и
Elmi redaktor: Xəlilov P.İ. filologiya elmləri doktoru,
professor
Rəyçilər:
Paşayev Q. Filologiya elmləri doktoru,
professor.
Hacıyev V.Ə. Filologiya elmləri doktoru,
professor.
N.H.Hüseynova. Qədim türk qəhrəmanlıq dastanların tipolo
giyası («Ural batır» əsasında). Ali məktədlər üçün dərs vəsaiti.
Bu monoqrafiya 1996-cı ildə filologiya elmləri namizədi ali
mlik dərəcəsi almaq üçün müdafiə olunan dissertasiya əsasında
formalaşıb.
Əsər qədim türk qəhrəmanlıq dastanlarının tipologiyasına həsr
olunub. Tədqiqatın əsas obyekti «Ural batır» dastanıdır. Bu tədqiqat
Azərbaycan ədəbiyyatşünaslığında ümumtürkoloji əhəmiyyət kəsb
edən yeni bir istiqamətdir.
Monoqrafiyada «Ural batır» dastanının mənşəyi, formalaşması
və təkamülü, habelə ilk yaradılış. «əbədi həyat», xeyir və şərin əzəli-
ədəbi mübarizəsi, mifik qüvvə və vasitələr və s. süjetlər türk xalq
larının və yeri gəldikcə başqa xalqların əfsanə və nağılları ilə tipoloji
araşdırmaya cəlb edilmişdir.
Tipoloji araşdırma «Ural batır», «Bilqamış», «Avesta», «Mahab-
harata», «Kitabi-Dədə Qorqud», «Maaday Qara», «Köqütey», «Şan
kıxı». «Alpamış» və s. ədəbi-bədii abidələrin materialları əsasında
aparılmışdır. Əsərdə abidələrin tipoloji təhlili zamanı nəinki ədəbi-
bədii məsələlər, habelə tarixi-etnoqrafik. sosial-siyasi və fəlsəfi nəti
cələr də əldə edilmişdir. Bu tədqiqat qədim türklərin həyat tərzi,
dünyagörüşü və özünəməxsus xüsusiyyətlərinin analogiyasını epos
larda üzə çıxarmaqla onların eyni genetik kökə dayandığını bir daha
təsdiq edir.
ISBN 5-87459-130-3
© Həzakət Hüseynova. 2009
©Apostrof. 2009
MÜNDƏRİCAT
ÖN ÖZ
5
Türk xalqları folklorunun tədqiqi sahəsində uğurlu addım.... 9
Qədim türk xalqlarının fəlsəfi dünyagörüşünü, milli-mənəvi
dəyərlərini əks etdirən əsər................................................... 14
İlk tədqiqat.......................................................................... 17
Ümumtürk müstəvisində araşdırma...................................... 19
GİRİŞ..................................................................................20
I FƏSİL. "URAL BATIR" DASTANININ MƏNŞƏYİ,
FORMALAŞMASI VƏ TƏKAMÜLÜ................................ 25
1.1. "Ural batır" dastanının zamanı və məkanı..................... 25
1.2. Türk əsatir və dastanlarında mifik obrazlar. Başqırd
torpağında ilk əcdad və onun törəmələri. Bunun mifoloji
tipologiyasındakı oxşarlıq və özünəməxsusluğu. (Adəm-Həvva,
Tarqıtay süjetləri ilə müqayisə).............................................41
1.3. "Ural batır" dastanında ilk başqırd ailəsinin ibtidai
məişəti................................................................................. 48
II FƏSİL. "URAL BATIR" DASTANINDA ƏBƏDİ
HƏYAT PROBLEMİ......................................................... 62
2.1. "Ural batır" dastanında əbədi həyat axtarışı və bu süjetin
başqa türk dastanlarında analogiyası. İlk başqırd ailəsinin
ibtidai dünyagörüşü..............................................................62
2.2. Qardaşların əbədi həyat axtarışı zamanı rastlaşdıqları
maneələrdə sınaqlar............................................................. 87
III FƏSİL. XEYİR VƏ ŞƏR ZİDDİYYƏTİ.....................100
3.1. İki qardaşın timsalında xeyir və şər qüvvələrin
təzahürü..............................................................................100
3.2. Yeraltı dünyanın şər, göylərin xeyirxah qüvvələri arasında
əzəli-əbədi mübarizənin dastan və əsatirlərdə əksi............... 109
3.3. Dastanda mifik qüvvə və vasitələr, (at, quş, sehrli çubuq,
sehrli qılınc, daş).................................................................124
IV FƏSİL. "URAL BATIR" DASTANININ POETİKASI
(Şeir quruluşu və hiperbola özünəməxsusluğu)....................134
NƏTİCƏ............................................................................ 141
ƏDƏBİYYAT.....................................................................114
РЕЗЮМЕ.......................................................................... 153
SUMMARY....................................................................... 154
ÖN SÖZ
«Qədim türk qəhrəmanıq dastanları tipologiyası» əsəri
yalnız Azərbaycan ədəbiyyatşünaslığında deyil, türko
logiyada ilk elmi-tədqiqatdır və məhz ilkinliyinə görə həll
etdiyi bütün problemləri türk dastanları tipologiyası baxı
mından elmi yenilikdir.
«Ural batır» eradan əvvəlki Başqırd dastanı kimi
mərkəzdə olmaq şərtilə onun orbitində «Köqüdey», «Şan
qızı», «Maaday Qara», «Mähabharata», «Avesta» mifo
logiyası, «Bilqamıs» və bir sıra orta əsr dastanları («Kita-
di-Dədə Qorqud», «Öğuznamələr», «Alpamış» və s.)
mətnlərini müəllif bütövlükdə tədqiq edib, öyrənmişdir.
Təkcə bu tədqiqat bizə deməyə haqq verir ki, N.H.Hüsey
nova Qədim və Orta əsr türk dastanlarının orijinaldan və
rusçaya tərcüməsindən mətinlərini qavramış, səriştəli bir
mütəxəssis kimi sözünü demişdir. Eləcə də kökləri çox
dərindən türk xalqları dastanlarına bağlı olan yuxarıda
adı çəkilmiş bir sıra dastanların mətnini də dərindən
öyrəndiyini nəzərə almalıyıq.
Mən, şəxsən bunu xüsusi vurğu ilə yazıram ki, müəllif
elmi-tənqidi və mətnşünaslıq materiallarını əsərin möv
zusunun tələbi çərçivəsində öyrənmiş, ona xülasə vermiş
və lazım olan yerdə əsaslanmışdır.
«Tipologiya» yunanca «tupos» və «loqos» söz birləş
məsindən olub «şeylərin və ya hadisələrin hər hansı
ümumi xüsusiyyətlərinə görə təsnifı» mənasında işlənir
(«Azərbaycan dilinin izahlı lüğəti», IV cilddə. III cild,
Bakı, Elm, 1987, səh.187) «Tipologiya» sözündən «tipo-
loji» sifəti törəyir. Bu da «şeylərin, hadisələrin» əlamətlə
rini müəyyənləşdirməyə əsaslanan tədqiq və təhlil üsulu
mənasında işlənir.
N.H.Hüseynova bu iki məna çalarına uyğun bir ağır və
çətin tədqiqat aparmışdır. O, başqırdca və ruscaya çevril
miş mətnin «Başkort xalık aposı» və «Башкирский народ
ный эпос» əsərinin Moskva nəşrini (1977) bu seriyadan
5