Azərbaycan respublikasi təhsil nazirliyi azərbaycan döVLƏt iqtisad universiteti fakultə : «Əmtəəşünaslıq»



Yüklə 396,69 Kb.
Pdf görüntüsü
səhifə1/13
tarix29.05.2018
ölçüsü396,69 Kb.
#46482
  1   2   3   4   5   6   7   8   9   ...   13


 

AZƏRBAYCAN RESPUBLIKASI TƏHSIL NAZIRLIYI 



AZƏRBAYCAN DÖVLƏT IQTISAD UNIVERSITETI 

 

Fakultə : «Əmtəəşünaslıq» 



Ixtisas : Istehlak mallarının ekspertizası və marketinqi 

 

B U R A X I L I Ş   I Ş I 



 

Mövzu:Ticarətə daxil olan yeməkxana təyinatlı keramika  

            məmulatlarının istehlak xassələrinin ekspertizası 

Işin rəhbəri: dos. Həsənov N.N. 

Tələbə: İbrahimov Vüqar Ağaddin 

Bölmə: azərbaycan  

Qrup:2322 

 

«Təsdiq edirəm» 

Kafedra müdiri :_______________ prof.Ə.P.HƏSƏNOV

 

 

 

B A K I   2015 

 

 




 

PLAN 

 

GIRIŞ  

I.  Keramikanın tərkibi, quruluşu və xassələri 

II.  Keramika məmulatlarının keyfiyyətinə qoyulan ümumi istehlak 



tələbləri 

12 


III.  Termiki emalın çini və kaşı məmulatlarının keyfiyyətinin 

formalaşdırılmasında rolu 

15 

IV.  Bəzəndirilmənin keramika məmulatlarının keyfiyyətinə təsiri 



19 

V.  Yeməkxana təyinatlı keramika məmulatlarının keyfiyyətinin 

ekspertizası 

23 


VI.  Ticarətə daxil olan keramika qablarının çeşidinin təhlili 

27 


VII.  Ticarətə daxil olan yeməkxana təyinatlı keramika məmulatlarının 

keyfiyyətinin ekspertizası 

41 

NƏTICƏ VƏ TƏKLIFLƏR  

46 

ƏDƏBIYYAT  

49 

 



 

GIRIŞ 

 

Hələ çox qədimlərdən insanlar keramika adlı məmulatlardan istifadə etməyə 



başlamışlar. 

“Keramika” qədim yunan dilində olan “Keramos”  sözündən əmələ gəlib ki, 

bu  da  gil  mənasını  verir.  Keramika  yunanca  dulusçuluq  sənəti  deməkdir.  Gildən 

hazırlanıb, bir və daha çox dəfələrlə yandırılmadan keçirilən  məmulatlar keramika 

adlanır.  Keramika  mallarını  iki  mənada:  geniş  və  dar  mənada  başa  düşmək 

lazımdır. 

“Keramika”  geniş  mənada  metal  olmayan  qeyri-üzvi  materiallardan  bərk 

məmulatların  hazırlanması  sənəti  kimi  başa  düşülür.  Bura  çini,  kaşı,  obrazivlər, 

minalar,  sement  və  şüşə  materialları  deyil,  həmçinin  metal  olmayan  maqnit 

materialları,  sintetik  monokristallar,  eyni  zamanda  bir  neçə  il  bundan  əvvəl 

mövcud olmayan başqa müxtəlif növ məhsullar da daxildir.Onlardan bir çoxu yeni 

texnikanın hissə və aparatların istehsalında işlədilir. 

“Keramika”  dar  mənada  plastik  gil  və  onun  mineral  əlavələrlə  hazırlanıb 

yandırıldıqdan sonra suya və odadavamlı məmulata çevrilməsindən ibarətdir. 

Aparılan  tədqiqatlar  göstərmişdir  ki,  keramika  malları  insanların  ən  qədim 

dövrlərdən istifadə etdiyi xalq istehlak malları olmuşdur. Qazıntılar zamanı tapılan 

keramika  məmulatlarının  bizim  eramıza  qədər  15  min  il  yaşı  olduğu  təyin 

olunmuşdur.  Kereamika  məmulatları  bizim  eramızdan  əvvəl  5-ci  minillikdə  

Misirdə  geniş  yayılımışdır.  Qədim  Misir,  Babilstan,  İran  və  s.  ökələrdə  ilk  dəfə 

bişmiş kərpic, kaşı, mina və s. məmulatlardan istifadə edilirdi. 

Misirdən  keramika  istehsalı  əvvəlcə  Yunanstana,  sonrada  İtaliyaya 

keçmişdir.  Yunan  keramikası  forma  kamilliyi  və  çeşid  müxtəlifliyinə  görə  şöhrət 

tapmışdır. Qədim Romada da lak ilə örtülmüş keramika qabları hazırlanırdı. Bizans 

sənətkarları  Roma  keramikası  ənənələrini  yaxın  şərq  mədəniyyətinin  təsiri  altında 

davam  etdirdilər.Yunan  ustaları  qırmızı  gildən  vazalar  hazırlayıb  üzərinə 

odadavamlı  qara  lak  çəkdilər.Bunun  istehsalı  bu  günə  qədər  sirr  olaraq 




 

qalmışdır.Vazaların  üzərindəki  süjetlər  vuruşmalara,  ovçuluğa,  bayramlara  və  s. 



həsr edilmişdir. 

Müsəlman  dulusçuları  gil  qabları  və  nəlbəkiləri  şirələmək  üçün  lyustr  kəşf 

etdilər.  Lyustr  çəkilmiş  məmulat  yandırıldıqdan  sonra  ona  sədəfə  və  qızıla  oxşar 

qeyri-adi  parlaqlıq  verilir.  Bu  nəticəyə  gəlmək  olur  ki,  həmin  məmulat  qiymətli 

metaldan hazırlanmışdır. Müsəlman keramika sənətinin spesifik xüsusiyyəti ondan 

ibarətdir  ki,  əks  olunan  mövzularda  insan  fiqurları  yox  idi.  Mayolika  qablarında 

əsas  dekorativ  elementlər,ornoment  rəsmləri,  quş  şəkilləri,  az  hallarda  heyvanlar 

əks  etdirilirdi.  XIV-XV  əsrlərdə  keramika  İspaniyada  daha  sürətlə  inkişaf  etməyə 

başladı.  XV-ci  əsrdə  İspaniyanın  Malorka-Mayorka  adasında  keramikanın  başqa 

növü  istehsal  edilir  ki,  bu  da  mayolika  adını  alır.  Mayolika  istehsalı  Aralıq 

dənizindən  İtaliyaya  keçir.  İtaliya  ustaları  İspaniyanın  keramika  istehsalının 

texnologiyasını  qəbul  edərək  ona  yeni  dekorativ  bəzək  verirlər.Məmulatların 

üzərində rəssamların əsərlərini əks etdirirlər. 

İtaliya  mayolikasına  kaşı  adı  verildi.  Belə  adın  əmələ  gəlməsinə  səbəb  bu 

məmulatların istehsalının mərkəzi Faens şəhərində yerləşməsi olmuşdur. Mayolika 

texnikası  İtaliyadan  Avropanın  başqa  ölkələrinə,  xüsusi  ilə  Fransaya  və 

Holllandiyaya keçmişdir. 

Keramikanın daha qiymətli  növü çinidir ki, bunun  vətəni Çin sayılır. Çində 

(bizim  eramızdan  əvvəl  II-əsrdə)  Szin  dövründə  265-316  illərdə  çini  istehsal 

olunurdu.Çinlilər  çininin  istehsal  texnologiyasını  və  tərkibini  sirr  olaraq 

saxlamışlar.  Bu  ölkənin  çinisi  başqa  ölkələrin  çinisinə  nisbətən  nazik  divarlı,işıq 

keçirən, təmiz səsli, ağ şirəli olması ilə fərqlənir. Çiniyə farfor deyilir.Farfor - ərəb 

sözü  olub,  imperator  üçün  deməkdir.  Portuqaliyalılar  çinin  parlaq  səthini  dəniz 

balıq qulağının səthinə bənzətdikləri üçün onu “Porselin” adlandırmışlar. 

XVIII əsrdə  Fransa, İtaliya, İngiltərə,  Belçika, Ruminiya  və başqa dövlətlər 

də  çini  istehsalını  mənimsəmişdilər.  XVIII  əsrin  axırlarında  bəzi  ölkələrdə  çini 

istehsalının  texnoloji  keyfiyyətinin,  formasının,  naxışının  yüksək  səviyyədə 

olmasına nail olmuşlar. 




Yüklə 396,69 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə