Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında



Yüklə 221,06 Kb.
Pdf görüntüsü
tarix29.08.2018
ölçüsü221,06 Kb.
#65359


Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında 

 

Azərbaycan Respublikasının Qanunu 

 

Azərbaycan  Respublikasının  Milli  Məclisi  Azərbaycan  Respublikası  Konstitusiyasının  94-cü 



maddəsinin  I  hissəsinin  6-cı  bəndini  rəhbər  tutaraq,  Azərbaycan  Respublikasının  Cinayət-Prosessual 

Məcəlləsini  “Məhkəmələr  və  hakimlər  haqqında”  Azərbaycan  Respublikasının  Qanununda  dəyişikliklər 

edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 20 iyun tarixli 1010-IVQD nömrəli Qanununa 

uyğunlaşdırmaq məqsədi ilə qərara alır: 

Azərbaycan  Respublikasının  Cinayət-Prosessual  Məcəlləsində  (Azərbaycan  Respublikasının 

Qanunvericilik Toplusu, 2000, № 8, (II kitab), maddə 585; 2001, № 7, maddə 455; 2002, № 1, maddə 9, 

№ 5, maddə 233, № 8, maddə 463; 2003, № 6, maddə 276; 2004, № 5, maddə 321, № 7, maddə 505, № 

8, maddə 598, № 10, maddə 761, № 11, maddə 890; 2005, № 1, maddə 4, № 4, maddə 278, № 6, maddə 

462, № 8, maddə 686, № 10, maddə 874, № 12, maddə 1079; 2006, № 1, maddə 3, № 2, maddə 64, № 5, 

maddə 390, № 10, maddə 847, № 11, maddə 929, № 12, maddə 1032; 2007, № 2, maddələr 65, 68, № 6, 

maddə  560,  №  7,  maddə  712,  №  8,  maddə  756,  №  11,  maddə  1049,  №  12,  maddə  1221;  2008,  №  6, 

maddə 462, № 7, maddələr 606, 607, № 12, maddələr 1045, 1049; 2009, № 5, maddə 315, № 7, maddə 

517, № 12, maddə 966; 2010, № 3, maddələr 171, 173, 178, № 7, maddə 593, № 12, maddə 1058; 2011, 

№ 6, maddə 480, № 7, maddələr 589, 599; 2012, № 7, maddə 674, № 11, maddə 1062, № 12, maddə 

1215; 2013, № 2, maddə 77, № 6, maddələr 616, 626, № 7, maddə 786, № 11, maddə 1265, № 12, maddə 

1493; 2014, № 2, maddələr 90, 102, № 4, maddələr 328, 344, № 6, maddə 600, № 11, maddələr 1354, 

1362) aşağıdakı dəyişikliklər edilsin: 

1.  7.0.12-ci  maddədən  “birinci  instansiya  məhkəməsinin  andlı  iclasçıların  iştirakı  ilə  çıxarılmış  və 

ya” sözləri çıxarılsın. 

2. 7.0.14-cü maddədən “və ya andlı iclasçıların iştirakı ilə” sözləri çıxarılsın. 

3. 7.0.15-7.0.17-ci, 7.0.44-cü, 24-cü, 79-cu, 81.3-cü, 82-ci, 83-cü, 84.6.6-cı, 91.5.26-cı, 92.9.13-cü, 

110-cu, 111-ci, 125.9-cu, 192-ci, 197.1.3-cü maddələr, XLVI fəsil və 408.2.1 - 408.2.3-cü maddələr ləğv 

edilsin. 

4.  25-ci  maddənin  adından  və  25.4-cü  maddədən  “və  andlı  iclasçıların”  sözləri,  25.1-25.3-cü 

maddələrdən “və andlı iclasçılar” sözləri, 25.5-ci maddədən “, andlı iclasçılardan” sözləri çıxarılsın. 

5. 28.3-cü maddədən “və ya andlı iclasçı” sözləri çıxarılsın. 

6.  33.1-ci  maddədən  “və  andlı  iclasçılar”  sözləri,  33.4-cü  maddədən  “və  andlı  iclasçıların”  sözləri 

çıxarılsın. 

7. 41.5-ci maddənin ikinci cümləsi çıxarılsın. 

8.  42.1.4-cü  maddənin  sonunda  nöqtəli  vergül  işarəsi  nöqtə  işarəsi  ilə  əvəz  edilsin  və  42.1.5-ci 

maddə ləğv edilsin. 

9. 73.2-ci maddədən “və andlılar məhkəməsi” sözləri çıxarılsın. 

10.  78.3-cü  maddədən  “andlı  iclasçıların  iştirakı  ilə  və  ya”  sözləri,  78.6-cı  maddədən  “və  ya  andlı 

iclasçının” sözləri çıxarılsın. 

11.  80.4-cü  maddədə  “Andlı  iclasçıların  iştirakı  ilə,  habelə  hakimlər”  sözləri  “Hakimlər”  sözü  ilə 

əvəz edilsin. 

12. 81.1-ci maddənin birinci cümləsi çıxarılsın. 

13. 95.2.4-cü maddədən “andlı iclasçı,” sözləri çıxarılsın. 

14. 99.2-ci maddədən “andlı iclasçılar,” sözləri çıxarılsın. 

15. 107.2-ci maddədən “andlı iclasçının,” sözləri və “110,” rəqəmləri, 107.3.3-cü maddədən “, yaxud 

andlı iclasçıya” sözləri, 107.4-cü  maddədən “və  ya andlı iclasçıya” sözləri, 107.8-ci  maddədən “, andlı 

iclasçı” sözləri, 107.9-cu maddədən isə “və bu halda andlı iclasçı hakimdən əvvəl kənarlaşdırılmalıdır” 

sözləri çıxarılsın. 

16.  107.7-ci  maddənin  ikinci  cümləsindən  “və  ya  andlı  iclasçıya”  sözləri  çıxarılsın  və  həmin 

maddədə “müvafiq olaraq hakimə, yaxud andlı iclasçıya” sözləri “hakimə” sözü ilə əvəz edilsin. 

17. 109.3.1-ci maddə aşağıdakı redaksiyada verilsin: 

“109.3.1.  birinci  instansiya  məhkəməsində  cinayət  işinə,  yaxud  cinayət  təqibi  ilə  bağlı  digər 

materiala  hakim  tərəfindən  təkbaşına  baxıldıqda,  hakimin  özü-özünə  və  ya  ona  edilmiş  etirazı  -  həmin 

məhkəmənin sədri;”. 

18. 112.4.2-ci maddə aşağıdakı redaksiyada verilsin: 

“112.4.2.  cinayət  işinə  və  ya  cinayət  təqibi  ilə  bağlı  digər  materiala  hakim  tərəfindən  təkbaşına 

baxılması zamanı - məhkəmə iclasında sədrlik edən;”. 




19.  114.1.1-ci  maddədən  “andlı  iclasçı  ilə,”  sözləri,  114.1.2-ci  maddədən  “andlı  iclasçı,”  sözləri 

çıxarılsın. 

20. 116.3.1-ci maddədən “və ya andlılar məhkəməsinin iştirakı ilə” sözləri çıxarılsın. 

21. 117.3.3-cü maddədən “və ya andlı iclasçıların iştirakı ilə” sözləri çıxarılsın. 

22. 118.3.2-ci maddədən “və ya andlı iclasçılar tərəfindən” sözləri çıxarılsın. 

23. 145.2-ci maddədən “və ya andlı iclasçılar” sözləri çıxarılsın. 

24.  299.3.5-ci  maddənin  sonunda  nöqtəli  vergül  işarəsi  nöqtə  işarəsi  ilə  əvəz  edilsin  və  299.3.6-cı 

maddə ləğv edilsin. 

25.  301.2.7-ci  maddədən  “və  müvafiq  hallarda  andlı  iclasçılar  kollegiyasının  seçilməsində  iştirak 

etmək üçün çağırılmalı olan andlı iclasçılarının sayının müəyyən edilməsi” sözləri çıxarılsın. 

26.  346.1.11-ci  maddədən  “güzəşt  edilməsi,  həmin  cinayətə  görə  nəzərdə  tutulmuş  cəzadan  daha 

yüngül cəzanın təyin edilməsi haqqında andlı iclasçıların verdikti,” sözləri çıxarılsın. 

27.  381.2.3-381.2.5-ci  maddələrdən  “andlılar  məhkəməsinin  çıxardığı  hökmlər  istisna  olmaqla,” 

sözləri çıxarılsın. 

28. 408.1-ci maddə aşağıdakı redaksiyada verilsin: 

“408.1.  Kassasiya  şikayəti  və  ya  kassasiya  protesti  bu  Məcəllədə  nəzərdə  tutulmuş  qaydada  və 

hallarda apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarlardan verilə bilər.”. 

29. 412.1-ci maddənin ikinci cümləsindən, 414.2-ci və 416.0-cı maddələrdən “birinci və ya” sözləri 

çıxarılsın. 

30. 414.4-cü maddənin ikinci cümləsindən “birinci, yaxud” sözləri çıxarılsın. 

31. 414.7-ci maddədən “müvafiq olaraq birinci və ya” sözləri çıxarılsın. 

32. 416.0.9-cu maddədən “və ya andlı iclasçıların verdiktinə uyğun olaraq güzəşt edib yolverilməz” 

sözləri çıxarılsın. 

33. 416.0.17-ci maddədə “107-118” rəqəmləri “107-109, 112-118” rəqəmləri ilə əvəz edilsin. 

34. 419.7-ci, 419.10.4-cü, 419.12-ci, 419.12.4-cü, 419.12.5-ci maddələrdən “müvafiq olaraq birinci 

və ya ” sözləri çıxarılsın. 

35. 419.10.1-ci maddədən “müvafiq olaraq birinci və” sözləri çıxarılsın. 

36.  419.10.2-ci  maddədən  “andlı  iclasçıların  iştirakı  ilə  birinci  instansiya  məhkəməsində  və  ya” 

sözləri çıxarılsın. 

37. 420-ci maddənin mətni aşağıdakı redaksiyada verilsin: 

“420.1.  Məhkəmənin  hökmü  və  ya  qərarı  kassasiya  qaydasında  ləğv  edildikdən  sonra  apellyasiya 

instansiyası  məhkəməsində  cinayət  işinin,  məhkəməyədək  sadələşdirilmiş  icraat  materiallarının  və  ya 

xüsusi ittiham qaydasında şikayətin yenidən baxılması bu Məcəllənin 381 - 407-ci maddələrinə müvafiq 

olaraq aparılır. 

420.2.  Cinayət  işi,  məhkəməyədək  sadələşdirilmiş  icraatın  materialları  və  ya  xüsusi  ittiham 

qaydasında  şikayət  apellyasiya  instansiyası  məhkəməsinə  yeni  məhkəmə  baxışına  göndərilərkən 

məhkumun  vəziyyətini  pisləşdirən  qərar  yalnız  hökmün  dövlət  ittihamçısının  kassasiya  protesti  və  ya 

zərər  çəkmiş  şəxsin,  yaxud  onun  nümayəndəsinin  kassasiya  şikayəti  əsasında  ləğv  edildiyi  halda  qəbul 

edilə bilər.”. 

 

İlham Əliyev 



Azərbaycan Respublikasının Prezidenti 

 

Bakı şəhəri, 13 fevral 2015-ci il. 



 

Yüklə 221,06 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə