Azərbaycan respublikasinin döVLƏt neft şirkəTİNDƏ (socar) AÇiq üsulla müsabiQƏNİn təŞKİLİ VƏ keçİRİLMƏSİNƏ dair təLİmat



Yüklə 37,2 Kb.
tarix02.03.2018
ölçüsü37,2 Kb.
#28608




Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adına Neft Emalı zavodu

hidrogen analizatoruna olan tələbatını təmin etmək məqsədi ilə açıq satınalma müsabiqəsi (17008-17) elan edir.




Müsabiqədə iştirak etmək üçün təqdim edilməli sənədlər:

  • Müsabiqədə iştirak haqqında müraciət;

  • İştirak haqqının ödənilməsi barədə bank sənədi;

  • Müsabiqə təklifi.

Müsabiqədə iştirak haqqında müraciət (imzalanmış və möhürlənmiş) və iştirak haqqının ödənilməsi barədə bank sənədi ən geci 07 noyabr 2017-ci il, Bakı vaxtı ilə saat 16:30-a qədər Azərbaycan, rus və ya ingilis dillərində Satınalan təşkilatın elanda göstərilmiş ünvanında təqdim olunmalıdır.

Tələb olunan sənədlərin surətləri (müsabiqə təklifi istisna olmaqla) Satınalan təşkilatın əlaqələndirici şəxsinin elanda göstərilmiş elektron ünvanına göndərilə bilər. Belə halda sənədlərin əsli müsabiqə təkliflərinin təqdim edilməsinin son gününədək Satınalan təşkilata təqdim edilməlidir.





Müsabiqə təklifinin təqdim edilməsinin son tarixi və vaxtı:

  • Müsabiqə təklifi bir əsli və 2 (tələb olunan surətlərin sayı) surəti olmaqla 16 noyabr 2017-ci il, Bakı vaxtı ilə saat 11:00-a qədər Satınalan təşkilata təqdim olunmalıdır.

  • Göstərilən tarixdən və vaxtdan sonra təqdim olunan təklif zərfləri açılmadan geri qaytarılacaqdır.



İştirak haqqı və əsas şərtlər toplusunun əldə edilməsi:

  • Müsabiqənin əsas şərtlər toplusunu Azərbaycan, rus və ya ingilis dillərində əldə etmək istəyənlər 236 manat (ƏDV daxil) və ya ekvivalent məbləğdə sərbəst dönərli valyuta ilə iştirak haqqını qeyd olunan hesaba ödədikdən sonra elektron və ya çap formasında əlaqələndirici şəxsdən elanın I qrafasında göstərilmiş tarixədək həftənin istənilən iş günü saat 09:30-dan 17:30-a kimi ala bilərlər.

  • Hesab nömrəsi:

Azərbaycan Beynəlxalq Bankı ASC,

AZ38IBAZ38010019449306332120,

VÖEN: 9900003871,

Müştəri xidməti Departamenti,

Kod: 805250,

Müxbir hesab: AZ03NABZ01350100000000002944,

VÖEN: 9900001881,

SWIFT BIK: İBAZAZ2Х.


  • İştirak haqqı heç bir halda geri qaytarılmır.



Bank təminatı: tədbiq edilməmişdir.



Müqavilənin icra müddəti:

Satınalma müqaviləsinin 4 ay ərzində yerinə yetirilməsi tələb olunur.





Satınalan təşkilatın ünvanı:

AZ1060, Bakı şəhəri, Nizami rayonu,

O.Vəliyev küçəsi 1, 3-cü inzibati bina

Əlaqələndirici şəxs:

Mustafayeva İlahə

Maddi-texniki təchizat şöbəsinin mühəndisi

+994 12 521 00 00 Daxili: 17988

+994 12 521-23-51.

İlaha.mustafayeva@socar.az




Elanın, satınalma predmeti haqqında geniş məlumatın və əsas şərtlər toplusunun əldə edilməsi üçün müraciət formasının yerləşdirildiyi internet ünvan:

www.socar.az (http://www.socar.az/socar/az/company/procurement-supply-chain-management/procurement-notices)




Müsabiqə təklif zərflərinin açılışı tarixi, vaxtı və yeri:

Zərflərin açılışı 16 noyabr 2017-ci il tarixdə, Bakı vaxtı ilə saat 15:00-da elanın V qrafasında göstərilmiş Satınalan təşkilatın ünvanında baş tutacaqdır.





Müsabiqənin nəticəsi haqqında məlumat:

Müsabiqənin yekun nəticəsi haqqında məlumat aşağıdakı internet linkdən əldə edilə biləcək:



http://www.socar.az/socar/az/company/procurement-supply-chain-management/contract-awards




(İddiaçı şirkətin firma blankında)

AÇIQ MÜSABİQƏDƏ İŞTİRAK ETMƏK VƏ “MÜSABİQƏYƏ DƏVƏT SƏNƏDLƏRİ”NİN (ƏSAS ŞƏRTLƏR TOPLUSU) ƏLDƏ EDİLMƏSİ ÜÇÜN

MÜRACİƏT MƏKTUBU
___________ şəhəri “____”__________ 2017-ci il

___________№


SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunun

Satınalmalar qrupunun rəhbəri cənab Bəşir Əhmədova
Hazırki məktubla [iddiaçı malgöndərənin (podratçının) tam adı göstərilir] (nin,nun,nın) SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodu tərəfindən hidrogen analizatorunun satın alınması ilə əlaqədar elan edilmiş 17008-17 nömrəli açıq müsabiqədə iştirak niyyətini təsdiq edirik.

Eyni zamanda [iddiaçı malgöndərənin (podratçının) tam adı göstərilir] ilə münasibətdə hər hansı ləğv etmə və ya müflislik prosedurunun aparılmadığını, fəaliyyətinin dayandırılmadığını və sözügedən satınalma müsabiqəsində iştirakını qeyri-mümkün edəcək hər hansı bir halın mövcud olmadığına zəmanət veririk.

Əsas şərtlər toplusunun elektron versiyasını aşağıdakı elektron poçt ünvanına göndərməyiniz xahiş olunur: _____________ .
Tərəfimizdən təqdim edilən sənədlər və digər məsələlərlə bağlı yaranmış suallarınızı operativ cavablandırmaq üçün əlaqə:


  • Əlaqələndirici şəxs: ____________________________

  • Əlaqələndirici şəxsin vəzifəsi: ____________________

  • Telefon nömrəsi: ______________________________

  • Faks nömrəsi: ________________________________

  • Elektron ünvan: _______________________________


Qoşma:

  1. İştirak haqqının ödənilməsi haqqında bank sənədinin əsli – __ vərəq.

________________________________ _______________________



(səlahiyyətli şəxsin A.A.S) (səlahiyyətli şəxsin imzası)

_________________________________



(səlahiyyətli şəxsin vəzifəsi)

M.Y.

SATIN ALINAN MALLARIN SİYAHISI
SATIN ALINAN MALLARIN SİYAHISI VƏ onlara daİr tələblər



Sıra №

Malın adı

ö/v

Miqdarı

1

Hidrogen analizatoru

ədəd

1

Malın texniki göstəriciləri

Analizator azotun tərkibində hidrogenin və karbohidrogenin miqdarını ölçmək üçün nəzərdə tutulub

Analizatorun çıxışında 4mA olduqda: karbohidrogen qazlarının miqdarı - 15%, azotun miqdarı - 85%

Analizatorun çıxışında 12mA olduqda: azotun miqdarı - 100%

Analizatorun çıxışında 20mA olduqda: hidrogenin miqdarı - 1%, azotun miqdarı - 99%

İşçi təzyiq: 0,07 – 0,14 kq/sm2

Temperatur həddi: 1200C

Molekulyar çəkisi: 28

Qida gərginliyi: 220V, 50 Hz

Çıxış siqnalı: 4-20 mA

Təklif olunan hidrogen analizatoruna quraşdırıldıqdan sonra minimum 1 il zəmanət verilsin.

Quraşdırma və sazlama işləri tədarükçü şirkət tərəfindən icra edilsin və şəxsi personala istismar qaydaları öyrədilsin.



Yüklə 37,2 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə