Azərbaycan respublikasinin məDƏNİYYƏt və turizm naziRLİYİ



Yüklə 67,13 Kb.
tarix01.02.2018
ölçüsü67,13 Kb.
#23179


AZƏRBAYCAN RESPUBLİKASININ MƏDƏNİYYƏT VƏ

TURİZM NAZİRLİYİ

Qazax rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Metodiki və biblioqrafiya şöbəsi
GENERAL ƏLİ ağa ŞIXLİNSKİNİN ANADAN OLMASININ 150 İLLİYİ MÜNASİBƏTİLƏ


VƏTƏNİ CANINDAN ƏZİZ TUTAN GENERAL !
(Metodiki vəsait)

Qazax 2014

Redaktor: Solmaz Babanlı Qazax rayon MKS-nin direktoru.


Tərtib edən: Fatma Hüseynova MKS-nin Metodika və Biblioqrafiya şöbəsi

Ədəbiyyatı.

Şəmistan Nəzirli. Cümhuriyyət generalları. Bakı. Hərbi nəşriyyat.1995.səh.212.

Şəmistan Nəzirli. General Əliağa Şıxliniski və silahdaşları. “Şərq-Qərb”. 2012.496 s.

-Sizi öldürərlər.

Ağır təbiətli general təmkinini pozmadan cavab vermişdir:

-Gələnlər ağıllı adam olsalar, məni öldürməzlər, çünki mən onların işlərinə yararam. Axmaqlardan isə, heç yerdə canını qurtara bilməzsən. Buna görə də, Vətənimin adama ehtiyacı olduğu bir zamanda, mən onu qoyub heç yerə getmərəm.

≈≈≈ ≈≈≈ ≈≈≈

1880-ci ildə Tiflis kadet korpusunda təhsil alan kursant Əli ağa Şıxlinski bir gün dostları ilə şəhərə gəzməyə çıxır. Kursantlar güclərini sınamaq üçün güc tərəzisinə yaxınlaşırlar. Hamı bir-bir öz gücünü göstərir. Əli ağaya da təklif edirlər. O, deyir ki, gəlsəniz mən bunu divardan tamam qopardam ( o vaxtlar güc sınanan tərəzi yumruqla vurulmurdu. Divara bərkidilirdi, güc sınayanlar onu özlərinə tərəf dartırdı). Yoldaşları deyir:

-Əli ağa, zarafat eləmə, altıya, yeddiyə qədər çəkə bilsən qalibsən.

Tərəziçi:

-Bala, əvvəl çək, sonra öyün- deyib ona kinayə ilə baxır.

Əli ağa var qüvvəsi ilə elə çəkir ki, güc sınanan tərəzi divardan yerli-dibli qopur.

Tərəziçi:

-Bala, - deyir, sən doğurdan da güclü imişsən, bu güclə öyünməyə haqqın var. Beşə qədər çəkənə altı manat düşür. Sən isə onu yerli-dibli qopartdın. Al, mükafatın on manatdır.

Əli ağa:

-Mənə on manat lazım deyil. Mən istərdim biləsiniz ki, tərəzinizi dibindən çıxardan oğullar da var- deyə cavab verir.



(Sürətli alqışlarla tədbir sona çatır).
Metodika və biblioqrafiya

şöbəsinin müdiri: F.Hüseynova.

GENERAL ƏLİ ağa ŞIXLİNSKİNİN ANADAN OLMASININ 150 İLLİYİ MÜNASİBƏTİLƏ
VƏTƏNİ CANINDAN ƏZİZ TUTAN GENERAL !

Ata yurdumuzdan ilham almasaq Zaman ağac kimi qurudar bizi. Bu gün babalari yada salmasaq Sabah nəvələr də unudar bizi.

Hüseyn Arif.

Əlağa Şıxlinski 1865-ci il aprelin 23-də Qazaxda zadəgan ailəsində anadan olub. 1883-cü ildə Tiflisdə Mixaylov artilleriya məktəbinə qəbul edilən Şıxlinski oranı fərqlənmə diplomu ilə bitirib. Təhsilini başa vurduqdan sonra Əli ağa Qafqaz hərbi dairəsinin topçu hissələrində xidmət edib.

Şıxlinski müharibə ab-havası gələn Uzaq Şərqə təyinat alır. O, 1900-cü ildə Zabaykal topçu divizyonunda çalışmağa başlayır. Rus qoşunlarının Çin yürüşündə iştirak edən Şıxlinski döyüşlərdə fərqlənir, 1904-cü ildə topçu batareyasının komandiri vəzifəsində Port-Artura göndərilir. 1904-1905-ci illər rus-yapon müharibəsi ona şöhrət gətirir. Son döyüşlərin birində ayağından yaralanan podpolkovnik Şıxlinskini yaponlar əlil hesab edib əsir götürmürlər. Lakin Peterburqda müalicə alan Şıxlinski çox keçmir ki, yenidən ordu sıralarına qayıdır. Artillerya hissələrində xidmətini davam etdirən Şıxlinski 1907-ci ildə Ali Zabit Arilleriya Məktəbinə daxil olur. Məktəb Rusiya ordusu artilleriya hissələri üçün dərin biliklərə malik zabit kadrları yetişdirir və faktiki olaraq artilleriya üzrə akademiya hesab edilirdi.

1910-cu ildə məktəbi bitirən Şıxlinski yenidən Qafqaz hərbi dairəsində divizion komandiri vəzifəsində xidmətini davam etdirir.1912-ci ildə onun təklif etdiyi yeni atəş üsulu “Şıxlinski üçbucağı” adlı altında hərb elminə daxil olmuşdur. “Səhra toplarının cəbhədə işlədilməsi” kitabı isə artilleriya zabitlərinin stolüstü kitabına çevrilmişdir.

1912-ci ildə Ali Zabit Artilleriya Məktəbinə rəis müavini, 1913-cü ildə isə məktəbin rəisi təyin edilən Şıxlinskiyə həmin ildə general-mayor rütbəsi verilir. 1914-cü ilin sonlarında Şıxlinski yenidən artilleriya hissələrinə qayıdır. Rusiya ordusunda məşhur topçu kimi tanınan Şıxlinski Rusiya paytaxtı Petroqradın müdafiə sisteminin artilleriya rəisi təyin edilir. Bu vəzifədə olarkən o, şəhər ətrafında artillerya mövqelərinin seçilib qurulmasında, Baltik dənizi və Fin körfəzi sahillərində artilleriya batareyalarının yaradılmasında, həmçinin yeni yaranan zenit artilleriya hissələrinin formalaşdırılmasında yaxından iştirak edir.

1915-ildə müharibə mövqe xarakterini alır. Belə vəziyyətdə Şıxlinskinin elmi kitabları yada düşür, onların əsasında yeni növ artilleriya – ağır artilleriya hissələri təşkil olunmağa başlanılır. Bu zaman Şıxlinski əvvəlcə Qərb cəbhəsinin ağır artilleriya rəisi, sonra isə ali baş komandan- imperator yanında artilleriya üzrə general təyin edilir. Şıxlinski qısa müddət ərzində ağır artilleriya hissələrinin təşkil edilib döyüşlərdə iştirakını təmin edir. Onun artillerya hissələri məşhur Brusilov həmləsində özlərini tamamilə doğruldurlar. 1916-cı ildə bütün qərb cəbhəsinin artilleriya inspektoru təyin edilən Şıxlinskiyə xidmətlərinə görə 1917-ci ilin əvvəlində general- leytenant rütbəsi verilir. Əli ağa Şıxlinski onuncu ordunun komandanı təyin edilir. Lakin bu zaman Rusiya imperiyası artıq dağılmaqda idi. Belə vəziyyətdə Şıxlinski vətəninə - Azərbaycana qayıdır.

Rusiya ordusunda xidmət zamanı Rusiya ordenləri arasında ən yüksək hərbi təltif nişanı sayılan “Müqəddəs Georgi” ordeninin 4-cü dərəcəsi, “Ağ qartal” , “Aleksandr Nevski” ordenləri, “Müqəddəs Stanislav” və “Müqəddəs Anna” ordenlərinin bütün dərəcələri , “Müqəddəs Vladimir” ordeninin 4, 3 və 2-ci dərəcələri, həmçinin

hərbi mütəxəssislərdəndir. O, yeganə azərbaycanlıdır ki, ilk dəfə Fransanın generallara məxsus fəxri “Legion ordeni” və zabitlərə verilən “Legion xaçı “ ilə təltif edilmişdi. Əli ağa Şıxlinski generallar arasında ən yaxşı hərb alimi, alimlər arasında ən məşhur artilleriya generalı idi.



II aparıcı: Əlli ildən çox nizami orduda qüsursuz xidməti olan Əli ağa Şıxlinski həmişə birincilər sırasında olmuşdur. O, dörd müharibənin şahidi, üçünün iştirakçısı olub: 1904-1905-ci illərdə Port-Artur, 1914-cü il cahan müharibəsində, 1918-ci illərdə isə torpaqlarımızın bütövlüyü uğrunda daşnak Ermənistana qarşı döyüşüb. Böyük Vətən müharibəsinin şahidi olan qoca general yenə də fəaliyyətini dayandırmamışdır.O, “Xatirələrim” kimi qiymətli hərbi memuarını diktə edib yazdırmışdır. Bu, Azərbaycan hərb tarixində ilk və yeganə hərbi memuardır. İnqilabdan əvvəl və inqilabdan sonrakı dövrlərlə məşğul olan hərb elminin elə bir alimi yoxdur ki, həmin kitabdan qidalanmasın, bir qiymətli mənbə kimi ondan istifadə etməsin.

I aparıcı: Hörmətli tədbir iştirakçıları, general Əli ağa Şıxlinskinin şərəfli ömründən söyləyəcəyimiz bir neçə qısa epizodlar yəqin ki, hamının qəlbini ehtizaza gətirəcək.

-1918-ci ildə General Əli ağa Şıxlinski Gəncədə yeni yaratdığı Əlahiddə Azərbaycan Korpusunun əsgərləri qarşısında çıxış edərək demişdir:

-Azərbaycanlılar birdəfəlik bilməlidirlər ki, doğma ordu əsla tənbəlxana deyil və onun mövcudluğu hər hansı bir azərbaycanlının maddi rifahını daha da yaxşılaşdırmaq üçün yaranmayıb. Ordu xalqın istinadgahıdır- bura xalqın ləyaqətli oğulları gəlməlidir.

≈≈≈ ≈≈≈ ≈≈≈

İyirminci ilin aprel çevrilişi günlərində Müsavat hökumətinin Daxili İşlər nazirinin müavini Şəfi bəy Rüstəmbəyov Əli ağa Şıxlinskidən soruşmuşdur.

-Hə, cənab general, qaçmırsınızmı?

-Öz vətənimdən niyə qaçım ki?

Sual: Əli ağa Şıxlinskinin hərb elminə dair əsəri?

Cavab: 1926-cı ildə Bakıda “ Rusca- Türkcə qısa hərbi lüğət” əsəri nəşr olunmuşdur. Bu, Azərbaycan hərb tarixində ilk kamil hərbi lüğət idi.

Sual: General Əli ağa Şıxlinski nə vaxt, harada vəfat edib?

Cavab: Əli ağa Şıxlinski 1943-cü il 18 avqust tarixdə Bakı şəhərində vəfat edib, II Fəxri Xiyabanda dəfn olunub.

Kitabxanada keçirilən tədbirlərdən biri də kitab müzakirəsidir. Şəmistan Nəzirlinin “General Əli ağa Şıxlinski ömrü” adlı kitabının müzakirəsinin keçirilməsi oxuculara Generalın həyat və fəaliyyəti haqqında daha çox məlumat verə bilər. Tədbirdə yuxarı sinif şagirdləri, fəal oxucular və müharibə veteranlarının iştirakı məqsədəuyğundur.

Ə.Şıxlinskinin kitabxanalarda həyat və fəaliyyətinin təbliğinin ən yaxşı üsullarından biri də ədəbi- bədii gecənin keçirilməsidir. Ədəbi-bədii gecəni “Vətəni canından artıq tutan General”, “Hərb tariximizin sönməz Günəşi” adlarda keçirmək olar. Bunun üçün ssenari yazılmalı, keçirilmə tarixi və yeri təyin olunur. Tədbir keçirıləcək yerdə Əli ağa Şıxlınskiyə həsr olunmuş sərgi yerləşdirilir. Tədbiri giriş sözü ilə kitabxana rəhbərliyi açır, söz aparıcılara verilir.

I aparıcı: Fitri istedada malik olan tam artilleriya generalı Əli ağa Şıxlinski bütün varlığı ilə sevdiyi Azərbaycan xalqına ömrünün sonunadək sədaqətlə xidmət etmişdir. Hərbi fəaliyyətində araşdırmalar aparıldıqda onun bir çox sahələrdə ilkin şəxs olduğunun şahidi oluruq. Yalnız general kimi vəzifəsini bitmiş hesab etməyən bu məşhur sərkərdə həm də hərb elminin görkəmli alimi idi. Hələ ötən əsrin əvvəllərində hərbi mütəxəssislər tərəfindən yüksək qiymətləndirilən “Şıxlinski Üçbucağı”ndan Rusiyada deyil, Fransa, Avstriya, Norveç, İsveçrə və başqa ölkələrin artilleriya məktəblərində də dərslik kimi istifadə olunmuşdur. Əli ağa Şıxlinski “Üçbucağı”nda artilleriya tarixində ilk dəfə topların gözlə görünməyən hədəfə atəş açmaq texnikasını işləyib hazırlamış və topların təkmilləşdirilməsi işinə bir sıra dəyərli yeniliklər gətirmişdir. Hərb elminin mütəxəssisləri bu gün də etiraf edirlər ki, general Şıxlinski qeyri-adi fəaliyyəti ilə fərqlənmiş nadir

üzərində “İgidliyə görə” sözləri yazılan fəxri qızıl qılınc, Fransanın “Fəxri legion” və digər Antanta dövlətlərinin ordenləri ilə təltif edilmişdir.

Bakıda möhkəmlənən erməni-bolşevik qüvvələri əhaliyə divan tutur, xalqımıza qarşı genosid törədirdilər. Belə bir vaxtda Müsəlman Korpusu yaradılmağa başlandı və Şıxlinski onun komandanı təyin edildi. Kifayət qədər silah və sursatı, zabit kadrları olmayan ilk hərbi hissələrimiz qəhrəmanlıqla döyüşə atılsalar da, düşmənin üstün qüvvələri qarşısında geriyə çəkilirdilər. Belə şəraitdə müstəqilliyini elan etmiş Azərbaycan qardaş Türkiyə dövlətinə müraciət etməli oldu. Göyçay döyüşlərində darmadağın edilən erməni-bolşevik qüvvələri tutduqları ərazilərdən qovuldu və nəhayət, sentyabrın 15-də Bakı şəhəri düşməndən azad edildi. 1918-ci ilin noyabr ayında türk qoşunları Azərbaycandan çıxarıldı. Azərbaycan isə öz hissələrini tərtib etməkdə davam edirdi. Azərbaycan Ordusunda Şıxlinski hərbi nazir Mehmandarovun müavini təyin edildi. Müstəqil Azərbaycan ordusunun yaradılmasında onun böyük əməyi olmuşdur. 1919-cu ildə ona tam artilleriya generalı rütbəsi verilmişdir.

1920-ci ildə müstəqil dövlətimiz süquta uğrayanda Şıxlinski vətəndə qalmaq qərarına gəldi. Sovetlər tərəfindən həbs edilən general 2 aydan sonra N.Nərimanovun səyləri ilə azad edildi və Mehmandarovla bərabər Moskvaya göndərildi.

Daimi Artilleriya Komissiyasının üzvü seçilən Şıxlinski həmçinin Ali Artilleriya Məktəbində sovet artilleriya zabitlərinə dərs demiş, artillerya nizamnaməsi hazırlayan komissiyanın işində iştirak etmişdir.

1921-ci ildə N.Nərimanov və Ə.Qarayevin xahişi ilə Bakıya qaytarılan Şıxlinski Bakı Qarnizonu Hərbi-Elmi Cəmiyyətinin sədr müavini olmuş, Sovet Azərbaycanı Ordusunun Qərargahında işləmiş, Azərbaycan Komandirlər Məktəbində dərs demişdir. 1928-1929-cu illərdə o, Azərbaycanda ilk hərbi jurnalı olan “Hərbi bilik” jurnalını nəşr etdirmişdir. Tərcümə fəaliyyəti ilə məşğul olan Şıxlinski ilk hərbi lüğətimizi tərtib etmişdir ki, burada rus, türk, fars dillərində olan hərbi terminlər Azərbaycan dilində verilmişdir.

Lakin müstəqilliyin son atributlarını itirən Azərbaycanda məşhur generala yer tapılmır. O, bütün vəzifələrdən çıxarılır. Buna baxmayaraq o, respublikanın ictimai həyatında yaxından iştirak edir və Azərbaycanda Qızıl Aypara Cəmiyyətinin açılmasına nail olur.Iki dünya müharibəsi arasında hərbi yeniliklərlə maraqlanan Şıxlinski hərbi aviasiyanın gələcəkdə oynayacağı roldan böyük həvəslə danışır, mühazirələri elmi jurnalda çap edilirdi. Onun ehtimalları II Dünya müharibəsi cəbhələrində təsdiqini tapırdı. Ömrünün son illərində öz xatirələrini qələmə alan Şıxlinski Azərbaycanda ilk hərbi memuar kitabı sayılan “Mənim xatirələrim” kitabını yazmışdır. Bu kitab müəllifin vəfatından sonra – 1944-cu ildə işıq üzü görmüşdür.

Əli ağa Şıxlinski 1943-cü ildə Bakı şəhərində vəfat edib və II Fəxri xiyabanda dəfn olunub. Həyat yoldaşı, məşhur Qayıbovlar nəslinin nümayəndəsi, Azərbaycanın ilk şəfqət bacısı Nigar xanım Şıxlinskayanın məzarı da onun məzarının yanındadır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2014-cü il 20 noyabr tarixində general Əlağa Şıxlinskinin 150 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalamışdır. Tarixi Sərəncamı rəhbər tutaraq kitbaxanalarda görkəmli hərbi xadim, milli hərb lüğətimizin banisi, general- leytenant Əli ağa Şıxlinskinin 150 illiyi münasibətilə onun şərəfli həyat yolunun təbliği məqsədilə kitabxanalarda geniş və əhatəli işlər aparılması planlaşdırılır.

Generalın həyat və fəaliyyətinin oxucular arasında ən geniş təbliğat forması kimi “Hərb tariximizin sönməz Günəşi”, “Azərbaycanın görkəmli hərbi xadimi”, “Artilleriyanın Allahı”, “General Əli ağa Şıxlinski-150” və sair başlıqlarda kitab sərgisi tərtib olunmalıdır. Burada generalın şəkli, haqqında deyilmiş sitatlar, haqqında olan kitablar və dövrü mətbuat materialları nümayiş olunmalıdır. Sərgiyə bu yazılı materiallarla yanaşı Əli ağa Şıxlinski haqqında döxrü mətbuatda çap olunan məqalələrin kartotekasını, onun haqqında çəkilmiş sənədli və bədii filmlərin video- yazılarını, kaset və disklərini də əlavə etmək olar. Təşkil edilmiş yubiley sərgisinin qarşısında silsilə tədbirlər: söhbətlər, biblioqrafik icmallar keçirmək planlaşdırılmalıdır.

1944-cü il aprelin 9-da “Xatirələrim” kitabı nəşr olunmuşdur. Həmin kitab 1984-cü ildə “ Azərnəşr”də əlavə və izahlarla kütləvi tirajla (60 min) azərbaycan, rus dillərində nəşr olunmuşdur.

Kitabxanada keçiriləcək kütləvi tədbirlərin ən canlı və maraqlısı sual-cavab gecəsi və viktorinalardır. Sual-cavab gecələri canlı söhbət və müsahibə şəklində keçirilir. Tədbir zamanı suallar oxuculara paylanır. Ən çox suala cavab verən oxucu kitabxana rəhbərliyi tərəfindən mükafatlandırılır. Suallardan bir neçəsini nümunə kimi təqdim edirik:

Sual: Əli ağa Şıxlinski kimdir?

Cavab: Əli ağa İsmayıl oğlu Şıxlinski görkəmli sərkərdə, milli hərbi lüğətimizin banisi, milli qoşun hissələrinin təşkilində, müstəqil ordu quruculuğunda müstəsna fəaliyyət göstərmiş hərbi alimdir.

Sual: Əli ağa Şıxlinski nə vaxt, harada anadan olub?

Cavab: 23 aprel 1865-ci ildə Gəncə quberniyası Qazax qəzasının Qazaxlı ( Aşağı Salahlı) kəndində məşhur mülkədar Hacı İsmayıl ağa Alqazax oğlu Şıxlinskinin və Şahyəmən xanım Mirzə Məhəmməd qızı Qayıbovanın ( qız soyadı) ailəsində anadan olmuşdur.

Sual: Əli ağa Şıxlinskinin ilk təhsili?

Cavab: 1875-ci il 17 noyabrda Tiflisdəki iki illik şəxsi gimnaziyaya daxil olub.Qeyri-adi istedadı ilə buranı 7 aya fəxri fərman və əla diplomla bitirmişdir.

1876-cı ilin avqustunda Tiflis hərbi gimnaziyanın 1-ci sinfinə qəbul olunub, oranı on iki ballıq əla qiymətlərlə bitirib.

Sual: Əli ağa Şıxlinskinin hansı təltiflərini bilirsiniz?

Cavab:1904-1905-ci illərdə Rus- Yapon müharibəsində əla döyüş xidmətlərinə görə dördüncü dərəcəli “Müqəddəs Georgi” ordeni və qızıl silahla, 1913-cü il 13 sentyabrda Fransanın generallara məxsus “Fəxri Legion” ordeni ilə təltif olunub.

Sual: Əli ağa Şıxlinski hərb elmində hansı nəzəriyyənin müəllifidir?

Cavab: Gözlə görünməyən hədəfi nişan alan”Şıxlinski Üçbucağı” hərbi- elmi nəzəriyyəni kəşf edib.

1918,13dekabr- Milli Azərbaycan ordusunun yaradılması haqqında “ Hərbi Layihə” hazırlayır.

1918, 25 noyabr- Azərbaycan Respublikasının ilk Hərbiyyə Naziri, tam artilleriya generalı Səməd bəy Mehmandarovun müavini təyin olunur.

1919, 28 iyul- Azərbaycan Demokratik Cümhuriyyətinin 339 saylı əmri ilə Əli ağa Şıxlinskiyə tam artilleriya generalı rütbəsi verilmişdir.

1920, 9 mart- İlk dəfə onun təşəbbüsü ilə Azərbaycan Demokratik Respublikasında Qızıl Aypara Cəmiyyəti təsis olunmuşdur.

1920, avqust- 1921,18 iyuladək Moskvadakı Ali Artilleriya məktəbində dərs demiş və Petroqrad Topçu Akademiyasında mühazirələr oxumuşdur.

1922-ci il- Azərbaycan Komanda heyəti məktəbində topçuluqdan dərs demiş və hərbi elmi cəmiyyətin sədr müavini seçilib.

1923-cü il- “Kommunust” qəzetində (aprel ayı № 9.10.11) “Gələcək müharibədə toplar” silsilə məqalələrini dərc etdirmişdir.

1924-cü il- Azərbaycan Komanda heyəti məktəbinin rəis müavini olmuşdur.

1925-ci il-Azərbaycan Hərbi tərcümə kollegiyasının baş redaktoru.

1926-cı il- Bakıda “Rusca- türkcə qısa hərbi lüğət” əsəri nəşr olunmuşdur. Bu Azərbaycan Hərb tarixində ilk kamil hərbi lüğət idi.

1927-ci il- “İşçi-kəndli Qızıl Ordu topçusunun döyüş təlimnaməsi” elmi əsəri nəşr olunmuşdur.

1928-ci il – “Hərbi bilik” jurnalının beş və altıncı saylarında silsilə hərbi elmi məqalələrlə çıxış etmişdir.

1929-cu il- Səhhətinə görə istefaya çıxmışdır. Lakin hərbi- elmi pedaqoji fəaliyyətini dayandırmamışdır. Ömürlük fəxri təqaüdlə təmin olunmuşdur.

1943-cü il 18 avqust- Bakıda Cəfər Cabbarlı küçəsi 14 saylı mənzildə vəfat etmişdir.

Aşağıda sərginin nümunəsini veririk:

Başlıq: Hərb tariximizin sönməz Günəşi
1.Əli ağa Şıxlinskinin portreti

2.Görkəmli şəxslərin Əli ağa Şıxlinski haqqında söylədikləri sitatlar.

3.Kitabların nümayişi.

4.Dövrü mətbuatda çap olunan məqalələrin nümayişi.

5.Şeir parçası.

Sərgidə aşağıdakı sitatlardan istifadə etmək olar:

Əli ağa Şıxlinski taktika sahəsində dərin nəzəri, əməli bilikli sayca çox olmayan artilleristlərdən biri olub. O,hərb elmini təcrübədə tətbiq etmək sahəsində nadir bir istedada malik idi. Əliağanın qəhrəmanlığı öz vətəninin şərəf və azadlığını müdafiə edən hər bir şəxs üçün nümunə olmalıdır.

Hərb elmləri doktoru, professor, general –mayor,

Dövlət mükafatı laureatı Yevqeni Basukov.
“Əli ağa Şıxlinski üçbucağı” təkcə rus artilleriyasında deyil, Fransa, İsveçrə, Norveç və Avstriya artilleriyasında da böyük şöhrət qazanmışdır.

Professor V. Bertels.

1912-ci il, Varşava.

General Əli ağa Şıxlinski ilə yaxından tanış olanlar, onun maraqlı söhbətlərinə qulaq asanlar bilirlər ki, bu təvazökar və səmimi insan nə qədər ağıllı və ibrətli bir şəxs idi.



Heydər Hüseynov.

Filosof-alim.
Azərbaycanlılar birinci dəfə deyil ki, vuruş meydanlarında yaponlarla qarşı- qarşıya gəlirlər. Mən Port- Artur uğrunda gedən
döyüşlərdə fərqlənmiş məşhur topçu Əli ağa Şıxlinskinin adını çəkə bilərəm. Bu ad rus hərb elmi tarixində şöhrət qazanmışdır.

Səməd Vurğun.

Xalq şairi.
Əli ağa Şıxlinskinin həyat yolunun təbliği məqsədilə onun “Xatirələrim” kitabının əsasında diskussiyalar təşkil etmək olar. Diskussiyalar keçirilərkən generalın haqqında olan materiallardan söhbət açılır və bu haqda oxucuların fikirləri öyrənilir, onlarla Əlağa Şıxlinski haqqında diskussiya aparılır. Yaxşı olar ki, diskussiya məktəblərdə təşkil olunsun. Tədbir keçiriləcək yerdə “ General Əli ağa Şıxlinski ömrünün əsas tarixləri” xronoliji ardıcıllıqla tədbir iştirakçılarının nəzərinə çatdırılır:

1865, 23 aprel- Gəncə quberniyası Qazax qəzasının Qazaxlı kəndində məşhur mülkədar Hacı İsmayıl ağa Alqazax oğlu Şıxlinskinin və Şahyəmən xanım Mirzə Məhəmməd qızı Qayıbovanın ( qız soyadı) ailəsində anadan olub.

1875, 17 noyabr- Tiflisdəki iki illik şəxsi gimnaziyaya daxil olub. Qeyri-adi istedada malik olduğuna görə ekstrni imtahan verib, buranı yeddi aya fəxri fərman və əla diplomla bitirmişdir.

1876 avqust- Tiflis hərbi gimnaziyasının birinci sinfinə qəbul olunub. Gimnaziyanı ( sonralar Kadet Korpusu adlandı – Ş.N.) on iki ballıq əla qiymətlərlə bitiribdir.

1883, 1 sentyabr- Peterburqdakı Mixaylovsk Artilleriya Məktəbinə yunker rütbəsində daxil olub.

1886, 11 avqust- Mixaylovsk Artilleriya Məktəbini birinci dərəcəli diplomla bitirdiyinə görə pul mükafatı, qızıl saat və podporuçik rütbəsi verilib. Qafqazda yerləşən 39-cu topçu briqadasına həqiqi hərbi xidmətə göndərilib.

1900-1901-ci illərdə- Çin hərbi yürüşündə iştirak etmişdir.

1904-1905-ci illərdə Rus- Yapon müharibəsində iştirak etmişdir. Əla döyüş xidmətlərinə görə dördüncü dərəcəli “Müqəddəs Georgi” ordeni və qızıl Silahla mükafatlandırılmışdır.

1906, 1 fevraldan avqustadək- Çarskoye Selo şəhərindəki Artilleriya Zabitləri məktəbində kurs keçib. Əla qurtardığına görə həmin məktəbdə müəllim saxlanılıb.

1906-cı il. Gözlə görünməyən hədəfi nişan alan “Şıxlinski Üçbucağı” hərbi elmi nəzəriyyəsini kəşf edib.

1907-ci il. Riqada yerləşən 29-cu topçu briqadasında batareya komandiri olub.

1908, 26 noyabr – Polkovnik rütbəsi verilib.

1909, 27 oktyabr- Nigar xanım Mirzə Hüseyn qızı Qayıbova ilə ailə qurmuşdur.

1910, 4 avqust- İyirmi birinci artilleriya briqadasının birinci divizyonuna komandir təyin edilib. “ Səhra toplarının cəbhədə işlədilməsi” elmi əsərini nəşr etdirmişdir.

1913, 2 yanvar- Artilleriya Zabitləri məktəbinin rəis müavini təyin edilib.

1913, 14 aprel- General-mayor rütbəsi ilə təltif olunub.

1913, 13 sentyabr- Fransanın generallara məxsus “ Fəxri Legion” ordeni ilə təltif olunub.

1915, yanvar- Şimal-Qərb cəbhəsinə dəvət olunub. Müharibə üçün ağır artilleriya heyətinin təşkilinə rəhbərlik edib.

1915, 31 oktyabr- Ali Baş Komandan yanında tapşırıq generalı vəzifəsinə təyin edilib. Ağır artilleriya divizyonlarına və briqadalara rəhbərlik edib.

1916, 16 aprel- Qərb cəbhəsindəki ordunun artillerya müfəttişi təyi olunub.

1917, 9 sentyabr- Onuncu ordunun komandanı təyin olunub.

1917, 2 aprel- General- leytenant rütbəsi ilə təltif olunub.



1917, 15 noyabr- İmperiya ordusundan tərxis olunmaq haqqında xahiş etmiş, rəsmi olaraq dekabrın 2-də ordu komandanı vəzifəsindən azad edilmişdir.

1917, noyabr- Qafqaza qayıdır və azərbaycanlılardan ibarət “Əlahiddə Müsəlman Körpüsu”nü təşkil edir.
Yüklə 67,13 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə