Azərbaycan respublikasinin bəZİ naziRLİKLƏRİNİN



Yüklə 25,5 Kb.
tarix08.09.2018
ölçüsü25,5 Kb.
#67216

AZƏRBAYCAN RESPUBLİKASININ BƏZİ NAZİRLİKLƏRİNİN

YENİDƏN TƏŞKİL EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikasının dövlət idarəetmə sistemində aparılan islahatların davamı olaraq mədəniyyət, gənclərlə iş, idman və turizm sahələrinin idarə edilməsinin, təkmilləşdirilməsinin və onun müasir tələblərə uyğun qurulmasının, bu sahələrdə idarəetmənin səmərəliliyinin daha da artırılmasının zəruriliyini nəzərə alaraq və onların struktur optimallığını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 7-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyi ləğv edilsin.

2. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin əsasında Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi yaradılsın.

3. Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyinin əsasında Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi yaradılsın.

4. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:

4.1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin əsasnamələrinin layihələrini təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

4.2. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin strukturları və aparatlarının işçilərinin say həddi barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

4.3. qüvvədə olan qanunvericilik aktlarının bu Fərmana uyğunlaş­dırılması barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

4.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

5. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.
İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 yanvar 2006-cı il
Yüklə 25,5 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə