Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə1/37
tarix05.04.2018
ölçüsü2,83 Kb.
#36033
  1   2   3   4   5   6   7   8   9   ...   37


 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ 
 
BAKI BİZNES UNİVERSİTETİ 
 
 
 
 
 
İ. M. ABBASOV, Z. M. MƏMMƏDOVA, 
 E. N. QULİYEV 
 
 
 
 
 
 
 
«RƏQABƏT VƏ MARKETİNQ» 
 
(Monoqrafiya) 
 
 
 
 
 
 
 
 
 
 
BAKI - 2012 


 

Monoqrafiya Bakı Biznes Universitetinin 20 illik 
yubileyinə bir töhfədir. 
 
Rəyçilər: 
  
1. İqtisad elmləri doktoru, professor Manafov Q. N.  
 
2. İqtisad elmləri doktoru, professor Əhmədov M. A. 
 
Elmi redaktor: İqtisad elmlər namizədi, dosent Sadıqov R. F. 
 
«RƏQABƏT  VƏ  MARKETİNQ»  (monoqrafiya)  –  Bakı 
Biznes Universitetinin nəşri, Səh 157 
 
Məzmunu  açıqlamaq  məqsədilə  elmi  tədqiqat  işinin  mövzusu  üç 
fəslə və onun hər biri müəyyən paraqraflara bölünmüşdür.  
I fəsildə bazar münasibətləri şəraitində rəqabətin mahiyyəti və məz-
munu, onun kapitalist təsərrüfatçılığı sistemində xüsusi yeri və aparıcı rolu 
göstərilmişdir.  Burada  rəqabətin  səviyyələri,  əhatə  miqyasları  və  növləri 
(formaları) məntiqi dəlillərlə qruplaşdırılmış və təsnifləşdirilmişdir.  
II  fəsildə rəqabət və rəqabət mübarizəsinin aşkar və gizli qalan tərəf-
lərinin  öyrənilməsi  məqsədilə  marketinq  elminin  imkanlarından  necə  və 
hansı istiqamətdə istifadə ediləcəyi elmi nəzəri planda öz əksini tapmışdır.  
III  fəsildə  əvvəlki  iki  fəsillərin  elmi-metodiki  bazasından  istifadə 
edərək  əmtəələrin  rəqabət  qabiliyyətli  olmalarının  təcrübədə  necə  öyrənil-
məsi  açıqlanmışdır.  Həmin  fəsildə  məhsulların  keyfiyyətlərinin,  səviyyə-
lərinin  və  rəqabət  qabiliyyətli  olmalarının  qiymətləndirilməsi  metodları 
ayrıca paraqraf kimi verilmişdir. 
 
Nəticə və təklifləri diqqətəlayiqdir. Belə ki burada ölkəmiz üçün rə-
qabət  və  rəqabət  mübarizəsinin  elmi  aktuallığı  və  praktiki  əhəmiyyəti, 
onların neqativ tərəfləri yığcam şəkildə təqdim edilmişdir.  
 
Q  0605010006   qrifli nəşr 
 
        091-2012                                                                  
                                                                                         © İ. M. Abbasov 
                                                                                             Z. M. Məmmədova     
                                                                                             E. N. Quliyev 
                                                                                         © Bakı Biznes Universiteti 


 

GİRİŞ 
 
Rəqabət  -  yaşamaq,  davam  gətirmək  uğrunda  yarış-
maq, özünü təsdiq və ifadə etmək üsulu, sosial və iqtisadi 
strukturun  mövcud  olma  formasıdır.  Rəqabət  hər  vaxt  və 
hər yerdə bu və ya başqa formada, təbiətdə, əhali içərisin-
də, ölkələr, millətlər, qitələr, müəssisələr arasında və onla-
rın  daxilində,  xalq  təsərrüfatı  sahələri  arasında  və  onların 
daxilində,  satıcılar  və  alıcılar,  əmtəələr  və  xidmətlər 
arasında gedən mübarizədir. 
Təbiətdə  rəqabət  heyvanların  və  onların  növləri  ara-
sında,  flora,  fauna  və  onların  daxilində,  yaşayış  məkanı, 
sahə  və  yer  uğrunda  mübarizədə  özünü  büruzə  verir.  So-
sial  mühitdə,  daha  doğrusu  insan  cəmiyyətində  rəqabət 
real şəraitə uyğunlaşmaq və güclü olub qalib  gəlmək üçün 
təbii  mühitdə  gedən  barışmaz  və  kəskin    mübarizəni 
xatırladır. 
Kapitalizm  dövründə  daha  doğrusu  bazar  iqtisadiy-
yatı  şəraitində  rəqabət  sosial  və  iqtisadi  sahədə  geniş  nü-
fuz keçərək böyük miqyaslar alır, dərinləşir və genişlənir. 
Təbiət və insan cəmiyyəti özünün tarixən mövcud ol-
duğu  dövrdən  mübarizəni  hərəkətə  gətirən  və  güclülərin 
qalib  gəldiyi  sistemi,  təbiətin  müdafiəsinin  və  sosial-iqti-
sadi strukturlarda proqres aləti olan rəqabətdən başqa  heç 
bir yaxşı şey yaratmağı və fıkirləşməyi bacarmayıb. 
Bazar  münasibətləri  şəraitində  dövlət  orqanları  tərə-
findən rəqabət ictimai şüuru və iqtisadiyyatı səmərəli idarə 
etməyə  sövq  edən  təbii  zərurət  kimi  qəbul  edilir.  Odur  ki, 
elə  kapitalist  təsərrüfat  sistemində  insan  fəaliyətinin  bütün 


 

sahələrində  rəqabət  rejiminin  (qayda  qanunun)  yaranması 
və ictimai həyata daxil olması üçün hər şey edilir. Bunu da 
qeyd etmək lazımdır ki, kapitalizmdə, bazar iqtisadiyyatın-
da  rəqabət insan azadlığının bir hissəsi kimi qəbul edilir. 
Ümumiyyətlə,  bazar  iqtisadiyyatı  şəraitində  öz  iqti-
sadiyyatını  inkişaf  etdirən  ölkələrin  təcrübəsi  göstərir  ki,  
dövlət  səviyyəsində  rəqabətin  bütövlükdə  insanlar, 
müəssisələr, təşkilatlar və s. arasında yaranan iqtisadi mü-
nasibətlərə  hərtərəfli  yanaşılması  məqsədilə  aşağıdakılar 
şərh edilir: 
1)
 
Təkcə  formal  demokratik  hüquq  və  insanların 
azadlığı təmin olunmur, eyni zamanda onların təsərrüfatçı-
lığında  və  maliyyə-iqtisadi  fəaliyyətində  sərbəstlik  təmin 
olunur.  Bu  halda  siyasət  iqtisadiyyatdan  ayrılır  və  dövlət 
«Kasıb  millət-varlı  dövlət»  prinsipini  yox  «varlı  millət-
varlı  dövlət»  prinsipini  müdafiə  edərək  iqtisadi  siyasətə 
üstünlük  verir.  Həmçinin  birbaşa  və  düz  deyir:  «İnsanın 
əsas azadlığı onun maddi imkanlarıdır». BMT-nin 10 de-
kabr  1948-ci  ildə  qəbul  etdiyi  insan  qanunları  haqqında 
qəbul etdiyi Konvensiyada bütün bu və digər hallar aydın 
əks olunur. Azərbaycan Respublikası 1995-ci ildə bu Kon-
vensiyaya birləşdi. 
2)  İnsanların  azadlıqlarının  qanunu-hüquqi  bazası, 
mülkiyyət  formasının  müxtəlifliyi  və  müxtəlif  mülkiyyət-
çilik  hüquqi  təmin  olunur.  Qanun  əsasında  çox  -    ukladlı 
xalq təsərrüfatı yaradılır və dövlət tərəfindən eyni qaydada 
müdafiə edilir. 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə