Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi İnformasiya – resurs şöbəsi



Yüklə 123,85 Kb.
Pdf görüntüsü
tarix21.06.2018
ölçüsü123,85 Kb.
#50299


Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi 

 

İnformasiya – resurs şöbəsi 

 

 

 



 

 

 



 

 

    



 

MÜSTƏQİLLİYİMİZ  DÖNMƏZDİR, 

ƏBƏDİDİR 

 

Azərbaycan Respublikasının dövlət 



müstəqilliyinin bərpasının 25-ci 

ildönümü ilə əlaqədar tövsiyə-ədəbiyyat siyahısı  

 

 



 

 

 



Bakı-2016 


 

Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi 



beşinci ildönümü haqqında Azərbaycan Respublikası Prezidentinin 

Sərəncamı 

Azərbaycan  Respublikasının  1991-ci  il  oktyabrın  18-də  Azərbaycan  Xalq  Cümhu-

riyyətinin  varisi  olaraq  öz  dövlət  müstəqilliyini  bərpa  etdiyi  tarixi  gündən  25  il  keçir. 

Müsəlman  Şərqində  ilk  demokratik  respublika  olmuş  Cümhuriyyətin  bayrağını,  himni  və 

gerbini öz dövlət atributları kimi qəbul etməsi və 28 May gününün dövlət bayramı səviyyəsində 

qeyd edilməsi Azərbaycan Respublikasının 1918-ci ildə imzalanmış İstiqlal bəyannaməsinə və 

Azərbaycan  Xalq  Cümhuriyyətinin  dövlət  quruculuğu  sahəsindəki  xidmətlərinə  dərin  hörmət 

və ehtiramının təzahürüdür. 

Əsrlər  boyu  müstəqillik  arzusu  ilə  yaşamış  xalqımız  ayrı-ayrı  dövrlərdə  müxtəlif  impe-

riyaların və böyük dövlətlərin tərkibində olmasına baxmayaraq, hər bir xalqın milli varlığının 

mahiyyətini təşkil edən amilləri – dilini, milli-mənəvi dəyərlərini və mədəniyyətini göz bəbə-yi 

kimi qoruyub saxlamaqla yanaşı, dünya mədəniyyəti xəzinəsinə də misilsiz töhfələr ver-mişdir. 

Dövlət  müstəqilliyimizin  bərpası  bizə  azərbaycançılıq  məfkurəsi  ətrafında  sıx  birlə-şərək 

beynəlxalq  hüququn  subyektinə  çevrilmək  və  demokratik,  hüquqi,  dünyəvi  dövlət  qurmaq 

imkanı yaratmışdır. 

Ötən 25 il ərzində Azərbaycan xalqı dövlət quruculuğu prosesində ən ümdə amal, arzu və 

niyyətlərini  gerçəkləşdirərək  bütün  sahələrdə  əldə  etdiyi  nailiyyətlərlə  haqlı  olaraq  fəxr  edə 

bilər.  Uğurlu  daxili  və  xarici  siyasətimiz  sayəsində  dövlətçilik  ənənələrimiz  möhkəmlənmiş, 

iqtisadiyyatımız  inkişaf  etmiş,  mədəniyyətimiz  zənginləşmişdir.  Müstəqil  Azərbaycan  Res-

publikası  bu  gün  hər  bir  vətəndaşımız  və  xaricdə  yaşayan  soydaşımız  üçün  əsl  qürur  mən-

bəyidir. 

1991-ci ildən etibarən müstəqillik yollarında ilk addımlarını atarkən Azərbaycan keçirdiyi 

dərin siyasi,  iqtisadi  və  sosial  böhranla  yanaşı, Ermənistanın  hərbi təcavüzü, azərbaycanlılara 

qarşı yürütdüyü etnik təmizləmə siyasəti və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ problemi 

ilə üz-üzə qalmışdı. Yalnız ümummilli lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı 

və apardığı müdrik siyasət nəticəsində ölkənin məhv olma təhlükəsinə, separatçılıq meyillərinə 

və  başlanan  vətəndaş  müharibəsinə  son qoyuldu, dövlətlə  xalqın  birliyi təmin edildi. İctimai-

siyasi sabitliyin bərqərar olması, hərbi əməliyyatların dayan-dırılması və “Əsrin müqaviləsi”nin 

imzalanması bütün sahələrdə genişmiqyaslı islahatların başlanmasına zəmin yaratdı. 

1995-ci  ildə  qəbul  olunan  Azərbaycan  Konstitusiyası  milli  dövlət  quruculuğunun 

bünövrəsini təşkil etməklə müasir dövlətin bütün qurum və təsisatlarının formalaşdırılmasın-da, 

hakimiyyət  bölgüsü  prinsiplərinin  tam  təşəkkül  tapmasında,  parlamentarizm  ənənələrinin 

zənginləşdirilməsində mühüm rol oynamışdır. 2002-ci il 24 avqust, 2009-cu il 18 mart və 2016-

cı il 26 sentyabr tarixli referendumlar Konstitusiyanın müəyyən maddələrinə əlavələri ilə dövlət 

quruculuğu sisteminin təkmilləşməsinə töhfələr vermişdir. 

Bu  gün  müxtəlif  yönümlü  siyasi  partiyaların,  ictimai  təşkilatların  və  çoxsaylı  mətbu 

orqanlarının fəaliyyət göstərməsi, vicdan və söz azadlığının, vətəndaşların əsas hüquq və  

 



 

azadlıqlarının  təmin  edilməsi,  müstəqil  seçki  və  hüquq-məhkəmə  sistemlərinin  qurulması 



ölkədə  müstəqillik  illərində  təşəkkül  tapmış  demokratik  ab-havanın  başlıca  göstəricilərin-

dəndir.  Qazanılan  uğurlar  müstəqilliyimizin  möhkəmləndirilməsinə  xidmət  edərək  BMT-nin 

bəyan etdiyi davamlı inkişaf məqsədlərinə nail olmaqda müstəsna əhəmiyyətə malikdir. 

Dövlət neft strategiyasının həyata keçirilməsi ilə yanaşı bu illər ərzində ölkəmizdə müasir 

iqtisadiyyatın  əsaslarının  yaradılması,  torpaq  islahatlarının  həyata  keçirilməsi,  sahib-karlığın 

inkişaf etdirilməsi, maliyyə-bank sisteminin qurulması, ticarətin liberallaşdırılması və əhalinin 

sosial  müdafiəsinin  təmin  olunması  istiqamətlərində  mühüm  layihələr  gerçək-ləşdirilmişdir. 

Keçid dövrünü uğurla  başa  vuran ölkəmiz  iqtisadiyyatının  həcmini  bir  neçə dəfə  artıraraq  bu 

gün  davamlı  inkişaf  prinsiplərinə  sadiq,  güclü  infrastruktur  və  inkişaf  potensialına  malik 

iqtisadiyyat qurmuşdur. 

Dünyanın ən nüfuzlu beynəlxalq təşkilatlarının yüksək qiymətləndirdiyi iqtisadi duruma 

biz  hələ  də  öz  həllini  tapmayan  Ermənistan–Azərbaycan  Dağlıq  Qarabağ  münaqişəsinin  ağır 

fəsadları  şəraitində  nail  olmuşuq.  Azərbaycanın  xarici  siyasətinin  əsas  istiqamətlərindən  biri 

beynəlxalq hüquq norma və prinsiplərinə uyğun olaraq həmin münaqişənin sülh yolu ilə həllinə 

yönəlmişdir.  Bütün  dövlətlər  və  beynəlxalq  qurumlar  tərəfindən  qəbul  olunan  müvafiq 

qərarlara  baxmayaraq,  hələ  ki  Ermənistanın  qeyri-konstruktiv  mövqeyi  sülhə  nail  olmağa 

imkan vermir. 

Ölkəmizdə  ordu  quruculuğunun  əsasını  təşkil  edən  prinsip  və  normalar  Azərbaycanın 

həm  müdafiə  potensialını,  həm  də  dost  və  tərəfdaş  dövlətlərlə  əlaqələrini  gücləndirmişdir. 

Müdafiə  sənayesinin  inkişafı  Silahlı  Qüvvələrimizin  maddi-texniki  bazasının  möhkəm-

ləndirilməsinə  zəmin  yaratmış  və  ordunun  döyüş  qabiliyyətini  artırmışdır.  Ermənistanın 

təxribatçı  fəaliyyəti  səbəbindən  2016-cı  ilin  aprel  ayında  cəbhədə  cərəyan  edən  hadisələrin 

nəticələri Qafqazda ən güclü orduya malik olduğumuzu bir daha təsdiq etdi. 

Müstəqil  Azərbaycan  enerji  sektorunun  inkişafı  istiqamətində  mühüm  irəliləyişlərə  nail 

olmuşdur.  Bakı–Tbilisi–Ceyhan  neft  kəməri,  Bakı–Tbilisi–Ərzurum  qaz  kəməri  və  digər 

irimiqyaslı strateji layihələr ölkəmizin enerji ehtiyatlarını dünya bazarlarına çıxarmaqla Avro-

panın enerji təhlükəsizliyinin təminatında böyük əhəmiyyətə malikdir. Respublikamızda neft və 

qeyri-neft  sektorunun  yüksəlişi  ümumi  daxili  məhsulun  artmasına,  güclü  sahibkarlar 

zümrəsinin  və  orta  təbəqənin  yaranmasına  təkan  vermişdir.  Ölkə  üzrə  sənaye  zonalarının 

açılması, Bakı ilə yanaşı digər şəhərlərin də sənaye potensialının artırılması, texnoparkların və 

aqroparkların qurulması regionların  böyük sürətlə  inkişafını təmin etməyə  imkan  yaratmışdır. 

Ölkəmizin ərzaq təhlükəsizliyi təmin olunmuş, kənd təsərrüfatının və müvafiq infrastrukturun 

inkişafına  böyük  investisiyalar  qoyulmuş,  ərzaq  və  qeyri-ərzaq  məhsullarının  ixrac  qabiliy-

yətinin artırılması istiqamətində mühüm addımlar atılmışdır. 

Post-neft  dövrünə  qədəm  qoymuş  Azərbaycan  iqtisadiyyatın  bütün  sahələrində  ciddi 

islahatlar  aparır.  Ölkənin  yol-nəqliyyat  şəbəkəsi  əsaslı  şəkildə  yenidən  qurulur,  dəmiryol 

nəqliyyatı  müasirləşdirilir,  Şimal-Cənub  və  Şərq-Qərb  beynəlxalq  nəqliyyat  dəhlizləri  forma-

laşdırılır. Paytaxtla yanaşı bölgələrdə də beynəlxalq hava limanları istifadəyə verilmiş, müasir 

standartlara  uyğun  dəniz  ticarət  limanı  fəaliyyətə  başlamışdır.  Yeni  texnologiyalar  əsasında 

tikilən sənaye müəssisələri metallurgiya, maşınqayırma, inşaat materiallarının istehsalı və digər 

sahələrin sürətli inkişafı üçün maddi-texniki baza yaradır. 



 

Neft  kapitalının  insan  kapitalına  çevrilməsi  strategiyasına  uyğun  olaraq  humanitar 



sahələrin  inkişafı  istiqamətində  gərgin  iş  aparılmışdır.  Təhsil  sisteminin  daha  da 

təkmilləşdirilməsinə  dair  tədbirlər  həyata  keçirilmiş,  dünyanın  mötəbər  universitetlərində 

minlərlə  Azərbaycan  gəncinin  təhsil  alması  üzrə  Dövlət  Proqramı  gerçəkləşdirilmiş,  yeni 

universitetlər açılmış, təhsildə özəl  sektor formalaşmışdır.  Azərbaycan  mədəniyyəti  həm ölkə 

daxilində, həm də xaricdə irimiqyaslı layihələr çərçivəsində təmsil olunmaqdadır. Tikilən yeni 

məktəblər,  müalicə  ocaqları,  muzeylər,  olimpiya  mərkəzləri,  mədəniyyət  müəssisələri  və 

istirahət zonaları sosial həyatın yaxşılaşmasına xidmət edir. “ASAN xidmət” şəbəkəsi, ünvanlı 

sosial yardım, aztəminatlı ailələrin əlverişli şərtlərlə mənzillə təmin olunması və digər layihələr 

dövlətin sosial yönümlü siyasətinin göstəricisidir. 

Şəhərlərimizin və regionlarımızın infrastrukturunun yeniləşməsi geniş vüsət alır. Bu gün 

Bakı dünyanın  ən gözəl şəhərlərindən birinə çevrilərək tarixi və müasir memarlığın harmonik 

inkişafının parlaq  nümunəsi kimi  qiymətləndirilir. Yaradılan  müvafiq  infrastruktur, istifadəyə 

verilən yeni otellər və bölgələrdə həyata keçirilən möhtəşəm abadlıq-quruculuq işləri turizmin 

uğurlu inkişafı üçün geniş perspektivlər açır. 

Müstəqillik illərində gənclərlə bağlı siyasət uğurla gerçəkləşdirilir, onların ölkənin siyasi, 

iqtisadi  və  sosial-mədəni  həyatında  iştirakı  gündən-günə  genişlənir.  Ölkəmizin  idman 

sahəsindəki böyük nailiyyətləri gənc nəslin sağlam həyat tərzinə göstərdiyi diqqətin ifadəsidir. 

Gənclərimizin  müxtəlif  çempionatlarda  və  olimpiya  oyunlarında  qazandığı  medallar,  Rio-de-

Janeyroda nümayiş etdirdiyi yüksək göstəricilər və Azərbaycanda keçirilən İlk Avropa Oyun-

larındakı müvəffəqiyyətləri idman tariximizə həkk olunmuşdur. 

Nüfuzu  beynəlxalq  miqyasda  ilbəil  möhkəmlənən Azərbaycan dünya ölkələri  içərisində 

öz  layiqli  yerini  tutmuşdur.  Respublikamızda  keçirilən  mötəbər  beynəlxalq  sammit,  forum, 

sərgi, müsabiqə və yarışlar beynəlxalq aləmdə qazandığımız böyük etimadın təzahürüdür. 

Azərbaycan xalqı öz milli-mənəvi dəyərlərinə, yaradıcı potensialına, vətənpərvərliyinə və 

qurub-yaratmaq əzminə arxalanaraq, 25 il ərzində suveren dövlət çərçivəsində misilsiz inkişaf 

yolu keçmişdir. Müstəqil dövlət quruculuğu sahəsində Azərbaycan Respublikasının əldə etdiyi 

bu  nailiyyətlərin  təbliğini,  gənc  nəsildə  vətənpərvərlik  ruhunun  aşılanmasını  və  dünya 

azərbaycanlılarının öz tarixi vətənlərinə bağlılığının gücləndirilməsini təmin etmək məqsədi ilə, 

Azərbaycan  Respublikası  Konstitusiyasının  109-cu  maddəsinin  32-ci  bəndini  rəhbər 

tutaraqqərara alıram: 

1.  Azərbaycan  Respublikasının  dövlət  müstəqilliyinin  bərpasının  iyirmi  beşinci 

ildönümü ölkəmizdə dövlət səviyyəsində təntənəli surətdə qeyd olunsun. 

2.  “Azərbaycan  Respublikasının  dövlət  müstəqilliyinin  bərpasının  iyirmi  beşinci 

ildönümü ilə bağlı Tədbirlər Planı” təsdiq edilsin. 

3.  Azərbaycan  Respublikasının  Nazirlər  Kabineti  bu  Sərəncamın  ikinci  bəndində 

nəzərdə  tutulmuş  tədbirlərin  maliyyələşdirilməsini  təmin  etsin  və  Sərəncamdan  irəli 

gələn digər məsələləri həll etsin. 

  

 



İlham Əliyev 

Azərbaycan Respublikasının Prezidenti 

Bakı şəhəri, 11 oktyabr 2016-cı il 

 

 




 

  “Tarix dəfələrlə sübut etmişdir ki, xalqın 



əvəzsiz 

milli 

sərvəti 

olan 

müstəqilliyin 

qorunması, onun əldə edilməsindən qat-qat ağır 

və mürəkkəb vəzifədir”  

Heydər Əliyev 

 

Azadlıq,  müstəqillik  həm  ayrıca  bir  vətəndaş  üçün,  həm  də  bütöv  xalqlar, 



millətlər  üçün  ən  müqəddəs,  ən  şirin  nemətdir.  Biz  azadlığımızın,  müstəqilliyimizin 

yolunu  illərlə  gözləmişik,  mübarizə  aparmışıq,  bu  yolda  minlərlə  şəhid  vermişik. 

Azadlığı, müstəqilliyi əldə etmək nə qədər çətindirsə onu qoruyub saxlamaq bir o qədər 

mürəkkəb və ağır məsələdir. Qüdrətli və möhkəm dövlət olmadan azadlıq və müstəqillik 

də yoxdur. 

 

Tarix  dəfələrlə  sübut  edib  ki,  müstəqilliyi  qoruyub  saxlamaq  onu  qazanmaqdan 



qat-qat  çətindir.  Gərək  sınaqlara  hazır  olasan,  hər  bir  əziyyətə  və  çətinliyə  dözməyi 

bacarasan.  Tale  elə  gətirdi  ki,  Azərbaycan  bir  əsrdə  iki  dəfə  müstəqillik  əldə  etmək, 

özünün  suveren  dövlətini  yaratmaq  imkanı  qazandı.  Təəssüf  ki,  birinci  imkan  xarici 

müdaxilə,  daxili  çəkişmələr  və  beynəlxalq  təminatın  olmaması  səbəblərindən  itirildi. 

1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. İkinci tarixi 

imkan bir də 70 il sonra yarandı. Sovet imperiyasının dağılması Azərbaycan xalqına öz 

milli müstəqilliyini bərpa etmək imkanı verdi. 1991- ci il oktyabrın 18-də Azərbaycan 

Respublikası  Ali  Sovetinin  sessiyasında  “Azərbaycanın  dövlət  müstəqilliyi  haqqında 

Konstitusiya Aktı” qəbul olundu. Bu mühüm tarixi sənədlə xalqımız uzun illərdən bəri 

həsrətində olduğu azadlığına qovuşdu. Azərbaycan Respublikasında 1991-ci il dekabrın 

29-da ümumxalq səsverməsi keçirildi. Referendum bulleteninə bir söz yazılmışdı: “Siz 

Azərbaycanın  dövlət  müstəqilliyi  haqqında  Azərbaycan  Ali  Sovetinin  qəbul  etdiyi 

Konstitusiya  Aktı”na  tərəfdarsınızmı?”  Səsvermə  hüququ  onların  95%-indən  çoxu 

referendumda  iştirak  etdi.  Azərbaycan  yekdilliklə  respublikanın  dövlət  müstəqilliyinə 

tərəfdar çıxdı. Müstəqilliyini elan etmiş  Azərbaycan Respublikası çox mürəkkəb tarixi 

şəraitdə fəaliyyət göstərməyə başladı. Onun müstəqilliyini dünya dövlətləri,  ilk olaraq 

1991-  ci  il  noyabrın  9-da  Türkiyə  Cümhuriyyəti,  sonra  Rumıniya  (11  dekabr  1991), 

Pakistan (13 dekabr 1991), İsveçrə (23 dekabr 1991), İran (25 dekabr 1991), ABŞ (23 

yanvar 1992), Rusiya (10 aprel 1992)  və b. dövlətlər tanıdılar.  Azərbaycanın BMT-yə 

üzv  qəbul  olunması  ilə  (2  mart  1992)  onun  beynəlxalq  aləmdə  defakto  tanınmasına 

başlandı.  Lakin  müstəqilliyini  qazandıqdan  iki  il  sonra  xalqımız  yenidən  onu  itirmək 

təhlükəsi ilə üzləşdi. Bir tərəfdən Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində 

geniş miqyas almış Birinci Qarabağ müharibəsi, digər tərəfdən dövlət rəhbərliyində olan 

səriştəsiz  adamların  yeritdikləri  səhv  siyasət  və  daxildə  gedən  siyasi  çəkişmələr, 

separatçılar  hərəkatı  müstəqilliyin  beşiyindəcə  boğulması  təhlükəsini  reallaşdırırdı. 

Lakin böyük siyasi təcrübəyə malik olan Heydər Əliyevin ölkədə hakimiyyətə qayıdışı 

ilə bu təhlükə sovuşdu.  



 

 



İndi müstəqilliyimizin siyasi və iqtisadi sütunları getdikcə möhkəmlənir. Xalqın 

öz  dövlətçiliyi  sarıdan  heç  bir  narahatçılığı  yoxdur.  Müstəqilliyin  taleyini  müəy-

yənləşdirən  əsas  amillər  qorunub  saxlanır,  inkişaf  etdirilir.  Dövlətçiliyin  möhkəmlən-

dirilməsinə,  iqtisadiyyatın  inkişafına,  milli-mənəvi  dəyərlərin  qorunub  saxlanmasına 

eyni dərəcədə diqqət  verilir.  Azərbaycan bu  gün həm siyasi, həm də iqtisadi cəhətdən 

dünyanın  qüdrətli  dövlətlərindən  birinə  çevrilib.  İqtisadi  artım  tempinə  görə  ölkəmiz 

nəinki  regionda,  həm  də  dünyada  lider  mövqeyə  çatıb.  Regionda  heç  bir  irimiqyaslı 

layihə Azərbaycanın iştirakı və razılığı olmadan həyata keçirilmir. 

 

Bu il Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunmasının 25 ili tamam olur. 



Bu  münasibətlə  Azərbaycan  Respublikasının  Prezidenti  11  oktyabr  2016-cı  il  tarixli 

sərəncam imzalamışdır  və həmin  sərəncama əsasən respublikamızın bütün  guşələrində 

və dünyanın bir sıra ölkələrində müstəqillik günü  ilə əlaqədar silsilə tədbirlər keçirilir.  

 

C.Cabbarlı  adına  Respublika  Gənclər  Kitabxanasının  İnformasiya-resurs  şöbəsi 



də  gənclər  arasında  Azərbaycanın  dövlət  müstəqilliyinə  dair  materialları  təbliğ 

məqsədilə aşağıdakı tövsiyə - ədəbiyyat siyahısını tərtib edib. 



 

Azərbaycanın Dövlət Müstəqilliyi haqqında 

 Kitablar: 

1.  Aslanova,  Rəbiyyət  Nurullah  qızı. Müasir  dövlət  və  dövlətşünaslıq  elmi  : 

Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönü-

mü  işığında  /  R.  N.  Aslanova  ;  elmi  red.  R.  Ə.  Mehdiyev  ;  rəy.  Y.  M.  Mah-

mudov. - Bakı : Azərnəşr, 2011. - 440 s. 

 

2.  Azərbaycan dövləti bundan sonra da yaşayacaq və müstəqilliyimiz əbədi, daimi 



olacaqdır  =  Азербайджанское  государство  будет  жить  и  впредь,  наша 

независимость  станет.  постоянной,  вечной.  -  Bakı  :  Azərbaycan  nəşriyyatı, 

2001. - 107 s.  

 

3.  Azərbaycanın  Dövlət  müstəqilliyinin 10  illiyinə  həsr  olunmuş  "Suverenlik, 



demokratiya,  dövlət  idarəçiliyi"  mövzusunda  elmi  sessiyanın  materialları  :       

10 oktyabr 2001-ci il / red. S. M. Qəndilov. - Bakı : [n. y.], 2002. - 163 s. 

 

4.  Dadaşov,  Aydın  Ərşad  oğlu.  Müstəqillik  dövrünün  dramaturgiyası                    



/  A.  Ə.  Dadaşov  ;  elmi  red.  Z.  Əsgərli  ;  AMEA  Nizami  adına  Ədəbiyyat 

İnstitutu. - Bakı : Nağıl evi, 2005. - 216 s. 

 

5.  Daşdəmirov,  Əfrand  Firudin  oğlu.  Millət  və  cəmiyyət  tarixin  sərt 



dönəmlərində  /  Ə.  F.  Daşdəmirov  ;  elmi  red.  C.  B.  Quliyev  ;  AMEA 

Arxeologiya və Etnoqrafiya İnstitutu. - Bakı : Elm, 2008. - 344 s. 




 

6.  Əliyev,  Heydər  Əlirza  oğlu.  Müstəqilliyimiz  əbədidir  :  çıxışlar,  nitqlər, 



bəyanatlar,  müsahibələr,  məktublar,  məruzələr,  müraciətlər,  fərmanlar                      

/ H. Ə. Əliyev ; bur. məsul R. Ə. Mehdiyev. 



16-cı kitab : iyun 1998 - iyul 1998. - Bakı : Azərnəşr, 2005. - 552 s. 

 

7.  "Heydər  Əliyev.  Müstəqilliyimiz  əbədidir"  çoxcildliyin  elmi-biblioqrafik  gös-



təricisi  :  2  cilddə.  II  cild  /  AMEA  Mərkəzi  Elmi  Kitabxana  ;  tərt.-müəl.             

A. İ. Əliyeva-Kəngərli, layihənin rəh. A. A. Əlizadə, elmi red. İ. Ə. Həbibbəyli.- 

Bakı : Şərq-Qərb, 2013. - 752 s. 

 

8.  Heydər  Əliyev.  Müstəqilliyimiz  əbədidir  :  çoxcildliyin  XXIX  -  XXXXII 

cildlərinin  köməkçi  göstəricisi  /  Azərbaycan  Respublikası  Mədəniyyət  və 

Turizm  Nazirliyi,  Azərbaycan  Milli  Kitabxanası  ;  layihənin  rəh.  Ə.  Qarayev  ; 

red. G. C. Səfərəliyeva ; bur. məsul K. M. Tahirov. - Bakı : Zərdabi LTD MMC 

NPM, 2013. - 448 s. 

 

9.  Heydər  Əliyev  və  Müstəqil  Azərbaycan  Gəncliyi  /  tərt.:  Z.  N.  Adıgözəlov,        

İ.  Ə.  Mustafayev  ;  red.  M.  Q.  Qurbanlı.  -  Bakı  :  QAPP-POLİQRAF  Korpora-

siyası, 2003. – 368 s. 

 

10. Hüseynov,  Şirməmməd  Ağaməmməd  oğlu.  Müstəqilliyin  çətin  yolu...  : 

reallıqlar,  düşüncələr  /  Ş.  A.  Hüseynov  ;  red.  Ü.  Hüseynova.  -  II  nəşri,  əlavə-

lərlə. - Bakı : Elm, 2009. - 540 s.  

 

11. Hüseynov,  Şirməmməd  Ağaməmməd  oğlu



Müstəqilliyin

  çətin  yolu...  : 

reallıqlar,  düşüncələr  /  Ş.  A.  Hüseynov  ;  red.  Ü.  Hüseynova.  -  II  nəşri, 

əlavələrlə. - Bakı : Elm, 2009. - 540 s. 

 

12. Hüseynova,  Leyla  Əhliman  qızı.  Heydər  Əliyev  irsində  Azərbaycan  tarixi 



məsələləri : müstəqillik dövrü: monoqrafiya / L. Ə. Hüseynova ; elmi red.  

Y. Mahmudov ; red. V. Musayev ; AMEA A. Bakıxanov adına Tarix İnstitutu. - 

Bakı : Təhsil, 2011. - 216 s. 

 

13. Quliyeva, Nərgiz Məlik qızı. Müstəqillik illəri Azərbaycan ailəsi / N. M. Quli-



yeva  ;  elmi  red.  A.  Ə.  Məmmədov  ;  AMEA  Arxeologiya  və  Etnoqrafiya 

İnstitutu. - Bakı : Elm, 2006. - 93 s. 



 

14. 


Mamulia,  Giorgi.

 Odlar  yurdu  azadlıq  və  müstəqillik  uğrunda  mübarizədə  : 

Azərbaycan mühacirətinin siyasi tarixi: 1920-1945 / G. Mamulia, R. Abutalıbov ; 

rus dilindən tərc. A. Əliyev ; elmi red. A. Balayev.- Bakı : Teas Press, 2015.- 464 s. 

 

15. Mehdiyev,  Ramiz  Ənvər  oğlu.  Yeni  siyasət:  inkişafa  doğru  :  məcmuə           



/ R. Ə. Mehdiyev ; tərt. B. Y. Sadıqov. 

I cild. - Bakı : Azərbaycan qəzeti, 2008. - 581 s. - (Azərbaycanın özü qədər 

əbədi. IV kitab).  




 

 



16. Mərdanov,  Misir  Cumayıl  oğlu.    Azərbaycan  təhsil  tarixi  / M.  C.  Mərdanov. 

IV  cild  :  Müstəqillik  illərində  ali  təhsil  /  elmi  red.  F.  Qədirov  ;  red.:                  

G. Ə. Mehdiyeva, L. İmaməliyeva. - Bakı : Təhsil, 2012. - 912 s. 

 

17. Milli müstəqilliyimizin yetirməsi - 20 : 1992-2012 / Tələbə Qəbulu üzrə Dövlət 



Komissiyası. - Bakı : Şərq-Qərb, 2012. - 272 s. 

  

18. Müasir  Azərbaycan  :  dövrün  baxışında  /  bur.  məsul  B.  Y.  Sadıqov. I  cild.  - 

Bakı : OSKAR NPM, 2011. - 528 s.  

 

19. Müasir  Azərbaycan  ədəbiyyatı  :  2  cilddə:  dərslik  /  C.  Abdullayev  [et  al.]  ; 

Bakı Dövlət Universiteti 

II  cild  /  elmi  red.:  C.  Abdullayev,  T.  Hüseynoğlu,  V.  S.  Sultanlı.  -  Yenidən 

işlənmiş və təkmilləşdirilmiş nəşri. - Bakı : Bakı Universiteti Nəşriyyatı, 2007. - 

564 s. 

 

20. Müstəqillik illərində Azərbaycan Milli Elmlər Akademiyasının elmi nəşrləri : 



annotasiyalı  biblioqrafik  göstərici  /  AMEA  Mərkəzi  Elmi  Kitabxana  ;  tərt., 

müəl. A. İ. Əliyeva-Kəngərli, elmi red. A. Həşimov. - Baku : Elm, 2012. - 824 s. 

 

21. Müstəqilliyə gedən yol: Azərbaycan Xalq Cümhuriyyəti : 1918-2009: biblio- 



qrafik  göstərici  /  AMEA  Mərkəzi  Elmi  Kitabxana  ; tərt.,  müəl.  G.  T.  Əliyeva-

Kəngərli, elmi red. Y. M. Mahmudov. - Bakı : Elm, 2010. - 424 s. 

 

22. Müstəqilliyin  25  ili: azərbaycançılıq  ideyası  və  dil  siyasəti  /  Azərbaycan 



Respublikasının  Prezidenti  yanında  Qeyri-Hökumət  Təşkilatlarına  Dövlət 

Dəstəyi  Şurası,  "Türk  Dünyası  İnfo"  İB  ;  tərt.,  layihənin  rəh.  D.  O.  Osmanlı  ; 

red.:  Ş.  Əliyev,  Ə.  Qoşalı,  İ.  İlyaslı  ;  ön  sözün  müəl.  N.  Q.  Cəfərov.  -  Bakı  : 

Qaya nəşriyyat MMC, 2016. - 224 s. 

 

23. Namazov,  Qara  Mustafa  oğlu.  Azərbaycan  uşaq  ədəbiyyatı  :  dərslik                 



/ Q. M. Namazov ; elmi red. T. Ə. Əhmədov ; Bakı Dövlət Universiteti. - Bakı : 

Bakı Universiteti Nəşriyyatı, 2007. - 444 s. 

 

24. Piriyev,  İftixar  Fərhad  oğlu.  Müstəqillik  dövrü  teatrımızın  inkişafında  Elçin 



dramaturgiyasının mövqeyi : monoqrafiya / İ. F. Piriyev ; elmi red. M. Əlizadə. - 

Bakı : Apostroff, 2013. - 228 s. 

 

25. Şükürov,  Ağayar  Məhəmməd  oğlu.  Müstəqil  dövrün  fəlsəfəsi  və  filosofları     



/ A. M. Şükürov ; elmi red. Ə. M. Tağıyev. - Bakı : Səda, 2007. - 396 s.  

 



 

Dövri mətbuatda 

 

26. 


Məmmədyarov,  Elmar.  25  illik  müstəqillik  dövrünə

  baxış  və  xarici 

siyasətimizin çağdaş prioritetləri / E. Məmmədyarov // Respublika.  - 2016.- 20 

oktyabr. - № 231. - S. 11. 

 

27. Tahirov,  Kərim.  Azərbaycan 



mədəniyyəti  müstəqillik  yollarında

  /  K.  Tahirov  

// Xalq qəzeti. - 2016.- 19 oktyabr. - № 230. - S. 4. 

 

28. İsmayılqızı,  Xuraman



Müstəqillik 

hər  bir  xalqın  ən  böyük  neməti,  varlığının 

təsdiqidir / X. İsmayılqızı // İki sahil. - 2016.- 18 oktyabr. - № 190. - S. 5. - 18 

oktyabr Azərbaycanın dövlət müstəqiliyi günüdür. 

 

29. Prezident  İlham  Əliyev:  Biz  düzgün  yoldayıq.  Bu  yol  inkişaf  yoludur, 



müstəqillik  yoludur  :  Azərbaycanın  dövlət  müstəqilliyinin  bərpasının  25-ci 

ildönümünə həsr olunmuş rəsmi qəbul təşkil edilib // Yeni Azərbaycan. - 2016.- 

18 oktyabr. - № 190. - S. 2. 

 

30. Mirələmov,  Hüseynbala.  İstaqlalımızın  bayraqdarı  /  H.  Mirələmov  //  Azər-



baycan.- 2016.- 14 oktyabr.- № 226.- S.1,4. 

 

31. Nizami və Qaradağ rayon gəncləri Müstəqillik Gününü qeyd ediblər // İki sahil. 

-  2016.-  14  oktyabr.  -  №  188.  -  S.  6.  -  Azərbaycan  Respublikasının  dövlət 

müstəqilliyinin bərpasının 25-ci ildönümü. 



 

32. Cəbiyev,  Qafar.  Xaçmaz:  müstəqillik  illərinin  uğurları  /  Q.  Cəbiyev  //  Xalq 

qəzeti.- 2016.- 13 oktyabr.- № 225.- S. 6. 

 

33. Ələddinqızı  ,  Nəzakət.  Azərbaycanın  25  illik  müstəqillik  tarixi  /  N.  Ələddin-

qızı // Səs. - 2016.- 13 oktyabr. - № 187. - S. 4. 

 

34. Hacalıyev,  Elnur.  Müstəqillik  milli  sərvətimizdir  :  Azərbaycan  ötən  25  il 



ərzində  misilsiz  inkişaf  yolu  keçib  /  E.  Hacalıyev  //  Azərbaycan.-  2016.-  13 

oktyabr.- № 225.- S. 1. 

 

35. Qurbanqızı,  Zümrüd.  Müstəqillik  dövründə  Azərbaycanda  dil  siyasəti             



/ Z. Qurbanqızı // Respublika. - 2016.- 13 oktyabr. - № 225. - S. 5. - Azərbaycan 

Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü. 



 

36. Sadıqov, Bəxtiyar. Öz yolu ilə gedən Azərbaycan / B. Sadıqov // Azərbaycan. - 

2016.- 12 oktyabr. - № 224. - S. 3. 

 

37. Bəylərli,  Türkanə.  Naxçıvan  Muxtar  Respublikası  müstəqillik  yollarında           

/ T. Bəylərli // İki sahil. - 2016.- 11 oktyabr. - № 185. - S. 22. 

 



10 

 

38. Novruz  Məmmədov:  "Azərbaycan  ötən  25  ildə  uğurlu  və  şərəfli  yol  keçib"     



// Səs. - 2016.- 8 oktyabr. - № 184. - S. 5. 

 

39. Hacalıyev,  Elnur.  Azərbaycanın  taleyini  yalnız  xalq  müəyyənləşdirir  :  Bu, 



müstəqilliyin  ən  böyük  üstünlüyüdür  /  E.  Hacalıyev  //  Azərbaycan.  -  2016.-        

6 oktyabr. - № 219. - S. 1,5. 

 

40. Həbibbəyli,  İsa.  Müstəqil  dövlətçiliyin  geniş  imkanlarına  doğru  :  yeni 



Referendum Aktı dövlət müstəqilliyinin daha da möhkəmlənməsinə xidmət edir 

/ İ. Həbibbəyli // Azərbaycan. - 2016.-8 sentyabr. - № 197. - S. 6. - 26 sentyabr 

ümumxalq səsverməsi (referendum) günüdür. 

 

41. Müstəqil Azərbaycanda dövlət quruculuğu prosesi 1990-cı illərin əvvəllərində 

Naxçıvandan başlanıb // Azərbaycan. - 2016.- 3 sentyabr. - № 193. - S. 6. 

 

42. Ağammədov,  H.  Müstəqilliyimiz  dönməzdir,  daimidir,  əbədidir  /  H.  Ağam-

mədov // Palitra. - 2016.- 1 sentyabr. - № 155. - S. 7. 

 

43. Hacalıyev, ElnurMüstəqil dövlət olmaq müstəqil siyasət yürütmək deməkdir : 



bu mənada Azərbaycan dünya siyasi arenasında layiqli yerini tutub / E. Hacalı-

yev // Azərbaycan. - 2016.-29 avqust. - № 187. - S. 1,4. 

 

44. Abdullayev, Mübariz. Azərbaycan müstəqil dövlətdir və müstəqil xarici siyasət 



həyata keçirir / M. Abdullayev // Yeni Azərbaycan. - 2016.-19 avqust. - № 150. 

- S. 2. 


 

45. Cəfərli,  Rəşad.  5  olimpiada,  26  medal  :  Azərbaycan  müstəqil  dövlət  olaraq 

indiyədək  yay  olimpiya  oyunlarında  5  dəfə  iştirak  edib  /  R.  Cəfərli                     

//  Azərbaycan.  -  2016.-6  avqust.  -  №  169.  -  S.  5.  -  XXXI  Rio-de-Janeyro  Yay 

Olimpiya Oyunları. 

 

46. Cabbarov,  Elçin.  Müstəqil  Azərbaycan  Respublikasının  Beynəlxalq  terrorla 



mübarizəsi  /  E.  Cabbarov  //  Respublika.  -  2016.-  27  iyul.  -  №  160.  -  S.  6  ; 

Respublika. - 2016.- 28 iyul. - № 161. - S. 5 ; Respublika. - 2016.- 29 iyul. - № 

162. - S. 3 ; Respublika. - 2016.-2 avqust. - № 165. - S. 3 ; Respublika. - 2016.-3 

avqust. - № 166. - S. 6. - Azərbaycan Respublikasının 25 illiyi qarşısında. 

 

47. Hacalıyev,  Elnur.  Müstəqil  siyasət  aparan  ölkə  :  Azərbaycan  Prezidentinin 



çoxsaylı  xarici  səfərləri  beynəlxalq  əlaqələri  daha  da  möhkəmləndirib                 

/  E.  Hacalıyev  //  Azərbaycan.  -  2016.-2  avqust.  -  №  165.  -  S.  1-2.  -  Postneft 

mərhələsinə  qədəm  qoyan  Azərbaycanın  yeni  dövr  üçün  əsas  tələbi  qarşıda 

duran  məqsədlərin  yüksək  səviyyəli,  çoxşaxəli  olması,  zamanın  çağırışlarına 

cavab verməsi ilə bağlıdır. 

 



11 

 

48. Pənahov,  Füzuli.  Müstəqil  məhkəmə-hüquq  sisteminin  formalaşdırılması  ulu 



öndərin adı ilə bağlıdır / F. Pənahov // Respublika. - 2016.- 13 iyul. - № 148. -   

S. 5. 


 

49. Cəfərli,  Rəşad.  Azərbaycanın  maraqlarına  xidmət  edən  müstəqil  siyasət             

/ R. Cəfərli // Azərbaycan. - 2016.-2 iyul. - № 141. - S. 1,5. 

 

50. Bədəlov,  Əliqismət.  Azərbaycanın  müstəqillik  tarixində  yeni  siyasi  eranın 

başlanğıcı  :  Milli  Məclisin  1993-cü  il  24  iyun  tarixli  iclasında  prezident 

səlahiyyətlərinin Ali Sovetin sədri Heydər Əliyevə verilməsi barədə qərar xalqın 

iradəsinin təcəssümü idi / Ə. Bədəlov // Xalq qəzeti. - 2016.- 25 iyun. - № 136. - 

S. 3. 


 

51. Hacalıyev,  Elnur.  Azərbaycan  dünya  bazarında  rəqabət  imkanını  artırır  : 

Prezident İlham Əliyev : "İqtisadi inkişaf bizim müstəqilliyimizin, hərbi  

gücümüzün  və  müstəqil  xarici  siyasətimizin  təməlidir"  /  E.  Hacalıyev  //  Azər-

baycan. - 2016.-12 iyun. - № 126. - S. 1,3. 

 

52. Hacalıyev, Elnur. Heç vaxt Azərbaycan indiki qədər güclü olmayıb : Prezident 



İlham  Əliyev  :  "İqtisadi  inkişaf  bizim  müstəqilliyimizin,  hərbi  gücümüzün  və 

müstəqil  xarici  siyasətimizin  təməlidir"  /  E.  Hacalıyev  //  Azərbaycan.  -  2016.-   

1 iyun. - № 116. - S. 7. 

 

53. İsmayılqızı,  Xuraman.  Müstəqillik  tarixi  nailiyyət,  qürur  mənbəyidir                



/ X. İsmayılqızı // İki sahil. - 2016.-28 may. - № 96. - S. 11. 

 

54. Məhərrəmov, AbelMüstəqil Azərbaycanda elm və təhsilin inkişafı ulu öndər 



Heydər Əliyevin adı ilə bağlıdır / A. Məhərrəmov // Respublika. - 2016.- 8 may. 

- № 99. - S. 3. 

 

55. Vəliyev, MisirxanMüstəqil Azərbaycan ulu öndərin şah əsəridir / M. Vəliyev 



// İki sahil. - 2016.- 6 may. - № 81. - S. 11. 

 

56. Müstəqil Azərbaycan - 25: multikulturalizmin və tolerantlığın bariz nümunəsi : 



Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, "Azərbaycan" qəzeti və Quba Rayon 

İcra Hakimiyyətinin birgə təşkil etdiyi konfrans // Azərbaycan. - 2016.-28 aprel. 

- № 90. - S. 12-13. 

 

57. Abdullayev,  Mübariz.  Azərbaycan  bütün  istiqamətlərdə  uğurlu  inkişaf 

dinamikasını davam etdirir : Prezident İlham Əliyev: Bu gün Azərbaycan dünya 

miqyasında  seçilmiş  ölkələrdəndir,  ləyaqətli  ölkədir,  müstəqil  siyasət  aparan 

ölkədir / M. Abdullayev // Yeni Azərbaycan. - 2016.- 30 mart. - № 54. - S. 2. 

 

58. Sadıqov,  Bəxtiyar.  Azərbaycan  dövlətinin  təməl  prinsipləri  :  İlham  Əliyev  : 



"Bütün  dünyaya  nümayiş  etdiririk  ki,  Azərbaycan  müstəqil  ölkə  kimi  uğurla 


12 

 

yaşayır.  Müstəqilliyin  bütün  üstünlükləri  Azərbaycan  xalqı  üçün  artıq  bəllidir. 



Müstəqillik  bizim  ən  böyük  sərvətimizdir,  ən  böyük  dəyərimizdir.  Biz  var 

gücümüzlə  müstəqilliyimizi  qoruyuruq  və  qoruyacağıq.  Qısa  müddətdə  - 

müstəqillik  dövründə  Azərbaycan  çox  böyük  və  şərəfli  yol  keçib.  Əgər  biz 

müstəqilliyi 1991-ci  ildə  yox,  1971-ci  ildə,  yaxud  1950-ci  illərdə  qazansaydıq, 

bu  gün  Azərbaycan  dünyada  ən  inkişaf  etmiş  ölkəyə  çevrilərdi.  Ancaq  biz  bu 

yolla gedirik. Ölkəmizi gücləndiririk, inkişaf etdiririk. Hər bir sahə üzrə konkret 

proqramlar  var.  Siyasi,  iqtisadi  islahatlar  aparılır.  Regional  inkişaf  proqramları 

icra edilir" / B. Sadıqov // Azərbaycan. - 2016.-30 mart. - № 65. - S. 1,3. 



 

59. Hacalıyev,  Elnur.  Azərbaycan  dünyada  müstəqil  dövlət  kimi  uğurlu  siyasət 

aparır  :  Prezident  İlham  Əliyev  :  "Biz  Azərbaycanda  güclü,  özünə  güvənən, 

müstəqil  dövlət  qururuq"  /  E.  Hacalıyev  //  Azərbaycan.  -  2016.-  6  fevral.-         

№ 27. - S. 1 

 

60. 25  ilin  10  ili  :  Müstəqillik  tariximizin  son  dekadası  ölkəmizdə  mədəniyyət  və 



turizmin ahəngdar  inkişafı ilə  yadda qalıb  // Mədəniyyət. - 2016.-  29  yanvar. - 

№ 7/8. - S. 4. 

 

61. Azərbaycanın müstəqilliyi 2015-ci ildə daha da möhkəmləndi : Prezident İlham 



Əliyev  :  "Heç  bir  kənar  qüvvə  bizim  iradəmizə  təsir  edə  bilməz.  Azərbaycan 

müstəqil  siyasət  aparır.  Bu  siyasət  Azərbaycan  xalqının  maraqlarını  müdafiə 

edir" // Azərbaycan. - 2016.-7 yanvar. - № 2. - S. 1. 

Мамулия,  Георгий.  История  признания  :  к  вопросу  принятия  де-факто 

государственной  независимости  Азербайджана  на  парижской  мирной 

конференции / Г. Мамулия, Р. Абуталыбов // Каспiй. - 2016.-9 января. - № 4. 

- С. 14 ; Каспiй. - 2016.-16 января. - № 9. - С. 14 ; Каспiй. - 2016.-23 января. - 

№ 13. - С. 11. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




13 

 

 



İnternet saytlarında: 

www.xalqqazeti.com/az/news/ - UNEC-də konfrans: “Müstəqil  Azərbaycan 25 

ildə – iqtisadi baxış” 

http://arqument.az/az/ - Müstəqil Azərbaycan: 25 ildə nə qazandıq, nə itirdik? - 

Siyasilər danışır 

asoiu.edu.az/az/ - Müstəqil Azərbaycan: 25 illik misilsiz inkişaf yolu  

www.moderator.az/news/ - Müstəqil Azərbaycan - 25 il 

milliyol.az/news - Müstəqil Azərbaycan 25 yaşında  

 http://www.unikal.org/ -  Müstəqil Azərbaycan 25 yaşında 

http://ikisahil.az/ - “Müstəqil Azərbaycan 25 il” 

 fanat.az/xeber - Müstəqil Azərbaycan 25 yaşında 

http://scwra.gov.az/Müstəqil Azərbaycan - 25: multikulturalizmin və tolerantlığın 

bariz nümunəsi 

http://www.aztv.az/ - Əsrə bərabər 25 il: Azərbaycan müstəqillik yollarında 

inamla irəliləyir 

http://www.1news.az/az/siyaset/ - 

Əli Həsənov: Azərbaycan 25 ildə özünü tam 

təmin edən bir dövlət olaraq formalaşıb və öz inkişafını uğurla davam etdirir 

 

mct.gov.az/news-details?id=2831 - Azərbaycan Dövlət Müstəqilliyinin 25 illiyinə 



həsr olunmuş “Gəncliyin seçimi – müstəqillik” adlı sərgi keçirildi 

http://www.bmm.az/news.php?id=40676 - 

“25 İLLİK MÜSTƏQİL AZƏRBAYCAN” 

 

 



 

 

 

 



 


14 

 

 



Tərtibçi:      İnformasiya-resurs şöbəsinin böyük kitabxanaçısı  

             Məmmədova Tamella 

 

 

 

 

Ünvan: 

Az 1065, Yasamal rayonu, Bakı şəhəri N.Nərimanov küç., 203 

Е-mail: ryl.az@mail.ru       

 

 



URL: www.ryl.az 

 

 



Əlaqə telefonları: 

(+994 012) 538 02 47 

                    538 54 57  

                    538 93 54 



 

 

 



 

 

Document Outline

  • http://www.1news.az/az/siyaset/ - Əli Həsənov: Azərbaycan 25 ildə özünü tam təmin edən bir dövlət olaraq formalaşıb və öz inkişafını uğurla davam etdirir
  • Tərtibçi:      İnformasiya-resurs şöbəsinin böyük kitabxanaçısı
  • Məmmədova Tamella

Yüklə 123,85 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə