Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti



Yüklə 0,49 Mb.
Pdf görüntüsü
səhifə1/20
tarix27.03.2018
ölçüsü0,49 Mb.
#35226
  1   2   3   4   5   6   7   8   9   ...   20


     

 

 

 



 

 

 

Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti 



 

 

 

Hər birinin nominal dəyəri 1 000 (min) ABŞ dolları olan 100 000 

(yüz min) ədəd faizli, təmin edilməmiş, sənədsiz adlı istiqrazların 

 

 

EMİSSİYA PROSPEKTİ 

 

 

 

 

 

 

 

 

Qeyd: Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxs bu 

Emissiya Prospektində olan məlumatların düzgünlüyünə görə məsuliyyət daşımır və 

onu qeydiyyata almaqla yerləşdirilən qiymətli kağızlara münasibətini ifadə etmir. 

 

 

Bakı  2016 




 

 



 

Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti 

 

( Bu emissiya prospektində olan məlumatlar 15 may 2015-ci il tarixli Qiymətli Kağızlar bazarı haqqında Azərbaycan 



Respublikasının qanunvericiliyinə uyğun olaraq açıqlanmışdır.) 

 

 



Hər birinin nominal dəyəri 1 000 (min) ABŞ dolları olan 100 000 

(yüz min) ədəd faizli, təmin edilməmiş, sənədsiz adlı istiqrazların 

 

EMİSSİYA PROSPEKTİ

 

 

 



M Ü N D Ə R İ C A T 

 

 

Səhifə 



XÜLASƏ 



I. 



H İ S S Ə 

 

1. 



Emitentin auditorları barədə məlumat 

2. 



Seçilmiş maliyyə məlumatı 

3. 



Emitent barədə məlumat 

4. 



Emitentin biznesinin icmalı 

5. 



Digər təşkilatlarda iştirak 

28 


6. 

Tendensiyalar barədə məlumat 

29 

7. 


Emitentin idarəetmə və nəzarət orqanları 

29 


8. 

İdarə heyətinin işgüzar praktikası 

31 

9. 


Emitentin nizamnamə kapitalında mühüm iştirak payına sahib olan şəxslər  32 

10. 


Emitentin maliyyə məlumatları 

33 


11. 

Emitent haqqında əlavə məlumatlar 

34 

II. 

H İ S S Ə 

 

12. 



Əsas Məlumat (maraqların toqquşması və təklifin səbəbləri) 

40 


13. 

İstiqrazlar barədə məlumat 

41 

14. 

Təklifin şərtləri 

44 

15. 


Ticarətə buraxılma və onun tənzimlənməsi 

48 


 

 

Bakı  2016 

 


 

 



XÜLASƏ

 

 

 



Xəbərdarlıq. 

 

Bu sənəd emissiya prospektinin giriş hissəsidir. 

 

İstiqrazlara investisiya etmək barədə hər hansı bir qərar verməzdən əvvəl bu emissiya prospektini 



oxuduqdan sonra həyata keçirilməlidir. 

 

Emissiya  prospektində  olan  məlumatların  yanlış,  qeyri-dəqiq,  ziddiyyətli  olduğu  və  ya  qiymətli 



kağızlara investisiya edib-etməmək barədə qərar verən investorlara kömək etmək məqsədilə əsas 

informasiyanın  verilmədiyi  zaman  emissiya  prospektini  hazırlamış  şəxslər  mülki  məsuliyyəti 

daşıyırlar. 

 

 



Əsas anlayışlar 

Qiymətli  kağızlar  bazarı  –  qiymətli  kağızların  emissiyası,  buraxılması,  tədavülü,  ödənilməsi,  mülkiyyətçiliyi, 

saxlanılması,  kompensasiyası,  öhdəliklərlə  yüklənməsi,  dövlət  tənzimlənməsi  və  digər  əməliyyatların  həyata 

keçirilməsi üzrə subyektlər arasında olan hüquqi və iqtisadi münasibətlərin məcmusu; 

Emitent – İstiqrazların emissiyasını həyata keçirən hüquqi şəxs. Bu emissiyada emitent SOCAR-dır.  

İnvestor – qiymətli kağızların və ya törəmə maliyyə alətlərinin alıcısı və ya onları almaq təklifini verən şəxs

Nəzarət orqanı – Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) 

Anderraytinq  –  emitentin  və  ya  üçüncü  şəxslərin  xeyrinə  qiymətli  kağızların  kütləvi  təklifi  və  yerləşdirilməsi 

üzrə investisiya xidməti; 



Market-meyker  –  qiymətli  kağızlar  bazarında  mütəmadi  olaraq  öz  hesabına  və  fond  birjası  ilə  razılaşdırılmış 

qiymət  dəhlizi  çərçivəsində  özünün  müəyyənləşdirdiyi  qiymətlərlə  qiymətli  kağızların  və  ya  törəmə  maliyyə 

alətlərinin alqı-satqısını həyata keçirən şəxs; 

Depo  hesabı  –  mərkəzi  depozitarın  üzvünün  müraciəti  əsasında  müştəri  üçün  mərkəzi  depozitarda  açılmış  və 

özündə müştərinin qiymətli kağızlarına olan hüquqlara dair qeydləri əks etdirən hesab; 



Fond birjasının listinqi – fond birjasının daxili qaydaları ilə müəyyən edilmiş tələblərə əsasən fond birjasında 

ticarətə qəbul edilən qiymətli kağızların siyahısı; 



Qanunvericilik  –  Azərbaycan  Respublikasının  Konstitusiyasını,  Mülki  Məcəlləsini,  Qiymətli  kağızlar  bazarı 

haqqında  Qanununu,  digər  normativ  hüquqi  aktları,  habelə  Azərbaycan  Respublikasının  tərəfdar  çıxdığı 

beynəlxalq müqavilələri əhatə edir. 

Faiz ödənişi (və ya kupon) – istiqrazlar üzrə investorlara ödənilən faiz məbləğidir. Kuponlar istiqrazın nominal 

dəyərindən hesablanır və faizlə göstərilir.



  

 


Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə