Azərbaycan respublikasinin insan hüquqlari üZRƏ MÜVƏKKİLİNİN-(ombudsmanin) aparati



Yüklə 238,07 Kb.
Pdf görüntüsü
tarix05.09.2018
ölçüsü238,07 Kb.
#66859


 

AZƏRBAYCAN RESPUBLIKASININ 

İNSAN HÜQUQLARI ÜZRƏ MÜVƏKKİLİNİN 

(OMBUDSMANIN) APARATI 

 

 

 



 

 

 

 

 

 

İNSAN HÜQUQLARI 

ÜMUMİ BƏYANNAMƏSİ VƏ 

AZƏRBAYCAN RESPUBLİKASININ 

KONSTİTUSİYASI 

  

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bakı - 2003


 

 

 



Redaktor:            Azərbaycan Respublikasının İnsan Hüquqları Üzrə       

     Müvəkkili (Ombudsman) Elmira Süleymanova 

 

 

 



 

 

Tərtib edən:      Azərbaycan Respublikasının İnsan Hüquqları Üzrə Müvəkkili     



(Ombudsman) Aparatının Hüquqi maarifləndirmə şöbəsinin baş  

məsləhətçisi Zaur Əliyev 

 

 

 



 

 

 



 

 

 



 

 

Kitabda İnsan Hüquqları Ümumi Bəyannaməsi və Azərbaycan 



Respublikasının Konstitusiyası arasında paralellər aparılaraq, 

Bəyannamənin müvafiq maddələri ilə Konstitusiyanın uyğun 

maddələri paralel şəkildə verilmişdir. Kitabdan insan hüquqlarının 

müdafiəsi ilə məşğul olan təsisatlar, praktik işçilər, müəllim və 

tələbələr, həmçinin insan hüquqları ilə maraqlanan digər şəxslər 

istifadə edə bilərlər. 

 

 

 



 

©  Azərbaycan Respublikasının  

     İnsan Hüquqları Üzrə  

Müvəkkilinin (Ombudsmanın)  

Aparatı 



Ön Söz 

 

1948-ci ildə BMT Baş Assambleyasının 217 (III) saylı qətnaməsi ilə qəbul edilmiş və 



Birləşmiş Millətlər Təşkilatının nailiyyətlərindən biri kimi dəyərləndirilən İnsan Hüquqları 

Ümumi Bəyannaməsi ilk dəfə olaraq əsas insan hüquqları toplusunu özündə əks etdirmişdir. 

Bəyannamənin qəbul edilməsindən 50 ildən artıq müddətin keçməsinə baxmayaraq, o indi də öz 

əhəmiyyətini saxlayır. Bu sənəddə həm mülki və siyasi, həm də sosial, iqtisadi və mədəni 

hüquqlar təsbit olunmuşdur. Bəyannamənin əksər müddəaları ümumi beynəlxalq adət 

hüququnun bir hissəsinə çevrilmişdir. Dünyanın əksər ölkələrinin konstitusiyaları birbaşa olaraq 

bu sənədə istinad etməklə onun bir çox müddəalarını özündə ehtiva edir. Ümumi Bəyannamə 

müasir dövrümüzdə hüququn əsas mənbələrindən biri hesab olunmaqla insan hüquqlarına dair 

müxtəlif qanun və sənədlərin, ayrı-ayrı konstitusiya müddəalarının hazırlanmasında əksər ölkələr 

tərəfindən geniş istifadə olunur. Təsadüfi deyildir ki, 1948-ci ildən sonra qəbul olunmuş əksər 

konstitusiyalarda Bəyannamədə olan müddəaları özündə ehtiva edən müddəalar öz əksini 

tapmışdır. Bəyannamənin əsas müddəaları yeni müstəqil dövlətlərin konstitusiyalarında da öz 

əksini tapmışdır. 

Keçən əsrin sonlarında öz müstəqilliyini bərpa etmiş Azərbaycan dövlətinin qarşısında 

duran mühüm vəzifələrdən biri də ümumi beynəlxalq hüquq norma və prinsiplərinə, o cümlədən 

əsas insan hüquq və azadlıqlarına hörmət edilməsi prinsipinə uyğun olan Konstitusiyanın qəbul 

edilməsi idi. 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi - referendum yolu ilə Azərbaycan 

Respublikasının Konstitusiyası qəbul edildi. Konstitusiyanın III fəsli bütövlüklə əsas insan 

hüquq və azadlıqlarına həsr edilmişdir. Demək olar ki, İnsan Hüquqları Ümumi Bəyannaməsi və 

insan hüquqlarına dair digər beynəlxalq aktlarla müəyyən edilən əksər hüquq və azadlıqlar bu 

Konstitusiyada təsbit olunmuşdur. 

Oxucalara təqdim olunan bu vəsait İnsan Hüquqları Ümumi Bəyannaməsinin əsas 

prinsiplərinin Azərbaycan Respublikasının Konstitusiyasında öz əksini tapması və bununla da 

Konstitusiyanın ümumi beynəlxalq hüquq normalarını özündə əks etdirməsini şəkildə   

göstərilməsinə xidmət edir. Kitabda Bəyannamənin maddələri ilə Konstitusiyanın müvafiq 

maddələri arasında paralellər aparılaraq, Bəyannamənin müvafiq maddəsi ilə yanaşı 

konstitusiyanın uyğun maddəsi və ya maddələri verilmişdir. 

Kitabdan insan hüquqlarının müdafiəsi  ilə məşğul olan təsisatlar, praktik işçilər, müəllim 

və tələbələr, həmçinin insan hüquqları ilə maraqlanan digər şəxslər istifadə edə bilərlər. 

 

Azərbaycan Respublikasının 



İnsan Hüquqları üzrə Müvəkkili 

(Ombudsman)  

E.Süleymanova 

  

 



 

 


İNSAN HÜQÜQLARI ÜMUMİ BƏYANNAMƏSİ 

 

BMT Baş Məclisinin 217 (III) saylı 10 dekabr 1948-ci il tarixli qətnaməsi ilə qəbul və 

bəyan edilmişdir. 

 

 



PREAMBULA 

 

Bəşər nəslinin bütün üzvlərinə məxsus olan ləyaqətin və onların bərabər və ayrılmaz 



hüquqlarının tanınmasının azadlıq, ədalət və ümumi sülhün əsası olduğunu nəzərə alaraq; 

insan hüquqlarına qarşı bəşəriyyətin vicdanını hiddətləndirən hörmətsizlik və həqarətin 

barbarlıq hərəkətlərinə gətirib çıxardığım, insanların söz və əqidə azadlığına malik olacağı, 

qorxu və ehtiyacdan azad olacağı bir dünya qurulmasının insanların yüksək amalı elan 

olunduğunu nəzərə alaraq; 

insanın istibdad və zülm əleyhinə son mübarizə vasitəsi kimi üsyana əl atmağa məcbur 

olmaması üçün insan hüquqlarının qanunun gücü ilə təmin edilməsinin zəruriliyini nəzərə alaraq; 

xalqlar arasında dostluq  münasibətlərinin  inkişaf etdirilməsinin zəruriliyini nəzərə alaraq; 

Birləşmiş Millətlərin xalqlarının Nizamnamədə insanın əsas hüquqlarına, insan  

şəxsiyyətinin  ləyaqət  və  dəyərinə, kişi  və qadınların bərabərliyinə inamlarını təsdiq etdiklərini 

və daha böyük azadlıqlar şəraitində sosial tərəqqiyə və həyat şəraitinin yaxşılaşdırılmasına 

yardım göstərməyi qərara aldıqlarını nəzərə alaraq; 

üzv-dövlətlərin Birləşmiş Millətlər Təşkilatı ilə əməkdaşlıqda insan hüquqlarına 

hamılıqla hörmət göstərilməsinə və onlara riayət olunmasına yardım etməyi öhdələrinə 

götürdüklərini nəzərə alaraq; 

bu hüquq və azadlıqların xarakterinin hamılıqla dərk edilməsinin həmin öhdəliyin tam 

yerinə yetirilməsində böyük əhəmiyyət kəsb etdiyini nəzərə alaraq, 

 

 



 


BAŞ MƏCLİS 

 

İnsan hüquqları haqqında bu Ümumi Bəyannamənin yetirilməsinə bütün xalqların və 



dövlətlərin çalışmalı olduğu bir vəzifə kimi elan edir ki, hər bir insan, cəmiyyətin hər bir orqanı 

bu Bəyannaməni daim nəzərdə tutaraq, maarif və təhsil yolu ilə həmin hüquq və azadlıqlara 

hörmət edilməsinə, mütərəqqi milli və beynəlxalq tədbirlər vasitəsilə onların istər Təşkilatın üzv 

dövlətlərinin, istərsə də onların yurisdiksiyasındakı ərazilərin xalqlar arasında səmərəli 

tanınmasının və həyata keçirilməsinin təmin olunmasına səy göstərsinlər. 

 

Maddə 1 

 

Bütün insanlar azad, hüquq və ləyaqətlərinə görə bərabər doğulurlar. Onlar idrak və 



vicdana malikdirlər və bir-biri ilə qardaşlıq ruhunda davranmalıdırlar. 

 

Maddə 2 

 

İrqinə, dərisinin rənginə, cinsinə, dilinə, dininə, siyasi və digər əqidəsinə, milli, yaxud 



sosial mənşəyinə, mülki, silki, yaxud başqa vəziyyətinə görə heç bir fərq qoyulmadan bütün 

insanlar bu Bəyannamədə elan edilmiş hüquqlara və azadlıqlara malik olmalıdırlar. 

Bundan əlavə, insanın mənsub olduğu ölkənin, yaxud ərazinin siyasi, hüquqi, yaxud 

beynəlxalq statusuna görə, həmin ərazinin müstəqilliyindən, qəyyumluq altında olmasından, 

özünü idarə edib-etməməsindən, yaxud suverenliyinin hər hansı məhdudluğundan asılı 

olmayaraq heç bir ayrı-seçkiliyə yol verilməməlidir. 

 

 

 




Azərbaycan Respublikasının Konstitusiyası 

Maddə 24. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının əsas 

prinsipi 

 

I. Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları 



vardır. 

II. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini 

və vəzifələrini də əhatə edir. 

 

 



 

Azərbaycan Respublikasının Konstitusiyası 

Maddə 25. Bərabərlik hüququ 

 

III. Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak 



vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və 

digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının 

bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, 

cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. 

  

Maddə 3 

 

Hər bir insan yaşamaq,  azadlıq və  şəxsi  toxunulmazlıq hüququna malikdir. 

  

 

 




Azərbaycan Respublikasının Konstitusiyası 

Maddə 27. Yaşamaq hüququ 

 

I. Hər kəsin yaşamaq hüququ vardır. 



II. Dövlətə silahlı basqın zamanı düşmən əsgərlərinin öldürülməsi, məhkəmənin qanuni 

qüvvəyə minmiş hökmünə əsasən ölüm cəzasının tətbiqi və qanunla nəzərdə tutulmuş digər 

hallar istisna olmaqla, hər bir şəxsin yaşamaq hüququ toxunulmazdır. 

III. Müstəsna cəza tədbiri kimi ölüm cəzası, tam ləğv edilənədək, yalnız dövlətə, insan 

həyatına və sağlamlığına qarşı xüsusilə ağır cinayətlərə görə qanunla müəyyən edilə bilər. 

IV. Qanunla nəzərdə tutulmuş zəruri müdafiə, son zərurət, cinayətkarın yaxalanması və 

tutulması, həbsdə olanın həbs yerindən qaçmasının qarşısının alınması, dövlətə qarşı qiyamın 

yatırılması və ya dövlət çevrilişinin qarşısının alınması, ölkəyə silahlı basqın edilməsi halları 

istisna olmaqla, insana qarşı silah işlədilməsinə yol verilmir. 

 

 



 

Azərbaycan Respublikasının Konstitusiyası  

Maddə 28. Azadlıq hüququ 

 

I. Hər kəsin azadlıq hüququ vardır. 

II. Azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya 

azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırıla bilər. 

III. Qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət 

edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə 

bilər. 

IV. Azərbaycan Respublikası vətəndaşının hər zaman maneəsiz öz ölkəsinə qayıtmaq 



hüququ vardır.  

 

 



Azərbaycan Respublikasının Konstitusiyası 

Maddə 32. Şəxsi toxunulmazlıq hüququ 

 

I. Hər kəsin şəxsi toxunulmazlıq hüququ vardır. 

II. Hər kəsin şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ vardır. Qanunla nəzərdə 

tutulan hallardan başqa, şəxsi həyata müdaxilə etmək qadağandır. 

 

Maddə 4 

 

Heç kəs köləlikdə, yaxud asılılıqda saxlanılmamalıdır; quldarlıq və qul alverinin bütün 



növləri qadağandır. 

 

Maddə 5 

 

Heç kəs işkəncəyə, qəddar, qeyri-insani, yaxud onun ləyaqətini alçaldan davranışa və 



cəzaya məruz qalmamalıdır. 

 

Maddə 6 

 

Hər bir insan harada olursa-olsun onun hüquq subyektliyinin tanınması hüququna 



malikdir. 

 



III. Öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına,     

saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. 

 

IV. Hər kəsin yazışma, telefon danışıqları, poçt, teleqraf və digər rabitə vasitələri ilə 



ötürülən məlumatın sirrini saxlamaq hüququna dövlət təminat verir. Bu hüquq qanunla nəzərdə 

tutulmuş qaydada cinayətin qarşısını almaqdan və ya cinayət işinin istintaqı zamanı həqiqəti üzə 

çıxarmaqdan ötrü məhdudlaşdırıla bilər. 

 

 



 

Azərbaycan Respublikasının Konstitusiyası 

Maddə 46. Şərəf və ləyaqətin müdafiəsi hüququ 

 

I. Hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. 



II. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin 

alçaldılmasına əsas verə bilməz. 

III. Heç kəsə işkəncə və əzab verilə bilməz. Heç kəs insan ləyaqətini alçaldan rəftara və 

ya cəzaya məruz qala bilməz. Özünün könüllü razılığı olmadan heç kəsin üzərində tibbi, elmi və 

başqa təcrübələr aparıla bilməz. 

  

Maddə 7 



 

Bütün insanlar qanun qarşısında bərabərdir və heç bir fərq qoyulmadan qanun qarşısında  

eyni dərəcədə müdafiə olunmaq hüququna malikdir. Bütün insanların bu Bəyannaməni pozan hər 

cür ayrı-seçkilikdən və belə ayrı-seçkiliyə təhriklərdən eyni dərəcədə müdafiə olunmaq hüququ 

var. 

 

Maddə 8 

 

Hər bir insan onun konstitusiya, yaxud qanunla verilmiş əsas hüquqları pozulduğu 



hallarda həmin hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən təsirli şəkildə bərpa 

olunması hüququna malikdir. 

  

 

 




Azərbaycan Respublikasının Konstitusiyası 

Maddə 28. Azadlıq hüququ 

 

I. Hər kəsin azadlıq hüququ vardır. 



II. Azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada həbsəalma və ya  

azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırıla bilər. 



 

 

 

Azərbaycan Respublikasının Konstitusiyası 

Maddə 62. Məhkəmə aidiyyatinin dəyişdirilməsinə yol 

verilməməsi 

 

Hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. 

Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. 

 

 

 

Azərbaycan Respublikasının Konstitusiyası 

Maddə 63. Təqsirsizlik prezumpsiyası 

 

I. Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində 



təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə 

və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. 

II. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. 

III. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə 

borclu deyildir. 

IV.  Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan 

istifadə oluna bilməz. 

V. Məhkəmənin hökmü olmasa kimsə cinayətdə təqsirli sayıla bilməz. 

 

  

Maddə 12 



 

Heç kəsin şəxsi və ailə həyatına özbaşına mudaxilə oluna onun mənzil toxunulmazlığına, 

yazışma sirrinə, yaxud şərəfinə və adına özbaşına qəsd edilə bilməz. Hər bir insanın belə 

müdaxilə və qəsdlərdən qanunla müdafiə olunmaq hüququ var. 

 

Maddə 13 

 

1. Hər bir insan hər hansı dövlətin hüdudlarında sərbəst yerdəyişmək və özünə yaşayış 



yeri seçmək hüququna malikdir. 

2. Hər bir insanın, öz ölkəsi də daxil olmaqla, istənilən ölkəni tərk etmək və öz ölkəsinə 

qayıtmaq hüququ var. 

 

 



 


Azərbaycan Respublikasının Konstitusiyası 

Maddə 28. Azadlıq hüququ 

 

I. Hər kəsin azadlıq hüququ vardır. 

II Azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsə alma  və ya  

azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırıla bilər. 

 

 

 



Azərbaycan Respublikasının Konstitusiyası 

Maddə 62. Məhkəmə aidiyyatinin dəyişdirilməsinə yol 

verilməməsi 

 

Hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. 

Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. 

  

 



 

Azərbaycan Respublikasının Konstitusiyası  

Maddə 63. Təqsirsizlik prezumpsiyası 

 

I. Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində 

təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə 

və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. 

II. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. 

III. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə 

borclu deyildir. 

IV. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan 

istifadə oluna bilməz. 

V. Məhkəmənin hökmü olmasa kimsə cinayətdə təqsirli sayıla bilməz. 



 

Maddə 12 

 

Heç kəsin şəxsi və ailə həyatına özbaşına müdaxilə oluna onun mənzil toxunulmazlığına, 



yazışma sirrinə, yaxud şərəfinə və adına özbaşına qəsd edilə bilməz. Hər bir insanın belə 

müdaxilə və qəsdlərdən qanunla müdafiə olunmaq hüququ var. 

 

Maddə 13 

 

1. Hər bir insan hər hansı dövlətin hüdudlarında sərbəst yerdəyişmək və özünə yaşayış 



yeri seçmək hüququna malikdir. 

2. Hər bir insanın, öz ölkəsi də daxil olmaqla, istənilən ölkəni tərk etmək və öz ölkəsinə 

qayıtmaq hüququ var. 

 



Azərbaycan Respublikasının Konstitusiyası 

Maddə 32. Şəxsi toxunulmazlıq hüququ 

 

I. Hər kəsin şəxsi toxunulmazlıq hüququ vardır. 



II. Hər kəsin şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ vardır. Qanunla nəzərdə  

tutulan  hallardan başqa, şəxsi həyata müdaxilə etmək qadağandır. 

III. Öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, 

saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. 

IV. Hər kəsin yazışma, telefon danışıqları, poçt, teleqraf və digər rabitə vasitələri ilə 

ötürülən məlumatın sirrini saxlamaq hüququna dövlət təminat verir. Bu hüquq qanunla nəzərdə 

tutulmuş qaydada cinayətin qarşısını almaqdan və ya cinayət işinin istintaqı zamanı həqiqəti üzə 

çıxarmaqdan ötrü məhdudlaşdırıla bilər.  

 

 



Azərbaycan Respublikasının Konstitusiyası 

Maddə 33. Mənzil toxunulmazlığı hüququ 

 

I. Hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. 

II. Qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla mənzildə 

yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz. 

 

 

 



Azərbaycan Respublikasının Konstitusiyası  

Maddə 28. Azadlıq hüququ 

 

III. Qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət 



edə bilər, özünə yaşayış yeri seçə bilər Azərbaycan Respublikasının ərazisindən kənara gedə 

bilər. 


IV. Azərbaycan Respublikası vətəndaşının hər zaman maneəsiz öz ölkəsinə qayıtmaq 

hüququ vardır. 

 

Maddə 14 

 

1. Hər bir insan digər ölkələrdə təqibdən sığmacaq axtarmaq və bu sığınacaqdan istifadə 



etmək hüququna malikdir. 

2. Bu hüquq həqiqətən də qeyri-siyasi cinayət və ya Birləşmiş Millətlər Təşkilatının   

məqsəd və prinsiplərinə zidd hərəkət törədilməsinə əsaslanan təqiblər zamanı tətbiq oluna 

bilməz. 


 

Maddə 15 

 

1. Hər bir insanın vətəndaşlıq hüququ var. 



2. Heç kəs özbaşına olaraq vətəndaşlıqdan və vətəndaşlığını dəyişmək hüququndan 

məhrum edilə bilməz. 

 

Maddə 16 

 

1. Yetkinlik yaşına çatmış kişilər və qadınlar irqi, milli, yaxud dini əlamətlərə görə heç 



bir məhdudiyyət qoyulmadan nikaha daxil olmaq və ailə qurmaq hüququna malikdirlər. Onlar 

nikaha daxil olarkən, nikah müddətində və onun pozulması zamanı eyni hüquqlardan istifadə 

edirlər. 

2. Nikah yalnız nikaha daxil olan hər iki tərəfin azad və tam razılığı ilə bağlana bilər. 

3. Ailə cəmiyyətin təbii və başlıca özəyidir və cəmiyyət və dövlət tərəfindən müdafiə 

olunmaq hüququna malikdir. 

 

 

 




Azərbaycan Respublikasının Konstitusiyası 

Maddə 70. Siyasi sığınacaq hüququ 

 

I. Hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarına olaraq Azərbaycan 



Respublikası əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə siyasi sığınacaq verir. 

II Siyasi əqidəsinə görə, habelə Azərbaycan Respublikasında cinayət sayılmayan əmələ 

görə təqib edilən şəxslərin başqa dövlətə verilməsinə yol verilmir. 

 

 



 

Azərbaycan Respublikasının Konstitusiyası 

Maddə 53. Vətəndaşlıq hüququnun təminatı 

 

I. Azərbaycan Respublikasının vətəndaşı heç bir halda Azərbaycan Respublikası 



vətəndaşlığından məhrum edilə bilməz. 

II. Azərbaycan Respublikasının vətəndaşı heç bir halda Azərbaycan Respublikasından 

qovula və ya xarici dövlətə verilə bilməz. 

III. Azərbaycan Respublikası onun ərazisindən kənarda müvəqqəti və ya daimi yaşayan 

Azərbaycan Respublikası vətəndaşlarının hüquqi müdafiəsinə təminat verir və onlara hamilik 

edir. 


 

 

 



Azərbaycan Respublikasının Konstitusiyası 

Maddə 34. Nikah hüququ 

 

I. Hər kəsin qanunla nəzərdə tutulmuş yaşa çatdıqda ailə qurmaq hüququ vardır. 

II. Nikah könüllü razılıq əsasında bağlanılır. Heç kəs zorla evləndirilə (ərə verilə) bilməz. 

III. Nikah və ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə 

edilir. Dövlət çoxuşaqlı ailələrə yardım göstərir.  

 

Maddə 17 

 

1. Hər bir insanın həm təkbaşına, həm də müştərək mülkiyyətə sahib olma hüququ vardır. 



2. Heç kəs özbaşına olaraq mülkiyyətindən məhrum edilə bilməz. 

 

Maddə 18 

 

Hər bir insan fikir, vicdan və din azadlığı hüququna malikdir; bu hüquqa öz dinini və 



əqidəsini dəyişmək azadlığı və öz dininə və əqidəsinə təlim, ibadət, dini ayin və mərasimlər 

zamam təklikdə, və ya başqaları ilə birlikdə, aşkar, yaxud fərdi qaydada, təlimdə, ibadətdə, dini 

ayin və mərasimlərin icrasında etiqad etmək azadlığı daxildir. 

IV. Ər ilə  arvadın hüquqları  bərabərdir. Uşaqlara  qayğı göstərmək onları tərbiyə etmək 

valideynlərin həm hüququ, həm də borcudur. 

V. Valideynlərə  hörmət etmək, onların qayğısına qalmaq uşaqların borcudur. 18 yaşına 

çatmış əmək qabiliyyətli uşaqlar əmək qabiliyyəti olmayan valideyinlərini saxlamağa 

borcludurlar. 

 

 

 



Azərbaycan Respublikasının Konstitusiyası 

Maddə 29. Mülkiyyət hüququ 


 

I. Hər kəsin mülkiyyət hüququ vardır. 

II. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi 

mülkiyyət hüququ qanunla qorunur. 

III. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ 

mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə 

etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. 

IV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın 

tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin 

özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə 

bilər. 

V. Dövlət vərəsəlik hüququna təminat verir. 



 

 

Azərbaycan Respublikasının Konstitusiyası 



Maddə 48. Vicdan azadlığı 

 

I. Hər kəsin vicdan azadlığı vardır. 

II. Hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və 

ya başqaları ilə birlikdə etiqad etmə, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə 

bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır. 

 

Maddə 19 



 

Hər bir insanın əqidə azadlığı və onu sərbəst şəkildə ifadə etmək hüququ var; bu hüquqa 

əqidəsinə maneəsiz etiqad bəsləmək dövlət sərhədlərindən asılı olmayaraq, informasiya və 

ideyaları istənilən vasitələrlə axtarmaq, əldə etmək və yaymaq azadlığı daxildir. 

 

Maddə 20 

 

1. Hər bir insanın azad şəkildə dinc yığıncaqlar keçirmək, assosiasiyalar yaratmaq 



hüququ var. 

2. Heç kəs hər hansı assosiasiyaya daxil olmağa məcbur edilə bilməz. 

IV. Ər ilə  arvadın  hüquqları  bərabərdir.  Uşaqlara  qayğı  göstərmək, onları tərbiyə 

etmək valideynlərin həm hüququ, həm də borcudur. 

V. Valideynlərə hörmət etmək, onların qayğısına qalmaq uşaqların borcudur. 18 yaşına 

çatmış əmək qabiliyyətli uşaqlar əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa 

borcludurlar. 

 

 



 

Azərbaycan Respublikasının Konstitusiyası 

Maddə 29. Mülkiyyət hüququ 

 

I. Hər kəsin mülkiyyət hüququ vardır. 

II. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi 

mülkiyyət hüququ qanunla qorunur. 

III. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ 

mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə 

etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. 

IV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın 

tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin 



özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə 

bilər. 


V. Dövlət vərəsəlik hüququna təminat verir. 

 

 



 

Azərbaycan Respublikasının Konstitusiyası 

Maddə 48. Vicdan azadlığı 

 

I. Hər kəsin vicdan azadlığı vardır. 



II. Hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və 

ya başqaları ilə birlikdə etiqad etmə, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə 

bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır. 

 

Maddə 19 

 

Hər bir insanın əqidə azadlığı və onu sərbəst şəkildə ifadə etmək hüququ var; bu hüquqa 



əqidəsinə maneəsiz etiqad bəsləmək dövlət sərhədlərindən asılı olmayaraq, informasiya və 

ideyaları istənilən vasitələrlə axtarmaq, əldə etmək və yaymaq azadlığı daxildir. 

 

Maddə 20 

 

1. Hər bir insanın azad şəkildə dinc yığıncaqlar keçirmək, assosiasiyalar yaratmaq 



hüququ var. 

2. Heç kəs hər hansı assosiasiyaya daxil olmağa məcbur edilə bilməz. 

  

 

 




Azərbaycan Respublikasının Konstitusiyası 

Maddə 58. Birləşmək hüququ 

 

I. Hər kəsin başqaları ilə birləşmək hüququ vardır. 

II. Hər kəs  istənilən birlik,  o  cümlədən  siyasi  partiya, həmkarlar ittifaqı və digər 

ictimai birlik yaratmaq və ya mövcud birliyi daxil olmaq hüququna malikdir. Bütün birliklərin 

sərbəst fəaliyyətinə təminat verilir. Heç kəs hər hansı birliyə daxil olmağa və ya onun 

üzvlüyündə qalmağa məcbur edilə bilməz. 

III. Azərbaycan Respublikasının bütün ərazisində və ya hər hansı hissəsində qanuni 

dövlət hakimiyyətini zorla devirmək məqsədi güdən birliklər qadağandır. Konstitusiyanı və 

qanunları pozan birliklərin fəaliyyətinə yalnız məhkəmə qaydasında xitam verilə bilər. 

 

 



 

Azərbaycan Respublikasının Konstitusiyası 

Maddə 55. Dövlətin idarə olunmasında iştirak etmək hüququ 

 

I. Azərbaycan Respublikası vətəndaşlarının dövlətin idarə olunmasında iştirak etmək 

hüququ vardır. Bu hüququ onlar bilavasitə və ya nümayəndələri vasitəsilə həyata keçirə bilərlər. 

II. Azərbaycan Respublikasının vətəndaşları dövlət orqanlarında qulluq etmək imkanına 

malikdirlər. Dövlət orqanlarının vəzifəli şəxsləri Azərbaycan Respublikasının vətəndaşları 

sırasından təyin edilirlər. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər dövlət qulluğuna qanunla 

müəyyənləşdirilmiş qaydada qəbul edilə bilərlər. 

 

 



 

Azərbaycan Respublikasının Konstitusiyası 

Maddə 56. Seçki hüququ 

 

I. Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına seçmək və seçilmək, 

habelə referendumda iştirak etmək hüququ vardır. 

  

Maddə 22 

 

Hər bir insanın, cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq 



əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin 

qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını 

heyata keçirmək hüququ vardır. 

 

Maddə 23 

 

1. Hər bir insan əmək, sərbəst şəkildə iş seçmək, ədalətli və əlverişli əmək şəraiti, 



işsizlikdən müdafiə hüququna malikdir. 

2. Hər bir insanın heç bir ayrı-seçkilik qoyulmadan eyni əmək üçün bərabər haqq almaq 

hüququ var. 

3. Hər bir işçi özünün və ailəsinin insana layiq yaşamasını təmin edən və lazım gəldikdə 

digər sosial təminat vasitələri ilə tamamlanan ədalətli və qənaətbəxş haqq almaq hüququna 

malikdir. 

4. Hər bir insan öz mənafelərini müdafiə etmək üçün həmkarlar ittifaqları yaratmaq, 

yaxud həmkarlar ittifaqlarına daxil olmaq hüququna malikdir. 

  

 



 

Azərbaycan Respublikasının Konstitusiyası 

Maddə 38. Sosial təminat hüququ 

 

I. Hər kəsin sosial təminat hüququ vardır. 

II. Yardıma möhtac olanlara kömək etmək ilk növbədə onların ailə üzvlərinin borcudur. 

III. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstələyinə, əlilliyinə, ailə 

başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş 

digər hallarda sosial təminat hüququna malikdir. 

IV. Təqaüdlərin və sosial müavinətlərin minimum məbləği qanunla müəyyən edilir. 

V. Dövlət xeyriyyəçilik fəaliyyətinin, könüllü sosial sığortanın və sosial təminatın başqa 

növlərinin inkişafı üçün imkanlar yaradır. 

 

 



 

Azərbaycan Respublikasının Konstitusiyası 

Maddə 35. Əmək hüququ 

 

I. Əmək fərdi və ictimai rifahın əsasıdır. 

II. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, 

məşğuliyyət və iş yeri seçmək hüququ vardır. 

III. Heç kəs zorla işlədilə bilməz. 

IV. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur 

edilə bilməz. 

V. Məhkəmə qərarı əsasında şərtləri və müddətləri qanunla nəzərdə tutulan məcburi 

əməyə cəlb etmək, hərbi xidmət zamanı səlahiyyətli şəxslərin əmrlərinin yerinə yetirilməsi ilə 

əlaqədar işlətmək, fövqəladə vəziyyət və hərbi vəziyyət zamanı vətəndaşlara tələb olunan işləri 

gördürmək hallarına yol verilir. 

VI. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz 

işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq 

almaq hüququ vardır. 



 

Maddə 24 

 

Hər bir insanın, iş gününün ağlabatan şəkildə məhdudlaşdırılması daxil olmaqla, istirahət 

və asudə vaxt, vaxtaşırı ödənişli məzuniyyət hüququ vardır. 

 

Maddə 25 

 

1. Hər bir insan özünün və ailəsinin sağlamlığı və rifahı üçün qida, paltar, mənzil, tibbi və 



zəruri sosial xidmət daxil olmaqla, layiqli həyat səviyyəsinə nail olmaq hüququna, işsizlik, 

xəstəlik, əlillik, dulluq, qocalıq, yaxud yaşayış vasitələrindən özündən asılı olmayan digər 

səbəblərdən məhrum olduğu hallarda təminat hüququna malikdir. 

2. Analar və uşaqlar xüsusi himayədarlıq və yardm göstərilmək hüququna malikdir. 

Nikahdan və nikahdankənar doğulan bütün uşaqlar sosial müdafiədən eyni dərəcədə istifadə 

etməlidirlər. 

  

VII. İşsizlərin dövlətdən sosial müavinət almaq hüququ vardır.  



VIII.   Dövlət   işsizliyin   aradan   qaldırılması   üçün  bütün imkanlarından istifadə edir. 

 

 



 


Azərbaycan Respublikasının Konstitusiyası 

Maddə 37. İstirahət hüququ 

 

I. Hər kəsin istirahət hüququ vardır. 

II. Əmək müqaviləsi ilə işləyənlərə qanunla müəyyən edilmiş, lakin gündə 8 saatdan artıq 

olmayan iş günü, istirahət və bayram günləri, ildə azı bir dəfə 21 təqvim günündən az olmayan 

ödənişli məzuniyyət verilməsi təmin edilir. 

 

 



 

Azərbaycan Respublikasının Konstitusiyası 

Maddə 38. Sosial təminat hüququ 

 

III. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə 

başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş 

digər hallarda sosial təminat hüququna malikdir. 

 

Azərbaycan Respublikasının Konstitusiyası 

Maddə 34. Nikah hüququ 

 

III. Nikah və ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə 

edilir. Dövlət çoxuşaqlı ailələrə yardım göstərir. 

  

Maddə 26 

 

1. Hər bir insanın təhsil hüququ vardır. Təhsil - ən azı ibtidai və ümumi təhsil - pulsuz 



olmalıdır. İbtidai təhsil icbari olmalıdır. Texniki təhsil və peşə təhsili hamıya, ali təhsil, hər kəsin 

qabiliyyəti əsasında, hamıya eyni dərəcədə müyəssər olmalıdır. 

2. Təhsil insan şəxsiyyətinin tam inkişafına, insan hüquqlarına və əsas azadlıqlara 

ehtiramın artmasına yönəldilməlidir. Təhsil bütün xalqlar, irqi və dini qruplar arasında qarşılıqlı 

anlaşmaya, dözümlüyə və dostluğa, Birləşmiş Millətlər Təşkilatının sülhü qorumaq sahəsindəki 

fəaliyyətinə yardım göstərməlidir. 

3. Valideynlər öz azyaşlı uşaqları üçün təhsil növü seçməkdə üstünlük hüququna 

malikdirlər. 

 

Maddə 27 

 

1. Hər bir insan cəmiyyətin mədəni həyatında sərbəst iştirak etmək, incəsənətdən zövq 

almaq, elmi tərəqqidə iştirak etmək və ondan bəhrələnmək hüququna malikdir. 

2. Hər bir insan müəllifı olduğu elmi, ədəbi, yaxud bədii əsərlərdən irəli gələn mənəvi və 

maddi mənafelərini müdafiə etmək hüququna malikdir. 

  

 



 


Azərbaycan Respublikasının Konstitusiyası 

Maddə 42. Təhsil hüququ 

 

I. Hər bir vətəndaşın təhsil almaq hüququ vardır. 

II. Dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu 

təmin edir. 

III. Təhsil sisteminə dövlət tərəfindən nəzarət edilir. 

IV. Maddi vəziyyətindən asılı olmayaraq istedadlı   şəxslərin təhsili davam etdirməsinə 

dövlət zəmanət verir. 

V. Dövlət minimum təhsil standartlarını müəyyən edir. 

 

 

 



Azərbaycan Respublikasının Konstitusiyası 

Maddə 40. Mədəniyyət hüququ 

 

I. Hər kəsin  mədəni  həyatda  iştirak  etmək,  mədəniyyət təsisatlarından və mədəni 



sərvətlərdən istifadə etmək hüququ vardır. 

II. Hər kəs tarixi, mədəni və mənəvi irsə hörmətlə yanaşmalı, ona qayğı göstərməli, tarix 

və mədəniyyət abidələrini qorumalıdır. 

 

 



 

Azərbaycan Respublikasının Konstitusiyası 

Maddə 30. Əqli mülkiyyət hüququ 

 

I. Hər kəsin əqli mülkiyyət hüququ vardır. 

II. Müəlliflik hüququ, ixtiraçılıq hüququ və əqli mülkiyyət hüququnun başqa növləri 

qanunla qorunur. 

  

Maddə 28 

 

Hər bir insan bu Bəyannamədə ifadə olunmuş hüquq və azadlıqların tam şəkildə həyata 

keçirilə biləcəyi sosial və beynəlxalq nizam hüququna malikdir. 

 

Maddə 29 

 

1. Hər bir insan yalnız şəxsiyyətinin azad və tam inkişafının mümkün olduğu cəmiyyət 



qarşısında borcludur. 

2. Hər bir insana öz hüquq və azadlıqlarını həyata keçirərkən yalnız qanunun istisna 

olaraq, başqalarının hüquq və azadlıqlarının lazımi şəkildə tanınmasını və onlara hörmət 

olunmasını təmir etmək və demokratik cəmiyyətdə əxlaq, ictimai asayış və ümumi rifahın 

ədalətli tələblərini yerinə yetirmək məqsədilə qoyduğu məhdudiyyətlər tətbiq edilməlidir. 

3. Bu hüquq və azadlıqların həyata keçirilməsi heç bir vəchlə Birləşmiş Millətlər 

Təşkilatının məqsəd və prinsiplərinə zidd olmamalıdır. 

 

Maddə 30 

 

Bu Bəyannamədə heç nə hər hansı bir dövlətə, insan qrupuna, yaxud ayrı-ayrı şəxslərə, 



həmin Bəyannamədə ifadə olunmuş hüquq və azadlıqların ləğv edilməsinə yönəldilmiş hər hansı 

fəaliyyətlə məşğul olmaq, yaxud hərəkətlər hüququ verilməsi kimi yozula bilməz. 

  



 

 

Azərbaycan Respublikasının Konstitusiyası 



Maddə 72. Vətəndaşların vəzifələrinin əsası 

 

I. Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə 

irəli gələn vəzifələr daşıyır. 

II. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, 

başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər 

vəzifələri yerinə yetirməlidir. 

III. Qanunu bilməmək məsuliyyətdən azad etmir. 

  



 

 

 



 

 

 



 

 

 



Yığılmağa verilmişdir 10.01.2003. Çapa imzalanıb 07.03. 2003. 

Ofset kağızı. Fiziki ç. v. 2,75. Format 60x90 1/16. Ofset çapı. 

Tiraj 2000. Sifariş N15. 

 

«Atra» mətbəəsində çap olunmuşdur. 



Bakı şəhəri, S.Vurğun küçəsi, 110. 

 

 



 


Azərbaycan Respublikasının 

İnsan Hüquqları üzrə Müvəkkili 

(Ömbudsman) 

Ünvan: 


Bakı-370000, Ü.Hacıbəyov küçəsi 40, Hökumət evi, II qapı. 

 

 



 

Əlavə məlumat üçün telefonlar: 

(99412) 982365, 937422 



 

 

faks: 988574 

 

 



e-mail: 

ombudsman @ ombudsman. gov.az  

apparat@ombudsman.gov.az  

www.ombudsman. gov.az 



 

 

 



BMT-nin İnkişaf Proqramının dəstəyi ilə çap olunub 

Yüklə 238,07 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə