Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin standartlaşdırma sistemi. Ardnş-nin işçilərinin sahə üzrə xarici ölkələrdə fəaliyyət göstərən aparıcı şirkətlərdə kvalifikasiyalarının artırılmasına dair standart



Yüklə 28,68 Kb.
tarix30.03.2018
ölçüsü28,68 Kb.
#35537


Əlavə 1
Azərbaycan Respublikası
Dövlət Neft Şirkətinin __ iyul 2014-cü il tarixli,
_____________________ nömrəli əmri ilə
təsdiq edilmişdir


cid:image001.gif@01cb9c78.91c1b1f0


Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin standartlaşdırma sistemi.

ARDNŞ-nin işçilərinin sahə üzrə xarici ölkələrdə fəaliyyət göstərən aparıcı şirkətlərdə kvalifikasiyalarının artırılmasına dair standart

(SOCARSS – 001.2014)
01.1 Standartlaşmanın məqsədi – xarici ölkələrdə sahə üzrə fəaliyyət göstərən aparıcı şirkətlərdə ARDNŞ-nin xüsusi layihələrində iştirak edən işçilərinin iş kvalifikasiyalarının artırılması ilə əlaqədar münasibətlərin tənzimlənməsidir.


    1. Məsul qurum – müvafiq qurum ARDNŞ-nin prezidentinin əmri ilə müəyyən edilir.



    1. Struktur bölmə - ARDNŞ-nin Baş ofisinin və strukturuna daxil olan qurumların şöbə, idarə və departamentləri.



    1. Proqram – ixtisasına uyğun olaraq iş kvalifikasıyalarının artırılması məqsədilə xüsusi layihələrdə iştirak edən işçilərin (Proqram iştirakçılarının) uzun müddətə xaricdə fəaliyyət göstərən aparacı şirkətlərdə işə cəlb olunması üçün seçilməsi prosedurunu, bununla əlaqədar tərəflərin hüquq və öhdəliklərini özündə ehtiva edən təlimat.



    1. Xüsusi layihə - ARDNŞ-nin fəaliyyət sahəsi üzrə strateji əhəmiyyət daşıyan, iri miqyaslı olan, uzun müddətli və beynəlxalq xarakterli kompleks tədbir.



    1. Standartın tətbiqi - standart ARDNŞ-nin Baş ofisində və strukturuna daxil olan qurumlarda xüsusi layihələr üzrə işləyən Proqram iştirakçılarına tətbiq olunur.



    1. Proqram iştirakçılarına dair tələblər - Proqramda iştirak etmək üçün namizəd:



  1. Azərbaycan Respublikası vətəndaşı olmalıdır;

  2. ixtisası üzrə əmək müqaviləsi əsasında ARDNŞ-nin Baş ofisində və ya strukturuna daxil olan qurumlarda ən azı 3 (üç) il iş stajına malik olmalı və xüsusi layihələr üzrə işləməlidir;

  3. ixtisası üzrə magistr pilləsinə malik olmalı və Proqramın keçiriləcəyi xarici dili sərbəst bilməlidir;

  4. intizamlı, məsuliyyətli, çalışqan işçi olmalıdır.



    1. Proqrama cəlb edilməsi proseduru - Proqrama cəlb edilməsi proseduru aşağıdakı mərhələlərdən ibarətdir:



  1. İşçinin birbaşa tabe olduğu struktur bölmənin rəhbəri işçisinin Proqrama cəlb edilməsi barədə ARDNŞ-nin prezidentinə xidməti yazı ilə müraciət edir. Xidməti yazıda:




  • Proqramda iştirakın zəruriliyinin əsaslandırılması,

  • Proqram və onun təşkilatçısı,

  • Proqramın sonunda işçi tərəfindən əldə olunacaq kvalifikasiya artımını təsdiqləyən sənəd (sertifikat, lisenziya və s.),

  • Proqramın müddəti, ehtimal olunan dəyəri və bununla bağlı xərclərin tərkibi,

  • işçi və ARDNŞ-lə bağlanılacaq müqaviləyə dair əsas şərtlər (Proqramın maliyələşdirilməsinə, işçinin iş yerinin və və/ya əmək haqqının saxlanılmasına dair və s.) barədə məlumat göstərilməlidir.



  1. ARDNŞ-nin prezidenti işçinin Proqrama cəlb olunmasına dair müstəsna qərar qəbul edir və ya məsələyə baxılması üçün xidməti yazını Məsul Quruma yönəldir.



  1. İşçi bu standartın 01.7 bəndində göstərilən tələblərə cavab verdikdə Məsul Qurum müvafiq qərarın qəbul edilməsi üçün ARDNŞ-nin prezidentinə müraciət edir. İşçı bu standartın 01.7 bəndində göstərilən tələblərə cavab vermədikdə Məsul Qurum Proqrama qoşulması təşəbbüsü ilə çıxış edən struktur bölmənin rəhbərinə imtina cavabı göndərir.



  1. İşçinin Proqrama qəbul olunması barədə qərara əsasən İşçi və ARDNŞ arasında müqavilə imzalanır.


    1. Proqramda iştirakın maliyələşdirilməsi - işçinin Proqramda iştirakı tam olaraq ARDNŞ tərəfindən maliyyələşdirilir. Bu maliyyələşdirməyə işçinin xarici ölkədə alaçağı əmək haqqı, Proqramın keçiriləcəyi ölkəyə ildə bir dəfə gediş-gəlişi üçün təyyarə bileti (ekonom klas üzrə), viza dəstəyi və tibbi sığorta xərcləri daxildir. Proqram çərçivəsində işlədiyi şirkətdə alacağı əmək haqqı yaşayış təminatını tam qarşılayarsa ARDNŞ işçinin yalnız ildə bir dəfə gediş-gəlişi üçün təyyarə biletinin (ekonom klas üzrə) alınması və viza dəstəyi ilə əlaqədar xərcləri ödəyir. Bütün ödənişlər işçinin həmin ölkədəki bank hesabına və / və ya hesab faktura təqdim edilməklə Proqram çərçivəsində xarici ölkədə işə cəlb olunduğu şirkətin bank hesabına ödənilir.




    1. Proqramda iştirakın sənədləşdirilməsi




    1. Bu standartın 01.7 bəndinə uyğun olaraq müvafiq qərar qəbul edildikdən sonra ARDNŞ-nin Xaricdə Təhsil üzrə Təqaüd Proqramı (XTTP) haqqında müəyyən olunmuş aidiyyəti üzrə sənədlərdən başqa ARDNŞ, işçi və / və ya Proqram təşkilatçısı arasında:

  • Proqramda iştiraka dair;

  • tələb olunduqda mütəxəssisin ötürülməsinə dair və / və ya beynəlxalq təcrübədə ümumi qəbul olunmuş formada hər hansı digər müqavilənin imzalanması təmin edilir.


    1. Proqram müddətində əmək haqqının müəyyən edilməsi qaydaları



İş yeri və əmək haqqının saxlanılıb-saxlanılmamasından asılı olaraq Proqram iştirakçısının əmək haqqı aşağıdakı qaydada formalaşır:




  1. Yalnız iş yeri saxlandıqda işçinin Proqramda iştirakı ilə əlaqədar xərclər tam olaraq ARDNŞ tərəfindən qarşılanır. İşçinin əmək haqqı Proqramın keçiriləcəyi ölkədə sahə (ixtisas) üzrə minimum əmək haqqından az olmamaq şərti ilə razılaşmaya (müqaviləyə) əsasən müəyən edilir.




  1. İş yeri və əmək haqqı saxlanılmaqla Proqramda iştirak edən işçinin əmək haqqı Proqramın keçiriləcəyi ölkədə sahə (ixtisas) üzrə minimum əmək haqqı nəzərə alınmaqla işçinin ARDNŞ-də aldığı əmək haqqına əlavələr (zərurət yarandıqda) şəklində razılaşmaya (müqaviləyə) əsasən müəyən edilir.



    1. Proqram iştirakçısının iş yeri saxlandıqda işə götürülmə - Proqram iştirakçısının iş yeri üzrə əmək funksiyalarının yerinə yetirilməsi zərurəti yarandıqda işəgötürən Proqram iştirakçısını yerinə Proqram müddəti ərzində müvəqqəti olaraq başqa mütəxəssisi işə cəlb edə bilər.



    1. Proqram iştirakçısının öhdəlikləri




  1. Proqramda iştirakı başa çatdıqdan sonra ARDNŞ-də aşağıda qeyd olunmuş müddətlər üzrə işləmək:




  • ARDNŞ-nin XTTP iştirakçısı olan işçilər üçün:




  • Proqram müddəti 1 ilədək olduqda XTTP üzrə müəyyən olunmuş müddətdən əlavə 2 il, Proqram müddəti 2 ilədək olduqda XTTP üzrə müəyyən olunmuş müddətdən əlavə 3 il;




  • digər işçilər üçün:




  • Proqram müddəti 1 ilədək olduqda 3 il, Proqram müddəti 2 ilədək olduqda 5 il.



  1. Proqram çərçivəsində işə cəlb olnduğu şirkətdə iş həcmi nəzərə alınmaqla ARDNŞ-də tutduğu vəzifə və işlədiyi layihələr üzrə öhdəliklərini yerinə yetirmək (davam etdirmək);



  1. Proqram çərçivəsində ARDNŞ-lə bağlanılacaq müqavilə üzrə öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə çəkiləcək xərclərin müqabilində ARDNŞ-nin xeyrinə daşınmaz əmlakı yüklü və / və ya bank zəmanətini təqdim etmək.

İcraçı:


ARDNŞ:00100000 - ARDNŞ-nin Baş ofisi:20008153 - Aparat:20009700 - Hüquqi mübah. və müqav. iş şöbəsi, Rəis müavini, Vüqar Eyvazov, Tel(Daxili: 10-250)

Yüklə 28,68 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə