Azərbaycan Respublikasında heyvanlar aləmi ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında



Yüklə 33,8 Kb.
Pdf görüntüsü
tarix20.01.2018
ölçüsü33,8 Kb.
#21796


Azərbaycan Respublikasında heyvanlar aləmi ilə bağlı bəzi normativ 

hüquqi aktların təsdiq edilməsi haqqında 

  

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI 

  

"Heyvanlar  aləmi  haqqında"  Azərbaycan  Respublikası  Qanununun  tətbiq 



edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 avqust tarixli, 

186 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara 



alır:

 

1. "Dövlət əhəmiyyətli təbii sərvətləri aid edilən heyvanlar aləmi obyektlərinin 



növləri,  bələdiyyə  və  ya  xüsusi  mülkiyyət  hüququnda  ola  bilər  heyvan  növlərinin 

sənədlərinin  forması  və  siyahısı",  "Heyvanlar  aləmindən  ümumi  və  xüsusi  istifadə 

Qaydaları",  "Vəhşi  heyvanlardan  onların  həyata  fəaliyyətinin  məhsullarını  əldə 

etmək məqsədi ilə istifadə edilməsi Qaydaları", "Zooloji kolleksiyaların yaradılması, 

zənginləşdirilməsi,  saxlanması,  istifadəsi,  dövlət  uçotuna  alınması,  onlarla  ticarət, 

habelə  Azərbaycan  Respublikasına  gətirilməsi,  onun  hüdudlarından  kənara 

göndərilməsi və aparılması Qaydaları" və "Ekoloji təhlükəsizlik normativləri və vəhşi 

heyvanların əldə edilməsi limitləri" təsdiq edilsin (əlavə olunur).

 

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.



 

 

 



Azərbaycan Respublikasının Baş naziri   A. RASİZADƏ

 

Bakı şəhəri, 13 iyul 2000-ci il

 

     № 117



 

  

  



 

 

 



 

  

Azərbaycan Respublikası Nazirlər 



Kabinetinin

 

2000-ci il 13 iyul tarixli, 117 nömrəli qərarı ilə



 

TƏSDİQ EDİLMİŞDİR

 

  

Dövlət əhəmiyyətli təbii sərvətlərə aid edilən heyvanlar aləmi 



obyektlərinin növləri, bələdiyyə və ya xüsusi mülkiyyət hüququnda ola 

bilən heyvan növlərinin sənədlərinin 

  

FORMASI VƏ SİYAHISI 

  

I. ÜMUMİ MÜDDƏALAR



 

 

 

 1. Bu sənəd «Heyvanlar aləmi haqqında» Azərbaycan Respublikası Qanununa və 

«Heyvanlar  aləmi  haqqında»  Azərbaycan  Respublikası  Qanununun  tətbiq  edilməsi 



barədə»  Azərbaycan  Respublikası  Prezidentinin  1999-cu  il  30  avqust  tarixli,  186 

nömrəli  Fərmanına  əsasən  hazırlanmışdır  və  dövlət  əhəmiyyətli  təbii  sərvətlərə  aid 

edilən  heyvanlar  aləmi  obyektlərinin  növləri,  bələdiyyə  və  ya  xüsusi  mülkiyyət 

hüququnda  ola  bilən  heyvan  növlərinin  sənədlərinin  formasını  və  siyahısını 

müəyyən edir.

 

 2.  Azərbaycan  Respublikasının  xüsusi  mühafizə  olunan  təbiət  ərazilərində  və 



obyektlərində,  Xəzər  dənizinin  (gölünün)  Azərbaycan  Respublikasına  mənsub  olan 

bölməsində,  digər  su  obyektlərində,  ov  yerlərində  və  meşə  fondu  sahələrində  təbii 

sərbəstlik  şəraitində  olan  heyvanlar  aləminin  obyektləri  dövlət  əhəmiyyətli  təbii 

sərvətlərə aid edilir.

 

 3.  Xüsusi  təbii  mühafizə,  elmi  və  estetik  dəyərli  heyvanlar  aləmi  obyektləri, 



habelə Azərbaycan Respublikasının «Qırmızı Kitabı»na daxil edilmiş heyvan növləri 

(qeyri-sərbəst  şəraitdə  yetişdirilmiş  (alınmış)  və  ya  Azərbaycan  Respublikasının 

hüdudlarından  kənarda  qanunvericilikdə  nəzərdə  tutulmuş  qaydada  bələdiyyə 

mülkiyyəti və ya xüsusi mülkiyyət üçün əldə edilmiş heyvanlardan başqa) bələdiyyə 

mülkiyyətinə və ya xüsusi mülkiyyətə aid edilə bilməzlər.

 

 4.  Heyvanlar  aləminin  obyektləri  üzərində  bələdiyyə  və  ya  xüsusi  mülkiyyət 



hüququ  qanunvericilik  aktlarında  nəzərdə  tutulmuş  qaydada  heyvanlar  aləminin 

mühafizəsinin xeyrinə məhdudlaşdırıla bilər.

 

 5.  Fiziki  və  hüquqi  şəxslər  tərəfindən  qeyri-sərbəst  və  ya  yarımsərbəst  şəraitdə 



saxlanılan,  təbii  mühitdən  götürülməsinə  və  başqa  yollarla  əldə  edilməsinə  dair 

sənədləri olmayan vəhşi heyvanlar qanunsuz əldə edilmiş hesab edilir.

 

II. DÖVLƏT ƏHƏMİYYƏTLİ TƏBİİ SƏRVƏTLƏRƏ AİD EDİLƏN 

HEYVANLAR ALƏMİ OBYEKTLƏRİ

 

 1.  Dövlət  əhəmiyyətli  təbii  sərvətlərə  aid  edilən  heyvanlar  aləmi  obyektlərinə 

aşağıdakılar aiddir:

 

 a) Azərbaycan Respublikasının «Qırmızı Kitabı»na daxil edilənlər;



 

 b) kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna növləri;

 

 c) endemik və relikt;



 

 ç) tibb sahəsində istifadə olunanlar;

 

 d) sənaye əhəmiyyətliləri;



 

 e) kənd və meşə təsərrüfatı ziyanvericilərinə qarşı istifadə edilənlər;

 

 ə) ov və balıqçılıq obyektlərinə aid olunanlar;



 

 f) xəz dərililər;

 

 g) ov və balıqçılıq obyektlərinə aid edilməmiş digər növlər;



 

 ğ) heyvanların paleontoloji qalıqları;

 

 h)  heyvanların  kütləvi  yuvalama,  balalama,  kürütökmə,  tüləmə,  daimi  və 



müvəqqəti yığışma yerləri.

 

III. BƏLƏDİYYƏ VƏ YA XÜSUSİ MÜLKİYYƏT HÜQUQUNDA OLA BİLƏN 



HEYVAN NÖVLƏRİNİN SİYAHISI

 


 1.  Təbii  sərbəstlik  şəraitindən  və  ya  təbii  mühitdən  ayrılıb,  yarımsərbəst  və  ya 

qeyri-sərbəst  şəraitdə  yetişdirilmiş  (alınmış),  yaxud  qanunvericiliklə  icazə  verilən 

digər  yollarla  əldə  edilmiş  vəhşi  heyvanlar  və  heyvanlar  aləminin  digər  obyektləri 

bələdiyyə mülkiyyətində və ya xüsusi mülkiyyətdə ola bilər.

 

 I  bölmənin  3-cü  bəndində  göstərilən  heyvan  növləri  istisna  olmaqla,  bələdiyyə 



mülkiyyətində və ya xüsusi mülkiyyətdə aşağıdakı heyvan növləri ola bilərlər:

 

 a) məməlilər;



 

 b) quşlar;

 

 c) sürünənlər;



 

 ç) suda-quruda yaşayanlar;

 

 d) balıqlar;



 

 e) dəyirmiağızlılar;

 

 ə) molyusklar;



 

 f) buğumayaqlılar;

 

 g) qurdlar;



 

 ğ) bağırsaqboşluqlular;

 

 h) ibtidai orqanizmlər.



 

 2.  Heyvan  növlərinin  bələdiyyə  və  ya  xüsusi  mülkiyyətdə  olmasının  qanuniliyi 

Azərbaycan Respublikası Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi 

və  «Azərbalıq»  Dövlət  Balıqçılıq  Təsərrüfatı  Konserni  tərəfindən  səlahiyyətləri 

daxilində  verdikləri  və  xüsusi  reyestr  kitabında  qeydə  alınan  şəhadətnamə  ilə 

rəsmiləşdirilir (əlavə olunur).

 

 3.  Bələdiyyə  və  ya  xüsusi  mülkiyyət  üçün  əldə  edilmiş  heyvan  növlərinə 



şəhadətnamə alınması üçün onların əldə edildiyi vaxtdan 15 gün müddətində Dövlət 

Ekologiya  və  Təbiətdən  İstifadəyə  Nəzarət  Komitəsinin  yerli  orqanlarına  və  ya 

«Azərbalıq» Dövlət Balıqçılıq Təsərrüfatı Konserninin yerli balıq mühafizə xidmətinə 

mülkiyyətçilər tərəfindən ərizə (məktubla) müraciət edilməlidir.

 

 Ərizədə aşağıdakılar əks olunmalıdır:



 

 a) heyvanın növü;

 

 b) miqdarı;



 

 c) mülkiyyət hüququnda saxlanma məqsədi;

 

 ç) saxlanması üçün şəraitin olması;



 

 d)  hüquqi  şəxs  üçün  —  hüquqi  şəxsin  adı,  təşkilati-hüquqi  forması,  hüquqi 

ünvanı;

 

 e) fiziki şəxs üçün — adı, atasının adı, soyadı, ünvanı.



 

 Ərizəyə  heyvan  növünün  qanuni  əldə  edilməsi  barədə  müvafiq  sənəd  əlavə 

edilməlidir.

 

 4. Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinin və «Azərbalıq» 



DK-nın yerli orqanları tərəfindən ərizə (məktub) qeydə alınmaqla qəbul edilir.

 

 5.  Ərizəyə  (məktuba)  qeydə  alınma  tarixindən  başlayaraq  25  gün  müddətində 



baxılır  və  Dövlət  Ekologiya  və  Təbiətdən  İstifadəyə  Nəzarət  Komitəsinin  və  ya 

«Azərbalıq» DK-nın verdikləri şəhadətnaməni bu təşkilatların yerli orqanları (xüsusi 

kitabda qeyd etməklə) mülkiyyətçiyə təqdim edirlər.

 



 3-cü bölmənin 3-cü bəndində göstərilən tələblərə əməl edilmədikdə və qüvvədə 

olan qanunvericiliyə zidd olduqda  şəhadətnamənin verilməsindən  imtina edilir. Bu 

barədə  Dövlət  Ekologiya  və  Təbiətdən  İstifadəyə  Nəzarət  Komitəsinin  və 

«Azərbalıq»  DK-nın  yerli  orqanları  ərizəyə  (məktuba)  baxılma  müddətində 

mülkiyyətçiyə rəsmi qaydada bildirməlidirlər.

 

 6. Heyvan növlərinin (yırtıcı, zəhərli və yoluxucu xəstəliklər yayan heyvanlardan 



başqa)  əldə  edilməsini  təsdiq  edən  özgəninkiləşdirmə  haqqında  müqavilə, 

kolleksiyanın  reyestrə  daxil  edilməsi  haqqında  şəhadətnamə,  digər  sənədlər  və  ov 

bileti  olduqda,  bu  heyvan  növlərinin  bələdiyyə  və  ya  xüsusi  mülkiyyətdə  olmasına 

şəhadətnamə tələb olunmur.

 

 7.  Ayrı-ayrı  heyvan  növlərinin  xüsusi  mülkiyyətdə  olmasına  Azərbaycan 



Respublikasının  qanunvericilik  aktları  ilə  qadağa  qoyulduqda,  heyvanlar  aləminin 

obyektləri  üzərində  mülkiyyət  hüququna  qanunvericilikdə  nəzərdə  tutulmuş 



qaydada xitam verilir.

 

Yüklə 33,8 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə