Azərbaycan respublikasi təHSİl naziRLİYİ universiteti jurnaliSTİka faküLTƏSİ bakalavir piLLƏSİNİn II kurs təLƏBƏSİ



Yüklə 60,65 Kb.
tarix04.02.2018
ölçüsü60,65 Kb.
#24302

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

..... UNİVERSİTETİ

JURNALİSTİKA FAKÜLTƏSİ

BAKALAVIR PİLLƏSİNİN II KURS TƏLƏBƏSİ

.....

MƏTBUAT TARİXİ

Fənnindən

Əkinçinin açdığı diskusiyalar və onların mahiyyəti”



mövzusunda

KURS İŞİ

KAFEDRA MÜDİRİ:

ELMİ RƏHBƏR:

Giriş

Mətbuat cəmiyyət həyatının mühüm bir hissəsidir. Cəmiyyətin bütün üzvlərinin informasiyaya ehtiyacı vardır. Bu ehtiyacda mətbuat tərəfindən ödənilir. Azərbaycanda milli mətbuatın yaranması keşməmeşli olmuşdur. O dövrün mübariz insanları milli mətbuat yaranmasına çətində olsa nail olmuşdur.

Azərbaycanda mətbuat yaranana qədər Azərbaycan xalqının iqtisadi, siyasi və mədəni həyatı ilə bağlı məlumatlar Tiflisdə çıxan rus dilli qəzetlərdə əks olunurdu. Bu qəzetlər siyahısına “Tifliskiye vedmosti”, ”Zakafkazski vestnik”, ”Novoye obozreniye” və başqa qəzetlər aiddir. Bu qəzetlərdə daha çox Azərbaycanın ədəbi həyatına dair məlumatlar öz əksini tapmışdır. Qafqazda çıxan ilk rus dilli qəzet “Tifliskiye vedomoste” olmuşdur. 1832-ci ildə Azərbaycan dilində də buraxılmışdır. Qəzetin Azərbaycan dilində adı “Tiflis əxbarı” idi. İlk milli mətbuat isə Əkinçi olmuşdur. Bu qəzetdən sonra “Kəşkül” və “Ziya” qəzetləri işıq üzü görür.

1870-ci ildən 1888-ci ilədək Qafqazda çıxan 56 mətbuat orqanından 3-ü Azərbaycan dilində idi. Azərbaycanda çıxan ilk rus qəzeti “Bakinski listok” hesab olunur. 1871-ci il martın 19-da çapdan çıxır. Ikinci rus dilli qəzet isə “Bakinskie izvestiya”dır. Bu qəzet quberniya idarəsinin rəsmi orqanı idi.

Kəşkül qəzeti bağlandıqdan sonra Tiflisdə Azərbaycan dilində qəzet çıxarmağa cəhd göstərmişlər lakin müəyyən səbəblərdən nail olmamışlar. Bunlardan M.Şahtaxtinskinin 1896-cı ildə Azərbaycan dilində “Tiflis” adlı, Kamal Ünsizadə isə 1900-cü ildə “Danıs” adlı qəzet çıxarmaq istəmişlər lakin baş tutmamışdır.

Azərbaycanın ilk gündəlik qəzeti “Şərqi-Rus”dur. O əvvəllər həftədə 3 dəfə buraxılırdı. Qəzet 1903-də nəşrə başlasa da 1904-cü ildən gündəlik fəaliyyətə göstərir.

Azərbaycanda uşaq mətbuatıda təşəkkül tapmışdır. Bunlardan 1911-ci il noyabrın 29da Bakıda “Məktəb” adlı yeni bir uşaq jurnalı nəşrə başlayır. Sonra isə 1921-ci ildə nəşrə başlayan “Maarif” və “Qırmızı günəş”, 1923-cü ildə isə “Gənc pioner”, 1927-ci ildə “Pioner” jurnalları, “Azərbaycan pioneri”adlı qəzet yeni nəslin tərbiyəsində mühüm rol oynamışdır.

Müasir mətbuat:İlk qəzet 1989-cu ildə Azərbaycan qəzeti yaradıldı. Müstəqil mətbuatın ilk qaranquşu hesab edilən “Azadlıq” qəzeti 1989-cu il 4 dekabrda işıq üzü görür. Qəzetə tanınmış jurnalist Nəcəf Nəcəfov rəhbərlik edib.

Hazırda ölkədə 4500-ə yaxın mətbuat orqanı qeydiyyatdan keçib.

I fəsil

Əkinçi Haqqında

Azərbaycan tarixində ən şərəfli tarixi günlərdən biridə Əkinçinin yəni ilk milli mətbuatın yarandığı gündür. XIX əsrin axırlarında Zaqafqaziya mədəni mərkəzi hesab olunan Tiflisdə milli teatrın və milli mətbuatın yaranması Azərbaycanda da mətbuat və teatr yaratmağa həvəs oyatdı. Azərbaycanda milli mətbuatın yaranmasına əsas maneə kimi feodal mütləqiyyəti və orta əsr geriliyi olmuşdur. Buna görə də Mərkəzi Rusiya qeberniyalarına nisbətən Azərbaycanda mütərəqqi inkişaf gec gedirdi. Azərbaycanda feodal münasibətləro və patriarxal qalıqlar güclü olsada Çarizmin mütəmləkə siyasəti bu yolda əsas maneə idi. Azərbaycan mətbuatının bünövrəsi sayılan Əkinçi yaradıcısı Həsənbəy Zərdabi olmuşdur.

Həsənbəy Məlikov Zərdabi:

Şirvanın Zərdab kəndində anadan olmuşdur. Zərdabi orta təhsilini Şamaxı və Tiflisdə almışdır. Dünya görüşü Moskva universitetində oxuduğu zamanda Timrzayev, Meçnikov, Pisarevin təsiri altında formalaşmışdır. Ç.Darvinin cahansümul təkamül nəzəriyyəsini dərindən mənimsəyir və bir müddət sonra qızğın təbliğatcılarından biri kimi çıxış edir.

Azərbaycanlı petrovistlər elm və maarifi yaymaq üçün gili şəkildə təçkil etdikləri Smoladeyiy dərnəyinin Zərdabini özünə mənəvi rəhbər seçməsi ona olan ehtiramdan irəli gəlir. Zərdabi xalqa fayda verən hər bir işə ümidlə girişirdi. O, çox vəzifələrdə çalışmış. Həmçinin bütün faydalı işlərdə yaxından iştirak etmişdir. Məsələn: Azərbaycanda peşəkər teatrın yaranmasında, Bakı real məktəbində müəllimlik, camaat arasında könüllü vəkillik və Rus mətbuatı ilə əməkdaşlıq.

Zərdabi özü mətbuat haqqında yazdığı “Rusiyada əvvəlinci türk qəzeti” məqaləsində qeyd edir “Hər kəsi  çağırıram, gəlməyir, göstərirəm, görməyir, deyirəm, qanmayır. Axırda gördüm ki, onları haraylayıb çağırmaqdan, onlara deməkdən başqa bir qeyri əlac yoxdur. Olmaz ki, mənim sözümü eşidənlərdən heç bir qanan olmasın! Necə ki, bir  bulağın suyunun altına nə qədər bərk daş qoysan, bir neçə ildən sonra o su  tökülməkdən o bərk daş mürur ilə əriyib deşilir, habelə söz də, ələlxüsus, doğru  söz mürur ilə qanmazın başını deşib onun beyninə əsər edər... Belədə qəzet çıxarmaqdan savayı bir qeyri əlac yoxdur.” Bu sözlərdə bir neçə məna var: maarifçilik məsləki, mübarizə əzmi, xalqa məhəbbət, birdə ən əsası və mühümi “doğru söz” ”doğruluq” eşqidir. Zərdabiyə görə jurnalistika mətbuat dedikdə hər cür mətbuat yox məhz əməkçi xalqa, onun tarixi mənafeyinə,tərəqqisinə xidmət etməlidir. Mətbuat həmçinin ictimai zülmə, haqsızlığa və rəzalətə qarşı çevrilməlidir. Zərdabi bu ideyaları Əkinçidə reallaşdırmağa çalışmışdır.

Əkinçinin digər aparıcı qüvvələri bir çox başqa məsələlər kimi demokratik mətbuatın səciyyəsi, Azərbaycanca qəzetin vəzifləri, mövzu dairəsi və s. haqqında görüşləri ilə də Axundzadə ilə tam həmrəy, həmfikir idilər. Qəzetdə “xarici siyasət işləri” haqqında, “ölkənin intizamı, millət və məmləkətin faydaları” haqqında “daxili xəbərlər və hadisələr” haqqında, öz xeyrini güdən “üməra və mənsəb sahibləri” haqqında, eyni zamanda “əsarətdən qətiyyən qorxmayıb, igilik göstərən”, “millət və ölkə qarşısında vəzifəsinə əməl edən” “dövlət xadimləri, alimlər, şairlər, filosoflar, ordu sərkərdələri haqqında yazmağı vacib bilən Axundzadənin şagirdləri kimi onlar, məsələn, bu fikirdə idilərki, qəzet və jurnal oxumaq nəinki insanı dünyadan xəbərdar edir, öz dilini öyrədir, “hər vilayətin qəzeti” nəninki gərək “o vilayətin aynası olsun” qəzet nəinki “dərviş kimi nağıl deyə bilməz, onun borcudur işlərin yaxşı və yamanlığını ayna kimi xalqa göstərsin ta xalq kimi bədindən xəbərdar olub, onun əlacının dalınca olsun”.

Bu prinsipə təcrübədə ən əvvəl Əkinçi özü əməl etmişdir. O əsl mənada xalqa işlərin yaxşı və yamanlığını göstərən, ictimai həyatın aynası olan, daha artıq desək təkcə cəmiyyətdəki nöqsan və bəlaları təsvir etməklə kifayətlənməyib, eyni zamanda onların əlacı haqqında da düşünən, yazan, məsləhət verən bir qəzet idi.

Sözsüz ki, döru sözə düşmən olan belə ictimai quruluşda belə bir qəzet nəşr etmək asan iş deyildi. Zərdabi də buna asan nail olmamışdır. Zərdabi Əkinçini nəşr etdirmək üçün icazəni üçillik ağır və gərgin işdən sonra ala bilir. Sonralar Zərdabi bunu yanıqlı-yanıqlı xatırlayaraq yazır “Bəs qəzeti necə çıxardım? Pul yox, yazıçı yoldaş yox, çapxana yox, hürufat yox, əmələ yox, bir-iki yüzdən artıq oxuyan da olmayacaq. Dövlət tərəfindən izin almaq da ki, bir böyük bəladır”. Zərdabi təkcə icazə almaqda çətinlik çəkmirdi, ərəb əlifbası ilə hürufat tapmaqda çətin idi. Bu yaxınlara qədər Türkiyədə fəaliyyət göstərən “Babi-ali caddəsi”ndə mətbuat və kitab ticarəti sahəsində çoxlu azərbaycanlı işləyirdi ki, Zərdabinin xatirələrində göstərdiyinə görə əsasən hürufat tədarükündə böyük köməklik göstəriblər.

Zərdabinin qeydlərindən məlum olur ki, o zamanlar Qafaqaz xalqalarına böyük rəğbət bəsləyən Bakı qubernatoru Staroselskinin Əkinçinin senzuradan keçməsində böyük rolu olmuşdur. Demək olar ki Əkinçi ilk qəzet sayılır ki, o torpaq barəsində mənsub olduğu xalqın maddi və mənəvi həyatından və ən əsası dogma həmvətənlərinə xidmət etsin.

M.F.Axundzadə Əkinçinin əhəmiyyətini qeyd edərkən bildirib ki , “bir həqiqəti də nəzərə almaq lazımdır ki, o zaman Azərbaycan dilində kitab çap eləmək dağ çapmaq kimi bir iş idi. O dövrdə hər hansı bir əsəri kitab halında buraxmaq çox çətin idi. Beləki pul olanda mətbəə olmurdu. Mətbəə tapılanda oxuyucu tapılmırdı. Bu hadisə o dövrün bütün şair və yazıçılarına tanış idi. Belə bir gərgin dövrdə yaranan Əkinçi Azərbaycan tarixinin böyük bir mədəni hadisəsi idi.”

Çar senzurası Əkinçinin proqramını nəzərdən keçirəndən sonra bildirmişdir ki, bu mətbu orqan yalnız məişətdən yazmalıdır, siyasi görüşləri yaxud bütün müasir həyat quruluşunu müzakirə edən yazılara qadağa qoyulmuşdu. Lakin jurnalist təcrübəsindən məharətlə istifadə edən Zərdabi proqramdan kənara çıxa bilmişdir. Zərdabi öz qələmi ilə Əkinçini Azərbaycan ictimai-siyasi, fəlsəfi, bədii,elmi, iqtisadi, pedaqoji və etik fikrinin aynasına çevirməyi bacarmışdır. Həmin dövrdə Əkinçinin mənsub olduğu xalqın savadsız olması Əkinçi nümayəndələriin əsas qayğısı idi. Zərdabi qəzeti oxunsun deyə nəinki Bakı küçələrində hətta başqa şəhərlərə belə müftə göndərirdi.

Əkinçi XIX əsr Azərbaycan ictimai fikri, mətbuatı, ədəbiyyatı və dilinin habelə təbiətşünaslıq elminin tarixini öyrənməl üçün çox mühüm mənbədir. Əkinçi ictimai münasibətlərdə, maarif, mədəniyyətdə, geyimdə, əxlaqda bir sözlə hər şeydə yenilik, tərəqqi, gözəlləşmə və təzələnmə tərəfdarı idi. Bunu qəzetin 1-ci nömrəsində xüsusilə qeyd edirlər. Əkinçinin çox əhəmiyyət verdiyi məsələlərdən biridə iqtisadi məsələ idi ki, Zərdabi məqalələrində yerli sənayeni inkişaf etdirməyin önəmindən danışırdı. Əkinçi iqtisadi bərabərsizliyə, milli zülm və əsarətə dair yazdığı məqalələrdə onun çıxış yolunu da göstərirdi.

Əkinçidə əksini tapan məsələlər qruplaşdırılmışdır. Belə ki :



  1. Daxiliyyə - məqalələr qəzetin münşisi tərəfindən yazılacaq

  2. Əksini tapn məsələlər isə Əkin və ziraət xəbərləri iddi

  3. Elmi xəbərlər – yeni elm və imtahan yolu ilə aşkar olunan məsələlər əks olunacaq.

  4. Tazə xəbərlər – birqisim xəbərlər olacaqdır. Əvvələn ticarət xəbərləri öz əksini tapacaqdır.

İlk sayında qeyd olunmuşdu ki, qəzetin 4 şöbəsi olacaqdır ki bütün məsələlər burada öz əksini tapacaqdır. 6-ci nömrədən sonra “Məktubat” rubrikası da açıldı ki burada da məqalələr dərc olunmağa başladı. Əkinçi Qafqazda çap olunsa da tezliklə ümumrusiya müsəlmanlarının qəzetinə çevrildi. Qəzeti hətta Volqaboyunda, Mərkəzi Asiya və Sibirdə də oxuyurdular. Hənifə xanım Abayeva öz xatirələrindən birində Əkinçinin yayıldığı geniş coğrafiyaya toxunaraq yazıb : “Qəzet rusiyadakı bütün müsəlmanları yerindən tərpətmişdi. O, bir elektrik cərəyanı kimi bütün müsəlman aləminin içərisindən keçmişdi... Qəzetin ilk abunəçiləri, onu birincilər içərisindən salamlayanlar Omsudan, Tümendən, Orenbura, Rya, Volqaboyu tatarları idilər”. Qəzetin sorağı Londona da gedib çıxmışdır. Bakiya gələn fransız müxbir isə Zərdabinin təkbaşına qəzet çap etdiyini öyrənib onun ziyarətinə getmiş və demişdir “siz həqiqi qəhrəmansınız. Bizdə belə bir vacib qəzetdə işləməyə razı olan 1 nəfər də tapılmazdı. Sizin enerjinizə heyranam. Görünür öz xalqınızı ürəkdən sevirsiniz.”

1877-ci ilin 20-ci sayında çıxan Əkinçinin ilk səhifəsində belə birr elan var idi. “Biz xəstə olduğumuza görə ilin axırıncı nömrələri öz vaxtlarında çıxmayacaq və onların haçan çıxması məlum deyil”. Məhz bu elandan sonra Əkinçi bağlandı. Burada azərbaycanlı əhaliyə düşmən münasibəti ilə seçilən Bakı qubernatoru Ruzinin də rolu böyük olmuşdur. Qəzetin 1875-ci ildə 12, 1876-cı ildə 24, 1877-ci ildə 20 sayı işıq üzü görmüşdür.



II Fəsil

Əkinçinin açdığı diskusiyalar və mahiyəti

Əkinçi qəzetində daha çox 2 mövzu ətrafında plomika gedirdi. Bu mövzular 1)dini və dünyəvi elmlər 2) Məhərrəmliklə bağlı olmuşdur. Əkinçi hər işdə yeniliyin tərəfdarı olduğu kimi təhsildə də yeniliyin tərəfdarı idi. Əkinçi yazılarında köhnə təlim tərbiyyə üsullarını pisləyir mədrəsə və mollaxanaların yaramazlığını, orada tədris edilən dini fənlərin puçluğunu açıb göstərirdi. Azərbaycan məktəbinin öz təlim və tədriis işində hansı elmlərə üstünlük verməli olduğunu müəyyənləşdirmək, tərəqqipərvər maarif xadimlərinin fəaliyyətinə istiqamət vermək məqsədi “Əkinçi” fəal əməkdaşı Heydərinin “Elmi-əbdan” və “elmi-ədyan” haqqında dolğun məzmunlu məqaləsini mübahisə yolu ilə dərc etmişdi. Heydərinin “dünyəvi və dini elmlər” haqqındakı məqaləsi ətrafında Əkinçi qəzetində dolğun müzakirələr aparıldı. Bu müakirələrdə Zərdabi, Vəzirov, Əhsənül-Qəvaid, Zaqafqaziya şeyxülislamı axund Əhməd Hüseynzadə, Məhbus Dərbəndi və başqaları iştirak edirdilər. Müzakirəyə birinci qoşulan əhsənül-Qəvaid olmuşdu. O, bu məsələ ilə əlaqədər bir neçə məqalə çap etdirdi. Əhsənül-Qəvaid maarifçi olmaq etibarı ilə əqlin,idrakın gücünə möhkəm inanır, hətta onun vasitəsilə insanların azad,dinc,qayğısız yaşayacağına bel bağlayırdı. Elə bu xüsusiyyətinə görə də o təhsil yolu ilə əqli inkişaf etdirməyin, sənət öyrənməyin vacibliyini göstərir. Xalqın elmin gücü ilə cəhalət torpağını öz üstündən atacağına inanırdı və bu yolda da dünyəvi elmlərin vacibliyini qeyd edirdi. Müzakirə zamanı digər bir cəbhə də formalaşırdı. Bu dindar mühafizəkar cəbhəsi idi. Bu cəbhənin məktubları da qəzetdə çap olunurdu. Zərdabi cəhalətpərəst qüvvələrin məktublarını çap etdirməklə onların iç üzünü öz cızmaqaraları ilə göstərməklə qalmır. Onlara tutarlı cavablarda verirdi. Məsələn axun Əhməd Hüzeynzadə bu məsələyə tipik ruhani mövqeyindən yanaşırdı. Onun fikrincə, elmin iki qisim olması insanın iki cür ehtiyacı olduğundan irəli gəlir : cismani və ruhani ehtiyaclar. Beləliklə, dinlə elmi barışdirmaq mövqeyində duran Şeyxül-islam insana guya hər iki elmin eyni dərəcədə vacib olduğunu sübuta canatırdı. Dünyəvi elmlərin həyatı əhəmiyyətini yüksək qiymətləndirən Əlimədəd Abdullaoğlu elm və sənət dalınca getməyən həmyerlilərini odlana-odlana danlayır. Dərbənddə sənət məktəbi açmağı təklif edirdi. Zərdabinin bu müzakirələri yaratmması və məharətlə istədiyi istiqamətə yönəltməsi təsadüfü deyildi. Bütün bunlar düşünülmüş təşəbbüs idi. Müzzakirənin başlıca məqsədi dünyəvi elmlərin vacibliyini göstərməklə xalqda ona qarşı rəğbət hissi oyatmaq, ana dilində yeni üsüllu məktəblər açılmasına və onlarda həmin fənnlərin tədrisinə maraq yaratmaqdan ibarət idi. Dünyəvi və dini elmlərin varlığını göstərməklə yanaşı, Zərdabi onların arasında olan ciddi fərqi də qeyd edirdi : “Onların hər birisi bir qeyri-aləmdir” Zərdabi təəssüflə yazırdı ki, indiyədək camaat hər iki elmi “bir ustaddan bir məktəbxanada öyrənirdi. Yəni hər kəs oxuyub həmi molla, həmi üləma olurdu. Başda sarığı olmayana üləma demirdilər”. O artıq indi dəyişdiyini elm və texnikanın böyük naliyyətkər əldə etdiyini yazırdı.

Zərdabi nümunəvi dərs kitablarının olmasını yaxşı təhsil almağın əsas şərtlərindən biri hesab edirdi. Zərdabi artıq ana dilli dərs vəsaitlərinin yazmağın vaxtı gəldiyini qeyd edir. Onun fikrincə anadilli kitablar yazmaq və başqa xalqların əsərlərini ana dilinə çevirməyi faydalı xidmət kimi qiymətləndirirdi. Məktəblər açmaq, əhalini savalandırmaq problemini irəli sürərlən Əkinçi təlim tərbiyə üsüllarını da nəzərdən keçirir, saf çürük edirdi. Maarif sahəsində zərərli zehniyyətin dərin kök salmasını pisləyir, köhnəlmiş üsul və qaydaların zərəri aşkara çıxarılır onların aradan qaldırılması lüzumu göstərilirdi.

Vəzirovda öz kəskin publisist qələmi ilə köhnə məktəblərdə dözülməz vəziyyəti təsvir edərək yazırdı “Məktəbdə mollanın falaqqası və çubuğu, ustadın və qeyri şagirdlərin qapazı, evdə ata və ananın yumruq şilləsi və onların hamısının bəd əməli biçarə usage bir az zamanda oğru, yalançı və hər bəd bihesablıqdan xəbərdar edir… Bizim müəllim uşaq üçün cəlladdır”.

Əkinçini müntəzəm izləyən M.F.Axundov elmlər ətrafındakı müzakirə ilə, həmçinin yeni məktəblər yaratmaq uğrunda təbliğala çox maraqlanırdı. Şübhəsiz, Əkinçiyə onun redaktoruna böyük ümid və hörmət bəsləyən mütəfəkkir yazıçı bu məsələlər haqqında öz fikrini bildirəcəkdi. Belə də oldu. Qəzetin 1877-ci il 18 yanvar tarixli 2-ci npmrəsində o “Vəkili-naməlum-millət” imzası ilə məqalə çap etdirdi. Məqalədə günün bir sıra mühüm məsələləri öz əksini tapmışdı. Burada elm öyrənməyin vacibliyi, üsylları, bu yoldakı çətinliklər və maneələr, habelə Əkinçi qəzetinin az yayılmasının səbəbləri və s. ətraflı şərh olunurdu.

M.F.Axundov təlim-tərbiyəyə böyük ictimai iş kimi baxırdı. İnqilaçı-demokrat səviyyəsinə yüksələn Axundov ölkənin başdan-başa savadlanmasını çarizm quruluşunda haqlı olaraq müşkül bir iş hesab edirdi. Elə buna görə də məqaləsində təhsilin,xüsusən ibtidai təhsilin həyata keçirilməsinin vacibliyini bildirməklə yanaşı, bu yolda ciddi maneələr olduğunu da ürək ağrısı ilə göstərirdi. O, Zərdabidən təkidlə soruşurdu : bizə de görək, elmi harada, kimdən və hansı dildə öyrənək? Bu sözlərlə Axundov müəllim kadrlarının və ana dilində dərs kitablarının olmadığını işarə edirdi. Doğrudan da xalqın maariflənçəsi işi acınacaqlı vəziyyətdə idi. Təhsilin ana dilində aparılmaması fənnlərin dini mahiyyət daşıması, dərs vəsaitinin olmaması və üstəlik köhnə əlifbanın çətinliyi o zamankı Azərbaycan məktəblərinin şikəst cəhətləri idi. Məqalənin sonunda Əkinçinin lazımınca yayılmamsının ən ümdə səbəbi də xalqın savadsız olmasında axtarılırdı. “Şəhərlərdə, kəndlərdə və obalarda xanzadəmiz, bəyzadəmiz, sövdagərzadəmiz, ikinçilərimiz, sərkarlarımız, çobanlarımız oxumaq və yazmaq bilmirlər.”

Əkinçi qəzetinin 1877-ci il 3cü nömrəsində başqa bir köhnəpərəstin-Hamidül-Qəvaid kapitan Sultanovun mürtəce məzmunda yazısı çap olundu. İrticanın quvvətləndiyi belə bir ağır zamanda Zərdabi, S. Ə. Şirvani, Ə. Heydəri, Məhəmməd Əlizadə Şiravani və başqaları öz mütərəqqi mövqelərində möhkəm dayanıb, qaragürühçuların müqavimətini qırmağa qalxışırdılar. Seyid Əzim özünəməxsus satirik bir dillə Hadinin simasında mürtəce ziyalıları qırmanclayırdı. O, hadiyə müraciətən yazdığı şerdə istehza ilə deyir ki, can sənin, xəncər sənin, başını çap, qoy bu oyunbazlığa aləm tamaşa etsin! Kapitan sultanov yersiz hücümlarını və baş çapmağa haqq qazndırmaq cəhddlərini ifşa edən Heydəri yazırdı : “Xalq arasına ədavət salma. Bu od ki, biz düşürmüşük, üfürməmiş alışır… Sair millətlər ölülərinə ağlasalar, biz dirilərimizə gərək ağlayaq”. M. Əlizadə Şirvani də kapitan Sultanovun dindarlıq cəbhəsindən yazılmış məqaləsinə kəskin cavab verərək, həyəcanlı dillə ondan soruşurdu : “Cənab Sultanov, bilmirəm nə hirs sizə qələbə edib ki, bir belə kağızı yazmağa iqdam edib, xalqı başlarını xəncər ilə doğramağa təhrik və təhris edirsiniz?”

Əkinçinin nail olmaq istədiyi məqsədlər:


  • Təhkimçilik hüququ və onun bütün sahələrdə doğurduğu nəticələrə barışmaz mövqe

  • Öz müqəddəratını təyin etmək və vətəndaş azadlığı

  • Xalq kütlələrinin ictimai rifah halını yaxşılaşdırmaq

  • Dildə sadəlik təmizlik fikirdə aydınlıq dəqiqlik nümayiş etdirmək

  • Milli etnk psixologiyanı qorumaq

  • Ailə cəmiyyət və vətən əxlaqına sahib olmaq və s.


Nəticə

Mətbuatın əsası Əkinçi ilə qoyuldu. Sonra yaranan bütün qəzet və jurnallar Əkinçinin ənənəsini davam etdirdi. Əkinçi Azərbaycan mətbuat tarixində silinməz iz qoydu. Elə bir iz qoyduki nu günü mətbuatda onu davam etdirir.



MÜNDƏRİCAT:

1.GİRİŞ.......................................................................................2

2. I fəsil. Əkinçi Haqqında.........................................................4

3. II Fəsil. Əkinçinin açdığı diskusiyalar və mahiyəti........10

4.Nəticə......................................................................................15

5.Ədəbiyyat siyahısı.................................................................17

Ədəbiyyat siyahısı:

1.Akif Aşırlı ``Azərbaycan mətbuatı tarixi(1875-1920) ,Bakı 2009.

2. Vəli Məmmədov “Əkinçi qəzeti”. Bakı 1976.

3. Əkinçi tam mətni

4. Wikipediya


Yüklə 60,65 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə