Azərbaycan Respublikasının Asiya İnfrastruktur İnvestisiya



Yüklə 4,82 Kb.
Pdf görüntüsü
tarix06.02.2018
ölçüsü4,82 Kb.
#26558

background image
Azərbaycan Respublikasının Asiya İnfrastruktur İnvestisiya 

Bankına üzvlüyü ilə bağlı bəzi məsələlər haqqında Azərbaycan 

Respublikası Prezidentinin Sərəncamı 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq

“Asiya İnfrastruktur İnvestisiya Bankının Saziş maddələri”nin təsdiq edilməsi haqqında” 

Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 166-VQ nömrəli Qanununa uyğun 

olaraq qərara alıram: 

1. Asiya İnfrastruktur İnvestisiya Bankının Rəhbərlər Şurasında Azərbaycan 

Respublikasından rəhbər Azərbaycan Respublikasının iqtisadiyyat naziri, alternativ rəhbər 

isə Azərbaycan Respublikasının maliyyə naziri təyin edilsin və onlara həmin Bankda 

Azərbaycan Respublikasını təmsil etmək səlahiyyəti verilsin. 

2. Azərbaycan Respublikasının Mərkəzi Bankı Asiya İnfrastruktur İnvestisiya Bankının 

ehtiyatlarının və digər aktivlərinin Azərbaycan Respublikasının milli valyutasında depozitarı 

müəyyən edilsin. 

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 

3.1. Azərbaycan Respublikasının Asiya İnfrastruktur İnvestisiya Bankına üzvlüyü ilə bağlı 

müvafiq abunə kapitalının ödənilməsi üçün maliyyə vəsaitinin ayrılmasını təmin etsin; 

3.2. “Asiya İnfrastruktur İnvestisiya Bankının Saziş maddələri”nin təsdiq edilməsi 

haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin. 

İlham Əliyev 

Azərbaycan Respublikasının Prezidenti 

Bakı şəhəri, 1 iyun 2016-cı il. 



 

Yüklə 4,82 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə