Azərbaycan respublikasi təHSİl naziRLİYİ QƏRBİ kaspi universiteti



Yüklə 255,78 Kb.
Pdf görüntüsü
tarix01.09.2018
ölçüsü255,78 Kb.
#66103


 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ 



 

 

QƏRBİ KASPİ UNİVERSİTETİ 



 

 

 



 

 

 



 

“Peşə Etikası” 

kursu üzrə 

 

 



 

 

 



PROQRAM 

 

 



 

 

 



 

 

                                                                                 



                                                                         

 

                                                             

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

BAKI – 2018 




 

GİRİŞ 



 

       


Peşə Etikası tədris kursu etik düşüncənin emosional aspektləri, etika nəzəriyyələti, qeyri-

obyektivlik,  etik  yanılmalar,  müəllim  və  tələbə  münasibtləri  və  müəllimlərin  məsuliyyəti  kimi 

mövzuları öyrənir.  Bu kursun əsas diqqəti isə  etikanın  nə demək olduğu, bizim nəyə  görə etik 

normalara ehtiyacımız olduğunu və müxtəlif peşələrdə fəaliyyət göstərən professionalların hansı 

etik normaları gözləməsi gərəktiyini öyrənir. 

Təqdim  olunmuş  proqramda  adı  çəkilən  məsələlərlə  yanaşı  fəzilət  və  onun  nəyə  görə 

dəyərli  olduğu,  etika  tədris  etməyin  əxlaqi  problemləri  və  bir  çox  sahələrdə,  o  cümlədən  də 

dövlətin idarə edilməsində etikann tətbiqi öyrənilir. Bu məsələlərdən ən aktualı isə sonuncudur – 

hökümət  üzvlərinin  öz  doğru  bildikləri  siyasi  proqramı  həyata  keçirməlidir  yoxsa  xalqın 

əksəriyyətinin istəklərinə uyğun davranmalıdır? 

Proqramda  məntiqi  ardıcıl  tematik  plan  mövzularının  adları,  onların  annotasiyaları  və 

tövsiyyə olunmuş ədəbiyyatın siyahısı təqdim edilmişdir. Təqdim olunmuş mövzular Qərbi Kaspi 

Universitetinin  “Siyasi  elmlər”  kafedrasının  tədris  proqramında  nəzərdə  tutulan  “Seçki 

Texnologiyaları” fənni üzrə 45 saatlıq kursun mündəricatını əhatə edir. Bu proqram politologiya 

ixtisası üzrə magistr hazırlığı ücün nəzərdə tutulmuşdur. 

 

 



 

 

 



 

 

 



 

 

 



 


 

Mövzu №1. Giriş 

 

    1. Etika 



    2. Mühakimə 

 

Etik  düşüncə  ilə  tanışlıq.  Fundamental  etik  məsələlər.  Hər  kəsin  bilməli  olduğu  bazis 



məsələlər. Eik misallar və onları mühakkimə etmək. Mühakimə etməyin əhəmiyyəti. Mühakimə, 

tənqid və qınaq arasındakı fərqlər. Etik perspektiv əldə etmək. Praktiki etika və normativ etika. 

Metaetika.  

Etika  və  əxlaq  arasındakı  fərqlər.  Etikada  əsas  suallar.  Formalist,  relativist  və 

kontekstualist məktəblər. Etik parametrlər. Tənqidi təfəkkür. Özünü yoxlamaq bacarığı.  

                 



Mövzu № 2. Etik Düşüncənin Emosional Aspekti 

 

     1. Əxlaqi mühakimə   



     2. Əxlaqi misallar  

 

İnsan biologiyası və əxlaqi mühakimə prosesi. Adillik və emosiyalar. Etik qərar vermədə 



emosiyanın yeri. Əxlaqi emosiyalar. Əxlaqi qürur.  

Əxaqi  misallar  (“fast-food”).  Mütəmadi  olaraq  qarşılaşdığımız  etik  dillemmalar.  Bu 

dillemmalarla tanış olarkən biz hansı emosiyalar keçiririk?  

 

Mövzu № 3. Etika Nəzəriyyələri 

 

         1. Etik tendensiyalar  



         2. Sosial müqavilə 

 

Formal  etik  konseptlər.  İntuisionizm.  Emotivizm.  Perspektivizm.  Natualizm.  Əsas  dörd 



etik nəzəriyyələr – dini əsaslı, öhdəlik əsaslı (niyyət əsaslı), nəticəçi, şəxs əsaslı (“virtue ethics”) 

– və onların tənqidi.  




 

Utilitarianizm  və  onu  tənqidi.  Feminist  etikası.  Eqoist  etikası.  Ekzistensializm. 



Relativizm/Subyektivizm və onların tənqidi. Bütün adları çəkilən nəzəriyyələrin tətbiqi.  

 

Mövzu № 4.  Qeyri-Obyektivlik 

 

          1. Qərəzlilik 



          2. Arqumentasiya 

 

Daxili (təbii?) qərəzlilik. Düşünülmədən tez qəbul edilmiş mühakimələr. Hadisələrə məna 



vermək və məna yaratmaq. Diaqnostik qərəz. Sadələşdirmə meyli. Təsdiqləyici qərəz. İnanclar və 

faktlar. Yaddaş problemi. Özünün doğru olduğuna inanmaq problemi. Lazımsız və səhv qürur.  

Tənqidi  təfəkkür  prinsipləri  və  prosesləri.  Arqumentin  əhəmiyyəti  və  onun  qurmağın 

metodu.  Arqumentin  aydın  və  anlaşılan  olması.  Arqument  növləri.  Deduksiya  və  induksiya 

metodu. Əxlaqi arqumentlər.  

 

Mövzu № 5. Etik Yanılmalar 

 

           1. Yanılmalar 



           2. Müddəalar 

 

Xalqa  və  ya  kütləyə  müraciət  etmək/arxalanmaq.  Bir  qrupa  məxsus  olmaq  hissi.  Əsas 



məsələdən  qarşı  tərəfin  fikrini  yayındırmaq  (red  herring).  Qarşı  tərəfin  orijinal  arqumentini 

saxtalaşdırmaq və saxtalaşdırılmış arqumenti orijinal kimi qəbul etmək.  

“Xarakter Qətli.” Gücə müraciət etmək/arxalanmaq. Həddindən artıq özünəinam. Cahilliyə 

arxalanmaq.  Müddəanın  eyni  zamanda  nəticə  hesab  edilməsi.  Etik  arqumentlərin  və  onların 

müddəalarının tənqidi. 

 

Mövzu № 6. Hüquqlar 

 

        1. Hüquq 



        2. Diskriinasiya 


 

Hüquq deyiləndə  nə  başa düşülür? Leqal  hüquqlar, vətəndaş  hüquqları,  insan hüquqları, 



azadlıqlar, mülkiyyət hüququ. Müsbət hüquqlar və mənfi hüquqlar. Şəxsə hörmət etmək. Gizlilik. 

Şəfqət hissi. Həqiqəti söyləmək. Ədalət.  

Geniş yayılmış etik pozuntular və onların növləri (sərhəd pozuntusu, məxfiliyin pozulması, 

maliyyə müştərilərinin istismar edilməsi və s.). Diskriminsiya. 

 

Mövzu № 7 .  Maraqların Toqquşması 

 

1.



 

Tənzimləmə 

2.

 

Jurnalistika 



 

Maraqların  toqquşması  nə  deməkdir?  Hansı  vasitələrlə  hökümət  işçilərində  maraqların 

toqquşmasını  tənzimləmək  olar?  (Kathleen  Clark)  Bu  prosesin  hansı  riskləri  var?  (Kevin 

McMunigal). 

Jurnalistikada  maraqların  toqquşması.  Jurnalistlərin  əsas  maraqları.  Professional 

mühakimə. Müştəri və işçilərə olan loyallıq. Jurnalistikada ikinci dərəcəli maraqlar. Jurnalistlərin 

əsas maraqlarına olan təhlükələr. Jurnalistlər maraqların toqquşmasını necə tənzimləməlidir? 

 

Mövzu № 8. Akademiklər 



 

        1. Psixologiya və Fəlsəfə 

        2. Antropologiya 

 

Psixoloji  və  fəlsəfi  məsləhətlərdə  maraq  toqquşması.  Tələbə  ilə  psixoloji  məsləhətin 



çətinliyi. Tələbəi ilə fəlsəfi məsləhətin çətinliyi.  

Antropologiyada  maraq  toqquşması.  Antropologiyada  professional  etik  qaydaları.  Bu 

maraq toqquşmalarını aradan qaldırmağın yolları. Antropoloqlar muzey direktorları və bələdçiləri 

qismində.  Antropoloqlar  dövlət  işçiləri  qismində.  Müxtəlif  peşələrdə  maraqların  toqquşmasının 

müqayisəsi.  

           

 



 

Mövzu № 9. Fəzilətin Etikası 

       

1.

 



Fəzilət 

2.

 



Dostluq problemi 

                                  

Fəzilər etikasının əsas dörd şərti. Bir davranış nə zaman doğrudur? Davranışı edən fərdin 

o  davranışın  doğruluğuna  təsiri  nədən  ibarətdir?  Yaxşılıq  doğruluqdan  daha  əhəmiyyətlidirmi? 

Fəzilətlər obyektiv olaraq yaxşıdır. Fəzilət etikasının iki tənqidi. 

Nətiçəci  və  kantçı  əxlaqın  tənqidi.  Onlar  dostluğun  dəyərini  və  təbiətini  qəbul  edə 

bilirlərmi? (Castin Oakli və Din Kokinq, bölmələr 1-3). 

 

Mövzu № 10. Təhsil və Professionalizm 

 

          1. Tədris  



          2. Təhsil nəzəriyyəsi 

 

Tədris və təhsil. Fundamental müddəalar və bazis suallar. Tədrisin fəlsəfi psixologiyasına 



dair. Peşə, professionalizm və professional etika.  

Professional  dəyərlər  və  obyektivlik.  Təhsil  nəzəriyyəsi  və  onun  yanlış  tətbiq  edilməsi. 

Təhsil nəzəriyyəsinin praktik əhəmiyyəti. Rasionallıq və bacarıq. Təhsil nəzəriyyəsinin müxtəlif 

yanları. Bilik və professionallıq (Deyvid Karr, bölmələr 1-3).  

 

Mövzu № 11. Əxlaq və Müəllim 

 

1.



 

Təhsil hüquqları 

2.

 

Təhsilin məqsədi 



 

Təhsil  hüquqları  və  professional  səhvlər.  Qiymətləndirmə.  Cinayət  və  cəza.  Cəza  və 

mədəni birlik. Qeyri-professional şəxsi əlaqələr.  



 

Təhsil,  insanın  inkişafı  və  mədəniyyət.  Praqmatizmin  səhvləri.  Müəllimin  əxlaqi  rolu. 



Əxlaq təhsili və ictimai idarəetmə. Əxlaq, ağıl və relativim. Liberal və paternalist əxlaqi təhsil 

(Deyvid Karr, bölmələr 4-5). 

 

Mövzu № 12. Rəqiblərin Arqumentasiyası 

 

1.



 

Rəqiblər 

2.

 

Arqumentasiya 



 

Rəqiblər  bir-biri  ilə  hansı  məqsəd  üçün  mübahisə  aparır?  Rəqibin  arqumentinin  bir 

hissəsini qəbul etmək problemi. Hər bir fərdin öz maraqların güddüyü cəmiyyət. Fəlsəfi prinsiplərə 

sadiqlik.  

Professional  tərəfsizlik  və  fərdin  gördüyü  işə  bitərəf  yaraşması.  Pozitivizmin  tətbiqi  və 

onun nəticələri (Artur İ. Applbaum, bölmələr 1-3). 

 

Mövzu № 13. Tədris və Tabu 

 

1.



 

Tədris 


2.

 

Tabu 



 

Praktiki etika tədris etməyin əxlaqi problemləri. Utilitarian rədd. Kantçı rədd. Müəllimin 

tələbələrinin davranışlarına olan məsuliyyəti.  

Universitetlərdə hansı mövzulardan danışmaq olmaz? Seksual mövzuların universitetlərdə 

müzakirə edilməsi. Cinsi fərqliliklər və bərabərlik. Seksual kimlik.  

 

Mövzu № 14. Oyunun Qaydaları 



 

1.

 



Ədalətli oyun 

2.

 



Hüquqların pozulması 


 

Oyun nədir? Oyunun əsas iki mənası hansılardır? Strateji oyunların məqsədi. Qarşı tərəfə 



zərər vurmaq məqsədi ilə qurulmuş strateji oyunlar hansı şərtlərdə əxlaqi olaraq problemsizdir? 

(Razılaşma və Səssiz Razılaşma). Ədalətli oyun qaydaları.  

Başqasının hüququnu pozmaq doğru ola bilərmi? Hüququ tapdamamaq və toxunulmazlıq. 

Şəxslərə qarşı zorakılıq və hüquqların pozulması. Özünü məğlubiyyətə aparan sərhədlər. Ex Ante 

və Ex Post razılıq. İcazə verilən hüquq pozuntusunun müdafiəsi.  

 

Mövzu № 15. Demokratiya 



 

1.

 



Legitimlik 

2.

 



Kim qərar verir? 

 

Bir  çox  hallarda  hakimiyyətdə  olan  siyasətçilərin  proqramı  deputatlar  və  vətəndaşların 



əksəriyyəti  tərəfindən  dəstəklənmir  –  bu  hallarda  siyasətçilər  öz  düşüncələri  əsasında  hərəkət 

etməlidirlər yoxsa vətəndaşların istəklərinə baş əyməlidirlər? Demokratik legitimliyin dörd şərti 

hansılardır? 

 

 



 

 

 



                                                 

 

 




 

ƏDƏBİYYAT SİYAHISI 



 

 

Applbaum, Arthur Isak. 2000. Ethics for Adversaries. Princeton: Princeton University Press. 



Blackburn, Simon. 2009. Ethics: A Very Short Introduction. 1 edition. Oxford ; New York: Oxford 

University Press. 

Breen, Kerry J., Stephen M. Cordner, Colin J. H. Thomson, and Vernon D. Plueckhahn. 2010. Good 

Medical Practice: Professionalism, Ethics and Law. 1 edition. Cambridge ; New York: 

Cambridge University Press. 

Carr, David. 1999. Professionalism and Ethics in Teaching. London ; New York: Routledge. 

Cheney, George, Daniel J. Lair, Dean Ritz, and Brenden E. Kendall. 2009. Just a Job?: 



Communication, Ethics, and Professional Life. 1 edition. Oxford ; New York: Oxford University 

Press. 


Cohen, Elliot D. 1992. Philosophical Issues in Journalism. Oxford University Press. 

Cohen, Elliot D., and Michael Davis. 1994. AIDS: Crisis in Professional Ethics. Temple University 

Press. 

Davis, Michael. 1999. Ethics and the University. 1 edition. London ; New York: Routledge. 



Davis, Michael, and Andrew Stark, eds. 2001. Conflict of Interest in the Professions. 1 edition. 

Oxford ; New York: Oxford University Press. 

Ferguson. 2007. Professional Ethics and Etiquette. 2 edition. New York: Checkmark Books. 

Jeffrey, Cynthia. 2010. Research on Professional Responsibility and Ethics in Accounting. 1 edition. 

Bingley: Emerald Group Publishing Limited. 

Kilpi, Jukka. 1998. The Ethics of Bankruptcy. 1 edition. London ; New York: Routledge. 

Ltd, Tom Sorell, and Tom Sorell, eds. 1998. Health Care, Ethics and Insurance. 1 edition. London ; 

New York: Routledge. 

MAC, Michael J. Taleff PhD CSAC. 2009. Advanced Ethics for Addiction Professionals. 1 edition. 

New York: Springer Publishing Company. 

Oakley, Justin, and Dean Cocking. 2006. Virtue Ethics and Professional Roles. 1 edition. Cambridge: 

Cambridge University Press. 



 

Yüklə 255,78 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə