Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ Əlyazması hüququnda



Yüklə 0,76 Mb.
səhifə1/6
tarix21.06.2018
ölçüsü0,76 Mb.
#50721
  1   2   3   4   5   6

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ

MAGİSTRATURA MƏRKƏZİ
Əlyazması hüququnda
Əsgərov Razi Fərmayil oğlu

(MAGİSTRANTIN A.S.A)


Sahibkarlığın sosial-iqtisadi proseslərlə əlaqəsinin qiymətləndirilməsi

mövzusunda


MAGİSTR DİSSERTASİYASI

İstiqamətin şifri və adı: 060409 “Biznesin idarə edilməsi”

İxtisasın şifri və adı “Biznes inzibatçılığı”

Elmi rəhbər: Magistr proqramının rəhbəri:

i.e.n., dosent M.Ə.Əliyev i.e.n., dosent Abbasova R.A.



Kafedra müdiri:

i.e.n., dosent M.Ə.Əliyev



BAKI - 2017

Mündəricat
Giriş...........................................................................................................................3

I Fəsil. Sahibkarlığın sosial-iqtisadi proseslərlə qarşılıqlı əlaqəsinin formalaşmasının elmi-nəzəri əsasları....................................................................7

1.1. Qarşılıqlı sosial-iqtisadi münasibətlər sistemində sahibkarlığın rolu və yeri.............................................................................................................................7

1.2. Sosial-iqtisadi proseslər və sahibkarlıq arasında funksional bağlılığın tədqiqi......................................................................................................................12

1.3. Ölkənin sosial-iqtisadi inkişafı məqsədilə sahibkarlıq subyektlərinə dövlətin təsir mexanizmi.......................................................................................................17


II Fəsil. Sahibkarlığın sosial-iqtisadi proseslərlə əlaqəsinin formalaşmasının müasir xüsusiyyətləri.............................................................................................21
2.1. Azərbaycanda sahibkarlığın ictimai nemətlərin istehsalı və bölgüsü proseslərində iştirakının mövcud vəziyyətinin təhlili..............................................21
2.2. Sahibkarlığın maliyyə-büdcə prosesləri ilə əlaqəsinin mövcud vəziyyətinin və inkişaf meyllərinin qiymətləndirilməsi....................................................................30

2.3. Azərbaycanda sahibkarlığın xarici iqtisadi proseslərlə əlaqəsinin formalaşması xüsusiyyətləri...........................................................................................................39



III FƏSİL. Sahibkarlığın sosial-iqtisadi proseslərlə əlaqəsinin təkmilləşdirilməsi problemləri.............................................................................49
3.1. Sahibkarlığın sosial-iqtisadi proseslərlə əlaqəsinin təkmilləşdirilməsi üzrə dövlət siyasətinin əsas istiqamətləri........................................................................49
3.2. Sosial-iqtisadi proseslərin reallaşdırılması məqsədilə innovasiya sahibkarlığınin stimullaşdırılması mexanizminin təkmilləşdirilməsi......................56
3.3. Regional sahibkarlıq şəbəkələrində sosial-iqtisadi problemlərin həlli yolları.......................................................................................................................61
Nəticə.......................................................................................................................66
İstifadə olunmuş ədəbiyyat......................................................................................72

Giriş
Mövzunun aktuallığı. Azərbaycanda sahibkarlığın inkişafı ilə bağlı Strateji Yol Xəritəsində müəyyən edilən strateji məqsədlərə çatmaq və mövcud potensialdan lazımi səviyyədə yararlanmaq yönümündə seçilmiş əsas strateji hədəflərə aşağıdakılar aid edilmişdir:

- uzunmüddətli dövrdə olkənin ümumu daxili məhsulunda sahibkarlığın payının artırılması üçün yerli biznes mühitini və tənzimləmə bazasını daha da yaxşılaşdırmaq;

- sahibkarlıq subyektlərinə dayanıqlı şəbəkə yaratmaq üçün maliyyə resurslarının əldə olunmasının əlverişli və effektiv yollarının tapılması;

- ölkənin valyuta ehtiyatlarını artırmaq və yerli əmtəələrin müasir dünya standartlarına uyğunluğunu təmin etmək üçün sahibkarlıq fəaliyyətini beynəlmiləlləşdirməyə nail olunması və beynəlxalq bazarların iştirakçısına çevrilməsi;

- ixtisaslı işçi qüvvəsi hazırlamağa və sahibkarlıq subyektlərində bacarıq və vərdişlərin aşılanmasına diqqəti artırmaqla, region bazarlarına təklif edilən mal və xidmətlərin keyfiyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması;

- sahibkarlıq subyektləri üzrə rəqabətqabiliyyətliliyi artırmaq məqsədilə innovasiyaların təşviq edilməsi, bu sahədə araşdırmaların və işləmələrin sanballılığının artırılması.

Strateji Yol Xəritəsində müəyyənləşdirilmiş yuxarıda sadalanan strateji hədəflərin əldə olunmasına təqribən 700 milyon manatlıq investisiyanın tələb olunduğu, bunun nəticəsində 2020-ci ildə ölkə iqtisadiyyatında təqribən 1,3 milyard manata yaxın əlavə dəyər alınması və 34 mindən çox yeni iş yerlərinin açılacağı proqnozlaşdırılır.

Lakin AR DSK-nın məlumatlarına görə, 2016-cı ilin əvvəlinə ölkə üzrə qeydiyyatdan keçmiş hüquqi şəxslərin 12 faizini kiçik müəssisələr təşkil etsə də, onlar ÜDM-in cəmi 4 faizini, ümumi məşğulluğun 6,3 faizini, məhsul (xidmət) istehsalının isə 9,6 faizini təmsil etmişlər. Başqa sözlə, ölkənin sahibkarlıq subyektləri arasında 99,2 faiz xüsusi çəkiyə malik fərdi sahibkarlar və kiçik müəssisələr ÜDM-də çox kiçik payla səciyyələnirlər. Ona görə də, Strateji Yol Xəritəsində doğru olaraq belə qənaətə gəlinir ki, respublika iqtisadiyyatı üzrə ÜDM-in, məşğulluğun və ölkəyə gələn xarici valyuta axınının strukturunda KOS-un xüsusi çəkisi əhəmiyyətli dərəcədə - hətta dəfələrlə çoxaldıla bilər. Bunun üçün ölkədə zəruri ilkin şərtlər – güclü potensial və geniş imkanlar vardır. Həmin potensial və imkanlar isə özündə sosial və iqtisadi proseslərin komponentlərini - əmək proseslərini, ictimai nemətlərin istehsalı və bölgüsü proseslərini, maliyyə-büdcə proseslərini, xarici-iqtisadi prosesləri və sosial prosesləri ehtiva edən sosial-iqtisadi proseslərlə sahibkarlığın əlaqələrinin hansı səviyyədə qurulmasından asılıdır. Sahibkarlığın sosial-iqtisadi proseslərlə əlaqəsini fasiləsiz olaraq araşdırmadan onun potensial və imkanlarından maksimum istifadəyə nail olmaq mümkün deyildir. Bu əlaqənin düzgün qiymətləndirilməsi son nəticədə ümumi biznes mühitini yaxşılaşdırılmağa, maliyyələşmə resurslarına çıxış imkanlarını səmərəli qurmağa, işgüzar subyektlərin beynəlxalq bazara çıxışını təmin etməyə, səriştəli və peşəkar kadrlarla təminatın yaradılmasına imkan verəcəkdir.



Tədqiqat işinin məqsəd və vəzifələri. Tədqiqatın məqsədi sahibkarlığın sosial-iqtisadi proseslərlə əlaqəsinin nəzəri aspektlərini araşdıraraq və sahibkarlığa sosial-iqtisadi amillərin təsirini qiymətləndirərək sahibkarlıq fəaliyyəti ilə sosial-iqtisadi proseslər arasında əlaqənin təkmilləşdirilməsinə dair elmi cəhətdən əsaslandırılmış nəzəri-metodoloji müddəaların və praktiki tövsiyələrin işlənib hazırlanmasından ibarətdir.

Tədqiqat işində nəzərdə tutulan məqsədin reallaşdırılmasını təmin etmək üçün aşağıdakı vəzifələr müəyyən edilmişdir:

- qarşılıqlı sosial-iqtisadi münasibətlər sistemində sahibkarlığın rolu və yerinin müəyyən edilməsi;

-sosial-iqtisadi proseslərlə sahibkarlıq arasında funksional bağlılığın araşdırılması;

- ölkənin sosial-iqtisadi inkişafı məqsədilə sahibkarlıq subyektlərinədövlətin təsir mexanizminin öyrənilməklə ümumiləşdirilməsi;

- sahibkarlıq vəsosial-iqtisadi proseslər arasında qarşılıqlı əlaqəni təhlil etməklə onların rolu və yerinin müəyyən edilməsi;

- sahibkarlığın maliyyə-büdcə prosesləri ilə əlaqəsinin hazırkı  vəziyyətini və inkişaf meyllərini sistemli şəkildə təhlil etmək və qiymətləndirmək;

-sahibkarlıqla sosial-iqtisadi proseslər arasında əlaqələri təkmilləşdirməklə bağlı elmi əhəmiyyət daşıyan müvafiq təkliflər işləyiib hazırlamaq.

Tədqiqat obyekti. Tədqiqat obyekti olaraq ölkədə sahibkarlıqla sosial-iqtisadi proseslər arasında əlaqələr müəyyən edilmişdir.

Tədqiqat predmeti. Tədqiqat predmeti kimi sahibkarlıqla sosial-iqtisadi proseslər arasında münasibətlər və müasir iqtisadi şəraitdə onları təkmilləşdirmək isteqamətləri müəyyən edlmişdir.

Dissetasiyanın nəzəri-metodoloji əsasında xarici və yerli iqtisadçı alimlər tərəfindən işlənib hazırlanmış sahibkarlığın inkişafı problemlərinə dair son illərdə dərc olunmuş nəzəri-təcrübi elmi əsərlər, ölkənin normativ-hüquqi aktları dayanır. Tədqiqatda məntiqi ümumiləşdirmə və qruplaşdırma, müqayisə, statistik təhlil, şəxsi müşahidə, dinamika və s. metodlarından istifadə olunmuşdur.

Tədqiqatın informasiya bazasının əsasında sahibkarlıq fəaliyyəti, eləcə də onun sosial-iqtisadi proseslərlə əlaqənin təkmilləşdirilməsi ilə bağlı ədəbiyyat, müvafiq idarəetmə orqanlarının məlumatlarından istifadə edilmişdir.

Dissetasiyanın elmi yeniliyinə aşağıdakılar aiddir: 

- qarşılıqlı sosial-iqtisadi münasibətlər sistemində sahibkarlığın formalaşması və inkişafının konseptual əsasları tədqiq edilmişdir;

- sosial-iqtisadi proseslərlə sahibkarlıq arasında funksional bağlılıq tədqiq edilməklə, onun Azərbaycan reallığında effektiv tətbiqi ilə bağlı müvafiq təklif və tövsiyələr işlənib hazırlanmışdır;

ölkənin sosial-iqtisadi inkişafı məqsədilə sahibkarlıq subyektlərinə dövlətin təsir mexanizmi tədqiq edilərək, onların konkret şəraitdə tətbiqi imkanları nəzərə alınmaqla, sistemləşdirilmişdir;

- qlobal maliyyə böhranı şəraitində sahibkarlığın maliyyə-büdcə prosesləri ilə əlaqəsinin mövcud vəziyyəti və inkişaf meylləri təhlil edilərək qiymətləndirilmişdir;

- Azərbaycanda sahibkarlığın xarici iqtisadi proseslərlə əlaqəsinin formalaşması xüsusiyyətləri üzə çıxarılaraq qiymətləndirilmişdir;

- sahibkarlığın sosial-iqtisadi proseslərlə əlaqəsinin təkmilləşdirilməsi üzrə dövlət siyasətinin prioritet istiqamətləri əsaslandırılmışdır. 

İşin təcrübəvi əhəmiyyəti. Tədqiqat işinin nəticələri sahibkarlığın sosial-iqtisadi proseslərlə əlaqələndirilməsi mexanizminin təkmilləşdirilməsinə yönəldilmişdir. Bu cür əlaqələndirilmə mexanizmindən sahibkarlıq subyektlərinin və dövlətin əsas idarəetmə orqanlarının praktiki fəaliyyətindəistifadə oluna bilər. 

İşin strukturu. Tədqiqat işinin strukturu giriş, üç fəsil, nəticə və təkliflərdən ibarət olmaqla, ədəbiyyat siyahısı ilə birlikdə kompüter yazısında – səhifə olmaqla özündə 15 cədvəli, 6 sxemi, 4 qrafiki əhatə edir.



I Fəsil. Sahibkarlığın sosial-iqtisadi proseslərlə qarşılıqlı əlaqəsinin formalaşmasının elmi-nəzəri əsasları
1.1. Qarşılıqlı sosial-iqtisadi münasibətlər sistemində sahibkarlığın rolu və yeri
Heç bir sahibkar digər istehsal vahidləri və dövlət orqanları ilə əlaqə yaratmadan tək başına fəaliyyət göstərmir. Buna görə də, müəssisənin daxili funksiyaları ilə yanaşı, vergi ayırmalarının, vaxtında çatdırılmaların və digər istehsalçıların öz istehsalı ilə təminetmənin zəruriliyi, yəni kreditlərin ödənilməsi də daxil olmaqla öhdəliklərin yerinə yetirilməsi və s. bu kimi xaricifunksiyaları da mövcuddur.

Səmərəli sahibkarlıq fəaliyyətiyalnız, hər şeydən əvvəl, bazar, bazar münasibətlərisistemi, eləcə də mümkün olan daha səmərəli, məhsuldar və maksimum gəlirli qərar qəbul etməyə imkan verən sahibkar azadlığı kimi başa düşülən müəyyən ictimai vəziyyətdə mümkündür.

Sahibkarlıq mühiti –özündə iqtisadi azadlığı, sahibkarlıq korpusunu, iqtisadi əlaqələrin bazar tipinin üstünlüyünü, sahibkarlıq kapitalının formalaşdırılması imkanını və tələb olunan resurslardan istifadəni ehtiva edir (Şəkil 1.1).

Sahibkarlığa xas olan xüsusiyyətlər onun əsasını təşkil edir. Sahibkarlığın gələcək təhlili məntiqi meyarlar sisteminin hazırlanmasını nəzərdə tutur ki, bunun da əsasında, biznes subyektlərinin qiymətləndirilməsi və onların iqtisadiyyatın bu sektoruna aid təsnifatı aparılır. Bu baxımdan, yerli iqtisadi ədəbiyyatda mübahisə aparılır, lakin aydındır ki, bu əlamətlər sahibkarlığın, sabit, xarakterik xüsusiyyətləri kimi çıxış edirlər. Bu meyarların sistemləşdirilməsi müəyyən arqument tələb edir və belə arqument kimi sahibkarlıq strukturlarının daxili və xarici mühit amilləri çıxış edə bilər.

Sahibkarlıq mühitinin formalaşdırılması idarə olunan prosesdir. Lakin onların idarəetmə metodları, inzibati və ya direktiv xarakterə malik ola bilməz. Onların əsasında - sahibkarlıq subyektlərinin fəaliyyətinə təsirlə bağlı deyil və bu subyektlərin meydana çıxması və sürətli formalaşması üçün əlverişli şərait yaradılması ilə bağlı tədbirlər dayanır.


Formalaşması



Sahibkarlıq mühitinin formalaşması



Fəaliyyəti

Sahibkarlığın formalaşması



Cəmiyyətin sosial-iqtisadi inkişaf səviyyəsi


Şəkil 1.1. İctimai qarşılıqlı əlaqələrin strukturunda sahibkarlıq [25]
Sahibkarlıq mühitinin yaradılması çoxşaxəli hadisə olub, özündə aşağıdakıları birləşdirir:

- sosial, iqtisadi və sosial-iqtisadi fəlsəfənin və cəmiyyətin müvafiq psixologiyası ilə bağlı dəyişikliklər;

- adekvat sahibkarlıq infrastrukturunun yaradılmasına hesablanmış sahibkarlığın stimullaşdırılması üzrə milli proqramların qəbul edilməsi [25].

Sahibkarlıq fəaliyyəti məzmunca xeyli hərtərəfli və mürəkkəb olmaqla social-iqtisadi, hüquqi-psixoloji proseslərlə əlaqədardır. İqtisadiyyata dair ədəbiyyatlarda sahibklarlıqla bağlı rast gəlinən indiki baxışlarda qeyd olunduğu kimi, sahibkarlıq, insan üçün zərurilik kəsb edən əmtəə və xidmətlər istehsalı olmaqla, həm fəaliyyət göstərə bilmək sistemi, həm hazırkı iqtisadi sistemdə yeni texnika və texnologiyaya əsaslanan tərəqqinin ana xətti, həm insanların öz arzu və ehtiyaclarını ödəməyə yönəltdiyi istehsal və xidmətlər sistemidir, həm innovativ düşüncə qabiliyyəti, faydalı bir fəaliyyətə başlamaq istəyi, həm də cəsarətliyə və liderliyə doğru yönəlik bir işdir [24, s. 222]. Bu fəaliyyət növündə istehsal vasitələrinin üzərində mülkiyyətin forması, ilk öncə isə, xüsusi mülkiyyətlə dərin əlaqə olduğundan, tarixi kateqoriya sayılır. Odur ki, retrospektiv nöqteyi-nəzərdən xüsusi mülkiyyəti sahibkarlıq fəaliyyəti üçün iqtisadi əsas, sahibkarlıq fəaliyyətini isə bəzən xüsusi mülkiyyət üçün reallaşdırma forması kimi qəbul etmək olar. Xüsusi mülkiyyət yeni təzahür formalarına malik olduqca və cəmiyyət çoxnövlü mülkiyyət forması kəsb etdikcə, sahibkarlığın fəaliyyət formalarının daha da artması, yeni keyfiyyətə malik olması müşahidə olunmuşdur. Amma bununla belə, heç bir halda sahibkarlıq fəaliyyətinin yaranma səbəbinin xüsusi mülkiyyət olduğu fikrinə gəlmək mək düz deyildir.

A.Smitin sözlərinə görə, satışdan ötrü məhsul istehsal edən istənilən bir şəxs ancaq özünün şəxsi marağına xidmət edir, özünün mənfəəti yönümündə fəaliyyət göstərir. Ancaq həmin vaxt “gözəgörünməz əl”in köməyi ilə özünün məqsədinə tam dəxli olmayan məqsədə istiqamətləndirilir [28].  A.Smitin fikrincə, sahibkar öz istehsalını planlaşdırmağa və təşkilatlandırmağa, həmin nəticələr əsasında sərbəst qərar verməyə, gəlir əldə etməyə yönəlik kommersiyalaşmaya dair müəyyən bir ideyanı reallığa çevirmək üçün risk edən mülkiyyət sahibidir.

Fransız iqtisadçısı İ. B.Seyin fikrincə, sahibkarlıq fəaliyyəti istehsal amillərini effektiv istifadəyə cəlb edən forma kimi çıxış edir. Sey sahibkarlıq mənfəətini əldə etməkdən ötrü istehsal amillərini gəliri cüzi olan sferalardan daha çox gəlirə malik sferalara azad şəkildə axmasına dəstək ollan biznes mühitini təhlil edir, sahibkarlara ümumən nail olduqları mənfəəti və həmin mənfəətin sahibkarın bilik və təcrübəsi ilə əlaqəli hissəni açıqlayır. O hesab edir ki, sahibkar dedikdə, risk etməsinə rəğmən gəlir əldə etmək üçün müəyyən bir əmtəə və ya xidmət istehsalı ilə məşğul olan şəxs başa düşülməlidir [27, s. 58].

Almaniya iqtisadçısı V.Zombarta görə, gəlir əldə etmək sahibkarlıqda əsas yox, sonrakı məqsədlərdəndir. Bu fəaliyyətdə əsas məqsəd əslində daimi inkişafa nail olmaqdır. Bu məqsədin əldə olunması üçün sahibkarın riskə hazırlığı, inadkarlığı, kollektiv maraqlardan ötrü müəyyən imkanların səfərbərliyə alınması, yəni təşkilatçılığı lazımdır. Zombart olaraq ticarətə girişməyi, alıcılarda stimul yaratmağı, onlarda inam hissini qazanmağı sahibkarda lazımi keyfiyyətlər kimi qiymətləndirirdi [21].

Görkəmli iqtisadçı Y.Şumpeter sahibkara yenilikçi kimi baxır, onda əsas vəzifə kimi istehsal amillərini yenidən konbinasiya etmək yolu ilə iqtisadi tərəqqini əldə etməyi əsas götürür. Şumpeterin fikrincə, sahibkarlığın kökündə köhnədən imtina etmək, yeniliyi əldə etmək və ondan istifadə etmək, əvvəlcədən nəzərdə tutulmuş proseslərin əsasında yox, bu proseslərə özünün müdaxilə etməklə fəaliyyətini qurmaq qabiliyyətidir. Şumpeterə görə, sahibkarlıq fəaliyyətində subyekt olaraq istehsal sahibindən, fərdi kapitalistdən, eləcə də mülkiyyətçidən başqa, şirkət, müəssisə, bannk, səhmdar cəmiyyətləri üzrə menecerlər də iştirakçı ola bilərlər. Bununla da o, həm, sahibkarlıq fəaliyyətinə təsərrüfat subyektlərinin yeni sosial-iqtisadi və psixoloji nümunəsi kimi baxır, həm də sahibkarlıq və menecment terminlərini mahiyyət və məzmunca müxtəlif anlayışlar kimi qiymətləndiriedi [30].

A.Marşallın fikrincə, azad sahibkarlıq istehsal və iqtisadi azadlıqlardan heç nə ilə fərqlənmir. O hesab edirdi ki, sahibkarda yeni biznes mühitinə, yeni iqtisadi davranışa yaradıcı kimi yanaşmaq qabiliyyətindən çox, iqtisadi təkamülün əsas gücü, iqtisadi proseslərə impuls olmaq vərdişi formalaşmalıdır [24].

C.Keyns nəzəriyyəsində sahibkarlığa həm resurs və əsas vəsaitdən istifadənin təzahürü kimi, həm alverçi, həm də kommersiyalaşmanı həyata keçirən fəaliyyət kimi yanaşılır. Bundan əlavə, Keynsin fikrincə, sahibkarlıq fəaliyyəti proqnoz qiymətləndirmənin, sahibkarlıq riskinin, iflasa uğramanın, tələbin, təklifin, qiymətin, gəlirin və bu kimi digər amillərin təsirinə daim məruz qalaraq dəyişir [23].

Sahibkarlığa iqtisadi aktivliyin ayrıca forması kimi bəzi iqtisadçılar [14, s. 11-21] onun dövlət və özəl formalarını ayırırlar. Onların fikrincə, dövlət sahibkarlığı dövlət orqanlarının və yerli özünüidarəetmənin orqanı sayılan bələdiyyələr tərəfindən həyata keçirilir və onlar öz əmlaklarını dövlət, bələdiyyə və büdcə vəsaitləri vasitəsilə formalaşdırırlar. Özəl sahibkarlıqda fəaliyyət iqtisadi aktivliyin təzahürü olaraq sahibkarlıq subyektlərinin özləri tərəfindən azad şəkildə yerinə yetirilir.

Rusiyalı alim A.Busıginə görə də, sahibkarlıqda özəl və dövlət formaları qruplaşdırılmalı, onların ikisinə də kollektiv, ailə və s. sahibkarlıq növləri daxil edilməlidir [16, s. 171-172].

Azərbaycan alimi V.Niftullayevin fikrincə, sahibkarlıq subyekti olaraq fiziki şəxslərin həm fərdi, həm də ailə forması mövcuddur və sahibkarlığın subyektləri sayılan biliklər, müxtəlif təsərrüfat assosiasiyaları, icarə kollektivi, açıq və məhdud məsuliyyətli səhmdarlar, ayrı-ayrı yoldaşlıq cəmiyyəti şəklində fəaliyyət göstərirlər [14, s. 15-16]. İ.İbrahimova görə isə, icarə kollektivi sahibkarlıq subyekti deyil. O hesab edir ki, sahibkarlıq subyektinə əmlaka malik olan şəxsləri aid etmək olar, ona görə ki, icarəni əmlak, torpaq və başqa maddi ehtiyatlar üzərində müqaviləyə əsasən əvəzlənməklə müddətli sahibliyi və onlardan istifadəni aid etmək olar [9, s. 90-91].

Ölkə qanunvericiliyinə görə, sahibkarlıq fəaliyyətinə fiziki şəxslər, birliklər, eləcə də hüquqi şəxslər tərəfindən qazanca nail olmaq üçün öz cavabdehliyinə və əmək məsuliyyətinə və ya başqa hüquqi və fiziki şəxslər tərəfindən qanunvericilikdə qadağası olmayan hər cür fəaliyyət istiqamətləri aid olunur [2]. 

Sahibkarlıq fəaliyyəti yalnız istehsalın hərəkətverici qüvvəsi deyildir, həm də büdcəyə ödəmələrin başlıca amili və dövlət maliyyəsini möhkəmləndirməyin mühüm mənbəyini təşkil edir. Ona görə də dövlət işgüzar təşəbbüskarlığı fəal şəkildə stimullaşdırmalı, sahibkarlıqla cəmiyyət və dövlət arasındakı əlaqə və münasibətləri möhkəmləndirməyə çalışmalıdır. Sahibkarlıq fəaliyyətini tənzimləmək məqsədilə stimullaşdırıcı, nəzarətedici və məhdudlaşdırıcı tədbirlər üzvi şəkildə əlaqələndirilməlidir. Bununla əlaqədar olaraq kiçik və orta sahibkarlığın müdafiə olunmasında, onların normativ-hüquqi bazasının möhkəmləndirilməsində, investisiya fəaliyyətinin stimullaşdırılmasında, maliyyə cəhətdən müdafiə olunmasında dövlətin mühüm tənzimləmə rolu vardır.

1.2. Sosial-iqtisadi proseslər və sahibkarlıq arasında funksional bağlılığın tədqiqi
Müasir Azərbaycanda, hazırda sosial-iqtisadi prosesləri öyrənilməsi xüsusi əhəmiyyət kəsb edir. Sosial-iqtisadi proses onun həyata keçirilməsi xarakterini vaxt aspektindən müəyyən edən struktur və dinamikanın mövcudluğunu nəzərdə tutur:

- prosesin strukturu ona daxil olan bütün qarşılıqlı əlaqədə olduğu əsas elementlərin toplusunu birləşdirir;

- prosesinin dinamikası əsas elementlərin fəaliyyətinin miqyası, müddəti, səmərəliliyi göstəricilərinə əsaslanır [22].

Sosial-iqtisadi proseslərplanlı,bazar vəqarışıq tənzimləmənin təsiri altında formalaşan təbii və ictimai proseslər şəklində meydana çıxır (Şəkil 1.2).



Qarışıq tənzimləmə

Planlı tənzimləmə

Bazar tənzimlənməsi

İctimai proseslər

Təbii proseslər
Sosial-iqtisadi proseslər
Şəkil 1.2. Sosial-iqtisadi proseslərin əsas xarakterik cəhətləri
Sosial-iqtisadi proseslərin əsas növlərinə aşağıdakılar daxildir:

- pərakəndə və idarə olunan;

- xarici və daxili iqtisadi;

- makroiqtisadi, regional, lokal və mikroiqtisadi;

- istehsal, əmək, təşkilati, texnoloji, informasiya prosesləri;

- sabit və qeyri-sabit və s.

İqtisadi proseslərin əsas komponentlərinə aşağıdakılar daxildir(Şəkil 1.3):

- Əmək prosesləri;

- İctimai nemətlərin istehsalı və bölgüsü prosesləri;

- Xarici iqtisadi proseslər;

- Maliyyə-büdcə prosesləri.

İqtisadi proseslər







Əmək prosesləri




Maliyyə-büdcə prosesləri



Xarici iqtisadi proseslər

İctimai nemətlərin istehsalı və bölgüsü prosesləri


Şəkil 1.3. İqtisadi proseslərin əsas komponentləri
Nəzərdən keçirilən prosesin strukturunda müəyyən ərazinin(dövlətin, regionun və s.) iqtisadi və sosial sahələrinin inkişaf səviyyəsini müəyyən edən sosial-iqtisadi prosesin üç əsas altsistemin ayrılması imkanına malikdir. İqtisadiyyatın vəziyyətini və gələcəkdə onun inkişaf proqnozunu müəyyən etmək üçün, sosial-iqtisadi prosesin altsisteminin müəyyən nisbətlərinə riayət etmək lazımdır.

Sosial-iqtisadi inkişafının üç altsistemini aşağıdakı atributlar ilə xarakterizə etmək olar:

I. Sosial-iqtisadi prosesin inkişafının resurs-xammal istiqaməti;
II. Təhsil- innovasiya sektoru;

III.Texniki-məhsul istiqaməti.

Hal-hazıra qədər “xammal təmayülü” termini müasir Azərbaycan iqtisadiyyatını xarakterizə etmək cəhdlərində hakim oldu.

Bu halda o, cəmiyyət tərəfindən ölkə üçün iqtisadiyyatın inkişafında son dərəcə mənfi və zərərli meyllər kimi qəbul edilir. Xammal iqtisadiyyatı faktiki olaraq Azərbaycan cəmiyyətinin bütün təbəqələri üçün real iqtisadiyyatın sinonimi olmuşdur. resurs potensialı ifadə ən güclü təbii hədiyyə, konvertasiya imkanı hesab isə istifadə edən sosial-iqtisadi prosesin innovativ yolu inkişafında texnoloji sıçrayış mümkündür.

İqtisadiyyatda əsas məsələlərdən biri istifadə edilən texnologiyaların, avadanlıqların, maşınlar səviyyəsi ilə müəyyən edilən iqtisadiyyatın sənaye sektorunun səmərəliliyinin artırılmasıdır ki, bu da bazarda rəqabətqabiliyyətliliyinə malik olan yüksək keyfiyyətli məhsul əldə etməyə imkan verir.

Azərbaycanda sosial-iqtisadi prosesin inkişafının texniki-məhsul altsistemi bir qədər aşağıdüşmə mərhələsindədir. Belə ki, sənaye sektorunun və iqtisadiyyatın digər sahələrin texniki imkanlarında bundan əvvəlki on illə müqayisədə geriləmə prosesi müşahidə olunmuşdur. Əsas vəsaitlərin köhnəlməsi, onların texniki təchizatının və modernləşdirilməsinin olmaması nəzərə alınmaqla, Azərbaycan məhsulları nəinki dünya bazarında, hətta daxili bazarda da rəqabət edə bilməz.

Hazırda iqtisadiyyatın səmərəli inkişafının təmin olunması innovasiyaların işlənib hazırlanması və istehsal və sosial sektorlarda tətbiqi ilə şərtlənmişdir. inkişaf etmiş ölkələrdə ən yeni bilik və texnoloji qərarlardan istifadə etməklə əldə edilən texnologiya, məhsul və avadanlıqların payına ÜDM artımının 70-85 % -i düşür.

Yeniliklərin tətbiqi istehsal səmərəliliyinin artırılmasının, məhsul və xidmətlərin keyfiyyətinin yaxşılaşdırılmasının əsas vasitələrindən biri olub, bazar rəqabətinə tab gətirməyə, texniki bazasını təkmilləşdirməyə, iqtisadi səmərəliliyi baxımından təbii ehtiyatların emalı prosesini modernləşdirməyə imkan verir.

Sosial-iqtisadi prosesin inkişafının əsası təhsil, elm və innovasiyadır. Bundan başqa, bu ardıcıllıq sonrakı elementin keyfiyyətli inkişafını müəyyən edir. 
Sahibkarlıq fəaliyyəti iqtisadi inkişafın hazırkı mərhələsində sosial-iqtisadi proseslərlə qarşılıqlı əlaqədə olan mühüm istiqamətlərdən biridir. Burada sahibkarlıq fəaliyyətinin rolu daha çox sosial-iqtisadi proseslərin müxtəlif əlamətlər əsasında təsnifatı aparılmış ayrı-ayrıistiqamətlərində nəzərə çarpır.

Beynəlxalq təcrübədə milli sahibkarlıq fəaliyyəti ilə sosial-iqtisadi proseslər arasında funksional bağlılığın geniş bir sistemi mövcuddur. Buraya qanunvericilik, büdcə, vergi, gömrük, təşkilati, inzibati-hüquq və s. istiqamətlər üzrə aparılan kompleks tədbirləri aid etmək olar. Tədbirlərin həyata keçirilməsinin əsas məqsədləri sırasına aşağıdakılar daxildir [29]:

-milli sahibkarlığı ölkə qarşısında duran əhəmiyyətli sosial-iqtisadi problemlərin aradan qaldırılmasına yönəltmək;

- sosial-iqtisadi proseslərdə özəl bölmə üçün yüksək inkişaf istiqamətli zəruri şəraitin yaradılması;

- bazar konyunkturunun mürəkkəbliyini və kəskin rəqabəti nəzərə almaqla yerli biznesə ilk dövrlərdə əlverişli iqtisadi mühitiin təmin edilməsi;

- dövlətin iqtisadi siyasətinə daimi dəstək kimi milli sahibkarlığın sosial yönümlü qüvvələrindən və imkanlarından yararlanmaq. 

Əhalinin həyat səviyyəsini yüksəltmək, iqtisadi inkişafı təmin etmək üçün hakimiyyət orqanlarının qarşısında bir sıra vəzifələr durur (Cədvəl 1.1). Bü vəzifələrin öhdəsindən gəlmək üçün isə onların əlverişli maliyyə imkanları yoxdur, və bu da həmin orqanların iqtisadi, siyasi və sosial sahədəki fəaliyyətlərini məhdudlaşdırır. Lakin bu sahədə yerli hakimiyyət orqanlarının təsir edəcəyi sahə vardır ki, bu da kiçik müəssisələr və ayrı-ayrı sahibkarlardır. 

Sahibkarlığın sosial-iqtisadi proseslərlə qarşılıqlı əlaqələrini daha ətraflı təhlil etmək üçün iqtisadi inkişafin mövcud problemlərini və bu problemləri həll edə biləcək mənbələri araşdırmaq lazımdır.




Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə