Azərbaycan Respublikasında xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri ilə bağlı bəzi normativ-hüquqi aktların təsdiq edilməsi haqqında



Yüklə 57,66 Kb.
Pdf görüntüsü
tarix23.10.2017
ölçüsü57,66 Kb.
#6396


Azərbaycan  Respublikasında xüsusi mühafizə olunan  təbiət  əraziləri  və 

obyektləri  ilə  bağlı  bəzi  normativ-hüquqi  aktların  təsdiq  edilməsi 

haqqında 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI  

 

 

"Xüsusi  mühafizə  olunan  təbiət  əraziləri  və  obyektləri  haqqında"  Azərbaycan 



Respublikası  Qanununun  tətbiq  edilməsi  barədə"  Azərbaycan  Respublikası  Prezidentinin 

2000-ci il 15 iyul tarixli 366 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Nazirlər 

Kabineti qərara alır: 

1.  "Azərbaycan  Respublikasının  təbiət  parklarının  ümumi  Əsasnaməsi",  "Azərbaycan 

Respublikasının  dövlət  təbiət  yasaqlıqlarının  ümumi  Əsasnaməsi"  və  "Xüsusi  mühafizə 

olunan  təbiət ərazilərinin  və  obyektlərinin  dövlət  kadastrının  və  monitorinqinin  aparılması 

Qaydaları" təsdiq edilsin (əlavə olunur). 

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir. 



  

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ 

Bakı şəhəri, 4 yanvar 2001-ci il 

№ 2 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 



 

2001-ci il 4 yanvar tarixli 2 nömrəli qərarı ilə  

TƏSDİQ EDİLMİŞDİR

 

  



Xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin dövlət kadastrının və 

monitorinqinin aparılması  

QAYDALARI 

1. ÜMUMİ MÜDDƏALAR 

1.1.  Bu  Qaydalar  "Xüsusi  mühafizə  olunan  təbiət  əraziləri  və  obyektləri  haqqında" 

Azərbaycan  Respublikasının  Qanunu  (2000-ci  il  24  mart  tarixli  840-IQ  nömrəli),  "Xüsusi 

mühafizə  olunan  təbiət  əraziləri  və  obyektləri  haqqında"  Azərbaycan  Respublikası 

Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin Fərmanı (2000-ci 

il  15  iyul  tarixli  366  nömrəli)  və  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  sərəncamı 

(2000-ci il 1 avqust tarixli 142s nömrəli) əsasında hazırlanmışdır. 

1.2.  Xüsusi  mühafizə  olunan  təbiət  ərazilərinin  və  obyektlərinin  dövlət  kadastrı  bu 

ərazilərin  statusu,  onların  coğrafi  mövqeyi  və  sərhədləri,  həmin  ərazilərin  və  obyektlərin 

xüsusi  mühafizə  rejimi,  təbiət  istifadəçiləri,  ekoloji,  elmi,  iqtisadi,  tarixi  və  mədəni 

əhəmiyyəti barədə zəruri məlumatların məcmusudur. 

1.3. Xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin dövlət kadastrı "Xüsusi 

mühafizə  olunan  təbiət  əraziləri  və  obyektləri  haqqında"  Azərbaycan  Respublikasının 

Qanunu  ilə  müəyyən  olunmuş  beynəlxalq,  respublika,  bölgə  və  yerli  əhəmiyyətli  xüsusi 

mühafizə  olunan  təbiət  ərazilərinin  kateqoriyaları  barədə  məlumatları  cəmləşdirən  rəsmi 

sənəddir. 




1.4.  Xüsusi  mühafizə  olunan  təbiət  ərazilərinin  və  obyektlərinin  dövlət  kadastrı  təbii 

sərvətlərinə  aid  digər  kadastrlara  uyğun  və  əlaqələndirmə  prinsipi  əsasında  formalaşır  və 

aparılır. 

1.5.  Xüsusi  mühafizə  olunan  təbiət  ərazilərinin  və  obyektlərinin  dövlət  kadastrı  həmin 

ərazilərdə və onların mühafizə zonalarında aparılan monitorinq məlumatları əsasında tərtib 

edilir. 


2. XÜSUSİ MÜHAFİZƏ OLUNAN TƏBİƏT ƏRAZİLƏRİNİN VƏ OBYEKTLƏRİNİN 

DÖVLƏT KADASTRININ APARILMASININ MƏQSƏDİ  

2.1.  Xüsusi  mühafizə  olunan  təbiət  ərazilərinin  və  obyektlərinin  dövlət  kadastrı  dövlət 

təbiət qoruq fondunun vəziyyətinin qiymətləndirilməsi və proqnozlaşdırılması, bu ərazilərin 

perspektiv  və  inkişafı  şəbəkəsinin  müəyyən  edilməsi  mühafizə  rejiminə  riayət  olunmasına 

dövlət nəzarətinin gücləndirilməsi məqsədilə aparılır. 

2.2.  Xüsusi  mühafizə  olunan  təbiət  ərazilərinin  və  obyektlərinin  dövlət  kadastrı 

məlumatları  ətraf  mühitin  mühafizəsi  və  təbiətdən  istifadəsi  sahəsində  idarəetmə  və  digər 

məsələlərin  qəbul  edilməsinin  əsasını  təşkil  edir,  ərazilərin  iqtisadi  və  sosial  inkişafı 

planlarının  hazırlanmasında,  yerquruluşu,  şəhərsalma  işlərinin  və  dövlət  ekoloji 

ekspertizasının  aparılmasında,  təbii  sərvətlərdən  ətraf  mühitə  təsir  edə  bilən  digər 

məsələlərin həllində mütləq nəzərə alınmalıdır. 

2.3.  xüsusi  mühafizə  olunan  təbiət  ərazilərinin  və  obyektlərinin  dövlət  kadastrının 

aparılmasının məqsədi: 

mövcud  və  yaradılması  planlaşdırılan  xüsusi  mühafizə  olunan  təbiət  əraziləri  və 

obyektləri haqqında dövlətdə olan məlumatların yığılması və sistemləşdirilməsi; 

müxtəlif  kateqoriyalara  aid  xüsusi  mühafizə  olunan  təbiət  ərazilərinin  və  obyektlərinin 

mövcud vəziyyətinin və fəaliyyətinin səmərəliyinin analizi; 

respublika, bölgə və yerli hakimiyyət orqanlarını, nazirlikləri, təşkilatları və digər hüquqi 

və  fiziki  şəxsləri  xüsusi  mühafizə  olunan  təbiət  əraziləri  və  obyektləri  haqqında 

məlumatlarla təmin etmək. 



3. XÜSUSİ MÜHAFİZƏ OLUNAN TƏBİƏT ƏRAZİLƏRİNİN VƏ OBYEKTLƏRİNİN 

DÖVLƏT KADASTRININ TƏRKİBİ VƏ STRUKTURU 

3.1.  Xüsusi  mühafizə  olunan  təbiət  ərazilərinin  və  obyektlərinin  dövlət  kadastrına 

aşağıdakı məlumatlar daxil edilir: 

xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin hüquqi statusu və normativ-

hüquqi bazası haqqında; 

coğrafi vəziyyəti, sərhədləri və ərazisi haqqında: 

inzibati və idarə tabeçiliyi haqqında; 

mühafizə üsulu və rejimi haqqında; 

xüsusi  mühafizə  olunan  təbiət  ərazilərinin  və  obyektlərinin  ətrafındakı  mühafizə 

zonaları (ərazisi, sərhədi və rejimi) haqqında; 

xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin ekoloji, maarifçilik, turizm və 

rekreasiya, iqtisadi, tarix və mədəni əhəmiyyəti barədə;



[12]

 

mühafizə  olunan  təbiət  komplekslərinin  və  onların  komponentlərinin  kəmiyyət  və 



keyfiyyət xüsusiyyətləri, öyrənilmə dərəcəsi və bu məlumatların saxlanılma yerləri barədə; 


xüsusi  mühafizə  olunan  təbiət  ərazilərində  və  obyektlərində,  onların  ətrafındakı 

mühafizə zonalarında torpaqların və digər sərvətlərin sahibkarları, istifadəçiləri və icarəçiləri 

barədə; 

xüsusi  mühafizə  olunan  təbiət  ərazilərinin  və  obyektlərinin  qorunma  vəziyyəti, 

antropogen təsirin dərəcəsi və təhlükə foktorları haqqında; 

heyvan və bitki aləminin bərpasını və təbii artmasını təmin edən tədbirlər haqqında; 

xüsusi  mühafizə  olunan  təbiət  ərazilərinin  və  obyektlərinin  işçi  ştatları  və  struktur 

bölmələri haqqında; 

xüsusi  mühafizə  olunan  təbiət  ərazilərinin  və  obyektlərinin  mühafizəsini  öhdəsinə 

götürmüş hüquqi və fiziki şəxslər (ünvanı, öhdəlik müddəti və ştatı) barədə; 

xüsusi  mühafizə  olunan  təbiət  ərazilərinin  və  obyektlərinin  maddi-texniki  bazası  və 

maliyyələşdirilməsi haqqında; 

xüsusi  mühafizə  olunan  təbiət  ərazilərinin  və  obyektlərinin  ərazilərində  aparılan  son 

müavinələr (aparılan işlərin mövzusu və müddəti) haqqında; 

xüsusi 

mühafizə 



olunan 

təbiət 


ərazilərinin 

və 


obyektlərinin 

vəziyyətinin 

qiymətləndirilməsi üçün ekspert kimi cəlb edilməsi məsləhət görülən hüquqi və fiziki şəxslər 

barədə; 


xüsusi  mühafizə  olunan  təbiət  əraziləri  və  obyektləri  barədə  məlumatları  olan  digər 

mənbələr haqqında. 

3.2.  Xüsusi  mühafizə  olunan  təbiət  ərazilərinin  və  obyektlərinin  dövlət  kadastrı  4 

bölmədən  ibarətdir  və  bölmələrdə  müvafiq  olaraq  beynəlxalq,  respublika,  bölgə  və  yerli 

əhəmiyyətli  xüsusi  mühafizə  olunan  təbiət  əraziləri  və  obyektləri  barədə  məlumatlar 

cəmləşir. 

3.3.  Beynəlxalq  əhəmiyyətli  xüsusi  mühafizə  olunan  təbiət  ərazilərinin  və  obyektlərinin 

dövlət kadastrına aşağıdakı məlumatlar aid edilir: 

biosfer təbiət qoruqları haqqında; 

təbiət abidələri haqqında; 

beynəlxalq  əhəmiyyətli  kateqoriyaya  aid  edilmiş  digər  xüsusi  mühafizə  olunan  təbiət 

əraziləri və obyektləri barədə. 

3.4.  Respublika  əhəmiyyətli  xüsusi  mühafizə  olunan  təbiət  ərazilərinin  və  obyektlərinin 

dövlət kadastrına aşağıdakı məlumatlar aid edilir: 

dövlət təbiət qoruqları haqqında; 

milli parklar haqqında; 

dövlət təbiət yasaqlıqları haqqında; 

təbiət parkları haqqında; 

təbiət abidələri haqqında; 

zooloji parklar haqqında; 

nəbatat bağları və dendroloji parklar barədə; 

ölkə əhəmiyyətli 

müalicə sağlamlaşdırma yerləri və kurortlar barədə

[13]

 

3.5. Bölgə əhəmiyyətli xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin dövlət 



kadastrına aşağıdakı məlumatlar aid edilir: 

dövlət təbiət yasaqlıqları haqqında; 

təbiət parkları haqqında; 

təbiət abidələri haqqında; 

zooloji parklar haqqında; 

nəbatat bağları və dendroloji parklar haqqında; 

müalicə-sağlamlaşdırma yerləri və kurortlar haqqında; 

[14]

 



3.6. Yerli əhəmiyyətli xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin dövlət 

kadastrına aşağıdakı məlumatlar aid edilir: 

təbiət parkları haqqında; 

zooloji parklar haqqında; 

müalicə-sağlamlaşdırma yerləri və kurortlar haqqında. 

3.7.  Kadastrın  uçot  vahidinə  ayrı-ayrı  xüsusi  mühafizə  olunan  təbiət  əraziləri  və 

obyektləri aid edilir. 

3.8.  Xüsusi  mühafizə  olunan  təbiət  ərazilərinin  və  obyektlərinin  dövlət  kadastr 

məlumatları  Azərbaycan  Respublikasının  və  Naxçıvan  MR-nın  dövlət  və  bələdiyyə 

orqanlarının 

normativ 

sənədlərinə, 

elmi-tədqiqatların, 

layihə-axtarışlarının 

və 

inventarlaşmanın 



materiallarına, 

xüsusi 


tədqiqatların 

nəticələrinə, 

monitorinq 

məlumatlarına  və  respublika,  bölgə  və  yerli  əhəmiyyətli  xüsusi  mühafizə  olunan  təbiət 

əraziləri və obyektləri barədə dəqiq məmulatları olan digər mənbələrə əsasən hazırlanır və 

təzələnir. 

3.9.  Xüsusi  mühafizə  olunan  təbiət  ərazilərinin  və  obyektlərinin  dövlət  kadastr 

məlumatlarına  daimi  nəzarət  edilir.  Kadastr  məlumatlarının  dəyişdirildiyi  və  yeni 

məlumatların  daxil  olduğu  hallarda  köhnə  məlumatlar  arxivləşdirilərək  daimi  saxlanılır. 

Kadastrda yeni məlumatların daxil olunması və dəyişikliklərin aparılması tarixi göstərilir və 

qabaqkı (köhnə) məlumatlar barədə qeydiyyat aparılır. 

4. XÜSUSİ MÜHAFİZƏ OLUNAN TƏBİƏT ƏRAZİLƏRİNİN VƏ OBYEKTLƏRİNİN 

DÖVLƏT KADASTRININ APARILMASI QAYDALARI  

4.1. Xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin dövlət kadastrı aşağıdakı 

qaydada aparılır: 

beynəlxalq  və  respublika  əhəmiyyətli  xüsusi  mühafizə  olunan  təbiət  əraziləri  və 

obyektləri  üzrə  -  Azərbaycan  Respublikasının  Ekologiya  və  Təbii  Sərvətlər  Nazirliyi  və 

tabeliyində respublika əhəmiyyətli xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri olan 

təşkilatlar tərəfindən; 

bölgə əhəmiyyətli xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri üzrə - Naxçıvan 

Muxtar  Respublikasının  Nazirlər  Kabineti,  Naxçıvan  Muxtar  Respublikasının  Ekologiya  və 

Təbiətdən  İstifadəyə  Nəzarət  Komitəsi  və  tabeliyində  bölgə  əhəmiyyətli  xüsusi  mühafizə 

olunan təbiət əraziləri və obyektləri olan təşkilatlar tərəfindən; 

yerli əhəmiyyətli xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri üzrə  - Bələdiyyə 

orqanları  və  tabeliyində  yerli  əhəmiyyətli  xüsusi  mühafizə  olunan  təbiət  əraziləri  və 

obyektləri olan təşkilatlar tərəfindən. 

4.2.  Azərbaycan  Respublikasının  Ekologiya  və  Təbii  Sərvətlər  Nazirliyi  tərəfindən 

tabeliyində respublika əhəmiyyətli xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri olan 

təşkilatların,  bələdiyyə  və  yerli  əhəmiyyətli  xüsusi  mühafizə  olunan  təbiət  ərazilərinin  və 

obyektlərinin  kadastrını  aparan  orqanların  təqdim  etdikləri  kadastr  sənədlərinə  əsasən 

Azərbaycan  Respublikasının  xüsusi  mühafizə  olunan  təbiət  ərazilərinin  və  obyektlərinin 

dövlət kadastrı hazırlanır. 

4.3. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi: 

beynəlxalq  və  respublika  əhəmiyyətli  xüsusi  mühafizə  olunan  təbiət  ərazilərinin  və 

obyektlərinin dövlət kadastrına daxil edilən əsas məlumatların toplanmasını və saxlanmasını 

təşkil  edir  və  bu  məlumatları  təhlil  edərək  respublika  əhəmiyyətli  xüsusi  mühafizə  olunan 

təbiət ərazilərinin və obyektlərinin vəziyyətini qiymətləndirir; 



bütün növlərə və kateqoriyalara aid xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri 

barədə əsas məlumatları ümumiləşdirərək kadastra daxil edir; 

kadastrın aparılmasına dair məsələlərlə bağlı metodik sənədləri hazırlayır; 

maraqlı nazirliklərin və təşkilatların iştirakları ilə hər bir xüsusi mühafizə olunan təbiət 

ərazilərinin  və  obyektlərinin  növlərinə  və  kateqoriyalarına  aid  məlumatların  əsas 

göstəricilərini,  kadastrın  aparılması  üçün  tələb  olunan  digər  məlumatları  müəyyən  edir  və 

onların təqdim olunma müddətlərini təyin edir; 

komitənin  tərkibində  beynəlxalq  və  respublika  əhəmiyyətli  xüsusi  mühafizə  olunan 

təbiət  ərazilərinin  və  obyektlərinin  dövlət  kadastrının  aparılması,  onun  tərtibatı  və  nəşri, 

respublika  əhəmiyyətli  xüsusi  mühafizə  olunan  təbiət  əraziləri  və  obyektləri  barədə  illik 

hesabatların hazırlanması məqsədilə qurum təyin edir

bölgə  və  yerli  əhəmiyyətli  xüsusi  mühafizə  oluna  təbiət  ərazilərinin  və  obyektlərinin 

kadastrlarının aparılmasına dair əsas məlumatları razılaşdırır; 

müasir texniki-proqramlaşdırma üsullarından və kompyüter texnologiyasında kadastrın 

aparılmasında istifadəni təmin etmək üçün lazımi tədbirlər görür. 

4.4.  Naxçıvan  Muxtar  Respublikasının  Ekologiya  və  Təbiətdən  İstifadəyə  Nəzarət 

Komitəsi: 

bölgə  və  yerli  əhəmiyyətli  xüsusi  mühafizə  olunan  təbiət  ərazilərinin  və  obyektlərinin 

kadastrlarını  belə  ərazilərin  tabeliyində  olan  hüquqi  və  fiziki  şəxslər  tərəfindən  təqdim 

olunan məlumatlar əsasında aparılır; 

bölgə  və  yerli  əhəmiyyətli  xüsusi  mühafizə  olunan  təbiət  ərazilərinin  və  obyektlərinin 

kadastrlarının  aparılması  üçün  tələb  olunan  məlumatları,  kadastr  göstəricilərini  və  uçot 

sənədlərini hazırlayır və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 

ilə razılaşdırır; 

respublika,  bölgə  və  yerli  əhəmiyyətli  xüsusi  mühafizə  olunan  təbiət  ərazilərinin  və 

obyektlərinin  kadastrlarının  aparılmasına  dair  əsas  məlumatlarını  təsdiq  edilmiş  forma 

əsasında və müəyyən olunmuş müddətlərdə Azərbaycan Respublikasının Ekologiya və Təbii 

Sərvətlər Nazirliyinə təqdim edir; 

kadastr  məlumatlarını  Naxçıvan  Muxtar  Respublikasının  Nazirlər  Kabinetinə  və 

bələdiyyə orqanlarına təqdim edir; 

bölgə  və  yerli  əhəmiyyətli  xüsusi  mühafizə  olunan  təbiət  ərazilərinin  və  obyektlərinin 

kadastrlarının nəşrini təşkil edir. 

4.5.  Respublika,  bölgə  və  yerli  əhəmiyyətli  xüsusi  mühafizə  olunan  təbiət  əraziləri  və 

obyektləri mülkiyyətində (idarəetmədə), istifadəsində və icarəsində olan nazirliklər, idarələr 

və digər hüquqi və fiziki şəxslər: 

xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin kadastrının aparılması üçün 

lazımi  məlumatların  yığılmasını,  təzələnməsini,  saxlanılmasını,  ümumiləşdirilməsini  və 

təhlilini təşkil edir

xüsusi  mühafizə  olunan  təbiət  ərazilərinin  və  obyektlərinin  kadastrlarının  aparılmasına 

dair  əsas  məlumatlarını  təsdiq  edilmiş  forma  əsasında  və  müəyyən  olunmuş  müddətlərdə 

Azərbaycan  Respublikasının  Ekologiya  və  Təbii  Sərvətlər  Nazirliyinə  bilavasitə  və  yaxud 

onun yerli təşkilatları vasitəsi ilə təqdim edir. 

4.6. Hər bir xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin kadastr məlumatı 

5  ildən  bir  Azərbaycan  Respublikasının  Ekologiya  və  Təbii  Sərvətlər  Nazirliyi  tərəfindən 

təsdiq  edilmiş  hesabat  forması  əsasında  yerli  hakimiyyət  orqanlarında  təsdiq  edildikdən 

sonra təqdim edilir. 




Xüsusi  mühafizə  olunan  təbiət  ərazilərinin  və  obyektlərinin  kadastr  göstəricilərində  il 

ərzində  baş  vermiş  dəyişikliklər  və  əlavələr  barədə  məlumatlar  hər  il  yanvarın  25-nə  kimi 

Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim edilir. 

5. XÜSUSİ MÜHAFİZƏ OLUNAN TƏBİƏT ƏRAZİLƏRİNİN VƏ OBYEKTLƏRİNİN 

MONİTORİNQ QAYDALARI  

5.1.  Azərbaycan  Respublikasının  Ekologiya  və  Təbii  Sərvətlər  Nazirliyi,  bələdiyyə 

orqanları  və  tabeliyində  yerli  əhəmiyyətli  xüsusi  mühafizə  olunan  təbiət  əraziləri  və 

obyektləri  olan  fiziki  və  hüquqi  şəxslər  həmin  ərazilərdə  və  onların  mühafizə  zonalarında 

monitorinqin  aparılması  məqsədilə  təbiət  komplekslərinin  və  onların  komponentlərinin 

kəmiyyət  və  keyfiyyət  xüsusiyyətlərinin  dəyişməsini  öyrənmək  üçün  daimi  müşahidələrin 

aparılmasını təşkil edir. 

[15]

 

5.2.  Xüsusi  mühafizə  olunan  təbiət  ərazilərində  və  obyektlərində  aparılan  monitorinqə 



aşağıdakılar daxil edilir: 

heyvan və bitkilərin ümumi vəziyyəti, sayı, yayılma əraziləri və bərpası; 

təbiət komplekslərinin qorunma vəziyyəti, bərpası, antropogen təsirlər; 

təbiət komplekslərinin və komponentlərinin təhlükə faktorları; 

dövlət təbiət qoruqlarında aparılan "Təbiət səlnamə"sinin məlumatları. 

5.3.  Monitorinq  məlumatları  hər  il  ümumiləşdirilir  və  dekabrın  5-nə  kimi  xüsusi 

mühafizə  olunan  təbiət  ərazilərinin  və  obyektlərinin  dövlət  kadastrını  aparan  (maddə  4.1) 

təşkilatlara təqdim olunur. 



  

  

 



Yüklə 57,66 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə