Azərbaycan Respublikasında dövlət standartlaşdırma sisteminin hüquqi bazasının yaradılmasının sürətləndirilməsi barədə



Yüklə 10,29 Kb.
Pdf görüntüsü
tarix13.11.2017
ölçüsü10,29 Kb.
#9845

background image
Azərbaycan  Respublikasında  dövlət  standartlaşdırma  sisteminin  hüquqi 

bazasının yaradılmasının sürətləndirilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN QƏRARI



 

 

 



Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

 

1.   Dövlət  standartlaşdırma  sisteminin  konsepsiyasının başa çatdırılması,  istehlakçıların 



hüquqlarının  müdafiəsi,  standartlaşdırma,  metrologiya  və  sertifikasiya  sahəsindəki  siyasət 

nəzərə  alınmaqla  Azərbaycan  Respublikasının  bir  sıra  qanunvericilik  aktlarının  hazırlanıb 

Milli Məclisin müzakirəsinə verilməsinin sürətləndirilməsi üçün Milli Məclisin üzvlərindən 

ibarət müvəqqəti komissiya yaradılsın.

 

2.   Müvəqqəti komissiya aşağıdakı tərkibdə təsdiq edilsin:



 

Vaqif Qasımov —  Komissiyanın  sədri,  Qaçqınlar  və  xaricdə  yaşayan  soydaşlarla  əlaqə 

komissiyasının  sədri,  Azərbaycan  Texniki  Universiteti  metrologiya  və  standartlaşdırma 

kafedrasının dosenti;

 

Arif Rəhimzadə —  Aqrar  məsələlər  komissiyasının  sədri,  Azərbaycan  Respublikasının 



Dövlət müşaviri;

 

Cümşüd Nuriyev—  Büdcəyə  nəzarət  komissiyasının  sədri,  Azərbaycan  Respublikası 



kənd təsərrüfatı nazirinin müavini;

 

Fərrux Zeynalov —  Dövlət  quruculuğu  və  hüquq  siyasəti  komissiyasının  üzvü, 



Azərbaycan Respublikasının material ehtiyatları naziri;

 

Ədalət Rəhimli— Sosial siyasət komissiyası sədrinin müavini, kimya elmləri doktoru;



 

Qalib Qurbanov — İqtisadi siyasət komissiyasının üzvü.

 

3.

   



Komissiyanın  işinə  Ali  Sovetin  aparatının  yüksək  ixtisaslı  mütəxəssisləri, 

respublikanın  müxtəlif  nazirlik,  idarə  və  müəssisələrindən  peşəkar,  səriştəli  ekspertlər  cəlb 

edilsin.

 

4.



   

Azərbaycan  Respublikasının  Prezidentinə  tövsiyə  edilsin  ki,  müvafiq  qanun 

layihələrini Ali Sovetə təqdim etsin.

 

5.



   

Müvəqqəti  komissiyaya  tapşırılsın  ki,  Milli  Məclisin  İqtisadi  siyasət  komissiyası  ilə 

birgə həmin qanun layihələrini Milli Məclisin müzakirəsinə versin.

 

 

 

Azərbaycan Respublikası Ali Sovetinin sədri

 

R. QULİYEV.

 

 

 



Bakı şəhəri, 6 dekabr 1993-cü il. 

 

№ 769.



 

  

 



Yüklə 10,29 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə