Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi



Yüklə 489,3 Kb.
Pdf görüntüsü
səhifə1/20
tarix01.12.2017
ölçüsü489,3 Kb.
#13352
  1   2   3   4   5   6   7   8   9   ...   20


AZƏRBAYCAN RESPUBLİKASININ İNZİBATI PROSESSUAL MƏCƏLLƏSİ 

 

I fəsil 

 

ÜMUMİ MÜDDƏALAR 

 

Maddə 1. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin tətbiqi 



dairəsi 

 

1.1.  Bu  Məcəllə  inzibati  hüquq  münasibətləri  ilə  bağlı  mübahisələrin  (bundan 

sonra  -  inzibati  mübahisələr)  məhkəmə  aidiyyətini,  həmin  mübahisələrə  məhkəmədə 

baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir.  

1.2.  Bu  Məcəllə  ilə  başqa  qayda  müəyyən  edilmədiyi  və  bu  Məcəllə  ilə  nəzərdə 

tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər 

üzrə  məhkəmə  icraatında  (bundan  sonra  -  inzibati  məhkəmə  icraatı)  Azərbaycan 

Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.  

 

Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti  



 

2.1.  Qanunla  başqa  aidiyyət  qaydası  müəyyən  edilməmişdirsə,  inzibati 

mübahisələrə  dair  işlər  üzrə  məhkəmə  icraatı  inzibati-iqtisadi  məhkəmələr  və  inzibati-

iqtisadi kollegiyalar tərəfindən həyata keçirilir.

1

  

2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır:  



2.2.1.  şəxsin  hüquq  və  vəzifələri  ilə  bağlı  inzibati  orqan  tərəfindən  qəbul  edilmiş 

inzibati  aktın  mübahisələndirilməsinə  (ləğv  olunmasına  və  ya  dəyişdirilməsinə)  dair 

iddialara (mübahisələndirmə haqqında iddia);  

2.2.2.  inzibati  orqanın  üzərinə  inzibati  aktın  qəbul  edilməsi  ilə  bağlı  müvafiq 

öhdəliyin  qoyulmasına  dair  iddialara  və  ya  inzibati  orqanın  hərəkətsizliyindən 

müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia);  

2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan 

müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia);  

2.2.4.  inzibati  orqanın  inzibati  aktın  qəbul  edilməsi  ilə  əlaqədar  olmayan  və 

bilavasitə  şəxsin  hüquq  və  azadlıqlarını  pozan  qanunsuz  müdaxiləsindən  müdafiəyə 

dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia);  

2.2.5.  inzibati  hüquq  münasibətinin  mövcud  olmasına  və  ya  olmamasına,  habelə 

inzibati  aktın  etibarsız  sayılmasına  dair  iddialara  (müəyyən  etmə  və  ya  tanınma 

haqqında iddia);  

2.2.6.  Azərbaycan  Respublikasının  Konstitusiya  Məhkəməsinin  səlahiyyətlərinə 

aid  olan  məsələlər  istisna  olmaqla,  normativ  xarakterli  aktların  qanunauyğunluğunun 

yoxlanılmasına dair iddialara (qanunauyğunluq haqqında iddia);  

2.2.7.  inzibati  mübahisələrin  həlli  ilə  bağlı  əmlak  tələbinə,  habelə  inzibati 

orqanların  qanunsuz  qərarları  (inzibati  aktları)  və  ya  hərəkətləri  (hərəkətsizliyi) 

nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara;  




2.2.8. bələdiyyələrin inzibati nəzarət orqanlarının hərəkətlərinə qarşı və ya inzibati 

nəzarət orqanlarının bələdiyyələrə qarşı iddialarına; 

 

Maddə 3. İnzibati-iqtisadi məhkəmələr və məhkəmə kollegiyaları



2

  

 

3.1.  Bu  Məcəllənin  3.2-ci  maddəsində  müəyyən  edilmiş  hallar  istisna  olmaqla, 



inzibati  mübahisələrə  birinci  instansiya  məhkəməsi  qismində  inzibati-iqtisadi 

məhkəmələr tərəfindən baxılır.



3

  

3.2.  Bu  Məcəllənin  XV,  XVI,  XVII,  XVIII  fəsillərində  nəzərdə  tutulmuş 



mübahisələrə  dair  iddialara  birinci  instansiya  məhkəməsi  qismində  Azərbaycan 

Respublikası  apellyasiya  instansiyası  məhkəmələrinin  inzibati-iqtisadi  kollegiyaları 

tərəfindən  baxılır.  Apellyasiya  instansiyası  məhkəmələri  tərəfindən  inzibati  mübahisələrə 

birinci  instansiya  üzrə  baxılması  zamanı,  bu  Məcəllənin  XV,  XVI,  XVII  ,  XVIII  fəsillərində 

başqa  qayda  nəzərdə  tutulmadığı  hallarda,  birinci  instansiya  məhkəməsində  icraatla  bağlı  bu 

Məcəllədə müəyyən edilmiş müvafiq prosessual qaydalar tətbiq olunur.

 4

 

3.3.  İnzibati  mübahisələrə  apellyasiya  qaydasında  Azərbaycan  Respublikası 

apellyasiya instansiyası məhkəmələrinin inzibati-iqtisadi kollegiyaları tərəfindən baxılır.

5

  

3.4.  İnzibati  mübahisələrə  kassasiya  qaydasında  Ali  Məhkəmənin  inzibati-iqtisadi 



kollegiyası tərəfindən baxılır.  

3.5.  İnzibati-iqtisadi  məhkəmələrdə  inzibati  mübahisələrə  hakim  tərəfindən 

təkbaşına baxılır.  

3.6.  Azərbaycan  Respublikası  apellyasiya  instansiyası  məhkəmələrinin  inzibati-



iqtisadi  kollegiyalarında  (həm  birinci  instansiya  məhkəməsi  qismində,  həm  də 

apellyasiya instansiyası məhkəməsi qismində) inzibati mübahisələrə 3 hakimdən (daimi 

sədrlik edəndən və iki hakimdən) ibarət məhkəmə tərkibi tərəfindən baxılır.  

3.7.  Kassasiya  qaydasında  inzibati  mübahisələrə  dair  işlərə  3  hakimdən  (daimi 

sədrlik edəndən və iki hakimdən) ibarət məhkəmə tərkibi tərəfindən baxılır.  

3.8.  Bu  Məcəllə  ilə  başqa  qayda  müəyyən  edilməmişdirsə,  inzibati-iqtisadi 

məhkəmələrin  və  məhkəmə  kollegiyalarının  təşkili  və  onların  hüquqi  statusu 

“Məhkəmələr  və  hakimlər  haqqında”  Azərbaycan  Respublikasının  Qanunu  ilə 

tənzimlənir.  

 

Maddə 4. Məhkəmə qərarının qəbul edilməsi qaydası  



 

4.1. İnzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar 

qəbul edir. Qərar yazılı şəkildə tərtib edilir və hakim (işə kollegial qaydada baxıldıqda, 

məhkəmə tərkibinə daxil olan hakimlərdən hər biri) tərəfindən imzalanır.  

4.2.  İnzibati  mübahisəyə  dair  işə  3  hakimdən  ibarət  məhkəmə  tərkibi  tərəfindən 

baxıldığı  hallarda  məhkəmə  qərarı  səs  çoxluğu  ilə  qəbul  edilir.  Səsvermə  zamanı 

hakimlərdən  hər  hansı  birinin  bitərəf  qalmasına  yol  verilmir.  Sədrlik  edən  sonuncu 

olaraq səs verir.  

4.3. Azlıqda qalan hakim öz xüsusi rəyini yazılı şəkildə tərtib edə bilər, həmin rəy 

işə  əlavə  edilir.  Apellyasiya  instansiyası  məhkəmələrinin  və  Ali  Məhkəmənin  inzibati 




Yüklə 489,3 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə