Azərbaycan respublikasinin təHSİl sistemi Əhatə olunan məsələlər



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə1/18
tarix08.09.2018
ölçüsü0,94 Mb.
#67530
  1   2   3   4   5   6   7   8   9   ...   18


 

 

 



 

AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL SİSTEMİ 

 

      Əhatə olunan məsələlər: 

 

8.1. Təhsil haqqında anlayış. 

8.2. Azərbaycanda təhsilin əsas məqsədi. 

8.3. Təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri. 

8.4. Təhsil sistemi anlayışı. 

8.5. Təhsilin məzmununa və təşkilinə dair ümumi tələblər. 

8.6. Təhsil və təhsilalmanın formaları. 

8.7. Təhsil müəssisəsi. 

8.8. Təhsilin pillələri və səviyyələri. 

8.8.1. Məktəbəqədər təhsil. 

8.8.2. Ümumi təhsil. 

8.8.3. İlk peşə-ixtisas təhsili. 

8.8.4. Orta ixtisas təhsili. 

8.8.5. Ali təhsil. 

8.8.6. Doktorantura.  

8.8.7. Əlavə təhsil. 

8.9. Təhsil subyektlərinin hüquqları, vəzifələri və sosial müdafiəsi. 

8.9.1. Təhsil sahəsində dövlətin vəzifələri. 

8.9.2. Təhsil prosesinin iştirakçıları. 

8.9.3. Təhsilalanların hüquq və vəzifələri. 

8.9.4. Təhsilverənlərin hüquq və vəzifələri. 

8.9.5. Valideynlərin və ya digər qanuni nümayəndələrin hüquq  

           və vəzifələri. 

8.9.6. Təhsilalanların və təhsilverənlərin sosial müdafiəsi. 



 

8.1. Təhsil haqqında anlayış 

 

Təhsil insanlara öz əcdadlarının əsrlər boyu əldə etdiyi təcrübə və biliklərə bir 



neçə il ərzində yiyələnmək imkanı verir. Yaşadığı zamanın tələbləri səviyyəsində 

durmağa, hər dəfə sıfırdan başlamaq deyil, özündən əvvəlki nəsillərin işini davam 

etdirməyə insan yalnız təhsil sayəsində müyəssər olur. 

Ə.X.Paşayev  və  F.A.Rüstəmov  təhsili  pedaqogika  elminin  predmeti  kimi 

qəbul  edir  və  onun  əsas  xüsusiyyətlərini belə  açıqlayırlar: 1) təhsil  cəmiyyətin  və 

dövlətin mənafeyi naminə şəxsiyyətin intellektual və emosional sferalarını inkişaf 

etdirmək,  onu  həyata  hazırlamaq  məqsədilə  verilir;  2)  təhsilin  məzmunu  müasir 



standartlara  uyğun  olaraq  müəyyənləşdirilir;  3)  təhsilin  məzmunu  tədris  mü-

əssisələrində və özünütəhsil yolu ilə mənimsənilir; 4) mənimsənilmənin səviyyəsi 

qəbul  edilmiş  meyarlarla  yoxlanılır  və  qiymətləndirilir;  5)  təhsilalma  prosesi 

müəyyən olunmuş hüquqi sənədlərin verilməsi ilə başa çatır. 

Bir  qrup  mütəxəssislər  (A.S.Lanqe,  P.A.Jiltsov,  İ.P.Şerbov,  İ.F.Xarlamov, 

Y.K.Babanski)  təhsil  anlayışını  bir  qədər  başqa  cür  təsəvvür  edirlər.  Onların 

fikrincə, təhsil dedikdə, gənc nəslin müəyyən elmi və xüsusi biliklər sisteminə və 

bununla  əlaqədar  olan  bacarıq  və  vərdişlərə  yiyələnməsi,  onda  elmi 

dünyagörüşünün formalaşması və təfəkkürün, idrak qabiliyyətlərinin, yaradıcı qüv-

vələrin inkişafı prosesi və nəticəsi başa düşülür.  

Azərbaycan 

Respublikasının  “Təhsil  haqqında  Qanunu”nda  təhsil 

sistemləşdirilmiş  bilik,  bacarıq  və  vərdişlərin  mənimsənilməsi  prosesi  və  onun 

nəticəsi kimi təqdim olunur. 

Məlumdur  ki,  yeni  biliklərin  əldə  edilməsi  təhsilin  yox,  elmin  funksiyasına 

aiddir. Təhsil isə artıq  məlum olan bilikləri geniş kütlələrə və ya  məqsəddən asılı 

olaraq əhalinin müəyyən qrupuna çatdırmaq (öyrətmək, mənimsətmək) üçün təşkil 

olunmuş geniş miqyaslı ictimai prosesdir.  

XX əsrin böyük filosofu Bertran Rassel təhsil haqqında kitabında yazır: “Biz 

insanların  nəyi  bilməli  olduğunu  nəzərə  tutarkən  aydın  olur  ki,  bunları  hamı 

bilməlidir. Elə şeylər də vardır ki, bunları yalnız bəzi insanların bilməsi zəruridir, 

digərlərinin  isə  bilməsinə  ehtiyac  yoxdur.”  Daha  sonra  Rassel  yazır  ki,  on  dörd 

yaşına qədər uşaqlara elə şeylər öyrədilməlidir ki, bunları hamı bilməlidir. Konkret 

ixtisaslaşma ilə bağlı biliklər isə sonradan öyrədilməlidir. On dörd yaşına qədərki 

təhsilin  əsas  məsələlərindən  biri  oğlanlarda  və  qızlarda  və  xüsusi  həvəsin  kəşf 

olunması  məqsədi  daşımalıdır  ki,  onların  harada  olmasından  asılı  olmayaraq 

gələcək illərdə bunu inkişaf etdirə bilsinlər. Bu səbəbdən hər bir kəs fənlərin yalnız 

elementar başlanğıclarını öyrənməlidirlər

1



Akademik  S.Xəlilov  yazır:  “Təhsilə  yalnız  milli  və  ya  yalnız  ümumbəşəri 



hadisə kimi yanaşmaq olmaz. Təhsilin mahiyyətindən irəli gələn və bütün dövrlər 

və ölkələr üçün qorunub saxlanan əsas prinsiplərlə yanaşı, konkret dövrün, konkret 

ictimai  situasiyanın  və  konkret  milli  gerçəkliyin,  milli  düşüncə  tərzinin 

xüsusiyyətləri  də  mütləq  nəzərə  alınmalıdır.  Təhsil  özü  sosial  institut  olmaqla 

yanaşı, həm də və daha çox dərəcədə ictimai şüurun inkişafını təmin etdiyi, onun 

strukturunun özünəməxsusluğunu qoruyub saxladığı üçün ictimai həyatın və milli 

məfkurənin  ayrılmaz  tərkib  hissəsidir.  Təhsil  həm  də  milli  ruhun  inkişafını  təmin 

edən mühüm vasitələrdən biridir” . 

Bütün dünya xalqlarının tarixi göstərir ki, istər hərbi, istər siyasi və ya iqtisadi 

müstəvidə böhran keçirdikdən sonra yeni inkişaf potensialı əldə etmək, milli gücü 

səfərbər etmək üçün ən mühüm vasitə insanların şüurunun yenidən yönəldilməsidir 

ki, bu da ilk növbədə təhsil sistemindəki islahatlar vasitəsilə həyata keçirilir. 1807-

ci ildə, Almaniya Fransa istilası altında olanda alçaldılmış, təhqir olunmuş, ruhdan 

düşmüş və biganəliyə qapılmış alman xalqını özünə qaytarmaq, ona inam və ruh 

vermək  üçün  böyük  alman  filosofu  İ.Fixte  “Alman  xalqına  müraciət”lə  çıxış 

                                                 

1

 Bax: Bertrand Russel. On Education. London, Routledge, 1994, p.169. 




Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə