Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti FƏnn sillabusu



Yüklə 89,02 Kb.

tarix08.04.2018
ölçüsü89,02 Kb.


 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ 



BAKI DÖVLƏT UNİVERSİTETİ 

 

FƏNN SİLLABUSU 

                                                            

                                                               

                                                               Təsdiq edirəm    akademik Q.Ş.Məmmədov 

                                                                                                (kafedra müdiri) 

                                                               

                                                              İmza:      _______________________________ 

                                                  Tarix:       “      ”           sentyabr        2015 -ci il 

 

Kafedra: __________Torpaqşünaslıq______________________________________________ 



 

Fakültə: _______________Ekologiya və torpaqşünaslıq_______________________________ 

 

I.



 

Fənn haqqında məlumat 

Fənnin adı:_____Torpağın ekoloji  qiymətləndirilməsi ________________________________ 

Tədris yükü (saat) cəmi:___45__ mühazirə___30__seminar___15_ praktik (laboratoriya)_____ 

 

Tədris ili __________2015-2016______ Semestr___payız___Bölmə __azərbaycan__________ 



Kredit sayı (hər 30 saata 1 kredit) _____2__________ 

 

II.



 

 Müəllim haqqında məlumat:_____b.e.n. Əhmədova Günel Məhəmməd qızı______ 

                                            (Soyadı, adı, atasının adı, elmi adı və dərəcəsi) 

Məsləhət günləri və saatları: _____________II  və V gün  saat 12.00______________________ 

E-mail ünvanı: ______gunel.akhmedova@rambler.ru__________________________________ 

İş telefonu:_________432 - 84 - 38________________________________________________ 

III.

 

Tələb olunan dərsliklər və dərs vəsaitləri: 

Əsas: 

1.

 



 Məmmədov Q.Ş. Azərbaycanda torpaq islahatı: hüquqi və elmi-ekoloji məsələlər. Bakı, 

Elm, 2002, 412 s. 

2.

 

Məmmədov Q.Ş. Azərbaycanın ekoetik problemləri: elmi, hüquqi, mənəvi aspektlər. 



Bakı, Elm, 2004, 380 s.  

3.

 



Məmmədova S.Z. Lənkəran vilayəti torpaqlarının ekoloji qiymətləndirilməsi və 

monitorinqi. Bakı, Elm, 2006, 372 s. 

4.

 

Q.Ş.Məmmədov . Azərbaycan torpaqlarının ekoloji qiymətləndirilməsi. Elm. 1998. 



5.

 

Məmmədov Q.Ş.Torpaqşünaslıq və torpaq coğrafiyasının əsasları.Bakı, Elm, 2006,448 s.  




 

6.



 

Boлo6yeв B.P. Экология почв. Баку 1963, 259 c 



Əlavə:  

1.    Məmmədov Q.Ş., Quliyev V.A. Azərbaycanın şimal-şərq əkinçilik zonası torpaqlarının  

       qiymətləndirilməsi. Bakı, Elm, 2002, 228 s. 

2.

 



Məmmədov Q.Ş. Azərbaycan Respublikasının dövlət torpaq kadastrı: hüquqi, elmi və 

praktiki məsələlər. Bakı, Elm, 2003, 448 s.  

3.

 

Məmmədova S.Z. Lənkəran vilayətinin torpaq ehtiyatları  və bonitirovkası. Bakı, Elm, 



2003, 114 s. 

4.

 



Məmmədov Q.Ş., Xəlilov M.Y. Ekologiya və ətraf mühitin mühafizəsi. Bakı, Elm, 2005, 

880 s. 


5.

 

Azərbaycan Respublikası ekoloji atlası. Bakı, 2009 



 

IV.

 

Fənnin təsviri və məqsədi: 



Kursun qısa təsviri: Torpaq örtüyü biosferin vacib komponenti və  sərbəst təbiət cismi kimi 

torpaq  əmələgətirən abiotik (relyef, iqlim, ana süxur), biotik  və antropogen amillərin təsiri 

nəticəsində formalaşmışdır. Torpaq və onu formalaşdıran amillərin bu cür qarşılıqlı  əlaqədə 

qiymətləndirilməsi torpaqların ekologiyası və ekoloji qiymətləndirilməsinin əsasını təşkil edir.  



Kursun məqsədi: Torpaqların ekologiyası və ekoloji qiymətləndirilməsi torpaqşünaslıq elminin 

yeni, əsas sahələrindən biri olmaqla, torpaqda baş verən bütün proseslərin ekoloji mahiyyətini və 

səbəblərini, onun dinamikasını  və qanunauyğunluqlarını elmi əsaslarla izah edir. Torpaqların 

ekoloji qiymətləndirilməsi sistemi torpaqların müqayisəli qiymətləndirilməsini  əhatə etməklə 

bütövlükdə torpağın ekoloji şəraitinin kompleks qiymətləndirilməsi kimi çıxış edir. 

 

 



V.

 

Fənnin təqvim planı: 

Həftələr Mövzunun 

adı və qısa icmalı Mühazirə 

Məşğələ Sa

at 

Tarix 


 

Mövzu  №1    Torpağın təşkilinin struktur 

səviyyələri. Təbii törəmə kimi torpağın 

ümumi xüsusiyyətləri. 

Qısa icmalı:

 

Maddi sistemlərin quruluşu. 

Maddi sistemlərin daxili nizamlılığı  və ya 

tarazlığı. Maddi dünyada mövcud olan 

aqreqat və  vəhdətli sistemlər. Torpaq - 

təbiətin mürəkkəb sistemi kimi onu təşkil 

edən komponentlərin özünəməxusus 

qarşılıqlı  əlaqəsi və  təsiri kompleksidir. 

Torpaq sisteminin emercentliyi. Torpağın 

təşkilinin struktur səviyyələri (atomar, 

kristal-molekulyar, aqreqat, horizont, torpaq 

profili və ya torpaq, torpaq örtüyü). 

Torpağın sərhədləri. Elementar torpaq 

arealı

Torpaq örtüyünün qlobal 

funksiyaları



Torpaqəmələgəlmə prosesinin 

ümumi sxemi. Torpaqəmələgəlmə prosesinin  

ən əhəmiyyətli tərkib hissələri.  Təbii törəmə 

kimi torpağın ümumi xüsusiyyətləri. 

V.İ.Vernadskinin torpaq haqqında tərifi. 

Biogeosenoz və  ekosistem anlayışı. 

 

Məşğələ  



16.09.15


 

Maddələrin geoloji, bioloji və biogeokimyəvi 



dövranı. Bioloji və biokimyəvi dövranın iki 

əsas xüsusiyyəti. Orqanizmlərin seçicilik 

qabliyyəti və dövrülük.  Münbitlik anlayışı. 

Torpaqəmələgəlmənin mərhələləri və ümümi 

sxemi. Torpaqəmələgəlmənin başlanğıc, 

ilkin torpaqəmələgəlmə prosesi adlanan 

mərhələsi. Torpağın inkişaf mərhələsi. 

İnkişaf etmiş (yetkin) torpaq mərhələsi. 

Torpaq mikro, mezo və makroprosesləri 

(A.A.Rodeyə görə). Torpağın poligenetikliyi.

Oxu materialları (kitabın adı, müəlliflər və 

lazımi səhifələr göstərilməklə): 

1. Məmmədov Q.Ş.Torpaqşünaslıq və 

torpaq coğrafiyasının  əsasları.Bakı, Elm, 

2006,s.45-61 

2. Boлo6yeв B.P.  Экология  почв.  Баку 

1963, c.31-54 



 

Mövzu  №  2   Torpaqəmələgətirən süxurlar, 

iqlim, relyef  və yaşıl bitkilər 

torpaqəmələgətirən amil kimi. 

Qısa icmalı:  Torpaqəmələgəlmənin amilləri 

haqqında V.V.Dokuçayev təlimi. Maqmatik 

süxular. Metamorfik süxular. Çökmə 

süxurlar.  Aşınma.  Aşınma qabığı anlayışı. 

Fiziki, kimyəvi və bioloji aşınma.  Əsas 

torpaqəmələgətirən süxurlar. Çökmə 

süxurlarının  əsas genetik tipləri (elüvial, 

delüvial, prolüvial, alüvial süxurlar, göl, 

buzlaq və ya moren, flüvialqlasial və ya su-

buzlaq çöküntüləri

örtük, löss və 

lössabənzər gillicələr, eol və  dəniz 

çöküntüləri). Torpaqəmələgətirən süxurların 

torpaqəmələgəlmədə rolu. Relyef 

torpaqəmələgətirən amil kimi. Makro, mezo 

və mikrorelyef formaları. Avtomorf , 

yarımhidromorf  və hidromorf torpaqlar 

Torpağın hidrotermik rejimi. Torpaq – 

bioiqlim və ya  torpaq-biotermik  qurşaqları. 

İqlimin termik qrupları (soyuq (qütb), 

soyuq-mülayim (boreal), isti-mülayim 

(subboreal), isti (subtropik), çox isti 

(tropik)). Rütubətlə  təminolunmaya görə 

iqlim qrupları( çox rütubətli (ekstrahumid), 

rütubətli (humid), yarımrütubətli 

(semihumid),  yarımquraq (semiarid), quraq 

(arid), çox quraq (ekstraarid)). 

Rütubətlənmə 

əmsalı anlayışı (RƏ)

Azərbaycanın aqroiqlim zonalarının istilik 

və rütubətlə  təmin olunması  (Ə.Ə.Əyyubov 

 

Məşğələ  2 

30.09.15



 

görə, 1975). Torpaqəmələgətirən amil kimi 



iqlimin çox cəhətli təsiri. 

İqlimin 

torpaqəmələgəlmə prosesinə bilavasitə  və 

dolayısı ilə  təsiri. Yaşıl bitkilər torpaqda 

üzvi maddələrin yeganə ilkin mənbəyi kimi. 

Müxtəlif bitki senozları (ağac, keçid ağac-ot, 

ot, səhra, şibyə-mamır formasiyaları). Meşə 

bitkiliyinin torpaqəmələgəlmədə spesifik 

rolu.  Mikroorqanizmlər. Bakteriyalar – 

mikroorqanizmlərin torpaqda ən çox 

yayılmış qrupu kimi. Avtotrof və heterotrof 

bakteriyalar. Aktinomisetlər. Göbələklər. 

Yosunlar.  Şibyələr.  Mikroorqanizmlər və 

torpaqəmələgəlmə. Mikroorqanizmlərin 

iştirakı ilə üzvi maddələrin çevrilməsi.  

Mikroorqanizmlərin mineralların 

parçalanmasında və yeni mineralların 

əmələgəlməsində 

iştirakı. Atmosferin 

molekulyar azotunun bioloji fiksasiyası. 

Torpaqda yaşayan mikroorqanizmlərin 

qarşılıqlı münasibəti. Torpaqda mikrobioloji 

intensivliyə aqrotexnikanın təsiri. Torpaqda 

yaşayan heyvanlar. İbtidailər.  İnsanın 

istehsalat fəaliyyəti torpağa və 

torpaqəmələgəlmə prosesinin inkişafına, 

həmçinin bütün təbii mühitə  təsir göstərə  

güclü spesifik amil kimi. 

Torpaqəmələgətirən amillərin qarşılıqlı 

əlaqəsi. 

Oxu materialları (kitabın adı, müəlliflər və 

lazımi səhifələr göstərilməklə): 

1. Məmmədov Q.Ş.Torpaqşünaslıq və 

torpaq coğrafiyasının  əsasları.Bakı, Elm, 

2006, s.74-95 və s.95-98  

2. Boлo6yeв B.P.  Экология  почв.  Баку 

1963,  c.60-88 



 

Mövzu  № 3  V.V.Dokuçayevin torpaqların 

genezisi haqqında nəzəriyyəsi və torpaq 

ekologiyası  təliminin  əsas metodoloji 

prinsipləri. 

Qısa icmalı: Dokuçayev – Sibirtsyev 



mərhələsi. V.V.Dokuçayevin torpaqların 

genezisi, torpaqəmələgətirən amillər və təbii 

zonalar haqqında nəzəriyyəsi. 

V.V.Dokuçayev və N.N.Sibirtsyevin işləri. 

Vernadski – Prasolov mərhələsi.  Torpağın 

ekoloji funksiyası haqqında 

V.İ.Vernadskinin “Biosfer təlimi”. 

“Pedoekologiya” anlayışı. Volobuyev 

mərhələsi. V.R.Volobuyev “Torpaq 

ekologiyası” nəzəriyyəsinin  yaradıcısı kimi. 

 

Məşğələ  2 

14.10.15



 

Torpaq ekologiyasının predmeti. 



Torpaqların ekoloji qiymətləndirilməsi 

mərhələsi. Q.Ş.Məmmədovun işləri. 

Torpaqların ekoloji qiymətləndirilməsinin 

predmeti. Relyefin plastikası metodu 

əsasında ekoloji qiymət xəritələrinin tərtibi 

Torpaq ekologiyası 

təliminin 

əsas 

metodoloji prinsipləri. Torpaq təbiətin 

sərbəst təbii-tarixi cismi kimi. 

Torpaqəmələgətirən amillərin bir-biri ilə 

qarşılıqlı 

əlaqə 

və 

təsirdə olması. 

Torpaqəmələgəlmə prosesi “elementar” 

torpaq proseslərinin mürəkkəb kompleksi 

kimi. Torpaqların torpaqəmələgətirən 

amillərlə  əlaqədə öyrənilməsinə  əsaslanan 

müqayisəli – coğrafi metod, torpaq 

nümunələrinin tərkib və xassələri haqqında 

mühakimə yeritməyə imkan verən müqayisəli 

– analitik metod, torpaqda baş verən proses 

və rejimləri modelləşdirməyə imkan verən 

modelləşdirmə metodu, topoqrafik xəritədən 

relyefin plastikasının çıxarılması  əsasında 

formalaşan relyefin plastikası metodu, 

torpaqların daxili diaqnostik göstəriciləri  

əsasında müqayisəli qiymətlərinin (bonitet 

ballarının) tapılması üçün istifadə olunan 

müqayisəli qiymətləndirmə (bonitirovka) 

metodu

.

.  

Oxu materialları (kitabın adı, müəlliflər və 

lazımi səhifələr göstərilməklə): 

1.  Məmmədov Q.Ş. Azərbaycanda torpaq 

islahatı: hüquqi və elmi-ekoloji məsələlər. 

Bakı, Elm, 2002, s.155-170

 

2.Q.Ş.Məmmədov.Azərbaycan torpaqlarının 



ekoloji qiymətləndirilməsi. Elm. 1998.s.76-

82 və səh. 6-8 

3. Məmmədov Q.Ş.Torpaqşünaslıq və 

torpaq coğrafiyasının  əsasları.Bakı, Elm, 

2006, s. 18-19 

 

 

Mövzu  №4 

Azərbaycanın torpaq örtüyünün 

forma və kateqoriyaları.

 

Qısa icmalı:  Torpaq örtüyünün 



strukturu (TÖS) anlayışı. Torpaq örtüyünün 

differensasiya amilləri (V.R.Volobuyev, 

1963; V.M.Fridland, 1972).  Azərbaycanın 

torpaq örtüyünün forma və kateqoriyaları. 

Parçalanmamış 

və 

zəif parçalanmış 

dalğavari və hamar alçaq düzənliklər. 

Parçalanmış (dağətəyi, təpəli, pilləli) 

 

Məşğələ  2 

28.10.15



 

düzənliklər. Parçalanmış dağönü, alçaq 



yaylalar və yaylalar. Yüksək yaylalar, 

platolar və dağüstü yaylalar (hamarlanmış 

relyefi olan çətin mənimsənilən  ərazilər). 

Parçalanmış dağlar və yaylalar. Torpaq 

örtüyünün kontrastlığı (Y.K.Yuodis, 1967). 

Azərbaycanın bioekoloji xüsusiyyətlərinə 

görə torpaq xassələrinin üç qrupu üçün 

model (genetik və  təsnifat mənsubiyyəti, 

qranulometrik tərkib, torpaqların yuyulub 

aparılma və yuyulma dərəcəsi). TÖS-nun 

kontrastlığının avtohidromorfluğa, 

şorlaşma,  şorakətləşmə  və  mədəniləşmə  

dərəcəsinə, torpaq profilinin qalınlığına 

görə 

təyini. Azərbaycanın torpaq 

kompleksləri. 

 

Oxu materialları (kitabın adı, müəlliflər və 

lazımi səhifələr göstərilməklə): 

1.Q.Ş.Məmmədov.Azərbaycan torpaqlarının 

ekoloji qiymətləndirilməsi. Elm. 1998, s. 32-

59 


2. Məmmədov Q.Ş. Azərbaycanda torpaq 

islahatı: hüquqi və elmi-ekoloji məsələlər. 

Bakı, Elm, 2002, s.127-155 

 

 

Mövzu 

№ 5 Torpaqların ekoloji 



qiymətləndirilməsinin mahiyyəti. Dünyada 

və respublikamızda bu sahədə aparılan 

tədqiqatlar.

  

 



Qısa icmalı:    “Torpaqların ekologiyası” 

nəzəriyyəsinin və torpaqların müqayisəli 

qiymətləndirilməsinin, yəni “Torpaqların 

bonitirovkası” təlimlərinin qovşağında 

“Torpaqların ekoloji qiymətləndirməsi” nin 

yeni bir elmi istiqamət kimi formalaşması. 

Torpaqların ekoloji qiymətləndirilməsinin 

mahiyyəti. Azərbaycanda torpaqların 

keyfiyyətcə (bonitirovka) 

qiymətləndirilməsinin iknişaf tarixi. 

Torpaqların ekoloji qiymətlərıdirilməsində 

Q.Ş.Məmmədov tərəfindən irəli sürülən 

müasir yanaşmalar. Torpaq ekoloji indeks 

(TEİ). XX əsrin 90-cı illərində torpaqların 

ekoloji qiymətlərıdirilməsi  sistemi. 

Torpaqların ekoloji qiymətləndirilməsi ilə 

bağlı Q.Ş.Məmmədovun elmi-nəzəri və 

metodiki yanaşmasından fərqli müasir elmi 

ədəbiyyatlarda mövcud olan müxtəlif 

nəzəriyələr və fikirlər. Torpaqların ekoloji 

qiymətləndirilməsinə torpaqların 

radionuklidlərlə çirklənmə dərəcəsinin insan 

 

Məşğələ  2 



11.11.15


 

orqanizminə və ətraf mühitə vurduğu ziyanın 



qiymətləndirilməsi (R.M.Aleksaxin, 2004); 

torpaq örtüyünə antropogen təsirin 

qiymətləndirilməsi (O.V.Zolotaryova, 

V.I.Makeyeva, 2004); şəhər torpaqlarının 

ağır metallarla çirklənməsi (E.L.Kuleşova, 

2004); kənd təsərrüfatı yerlərinin ağır 

metallarla çirklənməsi  (V.I.Titova, 2004); 

əkin və yem sahələri arasında  düzgün 

nisbətin yaradılması kimi (N.M.Luçnikova, 

2004) baxılması. Q.Ş.Məmmədovun 

rəhbərliyi altında respublikamızda keçən 

əsrin 90-cı 2illərindən indiyə  qədər bir çox 

tədqiqatçılar tərəfindən torpaqların ekoloji 

qiymətləndirilməsi yönümündə aparılan 

tədqiqatlar. Abşeron yarımadasının neftlə 

çirklənmiş  və texnogen təsirlərə  məruz 

qalmış torpaqlarının ekoloji 

qiymətləndirilməsi (F.V.Sultanzadə, 1997); 

Arazboyu üzümaltı torpaqların ekoloji 

münbitlik modeli (M.M. Yusifova, 2000); 

Lənkəran vilayəti torpaqlarının ekoloji 

qiymətləndirilməsi və monitorinqi 

(S.Z.Məmmədova, 2005); Abşeronun torpaq 

örtüyü strukturunun ekoloji 

qiymətləndirilməsi (F.Ə.Manafova, 2006); 

Abşeronun texnogen pozulmuş torpaqlarının 

ekoloji qiymətləndirilməsi (Y.N.Quliyeva, 

2006);  Böyük Qafqazın cənub yamacı meşə 

torpaqlarının ekoloji qiymətləndirilməsi 

(G.A.Huseynova, 2007); Hirkan Milli Parkı 

torpaqlarının ekoloji qiymətləndirilməsi 

(A.S.Orucov, 2008); Qusarçay-Qudyalçay 

hövzəsi torpaqlarının ekoloji 

qiymətləndirilməsi və monitorinqi 

(G.M.Abdullayeva, 2009);

 

Oxu materialları (kitabın adı, müəlliflər və 

lazımi səhifələr göstərilməklə): 

1. Məmmədova S.Z. Lənkəran vilayəti 

torpaqlarının ekoloji qiymətləndirilməsi və 

monitorinqi. Bakı, Elm, 2006, s.91-100 

2.Q.Ş.Məmmədov.Azərbaycan torpaqlarının 

ekoloji qiymətləndirilməsi. Elm. 1998, s. 59-

82 

3. Məmmədov Q.Ş. Azərbaycanda torpaq 



islahatı: hüquqi və elmi-ekoloji məsələlər. 

Bakı, Elm, 2002, s.165-175 

 

 

Mövzu 


№ 6 Torpaqların ekoloji 

qiymətləndirilməsinin I və II mərhələsi. 

Torpaqların ekoloj qiymət xəritələrinin 

 

Məşğələ  

25.11.15



 

tərtibi. 



Qısa icmalı:    Torpaqların bonitirovkası 

zamanı istifadə olunan metodikalar. 

Torpaqların ekoloji şkalaları hazırlanarkən 

istifadə olunan metodikalar.  Torpaqların 

ekoloji qiymətləndirilməsinin həyata 

keçirilməsi mərhələləri.  Torpaqların ekoloji 

qiymətləndirilməsinin I –

mərhələsi(bonitirovka)- qiymət meyarlarının 

seçilməsi, torpağın xassə  və  əlamətlərinə 

görə  təshih  əmsallarının müəyyən edilməsi, 

açıq və yekun bonitet şkalalarının tərtib 

edilməsi, torpaqların aqroistehsalat 

qruplaşdırılması, bonitet və aqroistehsalat 

qruplaşdırılması kartoqramlarının tərtib 

olunması. Torpaqların ekoloji 

qiymətləndirilməsinin II–mərhələsi- kənd 

təsərrüfatı, meşə  və yem bitkilərinin 

formalaşdığı mühitə olan ekoloji tələbi 

nəzərə alınmaqla ayrı-ayrı mühit amillərinin 

təzahür dərəcəsinə görə xüsusi 

qiymətləndirmə 

şkalaları sisteminin, 

torpaqların ümumiləşdirilmiş ekoloji 

şkalasının  hazırlanması, konkret torpağın 

ekoloji qiymət balının tapılması  və  ekoloji 

qiymət xəritələrinin  tərtib olunması

Kompyuterdə 

xəritə (elektron xəritə) 

tərtibinin  əhəmiyyəti. Torpaqların ekoloji 

qiymət xəritəsinin kompyuterdə  tərtibatı. 

Torpaqların ekoloj qiymət xəritəsinin 

ənənəvi torpaq xəritələrindən fərqliliyi və 

üstün cəhətləri. Torpaqların ekoloji qiymət 

xəritələrinin tərtibində istifadə olunan 

kartoqrafik təsvir üsulları.

 

Oxu materialları (kitabın adı, müəlliflər və 



lazımi səhifələr göstərilməklə): 

1. Məmmədova S.Z. Lənkəran vilayəti 

torpaqlarının ekoloji qiymətləndirilməsi və 

monitorinqi. Bakı, Elm, 2006, s.91-103

 

2.Q.Ş.Məmmədov.Azərbaycan torpaqlarının 



ekoloji qiymətləndirilməsi. Elm. 1998, s. 88-

132 


3. Məmmədov Q.Ş. Azərbaycanın ekoetik 

problemləri: elmi, hüquqi, mənəvi aspektlər. 

Bakı, Elm, 2004, s. 99-112 

 

Mövzu  № 7 Eroziyaya uğramış,  şorlaşmış 

və 

şorakətləşmiş torpaqların ekoetik 



problemləri 

Qısa icmalı:  Azərbaycanda eroziyaya 



uğramış torpaqların ekoloji problemləri. 

Respublikamızda torpaqların eroziyası üzrə 

 

Məşğələ  2 

09.12.15



 

aparılan tədqiqatlar. Respublikamızda su və 



külək eroziyası. Eroziya proseslərinin və 

onun törətdiri fəsadların qarşısını almaq, 

intensivliyini azaldıb təbii həddə endirmək, 

eroziyaya məruz qalmış torpaqların 

münbitliyini artırmaqdan ötrü aparılan 

kompleks aqrotexniki, meliorativ, 

meşəmeliorativ və s. tədbirlər. 

Respublikamızın düzən torpaqların şorlaşma 

və  şorakətləşməsi. Torpaqların məişət, 

sənaye və  ağır metallarla çirklənməsi. 

Mineral gübrələrin və kimyəvi vasitələrin 

tətbiqi problemləri. Kənd təsərrüfatı 

zərərvericiləri ilə mübarizə üçün tətbiq 

olunan pestisidlər. Torpaqların 

radionuklidlərlə çirklənməsi. Neftlə 

çirklənmiş torpaqların  problemləri. 

Azərbaycanda ekoloji mədəniyyətin 

formalaşdırılması problemləri. 

Oxu materialları (kitabın adı, müəlliflər və 

lazımi səhifələr göstərilməklə): 

1. Məmmədov Q.Ş. Azərbaycanın ekoetik 

problemləri: elmi, hüquqi, mənəvi aspektlər. 

Bakı, Elm, 2004, s. 185-276 

2. Məmmədov Q.Ş.Torpaqşünaslıq və 

torpaq coğrafiyasının  əsasları.Bakı, Elm, 

2006, s. 397-412 

 

 

Mövzu № 8 Torpağın bioenergetik rejiminin 

pozulması. Ekoloji monitorinqin mahiyyəti. 

Qısa icmalı: Torpağın bioenergetik rejiminin 

pozulması. Torpaq horizontlarının və 

profilinin patologiyası. Torpağın su və 

kimyəvi rejiminin pozulması. Su anbarları 

sularının təsiri altında torpaqların 

subasması, dağılması 

və 

şorlaşması.  

Torpaqların çirklənməsi və kimyəvi 

zəhərlənməs.  Torpaqların donması  və 

təkrar donuşluğu. Hərbi  əməliyyatlar və 

atom radiasiyasının təsiri altında 

torpaqların pozulması. Ekoloji monitorinqin 

mahiyyəti. Qlobal, regional və lokal 

monitorinq

Torpaq üzərində ekoloji 

monitorinqin təşkili prinsipləri. Hövzə 

metodundan istifadə etməklə torpaq 

monitorinqinin təşkil edilməsi. 

Oxu materialları (kitabın adı, müəlliflər və 

lazımi səhifələr göstərilməklə): 

1. Məmmədov Q.Ş. Azərbaycanın ekoetik 

problemləri: elmi, hüquqi, mənəvi aspektlər. 

 

Məşğələ  

23.12.15



10 

 

 



VI.

 

İmtahanın keçirilməsi forması –yazılı və ya test 

VII.

 

Semestr ərzində qiymətləndirmə və bal bölgüsü: 

           Balların maksimum miqdarı – 100 bal. 



A)

 

Semestr ərzində toplanan maksimum bal – 50 (imtahana keçid balı – 17) 

Dərsə davamiyyətə görə 10 

bal 

Tələbələrin sərbəst işinə (referat, prezentasiya, tədqiqat işi və s.) görə  



Qeyd: Plagiat halları qəti qadağandır! Sərbəst işlə əlaqədar bütün tapşırıqların 

qısa təsviri, təqdim olunma şərtləri, vaxtı  və qiymətləndirmə üsulu dəqiq 

göstərilir. 

10 bal 


Seminar (məşğələ) və ya laboratoriya dərslərinin nəticələrinə görə (eyni 

fəndən həm seminar (məşğələ), həm də laboratoriya dərsləri nəzərdə 

tutulduğu halda onların hər birinə 10 bal ayrılır). 

20 bal 


Kurs işinin hazırlanmasına və müdafiəsinə görə (fənn üzrə kurs işi (layihəsi) 

nəzərdə tutulmayıbsa, ona ayrılan 10 bal seminar (məşğələ) və ya laboratoriya 

dərslərinə əlavə olunur).   

10 bal 


 

B)

 

Semestr imtahanı  nəticəsinə görə - maksimum 50 bal 

Hər biletdə – 5 sual, hər suala – 10 bal verilir 

Qeyd: Tələbənin imtahandan topladığı balın miqdarı 17-dən az olmamalıdır. 

C)

 

Semestr nəticəsinə görə qiymətləndirmə (imtahan və imtahana qədər toplanan ballar 

əsasında): 

91 – 100 bal 

əla A 

81 – 90 bal 

çox yaxşı B 

71 – 80 bal 

Yaxşı C 

61 – 70 bal 

Kafi 



51 – 60 bal 

qənaətbəxş  



51 baldan aşağı qeyri-kafi 

 



 

 

Müəllim:    Əhmədova Günel Məhəmməd qızı ________          İmza:____________________ 

                         (soyadı, adı, atasının adı) 

 

Tarix:    “      ”           sentyabr        2015 -ci il 

 

Bakı, Elm, 2004, s. 88-99 

2. Məmmədova S.Z. Lənkəran vilayəti 

torpaqlarının ekoloji qiymətləndirilməsi və 



monitorinqi. Bakı, Elm, 2006, s.277-283 

: w35
w35 -> Fənn sillabusu
w35 -> Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti FƏnn sillabusu
w35 -> Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti FƏnn sillabusu
w35 -> Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti FƏnn sillabusu
w35 -> Еколоэийа елминин инкишаф тарихи
w35 -> Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti FƏnn sillabusu
w35 -> Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti FƏnn sillabusu
w35 -> «Ekologiya və torpaqşünaslıq» fakültəsi Əyani və qiyabi şöbə «Ekologiya» ixtisası üzrə Coğrafi ekologiyanın əsasları» fənnindən
w35 -> Еколожи кимйа фянниндян имтащан суаллары


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə