Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ



Yüklə 0,61 Mb.
səhifə1/7
tarix26.03.2018
ölçüsü0,61 Mb.
#34283
  1   2   3   4   5   6   7

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ

MAGİSTRATURA MƏRKƏZİ

Əlyazması hüququnda


Arazov Fuad Vahid oğlu
Təhsil və kadr hazırlığının maliyyələşdirilməsi xüsusiyyətləri və onların təkmilləşdirilməsi
mövzusunda


MAGİSTR DİSSERTASİYASI

İxtisasın şifri və adı: İİM 060403 “Maliyyə”


İxsisaslaşmanın adı: Maliyyə menecmenti”

Elmi rəhbər: Magistr proqramının rəhbəri:

i.e.n. dos. Bədəlov Ş.Ş. i.e.d. prof. Kərimov A.M.
Kafedra müdiri:

i.e.d. Ələkbərov Ə. Ə.


BAKI – 2016
MÜNDƏRİCAT

GİRİŞ .....................................................................................................................3

FƏSİL I. AZƏRBAYCANDA TƏHSİLİN İNKİŞAFININ MÜASİR VƏZİYYƏTİ VƏ ONUN ÜMUMİ XARAKTERİSTİKASI...............................................7

1.1. Təhsilin inkişaf strategiyası dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi.........................................................................................................7

1.2.Təhsilin inkişafının maliyyə təminatında büdcənin rolunun artması .....................................................................................................................16

1.3. Təhsilin inkişafına büdcə xərclərinin təsnifatı və əsas istiqamətləri.........22



FƏSİL II. ÜMUMİ TƏHSİLƏ BÜDCƏ XƏRCLƏRİNİN PLANLAŞDIRILMASI VƏ MALİYYƏLƏŞDİRİLMƏSİ XÜSUSİYYƏTLƏRİ ............................38

2.1. Ümumtəhsil məktəblərinin saxlanması xərclərinin planlaşdırılması.........38

2.2. Sosial yardıma və sağlamlığının bərpasına ehtiyacı olan uşaqlar üçün təlim-tərbiyə müəssisələrinin xərclərinin planlaşdırılması................................50

2.3. Məktəbəqədər təhsil müəssisələrinə büdcə xərclərinin planlaşdırılması və maliyyələşdirilməsi........................................................................................55



FƏSİL III. KADR HAZIRLIĞINA BÜDCƏ XƏRCLƏRİNİN PLANLAŞDIRILMASI VƏ MALİYYƏLƏŞDİRİLMƏSİ.............................60

3.1. Ali və orta ixtisas təhsili üzrə xərclərin tərkibi və maliyyələşdirilməsi.....................................................................................60

3.2. Elmi-tədqiqat xərclərinin maliyyələşdirilməsi......................................69

3.3. Təhsil sisteminin maliyyə təminatının yeni metodları və onların təkmilləşdirilməsi istiqamətləri.....................................................................75



N Ə T İ C Ə VƏ T Ə K L İ F L Ə R.......................................................................81

Ə D Ə B İ Y Y A T S İ Y A H I S I......................................................................83

РЕЗЮМЕ

SUMMARY

REFERAT
Magistrant: Arazov F.V Elmi rəhbər: i.e.n. dos. Bədəlov Ş.Ş

GİRİŞ
Mövzunun aktuallığı.Təhsil hər bir ölkənin o cümlədən də Azərbaycanın sosial siyasətinin priaritet istiqamətlərindəndir. Təhsil qeyri-istehsal sferasının ən mühüm sahələrindən biridir. Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsində nəzərdə tutulduğu kimi, hər bir vətəndaşın təhsil almaq hüququ vardır.

Azərbaycanda müasir təhsil sisteminin yaradılması hökumət qarşısında dayanan vacib məsələlərdəndir. Müasir təhsil sistemi özlüyündə bu sahəyə daha geniş spektrli yanaşma tələb edir. Yəni təhsil infrastrukturu, təhsil proqramı, təhsildə dövlət, xarici dövlətlərlə təhsil mübadiləsi kimi amillər bu sahənin inkişafını, təkmilləşdirilməsini təmin edəcək mühüm elementlərdir. Təhsil sektorunda əsas ağırlıq dövlətin üzərinə düşür. Hazırda dünyanın hər bir dövləti öz büdcəsindən təhsilə xərclər ayırır. Azərbaycanda dövlət büdcəsindən təhsil xərclərinə 2016-cı ildə 1830,2 milyon manat vəsait ayrılmışdır.

Təhsil sahəsində mövcud problemləri aradan qaldırmaq, qabaqcıl ölkələrinin təcrübələrindən yararlanmaq üçün dövlətin təhsil sektorunda daim islahatlar aparması lazımdır. Məhz təhsil sahəsinin yenilənməsi, inkişaf etdirilməsi üçün 2013-cü ildə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” qəbul olunub.

Azərbaycanda da orta təhsil məcburi və ödənişsizdir. Yəni bu sahənin xərcləri dövlət tərəfindən maliyyələşdirilir. Lakin həm ictimai vəsaitlərin xərclənməsindəki şəffaflığın təmin edilməsi və həm də təhsil sisteminin maliyyələşdirilməsində daha məqbul və qabaqcıl təcrübənin tətbiqi baxımından bu istiqamətdə islahatların aparılmasına ehtiyac duyulurdu. Bu səbəbdəndir ki, 2014-cü ildən etibarən təhsilinin maliyyələşdirilməsi yeni qaydalar əsasında həyata keçirilir. Yeni maliyələşmə mexanizminin əsas prinsipi adambaşına maliyələşmənin təmin edilməsidir. Təhsil sahəsinin yenilənməsi, təhsilin maiyyələşdirilməsinin yeni qaydalarının tətbiqi ilə bağlı məsələlərin həll edilməsi mövzunu aktual edir.



Tədqiqatın predmeti və obyekti. Disertasiya işinin obyekti təhsil sitemi və onun maliyyələşmə mənbələridir.

İşin predmetini isə təhsil və kadr hazırlığına büdcə xərclərinin planlaşdırılması, maliyyələşdirilməsi xüsusiyyətləri və onların təkmilləşdirilməsi istiqamətləri təşkil edir.



Tədqiqatın əsas məqsədi və vəzifələri. Dissertasiya işinin məqsədi Azərbaycanda təhsil və kadr hazırlığını əks etdirən göstəricilər sistemini sistemli şəkildə öyrənmək və təhlil etmək, təhsilin inkişafının maliyyələşdirilməsi metodlarını araşdırmaqdan ibarətdir.

Dissertasiyanın əsas vəzifəsi təhsil və kadr hazırlığının inkişafında büdcənin rolunu tədqiq etmək və yeni şəraitdə təhsilin inkişafına büdcə xərclərinin planlaşdırılması və maliyyələşdirilməsi sisteminin daha da təkmilləşdirilməsi istiqamətlərini müəyyən etməkdən ibarətdir.

Qarşıya qoyulan məqsədə nail olmaq üçün aşağıdakı vəzifələr müəyyən olunmuşdur:

Azərbaycanda təhsilin inkişafının müasir vəziyyətinin tədqiqi və onun ümumi xarakteristikalarının qiymətləndirilməsi;

Təhsilin inkişaf strategiyasının məqsəd və istiqamətlərinin araşdırılması;

Təhsil və kadr hazırlığının maliyyələşdirilməsində büdcənin rolunun öyrənilməsi;

Təhsil üzrə büdcə xərclərinin təsnifləşdirilməsi və onların əsas istiqamətlərinin araşdırılması;

Ümumi təhsilin maliyyələşdirilməsində büdcə xərclərinin rolunun qiymətləndirilməsi.

Təhsil sisteminin maliyyə təminatının yeni metodlarının araşdırılması, onların təkmilləşdirilməsinə dair təkliflərin verilməsi.

Tədqiqatın informasiya bazası və işlənməsi metodları.Dissertasiya işində Azərbaycan Respublikası Statistika Komitəsinin statistik məcmuələrindən, Təhsil Nazirliyinin, Maliyyə Nazirliyinin, Vergilər Nazirliklərinin hesabatlarından, kitab və dərsliklərdən, elmi məqalələr və dövri mətbuatın məlumatlarından istifadə olunmuşdur.

Tədqiqat işində statistik, sistemli yanaşma, müqayisəli təhlil, pozitiv və normativ yanaşma və müşahidə metodlarından istifadə olunmuşdur.



Tədqiqatın elmi yeniliyi . Azərbaycanda təhsil sisteminin mövcud inkişaf vəziyyətini araşdırmaq və təhsilin inkişafını əks etdirən göstəriciləri təhlil etməklə təhsilin maliyyə təminatında büdcənin rolunun sistemli qaydada tədqiqi elmi yenilik kimi qiymətləndirilə bilər. Dövlətin strateji vəzifələrindən biri kimi insan kapitalının formalaşmasına və təhsilin müasir tələblər səviyyəsində inkişafına dövlət büdcəsindən hər il böyük məbləğdə vəsait ayrılır və bu vəsaitin məqsədəuyğun, səmərəli istifadəsinin tədqiqi daim diqqət mərkəzində olmalıdır.

Tədqiqatın praktiki əhəmiyyəti. Tədqiqat işində təhsil və kadr hazırlığının maliyyələşdirilməsi və maliyyələşdirilmə xüsusiyyətlərinin təkmilləşdirilməsi üçün hazırlanmış təklif və tövsiyələrdən bu sahə üzrə hazırlanacaq dövlət proqramlarında və ya iqtisadi islahat layihələrində istifadə oluna bilər.

Dissertasiya işinin strukturu. Dissertasiya işi giriş, üç fəsil, nəticə və təkliflər və ədəbiyyat siyahısından ibarətdir. Dissertasiya işində sxem və cədvəllərdən istifadə edilmişdir.

Disertasiya işinin I fəslində Azərbaycan təhsilin müasir vəziyyətindən bəhs olunur. Burada toxunulan əsas məsələlər təhsilin inkişaf strategiyasının hazırlanmasının məqsədi, onun əsas istiqamətləri və əhəmiyyətinin öyrənilməsi, təhsilin maliyyələşdirilməsində büdcənin rolunun qiymətlənlədirilməsidir.

Disertasiya işinin bu fəslində ümumi təhsil müəssisəslərinin maliyyələşməsində büdcənin rolundan bəhs edilir. Bu fəsildə ümumtəhsil məktəblərinin, sosial yardıma və sağlamlığının bərpasına ehtiyacı olan uşaqlar üçün təlim-tərbiyə müəssisələrinin, məktəbəqədər təhsil müəssisələrinin saxlanılması xərclərinin planlaşdırılması və onların maliyyələşdirilməsi xüsusiyyətlərinin öyrənilməsinə yer verilmişdir.

Disertasiya işinin III fəslində kadr hazırlığının maliyyələşməsi məsələlərindən bəhs edilir. Bu fəsildə kadr hazırlığı xərclərinin planlaşdırılması, maliyyə təminatının yeni metodlarının araşdırılması məsələlərinə yer verilmişdir.



I FƏSİL. AZƏRBAYCANDA TƏHSİLİN İNKİŞAFININ MÜASİR VƏZİYYƏTİ VƏ ONUN ÜMUMİ XARAKTERİSTİKASI
1.1.Təhsilin inkişaf strategiyası dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi.

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmişdir.

Təhsil insanın mənəvi inkişafının mənbəyidir. Həm də yalnız ayrı-ayrı şəxslərin mənəvi qazancı deyil, bütövlükdə cəmiyyətin, dövlətin sosial-iqtisadi və mənəvi inkişafının təməlidir. Buna görə də təhsil səviyyəsinin yüksəldilməsi və insanın inkişafı hər bir ölkədə iqtisadi artımın hərəkətverici qüvvəsi sayılır. Son illərdə ölkədə aparılan sosial-iqtisadi siyasət nəticəsində ölkədə yüksək inkişafa nail olunmuş, yoxsullugun həddi aşağı salınmış, Azərbaycan Respublikası orta gəlirli ölkələr sırasında yer tutmuşdur. Həyata keçirilən islahatlar və irimiqyaslı infrastruktur layihələri nəticəsində davamlı inkişaf üçün şərait yaranmışdır. Sosial–iqtisadi həyatın daha da yaxşılaşdırılması, qabaqcıl ölkələrin təcrübəsinə uyğunlaşdırılması yolu ilə iqtisadi inkişafın davamlılığının təmin olunması, əhalinin həyat səviyyəsinin yüksəldilməsi dövlətin qarşısında duran əsas strateji vəzifədir. Bunun üçün ilk növbədə, qabaqcıl texnologiyaların və idarəetmə üsullarının, elmi nailiyyətlər əsasında yaradılan innovasiyaların ölkənin sosial-iqtisadi həyatına uğurlu tətbiqi tələb olunur. Bu baxımdan da prioritet istiqamət ölkə iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyasının sürətləndirilməsi ilə yanaşı, ölkədə insan kapitalının inkişafı, şəxsin müasir bilik və bacarıqlara yiyələnməsinin təmin edilməsidir.İnsan kapitalının inkişafı iqtisadiyyatın qlobal sistemə uğurlu inteqrasiyası və ölkənin beynəlxalq rəqabətdən daha effektli faydalanması prosesində ən mühüm şərtlərdən olub, ölkənin təhsil sisteminin başlıca vəzifəsini təşkil edir. Təhsilin inkişafı ölkədə əhalinin rifahının yaxşılaşdırılması üçün başlıca amildir. Təhsil insanlara texnologiyaları çevik mənimsəmək, əmək bazarında layiqli yer tutmaq və ömür boyu təhsil prosesinə qoşulmaq, sağlam həyat tərzi, ətraf mühitə münasibətdə düzgün mövqe seçmək imkanı verir. Əlbəttə ki, təhsilin rolu təhsil alanın əldə etdiyi bilik və bacarıqlarının iqtisadi amilə çevrilməsi ilə məhdudlaşmır, təhsil prosesində əldə olunan bilik və bacarıqlar, həmçinin etik-əxlaqi norma və dəyərlər hər bir təhsilalanın cəmiyyətin layiqli üzvünə, örnək ola biləcək həmkara, nümunəvi ailə üzvünə və vətəndaşa çevirir. Buna görə təhsil sistemin inkişafı daima dövlətin diqqət mərkəzindədir. Son illərdə dövlət təhsil sektorunda aşağıdakı islahatları keçirmişdir:

a) İkipilləli təhsilə keçid;

b) Ali təhsil islahatları və Boloniya prosesi;

c) Dünya Bankı ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən təhsil layihələri;

d) 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı;

e) Təhsil sektorunda həyata keçirilən dövlət proqramları və layihələr haqqında;

f) Təhsil sektorunda beynəlxalq və qeyri-dövlət mənbələri üzrə maliyyə əməkdaşlığı;

Təhsil sektorunun qarşısında duran əsas məsələ müxtəlif ailələrdən olan uşaqlar üçün bərabər təhsil imkanlarının, o cumlədən regionlar üzrə bərabər keyfiyyətli təhsil xidmətlərinin təmin edilməsindən ibarətdir

Təhsil sisteminin başlıca vəzifələri aşağıdakılardır:

– ölkənin modernləşməsi üçün zəruri olan insan kapitalını inkişaf etdirmək və bununla Azərbaycan Respublikasının beynəlxalq rəqabət qabiliyyətini yüksəltmək;

– məsuliyyətini dərk edən, demokratiya prinsiplərinə və xalqının milli ənənələrinə, insan hüquq və azadlıqlarına hörmət edən, azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən vətəndaş və şəxsiyyət yetişdirmək;

– milli mənəvi və ümumbəşəri dəyərləri qoruyan və inkişaf etdirən, geniş dünyagörüşünə malik olan, təşəbbüsləri və yenilikləri qiymətləndirməyi bacaran, nəzəri və praktiki biliklərə yiyələnən, müasir təfəkkürlü və rəqabət qabiliyyətli kadrlar hazırlamaq;

– sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsini və əlavə təhsili təmin etmək, təhsilalanları ictimai həyata və səmərəli əmək fəaliyyətinə hazırlamaq.

Son illərdə ölkədə təhsilin inkişafı istiqamətində mühüm addımlar atılmışdır. Təhsilin normativ hüquqi bazası təkmilləşdirilmiş, maddi-texniki təminatı istiqamətində Azərbaycan Respublikası Prezidentinin sərəncamları əsasında geniş tədbirlər həyata keçirilmişdir. Həmin məqsədlə müxtəlif şəhər və rayonlarda 2500-ə yaxın məktəb binası tikilmiş və mövcud təhsil obyektlərində əsaslı təmir-bərpa işləri uğurla aparılmışdır. Təhsil müəssisələrində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi əhəmiyyətli dərəcədə genişlənmişdir. Bununla belə təhsil sahəsində hələ də bir çox problemlər disproporsiyalar qalmaqdadır. Belə ki, hazırda ölkənin ali təhsil məktəblərində oxuyan tələbələrinin yalnız 1.2%-nin kənd təsərrüfatı üzrə ixtisasları seçib. Halbuki, ölkəmizdə bu sektorun peşəkar kadrlara ehtiyac kifayət qədərdir. Digər tərəfdən 25-34 yaş arasında olan ali təhsilli gənclərin 67%-i dövlət sektorunda çalışır .Demək ki, bu kateqoriya uzrə əmək qabiliyyətli kadrların ən yaxşı halda cəmi 33%-i özəl sektorda çalışır.

Bu və digər problemlərdən göründüyü kimi Azərbaycan təhsilinin insan kapitalının inkişafında aparıcı olması istiqamətində hərtərəfli tədbirlərin həyata keçirilməsinə və təhsilin keyfiyyətinin Avropa standartlarına uyğunlaşdırılmasına mütləq tələb var. Bu məqsədlə təhsildə idarəetmə sisteminin dəyişdirilməsi, bu sahəyə uyğun kadr potensialının inkişaf etdirilməsi və müəllim nüfuzunun, müəllimlərə ictimai inamın artırılması vacib amillərdəndir. Azərbaycanda təhsil sahəsindəki mövcud problemlərin mərhələli şəkildə həll edilməsi və təhsilin hazırki səviyyəsinin beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası qəbul edilmişdir. Sadalanan problemlərin həlli məqsədi ilə Strategiya Azərbaycanda daim inkişaf edən, peşəkar müəllim və təhsil menecerlərinə malik, müasir infrastrukturla təmin edilmiş rəqabət qabiliyyətli təhsil sisteminin yaradılmasına istiqamətlənmiş beş əsas istiqamətdə hərtərəfli tədbirləri nəzərdə tutur:

Birinci strateji istiqamət səriştəyə əsaslanan şəxsiyyətyönlü təhsil məzmununun yaradılmasına yönəlmişdir və təhsilin məktəbəqədər, ümumi, ilk peşə-ixtisas, orta ixtisas və ali olmaqla, bütün pillələri üzrə kurikulumların inkişafı kimi vacib hədəfi əhatə edir.

İkinci strateji istiqamət təhsil sahəsində insan resurslarının müasirləşdirilməsini nəzərdə tutur. Bu istiqamət innovativ təlim metodlarını tətbiq edən, təhsilin məzmununun səmərəli mənimsənilməsini təmin edən səriştəli təhsilverənin formalaşdırılmasına xidmət edir və özündə təhsilverənlərin peşəkarlığının yüksəldilməsi, təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsi üzrə yeni sistemlərin qurulmasını, təhsilalanların istedadının aşkar olunması və inkişafı ilə bağlı, habelə xüsusi qayğıya ehtiyacı olanlar üçün inklüziv təlim metodologiyasının yaradılmasını ehtiva edir.

Üçüncü strateji istiqamət təhsildə nəticələrə görə cavabdeh, şəffaf və səmərəli idarəetmə mexanizmlərinin yaradılmasını nəzərdə tutur. Bu istiqamət təhsil sistemində tənzimləmə və idarəetmənin qabaqcıl beynəlxalq təcrübə əsasında müasirləşdirilməsi, təhsil müəssisələrində nəticəyönlü və şəffaf idarəetmə modelinin, təhsilin keyfiyyətinin təminatı və idarə olunması üzrə yeni məlumat və hesabat sistemlərinin yaradılması kimi hədəfləri əhatə edir.

Dördüncü strateji istiqamət müasir tələblərə uyğun və ömür boyu təhsili təmin edən təhsil infrastrukturunun yaradılmasını nəzərdə tutur. Bu istiqamət təhsil müəssisələrində informasiya-kommunikasiya texnologiyaları əsaslı təlim metodologiyasına uyğun infrastrukturun yaradılması, təhsil müəssisələri şəbəkəsinin rasionallaşdırılması, distant təhsil, istedadlı və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün təhsil və inkişaf, yaşlıların təhsili, peşə-ixtisas və təhsil məsələləri üzrə məsləhət xidmətləri göstərən regional universal mərkəzlərin, müasir təminatlı peşə-tədris mərkəzlərinin və komplekslərinin qurulması, kampusların yaradılması kimi tədbirləri ehtiva edir.

Beşinci strateji istiqamət Azərbaycan Respublikasında iqtisadi cəhətdən dayanıqlı və dünyanın aparıcı təhsil sistemlərinin standartları ilə eyni səviyyəyə uyğun təhsil sisteminin maliyyələşdirilməsi modelinin qurulmasıdır. Bu istiqamət, o cümlədən müxtəlif mənbələrdən istifadə olunmaqla təhsili maliyyələşdirmə mexanizminin təkmilləşdirilməsini, təhsil müəssisələrinin adambaşına maliyyələşdirilməsinə keçidi, ödənişli təhsil xidmətlərinin göstərilməsinin dəstəklənməsini, Təhsilin İnkişafı Fondunun yaradılmasını nəzərdə tutur

Strategiya müəyyən edilmiş istiqamətlər üzrə aşağıdakı tədbirləri həyata keçirilməsini və hədəfləri nəzərdə tutur.

1. Səriştəyə əsaslanan şəxsiyyətyönlü təhsil məzmununun yaradılması.Strategiyanın bu bəndi məktəbəqədər yaş dövrü üçün standartlara cavab verə biləcək kurikulumların hazırlanması, uşaqların fiziki və əqli inkişafının təmini, onların məxsusi qabiliyyətlərinin üzə çıxarılması, davranış qaydaları təbliğ edən bilik sisteminin formalaşdırılması, bu istiqamətdə işlərin aparılmasına dəstək ola bilən pedoğoji heyətin yaradılması, yeni sistemə uyğun “Səriştəli valideyin” proqramının hazırlanması, 12 illik ümumi təhsil sisteminə keçidin təmin olunması və kurikulumların o cümlədən, dərsliklərin buna uyğunlaşdırılması, istedadlı uşaqlar üçün xüsusi yanaşmanın tətbiqi, xüsusi qayğıya ehtiyacı olanlar üçün təlim proqramlarının hazırlanması, cəmiyyətin tələbatına uyğun peşə-ixtisas təhsil proqramlarının tətbiqi, ali təhsil müəssisələrinin hərtərəfli inkişafı və təhsil-tədqiqat-innovasiya mərkəzlərinə çevrilməsi istiqamətində işlərin aparılması, ixtisaslar üzrə müasir standartların hazırlanması və bu zaman qabaqcıl beynəlxalq təcrübənin tətbiqi, ali təhsil məzmununun tətbiqi sahəsində müstəqilliyin təmini və s. kimi fəaliyyətlərin icrasını tələb edir.

2. Təhsilalanların fərdi xüsusiyyətlərini nəzərə alan innovativ təlim metodları və texnologiyaları vasitəsilə təhsilin məzmununun səmərəli mənimsənilməsini təmin edən yüksək nüfuzlu təhsilverənin formalaşdırılması. İkinci bənd daha çox pedoqoji fəaliyyətlə məşğul olanların peşəkarlıq və həmdə sosial vəziyyətinin inkişaf etdirilməsinə həsr edilib. Bu istiqamətdə tədbirlər təhsilverənlərin peşəkarlıq səviyyəsində inkişafın daimiliyinin təmin edilməsi, təhsilin bütün pillərində təhsilverənlər üçün təhsilalanların fərdi inkişafına yönələn, innovativ təlim resursların hazırlanması, təhsil müəssiləri səviyyəsində müəllimlərin tədrisdən ayrılmadan peşəkarlığını artırılması üzrə sınaqdan keçirilmiş innovativ modellərin tətbiqi, pedaqoji heyət üçün yeni modul–kredit və rəqabət əsaslı təlimlər sisteminin formalaşdırılması, yenilənmiş proqramlara və informasiya-kommunikasiya texnologiyalarına uyğun metodiki vəsaitlərin, didaktik materialların və təlim vasitələrinin hazırlanmasını stimullaşdıran yeni mexanizmlərin yaradılması, “Müəllim nüfuzunun” artırılması və onlara ictimai inamın bərpası istiqamətində dövlət siyasətinin aparılması, nəticə əsaslı diferensiallaşdırılmış, əmək bazarında rəqabət qabiliyyətli əmək haqqı sisteminin yaradılması, müəllim fəaliyyətinin stimullaşdırılması üzrə modelin tətbiqi, müəllim hazırlığı sistemində internatura modelinin tətbiq edilməsi, kurikulumdan kənar məşğulliyyətin təşkili mexanizmlərinin fərdi inkişafa uyğun hazırlanması kimi məqamlar üzərində dayanır.

3. Təhsilin nəticələrə görə cavabdeh, şəffaf və səmərəli tənzimləmə mexanizmlərinə malik, dövlət–ictimai xarakterli və dövlət–biznes partnyorluğuna əsaslanan idarəetmə sisteminin formalaşdırılması. Növbəti illərdə dövlət –cəmiyyət və dövlət-biznes əməkdaşlığına əsaslanan və 12 illik təhsil sisteminin formalaşdırılması əsas məqsədlərdən olacaq. Bir illik məktəbə hazırlıq artıq məcburi olacaq. Digər tərəfdən, məktəbəqədər təhsil ölkə üzrə ümumi uşaqların 90%-ni əhatə etməli,10 illik icbari ümumi orta təhsil və 2 illik tam orta təhsil modelinə keçid təmin edilməlidir. Həmçinin dövlətin təhsildəki rolunun beynəlxalq prinsiplərə uyğunlaşdırılması, tənzimləmə və idarəetməni icra edən dövlət qurumlarının səlahiyyət və məsuliyyət dairəsinin beynəlxalq təcrübəyə uyğun yenidən müəyyənləşdirilməsi, müasir təhsil akkreditasiya sisteminin yaradılması, təhsil müəssisələrində şəffaf idarəetmə modelinin formalaşdırılması, xarici və daxili qiymətləndirmə mexanizmlərinin yaradılması kimi bir sıra hədəflərə nail olmağı planlaşdırır.

4. Müasir tələblərə cavab verən və ömür boyu təhsili təmin edən təhsil infrastrukturunun yaradılması. Bu bəndə təhsil müəssisələrində informasiya-kommunikasiya texnologiyaları əsaslı təlim metodologiyasının tələblərinə uyğun infrastrukturun yaradılması, hər bir təhsil müəssisəsinin internetlə, ümumi orta təhsil səviyyəsində hər bir şagirdin elektron dərsliklərlə yüklənmiş kompyuter-planşetlə təmin olunması, təhsil müəssisələri şəbəkəsinin rasionallaşdırılması, distant təhsil, istedadlı və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün təhsil və inkişaf, yaşlıların təhsili, peşə-ixtisas və təhsil məsələləri üzrə məsləhət xidmətləri göstərən regional universal mərkəzlərin yaradılması, müasir təminatlı peşə-tədris mərkəzlərinin və komplekslərinin yaradılması, məktəbəqədər təhsil müəssisələrinin yaradılması, onların fəaliyyətinin stimullaşdırılması mexanizmlərinin hazırlanması, kampusların yaradılmasının təşviqi, ömür boyu təhsilə artan tələbatın ödənilməsi üçün kitabxana fəaliyyətinin modernləşdirilməsi, rəqəmsal təhsil resurslarından istifadə imkanlarının genişləndirilməsi, təhsillə bağlı media və internet resurslarının inkişafının təmin edilməsi kimi məsələlər nəzərdə tutulur.

5. Təhsilin dayanıqlı və müxtəlif mənbələrdən istifadə olunmaqla yeni maliyyələşdirmə mexanizminin yaradılması. Bu istiqamət təhsilin maliyyələşməsinin yaxşılaşdırılması və yeni maliyyələşmə mənbələrinin tapılmasını nəzərdə tutur.Bununla əlaqədar olaraq da təhsil müəssisələrini bir təhsilalana düşən xərc əsasında maliyyələşdirmə mexanizminə keçilməsi, dövlət və bələdiyyə təhsil müəssisələrində özünümaliyyələşdirmə prinsiplərinin təşviqi, ödənişli təhsil xidmətlərinin göstərilməsinin dəstəklənməsi, təhsilə adekvat həcmdə maliyyə resurslarının cəlb edilməsi, təhsilin maliyyələşdirilməsi xərclərinin Ümumi Daxili Məhsula nisbətinin mərhələlərlə 5–6 faizə çatdırılması, nəticəyönlü büdcə planlaşdırılması və müxtəlif mənbəli maliyyələşdirmə mexanizmlərinin yaradılması, büdcədənkənar vəsaitlər hesabına formalaşdırılan Təhsilin İnkişafı Fondunun yaradılması, təhsil tədqiqatlarının yeni maliyyələşmə mexanizminin tətbiqi, mülkiyyət formasından asılı olmayaraq müvafiq təhsil qurumları cəlb edilməklə təhsilverənlərin əlavə təhsilinin dövlət sifarişi əsasında adambaşına maliyyələşdirilməsi, təhsil müəssisələrinin keyfiyyət göstəricilərinə əsaslanan investisiya xərcləri sisteminin yaradılması, ali təhsil müəssisələrində dövlət büdcəsi vəsaitindən istifadə olunmayaraq məqsədli kapital fondlarının yaradılmasının stimullaşdırılması, aztəminatlı ailələrdən olan uşaq və gənclər üçün bərabər təhsil imkanlarının yaradılması məqsədi ilə maddi dəstək sisteminin yaradılması, müəllimlərin maddi motivasiyasının yaxşılaşdırılması, onların illik əmək haqqının adambaşına düşən Ümumi Daxili Məhsula nisbətinin mərhələlərlə, səriştə və nəticə əsasında diferensiallaşdırmaqla 1,8–2 dəfəyədək artırılması kimi məsələlərin həllini zəruri edir.

Strategiyanın uğurlu həyata keçirilməsinin əsas şərtləri onun məqsədi və məzmunu haqqında aydın təsəvvürün yaradılması, ictimai dəstək qazanması və reallaşmasını təmin edən effektiv icra mexanizminin formalaşdırılmasıdır. Strategiyanın məqsədi və məzmunu kütləvi informasiya vasitələri və digər üsullarla əhaliyə, təhsil müəssisələrinin pedaqoji heyətinə və digər hədəf qruplarına çatdırılır.

Strategiyanın məqsədi ölkədə səriştəli təhsilverənlərə, ən yeni texnologiyalara əsaslanan infrastruktura malik, keyfiyyət nəticələri və əhatəliliyinə görə dünya ölkələri sırasında qabaqcıl mövqe tutan təhsil sistemini yaratmaqdır. Azərbaycanın təhsil sistemi iqtisadi cəhətdən dayanıqlı və dünyanın aparıcı təhsil sistemlərinin standartlarına uyğun olmalıdır. Strategiyanın reallaşdırılması təhsilin məzmununun, kadr hazırlığının, təhsili idarəetmə sisteminin və təhsil infrastrukturunun qabaqcıl beynəlxalq təcrübəyə və Azərbaycanın inkişaf konsepsiyasına uyğun yenidən qurulmasına imkan verərək, ölkədə biliklərə əsaslanan iqtisadiyyatın bərqərar olmasını, informasiya cəmiyyətinin təşəkkülünü və ölkənin davamlı inkişafını təmin edəcəkdir.

Strategiyanın həyata keçirilməsi üzrə fəaliyyət planı beynəlxalq ekspertlər cəlb olunmaqla hazırlanır və təhsil sisteminin hazırlığı nəzərə alınaraq, islahatların məqsədini və strateji istiqamətləri, seçilmiş prioritetləri, onların reallaşdırılması üçün qəbul olunmalı dövlət proqramlarını, icraya məsul və tərəfdaş qurumları, ara və yekun hədəfləri və icra dövrünü müəyyən edir.

Qarşıdakı illərdə təhsil sahəsində həyata keçiriləcək işlər "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"na uyğun olaraq dünya ölkələri sırasında keyfiyyət nəticələri və əhatəliliyinə görə aparıcı mövqe tutan, qabaqcıl texnologiyalara əsaslanan infrastruktura malik təhsil sisteminin yaradılması üçün genişmiqyaslı tədbirləri nəzərdə tutur. İqtisadi cəhətdən dayanıqlı və dünyanın aparıcı təhsil sistemlərinin standartlarına uyğun təhsil sistemi ölkədə kadr hazırlığının, təhsili idarəetmə sisteminin və təhsil infrastrukturunun qabaqcıl beynəlxalq təcrübəyə və Azərbaycanın inkişaf konsepsiyasına uyğun yenidən qurulmasına imkan verərək, ölkədə biliklərə əsaslanan iqtisadiyyatın davamlı inkişafını təmin edəcəkdir.

Bu məqsədlərə nail olmaq üçün qarşıdakı illərdə aşağıdakı tədbirlər həyata keçiriləcəkdir:

• regionlarda təhsil müəssisələrinin tikintisi və əsaslı təmir işlərinin davam etdirilməsi:

• təhsil şəbəkəsində rasionallaşdırma tədbirləri həyata keçirməklə, regionlar arasında təhsilin keyfiyyətini bərabərləşdirmək üçün müvafiq tədbirlərin görülməsi;

• regionlarda əmək bazarının mütəmadi öyrənilməsi sisteminin yaradılması;

• distant təhsil, istedadlı və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün təhsil və inkişaf, yaşlıların təhsili, peşə-ixtisas və təhsil məsələləri üzrə məsləhət xidmətləri göstərən regional universal mərkəzlərin yaradılması.


Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə