Azərbaycan respublikasinin döVLƏt neft şirkəTİNDƏ (socar) AÇiq üsulla müsabiQƏNİn təŞKİLİ VƏ keçİRİLMƏSİNƏ dair təLİmat



Yüklə 39,06 Kb.
tarix26.05.2018
ölçüsü39,06 Kb.
#46097




Heydər Əliyev adına Neft Emalı zavodu

asboalüminum araqatlara olan tələbatını təmin etmək məqsədi ilə iki mərhələli satınalma müsabiqəsi (17013-16) üzrə müsabiqə təkliflərinin təqdim edilməsi və zərflərin açılışı tarixlərinin dəyişdirilməsini elan edir.




Müsabiqədə iştirak etmək üçün təqdim edilməli sənədlər:

  • Müsabiqədə iştirak haqqında müraciət;

  • İştirak haqqının ödənilməsi barədə bank sənədi;

  • Müsabiqə təklifi.

Müsabiqədə iştirak haqqında müraciət (imzalanmış və möhürlənmiş) və iştirak haqqının ödənilməsi barədə bank sənədi ən geci 04 fevral 2017-ci il, Bakı vaxtı ilə saat 16:30-a qədər Azərbaycan, rus və ya ingilis dillərində Satınalan təşkilatın elanda göstərilmiş ünvanında təqdim olunmalıdır.

Tələb olunan sənədlərin surətləri (müsabiqə təklifi istisna olmaqla) Satınalan təşkilatın əlaqələndirici şəxsinin elanda göstərilmiş elektron ünvanına göndərilə bilər. Belə halda sənədlərin əsli müsabiqə təkliflərinin təqdim edilməsinin son gününədək Satınalan təşkilata təqdim edilməlidir.





Texniki təklifin təqdim edilməsinin son tarixi və vaxtı:

  • Texniki təklif bir əsli və 2 (tələb olunan surətlərin sayı) surəti olmaqla 02 mart 2017-ci il, Bakı vaxtı ilə saat 10:30-a qədər Satınalan təşkilata təqdim olunmalıdır.

  • Göstərilən tarixdən və vaxtdan sonra təqdim olunan təklif zərfləri açılmadan geri qaytarılacaqdır.



İştirak haqqı və əsas şərtlər toplusunun əldə edilməsi:

  • Müsabiqənin əsas şərtlər toplusunu Azərbaycan, rus və ya ingilis dillərində əldə etmək istəyənlər 200 manat (ƏDV daxil) və ya ekvivalent məbləğdə sərbəst dönərli valyuta ilə iştirak haqqını qeyd olunan hesaba ödədikdən sonra elektron və ya çap formasında əlaqələndirici şəxsdən elanın I qrafasında göstərilmiş tarixədək həftənin istənilən iş günü saat 09:30-dan 17:30-a kimi ala bilərlər.

  • Hesab nömrəsi:

Azərbaycan Beynəlxalq Bankı ASC,

AZ38IBAZ38010019449306332120,

VÖEN: 9900003871,

Müştəri xidməti Departamenti,

Kod: 805250,

Müxbir hesab: AZ03NABZ01350100000000002944,

VÖEN: 9900001881,

SWIFT BIK: İBAZAZ2Х.


  • İştirak haqqı heç bir halda geri qaytarılmır.



Müqavilənin icra müddəti:

  • Satınalma müqaviləsinin 4 ay ərzində yerinə yetirilməsi tələb olunur.



Satınalan təşkilatın ünvanı:

AZ1060


Bakı şəhəri

Nizami rayonu

O.Vəliyev küçəsi 1

3-cü inzibati bina



Əlaqələndirici şəxs:

Mustafayeva İlahə

Maddi-texniki təchizat şöbəsinin mühəndisi

+994 12 521 00 00 Daxili: 17988

+994 12 521-23-51.

İlaha.mustafayeva@socar.az




Elanın, satınalma predmeti haqqında geniş məlumatın və əsas şərtlər toplusunun əldə edilməsi üçün müraciət formasının yerləşdirildiyi internet ünvan:

www.socar.az (http://www.socar.az/socar/az/company/procurement-supply-chain-management/procurement-notices)




Texniki təklif zərflərinin açılışı tarixi, vaxtı və yeri:

Zərflərin açılışı 02 mart 2017-ci il tarixdə, Bakı vaxtı ilə saat 11:00-da elanın V qrafasında göstərilmiş Satınalan təşkilatın ünvanında baş tutacaqdır.





Müsabiqənin nəticəsi haqqında məlumat:

Müsabiqənin yekun nəticəsi haqqında məlumat aşağıdakı internet linkdən əldə edilə biləcək:



http://www.socar.az/socar/az/company/procurement-supply-chain-management/contract-awards



(İddiaçı şirkətin firma blankında)

AÇIQ MÜSABİQƏDƏ İŞTİRAK ETMƏK VƏ “MÜSABİQƏYƏ DƏVƏT SƏNƏDLƏRİ”NİN (ƏSAS ŞƏRTLƏR TOPLUSU) ƏLDƏ EDİLMƏSİ ÜÇÜN

MÜRACİƏT MƏKTUBU
___________ şəhəri “__”_______20__-c- il

___________№


SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunun

Satınalmalar qrupunun rəhbəri cənab Seyran Abdullayevə
Hazırki məktubla [iddiaçı malgöndərənin (podratçının) tam adı göstərilir] (nin,nun,nın) SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodu tərəfindən asboalüminium araqatların satın alınması ilə əlaqədar elan edilmiş 17013-16 nömrəli açıq müsabiqədə iştirak niyyətini təsdiq edirik.

Eyni zamanda [iddiaçı malgöndərənin (podratçının) tam adı göstərilir] ilə münasibətdə hər hansı ləğv etmə və ya müflislik prosedurunun aparılmadığını, fəaliyyətinin dayandırılmadığını və sözügedən satınalma müsabiqəsində iştirakını qeyri-mümkün edəcək hər hansı bir halın mövcud olmadığına zəmanət veririk.

Əsas şərtlər toplusunun elektron versiyasını aşağıdakı elektron poçt ünvanına göndərməyiniz xahiş olunur: ____________ .
Tərəfimizdən təqdim edilən sənədlər və digər məsələlərlə bağlı yaranmış suallarınızı operativ cavablandırmaq üçün əlaqə:


  • Əlaqələndirici şəxs: ____________________________

  • Əlaqələndirici şəxsin vəzifəsi: ____________________

  • Telefon nömrəsi: ______________________________

  • Faks nömrəsi: ________________________________

  • Elektron ünvan: _______________________________


Qoşma:

  1. İştirak haqqının ödənilməsi haqqında bank sənədinin əsli – __ vərəq.

________________________________ _______________________



(səlahiyyətli şəxsin A.A.S) (səlahiyyətli şəxsin imzası)

_________________________________



(səlahiyyətli şəxsin vəzifəsi)

M.Y.

SATIN ALINAN MALLARIN SİYAHISI
SATIN ALINAN MALLARIN SİYAHISI VƏ onlara daİr tələblər

1-ci mərhələdə 02.03.2017-ci il tarixdə Bakı vaxtı ilə saat: 11:00-da texniki təklif zərfləri açılacaqdır və İddiaçıların hazırladıqları nümunələr təqdim olunacaqdır. Təqdim olunan nümunələr 20 təqvim günü ərzində sınaqdan keçirildikdən və texniki şuranın rəyindən sonra, tələblərə cavab verən nümunələri təqdim edən iddiaçılar, kommersiya təklifini verə biləcəkləri haqda bildiriş almaqla ikinci mərhələyə buraxılacaqlar (ikinci mərhələnin tarixi və saatı bildirişdə qeyd olunacaqdır).


2-ci mərhələdə qiymətləndirmə meyarlarına uyğun olaraq təqdim olunan kommersiya təklifləri qiymətləndiriləcəkdir.
Material: asboalüminium

Mühit: qudron / temperatur: 500 ÷515 0C

Təzyiq: 6 кqs/sm2


Sıra №

Malın (işin və xidmətin) adı və texniki spesifikasiyası

ö/v

Miqdarı

1

Asboalüminium araqat reaktorun yuxarı qapağı üçün 754х732х3 mm, işçi temperatur 500-515 C0, işçi təzyiq 6 kqs/sm2, mühit qudron

- asboalüminium araqatları bizim tərəfimizdən təqdim olunmuş nümunələr əasında hazırlanıb qabaqcadan sifarişçiyə istehsalçı öz nümunələrini təqdim etməlidir.




əd

1000

2

Asboalüminium araqat reaktorun aşağı qapağı üçün 1493х1443х3 mm, işçi temperatur 500-515 C0, işçi təzyiq 6 kqs/sm2, mühit qudron
- asboalüminium araqatları bizim tərəfimizdən təqdim olunmuş nümunələr əasında hazırlanıb qabaqcadan sifarişçiyə istehsalçı öz nümunələrini təqdim etməlidir.


əd

1000



Yüklə 39,06 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə