Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 22,23 Kb.
tarix13.01.2022
ölçüsü22,23 Kb.
#82849
Hüseynov Zəfər immunologiya

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN DÖVLƏT PEDAQOJİ UNİVERSİTETİ

Kimya və Biologiya fakültəsinin Biologiya müəllimiyi ixtisasının

Bio1905b qrup tələbəsi Hüseynov Zəfər Yavər oğlunun

İmmunologiya və enzimologiya fənnindən

SƏRBƏST İŞİ

Mövzu:

1. İmmun sisteminin hormonları və mediatorları onların qısa xarakteristikası



2.İmmun reaksiyalar

3.Enzimologiya və onun qısa inkişaf tarixi

Müəllim: bm S.Cəfərova

BAKI-2021

İmmunsisteminin hormonları və mediatorları onların qısa xarakteristikası

Məməlilərdə immun sistemi yüksək dərəcədə yüksək səviyyəli avtonomluğa malik olmaqla genetik yad hüceyrə və substansiyaları tanımaq və eliminasiya etmək xüsusiyyətinə malikdir. Bununla bərabər o sinir, endokrin və mediatorların qarşılıqlı təsiri altında olub, orqanizmin harmonik funksiyallaşmasını təmin edir.

İmmun cavabın hormonal tənzimi problemini iki böyük bölməyə ayırmaq olar. Birinci endokrin sistemin daha çox məlum olan harmonlarının təsir mexanizmi, onların immunitetlə bağlılığı məsələsidir. Məsələn, məlumdur ki, insulinyar aparatın normal işi hər şeydən əvvəl faqositar fəaliyyətin həyata keçirilməsi və antitel sintezi funksiyasının həyata keçirilməsi üçün daha çox vacibdir. Ona görə də diabetlə əlaqədar immunçatışmamazlığı da özünü daha çox büruzə verir. Kortikosteridlərdən immunodepressant və soyuqdəyməyə qarşı ən yaxşı istifadə oluna bilir. Eyni zamanda cinsi hormonlar da az, faktiki olaraq nəzərə çarpmayan formada immun sistemin funksiyalaşması baxımından əhəmiyyətlidir. Hətta tam qastrasiya özlüyündə immun sistemə əhəmiyyətli təsir göstərmir.

Hormonal təsirin ikinci sahəsi immun sistemi üçün o qədər də ənənəvi deyildir. Bu özü də ancaq 10-15 il bundan əvvəl öyrənilmiş immun sistemin özündə yaranan hormon və mediatorlardan ibarət olub daxili təlabat yaxud da yetişkənlik proseslərini tənzimləmək üçündür. İmmun sistemin daxili hormon və mediatorlarının bir çox effektor və köməkçi funskiyaları sistemin daxili hormon və mediatorlar sayəsində həyata keçirilir.

İmmun reaksiyaların həyata keçirilməsində 10-a qədər hormonal və yaxud mediator xassəli həllolan substansiya qeydə alınmışdır. Bunların arasında immun sistemin mərkəzi orqanı sayılan çəngələbənzər vəzi tərəfindən ifraz olunan hormonlar daha geniş tədbiq olunur. Ayrı-ayrı müəlliflər və metodlarla ayrılan bu preparatlar təbii ki, müxtəlif cürə də adlandırılırlar: timozin, timarin, timik faktor və s. Ən əsas isə T- limfositlərin yetişkənliyinin təmin olunmasında ötrü, immun sisteminin funskiyalaşması üçün bu vacibdir.

Hüceyrə immunitetinin həyata keçirilməsində mediatorlar vacib rol daşımaqla, hüceyrələrin yad substansiyanın artmasına, yaxud azalmasına səbə olur. İkinci qrupa isə makrofaqlar və limfositlərin miqrasiyasına mane olan xemotaksiki maddələr aiddir. Hüceyrələrin fəallaığını artıran, makrofoqların və limfositləri fəallaşdıran, kaloniyaların böyüməsini sürətləndirən mitogen faktorlar, köçürmə faktoru aiddir. Axırıncı sensibitilizasiya vəziyyətini intakt limfositlərə keçirmək xüsusiyyətinə malikdir.

Hüceyrələrdə funskonal gəallığı aşağı salan, koloniyaların böyüməsinə mane olan hüceyrə prolifreasiyasına əngəllik törədən limfotoksinlərdir. Limfotoksinlər, o cümlədən T-killer hüceyrələrin effektinin reallaşmasında iştirak edirlər. Bu qrup substansiya o mənada birləşdirilir ki, onları sensibilizasiyalı limfositlər ayırır, yaxud qeyri spesifik mitogenlərin – fitohemaqlyutinin, konkalanavalin və b. Onların çox vaxt ümumi ad altında – limfokinin kimi adlandırırlar. Həmçinin elə mediatorlar da vardır ki, onları immun cavabın induksiyası zamanı hüceyrələrin kooperasiyasına ortaqlıq göstərir. Bu limfosiləri timus asılı antigenin təsiri altında fəallaşmasına və qeyri spesifik siqnalların gönrədməsinə vacibdir. Xüsusilə də o mediatorların təsiri daha çox əhəmiyyətlidir ki. Onlar öz təsirlərini antigen spesifik T- supressorları və T- köməkçilərlə həyata keçirirlər.

Çəngələbənzər vəzin humoral faktorları T – hüceyrələrin sələflərinin yetkin T-limfositlərə differensasiyasını təmin edir. Ts. QMF və Ts. AMF-a təsir edir, çəngələbənzər vəzi epitelial hüceyrələri tərəfindən yaranır, molekulyar kütlələri 100-dən – 17000-ə qədər olur. Köçürmə faktoru sensibilizasiya vəziyyətindən intakt limfositlərə keçməyə səbəb olur. Xüsusi antigenlər təsiri ilə sensibilizasiyalı T – limfositlər tərəfindən yaradılır, nukleotidlər və peptid zəncirə malikdir.

Makrofaqları fəallaşdıran faktor, makrofaqların metabolik fəallığını artırı, faqositozu gücləndirir. Sensibilizə olunmuş T- limfositlər tərəfindən ifraz olunur. 50000-80000 molekul çəkili (daltona bərabər) zülaldır. T –limfositlərə və NK –hüceyrələrin böyüməsinə təsir göstərən faktor T – limfositlərin NK hüceyrələrin kulturalaşmasına təsir edir, dalaqda T – hüceyrələr tərəfindən yaradılır.

Mitogen ( blastogen faktor) limfositlərin proliferativ fəallığını artırı. T – limfositlər tərəfindən yaradılır, zülal təbiətli olub 20000-30000 a çəkiyə malik olur.

İnterferon – makrofarları fəallaşdırır inkişafını, NK və T killerlərin funksiyasını tənzimləyir, immun cavabın qüvvəsini nizamlayır.

Makrofaqiyanı aqlyutinaisya edən faktor makrofaqların miqrasiyası və polimorfnüvəli leykositləri tormozlayır.

Makrofaq və leykositlrəin termotaksis faktoru, limfositlər tərəfindən yaradılıb xemosintaksis yaradır, polipeptid təbitəli olub 1500-150000 qədərdir.

Limfotoksinlər isə hədəf hüceyrələrin lizisinə səbəb olur, T- limfositlərin killer gəallığını artırır, kompleks molekkular olub 10000 və 150000 at çək. Daltona bərabərdir.



İmmunoloji cavab reaksiyaları və onların il tənzimlənməsi yolları Qeyd olunduğu kimi limfositlərin osas populya siyalarından biri T-limfositləridir. Yaşlı orqanizmdə digər limfositlərdən çoxdur. T-limfositlərinin əsas funksiyası orqanizmin hüceyrədaxili patogenlərə, parazitləro yoluxmuş hüceyrələrini tapıb siradan çıxarmaq və B limfositlərinə humoral immunoloji cavab yaratmaqda kömək etməkdir.. Onlar bu funksiyalarını hüceyrələrin səthində yad antigen fraqmentlərinin olub-olmamasını müəyyənləşdirməklə yeri nə yetirirlər.T-limfositlərinin iki osas subpopulyasiyaları mövcud dur ki, onlara da T-helper (CD4) vs T sitotoksik (CD8+) hüceyrələri aiddir. Helper köməkçi deməkdir. T-helperlərin (Thy) özlərinin də iki subpopulyasiyası var.. – Thy-l va Thy-2. Onlar biri-birindən immunoloji cavabda yerinə yetirdikləri funksiyalar, eləcə də sintez etdikləri sitokinlərə görə fərqlənirlər. T-limfositləri də B-limfositləri kimi öz funksiyalarını yerinə yetirmək üçün aktivləşməlidirlər. Onların aktivləşməsi üçün isə TCR-antigen peptid və MHC-molekul kompleksi alınmış siqnallarn ötürülməsini həyata keçirməlidirlər.Ümumiyyətlə immun sistemin işlənməsi dəqiq surətdə tənzimlənməlidir. Bu prosesin pozulması xəstəlik halının yaranması ilə nəticələnir. Orqanizmə düşmüş hər bir antigeno qarşı immun sistemi tərəfindən müvafiq vo optimal immunoloji cavab reaksiyası yaradılmalı, antigen uzaqlaş dırıldıqdan sonra isə dayandırılmalıdır. Bundan əlavə, immun sistemitnin komponentlərinin işlənməsi elə qurulma lidır ki, o yalnız yad antigenlərə qarşı yönəldilsin, orqaniz min öz antigenlərinə qarşı isə reaksiya verməsin, yəni immunoloji tolerantlıq pozulmasın . Anadangəlmə immunoloji cavab reaksiyalarının əsa sında bu sistemin komponentlərinin orqanizmin öz antigen lərini yad antigenlərdən fərqləndirə bilməsi durur. Təbii killerlər orqanizmin virusla yoluxmuş hüceyrələrin tapılıb məhv edilməsində mühüm rol oynayır. Onların orqanizmin öz hüceyrələrinə qarşı tolerantlığı səthlərindəki iki tip reseptorlar, killeraktivləşdirici və killeringibirləşdirici reseptorlar tərəfindən həyata keçirilir, nizamlanır. Will dampe Spesifik immunoloji cavab reaksiyası yaratmaqla ya naşı immun sistemi orqanizmin öz və yad antigenlərə qarşı cavab verməmək xüsusiyyətinə malikdir. Bu fenomen immunoloji tolerantlıq (dözümlülük) adlanır.İmmunoloji tolerantlıq normal fizioloji hal olmaqla,bu prosesin yaranmasının əsasında eyni bir mexanizm durur, yəni genetik proqramlaşdırılmış deyil, orqanizmin ontogenezində formalaşır va tolerantlığin yaranma sahəsindən asılı olaraq onun mərkəzi və periferik tipi ayırd olunur. Qocalma zamanı immun cavab Qocalma dövründə də immunopoezdə şərtsiz olaraq ilk həlqə qanyaradıcı hüceyrə və limfoid orqanlarda kötük hüceyrələr sayılır. Bu kötük hüceyrələrin miqdarı siçovul ların sümük iliyində qocalma ilə əlaqədar olaraq aşağı düşür. Müəyyən olunmuşdur ki, qanyaradıcı kötük hüceyrələrdə T v B hüceyrələri yaranır. Özü də qoca siçovullar, dəniz donuzları, dovşanlar və başqa heyvanlarda bunların miqdarı əhəmiyyətli dərəcədə azalır. Talvinas gələn tədqiqatçılar müəyyənləşdirmişlər ki, qocalma zamanı immun cavabın aşağı düşməsi antitel məhsullarının azalması, ancaq ayrıca plazmatik hüceyrələrdə antitel sintezinin aşağı düşməsi deyil. Yaşın artması ilə əlaqədar olaraq, orqanizmin qocalması ilə əlaqədar dalağın müəyyən miqdar hüceyrələrində ((8x105) hüceyrədə antitel sintezi aşağı düşür 29 aylıq siçovullarda 8 aylıq heyvanlarınınkının 10%-ni təşkil edir. Dalaq hüceyrələrinin antitelyaratmaq xüsusiyyətini ümumi göstəricilǝrə görə qiymətləndirmək olar. Daha doğrusu, B sistemi humoral immunitet, T sistemi isə hüceyrə immuniteti ilə bağlı olan bir sistem olmaqla qocalıq dövründə antigenlərə qarşı reaktivlik lərinin azalması müşahidə olunur. Cavan siçovullarda limfositlərin fəallıqlarının tətqiq olunmasi göstərmişdir ki, sümük iliyində limofsitlərin miqdarı (10:1) praktiki olaraq tam inaktivləşmə yaradır. Yaşlı heyvanlarda kötük hüceyrələrdə limfositlərin dozası 20 dəfə aşağı düşür. Təbii ki, qoca siçovullarda kənar kötük hüceyrələri inaktivləş dirmək xüsusiyyətini limfositlərin hüceyrə tərkibinin dəyişil məsi, T limfositlərin azalması, müvafiq olaraq hüceyrələrdə humoral mediatorların yaranmasının aşağı düşməsi ilə izah etmək olar. Tədqiqatçılar belə bir fəkrə gəlmişlər ki, qocalıq zamanı immunoloji reaktivliyin aşağı düşməsi « faktorların qarşılıqlı təsirlərinin nəticəsidir. Tvə B hüceyrələri.Güman olunur ki, autimmun proseslərin baş verməsi qocalma zamanı somatik hüceyrələrdə baş verir. Uelford qocalmayan somatik hüceyrələrin mutant formalarının toplanması kimi baxırdı. Bu zaman immunokompotent hüceyrələr özləri özlərini mutasiya edərək sanki aqressiv laşirlər. Bununla əlaqədar olaraq immun sistemi nəinki ömürün uzanmasında, eləcə də onun qısalmasına səbəb olur. Autimmun reaksiyalar kumbs-müsbət hematoloji anemiyaların yaranmasına səbəb olur. Batayanslood Beləliklə, qocalıq zamanı hüceyrələrdə immunoloji reaktivliyin azalmasının əsas səbəbi sələf hüceyrələrin (kütük hüceyrələrin) miqdarının çatışmamazlığıdır.

Enzimologiya və onun qısa inkişaf tarixi.

Orqanizmlərin həyati funksiyaların maddi əsasını kimyəvi reaksiyalarsız təsəvvür etmək olmaz.Fermentlerin əhəmiyyəti J.P.Pavlov daha obrazlı ifadə edib onları “hə-yatın oyandırıcıları”adlandırmışlar.

Fermentlər haqqında elm fermentologiya adlanır.

Canlı orqanizmlər də gedən kimyəvi reaksiyaları sürətləndirən,bu reaksiyaların son məhsullarının tərkibinə daxil olmayan zülal təbiətli spesifik maddələr fermentler,ya-xud enzimler adlanır.Fermentlər canlı hüceyrələrdə gedən kimyəvi reaksiyaları bio-loji olaraq kataliz edirlər.

Ferment latınca “fermentum”-maya;Yunanca enzim “en” daxilində, “zime”-maya deməkdir.

Insanlar ta qədimdən öz təsərrüfat fəaliyyətində müxtəlif fermentativ proseslərlə qarşılaşır,onlardan öz tələbatlarının ödənilməsi üçün istifadə etməyə çalışırlar .Spirt və süd turşusunun qıcqırmasının həyata keçirilməsi,pendirin hazırlanmasında qur-saqdan istifadə,nişasta tərkibli xammalı şekere çevirmək məqsədilə mayanın,ağız suyunun və kif göbələklərinin,çörək istehsalında mayanın tətbiqi qədim zamanlar-dan insanlarda fermentativ proseslər haqqında təsəvvürlərin olmasını göstərir .

Fermentativ proseslər haqqında ilk təcrübi məlumat XVIII əsrin II yarısında Fransız və italyan tebiətşünasları olan R.A.Reomür və L.Spallansari tərəfindən quşların mə-dəsində ətin həzmi prosesinin öyrənilməsinə həsr olunmuş təcrübələrdə əldə edil-mişdir .Quşun çinədanında fəaliyyət göstərən həzm şirəsinin təsiri ilə qida tam həzm olunur.Bu müşahidə L.Spallansanini həzm şirələrinin tərkibini öyrənmək istiqamətində təcrübələrin aparılmasına sövq etmişdir.

Lakin mürəkkəb fermentativ prosesin ilk dəqiq kimyəvi tətbiqi 1789-cu ildə A.L.Lavuazye tərəfindən həyata keçirilib.O,vəsfi kimyəvi analiz üsulunu tətbiq ederek,ilk dəfə spirtli qıcqırmanın məhsullarının balansını göstərib.

1814-cü ildə K.S.Kirxhof cücərmiş arpa toxumlarından alınan ekstraktda nişastanın şekere çevrilməsinə səbəb olan fəal maddənin mövcudluğunu göstərib.Kirxhof amilaza fermentinin məhsulunu əldə etmişdir və Kirxhofun bu kəşfi enzimologiyanim yaranma tarixi hesab oluna bilər .1830-cu ildə P.J.Robike acı badam meyvələrində amiqdalin qlikozidinin hidrolizine səbəb olan ağ rəngli həll olan maddə mövcuddur fikrini irəli sürüb və bu birləşmə sonradan emulsin adlandırılmışdır.

Enzimologiyanim inkişaf tarixinin əsas mərhələlərindən biri də A.Payena və J.B.Personin işləri ilə əlaqədardır.Onlar 1833-cü ildə Kirxhof tərəfindən təsvir olunmuş fəal maddənin toz şəklində alınmasının mümkünlüyünü sübut edən təcrübələrin nəticələrini dərc etmişlər Beləliklə onlar fermentləri yalnız məhsullar şəklində deyil,eləcə də quru həll olan preparatlar şəklində əldə etmək olduğunu da sübut etmişlər.1835-ci ildə Görə qara xardalın tərkibində sinirin qlikozidinin hidrolizini kataliz edən siniqrinaza fermentinin təsirini təsvir edib ,1836-cı ildə Şvan pepsin fermentini təsvir etmişdir,1846-cı ildə Dübranfo mayalarda invertaza fermentini,1856-cı ildə Korvixsr tripsini kəşf etmişdir.

Fermentlərin təbiəti haqqında təsəvvürlərin yaranmasında Y.Libixin fəaliyyəti böyük olmuşdur.O, qıcqırma prosesi,maya diastazası ve ya badam əksinə bənzər,həll olan fermentləri vasitəsilə həyata keçirilən kimyəvi proses olduğu fikrini irəli sürüb . 1856-cı ildə L.Paster qıcqırmanın təbiətinin öyrənilməsinə həsr olunan işlərə başlamışdır. O,öz təcrübələrində qıcqırma yalnız canlı orqanizmlər tərəfindən həyata keçirilə bilər deyirdi.

Libix və Pasterin qıcqırmanın təbiəti haqqında mübahisəsi 1897-ci ildə alman alimi E.Buxberin təcrübələri nəticəsində öz həllini tapdı .O,maya hüceyrələrini torpaqla əzib çıx yüksək təzyiq altında sıxmaqla spirtli qıcqırmaya səbəb olan hüceyrəsiz maya şirəsi alıb .

XX əsrin əvvəlində artıq xeyli miqdarda ferment aşkar olunmuşdu. Pasterin şagirdi Düklo fermentlərin adlandırılması məqsədilə onun təsir etdiyi substratın adına “aza” şəkilçisini əlavə etmək təklifini irəli sürüb .Lakin trivial adlar da saxlanılmışdır .

E.Fişer XX əsrin əvvəllərində fermentlərin təsirinin spesifikliyine aid müasir təsəvvürləri əsaslandırıb və ferment-substrat qarşılıqlı əlaqələrini “açarın-qıfıla” uyğunluğu ilə müqayisə etmişlər .

XX əsrin əvvəllərində fermentlərin təsir kinetikasının əsasları qoyulmuşdur.1902-ci ildə A.Broun fermentini müvafiq substrata təsir etməsi üçün ,o, substratla aralıq ferment-substrat kompleksini əmələ gətirməlidir fikrini irəli sürmüşdür.

1862-ci ildə A.Y.Danilevskiy pankreatik amilazanı tripsindən ayırmışdır.1926-cı ildə Vilştetter fermentler nə zülallara,nə karbohidratlara,nə də üzvi birləşmələrin məlum olan hər hansı bir sinfinə aid deyil və üzvi birləşmələrin xüsusi sinfini təşkil edir qənaətine gəldi .

C.Samner ureaza fermentini bitki toxumalarından zülal kristalı şəklində alınmasına nail oldu.1930-cu ildə D.Nortrop zülal kristalları şəklində pepsin,1931-ci ildə Nortrop və Kunits kristallik tripsini kəşf etmişlər.



Fermentlərin preparatın kimyasının sonrakı inkişafı fermentlərin fəaliyyətində pantotrn,fol və lipoy turşularının,biotinin,tiaminin və piridoksinin törəmələrinin iştirakını müəyyən etməyə imkan verdi .

Son illər tətbiqi enzimologiya çox sürətlə inkişaf edir.Hal -hazirda fermentler sənayenin müxtəlif sahələrində,kənd təsərrüfatında,tibbdə olduqca geniş tətbiq olunur.Hazırda elmdə 2500dən artıq fermentin adı məlumdur.Fermentlerin eləcə də enzimologiyanin artıq biologiyada mərkəzi rol oynadığı müəyyənləşdirilib.
Yüklə 22,23 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə