Azərbaycan respublikasi təHSİl naziRLİYİ



Yüklə 52,95 Kb.
tarix17.09.2017
ölçüsü52,95 Kb.
#399
növüMühazirə

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

XƏZƏR UNİVERSİTETİ

EKSPERİMENTAL PSİXOLOGİYA”



KURSU üzrə

PROQRAM

(Bakalavr kursu üçün)

Tərtib Etdi: R.İ.Əhmədova

Bakı – 2013

Giriş

Proqram “Eksperimental Psixologiya” fənni üzrə standart kursun materiallarını özündə əks etdirir. Fənnin tədrisində psixoloji tədqiqatın metodoloji əsasları təqdim olunur, emprik metodların təsnifatı və xarakteristikası öz əksini tapmışdır. Psixoloji eksperimentin prosedurları və təşkili, dəyişikliklərə nəzarət üsulları və eksperimental plan sxemləri ətraflı nəzərdən keçirilir.

Eksperimental psixologiya kursunun proqramında öyrənilənlə eksperimentatorun qarşılıqlı münasibətlərinin sosial-psixoloji aspektlərinə də baxış əksini tapıb.

“Eksperimental psixologiya” kursunun proqramından psixologiya fakultəsinin tələbələrinin tədrisində, həmçinin psixoloji tədqiqatın aparılma üsulları ilə maraqlanan digər ixtisas sahibləri yararlana bilər.






Mövzunun adı

Cəmi

Mühazirə

Məşğələ

1.

Eksperimental psixologiya: elmi tədqiqat, onun prinsipləri və strukturu

4

2

2

2

Psixoloji tədqiqatın nəzəri əsasları

4

2

2

3

Psixologiyanın emprik metodları

4

2

2

4

Psixoloji eksperiment

4

2

2

5.

Eksperimental tədqiqatın təşkili və aparılması

4

2

2

6

Eksperimental və eksperimentə qədərki planlaşdırma

4

2

2

7

Korrelyativ tədqiqat

4

2

2

8

Krosskultural tədqiqatlarda korrelyativ metodlardan istifadə

4

2

2

9

Psixoloji ölçmə


4

2

2

10

Nəticələri işlənməsi və interpretasiyası

4

2

2

11

Tədqiqatın nəticələrinin təqdimatı formaları

4

2

2

12

Emprik tədqiqatın xüsusiyyətləri

4

2

2

13

Psixoloji tədqiqatın prinsipləri

4

2

2

14

Psixoloji tədqiqatda subyektiv yanaşma

4

2

2

15

Psixoloji tədqiqatın əlavə metodları

4

2

2




Cəmi

60

30

30


Mövzu 1. Eksperimental psixologiya: elmi tədqiqat, onun prinsipləri və strukturu

Elm insan cəmiyyətinin fəaliyyətinin xüsusi vasitəsi kimi. Elmi tədqiqatın metodologiyasının əsas istiqamətləri. Elmi tədqiqatın mərhələləri. Elmı tədqiqatın prinsipləri. Elmı tədqiqatın tipləri.



Mövzu 2. Psixoloji nəzəri əsasları

Elmi nəzəriyyənin strukturu. Problemin qoyuluşu və fərziyyənin irəli sürülməsi. Fərziyyənin növləri. Tədqiqat metodlarının təsnifatı.

Əsas anlayışları: elm, nəzəri bilik, emprik bilik, metod, tədqiqat, fakt, predmet, obyekt, nəzəriyyə, modelləşdirmə, ölçmə, idioqrafik yanaşma, falsifikasiya.

Mövzu 3. Psixologiyanın emprik metodları

Psixoloq-tədqiqatçının və praktik-psixoloqun şəxsi keyfiyyətləri. Psixoloji bilik. Elmi və güzəran psixologiyasının xüsusiyyətləri. Eksperimental psixologiya. Psixoloji tədqiqatın metodlarının təsnifatı. Psixoloji tədqiqatın emprik metodları. Qeyri-eksperimental müşahidə, söhbət və “arxiv” metodlarının əsas cəhətləri.



Mövzu 4. Psixoloji eksperiment

Psixoloji eksperiment öyrənilənlə eksperimentatorun birgə fəaliyyəti kimi. Psixoloji eksperimentin sosial-psixoloji aspektləri. Öyrənilənlərin tipləri. Eksperiment iştirakçılarının motivasiyası. Öyrənilənin eksperimentin nəticəsinə təsirinə nəzarət metodları. Eksperiment normaları. İnstruktaj. Eksperimentatorun eksperimentin nəticələrinə təsir imkanları və onların yol verdikləri əsas səhvləri. Eksperimental məsələ anlayışı. Eksperimental şəraitin tipləri. Eksperimentatorun öyrənilənlə ünsiyyətinin üslubu.



Mövzu 5. Eksperimental tədqiqatın təşkili və aparılması.

Tədqiqatın təşkili metodlarının təsnifatı. Eksperimental təsnifatın növləri. Eksperimentin mərhələləri. Validlik (mötəbərlilik): daxili, xarici və əməli. Eksperimentin planlaşdırılması. Daxili və xarici mötəbərliliyi pozan amillər. Dəyişən amillər: asılı, qeyri-asılı və xarici. Eksperimental seçim. Eksperiment və kontrol qrup anlayışı. Eksperimental seçimin reprezentativliyi. Eksperimental dəyişənlərə nəzarət metodları.



Mövzu 6. Eksperimental və eksperimentə qədərki planlaşdırma.

Eksperimentin planlaşdırılması. Əsas eksperimental plan. Bir öyrəniləni olan eksperimentin planı. Eksperimentəqədərki plan. Korrelyativ tədqiqat və onun planlaşdırılması. Korrelyativ tədqiqat planlarının növləri. Eksperimentin inkişaf perspektivləri. Differensial-psixoloji eksperiment.



Mövzu 7. Korrelyativ tədqiqat.

Korrelyativ tədqiqat anlayışı. Birbaşa korrelyativ əlaqə. Təsadüfi korrelyasiya. Qrupların müqayisəsi. Bir qrupun müxtəlif şəraitlərdə tədqiqi. Ekvivalent qrupların korrelyativ tədqiqi. Çoxölçülü korrelyativ tədqiqat. Longityudal korrelyativ tədqiqat.



Mövzu 8. Krosskultural tədqiqatlarda korrelyativ metodlardan istifadə

Çoxölçülü eksperiment. Differensial-psixoloji eksperiment. Krosskultural tədqiqat. Ex-post-factorial (istinad olunan) eksperiment. Xalqların psixologiyası. Mədəniyyət amili. Mədəni determinasiya. Etnopsixologiya.



Mövzu 9. Psixoloji ölçmə

Əsas ölçmə nəzəriyyələri. Psixoloji ölçmənin klassik nəzəriyyələri. Psixoloji testləşdirmə. Ümumiləşmiş test modeli. Psixoloji ölçmənin əsas növləri, onların təsnifatı. Testin ölçmə keyfiyyətləri. Testlərin stoxastik (cavabların seçilməsi) nəzəriyyəsi.



Mövzu 10. Nəticələri işlənməsi və interpretasiyası

Emprik tədqiqatın nəticələri və onların təqdimatı. Fərziyyə haqqında qərarın (mənfi və ya müsbət) qəbulu. Qərarlarda səhvlər, onların səbəbləri və onların minimallaşdırılması. Eksperiment nəticələrinin ümumiləşdirilməsi.



Mövzu 11. Tədqiqatın nəticələrinin təqdimatı formaları

Psixoloji eksperimentin nəticələrinin qrafik, simvolik və verbal formalarda təqdimatı. Elmi mətnə verilən tələblər. Elmi məqalənin strukturu və məzmunu. Elmi məqalənin tərtibatı.



Mövzu 12. Emprik tədqiqatın xüsusiyyətləri

Psixoloji tədqiqatın strukturunun məntiqi əsasları. Psixoloji tədqiqatin real psixoloji əsasları. Elmi psixoloji tədqiqatın strukturu. Elmi psixoloji tədqiqatın növləri.



Mövzü 13. Psixoloji tədqiqatın prinsipləri

Emprik tədqiqatın prinsipi anlayışı. Reprezentativlik prinsipi. Validlik (mötəbərlilik) prinsipi. Etibarlılıq prinsipi. Standartlaşdırılma prinsipi. İnvariantlıq prinsipi. Davranış. Stimul-reaksiya. Məqsəd-fəaliyyət-nəticə.



Mövzu 14. Psixoloji tədqiqatda subyektiv yanaşma

Emprik (eksperimental) tədqiqatın obyektivliyi problemi. Psixoloji eksperiment öyrənilənin aktivliyi kimi. Təlimatlandırılma. Eksperimentatorla iştirakçının ünsiyyəti.



Mövzu 15. Psixoloji tədqiqatın əlavə metodları

Psixoloji eksperimentə teoloji yanaşma. Psixologiyada qermenevtik metodun tətbiqi. Məna əlaqəsi. Fərdin psixoloji həyat təcrübəsi. Anlama nəzəri metod kimi.



QİYMƏTLƏNDİRMƏ
Davamiyyət – 10 %

Dərsdə iştirak (müzakirələrdə aktivlik,

sualların verilməsi, tapşırıqların yerinə yetirilməsi və s.) - 20%

Esse– 20%

Aralıq imtahanı - 20%

Final imtahanı - 30%

Cəmi: 100%



İMTAHAN
İmtahan tələbələrin eksperimental psixoloji nəzəriyyələr, mexanizmlər barədə biliklərin konkret situasiyalarda tətbiq edə bilmə bacarıqlarının qiymətləndirilməsi üçün aparılır. Kursun tədrisi prosesində bir aralıq (midterm) və yekun imtahan (final) keçiriləcəkdir. İmtahan mühazirə və ədəbiyyatda olan materialı əhatə edəcək.

İmtahan yazılı aşıq suallar formatında aparılacaq. Yekun (final) imtahan bütün kursu əhatə edəcək.


Dərsdə iştirak

Hər dərsdə mühazirədə təqdim olunan müəyyən bir problemin, ideyayaların tələbələrin aktiv iştirakı ilə müzakirəsi keçiriləcək, ayrı-ayrı mövzulara uyğun olaraq tapşırıqlar veriləcəkdir. Tələbələrin dərsdə, həmin diskussiyalarda iştirak etməsi onların başqalarının həmin problemlə bağlı fikirləri ilə tanış olmasına, suallarını verməsinə və ümumilikdə mövzunu daha yaxşı mənimsəməsinə imkan verir.

Odur ki, sizin dərsdə iştirakınız, hər dərsdə öz fikir və mövqeyinizi bildirməniz bizim hər birimizin təcrübəsini zənginləşdirdiyi, sizin mövzunu dərk edib, mənimsəmənizə xidmət etdiyi üçün və ümumən dərsin gedişini maraqlı etdiyinə görə çox vacibdir.

ESSELƏR

Esselər tələbələrin analitik bacarıqlarını inkişaf etdirmək və nəzəri biliklərini möhkəmləndirmək məqsədilə hazırlanır. Yazılı tapşırıqlar yazılı elmi-tədqiqat işlərinə qoyulan tələblərə uyğun olmalı, peşəkar tərzdə yazılmalıdır.



TƏLƏBƏLƏRİN ESSELƏRİ ÜÇÜN TƏQRİBİ MÖVZULAR

1. Eksperimental psixologiyanın metodoloji əsasları.

2. Eksperimentator şəxsiyyəti.

3. Öyrənilən və onun eksperimentdəki fəaliyyəti.

4. İdeal və real eksperiment anlayışı.

5. Eksperimental planlar.

6. Psixoloji ölçmə növləri.

7. Testin klassik emprik-statistik nəzəriyyəsi.

8. Psixoloji emprik tədqiqatın strukturu.

9. Psixoloji emprik tədqiqata subyektiv yanaşma.

10. Psixoloji eksperimentdə instruktajın rolu.

11. Psixoloji eksperimentdə əlavə metodlardan istifadə prinsipi.

12. Psixoloji emprik metodların təsnifatı.

13. Psixologiyada qermenevtik metodların tətbiqi.

14. Elmi-psixoloji məqalənin tərtibatına verilən tələblər.

15. Psixoloji eksperimentdə öyrənilənin subyekt-obyekt xarakteri.



ƏDƏBİYYAT VƏ MATERİALLAR:

  1. Зароченцев К.Д. Експериментальная психология. М., 2005

  2. В. Н. Дружини. Экспериментальная психология 2-е издание. П., 2000

  3. Журнал «Експериментальная психология».

  4. Journal of Experimental Psychology.

Yüklə 52,95 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə