Azәrbaycan respublikasi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə1/39
tarix18.04.2018
ölçüsü5,01 Kb.
#39451
  1   2   3   4   5   6   7   8   9   ...   39


 
 
 
 
 
 
 
1
 
 
 
 
AZӘRBAYCAN RESPUBLİKASI 
DÖVLӘT NEFT ŞİRKӘTİ 
 
 
 
AZӘRBAYCAN RESPUBLİKASI 
      DÖVLӘT NEFT ŞİRKӘTİNİN 
2013-CÜ İLDӘ TӘSӘRRÜFAT 
    FӘALİYYӘTİ  HAQQINDA 
 
H E S A B A T 
 
 
 
B A K I  2013 
 


 
 
 
 
 
 
 
2
I.  NEFT STRATEGİYASININ TӘNTӘNӘSİ
 
 
 
Azәrbaycan xalqının ümummilli lideri Heydәr Әliyevin qalibiyyәtli enerji strategiyası 
bu gün ölkә Prezidenti cәnab  İlham  Әliyevin rәhbәrliyi altında uğurla davam etdirilir, 
Azәrbaycan iqtisadiyyatını, xüsusilә neft-qaz sәnayemizi durmadan yüksәlişә doğru 
aparır, ona misilsiz nailiyyәtlәr qazandırır. Azәrbaycanın tәşәbbüsü vә yaxından iştirakı 
ilә hәyata keçirilәn regional vә qlobal әhәmiyyәtli  neft-qaz layihәlәri beynәlxalq alәmdә 
ölkәmizin nüfuzunu yüksәltmiş, onu bütün dünyada etibarlı tәrәfdaş kimi tanıtmışdır.  
  Artıq Azәrbaycan tәkcә  qәdim neft diyarı, dünya neft sәnayesinin inkişafına 
әvәzsiz töhfәlәr verәn bir ölkә kimi deyil, hәm dә zәngin tәbii qaz mәnbәyi, etibarlı vә 
tәhlükәsiz mavi yanacaq tәchizatçısı kimi dünya birliyinin diqqәt mәrkәzindәdir. 
Azәrbaycan qazı hazırda Gürcüstan, Türkiyә, Rusiya, İran vә Yunanıstana ixrac olunur. 
Yaxın zamanlarda bu siyahıya yeni-yeni ölkәlәrin adı әlavә olunacaq. Tәbii qaz tәdarükü 
diversifikasiyasında Avropa Birliyinin böyük ümid bәslәdiyi vә  dәstәk verdiyi “Cәnub 
enerji dәhlizi” layihәsi hәm Birlik ölkәlәrinin enerji tәhlükәsizliyini tәmin edәcәk, hәm dә 
Azәrbaycanın enerji potensialının tam açılmasına, enerji ixracı yollarının 
şaxәlәndirilmәsinә imkan verәcәkdir.   
Regionun aparıcı  şirkәtinә çevrilәn ARDNŞ-nin hәyata keçirdiyi neft-qaz layihәlәri 
çәrçivәsindә kәşfiyyat, qazma vә hasilat göstәricilәri ilbәil yüksәlir. Artıq inamla demәk 
olar ki, Azәrbaycanın enerji tәhlükәsizliyi tam vә  dönmәz şәkildә tәmin edilmişdir. Bu 
gün tәbii qaz potensialının artırılması prioritet mәsәlәlәrdәn biridir. 20 illik fasilәdәn 
sonra ARDNŞ-nin daxili imkanları hesabına müstәqil surәtdә  hәyata keçirdiyi axtarış-
qazma işlәri 2010-cu ilin noyabrında “Ümid” yatağının kәşf olunması ilә nәticәlәnmiş, tez 
bir zamanda yataqdan hasilata başlanılmışdır. 2011-ci il isә Azәrbaycanın enerji 
potensialını daha da güclәndirәn “Abşeron” qaz-kondensat yatağının kәşfi ilә әlamәtdar 
olmuşdur. Digәr perspektiv strukturlarda da kәşfiyyat işlәri davam etdirilir. Yüksәk 
perspektivliyi nәzәrә alınaraq, “Bulla-dәniz” yatağında yeni laylara quyular qazılır. Artıq 
90 saylı  kәşfiyyat quyusu istismara verilmiş, 3 istismar quyusu üçün nәzәrdә tutulan 
yeni 122 saylı stasionar dәniz özülü quraşdırılmışdır. Dәnizin 26 metr dәrinliyindә 
yerlәşdirilmiş 10 bloklu özüldәn qazılacaq hәmin quyulardan sutkada ümumilikdә 2 
milyon 400 min kubmetr qaz vә 450 ton kondensat hasil edilmәsi nәzәrdә tutulur. 
Nәhәng qaz ehtiyatlarının üzә çıxarılması hәm dә bu hәcmlәrin dünya bazarlarına 
nәql marşrutlarının şaxәlәndirilmәsini tәlәb edir. Ötәn il “Şahdәniz-2” layihәsi üzrә işlәrә 
start verildi. Layihәnin inkişaf konsepsiyasına uyğun olaraq, bu mәrhәlәdә hasilatın ildә 
minimum 16 milyard kubmetrә çatdırılması planlaşdırılır. Bunun üçün 30 istehsal quyusu 
istismara verilmәli, yeni platforma vә kommunikasiya sistemi qurulmalıdır. “Faza-2” 
çәrçivәsindә hasil olunacaq qazın 6 milyard kubmetrinin Türkiyәyә, 10 milyard 


 
 
 
 
 
 
 
3
kubmetrlik hissәsinin isә Avropaya ixrac edilmәsi nәzәrdә tutulur. Bu mәqsәdlә Cәnubi 
Qafqaz boru kәmәrinin genişlәndirilmәsi hәyata keçirilәcәk, yeni nәqliyyat sistemi 
qurulacaqdır. Azәrbaycan Respublikasının Prezidenti cәnab İlham Әliyevin tәşәbbüsü ilә 
gerçәklәşdirilәn Trans-Anadolu boru kәmәri layihәsi (TANAP) ilk mәrhәlәdә “Şahdәniz”, 
“Ümid”, “Abşeron” yataqlarından, habelә Azәrbaycanın mövcud perspektiv 
strukturlarından, sonradan isә Xәzәr hövzәsi vә digәr Şәrq ölkәlәrindә hasil olunan tәbii 
qaz hәcmlәrinin Türkiyә üzәrindәn Avropaya nәqlini nәzәrdә tutur. Belәliklә, TANAP vә 
onun operatorluğunu hәyata keçirәn ARDNŞ Avropa enerji tәhlükәsizliyindә  hәlledici 
әhәmiyyәt kәsb edәn “Cәnub qaz dәhlizi”nin başlıca hәlqәsinә çevrilir. Avropanın enerji 
xәritәsindә mühüm dәyişiklik edәcәk bu dәhlizin әsas komponentlәrindәn biri dә Trans-
Adriatik boru kәmәri (TAP) layihәsidir. 870 kilometrlik TAP kәmәri Türkiyә-Yunanıstan 
sәrhәdindә TANAP-la birlәşәcәk, sonra Yunanıstan vә Albaniya әrazisindәn keçәrәk, 
Adriatik dәnizi vasitәsilә  İtaliyanın cәnub sahillәrinәdәk uzanacaqdır. Cәnub-Şәrqi 
Avropanı  tәbii qazla tәmin edәcәk TAP Avropanın  әn böyük qaz bazarından birinә 
çıxmaqla Xәzәr hövzәsindә hasil olunan tәbii qazın qitәnin digәr böyük qaz 
istehlakçılarına – Almaniya, Fransa, Böyük Britaniya, İsveçrә  vә Avstriyaya ötürülmәsi 
üçün dә geniş imkanlar açacaqdır. 
Bu mәnada “Şahdәniz” yatağının işlәnilmәsi layihәsinin ikinci mәrhәlәsi üzrә ötәn 
ilin sonlarında yekun investisiya qәrarının imzalanması Avropa Birliyi vә tranzit ölkәlәrin 
şirkәtlәri ilә beş ildәn artıq davam etmiş gәrgin danışıqlar nәticәsindә әldә olunmuş ciddi 
uğurdur. Tәsadüfi deyil ki,  Azәrbaycan Respublikasının Prezidenti İlham  Әliyev 
cәnabları bu sәnәdi 21-ci әsrin müqavilәsi kimi sәciyyәlәndirmiş, “Şahdәniz-2” layihәsini 
dünyanın  әn iri enerji layihәlәrindәn biri, enerji tәhlükәsizliyi vә enerjinin 
şaxәlәndirilmәsi layihәsi kimi dәyәrlәndirmişdir.  
 
Dövlәt Neft Şirkәtinin emal kompleksindә  hәyata keçirilәn işlәr hәm ölkәnin neft 
mәhsullarına olan tәlәbatının ödәnilmәsinә, hәm dә әtraf mühitә mәnfi tәsiri minimuma 
endirmәyә yönәldilmişdir.  Şirkәtin emal zavodlarında 2013-cü ildә açıq rәngli neft 
mәhsullarının çıxımı artırılmış, neftin emal dәrinliyi 92% olmuşdur. Biz mövcud emal 
zavodlarının imkanlarından sәmәrәli istifadә etmәklә paralel şәkildә yeni Neft-Qaz Emalı 
vә Neft-Kimya Kompleksinin inşa edilmәsinә hazırlaşırıq. NQNK layihәsinin 
reallaşdırılması üzrә  işlәr qrafikә uyğun davam etdirilir. Kompleks üçün Sәngәçal 
terminalının yaxınlığında 4200 hektara yaxın torpaq sahәsi ayrılmışdır. Hәmin әrazidә 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə