Azərbaycan respublikasinda regional ümumi daxiLİ



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə1/23
tarix01.04.2018
ölçüsü0,58 Mb.
#35601
  1   2   3   4   5   6   7   8   9   ...   23


 

 



AZƏRBAYCAN  RESPUBLİKASI  TƏHSİL  NAZİRLİYİ 

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ 

 

                                          MAGİSTRATURA  MƏRKƏZİ 

                                                                                         

                                                                                           Əlyazması hüququnda 

Nağızadə  İlahə Aydın qızı 

 

AZƏRBAYCAN  RESPUBLİKASINDA  REGİONAL  ÜMUMİ  DAXİLİ 

                        



MƏHSULUN  HESABLANMASININ  METODOLOJİ  MƏSƏLƏLƏRİ 

                                                                      

                          MAGİSTR    DİSSERTASİYASI     

 

 



İxtisasın şifri və adı:                                  060406 -  STATİSTİKA        

 

                                                            



Elmi rəhbər:                                               Magistr proqramının rəhbəri:   

 

Prof. S.M.Yaqubov                                          Dos.V.E. Teymurova 

 

KAFEDRA MÜDİRİ:                                       

Prof. S.M. Yaqubov

   

 

BAKI - 2015 

 


 

Giriş                                                                                                



3

   

Fəsil I.Azərbaycan Respublikasında Milli Hesablar Sisteminin (MHS)  

tətbiqinin müasir vəziyyəti və inkişaf perspektivləri                                               7 

 

§1.1.   MHS iqtisadiyyatın makrostatistik modelidir                                                   7 

 

§1.2. Azərbaycan Respublikasında MHS-in tətbiqinin müasir vəziyyəti, onun  

inkişaf perspektivləri  və makroiqtisadi təhlildə istifadə istiqamətləri                      15 



 

Fəsil II. Azərbaycan Respublikasında MHS-in regional göstəri- 

cilərinin hesablanması və təhlili metodları                                                            23 

 

§2.1. MHS-in regional göstəricilərinin hesablanmasının əsas prinsipləri,  

metodları və xüsusiyyətləri                                                                                        23 



 

§2.2.  RÜDM-un hesablanmasında istifadə olunan statistik vahidlərin 

 rolu və əhəmiyyəti                                                                                                    32 



 

§2.3  MHS-in istehsal hesabının əsas komponentləri və RÜDM-ə onların təsiri     37 

 

Fəsil III Regionların ÜDM-un statistik təhlili və proqnozlaşdırıması              47 

 

§3.1    Azərbaycanda ÜDM-un dinamikasının statistik təhlili                                  47 

 

§3.2  Regionların ÜDM-un artırılmasının əsas istiqamətləri və 

         prqnozlaşdırıması                                                                                              54 



 

Nəticə                                                                                                                         69 

İstifadə olunmuş ədəbiyyat                                                                                      73 


 

GİRİŞ 



 

 

Mövzunun  aktuallığı.  Milli  Hesablar  Sistemi  (MHS)  iqtisadiyyatın 

makrosəviyyədə vəziyyəti və inkişafının təsviri və təhlili üçün bütün dünyada istifadə 

edilən  qarşılıqlı  əlaqəli  göstəricilər  və  təsnifatlar  sistemidir.  MHS  müasir  iqtisadi 

statistikanın  ən  mühüm  bölməsidir.  Onun  əhəmiyyəti  birincisi,  ən  mühüm 

makroiqtisadi  göstəriciləri  özündə  əks  etdirməsində,  ikincisi  isə,  bütün  iqtisadi 

statistikanın  harmonikləşdirilməsi  və  inteqrasiyanın  səmərəli  aləti  olması  ilə 

müəyyənləşir:  iqtisadi  statistikanın  müxtəlif  bölmələrində  istifadə  edilən  təriflər, 

təsnifatlar  və  göstəricilər  MHS-in  müvafiq  tərifləri,  təsnifat  və  göstəriciləri  ilə  bir 

araya  gətirilmişdir.  MHS  öz  inkişafında  iqtisadi  proseslərin  müxtəlif  aspektlərini 

əhatələməklə  genişlənərək,  iqtisadiyyatın  sektor  və  sahələri  üçün  hesablar  tətbiq 

etməklə  (bütövlükdə  iqtisadiyyat    üçün  hesablara  əlavə  olaraq)  təhlilləri 

dərinləşdirərək,  sistemin  müxtəlif  bölmələri  və  makroiqtisadi  statistikanın  müvafiq 

sahələri  arasında  harmonikliyə  cəhd  edərək  bir  neçə  mərhələdən  keçmişdir.  Müasir 

MHS  makroiqtisadi  statistikanın  ümumi  konsepsiyalar,  təriflər    və  təsnifatların 

köməyi ilə  ən mühüm  bölmələrinin  göstəricilər  bloklarının  məcmusudur. 

Bazar  iqtisadiyyatı  şəraitində  ən  geniş  yayılmış  ölçü  vahidlərindən  biri  dəyər  

ölçü  vahididir.  Müxtəlif  istehlak  dəyərlərinə  malik  olan  hadisələrin  ümumi  həcmini 

dəyər  ölçü  vahidində  ifadə etmək  mümkündür. Belə ki, beynəlxalq təcrübədə qəbul 

edilmiş  milli  hesablar  sistemində  mühüm  dəyər  göstəricilərindən  biri  ümumi  daxili 

məhsuldur.  Bu  dissertasiya  işində  Milli  hesablar  Sistemi,  onun    tərkib  hissələri, 

Azərbaycanda Milli Hesablar Sisteminin tətbiqi,  onun hesablanması yolları, Ümumi 

Daxili Məhsul, Azərbaycanda ÜDM-un dinamikası ətraflı şəkildə tədqiq olunur.  

ÜDM  milli  hesablar  sistemi  əsasında  müəyyən  edilir,  bütün  rezident  istehsal 

vahidlərinin  fəaliyyətinin  son  nəticələrini  xarakterizə  edir.  İqtisadi  istehsal 

konsepsiyası  çərçivəsində  mərkəzi  makroiqtisadi  göstərici  ümumi  daxili  məhsul 

(ÜDM)  və  ümumi  milli  gəlir  (ÜMG)  göstəricilərdir.  Bu  göstəricilər  ölkədə    iqtisadi 

fəallığın  və  əhalinin  rifahının  ümumi  indikatoru  hesab  olunur.  Onlar  iqtisadiyyatın 



Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə