Azərbaycan Respublikasında çoxpilləli ali təhsil sistemində magistr hazırlığı (magistratura) haqqında əsasnamə magistr hazirliği haqqinda azərbaycan respublikasinin naziRLƏr kabinetiNİn qərari

Yüklə 111,89 Kb.
tarix08.10.2017
ölçüsü111,89 Kb.
#3845

Azərbaycan Respublikasında çoxpilləli ali təhsil sistemində magistr hazırlığı (magistratura) haqqında əsasnamə

MAGİSTR HAZIRLIĞI HAQQINDA

AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİNİN QƏRARI

Azərbaycan Respublikası Təhsil Qanununun 30-cu maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti

QƏRARA ALIR:

Azərbaycan Respublikası Təhsil Nazirliyinin təqdim etdiyi “Azərbaycan Respublikasının çoxpilləli ali təhsil sistemində magistr hazırlığı (magistratura) haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur). 

A.Rəsizadə

Azərbaycan Respublikasının

Baş Naziri

13 fevral 1997-ci il

15

Azərbaycan Respublikasında çoxpilləli ali təhsil sistemində magistr

hazırlığı (magistratura) haqqında

əsasnamə

I. Ümumi müddəalar

1.1. Çoxpilləli ali təhsil sistemində magistratura ali təhsilin ikinci pilləsi olub, müəyyən ixtisas üzrə sərbəst yaradıcılıq fəaliyyəti göstərə biləcək mütəxəssislərin hazırlanması məqsədini güdür.

1.2. Magistratura təhsil proqramı, mütəxəssisin gələcək fəaliyyətində elmi-tədqiqat və layihə-sınaq səciyyəli işləri yerinə yetirəcəyini nəzərə almaqla, bakalavr ixtisas təhsili proqramının sonrakı inkişafı və differesiyası yolu ilə qüvvədə olan “Ali təhsil istiqamətləri və ixtisaslarının siyahısı”na uyğun olaraq tərtib edilir. 

II. Magistr hazırlığının başlanılması

2.2. Magist hazırlığı yüksək ixtisaslı elmi-pedaqoji kadrları, müasir tədris və elmi-tədqiqat laboratoriyaları, tədris və fənn kabinələri, zəngin elmi kitabxanası, tədris-təcrübə və istehsalat sahələri, elmi-tədqiqat institutları olan ali təhsil müəssisələrində ali təhsil müəssisələrində ali təhsilin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş təhsil istiqaməti və ixtisaslar üzrə açılır.

2.2. Tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq ali təhsil müəssisələrində magistraturaların açılmasına razılıq Təhsil Nazirliyinin təqdimatı ilə Nazirlər Kabineti tərəfindən, müəyyən istiqamət və ixtisaslar üzrə magistr hazırlığına icazə isə təhsil müəssisəsinin təqdimatı əsasında Təhsil Nazirliyi tərəfindən verilir.  

III. Ali təhsil müəssisələrində magistr hazırlığını təmin edən şərtlər

3.1. Magistratura təhsil pilləsində kadr hazırlığına iddiaçı olan təhsil müəssisəsində istiqamət üzrə tədris prosesini təmin edən elmi-pedaqoji kadrların ümumi sayının ən azı 50 faizi, ixtisas üzrə isə ən azı 5 nəfəri elmi dərəcəli olmlıdır.

3.2. İki və üç pilləli ali təhsil müəssisəsində magistr hazırlığını həyata keçirmək hüququ aşağıdakılar təmin olunduqda verilir:

- magistr hazırlığı aparılacaq ixtisas və ya istiqamətlərində birinci təhsil pilləsi (bakalavr) proqramları üzrə buraxılış kursunun olması;

bu əsasnamədə magistr hazırlığına qoyulan ümumi tələblərin ödənilməsi;

müvafiq magistr tədris proqramı üzrə işçi tədris planlarının olması;

hər bir magistr tədris proqramları üzrə tədris olunan fənlərin işçi proqramlarının olması;

müasir tələblərə cavab verən maddi-texniki bazanın (tədris və tədqiqat laboratoriyaları,

avadanlıqlar, informasiya təminatı və s.) olması.

3.3. Ali təhsil müəssisəsində magistr hazırlığının məzmununu təmin edən şərtlər:

- magistr təhsili proqramlarına daxil edilmiş fənlərin işçi proqramlarında nəzərdə tutulan tədris-informasiya vasitələrinin lazımi miqdarda olması;

- ali təhsil müəssisələrində müasir milli və beynəlxalq informasiya şəbəkələrinin və məlumat bankları ilə əlaqə terminallarının mövcudluğu və bunlar üçün zəruri miqdarda işçi yerlərinin olması təmin edilməlidir.

3.4. Magistraturanın təhsil istiqamətlərindəki elmi tədqiqatlar magistr proqramlarının mövzuları üzrə son beş ildəki göstəricilər:

- magistratura istiqaməti üzrə aparılan elmi-tədqiqat işlərinin ümumi həcminin yarısından çoxu fundamental və axtarış xarakterli tədqiqatlar olmalıdır;

- magistraturada təhsil alanların (magistrantların) elmi rəhbərləri ixtisaslar üzrə elmi tədqiqatlar aparılmalı, onların bu sahədəki elmi nəticələri respublikada və ya xaricdə nəşr olunan jurnallarda, milli və ya beynəlxalq konfransların, simpoziumların, qurultayların, konqreslərin materiallarında dərc edilməlidir.

Magistrantların elmi rəhbərlərinin tədris prosesində iştirakı üçün:

müvafiq magistr təhsil proqramı üzrə dərsliklərin (dərs vəsaitlərinin) və ya elmi əsərlərin

(araşdırmaların) müəllifi olması;

- həmin magistr təhsil proqramı üzrə ən azı bir əsas və ya ixtisas kursunu aparması zəruridir. 

IV. Magistraturaya qəbul, magistr hazırlığının müəyyənləşdirilməsi

4.1. Ali təhsilin əsas peşə təhsili proqramlarından biri üzrə təhsilini müvəffəqiyyətlə başa vurmuş və ali təhsil haqqında diplomu olan şəxslər magistraturada təhsil almaq hüququna malikdirlər.

Magistraturaya daxil olmaq istədiyi ixtisas üzrə bakalavr diplomu olmayan ali təhsilli şəxslər həmin ixtisasa uyğun bakalavr hazırlığına qoyulan tələbat həcmində yaranmış akademik fərqləri verməlidirlər.

4.2. Ali təhsil müəssisələrinin magistraturasına müsabiqəyə buraxılma və müsabiqənin keçirilmə qaydaları Təhsil Qanununa, bu Əsasnaməyə, “Ali təhsil müəssisəsi haqqında Əsasnamə”yə və digər qanunvericilik aktlarına, həmçinin təhsil müəssisəsinin nizamnaməsinə uyğun olaraq müəyyənləşdirilir və Təhsil Nazirliyi tərəfindən təsdiq olunur.

4.3. Müəyyən təhsil istiqaməti və ixtisasları üzrə magistraturaya dövlət hesabına illik qəbulun səviyyəsi, həmin istiqamət və ixtisas üzrə bakalavr buraxılışının 20 faizinə qədəri müəyyənləşdirilir.

4.4. Magistraturaya daxil olmaq istəyən şəxslər ali təhsil müəssisəsinin müyyən etdiyi siyahı üzrə sənədlər təqdim edirlər.

Magistraturaya qəbul ali təhsil müəssisəsi rektorunun təhsil istiqaməti, ixtisas və elmi rəhbəri göstərilən əmri ilə rəsmiləşdirilir.

4.5. Dövlət ali təhsil müəssisələrində magistr hazırlığı ödənişsiz və ya əvvəlcədən müvafiq qaydada müəyyənləşdirilmiş ödənişli əsaslarla həyata keçirilə bilər. Dövlət və qeyri-dövlət ali təhsil müəssisələrində magistr hazırlığının maliyyələşdirilməsi “Ali təhsil müəssisələri haqqında Əsasnamə”yə uyğun həyata keçirilir.

V. Magistr proqramına qoyulan ümumi tələblər

5.1. Magistr təhsil proqramı uyğun istiqamətlər üzrə bakalavr proqramından və təxminən onunla bərabər nisbətdə müəyyənləşdirilmiş sırf tədris və elmi-tədqiqat tərkib issələrini özündə birləşdirən ikinci pillə proqramından ibarətdir. Bu proqramın tədris hissəsinə peşə təhsilinin dərinləşməsinə yönəlmiş fənlər və bölmələr, eləcə də xarici dil və ixtisas fənləri daxil edilməlidir. Magistrlərin elmi-tədqiqat işinin məzmunu fərdi planla müəyyən edilir (əlavə 1).

5.2. Magistraturada təhsil istehsalatdan ayrılmaqla həyata keçirilir. Magistr təhsilinin normativ müddəti müvafiq dövlət standartları ilə müəyyən edilir və ixtisasdan asılı olaraq 1,5-2 il müəyyənləşdirilir.

5.3. Magistraturada tələbənin təhsilinə elmi rəhbərlik həmin ali təhsil müəssisəsində işləyən, elmi dərəcəsi və yaxud elmi adı olan və bu Əsasnamənin 3.4. və 3.5. bəndlərinin tələblərinə cavab verən elmi rəhbər tərəfindən tələbənin fərdi planına müvafiq olaraq həyata keçirilir. Magistr proqramı müxtəlif istiqamətlərin (ixtisasların) qovuşmasında yerinə yetirildiyi hallarda elmi rəhbərlə yanaşı elmi məsləhətçi də təyin oluna bilər.

Magistr təhsil proqramının həm elmi, həm də tədris hissələrinə ümumi rəhbərlik professor-müəllim heyətinin elmi adı və ya dərəcəsi olan nümayəndələri tərəfindən həyata keçirilir. Bir nəfərə beşdən çox tələbə-magistr rəhbərlik etməyə icazə verilmir.

5.4. Magistr proqramı üzrə təhsildə tələbənin fəal müstəqil işinə daha çox üstünlük verilməlidir. Bununla əlaqədar olaraq onun auditoriya tədris yükü bütün tədris müddətində orta hesabla həftədə 12-20 saat olmalıdır. Tələbənin fərdi tədris planının yerinə yetirilməsinə nəzarət məqsədilə tədris planında nəzərdə tutulmuş bütün fənlər üzrə müxtəlif formada attestasiyalar (məqbullar, müdafiəyə qədər imtahanlar və s.) aparılır. Magistr proqramının mənimsənildiyi (yerinə yetirildiyi) bütün müddət ərzində məqbulların sayına məhdudiyyət qoyulmur, imtahanların ümumi sayı isə 6-10 olmalıdır.

5.5. Magistraturada peşə təhsili proqramlarının strukturuna və məzmununa dair metodik tövsiyələr Təhsil Nazirliyinin elmi-metodik şuralarının müvafiq bölmələri tərəfindən işlənib hazırlanır.
 
VI. Magistraturada yekun (buraxılış) attestasiyası

6.1. Magistraturanın axırıncı yekun semestrində buraxılış işinin (magistrlik disertasiyasının) müdafiəsi və buraxılış imtahanı, o cümlədən istiqamət üzrə imtahan verilməsi nəzərdə tutulur.

6.2. Magistrlik dissertasiyası elmi rəhbərin (zəruri hallarda həm də məsləhətçilərin) rəhbərliyi altında yerinə yetirilən müstəqil elmi-tədqiqat və təcrübi-konstruktor işidir. Dissertasiyanın müdafiəsi təhsil müəssisəsinin elmi şurasının qərarı ilə yaradılmış ixtisaslaşdırılmış şuranın iclasında aparılır. İxtisaslaşdırılmış şuraların yaradılma qaydaları Təhsil Nzirliyi tərəfindən müəyyən edilir.

6.3. Magistr hazırlığını həyata keçirmək hüququ olan ali təhsil müəssisələrində magistr proqramı üzrə fərdi planı yerinə yetirmiş şəxslərə magistr ixtisası və elmi dərəcəsi və vahid formada dövlət nümunəli magistr diplomu verilir.

Magistraturanın məzunlarına eyni zamanda əlavə, yəni magistrlik dissertasiyasının mövzusu göstərilən qiymət kitabçasından (cədvəllərindən) çıxarış verilir.

Magistrlik dissertasiyasının hazırlanması, təqdim olunması və müdafiəsi qaydaları haqqında əsasnamə

Magistrlik dissertasiyasının hazırlanması, təqdim olunması və müdafiəsi qaydaları haqqında əsasnamə”nin təsdiqi barədə 

Azərbaycan Respublikası Təhsil Nazirinin əmri 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.02.1997-ci il tarixli 15 nömrəli qərarıilə təsdiq olunmuş “Magistr hazırlığı haqqında” əsasnaməni əsas tutub ali təhsilin magistratura pilləsində magistrlik dissertasiyasının hazırlanması, təsdiq olunması və müdafiəsini nizama salmaq məqsədilə

ƏMR EDİRƏM

1. “Magistrlik dissertasiyasının hazırlanması, təqdim olunması və müdafiəsi qaydaları haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

2. Ali və orta ixtisas idarəsi (İ.Mustafayev) əmrin yerlərə çatdırılması və tətbiqini təmin etsin.

3. Ali məktəb rektorlarına tapşırılsın ki, magistr hazırlığı prosesində bu əsasnaməyə ciddi riayət olunmasını təmin etsinlər.

4. Əmrin icrasına nəzarət nazir müavini Ə.Abdinova tapşırılsın.

Misir Mərdanov

Təhsil naziri

20.04.1998-ci il

202

Magistrlik dissertasiyasının hazırlanması, təqdim olunması və müdafiəsi qaydaları haqqında

əsasnamə

I. Ümumi qaydalar

1.1. Əsasnamə mədəniyyət, incəsənət və bədən tərbiyəsi sahələrindən bəzi ixtisaslar istisna olmaqla “Magistr” dərəcəsinin verilməsi qaydalarını müəyyən edir.

“Magistr” dərəcəsi magistrlik dissertasiyalarının müdafiəsi üçün ali məktəb tərəfindən mövcud qaydalara uyğun yaradılmış müvafiq ixtisaslaşdırılmış şuraların qərarı əsasında verilir.

1.2. Magistrlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmiş şəxslərə vahid dövlət nümunəli diplom verilir.

II. Magistrlik dissertasiyalarının müdafiəsi üzrə ixtisaslaşdırılmış şuralar

2.1. Ali təhsilin magistratura pilləsində təhsilin yekun mərhələsi magistrlik dissertasiyasının müdafiəsidir. Magistrlik dissertasiyasının müdafiəsinə tədris planında nəzərdə tutulmuş bütün fənləri tam mənimsəyən və müvəfəq qiymət alanlar buraxılırlar. Magistrlik dissertasiyasının müdafiəsi ixtisaslaşdırılmış şuraların iclasında aparılır.

2.2. İxtisaslaşdırılmış şuralar magistr hazırlığı sisteminin mühüm tərkib hissələrindən biri olub, təqvim ili müddətinə yaradılır və fəaliyyət göstərir.

2.3. İxtisaslaşdırılmış şuraların yaradılması haqqında vəsatəti magistr hazırlığı proqramını yerinə yetirən kafedraların təqdimatı əsasında həmin kafedraların daxil olduğu fakültə qaldırır.

2.4. İxtisaslaşdırılmış şuraların yaradılması qaydası Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş müvafiq əsasnamə ilə müəyyən edilir.

2.5. İxtisaslaşdırılmış şuralarda magistrlik dissertasiyalarının müdafiəsi üçün qoyulan tələblərə əməl olunması və müdafiə qaydalarının pozulması halları aşkar edilərsə, ali təhsil müəssisəsinin başçısı şuranın fəaliyyəti ilə bağlı təşkilati tədbirlər ğörə bilər.

2.6. İxtisaslaşdırılmış şuraların işinə təhsil müəssisəsinin təqdimatı əsasında Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş sadr rəhbərlik edir. Şuraların işinə nəzarət isə nəzdində olduqları fakültənin dekanı, eləcə də ali təhsil müəssisəsinin başçısı və tədris işləri prorektoru tərəfindən həyata keçirilir.

Ali məktəbin və fakültənin rəhbərliyi ixtisaslaşdırlımış şuraların işi üçün lazımi şərait yaradılmasına məsuliyyət daşıyır.

2.7. Magistrlik dissertasiyalarının müdafiəsi ilə əlaqədar xərclərin ödənilməsi müvafiq sənədlərlə tənzimlənir.

2.8. Magistrlik dissertasiyalarının müdafiəsi zamanı magistrantın biliyinin qiymətləndirilməsi sadə səs çoxluğu əsasında açıq səsvermə yolu ilə aparılır. Magistrlik dissertasiyasının müdafiəsi “qeyri-kafi”, “kafi”, “yaxşı”, “əla” qiymətlərlə qiymətləndirilir.

III. Magistrlik dissertasiyalarına qoyulan tələblər

3.1. Magistrlik dissertasiyası elmi rəhbərin rəhbərliyi altında magistrantın müstəqil yerinə yetirdiyi elmi-tədqiqat (yaradıcılıq) və ya təcrübi-konstruktor işidir. Magistrlik dissertasiyası magistrantın müvafiq ixtisaslaşma və ya sahə üzrə gətirdiyi yeniliyi əks etdirməlidir.

Magistrlik dissertasiyasının hazırlanması və müvəffəqiyyətlə müafiəsi magistr hazırlığı proqramının yerinə yetirilməsinin məcburi şərtdir.

3.2. Magistrlik dissertasiyası aşağıdakı tələblərdən birinə cavab verməlidir:

- işdə baxılan müvafiq elmi istiqamət üçün mühüm əhəmiyyəti olan hər hansı məsələnin yaradıcı həllinə;

- mühüm tədbiqi əhəmiyyəti olan texniki, iqtisadi və texnoloyi işləmələrin təkmilləşdirilmiş elmi şərhinə.

Magistrlik dissertasiyasında magistrantın əldə etdiyi nəticələr elmi və praktiki cəhətdən əsaslandırılmalı, mövcud faktlarla müqayisəli qiymətləndirilməli və onların istifadəsi üçün tövsiyələr verilməlidir.

3.3. Magistrlik dissertasiyasının mövzusu və planı, magistrantın elmi rəhbəri onun təhkim olunduğu kafedranın elmi istiqamətləri ilə əlaqələndirilməli və kafedranın təqdimatı əsasında fakültənin elmi şurası tərəfindən birinci semestin 3 ayı ərzində təsdiq edilməlidir.

3.4. Magistranta dissertasiya mövzusunu təklif edərkən tədqiqatın məqsədəuyğunluğu əsaslandırılmalıdır.

Bir sıra zəruri hallarda, o cümlədən magistrlik dissertasiyasının mövzusu ixtisasların qovuşuğuna uyğun gəldikdə, magistrantın dissertasiyasını elmi rəhbəri ilə yanaşı, ona məsləhətçi də təyin edilə bilər. Məsləhətçi başqa təhsil, elmi-tədqiqat və təsərrüfat müəssisələrinin yüksək ixtisaslı mütəxəssislərindən də seçilə bilər.

3.5. Magistrlik dissertasiyaları yerinə yetirilməyə başlanana qədər magistrantın təhkim olunduğu kafedra müvafiq fakültələrlə və magistratura şöbəsi (magistraturaya məsul şəxs) ilə birlikdə istiqamət üzrə dissertasiyalara qoyulan məcburi tələbləri müəyyən edən metodiki göstərişlər hazırlamalı və magistrantları bu göstərişlərlə tanış etməlidir.

3.6. Magistrantın elmi rəhbəri:

- magistranta dissertasiyası üçün tapşırıq verir;

- magistranta dissertasiyanın yerinə yetirilmə dövrünü əhatə edən fərdi iş planının

- hazırlanmasında köməklik göstərir;

- magistranta dissertasiya işi üçün lazım olan elmi metodik ədəbiyyatı, məlumat və arxiv materiallarını, layihələri və digər mənbələri tövsiyə edir;

- magistrantla müntəzəm olaraq fərdi iş planına uyğun söhbətlər aparır, ona elmi-metodik məsləhətlər verir.

3.7. Magistrantlar magistrlik dissertasiyasının hazırlanması barədə elmi rəhbər və kafedra qarşısında vaxtaşırı hesabat verirlər. Kafedralar üzrə hesabat verirlər. Kafedralar üzrə hesabatın vaxtını fakültə rəhbərliyi müəyyən edir. Hesabatın nəticələrinə ğörə işin hazırlıq dərəcəsi müəyyənləşdirilir.

3.8. Magistrlik dissertasiyasında şərh olunan məlumatların düzgünlüyü üçün magistrant məsuliyyət daşıyır.

3.9. Magistrlik dissertasiyası təlim dilində yazılır və bu zaman magistrant istifadə etdiyi materiallarla, ayrı-ayrı nəticələrin mənbələrinə bə müəlliflərinə uyğun qaydada istinad etməlidir.

Müəllifinə və ədəbiyyatına istinad olunmadan özgə materiallardan istifadə edildikdə, dissertasiya müdafiə ilə bağlı istənilən baxılma mərhələsində geri qaytarılır.

3.10. Magistrlik dissertasiyası makinada və ya kompüterdə 2 intervalla çap edilməli, əlavələrl birlikdə həcmi 75 makina səhifəsindən çox olmamalı və cildlənməlidir. Magistrlik dissertasiyasının titul vərəqəsinin və mətninin tərtibi əlavə 8-də göstərilən tələblərə uyğun olmalıdır.

3.11. Magistrant müdafiə üçün dissertasiyanın qısa məzmununu əks etdirən referat tərtib edilməlidir (əlavə 9). Referatın həcmi 1,5 intervalla yazılmalı və 2 makina səhifəsindən çox olmamalıdır.

3.12. Magistrant kafedranın razılığı ilə dissertasiyanın qısa məzmununu (referatın) xarici dillərdən birində yaza və müdafiə zamanı suallarla həmin xarici dildə cavab verə bilər.

IV. Magistrlik dissertasiyasının təqdim olunması və müdafiəsi

4.1. Magistrlik dissertasiyasının müdafiəsi bir qayda olaraq may-iyun aylarında təsdiq olunmuş qrafik əsasında keçirilir. Magistrlik dissertasiyasının müdafiəsi yalnız üzürlü səbəblər olduqda, müyyən olunmuş qaydalar əsasında başqa vaxta keçirilə bilər.

4.2. Magistrant öz dissertasiya işini bitirdikdən və qoyulan tələblərə uyğun tərtib etdikdən sonra referatla birlikdə elmi rəhbərə təqdim edilir. Elmi rəhbər işi yoxlayıb, bəyəndikdən sonra yazılı rəyi ilə birlikdə ilkin müzakirə üçün kafedraya təqdim edir. Rəydə dissertasiyanın bütün bölmələri üzrə görülmüş iş səciyyələndirilir və alınan nəticələrin doğruluğu əsaslandırılır. Dissertasiya kafedrada müzakirə edilir və yekun rəyləbirlikdə fakültə dekanına təqdim olunur. Fakültə dekanı təqdim olunmuş materialların müdafiəyə buraxılması barədə qərar qəbul edir və magistrlik dissertasiyasının titul vərəqində müvafiq qeydlər aparır.

Fakültə dekanı magistrantı dissertasiya müdafiəsinə buraxmağı mümkün hesab etmədikdə bu məsələyə elmi rəhbərin iştirakı ilə dekanlıqda baxılır.

4.3. Müdafiəyə buraxılmış magistrlik dissertasiyaları müvafiq kafedra tərəfindən ən azı 15 gün qalmış rəsmi rəyçiyə göndərilir.

Rəsmi rəyçilər elmi və istehsalat müəssisələrində çalışan aparıcı mütəxəssislər, həmin ali məktəbdə və ya digər ali məktəblərdə çalışan elmi dərəcəyə malik mütəxəssislər sırasından təyin oluna bilər.

4.4. Rəsmi rəyçi magistrlik dissertasiyasını araşdıraraq yazılı rəy hazırlayıb ixtisaslaşdırılmış şuraya təqdim edir. Həmin rəydə mövzunun aktuallığı, onun nəticələrinin yeniliyi və işin magistrlik dissertasiyalarına qoyulan tələbələrə cavab veerməsi öz əksini tapmalıdır.

Rəsmi rəyçinin yazılı rəylərinin surətləri müdafiəyə ən azı 5 gün qalmış magistrantın razılığı ilə iş müdafiəyə təqdim oluna bilər. Rəsmi rəyçi yazdığı rəyin keyfiyyəti və obyektivliyi, rəyin təyin edilmiş müddətində magistrant və ya ixtisaslaşdırılmış Şuraya təqdim edilməsi üçün cavabdehlikdir.

4.5. Magistrlik dissertasiyasının ixtisaslaşdırılmış Şurada müdafiəsi üçün magistrant müdafiəyə ən azı 3 gün qalmış Şuraya aşağıdakı sənədləri təqdim edir:

- ərizə (dekanın müvafiq dərkənarı ilə);

- elmi rəhbərin rəyi;

- magistrlik dissertasiyası – 1 nüsxə (müdafiədən sonra fakültədə saxlanılır);

- referat 1 nüsxə (müdafiədən sonra fakültədə saxlanılır);

- rəsmi rəyçinin rəyi;

- magistrantın fərdi iş planının surəti.

4.6. İxtisaslaşdırılmış şuranın katibi sənədləri yoxlayıb qəbul edir, müdafiənin vaxtı və

keçirəcəyi yer barədə referatda müvafiq qeydlər aparır.

4.7. Əgər, tələb olunan sənədlər və materiallar magistrant tərəfindən vaxtında təqdim olunmazsa, müdafiənin vaxtı yalnız üzürlü səbəblər olduqda müəyyən olunmuş qaydalara uyğun dəyişdirilə bilər.

4.8. İxtisaslaşdırılmış şuranın iclası onun işində təsdiq olunmuş tərkibin ən azı üçdə iki hissəsi iştirak etdikdə səlahiyyətli sayılır.

4.9. Magistrlik dissertasiyasının açıq müdafiəsi elmi müzakirə xarakteri daşımalı, yüksək tələbkarlıq, prinsipiallıq və elmi riayət şəklində keçməlidir. Bu zaman dissertasiyada olan bütün nəticələrin, elmi və praktiki xarakterli təkliflərin dürüstlüyü və əsaslandırılması hərtərəfli təhlil edilməlidir.

Elmi rəhbər və rəsmi rəyçilər müsbət rəy təqdim etdikdə müdafiədə iştirak etməyə bilərlər.

İxtisaslaşdırılmış şurada hər magistrlik dissertasiyasının müdafiəsi üçün minimum 45 dəqiqə vaxt ayrılır ki, onun da 10-15 dəqiqəyə qədəri magistrantın məruzəsi üçün nəzərdə tutulub.

4.10. Dissertasiyanın müdafiəsi qurtardıqdan sonra ixtisaslaşdırılmış şuraın üzvləri mövcud qaydada səsvermə keçirir.

Əgər iclasda iştirak edən şura üzvlərinin yarıdan çoxu magistr dərəcəsi verilməsinin lehinə səs vermişdirsə, ixtisaslaşdırılmış çuranın qərarı ilə magistr dərəcəsi verilir.

4.11. Əgər dissertasiya barədə ixtisaslaşdırılmış şura mənfi qərar qəbul edərsə, onun yenidən müdafiəsinə işdəki çatışmazlıqlar aradan qaldırılmaqla, mənfi qərar qəbul edilən gündən ən azı bir ay müddət keçdikdən sonra icazə verilir. Əgər dissertasiya barədə yenidən mənfi qərar çıxarılarsa, onun yeni mövzuda təkrar (2 dəfədən çox olmamaqla) müdafiəsinə növbəti tədris ilinin məzunlarının dissertasiya müdafiəsi üçün müəyyən olunmuş müddətdə icazə verilir.

4.12. Təkrar müdafiə olmadıqda, magistranta müvafiq proqramı dinlədiyi haqda arayış verilir.

Magistrlik dissertasiyasının müdafiəsi üçün ixtisaslaşdırılmış elmi şuralar haqqında əsasnamə

Təhsil nazirliyinin 10.11.98-ci il tarixli 742 saylı əmri ilə təsdiq olunmuş “magistrlik dissertasiyasının müdafiəsi üçün ixtisaslaşdırılmış elmi şuralar haqqında”

əsasnamə

I. Magistrlik dissertasiyasının müdafiəsi üçün ixtisaslaşdırılmış elmi şuraların

yaradılması və fəaliyyətinin təşkili

1.1. Magistrlik dissertasiyasının müdafiəsi üçün ixtisaslaşdırılmış elmi şuralar (bundan sonra şuralar) çoxpilləli ali təhsil sisteminin ikinci pilləsində məzunların yekun buraxılış attestasiyasını həyata keçirir.

Şuralar magistr hazırlığını həyata keçirən ali təhsil müəssisələrində müvafiq fakültə dekanının vəsatəti əsasında rektorun əmri ilə ayrı-ayrı istiqamətlər və ya ixtisaslar üzrə təqvim ili müddətinə yaradılır.

1.2. Şuraların tərkibinə uyğun fakültənin dekanı, müvafiq kafedraların müdirləei, həmin sahə üzrə elmi dərəcə və elmi adı olan aparıcı elmlər doktorları və namizədləri daxil edilirlər. Şura üzvlərinin sayı 7-11 nəfər olur.

Şuranın sədri elmin müvafiq sahəsi üzrə yüksək nüfuza və müvafiq elmi məktəbə malik olan alimlər içərisindən Təhsil Nazirliyi tərəfindən təyin edilir. Şura sədrinin müavini, elmi katibi və tərkibi ali məktəbin rektorunun əmri ilə təyin olunur.

1.3. Şuranın tərkibi müəyyənləşdirilərkən aşağıdakı tələblərə riayət olunmalıdır:

- Şurada bir neçə ixtisaslaşma üzrə dissertasiyalara baxılarsa, onun tərkibinə hər bir İxtisaslaşma üzrə ən azı iki nəfər mütəxəssis daxil olmalıdır;

- Mütəxəssisin şuraya daxil edilməsi üçün onun razılığı lazımdır (əlavə 2);

- Bu şurada 4-dən çox ixtisaslaşma üzrə dissertasiya müdafiə oluna bilməz.

1.4. Təqvim ili ərzində şuranın sədrinin dəyişilməsi ali təhsil müəssisəsinin təqdimatı əsasında Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Vəsatətdə dəyişmənin zəruriliyi əsaslandırılır. Şura üzvlərinin dəyişdirilməsi uyğun fakültənin əsaslandırılmış vəsatəti ilə ali təhsil müəssisəsinin rəhbəri tərəfindən aparılır.

1.5. Magistr dissertasiyası işinə tam və hərtərəfli baxılmasını və bu iş barəsində əsaslandırılmış qərar çıxarılmasını təmin etmək məqsədilə şura müvafiq kafedra və fakültələrdən lazımi materialları tələb edə bilər.

Şura aşkarlıq şəraitində işləyir. Onun fəaliyyəti barədə uyğun kafedravə fakültənin kollektivinə ətraflı məlumat verilir.

1.6. Şuranın hər iclası 5 saat davam edə bilər və bir iclasda 10-dək dissertasiya işi müdafiə oluna bilər.

1.7. Hər il yanvar ayının 15-dək şura ötən il ərzində görülmüş işlər haqqında təhsil müəssisəsi rəhbərliyinə hesabat təqdim etməlidir.

1.8. Magistrlik dissertasiyasının müdafiəsi üçün yaradılmış ixtisaslaşmış şuranın fəaliyyəti nazirlər kabinetinin 17.02.1994-cü il tarixdə təsdiq etdiyi “professor-müəllim heyətinin tədris işi üçün vaxt normasının müəyyənləşdirilməsi, elmi-tədqiqat, elmi-metodik və digər işlərin növləri barədə” norma ilə müəyyənləşdirilir.

II. Şura iclaslarının aparılması

2.1. Şuranın iclasları onun sədri və ya sədrin müavini tərəfindən aparılır.

Magistr dissertasiyası üzrə elmi rəhbər və ya məsləhətçi şuranın iclasına sadrlik edə bilməz.

Şuranın sədri və onun müavini iştirak etmədikdə şuranın iclası təxirə salınır və ya təhsil müəssisəsinin rəhbəri şura üzvlərindən birini müvəqqəti olaraq sadr müavini təyin edir.

Şuranın elmi katibi iclasda iştirak etmədikdə şuranın sədri bu vəzifəni müvəqqəti olaraq şura üzvlərindən birinə həvalə edir.

2.2. Şuranın iclasının açılışı zamanı sədr iştiraketmə vərəqəsi əsasında yetərsay (2/3) haqqında məlumat verir.

Şura üzvlərinin iclasda iştirakı onların hər birinin elmi ad vədərəcəsi göstərilməklə iclasın protokolunda əks olunmalı və imzası ilə təsdiq edilməlidir (əlavə 3).

İclasın açılışından sonra sədr növbə iləiclasda müdafiəyə təqdim olunmuş hər bir dissertasiya işi və magistrant, elmi katib isə magistr sənədlərinin tərtibi və onların qəbul olunması haqqında məlumat verir. Magistrant dissertasiya işinin mahiyyəti və aldığı nəticələr haqqında 15 dəqiqədən çox olmayan vaxt ərzində məruzə edir. Sonra ona suallar verilir. İddiaçının cavablarından sonra söz elmi rəhbərə və məsləhətçiyə verilir, dissertasiya işi üzrə şuraya daxil olmuş rəylər oxunur.

Rəylər oxunduqdan sonra magistrant onlardakı iradlara cavab verir.

Müdafiə olunan dissertasiya işlərinə qiymət verilməsi iclasın sonunda şura üzvlərinin açıq səsverməsi yolu ilə həyata keçirilir.

Səsvermənin nəticəsindən asılı olaraq dissertasiyanın müdafiəsinə magistr dərəcəsi verilib-verilməməsi qərarı qəbul olunur.
Yüklə 111,89 Kb.

Dostları ilə paylaş:

Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə