Azərbaycan Respublikasının ərazisində coğrafi koordinatları müəyyən edilmiş torpaq sürüşməsi təhlükəsi olan sahələrin xəritələrinin təsdiq edilməsi və bu sahələrdə tikinti işlərinin qadağan edilməsi haqqında



Yüklə 26,27 Kb.
Pdf görüntüsü
tarix21.10.2017
ölçüsü26,27 Kb.
#6352


Azərbaycan Respublikasının ərazisində coğrafi koordinatları müəyyən 

edilmiş torpaq sürüşməsi təhlükəsi olan sahələrin xəritələrinin təsdiq 

edilməsi və bu sahələrdə tikinti işlərinin qadağan edilməsi haqqında

 

 



 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

 

 



Azərbaycan  Respublikası  Konstitusiyasının  119-cu  maddəsinin 

səkkizinci  abzasını  rəhbər  tutaraq  Azərbaycan  Respublikasının  Nazirlər 

Kabineti qərara alır:

 

1.  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin 



2015-ci  il  5  mart 

tarixli 56 nömrəli

 qərarının 6-cı hissəsinin icrasını təmin etmək məqsədi ilə 

Azərbaycan  Respublikasının  Ekologiya  və  Təbii  Sərvətlər  Nazirliyi 

tərəfindən  aparılan  tədqiqatlar  nəticəsində  müəyyən  edilən  torpaq 

sürüşməsi  təhlükəsi  olan  sahələrin  coğrafi  koordinatları  əks  olunan 

xəritələr kağız və elektron variantda təsdiq edilsin (əlavə olunur).

 

2. Torpaq sahəsinin mənsubiyyətindən asılı olmayaraq, bu qərarın 1-ci 



hissəsi  ilə  təsdiq  edilmiş  xəritələrdə  göstərilən  torpaq  sürüşməsi  təhlükəsi 

olan  sahələrdə  sürüşməyə  qarşı  tədbirlər  istisna  olmaqla,  tikinti  işlərinin 

aparılması qadağan edilsin.

 

3. Bu qərarın icrasına nəzarət  Azərbaycan Respublikasının Fövqəladə 



Hallar  Nazirliyinə  və  Azərbaycan  Respublikasının  Ekologiya  və  Təbii 

Sərvətlər Nazirliyinə həvalə edilsin.

 

 

 

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

 

 

 



Bakı şəhəri, 18 yanvar 2016-cı il 

 

                    № 6



 

 

 




 


 

 

 




 

 

 




 

 



 

 



 

 



 

 



 

 

 




 

 



 

 



 

 



 

 



 

 



 

 

 




 

 



 

 



 

 

 




 

 



 

 



 

 



 

 



 

 



 

 

 




 

 



 

 



 

 



 

 



 

 



 

 

 




 

 



 

 



 

 



 

 

 



 

 



 

 



 

 



 

 



 

 

 




 

 



 

 



 

 

 



 

Yüklə 26,27 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə