Azərbaycan respublikasi təHSİl naziRLİYİ XƏZƏr universiteti TƏHSİl faküLTƏSİ



Yüklə 85,91 Kb.
tarix17.01.2018
ölçüsü85,91 Kb.
#21540

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

XƏZƏR UNİVERSİTETİ

TƏHSİL FAKÜLTƏSİ

BİOLOJİ ELMLƏR DEPARTAMENTİ

Sitologiya, embriologiya və histologiya

Kursun proqramı

(Fənn sillabusunun təxmini strukturu)

Tədris ili və semestri

2013 / 2014 Yaz

Müəllim: MD, PhD Müşfiq Orucov



Razılaşdırılmışdır


Təsdiq edirəm


Dekan:

PhD Elza Səmədova

Departament müdiri:

MD, PhD Müşfiq Orucov


S Y L L A B U S


Ümumi məlumat

Fənnin adı, kodu və kreditlərin sayı

BİO203 Sitologiya, embriologiya və histologiya

3 kredit


Departament

Bioloji elmlər

Proqram

Bakalavr

Tədris semestri

Yaz, 2013/2014-cü tədris ili

Fənni tədris edən müəllim

Tibb üzrə fəlsəfə doktoru Müşfiq Orucov

E-mail:

morujov@khazar.org; morujov@hotmail.com

Telefon:

(+99412) 421-10-93

Mühazirə otağı/Cədvəl

Məhsəti küç., 11 (Neftçilər kampusu), 201 N saylı otaq

Mühazirə: Çərşənbə axşamı, saat 16.40-18.00

Praktik məşğələ: Cümə axşamı, saat 15.10-16.30





Konsultasiya vaxtı

Cümə günü, saat 16.40-18.00

Prerekvizitlər

BİO101 Ümumi biologiya.

Tədris dili

Azərbaycan

Fənnin növü

Məcburi

Dərsliklər və əlavə ədəbiyyat

Əsas dərsliklər və atlas:

1. Qasımov E.K. Sitologiya. Dərslik. Bakı, 2009, 277 səh.

2. Hüseynov B.M., Quliyev M.İ. Embriologiya. Dərs vəsaiti. Bakı, 2010, 158 səh.

3. Abdullayev M., Abiyev H. Ümumi histologiya. Dərslik. Bakı, Maarif, 1975, 324 səh.

4. Qasımov E.K. Histologiya atlası. Bakı, 2010, 517 səh.

Əlavə vəsaitlər:

1. Qasımov E.K., Sultanova T.Ə., Orucov M.T. Histologiya (rənglə və öyrən). Bakı, 2007, 344 səh.

2. Кузнецов С.Л., Мушкамбаров Н.Н. Гистология, цитология и эмбриология. Учебник для студентов медицинских вузов. Медицинское информационное агентство, 2007, 600 стр.

3. Junqueira L.C. Carneiro J. Basic histology. Text & Atlas, 2005.

4. Gartner L.P., Hiatt J.L. Color Textbook of Histology. Saunders, 2001.

5. Sadler T.W. Langman’s Medical Embryology. Lippincott Williams & Wilkins, 2004.



Köməkçi WEB-mənbələr:

http://www.histology-world.com/

http://www.youtube.com/playlist?list=PLD7882068A01C370F

www.bu.edu/histology/m/

php.med.unsw.edu.au/embryology/


Tədris metodları

Mühazirə

x

Qrup müzakirəsi

x

Histoloji mikroprepatların təhlili

x

Qiymətləndirmə

Komponentləri

Tarix/son müddət

Faiz (%)

Albom

Semestrin sonu

10

Quiz

Semestr ərzində

10

Davamiyyət




5

Referat (sərbəst iş)

Semestrin sonu

10

Aralıq imtahanı




25

Final imtahanı




40

Yekun




100

Kursun təsviri

Bu kurs hüceyrələrin, toxumaların morfo-funksional xüsusiyyətlərinə və insanın ümumi inkişaf qanunauyğunluqlarına həsr olunmuşdur. Hüceyrə insan orqanizminin quruluş vahidi olaraq canlının əsas xarakterik cəhətlərini özündə cəmləyir. Hüceyrələrdən formalaşan 4 növ əsas toxumalar orqanları əmələ gətirirlər.

Kursun məqsədləri

Ümumi məqsəd:

Tələbələrə hüceyrənin, toxumaların quruluş və funksional xüsusiyyətlərini mənimsətmək və rüşeymin inkişafının ümumi .mexanizmlərini izah etməkdir.



Xüsusi məqsədlər:

Tələbələri akademik olaraq dəstəkləmək, onların öz potensiallarını realizə etməyə yardımçı olmaq.

Tələbələrin kursda iştirakını həvəsləndirmək, qarşılıqlı hörmət və anlayış mühitini təmin etmək.

Sitologiya, histologiya və ümumi embriologiya fənləri ilə digər bioloji fənlərin əlaqələndirilməsi.



Tədrisin (öyrənmənin) nəticələri

Kursun sonunda tələbələrin nəyi bilməlidirlər:

1. Hüceyrənin əsas tərkib hissələrinin quruluş və vəzifələrini.

2. Hüceyrənin bölünmə mexanizmlərini və həyat tsiklini.

3. Ayrı-ayrı toxumaların quruluş və vəzifələrini.

4. Rüşeymin formalaşmasını, toxumaların inkişaf mənbələrini.

5. Hüceyrələrin əsas orqanellərindən olan Holci kompleksi və mitoxondrilərin, cinsi hüceyrələrin, embrional inkişafın əsas mərhələlərinin, epitel, birləşdirici, əzələ və sinir toxumalarının histoloji mikropreparatlarının mikroskop altında diaqnostikasını.



Qaydalar (Tədris siyasəti və davranış)

Dərsin təşkili

Fənnə aid ümumi xarakterli məlumatlar mühazirə zamanı tələbələrə çatdırılacaqdır. Təcrübi məşğələ zamanı tələbələrin əvvəlki mövzunu mənimsəmələri qiymətləndiriləcək, yeni mövzu histoloji prepartların əyani nümayişi ilə daha dərindən izah ediləcəkdir. Aralıq və final imtahanları öncəsi tələbələrin mənimsəmə səviyyələri yoxlanılacaqdır. Kursun sonunda referatların və sərbəst işlərin (albomun) verilməsi vacibdir.


Davamiyyət

Tələbələrin bütün dərslərdə iştirakı vacibdir. Tələbələr müəyyən səbəblərdən dərslərin buraxılması (xəstəlik, ailə vəziyyəti və s.) haqqında məlumatı fakültə dekanlığına təqdim etməlidirlər. 20%-dən artıq dərs buraxan tələbələr imtahana buraxılmır.



Dərsə gecikmələr və ya digər dərs pozuntuları

Dərsə 5 dəqiqədən artıq gecikən tələbə dərsə buraxılmır. Buna baxmayaraq, tələbə ikinci dərs saatına buraxıla bilər.



Yoxlama işi

Müəllimə və dekanlığa qabaqcadan məlumat verilən səbəblərdən yoxlama işində iştirak etməyən tələbə yoxlama işini növbəti həftədə yaza bilər.



İmtahanlar

Tələbənin imtahanda iştirakı və ya imtahanın buraxılması ilə bağlı bütün məsələlər fakültə rəhbərliyi tərəfindən həll olunur.

Aralıq və yekun imtahanı mövzuları tələbələrə imtahandan öncə verilir. Aralıq imtahanının sualları yekun imtahanında təkrarlanmır.

İmtahan qaydalarının pozuntuları

Aralıq və yekun imtahanları vaxtı tələbə tərəfindən imtahanın gedişini pozmaq və köçürmələr qadağandır. Bu qaydaya riayət etməyən tələbələrin imtahan işi ləğv olunur və tələbə 0 (sıfır) qiymət ilə imtahandan kənarlaşdırılır.



Fənni bitirmək qaydası

Universitənin qaydalarına müvafiq olaraq kursu bitirmək üçün ümumi müvəffəqiyyət faizi 60% və yuxarı hesab edilir. Kəsiri olan tələbə bu fənni növbəti semestr və ya növbəti il təkrarən götürə bilər.



Tələbələrin davranış qaydaları

Dərs zamanı dərs prosesini və etik qaydaları pozmaq, həmçinin tələbələr arasında icazəsiz müzakirələr və mobil telefonlardan istifadə qadağandır.


Cədvəl (dəyişdirilə bilər)

Həftə

Tarix

(planlaşdırılmış)

Fənnin mövzuları

Dərslik/Tapşırıqlar

I

10.02.2014

13.02.2014



Mühazirə №1: Sitologiya - bioloji və tibbi fənn kimi. Qısa tarixi, obyektləri, tədqiqat üsulları. Mikroskopiya haqqında anlayış. Hüceyrənin ümumi quruluşu. Hüceyrə zarının (plazmalemmanın) quruluşu.

Praktik məşğələ :1 Mikroskopla tanışlıq. Histoloji texnika. Histoloji preparatın hazırlanmasının əsas prinsipləri. Boyama metodları.

Səh. 1-26

(Qasımov E.K. Sitologiya, 2009).



II

17.02.2014
20.02.2014

Mühazirə №2: Plazmalemmanın funksiyaları.

Praktik məşğələ 2: Endositoz. Ekzositoz. İkinci vasitəçilər. Hüceyrə zarı reseptorları.

Səh. 26-70.

(Qasımov E.K. Sitologiya, 2009).



III

24.02.2014

27.02.2014



Mühazirə №3: Hüceyrənin dayaq-hərəkət kompartmenti: kortikal sitoplazma və sitoskelet. Hüceyrə orqanelləri: sentrosom (hüceyrə mərkəzi) və mitoxondri.

Praktik məşğələ №3: Sentrosom və mitoxondrinin histoloji preparatları.

Səh. 76-127.

(Qasımov E.K. Sitologiya, 2009).



IV

03.03.2014

06.03.2014



Mühazirə №4: Hüceyrə orqanelləri: ribosom, endoplazmatik şəbəkə, Holci kompleksi, lizosom, endosomal kompartment, peroksisom, proteasom. Sitoplazmatik əlavələr.

Praktik məşğələ №4: Holci kompleksinin histoloji preparatı.

Səh. 127-163.

(Qasımov E.K. Sitologiya, 2009).



V

11.03.2014

13.03.2014



Mühazirə №5: Hüceyrənin nüvəsi: nüvə zarı, xromatin, nüvəcik, hüceyrə tsikli. Hüceyrənin bölünmə tipləri. Hüceyrənin ölümü, apoptoz.

Praktik məşğələ №5: Mitoz və amitozun histoloji preparatları.

Səh. 169-254.

(Qasımov E.K. Sitologiya, 2009).



VI

17.03.2014

19.03.2014



Mühazirə №6: Embriologiya – bioloji inkişafin bir hissəsi kimi. Cinsi hüceyrələr. Mayalanma. Ziqot. Blastosist. Qastrulyasiya.

Praktik məşğələ №6: Spermatozoidlər və yumurta hüceyrələrin histoloji preparatları.

Səh. 107-120.

(Abdullayev M., Abiyev H. Ümumi histologiya, 1975)

Səh. 6-100.

(Hüseynov B.M., Quliyev M.İ. Embriologiya, 2010)



VII

27.03.2014

28.03.2014



Mühazirə №7: Rüşeymin ox orqanları kompleksi. Rüşeym vərəqələri və onların differensiasiyası. Rüşeymxarici orqanlar.

Praktik məşğələ №7: Rüşeymin ox orqanlarının (sinir borusu, xorda və somitlər) və göbək ciyəsinin histoloji preparatları.

Səh. 121-131.

(Abdullayev M., Abiyev H. Ümumi histologiya, 1975)

Səh. 101-154.

(Hüseynov B.M., Quliyev M.İ. Embriologiya, 2010)









Aralıq imtahan




VIII

07.04.2014

10.04.2014



Mühazirə №8: Toxumalar. Ümumi morfo-funksional xüsusiyyətləri. Təsnifatı. Epitel toxuması. Örtük epiteli. Bazal membran. Hüceyrəarası əlaqələr.

Praktik məşğələ №8: Təkqatlı epitel (mzotel, kubşəkilli, silindrik) və çoxqatlı epitel (yastı buynuzlaşan, yastı buynuzlaşmayan və keçid) toxumalarına aid histoloji preparatlar. Bazal membranın elektron-mikroskopik şəkli.

Səh. 132-152.

(Abdullayev M., Abiyev H. Ümumi histologiya, 1975)




IX

14.04.2014

18.04.2014




Mühazirə №9: Vəzi epiteli. Sekresiya. Ekzokrin vəzilərin quruluş-funksional xüsusiyyətləri.

Praktik məşğələ №9: Sadə borulu (nazik bağırsaq vəzisi) və mürəkkə alveollu (piy vəzisi) vəzilərin histoloji preparatları.

Səh. 152-161.

(Abdullayev M., Abiyev H. Ümumi histologiya, 1975)




X

21.04.2014

24.04.2014



Mühazirə №10: Qan – bir toxuma kimi. Qanın plazması və formalı elementləri. Qanın əsas funksiyaları.

Praktik məşğələ №10: İnsan qanı yaxmasıının preparatı.

Səh. 165-202.

(Abdullayev M., Abiyev H. Ümumi histologiya, 1975)




XI

28.04.2014

01.05.2014




Mühazirə №11: Birləşdirici toxuma: ümumi quruluş prinsipi, təsnifatı, funksiyaları. Lifli birləşdirici toxumanın hüceyrələri və amorf maddəsi. Xüsusi xassəli birləşdirici toxumalar.

Praktik məşğələ №11: Kövşək lifli (dərinin məməcikli qatı) və sıx lifli (vətər) birləşdirici toxumaların, piy toxuması və retikulyar toxumanın histoloji preparatları.

Səh. 203-235.

(Abdullayev M., Abiyev H. Ümumi histologiya, 1975)




XII

05.05.2014

08.05.2014



Mühazirə №12: Qığırdaq və sümük toxumaları.

Praktik məşğələ №12: Hialin, elastik və lifli qığırdaq toxumalarının, kobud lifli və lövhəli sümük toxumalarının histoloji preparatları.

Səh. 236-251.

(Abdullayev M., Abiyev H. Ümumi histologiya, 1975)





XIII

12.05.2014

15.05.2014



Mühazirə №13: Əzələ toxuması: təsnifatı, ümumi quruluş prinsipləri. Skelet, ürək əzələ və saya əzələ toxumalarının morfo-funksional xüsusiyyətləri.

Praktik məşğələ №13: Eninəzolaqlı skelet (dil əzələləri), ürək (miokard) və saya (sidik kisəsi divarında) əzələ toxumalarının histoloji preparatları.

Səh. 252-267.

(Abdullayev M., Abiyev H. Ümumi histologiya, 1975)




XIV

19.05.2014

22.05.2014



Mühazirə №14: Sinir toxuması: morfo-funksional xüsusiyyətləri. R.Kaxalın neyron nəzəriyyəsi. Neyronlar. Sinir ucları. Sinapslar.

Praktik məşğələ №14: Neyronda xromatofil maddə və neyrofibrillərə aid histoloji preparatlar.

Səh. 268-277, 288-300.

(Abdullayev M., Abiyev H. Ümumi histologiya, 1975)




XV

26.05.2014
29.05.2014

Mühazirə №15: Sinir toxuması: Neyroqliya, növləri, morfo-funksional xüsusiyyətləri. Sinir lifləri.

Praktik məşğələ №15: Mielinli və mielinsiz sinir liflərinin histoloji preparatları.

Səh. 278-288.

(Abdullayev M., Abiyev H. Ümumi histologiya, 1975)










Final imtahan






Bu tədris proqramı fənn haqqında tam məlumatı özündə əks etdirir və hər hansı dəyişiklik barədə öncədən xəbər veriləcək.
Yüklə 85,91 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə