Azərbaycan respublikasi təhsil nazirliyi azərbaycan döVLƏt iqtisad universiteti fakultə : «Əmtəəşünaslıq»



Yüklə 337,24 Kb.
Pdf görüntüsü
səhifə1/13
tarix07.04.2018
ölçüsü337,24 Kb.
#36240
  1   2   3   4   5   6   7   8   9   ...   13


 

AZƏRBAYCAN RESPUBLIKASI TƏHSIL NAZIRLIYI 



AZƏRBAYCAN DÖVLƏT IQTISAD UNIVERSITETI 

 

Fakultə : «Əmtəəşünaslıq» 



Ixtisas : Istehlak mallarının ekspertizası və marketinqi 

 

 



B U R A X I L I Ş   I Ş I 

 

Mövzu:Xammal, material və texnoloji proseslərin büllur 

məmulatlarının keyfiyyətinə təsirinin ekspertizası 

Işin rəhbəri: dos. N.N.Həsənov 

Tələbə: Əhlimanzadə Həmid Namiq 

Bölmə: azərbaycan  

Qrup:2322 

 

«Təsdiq edirəm» 

Kafedra müdiri :________________ prof.Ə.P.HƏSƏNOV 

 

 

 

B A K I   2015 

 

 

 


 

MÜNDƏRICAT 



 

GIRIŞ  

I.  Şüşə mallarının istehlak xassələri və keyfiyyətinə qoyulan 

tələblər 

II.  Şüşə istehsalında istifadə olunan tərkib materialları 



10 

III.  Şüşənin quruluş xüsusiyyətləri və xassələri 

16 

IV.  Şüşə məmulatlarının alınmasında formaya salınma üsulları 



23 

V.  Şüşə məmulatlarında rast gələn nöqsanlar və keyfiyyət 

göstəricilərinin təyini metodları 

32 


VI.  Istehlak bazarına daxil olan büllur şüşə məmulatlarının 

çeşidinin xarakteristikası 

37 

VII.  Daxil  olan büllur şüşə məmulatlarının keyfiyyətinin 



ekspertizası 

41 


NƏTICƏ VƏ TƏKLIFLƏR 

46 

ƏDƏBIYYAT  

48 


 

GIRIŞ 

 

Şüşə amorf kristallik quruluşlu  material olub,  turşu, qələvi torpaq  və qələvi 



oksidlərindən  ibarət  ərintinin  soyudulması  yolu  ilə  əldə  edilir.  Tədricən 

özlülüyünün  artması  hesabına  bərk  maddələrə  məxsus  mexaniki  xassələrə  malik 

olur. 

Şüşədən  məmulat  hazırlanması  olduqca  qədim  sənət  növü  sayılır.  Şüşə 



istehsalı  bizim  eramızdan,  hətta  2  min  il  əvvəl  qədim  Misirdə  mövcud  olmuşdur. 

Şüşə  istehsalının  ilk  inkişafı  ilə  yanaşı,  tədricən  şüşədən  olan  məmulatların  da 

çeşidi artır, formalaşır və inkişaf edirdi. Əvvəllər o, bircəhətli və məhdud idi. 

Belə  ki,  o  vaxtlar  texnikanın  inkişaf  səviyyəsi  çox  aşağı  və  primitiv  idi. 

Şəffaf  şüşə  almaq  o  vaxt  mümkün  deyildi.  Arxeoloqların  məlumatına  görə  şüşə 

məmulatlarının ilk nümunələri bizim eramızdan 3500 il əvvəl meydana gəlmişdir. 

Eyni  zamanda  məlumdur  ki,  Mesopotamiyada  bizim  eramızdan  4000  il 

əvvəl düzəldilmiş şüşə məmulatları tapılmışdır. Bizim eramızdan əvvəl 1340-1580-

ci  illərdə  Misirdə  müxtəlif  şüşə  məmulatları  –  muncuq,  rəngli  şüşələrin 

düzəldilməsi işi inkişaf etməyə başlamışdı. 

Şüşəçilik  Misirdən  Italiyanın  ərazisinə  keçmişdir  və  burada  vərəqə  halında 

şüşələr  istehsal  olunmağa  başlamışdır.  Şüşə  istehsalı  sonralar  Italiyadan 

Ispaniyaya, Fransaya və Avropanın başqa ölkələrinə yayılmışdır. 

Vulkan püskürməsi zamanı məhv olan Pompey şəhərinin nazıntısında hamar 

şüşə  qırıntıları  üzə  çıxmışdır.  V  əsrdə  Vizantiya  şüşə  məmulatları  istehsalı 

sahəsində  birinci  yeri  tuturdu.  IX  əsrdə  Venetsiya  Vizantiyanı  şüşəçilikdə 

sıxışdırıb  aradan  çıxartdı  və  XII-XIV  əsrlərə  qədər  şüşə  buraxılışında  aparıcı  yer 

tutdu.  Venetsiya  güzgüləri  və  bokalları  yüksək  qiymətləndirilirdi.  Venetsiya  bu 

vaxt yaxın şərq və qərb ölkələri ilə şüşə məmulatları üzrə qızğın ticarət edirdi. 

Şərq və Aralıq dənizi ərazisi xalqları şüşə istehsalının bütün digər ölkələrdə 

inkişaf  etməsin  böyük  təsir  göstərirdi.  XIV  əsrdən  başlayaraq  Fransa  və  Ingiltərə 



 

hökuməti  şüşə  istehsalı  inkişafını  genişləndirməyə  başladı.  Lakin  bu  ölkələrin 



məmulatları səviyyəsinə çatması üçün çox böyük vaxt lazım idi. 

Bogemiyada  ilk  şüşə  zavodu  XIV-XV  əsrdə,  Amerikada  isə  1790-cı  ildə 

(vərəqə şüşələr zavodu) yarandı. 

Bizim  ölkəmizdə  şüşə  məmulatları  istehsalının  başlanğıcı  IX-X  əsrlərə 

təsadüf  edir.  Pəncərə  şüşələrinə,  güzgüyə  və  şüşə  qablara  olan  tələbatla  əlaqədar 

XVIII  əsrdə  Moskva  yaxınlığında  altı  şüşə  zavodu  fəaliyyət  göstərirdi.  Şüşə 

sənayesi  inkişafına  böyük  rus  alimi  M.V.Lomonosov  mühüm  təsir  göstərdi.  Şüşə 

istehsalının  elmi  əsasları  Lomonosov  tərəfindən  qoyuldu.  O,  özünün  yaradıcılıq 

həyatının 20 ilini bu işə sərf etmişdir. 

Bakıda şüşə zavodu 1922-ci ildə tikilmişdir. Birinci məhsul olaraq Bakı şüşə 

zavodunda  əl  üsulu  ilə  butulka  və  aptek  üçün  şüşə  qablar  hazırlanırdı.  O  vaxtdan 

indiyə kimi zavoda xeyli dəyişikliklər baş vermişdir.  

Respublikamızda mədəni-məişət və təsərrüfat təyinatlı malların, o cümlədən 

sortlu şüşə qabların istehsalı və satışı son illərdə yox dərəcəsindədir. 

Hazırki  buraxılış  işinin  yazılmasında  məqsəd  büllur  şüşədən  olan 

məmulatların çeşidi və keyfiyyətinin ekspertizasından ibarətdir. 

 

 



 

I. ŞÜŞƏ MALLARININ ISTEHLAK XASSƏLƏRI VƏ 



KEYFIYYƏTINƏ QOYULAN TƏLƏBLƏR 

 

Hər  bir  mal  qrupunda  olduğu  kimi,  məişət  təyinatlı  şüşə  məmulatlarının 



keyfiyyətinə  qarşı  müxtəlif  məzmunlu  tələblər  qoyulur.  Bildiyimiz  kimi, 

keyfiyyətə  qarşı  qoyulan  tələb  dedikdə,  müəyyən  vaxt  ərzində  malın  təyinatına 

görə  istifadəsinin  mümkünlüyü  istehlakçının  istəyinə  və  marağına  uyğun  olaraq 

təmin etmək üçün nəzərdə tutulan xassələri, istismarı şəraiti və xüsusiyyətləri başa 

düşülür.  

Keyfiyyətə  verilən  tələblər  əhalinin  maddi  və  mədəni  səviyyəsindən,  malın 

təyinatından,  xammal  ehtiyatlarından,  istehsalın  texniki-iqtisadi  imkanlarından  və 

mal  haqqında  olan  məmulatın  səviyyəsindən  çox  asılıdır.  Ümumiyyətlə,  istehlak 

mallarına cari, perspektiv, ümumi və spesifik tələblər verilir. 

Cari  tələblər  həmin  dövrdə  satışa  daxil  olan  mallara  verilən  tələblərdir.  Bu 

tələblər  dövri  olaraq  nəzərdən  keçirilir  və  dəyişdirilir.  Perspektiv  tələblər 

keyfiyyəti  inkişaf  etdirmək  məqsədi  ilə  malın  keyfiyyətinə  verilən  nisbətən  geniş 

və  yüksək  səviyyəli  kompleks  göstəriciləri  əhatə  edir.  Keyfiyyətə  verilən  cari 

tələblər həm də perspektiv tələblərin əsasını təşkil edir. 

Malların keyfiyyətinə  verilən cari   və perspektiv tələblər  həm  də  ümumi  və 

perspektiv  tələblərə  ayrılır.  Ümumi  tələblərə  malın  təyinatına  uyğunluğu,  istifadə 

yararlılığı, insan üçün zərərsizliyini, insan orqanizmində normal həyat fəaliyyətinin 

təmin edilməsini, müəyyən olunmuş müddət ərzində istismar zamanı davamlılığını 

və  etibarlılığını,  estetikliyi  və  erqonomikliyi  təmin  edən  və  əsasən  bütün  mal 

qruplarına aid edilə bilən tələblər daxil edilir. 

Spesifik  tələblər  konkret  mal  qrupuna  və  ya  çeşidinə  aid  verilir.  Məsələn, 

şüşə  məmulatlarının  kəskin  temperatur  şəraitində  istifadəsinin  mümkünlüyünə 

verilən tələblər spesifik tələbdir. 

Şüşə  məmulatlarının  istehlak  xassələrinə  funksional,  erqonomik,  estetik, 

etibarlılıq daxildir. Istehlakçı  üçün şüşədən olan  məmulatın  yararlılığı,  hər şeydən 



Yüklə 337,24 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə