Azərbaycan Respublikasında istehsal olunan malların vahid məlumat bazasının yaradılması haqqında Azərbaycan



Yüklə 14,16 Kb.
Pdf görüntüsü
tarix16.11.2017
ölçüsü14,16 Kb.
#10610


Azərbaycan Respublikasında istehsal olunan malların vahid 

məlumat bazasının yaradılması haqqında Azərbaycan 

Respublikası Prezidentinin Sərəncamı 

İqtisadiyyatın diversifikasiyası, sahibkarlığın və qeyri-neft sektorunun inkişafı Azərbaycan 

Respublikasında həyata keçirilən iqtisadi siyasətin prioritet istiqamətlərindəndir. Aparılan 

iqtisadi islahatlar nəticəsində son illər ərzində bu sahədə mühüm nailiyyətlər əldə olunmuş, 

qeyri-neft sektorunun ümumi daxili məhsulda xüsusi çəkisi artmış, ixrac potensialı yüksək 

olan rəqabətqabiliyyətli malların istehsalı genişlənmişdir. 

Ölkədə fəaliyyət göstərən sahibkarların əhatə dairəsinin və istehsal imkanlarının artması 

onlara dövlət dəstəyi və dövlət təşviqi mexanizmlərinin təkmilləşdirilməsini, Azərbaycan 

mallarının beynəlxalq səviyyədə təbliği üçün yeni imkanların yaradılmasını və tətbiqini 

zəruri edir. 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, 

sahibkarlıq sahəsində son illərdə nail olunmuş sürətli inkişafın davamlılığını təmin etmək, 

yerli malların ənənəvi və yeni bazarlara çıxarılması imkanlarını artırmaq, beynəlxalq bazara 

inteqrasiya prosesini sürətləndirmək və bu sahədə əlverişli şəraiti daha da genişləndirmək 

məqsədi ilə qərara alıram: 

1. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi: 

1.1. Azərbaycan Respublikasında istehsal olunan mallar və həmin malların istehsalçıları 

barədə məlumatları əks etdirən, ən azı üç dildə (Azərbaycan, ingilis və rus dillərində) 

fəaliyyət göstərən İnternet portalının üç ay müddətində yaradılmasını təmin etsin; 

1.2. həmin portalda istehsal fəaliyyəti üzrə (hər bir mal növü, onun istehsalçısı, hüquqi 

ünvanı, əlaqə vasitələri, habelə istehsalçı qrupları, istehsal imkanları, tərəfdaşlar və s.) 

istifadəsi sadə olan axtarış sistemi yaratsın; 

1.3. informasiya-kommunikasiya texnologiyalarının imkanlarından istifadə etməklə 

istehsalçılarla informasiya mübadiləsinin elektron şəkildə və daha operativ qaydada təşkil 

olunması, habelə istehsalçılar tərəfindən məlumatların portala daxil edilməsi və yenilənməsi 

məqsədi ilə portalda “elektron kabinet” bölməsi yaratsın; 

1.4. malların istehsalçıları tərəfindən məlumatların portalda yerləşdirilməsi üçün mütəmadi 

olaraq təbliğat-təşviqat tədbirləri həyata keçirsin; 

1.5. yaradılmış portal barədə məlumatın kütləvi informasiya vasitələri ilə yayılmasını təmin 

etsin; 


1.6. bu Sərəncamın 3-cü hissəsinə əsasən ayrılan vəsaitin qanunvericiliyə uyğun və təyinatı 

üzrə xərclənməsini təmin etsin; 

1.7. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin. 

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 




2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Sərəncama uyğunlaşdırılması ilə 

bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə 

təqdim etsin; 

2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu 

Sərəncama uyğunlaşdırılmasını iki ay müddətində təmin edib Azərbaycan Respublikasının 

Prezidentinə məlumat versin; 

2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Sərəncama 

uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə üç ay müddətində Azərbaycan 

Respublikasının Prezidentinə məlumat versin; 

2.4. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin. 

3. Bu Sərəncamın 1.1-ci bəndində nəzərdə tutulan portalın yaradılması məqsədi ilə 

Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan 

Respublikası Prezidentinin ehtiyat fondundan İqtisadi İslahatların Təhlili və 

Kommunikasiya Mərkəzinə 400,0 (dörd yüz) min manat ayrılsın. 

4. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 3-cü hissəsində göstərilən 

məbləğdə maliyyələşməni təmin etsin. 

5. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının 

normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Sərəncama 

uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat 

versin. 


6. Yerli icra hakimiyyəti orqanları onlara aid inzibati ərazi vahidlərində fəaliyyət göstərən 

malların istehsalçıları və onların istehsal etdikləri mallar barədə məlumatların bu 

Sərəncamın 1.1-ci bəndində nəzərdə tutulan portal istifadəyə verildikdən sonra həmin 

malların istehsalçıları tərəfindən dörd ay müddətində portalda yerləşdirilməsinin təmin 

edilməsi istiqamətində təşviqedici tədbirlər həyata keçirsinlər və məlumatların mütəmadi 

olaraq yenilənərək aktual saxlanmasına nəzarət etsinlər. 

7. Bütün mərkəzi və yerli icra hakimiyyəti orqanlarına, aidiyyəti dövlət qurumlarına 

tapşırılsın ki, bu Sərəncamdan irəli gələn vəzifələrin icrası ilə bağlı İqtisadi İslahatların 

Təhlili və Kommunikasiya Mərkəzinə zəruri kömək göstərilməsini və onun müraciəti 

ə

sasında zəruri məlumatların təqdim olunmasını təmin etsinlər. 



İlham Əliyev 

Azərbaycan Respublikasının Prezidenti 



Bakı şəhəri, 21 sentyabr 2016-cı il. 

 

Yüklə 14,16 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə