Azərbaycan Respublikasının fəxri vətəndaşlığı haqqında azərbaycan respublikasi prezidentiNİn fərmani



Yüklə 337,52 Kb.
Pdf görüntüsü
tarix19.10.2018
ölçüsü337,52 Kb.
#74747

background image
Azərbaycan Respublikasının fəxri vətəndaşlığı haqqında

 

AZƏRBAYCAN  RESPUBLİKASI PREZİDENTİNİN  FƏRMANI



 

 

 

1. Azərbaycan Respublikasının fəxri vətəndaşlığı haqqında Əsasnamə təsdiq olunsun. 

2. Azərbaycan Respublikasının fəxri vətəndaşı vəsiqəsinin nümunəsi təsdiq edilsin. 

 

 

Azərbaycan Respublikasının  Prezidenti     HEYDƏR ƏLİYEV 



 

 

Bakı şəhəri, 8 apre l 2000-ci il  

                  № 315 

  

Azərbaycan Respublikası Prezidentinin  



2000-ci il 8 aprel tarixli, 315 nömrəli fərmanı ilə  

TƏSDİQ EDİLMİŞDİR 



Azərbaycan Respublikasının fəxri vətəndaşlığı haqqında 

 

 

ƏSASNAMƏ

 

1.  Azərbaycan  Respublikasının  fəxri  vətəndaşlığı  Azərbaycan  Respublikasının  vətəndaşı 

olmayan şəxslərə verilir. 

2.  Azərbaycan  Respublikasının  fəxri  vətəndaşlığı  Azərbaycan  Respublikasının  fəxri 

vətəndaşlığına qəbul edilən şəxsin razılığı əsasında verilir. 

3. Azərbaycan Respublikasının fəxri vətəndaşlığının verilməsi üçün Azərbaycan Respublikası 

Prezidentinin yanında yaradılan Vətəndaşlıq Məsələləri Komissiyasının tövsiyəsi bir qayda olaraq 

tələb edilmir. 

4.  Azərbaycan  Respublikasının  fəxri  vətəndaşlığı  dünya  birliyi,  Azərbaycan  dövləti  və  ya 

Azərbaycan xalqı qarşısında xüsusi xidmətləri olan şəxslərə verilir. 

5.  Azərbaycan  Respublikasının  fəxri  vətəndaşı  Azərbaycan Respublikası vətəndaşları ilə eyni 

hüquqlara malikdir. 

6.  Azərbaycan Respublikasının fəxri vətəndaşı Azərbaycan Respublikası Prezidentinin xüsusi 

himayəsi altındadır. 

7.  Azərbaycan  Respublikasının  icra  hakimiyyəti  orqanları, Azərbaycan Respublikasının fəxri 

vətəndaşı onlara müraciət edərsə, ona hər cür yardım və dəstək göstərməlidirlər. 

8. Azərbaycan Respublikasının xarici dövlətlərdə yerləşən diplomatik nümayəndəlikləri və 

konsulluq idarələri Azərbaycan Respublikasının fəxri vətəndaşına hər cür yardım və dəstək 

göstərməlidirlər.

 

 



 

background image
 

background image
 

Yüklə 337,52 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə