Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən



Yüklə 177,04 Kb.
Pdf görüntüsü
səhifə1/7
tarix21.06.2018
ölçüsü177,04 Kb.
#50569
  1   2   3   4   5   6   7


 

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən 

2015-ci il ərzində  görülmüş işlər haqqında 

A R A Y I Ş 

GƏNCLƏR SİYASƏTİ 

Hesabat dövründə gənclər siyasəti sahəsində bir sıra vacib istiqamətverici tədbirlər baş tutmuşdur. 26 

yanvar 2015-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti tərəfindən "2015-2025-ci illərdə Azərbaycan 

gənclərinin İnkişaf Strategiyası" imzalanmışdır. Dünyanın çox az sayda ölkəsində əhalinin ən dinamik qrupu 

üçün belə uzunmüddətli strateji sənəd mövcuddur. Strategiyanın qəbul edilməsi ilk növbədə ölkədə 

yaradılmış dayanıqlı inkişafı, gələcək hədəflərin aydın təsviri və dövlətin bu sahəyə olan münasibətini 

özündə əks etdirir. 

2015-ci ildə gənclər siyasətinin infrastrukturu  genişlənmişdir. 13 yanvar 2015-ci il tarixdə Azərbaycan 

Respublikası Prezidenti cənab İlham Əliyevin iştirakı ilə Sumqayıt şəhərində növbəti “Gənclər evi” istifadəyə 

verilmişdir. Hazırda ölkədə istifadəyə verilmiş  33  "Gənclər evi Mərkəzi" Azərbaycanda gənclərin geniş  

kütləsi ilə iş aparmaq üçün unikal imkan və şərait yaradır.  

Gənclərin yaradıcılıq və təşəbbüskarlığını stimullaşdırmaq və qiymətləndirmək məqsədi ilə 2 fevral 2015-ci il 

tarixdə elm, təhsil, mədəniyyət, ədəbiyyat və ictimai fəaliyyət sahələrində fərqlənmiş 6 nəfər gəncə 

"Gənclər üçün Prezident Mükafatı" təqdim edilmişdir.  

Gənclər arasında tariximizin, milli adət-ənənələrimizin, mədəni köklərin daha yaxşı öyrənilməsi və 

vətənpərvərlik ruhunun yüksəlməsi məqsədi ilə 13 mart 2015-ci il tarixdə  “Atəşgah Məbədi” Dövlət Tarixi-

Memarlıq Qoruğu ərazisində "açıq səma altında teatr" formatında 

“Mədəni irs: Novruz” Gənclər

  

Festivalı,



 

24-27 sentyabr 2015-ci il tarixdə İsmayıllı rayonunda isə etno-irs günləri keçirilmişdir.  

 

02 may 2015-ci il tarixdə Lənkəran rayonunda faşizm üzərində Qələbənin 70 illiyinə həsr olunmuş  



ali təhsil müəssisələri tələbələrinin  iştirakı ilə “Tarixin canlı səhifələri” adlı lII Gənclər Festivalı keçirilmişdir. 

“Tarixi rekonstruksiya” formatında təşkil edilmiş Festival azərbaycanlı döyüşçülərin Böyük Qələbəyə 

verdikləri töhfələri və onların şərəf dolu tarixi döyüş səhnələrini canlandırmışdır. Hadisələrin 

canlandırılmasında 250 nəfərə yaxın gənc iştirak etmişdir. 

Gənclərin elmə həvəsləndirilməsi, dəqiq elmlər sahəsində bilikli gənclərin üzə çıxarılması və dəstəklənməsi 

məqsədi ilə "İstedadların hazırlığı laboratoriyası" layihəsi çərçivəsində keçirilən 3 on-line olimpiadaya 1200 

nəfər məktəbli qatılmışdır. 26-27 noyabr 2015-ci il tarixlərində Bakıda keçirilmiş III Respublika Final 

Olimpiadasında onlardan 87 nəfər iştirak etmiş, 29 nəfər qalib müəyyən edilmişdir. Həmin şagirdlərin 

beynəlxalq elmi yarışlara hazırlığı aparılacaqdır. 

Sosial müdafiəyə ehtiyacı olan uşaq və yeniyetmələrə dövlət qayğısının daha da artırılması və onların asudə 

vaxtının səmərəli təşkil edilməsi məqsədilə  10 iyun – 23 avqust 2015-ci il tarixlərində Bakı şəhəri, Şüvəlan 

qəsəbəsində yerləşən Respublika Uşaq İstirahət və Sağlamlıq Mərkəzində dörd növbədə yay düşərgələri 

təşkil edilmişdir. Düşərgələrdə ümumilikdə 420 nəfər aztəminatlı ailələrdən olan, Azərbaycanın 

Ermənistanla təmas xəttində yerləşən rayonlarda yaşayan, sağlamlıq imkanları məhdud uşaq və 

yeniyetmələrin mənalı istirahəti təmin edilmişdir. 

Tələbələ və gənclərin diplomatiya və beynəlxalq əməkdaşlıq sahəsində təcrübi biliklər və bacarıqlarını 

artırmaq məqsədilə 10-15 avqust 2015-ci il tarixlərdə Daşkəsən rayonunda yerləşən Gənclərin İstirahət və 

Təlim Mərkəzində BMT Modeli üzrə Yay Məktəbi keçirilmişdir. Tədbirdə 9 ali məktəbdən 80-dən artıq gənc 

iştirak etmişdir.  



 

31 oktyabr 2015-ci il tarixdə Rusiya Federasiyasının Moskva şəhərinə Rusiyanın Azərbaycanlı Gənclər 



Təşkilatının (AMOR) “RAGT: gənclərin layiqli gələcəyi naminə” adı altında VI Forumu və sərgi keçirilmişdir. 

Forum çərçivəsində RAGT-nin III Hesabat-seçki konfransı, 5 bölmədə müzakirələri (İDEA: “Bir Dünya, Bir 



Gələcək”, “Ədalət səfiri ol”, “Azərbaycan və yeni dövrün çağırışları”, “Turizmin və diyarşünaslığın inkişafı 

gənclərin vətənpərvərlik və mənəvi-əxlaqi tərbiyəsinin vasitəsi kimi”, “Gənclər karyera inkişafı: sahibkarlıq və 

uğura aparan yol”) təşkil edilmişdir. 

Azərbaycanda böyük miqyaslı beynəlxalq tədbirlərin keçirilməsi gənclər arasında könüllülər hərəkatının 

inkişafına təkan vermişdir. I Avropa Oyunlarına 17 minədək gənc könüllü olaraq qatılmış, qısa müddətdə 

onların hazırlığı aparılmışdır. Könüllülər üzərinə düşən vəzifələri böyük məsuliyyət və ruh yüksəkliyi ilə icra 

etmişlər.  

Ümumilikdə  2015-ci il ərzində gənclərlə iş sahəsində 94 tədbir keçirilib, onlardan   79-u yerli,  15-i isə 

beynəlxalq səviyyəli olmuşdur.  199 nəfər xarici ölkələrə ezam olunmuş, 771 nəfər isə Azərbaycan 

Respublikasında qəbul edilmişdir.   



 

Vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi 

 

19 yanvar 2015-ci il tarixdə “20 Yanvar - hadisələrinin gənclərin vətənpərvərlik tərbiyəsində rolu” 

mövzusunda toplantı keçirilmişdir. 

30 yanvar 2015-ci il tarixdə “2 fevral – Azərbaycan Gəncləri Günü” münasibəti ilə Cəmşid Naxçıvanski adına 

Hərbi Liseydə xidmət edən kursantlarla görüş keçirilmişdir. Görüş zamanı təhsildə fərqlənmiş kursantlar 

nazirliyin "Fəxri Fərman"ları ilə təltif olunmuş, hərbi liseyə idman ləvazimatları və hədiyyələr təqdim 

edilmişdir. 

01 may 2015-ci il tarixdə "Virtual Qarabağ" İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzinin istehsal 

etdiyi "Qafqaz Albaniyası: Gecikmiş həqiqətlər" sənədli və "Laçın - virtual səyahət" 3D qrafik təsvirli filmlərin 

təqdimat mərasimi keçirilmişdir. 

09-10 may 2015-ci il tarixlərdə Bakı şəhərində “Şahin” hərbi-idman oyununun respublika final yarışı 

keçirilmişdir. 

14 may 2015-ci il tarixdə ümummilli lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin gənclər arasında 

təbliğ edilməsi məqsədi ilə Sumqayıt şəhərində “Ümummilli lider Heydər Əliyevin azərbaycançılıq 

məfkurəsinin gənclərin vətənpərvərlik tərbiyəsində rolu” mövzusunda konfrans keçirilmişdir.  

01 oktyabr 2015-ci il tarixdə Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında „Mən 

Azərbaycanlıyam“ adlı milli-intellektual televiziya layihəsinin 5-ci mövsümünün  qaliblərinin 

mükafatlandırılması mərasimi keçirilmişdir. 

16 oktyabr 2015-ci il tarixdə Abşeron rayonu ərazisində yerləşən "N" saylı hərbi hissədə xidmət edən əsgər 

və zabit heyəti ilə "18 oktyabr-Dövlət Müstəqilliyi Günü" münasibəti ilə görüş keçirilmişdir.  

23 dekabr 2015-ci il tarixdə “Ağdam” 3D qrafik sənədli filmin, “Qarabağ atı” adlı  animasiya filmin və 

Qarabağın dövlət əhəmiyyətli memarlıq abidələrinin elektron xəritəsinin təqdimat mərasimi keçirilmişdir. 

 

 



Yüklə 177,04 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə