“Azərbaycan Respublikasında geologiya, paleontologiya, mineralogiya və fauna üzrə Təbiət Tarixi Muzeyinin yaradılması Konsepsiyası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı



Yüklə 29,07 Kb.
Pdf görüntüsü
tarix20.01.2018
ölçüsü29,07 Kb.
#21677


“Azərbaycan Respublikasında geologiya, paleontologiya, mineralogiya və fauna üzrə Təbiət Tarixi

Muzeyinin yaradılması Konsepsiyası”nın təsdiq edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Ölkənin geoloji keçmişinin, flora  və  faunasının, insanın formalaşması və  mədəni  inkişafı tarixinin,  qədim

və  müasir  dövrlərdə  ekoloji  şəraitin  nümayiş  etdirilməsinin  daha  səmərəli  təşkili  məqsədi  ilə,  Azərbaycan

Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1.  “Azərbaycan  Respublikasında  geologiya,  paleontologiya,  mineralogiya  və  fauna  üzrə  Təbiət  Tarixi

Muzeyinin yaradılması Konsepsiyası” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Təbiət Tarixi Muzeyi yaradılsın.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

3.1.  bu  Fərmanın  1-ci  hissəsi  ilə  təsdiq  edilmiş  Konsepsiyanı  nəzərə  almaqla,  Azərbaycan  Milli  Elmlər

Akademiyası  nəzdində  Təbiət  Tarixi  Muzeyinin  nizamnaməsini  və  strukturunu  Azərbaycan  Respublikasının

Prezidenti ilə razılaşdırmaqla üç ay müddətində təsdiq etsin;

3.2.  bu  Fərmanın  1-ci  hissəsi  ilə  təsdiq  edilmiş  Konsepsiyaya  uyğun  olaraq  Azərbaycan  Milli  Elmlər

Akademiyası  nəzdində  Təbiət  Tarixi  Muzeyinin  fəaliyyətə  başlaması  üçün  Azərbaycan  Respublikasının

Prezidentinə məlumat verməklə Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə zəruri tədbirlər görsün;

3.3.  2015-ci  il  və  sonrakı  illər  üzrə  Azərbaycan  Milli  Elmlər  Akademiyası  nəzdində  Təbiət  Tarixi

Muzeyinin  Azərbaycan  Respublikası dövlət  büdcəsinin  vəsaiti  hesabına  maliyyələşdirilməsi  üçün  zəruri  tədbirlər

görsün;

3.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.



4. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Bakı Şəhər İcra Hakimiyyəti ilə birlikdə

Azərbaycan  Milli  Elmlər  Akademiyası  nəzdində  Təbiət  Tarixi  Muzeyi  üçün  zəruri  yer  ayrılmasını  dörd  ay

müddətində təmin etsin.

5.  Azərbaycan  Respublikasının  Ekologiya  və  Təbii  Sərvətlər  Nazirliyi  Azərbaycan  Milli  Elmlər

Akademiyası ilə birlikdə bu Fərmanın 3.2-ci bəndində göstərilən müddətdə Azərbaycan Milli Elmlər Akademiyası

nəzdində Təbiət Tarixi Muzeyinin zəruri eksponatlarla təchiz edilməsini təmin etsin.



İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 oktyabr 2014-cü il.



Azərbaycan Respublikası Prezidentinin

                                                                              2014-cü il 20 oktyabr tarixli Fərmanı

                                                                              ilə təsdiq edilmişdir

Azərbaycan Respublikasında geologiya, paleontologiya, mineralogiya və fauna üzrə 

Təbiət Tarixi Muzeyinin yaradılması

KONSEPSİYASI

  1. Giriş

Azərbaycan xalqının qədim və zəngin tarixinin öyrənilməsində, gələcək nəsillərə çatdırılmasında

muzeylərin rolu əvəzolunmazdır. Əksər muzeylər elm və mədəniyyətin yalnız bir sahəsinə aid eksponatları nümayiş

etdirdiyi halda, təbiət tarixi muzeyləri geoloji inkişaf tarixinin bütün aspektlərini əhatə edir. İnkişaf etmiş ölkələrdə

təbiət tarixi muzeyləri turizmin genişlənməsində önəmli yeri olan obyektlərdəndir. Bu tip muzeylərin əsas məqsədi

ölkə ərazisində həyatın yaranması tarixini, ölkənin geoloji keçmişini, bənzəri olmayan flora və faunasını, həmçinin

konkret coğrafi şəraitdə insanın formalaşması və mədəni inkişafı tarixini, qədim və müasir dövrlərdə ekoloji şəraiti

nümayiş etdirməkdir.

Dünyanın qabaqcıl ölkələrinin təcrübəsinə əsaslanmaqla Azərbaycan Respublikasında geologiya, paleontologiya,

mineralogiya və fauna üzrə təbiət tarixi muzeyinin yaradılmasına ehtiyac duyulur. Belə bir muzeyin fəaliyyətə

başlaması insanlarda, xüsusilə də gənclərdə ətraf mühitin və ölkəmizin təbii sərvətləri, fauna və florası barədə

təsəvvür yaradılmasında, onlarda vətənə və təbiətimizə qayğı hissinin formalaşmasında böyük rol oynayacaqdır.

Azərbaycan Respublikasında geologiya, paleontologiya, mineralogiya və fauna üzrə Təbiət Tarixi Muzeyinin

yaradılması “Muzeylər haqqında” Azərbaycan Respublikası Qanununun müddəaları çərçivəsində nəzərdə tutulur.

Konsepsiyada Azərbaycanın milli təbii dəyərlərinin beynəlxalq normalara əsaslanaraq qorunması, bərpası, təbliği

və təşviqi istiqamətində tədbirlər müəyyənləşdirilir.

2. Konsepsiyanın əsas məqsədləri



2.1. Konsepsiyanın əsas məqsədləri aşağıdakılardır:

2.1.1. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində qeyri-kommersiya hüquqi şəxs statusuna malik Azərbaycan

Respublikasının geologiya, paleontologiya, mineralogiya və fauna üzrə Təbiət Tarixi Muzeyinin (bundan sonra -

muzey) yaradılması;

2.1.2. təbiətə aid əşyaların, kolleksiyaların, paleobotanika, paleozoologiya, arxeozoologiya sahələrinə aid olan

eksponatların, fauna və flora nümunələrinin muzey əməkdaşları tərəfindən aşkar edilməsi, toplanılması, mühafizəsi,

tədqiqi, araşdırmaların nəticələrinin nəşri və təbliği;

2.1.3. ölkə ərazisində həyatın əmələ gəlmə tarixinin, bənzərsiz, bəzən isə unikal olan flora və faunanın, onların

geoloji keçmişinin və inkişaf tarixinin, yer təbəqələrinin (çökmə süxurların) formalaşmasının, faydalı qazıntı

yataqlarının yaranmasının, qədim coğrafi landşaftların rekonstruksiyasının, konkret coğrafi şəraitdə insanın

formalaşması və mədəni təkamülü tarixinin, respublika ərazisində qədim və müasir yaşayış dövrlərindəki ekoloji

şəraitə aid dünya şöhrətli Binəqədi Dördüncü dövr fauna və florasının monoqrafik öyrənilməsi, Eldar düzənliyində

aşkar edilmiş gec Sarmat hipporion faunası, Pirəkəşkül kəndi ətrafında yayılan Maykop çöküntüləri içərisində

daşlaşmış onurğalıların nümayəndələrinin, Azıx paleolit düşərgəsi materiallarının öyrənilməsi və digər paleontoloji

eksponatların nümayişi və tədqiq edilməsi;

2.1.4. muzeydə Azərbaycanın xəritəsi üzərində palçıq vulkanlarının yerləşmə sxeminin, fəaliyyətdə olan, sönmüş,

gömülmüş, neftçıxaran, sualtı, ada palçıq vulkanları, o cümlədən Daşgil, Torağay, Böyük Kənizdağ kimi vulkanlar

barədə məlumatlar olan stendlərin, vulkan püskürməsini əks etdirən maket, lava, vulkan külü, vulkan tozu və

vulkanik süxurların nümayiş etdirilməsi;

2.1.5. Azərbaycan faunasının müxtəlifliyini əks etdirən heyvanların yayılma arealını və yaşam tərzini

səciyyələndirən spesifik növlərin müqəvvalarından ibarət eksponatların, Xəzərin su bioresurslarını əks etdirən

akvariumun yerləşdirilməsi, Azərbaycanın geoloji tarixini, eyni zamanda təbiətini və təbii sərvətlərini təcəssüm

etdirən interaktiv eksponatların və ekspozisiyaların nümayiş etdirilməsi üçün uyğun məkan və şəraitin yaradılması;

2.1.6. muzeyin idarəetmə, hüquqi, maliyyə, informasiya, kadr və beynəlxalq əməkdaşlıq kimi təminat

mexanizmlərinin inkişafının və mədəni irsin təhlükəsizliyi üçün tələb olunan islahatların həyata keçirilməsi;

2.1.7. muzeyin mədəni və elmi-maarifləndirmə mərkəzi olmaqla yanaşı, respublikamızda turizmin inkişafında

önəmli rolu olan obyekt kimi fəaliyyət göstərməsi.

3. Təhsil və insan resurslarının inkiş afı

3.1. Konsepsiya, təbiət tarixi sahəsində bilik və təcrübənin sonrakı nəsillərə ötürülməsini, çoxpilləli təhsil

sistemi və şəbəkəsinin müasirləşdirilməsini, təhsil və insan resurslarının inkişafının zəruriliyini nəzərə alaraq,

aşağıdakı istiqamətləri müəyyən edir:

3.1.1. maarifləndirmə - muzeyə gələn qonaqların (respublika vətəndaşlarının və əcnəbilərin) Azərbaycanın müasir

unikal flora və faunası ilə tanış edilməsi və məlumatlandırılması;

3.1.2. təhsil - muzeyin kolleksiya məlumatları əsasında tədqiqat laboratoriyalarında şagirdlərin, orta və ali təhsil

müəssisələri müəllimlərinin və eyni zamanda elmi işçilərin biliklərinin artırılması məqsədi ilə elmi işçilər

tərəfindən muzeydə mühazirələr oxunması, seminar və olimpiadaların təşkili, muzey əməkdaşlarının seminarlar

təşkil etməsi, habelə onların hazırlanmasında ekspert komissiyalarının tərkibində iştirak etməsi;

3.1.3. tərbiyə - insan potensialı və təbii sərvət baxımından dünyanın unikal ölkələrindən olan respublikamızda

vətənpərvərlik və milli ruhda tərbiyə işinin aparılması məqsədi ilə muzeydə “Azərbaycanın Qırmızı Kitabı”na daxil

edilmiş bəzi eksponatların, o cümlədən bitki və heyvanların endemik formalarının nümayiş etdirilməsi;

3.1.4. elmi tədqiqat fəaliyyəti - qazıntı halında tapılan heyvan və bitkilərin, müasir onurğalıların, paleocoğrafi

keçmişin, insanın bioloji təkamülünün, geoloji tarixinin öyrənilməsi istiqamətində elmi tədqiqatların aparılması,

Binəqədi Dördüncü dövr fauna və florasını öyrənməklə, onun turizm obyekti kimi fəaliyyət göstərməsi üçün yeni

qazıntıların və tədqiqatların aparılması;

3.1.5. təbliğat - tarixi və mədəni dəyərlərin təbliğ edilməsi, şəhərin diqqətəlayiq yeri və əsas turizm obyekti olacaq

muzeyin yaradılması, respublika ərazisində və kənarda sərgilərin təşkil edilməsi, dünyadakı analoji muzeylərlə

əməkdaşlıq və kolleksiya mübadiləsi, elmi-kütləvi əsərlərin və broşürlərin nəşri istiqamətində iş aparılması.

3.2. Son yüz ildə Azərbaycana aid toplanmış, lakin müasir tələblərə uyğun saxlanılmayan, dağınıq halda olan bütün

kolleksiyalar (respublikada və respublikadan kənarda olan materiallar kolleksiyası) muzeydə toplanılır və nümayiş

etdirilir.

4. Muzey işinin müasirləş dirilməsi

4.1. Muzey işinin müasirləşdirilməsi üçün aşağıdakı əsas tədbirlər yerinə yetirilməlidir:

4.1.1. muzey fondunun mühafizəsi, pasportlaşdırılması, konservasiyası və bərpası, muzey kolleksiyalarının

komplektləşdirilməsi işinin təkmilləşdirilməsi, muzey fonduna dair məlumatların rəqəmsal daşıyıcılara köçürülməsi

və elektron kataloqlaşdırma vasitəsilə milli muzey-informasiya bazasının yaradılması;

4.1.2. muzey ekspozisiyalarının bədii tərtibatının təkmilləşdirilməsi, konseptual ekspozisiyaların və müxtəlif

mövzularda sərgilərin təşkili.

5. Beynəlxalq əməkdaşlıq

5.1. Beynəlxalq əməkdaşlığın vacibliyini, tarixi və mədəni dəyərlərin təbliğində turizmin əsas vasitələrdən

biri olduğunu nəzərə alaraq, dünyadakı analoji muzeylərlə əməkdaşlıq və kolleksiya mübadiləsinin aparılmasına



şərait yaradılması üçün aşağıdakı tədbirlər görülməlidir:

5.1.1. mədəniyyətlərarası dialoqun dəstəklənməsi;

5.1.2. beynəlxalq səviyyədə sərgilərin keçirilməsi;

5.1.3. dünyanın bir çox ölkələrində fəaliyyət göstərən təbiət tarixi muzeyləri ilə beynəlxalq əlaqələrin

möhkəmləndirilməsi və genişləndirilməsi.

6. Konsepsiyanın həyata keçirilməsi

6.1. Konsepsiyanın səmərəli həyata keçirilməsinin əsas şərti onun gerçəkləşdirilməsini təmin edə bilən

səmərəli icra mexanizminin yaradılmasıdır.

6.2. Konsepsiyanın həyata keçirilməsi dövlət orqanları ilə yanaşı, yerli özünüidarəetmə orqanlarının, mədəniyyət

müəssisələrinin və mədəniyyət sahəsində qeyri-hökumət təşkilatlarının bu prosesə cəlb olunmasını şərtləndirir,

dövlət büdcəsinin təminatı ilə yanaşı, xarici və yerli investorların cəlbini, alternativ maliyyələşdirmə

mexanizmlərinin tətbiqini nəzərdə tutur.

6.3. Muzeyin maliyyə mənbələrinin diversifikasiyası üçün aşağıdakı əsas tədbirlər müəyyən edilir:

6.3.1. dövlət büdcəsindən muzeyə ayrılan vəsaitin inventarlaşdırılması, təhlili, qiymətləndirilməsi və səmərəliliyinin

artırılması nəticəsində optimal maliyyələşmə həddinin müəyyənləşdirilməsi, habelə xərclərin ünvanlı istifadəsi

məqsədi ilə dövlət sifarişlərinin daha geniş tətbiq olunması və ayrılan vəsaitlərə nəzarətin gücləndirilməsi;

6.3.2. alternativ maliyyə mənbələrinin (büdcədənkənar vəsaitlər və qanunla qadağan olunmayan digər maliyyə

mənbələri) cəlb edilməsi.

6.4. Konsepsiyanın icrasını Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Respublikasının Ekologiya və

Təbii Sərvətlər Nazirliyi həyata keçirirlər. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi

muzeyin eksponatlarla zənginləşdirilməsi məqsədi ilə onların Azərbaycan Respublikasına gətirilməsinə və təbiətdən



götürülməsinə icazə verir və nəzarət edir.

Yüklə 29,07 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə