Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti “magistratura məRKƏZİ”



Yüklə 1,41 Mb.
səhifə1/8
tarix20.09.2018
ölçüsü1,41 Mb.
#69660
  1   2   3   4   5   6   7   8


AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ

MAGİSTRATURA MƏRKƏZİ”



Əlyazması hüququnda

Əzizov Əli İskəndər Ağasəlim oğlu

“Sənaye məmulatlarının keyfiyyətinin qiymətləndirilməsinin ümumi

prinsiplərinin analizi” mövzusunda




MAGİSTR DİSSERTASİYASI

İxtisasın şifri və adı: 060643 – “Çoxişlənən malların texnologiyası mühəndisliyi”

İxtisaslaşma: - “Tikiş məmulatlarının texnologiyası”




Elmi rəhbər: t.e.n., prof.ŞAMXALOV O.Ş.
Magistr proqramının

rəhbəri: t.e.n.,prof.ŞAMXALOV O.Ş.


Kafedra müdiri: s.ü.f.d.MƏMMƏDOVA L.H.
BAKI – 2016

MÜNDƏRİCAT

səh.

Giriş ............................................................................................................

3


FƏSIL I.

SƏNAYE MƏMULATLARININ VƏ ONLARIN KEYFİYYƏT GÖSTƏRİCİLƏRİNİN TƏSNİFATI HAQQINDA .........................................................................

5

1.1.

Texniki məmulatlarının keyfiyyətinin optimal səviyyəsinin qiymətləndirilməsi .................................................................

12

1.2.

Sənaye mallarının keyfiyyətinin qiymətləndirilməsi prosedurunun ümumi prinsipləri ...........................................

21

1.3.

Sənaye mallarının keyfiyyətinə texniki nəzаrətin növləri ....

27










FƏSIL II.

TEXNİKİ NƏZARƏT XİDMƏTİ VƏ ONUN VƏZİFƏLƏRİ ......................................................................

35

2.1.

Sənaye mallarının keyfiyyət səviyyəsinin iqtisadi cəhətdən qiymətləndirilməsi .................................................................

39

2.2.

Sənaye məhsullarının keyfiyyət səviyyəsinin və göstəricilərinin ekspert qiymətləndirilməsi metodları ...........

40

2.3.

Sənaye məhsullarının keyfiyyət göstəricilərinin nomenklaturunun seçilməsi yolları ........................................

51










FƏSIL III.

SƏNAYE MƏMULATLARININ KEYFİYYƏT GÖSTƏRİCİLƏRİNİN QİYMƏTLƏRİNİN TƏYİN EDİLMƏSİ METODLARI .................................................

59

3.1.

Sənaye mallarının keyfiyyətinin mahiyyəti və onun bazar iqtisadiyyati şəraitində rolu ....................................................

61

3.2.

Sənaye malarının keyfiyyətinin idarə edilməsinin kompleks sistemləri ................................................................................

65

3.3.

Beynəlxalq standartlar və keyflyyətin idarə edilməsinin inkişafının müa­sir istiqamətləri ..............................................


69


Nəticə və təkliflər ........................................................................................

72


İstifadə edilmiş ədəbiyyat siyahısı ..............................................................

73


G İ R İ Ş
Hər bir dövlətin iqtisadi vəziyyəti onun elmi-texniki inkişafı ilə bağlıdır. Elmi-texniki tərəqqinin əsas məqsədi ən az maddi, əmək və maliyyə resurslarının sərfi ilə yüksək keyfiyyətli məhsulun istehsalını sürətləndirməkdən ibarətdir. Aydındır ki, iqtisadiyyatın və elmi-texniki inkişafın məqsədləri bir-biri ilə üst-üstə düşür, yəni burada əsas məqsəd cəmiyyətin bütün üzvlərinin tələbatını ödəməkdir. İnsanların artan tələbatı ilk növbədə onların yaşayış tərzinin daim dəyişməsi ilə əlaqədardır. Burada elm, texnika və maddi nemətlər istehsalı texnologiyası mühüm rol oynayır.

İstehsal müəssisələrinin stabil işləməsinin, buraxılan məhsulların rəqabət qa­biliyyətinin yüksəldilməsinin əsasını bu məhsulların keyfiyyəti təşkil edir. Bununla yanaşı, buraxılan məhsulun keyfiyyətinin təmin edilməsi ancaq istehsalatın təşkilinin yüksək səviyyəsində, personalın müvafiq peşə hazırlıı səviyyəsində, yəni həm onun xüsusi (ixtisas) biliyi səviyyəsində, həm də keyfiyyətin təmin edilməsi metodları və vasitələri sahəsindəki yüksək biliyi səviyyəsində mümkündür.

Keyfiyyət problemi çoxşaxəli və daimi problemdir. Bu problemin çoxşa­xəliliyi və mürəkkəbliyi onunla əlaqədardır ki, burada sosial-iqtisadi, mühəndis-texnoloji (tex­niki), ekoloji, beynəlxalq, siyasi və digər aspektlər vardır. Kifayət qədər key­fiy­yətli məhsulun yaradılması və istehsalı, həmçinin elmi-texniki tərəqqi insanlarda da­ha yüksək keyfiyyət göstəricilərinə malik olan məhsullara yeni və müxtəlif tələbatlar doğurur. Tələbatlar adətən onların ödənilməsi imkanlarını qa­baqlayır. Bu, keyfiyyət probleminin həmişəlik olduğunu göstərir. Deməli, məh­sulun keyfiyyəti məsələləri ilə həmişə və ciddi məşğul olmaq lazımdır. Keyfiyyətin yüksəldilməsi məsələlərinin praktiki həlli üçün mütəxəssislər tələb olunan biliyi, bacarığı və vərdişi ali mək­təb­lərdə, kollec­lərdə və digər təhsil müəssisələrində alırlar. Bu sahədə xüsusi rol iqtisadçı-menecerlərə və mühəndislərə məxsusdur, çünki onlar müəssisələrə rəhbərlik etmək, texniki məmu­latları yaratmaq, istehsal etmək və həmin məmulatların səmərəli istismarını təşkil etmək məsələləri ilə məşğul olmalıdırlar.

Sənayenin inkişafının müasir mərhələsinin əsas xüsusiyyəti müasir texnoloji qur­ğuların və avadanlıqların, göstərilən xidmətlərin və yerinə yetirilən işlərin mürək­kəbliyinin artması, vahid avtomatlaşdırılmış komplekslərdə birləşən mürək­kəb maşın və avadanlıqlar sistemlərinin yaradılması ilə xarakterizə edilir. Texniki tərəqqi mə­mu­latların nomenklaturasının arasıkəsilmədən genişlənməsi və onların yüksək key­fiy­yətinə artan tələbatı ödəmək məsələlərini ortaya çıxarır. Bu isə öz növbəsində xalq təsərrüfatının müxtəlif sahələrində istifadə edilən avadanlıqların, maddə və material­ların nomenklaturasının artmasına gətirib çıxarır.

Sənayenin bir çox sahələrinin məhsulları konstruktiv cəhətdən mürrəkkəb və çoxhissəlidir. Müasir maşınlar yüzlərlə detallardan ibarətdir. Maşın və mexanizm­lərin ayrı-ayrı detallara və qovşaqlara bölünməsinin mümkünlüyü onların kütləvi istehsalı üzrə ixtisaslaşdırılmış müəssisələrin təşkili üçün şərait yaradır. Bu isə texnoloji proseslərin mexanikləşdirilməsinə və avtomatlaşdırılmasına real imkan verir. Bunun nəticəsində istehsal prosesində əlaqələr çətinləşir. Belə ki, məhsulun istehsalında müxtəlif nazirliklərin və idarələrin tabeçiliyində olan yüzlərlə müəssisələr iştirak edir. Belə bir şəraitdə keyfiyyət problemini ancaq elmi əsaslarla həll etmək olar. Elmi əsasları keyfiyyət üzrə tələblərin əsaslandırılması, bu tələblərin təmin edilməsi, onlara riayət edilməsinə nəzarət metodları haqqında bilik təşkil edir.


FƏSİL I. SƏNAYE MƏMULATLARININ VƏ ONLARIN KEYFİYYƏT

GÖSTƏRİCİLƏRİNİN TƏSNİFATI HAQQINDA
Sənaye məhsulu dedikdə, müsbət хassələrə malik olan və istehlakçıların ictimai və şəхsi хarakterli tələbatlarının ödənilməsi məqsədilə istifadə edilən əmək fəaliyyəti prosesinin materiallaşdırılmış nəticəsi başa düşülür. Bütün sənaye məhsulları keyfiyyət səviyyəsinin (teхniki səviyyəsinin) qiymətləndirilməsi məqsədilə iki sinifə bölünür: birinciyə – istifadə zamanı sərf edilən məhsul; ikinciyə – öz ehtiyatını sərf edən məhsul daхildir .

Sənaye məhsullarının göstərilən sinifləşdirilməsi aşağıdakı hallarda istifadə olunur:



  • müəyyən qrup məhsulun keyfiyyət göstəricilərinin tək-tək nomenklatur seçimi aparılarkən;

  • məhsulun tətbiq sahəsi müəyyən edilərkən;

  • konkret məmulatın, yaхud bir neçə məmulatların baza nümunələri kimi qəbul edilməsinin mümkünlüyü əsaslan­dırılarkən;

  • qrup məmulatların keyfiyyət göstəricilərinin nomenkla­turu üçün dövlət standartlar sistemi yaradılarkən.

Digər hallarda məhsulun keyfiyyət səviyyəsinin qiymət­lən­dirilməsi məqsədi ilə onun sinifləşdirilməsi üçün təyinedici əlamətlərin seçilməsi, yaхud onların öz məhsulunun keyfiyyə­tinə, yəni teхniki səviyyəsinə uyğunlaşdırması dünyada ön хəttə çıхmağa can atan, müəssisənin vəzifəsi sayılır. Məhsul sinifləş­dirilərkən ümumdövlət sinifləşdiricilərinə uyğun olaraq onun növü, qrupu və yarımqrupu, sinfi və yarımsinfi göstərilməlidir.

Məhsulun keyfiyyət göstəricilərini müхtəlif əlamətlərinə görə sinifləşdirmək olar (cədvəl 1.).

Cədvəl 1.


Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə