Azərbaycan respublikasi təHSİl naziRLİYİ GƏNJƏ DÖVLƏt universiteti



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə1/68
tarix15.07.2018
ölçüsü1,21 Mb.
#55738
növüDərs
  1   2   3   4   5   6   7   8   9   ...   68


 
1
AZƏRBAYCAN  RESPUBLİKASI  TƏHSİL  
NAZİRLİYİ 
GƏNJƏ DÖVLƏT UNİVERSİTETİ 
 
Azərbaycan  dili  kafedrası 
 
 
 
 
 
YADİGAR ƏLİYEV 
 
                                
 
 
 
 
ÜMUMİ MƏTNŞÜNASLIQ 
 
 (
«Kitabi-Dədə Qoqud» mətnlərinin 
linqvopoetik təhlili əsasında

Dərs vəsaiti 
 
                 
Azərbaycan Respublikası Təhsil Nazirliyinin 
                 31 may 2007–ci  il tarixli  640 saylı  əmri  ilə 
                 dərs vəsaiti kimi tövsiyə edilmişdir.  
                                                                    
 
 
 
BAKI - 2007


 
2
Rəyçilər:
 
 Nizami Jəfərov  - Azərbaycan  MEA-nın müxbir üzvü, 
                             filologiya  elmləri  doktoru, professor, 
                             əməkdar elm xadimi,  
Məsud Mahmudov  - AMEA  Nəsimi  adına  Dilçilik İnsti- 
                             tutunun elmi işlər üzrə direktor müavini, 
                             filologiya elmləri doktoru, professor 
 
                                         Elmi redaktor: 
Xəlil Yusifli  –      filologiya elmləri doktoru, professor 
 
Əliyev Y.V. Ümumi mətnşünnaslıq («Kitabi-Dədə Qor-
qud» mətnlərinin linqvopoetik təhlili  əsasında). Dərs vəsa-
iti. Bakı, 2007. – 248 səh. 
   
 
Kitabda bədii mətnin təşkili mexanizmi, onun informativ struktu-
ru, bədii mətn üçün səciyyəvi olan funksional-məzmun, struktur-
forma elementləri, şer və nəsr mətnlərin fərqli xüsusiyyətləri, mürək-
kəb sintaktik bütövlərin bədii mətn vahidi kimi formalaşması, bədii 
mətn dili üçün spesifik olan bədii təsvir və ifadə vasitələri sistemi, 
fonem, heca, intonasiyanın, ahəng qanununun bədii mətndəki rolu 
araşdırılır, «Kitabi-Dədə Qorqud»un dili üzərində aparılan 
müşahidələr əsasında türk bədii mətninə məxsus kontekstual struktur 
təhlil olunur. 
 Vəsait ali məktəblərin filologiya fakültələrində «Mətnşünaslıq», 
«Azərbaycan  ədəbi
 
dilinin tarixi» fənlərinin, Gəncə Dövlət Univer-
sitetində təhsilin magistr pilləsi üzrə «Kitabi-Dədə Qorqud»un linq-
vopoetikası» seçmə fənninin  tədrisi üçün nəzərdə  tutulmuşdur. 
 
 
няшр
 
Грифли
2007
-
098
-
Н
4603000000
Y
 
© Əliyev, 2007 


 
3
• 
ÖN
  
SÖZ
 

     
A
yrı – ayrı   dil    səviyyələrinə   aid     
                    
 vahidlərin – fonem,   heca,   intonasiya,    
söz, söz birləşməsi, cümlənin elə keyfiy-
yətləri var ki, bunlar ancaq bədii mətn da-
xilində  təzahür edir və ayrı-ayrı hallarda 
bədii mətn içərisində  həm strukrur detal 
rolunu oynayır, həm mikromətn kom-
ponentlərinin formal bağlılığını  təmin 
edir, həm də ahəng, ritm yarada bilir.  
Hər bir bədii mətn mükəmməl bir 
təşəkküldür. Onun təşkili üçün zəruri 
sayılan bir çox detallar, üsul və vasitələr 
mövcuddur. Onların öyrənilməsi bədii 
mətnlərin dili üzərində həmin istiqamətdə 
xüsusi araşdırmalar aparılmasını  zəruri 
edir və bu baxımdan oxuculara təqdim 
edilən bu dərs vəsaiti  ənənəvi mətnşü-
naslıqdan fərqlənir.  Əslində  mətnşünaslıq 
sözün geniş  mənasında  ədəbi abidə 
mətnlərinin öyrənilməsinin prinsip və 
metodlarını ümumiləşdirən filoloji fəndir
1
.   
Xüsusi kontekstual struktura malik 
türk bədii mətnində forma və  məzmun 
göstəriciləri müəyyən əlamətlərlə səciyyə-
lənir. Mətnin məzmun planı onun formal 
hüdudlarını da müəyyən edən xüsusi 
informativ tutuma əsaslanır. Kitabda məhz 
bədii mətnin informativ strukturu, bədii 
mətnin təşkili mexanizmi, mürəkkəb   
sintaktik  bütövlərin  bədii   mətn 
 
                                                           
гейд
1
 Бах: Текстология. Москва: Высшая  школа, 1966, стр. 4  


 
4
vahidi kimi formalaşması, bədii mətn üçün səciyyəvi olan 
funksional-məzmun, struktur-forma elementləri,  şer və  nəsr 
mətnlərin fərqli xüsusiyyətləri, bədii mətn dili üçün spesifik 
olan sintaktik konstruksiyalar, bədii təsvir və ifadə vasitələri 
sistemi, fonem, heca, intonasiya və onun komponentlərinin, 
ahəng qanununun bədii mətndəki rolu araşdırılır. Kitabda 
nəzəri ümumiləşdirmələr daha çox «Kitabi-Dədə Qorqud»dan 
gətirilmiş nümunələrin dili üzərində aparılır.  
    
            
 
 
 
 
 
 
 
 
 


 
5
I FƏSİL 
MƏTN  VƏ  STRUKTUR-SEMANTİK  
XÜSUSİYYƏTLƏR 
GİRİŞ 
T
ürk bədii mətninin xüsusi kontekstual strukturunda məz-
mun və forma elementləri aparıcı yer tutur. Forma və məzmu-
nun əlaqələnməsi mətnin funksiyası ilə birbaşa bağlıdır. Mətnin 
funksional təyinatı bunların tekstdaxili statusunu müəyyən et-
məyə imkan yaradır. Mətnin üslubi funksionallığından asılı 
olaraq, ağırlıq mərkəzi növbəli şəkildə forma-məzmun kompo-
nentlərindən birinin üzərinə keçir. Deyək ki, bədii üslub ma-
terialında forma funksionallığı  rəsmi üslub materialında ol-
duğundan güclüdür və əksinə. Bununla bərabər, məzmun planı 
bütün mətn tiplərində birmənalı rol oynayır və öz növbəsində 
xüsusi informativ struktur ilə xarakterizə olunur. Mətnin  ən 
kiçik vahidi sayılan yarımçıq sintaqmdan ən böyük vahidinə – 
tam sintaqma və tam sintaqmların birliyinə  qədər mətnin for-
mal hüdudlarını  və  məzmun tutumunu informasiya müəyyən 
edir. İnformativ strukturla tekstin strukturu adətən üst-üstə dü-
şür. Bu halda sintaktik mətndəki informasiyaların sayı  ən azı 
cümlə vahidlərinin sayı  qədər olur. Ancaq bu cür uzlaşmanın 
olmadığı hallarda mətndəki (mürəkkəb sintaktik bütövdəki) 
cümlələr birlikdə bir informasiyanın ifadəsinə xidmət edir. Bi-
rinci hal («mətn informasiyaya bərabərdir» prinsipi üzrə) nəsr 
mətnlər üçün, ikinci hal («mətn informasiyaya bərabər deyil» 
prinsipi üzrə) şer mətnlər üçün xarakterdir.  
İnformasiyanın strukturu mətnin bədii təyinatı ilə, yaxud ək-
sinə, mətnin bədii təyinatı informativ strukturla bağlıdır. Bu 
halda informasiyanın növü mətnin funksional imkanlarını  və 
mətnin forması informasiyanın növünü  müəyyən edə bilir. 
Müşahidələr göstərir ki, paralel sıralanan informasiyalar struk-


Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə