Azərbaycan respublikasinin kənd təSƏRRÜfati naziRLİYİ q ə r a r



Yüklə 201,77 Kb.
Pdf görüntüsü
tarix15.08.2018
ölçüsü201,77 Kb.
#62657


AZƏRBAYCAN RESPUBLİKASININ KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ

 

  

Q Ə R A R 

  

№ 16-Q 

  

Bakı şəhəri                                                                                            30 



mart 2015-ci il 

 

 

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin rayon (şəhər) 



kənd təsərrüfatı idarəsinin əsasnaməsinin təsdiq edilməsi haqqında 

  

Azərbaycan  Respublikası  Prezidentinin  2005-ci  il  20  aprel  tarixli  226 

nömrəli  Fərmanı  ilə  təsdiq  edilmiş  “Azərbaycan  Respublikasının  Kənd 

Təsərrüfatı Nazirliyi haqqında Əsasnamə”nin 18.5-ci bəndini rəhbər tutaraq 

  

QƏRARA ALIRAM: 

  

1. Azərbaycan  Respublikası  Kənd  Təsərrüfatı  Nazirliyinin  rayon  (şəhər) 

kənd təsərrüfatı idarəsinin əsasnaməsi təsdiq edilsin (əlavə olunur). 

2. Hüquq,  kadr  və  yerli  orqanlarla  iş  şöbəsi (Xudayət  Həsənli) bu 

qərarın  Hüquqi  Aktların  Dövlət  Reyestrinə  daxil  edilməsi  üçün  3  gün 

müddətində  Azərbaycan  Respublikasının  Ədliyyə  Nazirliyinə  təqdim 

olunmasını təmin etsin. 



Əsas: Hüquq,  kadr  və  yerli  orqanlarla  iş  şöbəsinin  müdiri  Xudayət 

Həsənlinin  nazir  müavinləri  İlham  Quliyev  və  Seyfəddin  Talıbovla 

razılaşdırılmış 2015-ci il 13 mart tarixli 12/M-18 nömrəli Təhriri məruzəsi. 

  

  

Nazir 

Heydər Əsədov 

  

  



 

 

 



 

  

Azərbaycan  Respublikası  kənd  təsərrüfatı 



Nazirinin  2015-ci  il  30  mart  tarixli  16-Q 

nömrəli qərarı ilə təsdiq edilmişdir. 

  

  



Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Rayon (Şəhər) 

Kənd Təsərrüfatı İdarəsi haqqında 

  

Ə S A S N A M Ə  

  

I. Ümumi müddəalar 

  

1. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin (bundan sonra 

-  Nazirlik)  Rayon  (Şəhər)Kənd  Təsərrüfatı  İdarəsi  (bundan  sonra-Kənd 

Təsərrüfatı  İdarəsi)  “Aqrar  sahədə  idarəetmənin  təkmilləşdirilməsi  və 

institusional  islahatların  sürətləndirilməsi  ilə  bağlı  tədbirlər  haqqında” 

Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 16 aprel tarixli 152 nömrəli 

Fərmanının 1-ci hissəsinə uyğun olaraq yaradılmışdır və Nazirliyin müstəqil 

struktur qurumudur. 

2. Kənd Təsərrüfatı İdarəsi öz fəaliyyətində Azərbaycan Respublikasının 

Konstitusiyasını,  Azərbaycan  Respublikasının  qanunlarını,  Azərbaycan 

Respublikası  Prezidentinin  fərman  və  sərəncamlarını,  Azərbaycan 

Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını və digər normativ 

hüquqi  aktları,  Nazirliyin  Əsasnaməsini  və  Kollegiyasının  qərarlarını, 

Azərbaycan  Respublikası  kənd  təsərrüfatı  nazirinin  (bundan  sonra-Nazir) 

əmr və qərarlarını, habelə bu Əsasnaməni rəhbər tutur. 

3.  Kənd  Təsərrüfatı  İdarəsi  öz  vəzifələrini  yerinə  yetirərkən  və 

hüquqlarını  həyata  keçirərkən  Nazirliyin  aparatının  struktur  bölmələri, 

strukturuna daxil olan qurumlar və tabeliyindəki təşkilatlar (bundan sonra - 

Nazirliyin  qurumları),  hüquqi  şəxslər,  yerli  icra  hakimiyyəti  və  yerli 

özünüidarəetmə  orqanları,  habelə  qeyri-hökumət  təşkilatları  ilə  qarşılıqlı 

əlaqədə fəaliyyət göstərir. 

4.  Kənd  Təsərrüfatı  İdarəsi  müstəqil  balansa,  qanunvericiliyə  uyğun 

olaraq  sərəncamında  olan  dövlət  əmlakına,  xəzinə  hesablarına,  üzərində 

Azərbaycan Respublikasının dövlət gerbinin təsviri, Nazirliyin və öz adı həkk 

olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir. 

5.  Kənd  Təsərrüfatı  İdarəsinin  saxlanılması  xərcləri  və  fəaliyyəti 

Azərbaycan  Respublikasının  dövlət  büdcəsinin  vəsaiti  və  qanunvericilikdə 

nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir.  

  

II. Kənd təsərrüfatı idarəsinin fəaliyyətinin istiqamətləri 

  

6. Kənd Təsərrüfatı İdarəsinin fəaliyyət istiqamətləri aşağıdakılardır:  




6.1. rayonda (şəhərdə) aqrar siyasətin həyata keçirilməsini təmin edir

6.2.  bitkiçilik  və  heyvandarlıq  sahələrinin  intensiv  inkişafının  təmin 

edilməsi  üçün  həyata  keçirilən  tədbirlərdə  iştirak  edir,  yeni  texnika  və 

texnologiyaların,  innovativ  inkişaf  üsullarının  tətbiq  edilməsi  barədə 

Nazirliyə təkliflər verir

  

6.3. kənd təsərrüfatı məhsullarının istehsalı və emalı üzrə müəssisələrin 



yaradılması və yenidən qurulması barədə təkliflər verir, onların fəaliyyətinin 

dəstəklənməsi üzrə səlahiyyətləri çərçivəsində tədbirlər görür; 

6.4.  yerli  icra  və  özünüidarəetmə  orqanları  ilə  birlikdə  rayon  (şəhər) 

ərazisində  kənd  təsərrüfatı  təyinatlı  torpaqlardan,  o  cümlədən  yay  və  qış 

otlaq  sahələrindən  səmərəli  istifadə  edilməsinə,  onların  keyfiyyətinin 

yaxşılaşdırılmasına  nəzarətin  həyata  keçirilməsində  iştirak  edir,  torpaqların 

münbitliyinin  bərpası  və  mühafizəsi  üçün  tədbirlər  görür  və  bu  sahədə 

Nazirliyə təkliflər verir; 

6.5.  rayonda  (şəhərdə)  kənd  təsərrüfatına  dövlət  dəstəyi  tədbirlərini 

təşkil  edir,  kənd  təsərrüfatı  məhsulları  istehsalçılarına  subsidiyaların 

verilməsi,  onların  mineral  gübrələrə,  kənd  təsərrüfatı  texnikalarına,  habelə 

qüvvəli  və  şirəli  yemlərə  olan  ehtiyaclarının  ödənilməsi  və  bu  sahədə 

qanunvericiliklə  müəyyən  edilmiş  güzəştlərdən  istifadə  edə  bilmələri  üçün 

Nazirliyin digər qurumları ilə birlikdə tədbirlər həyata keçirir; 

6.6.  rayonda  (şəhərdə)  aqrar  sahə  ilə  bağlı  problemlərin  həllində 

mərkəzi  icra  hakimiyyəti  orqanlarının  yerli  struktur  bölmələri  ilə  səmərəli 

əməkdaşlıq qurur; 

6.7.  aqrar  bölmədə  yerli  istehsalçıların  dəstəklənməsi  üçün  tədbirlər 

görür,  kənd  təsərrüfatı  məhsullarının  istehsalçılarına  və  emalçılarına 

aqroservis,  aqrokimyəvi,  informasiya-məsləhət  və  digər  xidmətlərin 

göstərilməsinə köməklik edir; 

6.8.  Nazirliyin  rayonda  (şəhərdə)  fəaliyyət  göstərən  yerli  qurumlarının 

fəaliyyətini əlaqələndirir; 

6.9.  Qanunvericiliklə  müəyyən  edilmiş  digər  istiqamətlərdə  fəaliyyət 

göstərir.  

  

III. Kənd təsərrüfatı idarəsinin vəzifələri 

  

7. Kənd Təsərrüfatı İdarəsi bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət 



istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir: 


7.1. torpaqların münbitliyinin bərpası və mühafizəsi sahəsində, səmərəli 

aqrotexniki, fitosanitar və eroziyaya qarşı mübarizə tədbirlərinə dair təkliflər 

vermək, onların həyata keçirilməsində iştirak etmək

7.2.  kənd  təsərrüfatına  yararlı  torpaqlardan  yüksək  məhsul  əldə 

olunması  və  həmin  torpaqların  mühafizəsinin  təmin  edilməsi  məqsədilə 

mütərəqqi  torpaqbecərmə  işlərinin  aparılması,  texnika  və  texnologiyaların 

tətbiqi  ilə  bağlı  tədbirlərdə,  habelə  kənd  təsərrüfatı  təyinatlı  torpaq 

sahələrinin identifikasiyası əməliyyatlarının aparılmasında iştirak etmək; 

7.3.  kənd  təsərrüfatı  məhsulları  istehsalçılarına  torpağın  münbitliyinin 

bərpa edilməsi, gübrə və digər kimyəvi preparatlardan düzgün və səmərəli 

istifadə  edilməsi,  habelə  aqrokimyəvi  xidmətin  təşkili  ilə  bağlı  qabaqcıl 

təcrübə  barədə  məlumat  (bilgilər)  vermək,  bunları  kitabçalar  formasında 

nəşr etdirərək onlara pulsuz çatdırmaq;  

7.4.  rayon  (şəhər)  üzrə  kənd  təsərrüfatı  ilə  bağlı  məlumat  bazası 

yaratmaq, o cümlədən müvafiq informasiya sistemi və proqram təminatları 

texnologiyalarından  istifadə  etməklə  kənd  təsərrüfatı  təyinatlı  torpaqlar, 

torpaqların  keyfiyyət  və  kəmiyyət  göstəriciləri,  uqodiyası,  torpaq  və  bitki 

örtüyü və digər kateqoriyadan olan torpaqlar haqqında coğrafi məlumatlar, 

kənd təsərrüfatı məhsullarının istehsal və satış qiymətləri haqqında məlumat 

bazası yaratmaq, məlumatların yenilənməsi, müvafiq təhlillərin aparılması və 

hesabatların hazırlanması üçün tədbirlər görmək

7.5.  kənd  təsərrüfatı  sahəsində  rayonda  (şəhərdə)  investisiya 

layihələrinin həyata keçirilməsi barədə Nazirliyə təkliflər vermək

7.6.  rayonda  (şəhərdə)  genetik  modifikasiya  olunmuş  bitkilər  istisna 

olmaqlayeni  bitki  sortlarının  yetişdirilməsi  və  yayılması  üçün  tədbirlər 

görmək; 


7.7. kənd yerlərində infrastrukturun inkişafı və sosial problemlərlə bağlı 

məsələlərin  həllində,  o  cümlədən  müvafiq  dövlət  proqramlarının  həyata 

keçirilməsində iştirak etmək; 

7.8. əkinə yararlı torpaqların aqrokimyəvi tədqiqatların aparılmasına, su 

təchizatının  yaxşılaşdırılmasına  dair  tədbirlər  həyata  keçirmək,  torpaqların 

meliorativ cəhətdən yaxşılaşdırılmasında iştirak etmək; 

7.9.  heyvanların  xüsusi  təhlükəli  xəstəliklərinin  profilaktikası, 

diaqnostikası,  epizootiya  əleyhinə  tədbirlərin  həyata  keçirilməsində,  dövlət 

sərhədinin 

buraxılış 

məntəqələrində 

nəqliyyat 

vasitələrinin 

dezinfeksiyasında, baytarlıq preparatlarının ehtiyatının yaradılmasında iştirak 

etmək; 



7.10.  heyvanların  və  əhalinin  sağlamlığı  üçün  xüsusi  təhlükə  yaradan 

heyvanların,  heyvan  mənşəli  məhsulların  və  xammalın  müəyyən  edilməsi, 

götürülməsi  və  məhv  edilməsi  ilə  bağlı  həyata  keçirilən  tədbirlərdə  iştirak 

etmək; 


7.11.  rayonda  (şəhərdə)  bitki  mühafizəsi  və  karantini  sahəsində 

tədbirlərin,  pestisidlərin  ehtiyatının  yaradılması  və  saxlanması  ilə  bağı 

tədbirlərin həyata keçirilməsində iştirak etmək; 

7.12. rayonda (şəhərdə) aqrar sahədə yeni istehsal və emal sahələrinin 

yaradılması  ilə  bağlı  araşdırmalar  aparmaq  və  bununla  əlaqədar  təkliflər 

hazırlayıb Nazirliyə təqdim etmək

7.13.  yerli  icra  hakimiyyəti  orqanları  ilə  birlikdə  kənd  təsərrüfatı 

məhsullarının satış yarmarkalarının daha səmərəli təşkili, onların fəaliyyətinə 

normal şəraitin yaradılması, əhali və fermerlər üçün əlverişli ticarət mühitinin 

formalaşdırılması,  yarmarkalarda  sui-istifadə  hallarının  aradan  qaldırılması 

üçün tədbirlər görmək və bu barədə Nazirliyə təkliflər vermək; 

7.14.  rayonda  (şəhərdə)  ailə  kəndli  təsərrüfatlarının  və  aqrar  sahədə 

fəaliyyət göstərən sahibkarlıq subyektlərinin inkişafını dəstəkləmək; 

7.15.  Azərbaycan  Respublikasının  digər  rayon(şəhər)kənd  təsərrüfatı 

idarələri  ilə  əməkdaşlıq  etmək,  təcrübə  mübadiləsi  aparmaq,  qabaqcıl 

təcrübənin öyrənilməsi və rayonda tətbiqi üçün tədbirlər görmək; 

7.16.  rayonda(şəhərdə)  kənd  təsərrüfatı  informasiya-məsləhət 

xidmətinin  fəaliyyətinin  təşkilində  iştirak  etmək  və  bu  sahədə  xidmətlərin 

təkmilləşdirilməsi üçün Nazirliyə təkliflər vermək; 

7.17.  rayonda  (şəhərdə)  kənd  təsərrüfatı  kooperativlərinin,  iri  fermer 

təsərrüfatlarının yaradılmasını və inkişafını təşviq etmək;  

7.18.  aqrar  sahədə  rayon  (şəhər)  əhalisinin  məlumatlandırılması  üçün 

idarənin elektron informasiya ehtiyatının (internet saytının) yaradılmasını və 

onun daimi yenilənməsini təmin etmək; 

7.19.  Nazirliyin  strukturuna  daxil  olan  dövlət  xidmətlərinin  və 

tabeliyindəki  təşkilatların  yerli  bölmələrində  işin  təşkili  ilə  bağlı  vəziyyəti 

öyrənmək, ümumiləşdirmək və nəticələr üzrə Nazirliyə təkliflər vermək; 

7.20. kənd təsərrüfatı məsələləri üzrə vətəndaşların qəbulunu aparmaq, 

onların  müraciətlərinə  baxmaq  və  nəticələr  barədə  Nazirliyə  məlumat 

vermək; 


7.21.  hüquqi  maarifləndirmə  işini  həyata  keçirmək,  idarənin  fəaliyyəti 

haqqında  ictimai  maraq  kəsb  edən  məlumatları  kütləvi  informasiya 

vasitələrində yaymaq;  



7.22.  “elektron  kənd  təsərrüfatı”  informasiya  sistemlərinin  tətbiqi  üzrə 

tədbirlər görmək, o cümlədən Nazirliyin təqdim etdiyi elektron xidmətlərin 

təşviq  edilməsi  və  onlardan  istifadə  sahəsində  kənd  təsərrüfatı  məhsulları 

istehsalçıları 

və 

emalçılarının 



bacarıqlarının 

artırılması, 

onların 

təlimatlandırılması  məqsədi  ilə  fəaliyyət  istiqamətlərinə  uyğun  olaraq 

tədbirlər görmək; 

7.23.  fəaliyyət  istiqamətlərinə  uyğun  olaraq  qanunvericiliklə  nəzərdə 

tutulmuş digər vəzifələri həyata keçirmək. 

  

IV. Kənd təsərrüfatı idarəsinin hüquqları 

  

8. Kənd Təsərrüfatı İdarəsi bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələrini 



yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir: 

8.1.  rayonda  (şəhərdə)  kənd  təsərrüfatının  inkişaf  etdirilməsinə  dair 

Nazirliyə  təkliflər  vermək  və  Nazirliklə  razılaşdırmaqla  rayonun  aidiyyəti 

orqanları qarşısında məsələ qaldırmaq; 

8.2.  rayonda  (şəhərdə)  aqrar  sahənin  inkişafına  dövlət  dəstəyi 

mexanizmlərinin hazırlanmasında və həyata keçirilməsində iştirak etmək; 

8.3.  rayonda  (şəhərdə)  kənd  təsərrüfatının  davamlı  inkişafının  təmin 

edilməsi üçün dövlət orqanlarının yerli bölmələri ilə birlikdə tədbirlər həyata 

keçirmək; 

8.4.  müvafiq  sahədə  mütəxəssislərin  hazırlanması,  peşəkarlığının  və 

ixtisasının  artırılması,  habelə  İdarənin  strukturunun  və  fəaliyyətinin 

təkmilləşdirilməsi barədə Nazirliyə təkliflər vermək; 

8.5.  səlahiyyətlərinin  həyata  keçirilməsi  ilə  bağlı  məhkəmələrdə  iddiaçı 

və cavabdeh qismində iştirak etmək; 

8.6. fəaliyyət istiqamətlərinə uyğun məsələlərlə bağlı dövlət orqanlarının 

yerli bölmələri, özünüidarəetmə qurumları, aqrar sahədə fəaliyyət göstərən 

hüquqi və fiziki şəxslərə sorğular göndərmək, təhlillər və ümumiləşdirmələr, 

habelə  tədqiqatlar  aparmaq,  analitik  materiallar  hazırlamaq,  onların 

nəticələrinə uyğun olaraq Nazirliyə məlumatlar və təkliflər vermək

8.7.  yığıncaqlar,  seminarlar  və  digər  tədbirlər  keçirmək,  sərgilər  təşkil 

etmək; 

8.8. müstəqil ekspertləri və mütəxəssisləri öz fəaliyyətinə cəlb etmək; 



8.9.  fəaliyyət  istiqamətlərinə  uyğun  olaraq  qanunvericiliklə  nəzərdə 

tutulmuş digər hüquqları həyata keçirmək. 

  

V. Kənd təsərrüfatı idarəsinin fəaliyyətinin təşkili 



  

9. İdarənin strukturu və ştat vahidlərinin sayı Nazir tərəfindən müəyyən 

edilir və təsdiq olunur.  

10.  İdarənin  fəaliyyətinə  “Dövlət  qulluğu  haqqında”  Azərbaycan 

Respublikasının  Qanunu  ilə  müəyyən  edilmiş  qaydada  Nazir  tərəfindən 

vəzifəyə təyin edilən və vəzifədən azad edilən rəis rəhbərlik edir.  

Rəis  bu  Əsasnamə  ilə  müəyyən  edilmiş  vəzifələrin  yerinə  yetirilməsinə 

və hüquqların həyata keçirilməsinə şəxsən məsuliyyət daşıyır. 

11.  Rəisin  “Dövlət  qulluğu  haqqında”  Azərbaycan  Respublikasının 

Qanunu ilə müəyyən edilmiş qaydada Nazir tərəfindən vəzifəyə təyin edilən 

və vəzifədən azad edilən bir müavini vardır. 

12.  İdarə  rəisi  məzuniyyətdə  və  ya  ezamiyyətdə  olduqda,  yaxud  digər 

üzürlü  səbəblərdən  öz  vəzifəsini  icra  edə  bilmədikdə  onun  səlahiyyətlərini 

müəyyən olunmuş qaydada rəisin müavini həyata keçirir. 

13. Kənd Təsərrüfatı İdarəsinin rəisi: 

13.1. İdarənin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir; 

13.2. Kənd Təsərrüfatı İdarəsinin işçilərini (rəis müavini istisna olmaqla) 

“Dövlət  qulluğu  haqqında”  Azərbaycan  Respublikasının  Qanununa  və 

Azərbaycan  Respublikasının  Əmək  Məcəlləsinə  uyğun  olaraq  Nazirliklə 

razılaşdırılmaqla vəzifəyə təyin edir və vəzifədən azad edir. 

13.3. idarənin işçiləri arasında vəzifə və iş bölgüsü aparır; 

13.4. İdarə üzrə Nazirliyin Kollegiyasında müzakirə olunmalı məsələləri 

müəyyənləşdirərək, bu barədə təkliflərini Nazirliyin rəhbərliyinə təqdim edir, 

bu  Əsasnamənin  2-ci  bəndində  göstərilən  qanunvericilik  aktlarının  və 

təşkilati-sərəncamverici sənədlərin icrasını təmin edir; 

13.5.  İdarədə  çalışan  işçilər  (rəis  müavini  istisna  olmaqla)  barəsində 

həvəsləndirmə və intizam tənbehi tədbirləri görür; 

13.6.  Nazirliyin  rəhbərliyinin  etibarnaməsi  (vəkalətnaməsi)  əsasında 

məhkəmələrdə Nazirliyi təmsil edir; 

13.7.  İdarəyə  daxil  olan  məktub,  ərizə,  şikayət  və  təkliflərə 

qanunvericiliyə uyğun qaydada baxılmasını təşkil edir; 

13.8. İdarədə kargüzarlıq işlərinin aparılmasını və məxfilik rejimini təmin 

edir; 

13.9.  İdarəni  rayonun  (şəhərin) dövlət  və  yerli  özünüidarəetmə 



qurumlarında,  habelə  hüquqi  və  fiziki  şəxslərlə  münasibətlərdə  və 

məhkəmələrdə etibarnaməsiz təmsil edir. 

13.10.  İdarədə  çalışan  işçilər  tərəfindən  icrası  məcburi  olan  əmrlər  və 

göstərişlər verir, onların icrasına nəzarəti həyata keçirir; 




14.  İdarənin  əməkdaşları  bu  Əsasnamənin  tələblərinin  pozulmasına 

görə  Azərbaycan  Respublikasının  qanunvericiliyinə  müvafiq  olaraq 

məsuliyyət daşıyırlar. 

  

  



 

Yüklə 201,77 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə