən erqonomik xüsusiyyətlərinin tətbiqi isə kök salaraq ənənəvi xüsusiyyətə çevrilmişdir. Geyim tarixi və moda vasitəsilə millətlərin sivilizasiyası, əxlaq anlayışları, ənənələri, adətləri və iqtisadi vəziyyətləri uzun zaman ərzində öyrənilir. Erqonomikanın xüsusiyyətləri getdikcə ya adətə çevrilir, ya da qısa vaxtdan sonra yox olur.

İşin təcrübi əhəmiyyəti. Dissertasiyada araşdırılan və irəli sürülən erqonomik təkliflər Azərbaycanda fəaliyyət göstərən modelyer tikiş sənayesində, eləcə də, moda evlərinin işində istifadə оluna bilər. Dissеrtasiyanın əsas müddəaları və əldə еdilən nəticələri həmçinin Azərbaycan Dövlət Iqtisad Universiteti “Texnologiya və Dizayn” fakultəsinin diplоm və kurs layihələrində, həmçinin mühazirə kurslarında istifadə оluna bilər.

İşin strukturu. Magistr dissertasiyası 3 fəsildən, nəticə və təkliflərdən ibarət olmaqla, işin yazılmasında 12 adda ədəbiyyat mənbələrindən istifadə edilmişdir. Dissertasiya işi kompüterdə yazılmış 75 səhifədən, 20-şəkildən ,18-cədvəldən ibarətdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İ.H.Əliyevin qeyri-neft sektorunun, inkişafı istiqamətində apardığı məqsədyönlü iqtisadi siyasətin və pambıqçılığın inkişafı ilə bağlı verdiyi sərəncamın nəticəsində xam pambıq istehsalının artması gözlənilir.

Bazar iqtisadiyyatı mülkiyyətçidən istehsal etdiyi məhsulun rəqabət qabiliyyətinin, yüksək olmasını, enerji və metal tutumunun, istehsal xərclərinin aşağı olmasını, texnoloji əməliyyatların etibarlılığını, rasional, praqnozlaşdırılan, çevik texnoloji xətlərin və komplekslərin tətbiqini tələb edir. Beynəlxalq rəqabət, istehlakçının tələbləri, enerji daşıyıcılarının qiymətinin bahalaşması, nəqliyyat xərcləri, gömrük rüsumu və digər amillər xam-pambıq emalında “qısaldılmış texnologiya” strategiyasının qəbulunu qaçılmaz edir. [1]

Azərbaycanın müasir musiqilərinin muğamlar üzərində köklənməsi, müasir memarlıqda Şərq elementlərinin əks olunması, incəsənət əsərlərində milli koloritin olması, dizaynerlərə əsas verir ki, onlar öz yaradıcılıqlarında klassikaya istinad edərək müasir geyimlər hazırlasınlar, keçmişə baxaraq daima yenilik axtarsınlar. Bütün xalqların geyimlərində müasir geyimlə milli geyimlərin sintezi özünə yer tapıb. Lakin bütün bunları incə zövqlə, peşəkarlıqla, ifrat dərəcəyə çatdırmamaq şərti ilə yerinə yetirmək lazımdır. Geyimin modelləşdirilməsində əsas önəmli olan geyim dizaynerinin öz fantaziyasının məhsulu olan eskizlərin məmulat olaraq tikilib hazırlanmasıdır . Bunun üçün düşünülmüş modelin hazırlanmasında başlıca şərtlər nəzərə alınmalıdır.

Həmin şərtlər əsasında tikiləcək geyim rahat , baxımlı, erqonomik şərtlərə cavab verən, müasir zamanla ayaqlaşan bir geyim olmalıdır. Vəsaitin məqsəd və vəzifəsi də tələbələrin-gələcək dizaynerlərin geyimi modelləşdirərkən sadalanan şərtlərin yerinə yetirilməsinə istiqamət verməkdir. Vəsaitdə əsasən geyimin modelləşdirilməsi prosesi yığcam şəkildə ızah olunur. Modelləşdirmənin ən başlıca xüsusiyyətlərindən biri dizayner fantaziyasının real vəziyyətlər ilə üst-üstə düşməsidir. Bu da mulyaj üsulu forma yaratmada daha maraqlıdır. Sancaqlama üsulu ilə maniken üzərində yaradılan hər bir forma modelyerin öz təxəyyülüdür. Sanki bir rəssamın kətan üzərində yaratdığı bir tablodur. Lakin fərq ondan ibarətdir ki, çəkilmiş tablo nə qədər beyini düşündürürsə modellər o qədər zövqü oxşayır bədənə rahatlıq və sakitlik gətirir. Hər bir insanın xarakterindən asılı olaraq dinamik və statik geyimlər ola bilər. Geyim insanın ilk təqdimatıdır desək yanılmarıq. Geyim bəzən yada həmişə bizi bizdən öncə ətrafdakılara təqdim edir.[2] Çox nadir hallarda geyimin bizim haqqımızda yaratdığı fikir yalnış olur. Çünki geyim bizim içimizi, xarakterimizi, əhval-ruhiyyəmizi göstərən amillərdən biridir. 6 Mövzunun aktualliğı. Geyim cəmiyyətin maddi mədəniyyətinin tərkib hissəsini təşkil edir. Bu bir tərəfdən insan əməyi ilə bağlı müəyyən tələbatını doğruldan maddi sərvətdir, digər tərəfdən isə insan görkəmini estetik cəhətdən dəyişən sənət nümunəsidir. Müasir geyimin inkşafı və bu inkşafıyla əlaqəli olan dəb keçmiş, indiki, gələcək dövrlər arasında əlaqələndirici bənd olmaqla, cəmiyyətin maddi və mənəvi həyatının vacib hissələridir. Geyimin əsas vəzifəsi onun geyinən insanın fiziki və mənəvi rahatlığı üçün şərait yaratmaq, bu şəxsin cəlbediciliyini gücləndirmək, fərdiyyətini nəzərə çapdırmaqdan ibarətdir. Dizaynın nəzəri əsası geyimin bədii layihələndirilməsidir. Müasir geyimin hazırlanması ən müxtəlif sahələrin mütəxəssisləri çalışan mürəkkəb və çoxmərhələli prosesdir. İlk növbədə, rəssam-dizaynerlər və ya dəb dizaynerləri yeni geyim modellərini layihələndirirlər.

Müasir geyimin inkişafı və bu inkişafıyla əlaqəli olan dəb keçmiş, indiki, gələcək dövrlər arasında əlaqələndirici bənd olmaqla, insanın cəmiyyətdə maddi və mənəvi həyatının vacib hissəsini təşkil edir.Hələ geyim tam formalaşmağa başlamadığı dövürlərdə bu proses insanlar tərəfindən kor təbbi şəkildə yerinə yetirilirdi. Yəni bu zaman insanı düşündürən örtünmək və qorunmaq idi. Zaman keçdikcə isə geyim insanın nəinki qorunması, örtünməsi üçün və həmçinin estetik baxımdan göz oxşayan olmasıda əsas götürüldü. Geyim yalnız insanın xarici görünüşünü estetik cəhətdən gözəl təqdim etmək üçün bir vasitə deyil, eyni zamandainsanın daxili aləmini, xarakterini, özünü olduğu kimi təqdim etmə vasitəsidir.Və bunun üçündə geyim insanın daxili aləmi ilə vəhdət təşkil etməlidir. Geyim insanın daxili aləmiylə uzlaşdığı zaman, insan özünü rahat hiss edir və olduğu kimi görünür.Geyim bir sənət nümunəsidir. Geyimin hazırlanması mürəkkəb və çoxmərhələli prosesdir. Bu sahədə əsas iş rəssam-dizaynerlər və ya dəb dizaynerlərininüzərinə düşür.[3] Dizaynerlər yeni geyim modelləri layihələndirirlər vədizayner-kostruktorlar bu modellərin kostruksiyalarının əsasını hazırlayırlar ki, sonra bunlar vasitəsilə tikiləcək geyimin hissələrini biçmək üçün ülgülər düzəldilir. Bu geyimlərin bütün texnoloji prosesinin həyata keçməsini texnoloq-mühəndislər işləyib hazırlayırlar. Geyimin hazırlanmasında dizaynerlərin işi qədər, dizayner-kostruktorlarında işi çox vacibli bir prosesdir.

I FƏSİL. GEYIM HAQQINDA ƏSAS ERQONOMIK ANLAYIŞ VƏ ONUN FUNKSIYASI
“Erqonomika” termini 1949-cu ildə İngiltərədə qəbul edimişdir. Lakin yeni elmi fənnin yaradılması ideyası rus alimləri V. M. Bexterevə və V.N. Myakişevə aiddir.

Yeni elmi fənnin yaranması onunla əlaqədardır ki, yaradılan yüksək məhsuldarlıqlı mexanizmlərin parametrləri həmişə xidmət edən fəhlənin funksional imkanları ilə uzlaşmır və yeni texnikanın səmərəliliyinin artırılmasına gətirmir. Məsələn Almaniya Federativ Respublikasında (AFR) yaradılan tikiş maşını dəqiqədə 8 min tikiş qoymaq imkanına malkdir və mütəxəssislər tərəfindən ən təkmil və incə maşın kimi qəbul edilmişdir. Lakin belə tempə ancaq səksən tikişçidən biri davam gətirdiyi üçün bu maşın laızm olan səmərəni vermədi. Əməyin yüksək intensivləşməsi tez yorulmalara səbəb olur və nəticə etibarı ilə fəhlələrin məhsuldarlığı aşağı düşdü.[4]

Erqonomika psixologiyanın,antropometriyanın,gigiyenanın və digər qarışıq elmlərin verilənləri əsasında tələblər formalaşdırır və optimal əmək şəraitinin təmin edilməsi,maşının konstruktiv xüsusiyyətlərinin fəhlənin xarakteristikaları ilə uyğunlaşdırılması, üçün tövsiyələr hazırlayır, insanın sağlamlığına zərər vermədən və bioloji resurslardan az sərf etməklə,insanın daha səmərəli işini təmin etmək üçün layihələndirilməsi prinsiplərini müəyyən edir.

Sənaye avadanlığının formaəmələgəlmə prosesində işçi fəzanın optimal təşkili və bilavasitə psixofizioloji və anotomik verilənlərini nəzərə almaqla işlərin yerinə yetirilməsi şəraiti əhəmiyyətli rol oynayır. Bu verilənlərdən əsası insan bədənin hərəkət edən orqanlarına və görmə aparatının işinə aiddir.

Optimal iş sahələrini təyin etdikdə layihəçi insan bədəninin əsas ölçülərinə istinad etməlidir. (mötərizə içində qadınların ölçüləri göstərilmişdir.) Bu verilənləri layihəyə mexaniki daxil etməyib,onları xidmət edən personalın cinsini,tərkibini ,yaşını nəzərə almaqla həyata keçirmək lazımdır. Qeyd etmək laızmdır ki,toxuculuq istehsalatlaırnda əsas işçi kontingenti qadınlardır(72%-dən çox; 50% yaşı 23,7-27,6 ildir). Ona görə də avadanlığı formalaşdırdıqda və onun əsas elementlərinin fəzasını təşkil etdikdə ümumiyyətlə insanın orta antropometrik verilənlərdən deyil, uyğun sənaye sahəsinin verilənlərindən istifadə etmək lazımdır.

Geyim nədir? Faydalı və estetik funksiya daşıyan xarici təsirlərdən qorunmaq üçün insan bədəninə geydirilən (ayaqqabıdan başqa) məmulatlar toplusuna geyim deyilir.

Bu geyim toplusuna aşağıdakılar daxildir: şalvar, pencək, palto, plaş, jilet, köynək, alt məmulatları, müxtəlif xüsusi geyimlər və s.

İstər qadın, istərsə də kişi məmulatlarında kostyum komplekti əşyaların sayı ilə adlanır. Yəni kostyum dedikdə, ikili adlanır, çünki pencək və şalvar, jaket və yubka başa düşülür. Kostyum üçlük dedikdə isə pencək, jilet, şalvar və ya jaket, jilet, yubka başa düşülür.

Müasir geyimlərin əsas funksiyasının quruluş sxemi aşağıdakı kimi göstərilir:

Yuxarıdakı sxemdən aydın olur ki, geyimlərin funksiyası bir neçə qollara ayrılır.

I səviyyədə geyimin faydalı və estetik məmulatı izah olunur. Bu səviyyədə də geyimin funksiyası yenə də ayrılır. Bu olur II səviyyə, yəni qorunma, gigiyenik- fizioloji məlumat və estetik, nəhayət III səviyyədə geyimin funksiyasının analizi tam verilir. Məsələn, qorunma dedikdə, yuxarıda verdiyimiz təriflə əlaqədar geyim insan bədənini soyuqdan, yağışdan, ümumiyyətlə xarici təsirlərdən qorunması nəzərdə tutulur. Bundan başqa, istehsalat sahəsində geyimlərin rolu nəzərə alınır. Bu funksiyada məmulatın münasibliyi, rahatlığı, dinamikliyi, hansı sahədə işləyirsə, ona uyğun olması və s. halları nəzərdə tutulur. Məmulat informasiya funksiyasında insanın haqqında məmulatı həmin şəxsin vəzifəsi, mədəniyyəti, estetik və s. nəzərdə tutulur. Estetik funksiyada geyimin estetik gözəlliyi, bəzəyi, hazırlanma keyfiyyəti, materialın görünüşü, məmulatda bəzək elementlərinin uyğun yerləşdirilməsi, ümumiyyətlə insan zövqünü oxşayan hallar nəzərdə tutulur.

Qadın geyimlərində insanın hərəkəti sərbəstləşərək bərk korsetdən azad oldu. Lakin korset məmulatı yenidən daxil oldu və XX illərə qədər davam etdi. Geyimin xarici formasının yaxşılaşması üçün biçimin düzgün aparılmasına çalışırdılar. 1818-ci ildə biçim sistemini fransız Mişel kəşf etdi. Bu haqda “İskusstvo portnoqo” jurnalında 1908-ci il 1-ci nömrədə məlumat dərc edilmişdir. 1831-ci ildə onun qohumu miqyas sistemini bu sistemlə əvəz etmişdi. Sonralar yeni biçim sistemləri əmələ gəldi, onların içərisində ən görkəmlilərini mütənasib hesablama və hesabi ölçmə tuturdu. Biçim işi ilə yalnız elə “dərzilər” məşğul olurdu ki, bu sənət onlarda nəsildən-nəsilə keçirdi. Ölçünü ona görə götürürdülər ki, məmulatın enini və uzununu təyin etsinlər. XIX əsrin son dörd ilində dərzi emalatxanalarında yeni avadanlıqlar tərtib edilməyə başlandı. Bunları tikiş maşınına aid etmək olar. Bu maşınların tətbiqi nəticəsində əmək məhsuldarlığı artdı və geyim detallarının biçiminin, formasının mürəkkəbləşməsinə gətirib çıxartdı. Hansı ki, biçimə nəzər salsaq, indiki müasir konstruksiyada daha çox oxşarlıq görərik. Şəkil 1.1-də qadın jaketinin əsasının konstruksiyası göstərilmişdir.



Şəkil 1.1. Qadın jaketinin əsas detallarının konstruksiyası



a – kürək və kiçik ətək; b – yaxalıq; v – qol.
1928-ci ildən Qabriel Daniel ilk dəfə qadın kostyumunun kişi kostyumu tipində modasını verdi. Ümumi Avropa geyimləri modasını 20-ci illərdə sovet rəssamları N.B.Lamalova, V.İ.Moxina, A.A.Ekster və s. genişləndirməyə başladılar. Onlar çox səmərəli işlər görməklə yanaşı milli geyimlərdən sadə elementləri götürməklə yeni işlək insan cəmiyyəti üçün funksional kostyum modelləri və biçimləri yaratdılar. 30-cu illərdə geyimin kütləvi istehsalına başlandı. Qadın geyimlərində 3 əsas siluet yarandı: düz, yarım yapışıq və bel xətti üzrə oturdulmuş.

İkinci dünya müharibəsi illərində geyimin silueti elə bil hərbiləşdirilmişdir. Normal bədən quruluşunun proporsiyalarına xələl gəlmişdir. Çiyinləri süniləşdirilmiş geyimin silueti düzbucaqlı formasını almışdır.

Son illərdə qadın geyimlərinin formasında böyük dəyişikliklər olmuşdur. Modanın dəyişilməsinə baxmayaraq, 2 stil çox seçilir və saxlanılır: 1) idman işçi stil; 2) qadına məxsus stil (qəşəng, zərif).

1.1. Geyimin erqonomik çeşid xarakteristikası və sinifləşdirilməsi
Müasir geyimin sinifləşməsi onun əsas keyfiyyət və qoruyucu funksiya əlamətini, məmulaın təyinatını müəyyənləşdirir. Bunun üçün geyimin əlamətlərə görə 3 sinfə bölünməsi məqsədəuyundur:

1. Məişət.

2. İdman.

3. İstehsalat.



Məişət geyimləri insanı əhatə edən mühitdə xoşa gəlməyən iqlim şəraitindən qoruyur. Eyni zamanda onun hərəkətlərinə maneçilik törətməməlidir. İstehsalat geyimi insanı əhatə edən iqlim şəraitindən, həm də istehsalat mühitindən qoruyur. Geyimin hər bir sinfi çoxsaylı olduğu üçün onu ixtisaslaşmış və ticarət müəssisələri üçün nəzərdə tutulan geyimləri özlüyündə qruplaşdırırlar. Bunlar yarımsiniflərə, görünüşlərə, qruplara, yarımqruplara bölünürlər. Məişət geyimlərinin sinfi çoxsaylı olduğu üçün onları aşaıdakı kimi siniflərə bölürlər:[7]

1.1. Alt məmulatları

1.2. Kostyumluq – donluq

1.5. Üst geyimləri (paltoluq)

1.4. Korset məmulatları

1.5. Baş örtükləri

1.6. Əlcəklər və işçi əlcəkləri.

Hər bir yarımsinif görünüşlərə bölünür. Məsələn, kostyumluq, donluq məmulatı (şəkil 1.2) aşağıdakı kimi görünüşlərə bölünür:

1.2.1. – pencəklər; 1.2.2. – jaketlər;

1.2.3. – gödəkçələr; 1.2.4. – jiletlər;

1.2.5. – şalvarlar; 1.2.8. - donlar;

1.2.9. – don-kostyumlar; 1.2.10. – yubkalar və s.

Aşağıdakı qrafikdə geyimin sinifləşməsinə görə ayrı-ayrı sahələr üzrə təyinatı göstərilmişdir.



Şəkil 1.2. Geyimin təyinatına görə qrafikləşməsi
Geyim yaş cins əlamətlərinə görə aşağıdakı qruplara bölünür:

M – kişi


J – qadın

D – uşaq


Uşaq geyimləri özlüyündə yeni doğulmuş, yasli yaşlı uşaqlar, məktəbəqədər yaşlı uşaqlar, kiçik məktəb yaşlı uşaqlar, böyük məktəb yaşlı uşaqlar və yeniyetmələr üçün.

İlin fəslindən asılı olaraq və iqlim zonasının təsirindən qruplar yarımqruplara bölünür: yaz, payız, yay, qış, bütün fəsillər üçün nəzərdə tutulan geyimlər.

Məişət geyimlərinin sinifləşməsi üçün konkret istifadə yerindən asılı olaraq geyimin hər görünüşü üçün dəyişə bilər. Məsələn, kişi kostyumu gündəlik və təmtəraqlı, qadın paltarı isə gündəlik, ziyafət, ev, iş və s. görünüşlərə malikdir.

İdman geyimləri idmanın növünə görə yarımsiniflərə, yaş səviyyəsinə görə isə qruplara bölünür. İstehsalat geyimləri geyimin hansı funksiyasının yerinə yetiril­məsindən asılı olaraq 3 sinfə bölünür:

1. Xüsusi geyim 3.1

2. İdarə müəssisə geyimi 3.2

3. Texnoloji geyim (gigiyenik) 3.3

Xüsusi geyim insanı istehsalat əhatəsində ziyanverici vektorlardan qorumaq üçün əmək şəraitinin təmin edilməsi və işçinin iş qabiliyyətinin saxlanılması üçün istifadə edilir. Bu geyim tətbiq sahəsindən asılı olaraq daha çox sayda hazırlanır. Bizim ölkəmizdə xüsusi geyimlərin 55 milyondan çox növü 11000 ixtisas üzrə işləyən işçilər üçün hazırlanır. Xüsusi geyimlər DÜİST 12.4, 103-83-ə əsaslanaraq 13 qrupa və 39 yarımqrupa bölünür. Xüsusi geyimlərin sinifləşməsinin əsasını isteh­salatda zəhərli və insana mənfi təsir göstərən mühitdən qorunmaq üçün hazırlanan geyimlər təşkil edir. Belə ki, mexaniki təsirdən isti və soyuq iqlimdən, radioaktiv şüadan, rentgen şüalarından, elektrik sahəsindən, sudan, turşudan, üzvi həlledi­ci­lər­dən, zəhərləyici maddələrdən, neftdən, neft məhsullarından, yağ və piylərdən, ziyanverici faktorlardan və s.[9]

Bu qrupda hazırlanan geyimlər, öz növbəsində konkret qoruyucu tərkibinə görə yarımqruplara bölünür. Məsələn, istiliyin təsirindən qorunmaq üçün istifadə edilən geyimlər yüksək istiliyə davam gətirən qoruyucu ilə qığılcımın, yağın sıçraması, açıq alov şəraitində və s.

Sudan qorunmaq üçün işlədilən geyimlər isə su keçirməyən, suya davamlılıq və aktiv kimyəvi qarışığı olan yarımqrupun qoruyucu geyimlərə bölünürlər.

Xüsusi geyimlərin də məişət geyimləri kimi tətbiq sahəsindən asılı olaraq müxtəlif görünüşləri vardır. Onlara aiddir:

Gödəkçələr – 3.11; şalvar – 3.1.2;

Bluzka (koftalar) – 3.1.3; konbinizonlar – 3.1.4.;

Yarımkombinizonlar – 3.1.5; plaşlar – 3.1.6.

Xüsusi geyimləri seçən zaman mütləq istehsalatın əmək şəraitini rəhbər tutmaq lazımdır.

İdarə geyimləri yarımsiniflərindən əsgər paltarları, dəniz və çaylarda işləyən, hərbi qulluqçuların formaları, dəmir yolçular, texniki peşə məktəblərinin tələbələri üçün və s.

İdarə geyimlərinin görünüşlərinə şinellər, paltolar, kiterlər, xüsusi kostyumlar, dəyişək və baş örtükləri aiddir.

Texnoloji geyimlərə o geyimlər aiddir ki, onlarla əmək alətləri arasında qoru­yucu rol oynayırlar və belə geyimlər dəqiqlik tələb edir. Bu geyimlər eyni zamanda gigiyenik baxımdan çox təmiz olmalıdır. Belə geyimdən tibbdə istifadə olunur. Yaş və cins xüsusiyyətlərinə görə istehsalat geyimləri aşağıdakı qruplara bölünür:

M – kişi; J – qadın.

Mövsümdən asılı olaraq (Y) yay, (Q) qış və bütün mövsümlər (BM) üçün.

Beləliklə, sinifləşməyə nəzər saldıqda görürük ki, onun köməyi ilə çox görü­nüşlü müasir geyim yaratmaq mümkündür. Yalnız o müasir hesablama texnikasının tətbiqi ilə əlverişli deyil. Ona görə də Dövlət standartları sinifləşmə sistemi yaratmışdır.

1.2. Geyimin keyfiyyətnin erqonomik köstəriciləri və onlara olan tələbat
Məhsulun keyfiyyət göstəricisi onun dünya bazarında rəqabətini və hal-hazırki şərait üçün ən obyektiv texniki-iqtisadi göstəricilərə müasir elm və texnikanın nai­liy­yətlərinə malik olan hər hansı bir təşkilatın mədəni və nizamlı əməyinin əsas göstə­ri­cisi kimi başa düşmək olar. Geyimin keyfiyyət göstəricisinin əsas problem məsələ­sinin, onun böyük həcminin texniki, iqtisadi, sosial həlli əsas əhəmiyyət kəsb edir. Geyimin keyfiyyətinə olan əsas tələbat onun emalının ilk mərhələlərindən daha son mərhələlərinə qədər olan dövr nəzərdə tutulur. Geyim emal tipli və ya emal dövrü, onun layihələndirilməsi, istehsalı, satış münasibəti və eksplatasiyası ilə əlaqələn­di­ri­lir. Geyimin keyfiyyət göstəricisi indiki məsələ deyil. Hələ 50-ci illərdə bir çox öl­kə­lərdə mütəxəssisləri belə bir nəticəyə gəldilər ki, geyimin keyfiyyətini müəyyən bir sis­tem yaratmaqla yaxşılaşdırmaq lazımdır. Bu sistemləri bir neçə cür adlandırdılar: “sistem”, “sistemə giriş”, “sistem metodları”. Bu üç sistem altında elm və texnikanın nailiyyətlərindən istifadə etməklə bir çox mürəkkəb məsələlər öz həllini tapmağa başladı. Bu da geyimin keyfiyyətini prinsipial şəkildə həll edilməsinə gətirib çıxardı.

Get-gedə bu sistem təkmilləşərək “keyfiyyətin idarə sistemi” yaradıldı. Bu sis­tem standartlaşma idarələrinə aid edildi. Keyfiyyətin idarəetmə sisteminin rəh­bər­liyi al­tında məhsulun keyfiyyət səviyyəsi və onun texnoloji emalı müntəzəm nəzarət sis­te­minin köməyi ilə artmağa və yaxud yaxşılaşmağa başladı. Get-gedə bu məsələlər üçün normativ, texniki sənədlər məhsul keyfiyyətinin idarə sistemi tərəfindən yara­dıldı.

Məhsulun müxtəlif əşyalar üzrə keyfiyyəti haqqında hələ bir çox əsrlər bizim eradan əvvəl məşğul olmuşdular.

Platon (427-347 b.e.ə.) belə qeyd etmişdi ki, geyimin keyfiyyəti onun yüksək də­rəcədə təkmilləşməsi ilə izah edilir və yaxud təkmilləşmə səviyyəsini göstərir. Aris­totelə görə (384-322-ci illər b.eraya qədər) keyfiyyət bu verilmiş əşyanın eyni qəbilədən olan digər əşyadan və xarici görünüşünə, gözəlliyinə görə fərqlənməsi deməkdir.

Geyimin keyfiyyəti onun özünü müalicə etməsi deməkdir. Elmi cəhətdən məh­su­lun keyfiyyətini xarakterizə etsək onun daxili və xarici görünüşünün davamlılığının digər obyektlərdən fərqlənməsi kimi izah etmək olar. Keyfiyyətli məhsul əhalinin art­maqda olan tələbatını daha geniş tərzdə ödəməlidir. Əgər istehsalçı tərəfindən is­tehsal olan məhsul tam keyfiyyətli olmazsa, bu istehlak müəssisələri tərəfindən qəbul edilir və nəticədə istehsal sahəsinə qaytarılır. Belə bir hal müəssisəyə mənfi təsir göstərir və onun rentabellik səviyyəsi aşağı düşür. İstehsalın başlıca vəzifəsi ondan ibarətdir ki, emal olunan məhsul formaca tələbatı ödəsin. Ona görə də hər bir məhsulun təyinatına görə tələbat ödənilməlidir. Tikiş məmulatının keyfiyyət göstəricilərinə onun texnoloji emalından başqa qablaşması və markalanması təsir göstərir.

Müəssisə çalışır ki, ölçülərin sayını azaltsın, istifadə edənlər isə geyimin daha dəqiq alınması üçün ölçülərin sayının artmasına çalışırlar. Belə olan halda məsələnin müəyyən qanunauyğunluqlarını əhalinin ölçü variantlarının artım sayına əsaslanaraq həll edirlər. İnsan bədən quruluşu haqqında və onun artropomeksiyası haqqında məlumat verdikdə, insan bədəninin necə mürəkkəb quruluşa və antropometrik nöqtə­lərə malik olduğunu görəcəyik. Ümumiyyətlə, ölçü tipologiyasında müxtəlif ölçü əlamətləri fəaliyyət göstərir. Bunları iki yerə bölürlər:

1. Əsas aparıcı ölçü əlamətləri;

2. Köməkçi ölçü əlamətləri.

Əsas aparıcı ölçü əlamətlərinə uzunluq ölçüləri, çevrəvi ölçülər və eninə ölçülər aiddir.

Köməkçi ölçü əlamətlərinə diametrik və proyeksiyalı ölçü əlamətləri daxildir. Belə bir ölçü əlamətinə görə misal göstərək. Fərz edək ki, 2 ölçü əlaməti arasındakı interval 0,51-dir. Bu ölçü əlamətləri döş çevrəsi və boy uzunluğudur. Ölçü əlamətinin normal bölüşdürmə üzrə 19,5%-ni təşkil etdiyi (M±0,25) və 2-ci ölçü əlamətinin isə normal bölüşdürməyə görə böyüklüyü 33,3% təşkil edir (M±0,56). Buradan belə bir nəticəyə gəlirik ki, normal bölüşdürməyə görə bir ölçü əlaməti ilə digər ölçü əlaməti arasında olan asılılıq bizə normal bölüşdürmənin qrafikini verir. Aşağıdakı qrafikdə boy uzunluğunun artım dərəcəsindən asılı olaraq normal bölüşdürmə ölçünün sayına görə alınmışdır.

Burada P – boy uzunluğunun %-lə nis­bətini göstərir. N isə ölçünün sayından asılı olaraq artım dərəcəsini göstərir. Ölçü əla­mət­lərinin dəyişməsinin hesabatını aparmaq üçün cədvəldən istifadə edirlər.

Aşağıdakı cədvəl 1.1-dən geyimin öl­çü­lə­ri­nin əhalinin bədən quruluşunun ölçü­lə­rinin sayına nəzərən artmasının əlaqəli bölüş­dürülməsi göstərilmişdir. Ölçülərarası in­ter­val 0,5-dir.


Yüklə 495,01 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə