Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistr hazirliği məRKƏZİ



Yüklə 5,24 Mb.
Pdf görüntüsü
səhifə1/27
tarix01.09.2018
ölçüsü5,24 Mb.
#66698
  1   2   3   4   5   6   7   8   9   ...   27


AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ 

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ 

MAGİSTR HAZIRLIĞI MƏRKƏZİ 

                                                                                   Əlyazması hüququnda 

 

MƏMMƏDOVA GÜLAY FİRDOVSİ qızı 

“KORPORATİV MÜNASİBƏTLƏRİN TƏŞKİLİNİN MÜASİR 

PROBLEMLƏRİ” 

Mövzusunda 

 

MAGİSTR DİSSERTASİYASI 



İxtisasın şifri və adı :  060409  - “Biznesin  idarə edilməsi” 

İxtisaslaşma 

“ Biznesin təşkili və idarə edilməsi” 



 

 

Elmi rəhbər:                                                        Magistr proqramının rəhbəri: 

i.ü.f.d.,b/m.A.T.Hüseynli                            i.ü.f.d., dosent. R.Ə.Abbasova   



 

“Biznesin idarə edilməsi”  

kafedrasının müdiri: 

                                      

i.e.n.,dosent M.Ə.Əliyev     

 

                                                 BAKI-2015 



 

 



 

 

M Ü N D Ə R İ C A T 

GİRİŞ.........................................................................................................................3 

I FƏSİL. Korporativ münasibətlərin formalaşmasının nəzəri aspektləri 

1.1. Korporativ münasibətlərin məzmunu və formalaşması xüsusiyyətləri............6 

1.2. Korporativ idarəetmə problemi..........................................................................13 

1.3.Korporativ  idarəetmədə  mənafelərin  toqquşması  və  aidiyyəti  şəxslərlə 

əlaqələr........................................................................................................................20 

II FƏSİL. Korporativ münasibətlər sisteminin inkişafının müasir tendesiyaları 

2.1. Korporativ münasibətlər sisteminin hazırlanmasının əsas şərtləri...................27 

2.2.  Korporativ  münasibətlərin  səmərəliliyinin  qiymətləndirilməsində  reytinq 

sistemi.........................................................................................................................32 

2.3. 

Korporativ 



münasibətlərin 

iştirakçıları 

arasında 

əlaqənin 

qurulması 

mexanizmi..................................................................................................................48 



III  FƏSİL.  Korporasiyaların  Direktorlar    surasının  nümayəndəlik  vasitəsi  ilə 

nəzarətinin təşkili 

3.1  Korporariv  idarəetmənin  mərkəzi  nümayəndəlik  vasitəsi  ilə  həyata  keçirdiyi 

daxili nəzarətin təşkili.................................................................................................57 

3.2 Direktorlar şuralarının tərkibi və təmsil olunma şərtlərinin təkmilləşdirilməsi...65 

3.3  Korporativ  münasibətlər  sisteminin  təşkili  və  biznes  strategiyası  ilə 

əlaqələndirilməsi..........................................................................................................71 



Nəticə və təkliflər 

İstifadə edilmiş ədəbiyyat siyahısı 

 

 

 

 

 


 

 



 

 

 

GİRİŞ 

Tədqiqatın aktuallığı.    Son illərdə səhmdar cəmiyyətlərinin ölkənin iqtisadi 

inkişafında  rolunun  artması  bu  sahədə  yaranan  problemlərin  həllini  tələb  edir  ki,  bu 

problemlərdən  biri  də  korporativ  idarəetmədə  münasibətlərin  təşkili  səviyyəsi  ilə 

əlaqədardır.  Bu  baxımdan  korporativ  idarəetmənin  mahiyyətinin  öyrənilməsi, 

sənayedəki  səhmdar  cəmiyyətlərində  korporativ  idarəetmə  sahəsində  mövcud 

problemlərinin  aşkar  edilməsi  və  bu  problemlərin  həlli  yollarının  müəyyən  edilməsi 

bu  disertasiyada  böyük  əhəmiyyəti  kəsb  edir.  Korporativ  idarəetmə  müəssisənin 

fəaliyyətində  maraqlı  olan  subyektlər  arasındakı  təşkilati-iqtisadi,  hüquqi  və 

idarəetmə  münasibətləri  sistemi  əks  etdirir.  Belə  münasibətlər  sisteminin  inkişafı 

müəssisənin  sahibləri  və  onun  fəaliyyətinin  maraqlı  tərəflərin  mənafələrinin  nəzərə 

alınması  səviyyəsindən  asılı  olur.  Korporativ  münasibətlər  şirkət  səhmdarları  və 

səhmdarlardan  ayrılmış  idarəçilik  qurumu  ,  elecə  də  menecment  və  şirkətin  başqa 

üzvləri    və  şirkət  arasında  olan  münasibətlər  sistemidir.  Qeyd  edək  ki,  korporativ 

münasibətlər  ilk  növbədə  korporasiyanın  öz  daxilindəki  müxtəlif  iştirakçı  qruplar 

arasında olan münasibətlərdir. 

Korporativ  idarəetmə  şirkətin  idarəedilməsi  və  nəzarəti  üçün  istifadə  olunan 

daxili  mexanizmlərdir  ki,  bu  da  şirkətin  menecmenti,  direktorlar  şurası,  səhmdarları 

və  digər  maraqlı  tərəfləri  arasında  əlaqələri  nəzərdə  tutur.  Korporativ  idarəetmə 

şirkətin 

məqsədlərinin 

və  bu 

məqsədlərə  nail 



olmaq 

üçün 


vasitələrin 

müəyyənləşdirilməsi və bu prosesə nəzarətin həyata keçirilməsi üçün istifadə olunan 

strukturdur.  Yaxşı  təşkil  edilmiş  korporativ  idarəetmə  şirkətin  və  onun  səhmdarların 

maraqlarına cavab verən məqsədlərin şura və rəhbərlik tərəfindən əldə edilməsi üçün 

lazimi  stimul  yaratmalıdır.  O,  həmçinin  effektik  monitorinqi  asanlaşdırmaq,  şirkətin 

resursların daha effektiv istifadəsinə təhrik etməlidir. 

Korporativ  idarəetmənin  xüsusiyyətləri  iqtisadiyyata  necə  təsir  edirsə, 

iqtisadiyyatın  vəziyyəti  də  korporativ  idarəetmənin  xarakterinə  eləcə  təsir  göstərir. 

 Korporativ  idarəetmə  problemi  kifayət  sayda  maraqlı  qruplar  -  səhmdarlar, 



Yüklə 5,24 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə