Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında[1]



Yüklə 48 Kb.
səhifə1/3
tarix31.08.2018
ölçüsü48 Kb.
#65823
  1   2   3

Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında[1]

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU



 

Bu Qanun Azərbaycan Respublikası Mərkəzi Bankının hüquqi statusunu, onun məqsəd, funksiya və səlahiyyətlərini, habelə idarəetmə və təşkilati strukturunu müəyyən edir, dövlətin mərkəzi bankı kimi dövlət hakimiyyəti orqanları ilə və digər şəxslərlə münasibətlərini tənzimləyir.

 

I fəsil


Ümumi müddəalar

 

Maddə 1. Azərbaycan Respublikasının Mərkəzi Bankı



 

1.1.     Azərbaycan Respublikasının Mərkəzi Bankı (bundan sonra Mərkəzi Bank)Azərbaycan Respublikasının mərkəzi bankıdır.

1.2.     Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin II hissəsinə müvafiq olaraq Mərkəzi Bank dövlətin müstəsna mülkiyyətindədir.

1.3.     Mərkəzi Bankın məqsədi, funksiya və səlahiyyətləri Azərbaycan Respublikasının Konstitusiyası ilə və bu Qanunla müəyyənləşdirilir. Mərkəzi Bank öz fəaliyyətində həmçinin Azərbaycan Respublikasının digər qanunvericilik aktlarını və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri rəhbər tutur.

1.4.     Mərkəzi Bankı mərkəzi aparatı Bakı şəhərində yerləşir.

 

Maddə 2. Mərkəzi Bankın hüquqi statusu



 

2.1.  Mərkəzi Bankı dövlət orqanıdır, onun Azərbaycan Respublikasının Dövlət gerbi təsvir edilmiş və adı yazılmış möhürü vardır.

2.2.  Mərkəzi Bankı müstəqil balansa, nizamnamə kapitalına və digər əmlaka malikdir. Mərkəzi Bank balansında olan əmlaka Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq sahiblik, istifadə və sərəncam hüquqlarmı həyata keçirir. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, Mərkəzi Bankın razılığı olmadan kapitalının və digər əmlakının özgəninkiləşdirilməsinə yol verilmir.[2]

 

Maddə 3. Mərkəzi Bankın ərazi idarələri



 

Mərkəzi Bank Azərbaycan Respublikasında ərazi idarələrini aça bilər.

 

Maddə 4. Mərkəzi Bankın məqsədləri



 

4.1.  Mərkəzi Bankın fəaliyyətinin əsas məqsədi bu Qanunla müəyyən edilmiş səlahiyyətləri daxilində qiymətlərin sabitliyinin təmin edilməsidir.[3]

4.2.  Mərkəzi Bankın fəaliyyətinin məqsədi həmçinin bank və ödəniş sistemlərinin sabitliyini və inkişafım təmin etməkdir.

4.3.  Mənfəət götürmək Mərkəzi Bankın əsas məqsədi deyildir.

 

Maddə 5. Mərkəzi Bankın funksiyaları



 

5.0. Öz məqsədlərinə nail olmaq üçün Mərkəzi Bank:

5.0.1. dövlətin pul və valyuta siyasətini müəyyən edir və həyata keçirir;

5.0.2. nağd pul dövriyyəsini təşkil edir, Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin II hissəsinə və bu Qanuna müvafiq olaraq pul nişanlarının tədavülə buraxılmasını və tədavüldən çıxarılmasını həyata keçirir;

5.0.3. manatın xarici valyutalara nisbətdə rəsmi məzənnəsini mütəmadi müəyyən edir və elan edir;

5.0.4. “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq valyuta tənzimini və nəzarətini həyata keçirir;[4]

5.0.5. sərəncamında olan beynəlxalq qızıl-valyuta ehtiyatlarım saxlayır və idarə edir;

5.0.6. qanunvericiliyə uyğun olaraq hesabat tədiyə balansım tərtib edir və ölkənin proqnoz tədiyə balansının hazırlanmasında iştirak edir;



5.0.6-1. ölkənin icmal (dövlət və qeyri-dövlət) xarici borc statistikasını və beynəlxalq investisiya balansını tərtib edir, məlumatların ümumiləşdirilməsini və yayılmasını təmin edir;

5.0.7. Banklar haqqında" və "Poçt haqqında" Azərbaycan Respublikası qanunlarına, bu Qanuna və onlara müvafiq qəbul etdiyi normativ xarakterli aktlara uyğun olaraq bank fəaliyyətini lisenziyalaşdırır və tənzimləyir, qanunla müəyyən edilmiş qaydada bank fəaliyyətinə nəzarəti həyata keçirir;[5]

5.0.8. ödəniş sistemlərinin fəaliyyətini təşkil edir, əlaqələndirir, tənzimləyir və onların üzərində nəzarəti qanuna uyğun olaraq həyata keçirir;

5.0.9. bu Qanunla və digər qanunlarla nəzərdə tutulmuş başqa funksiyaları həyata keçirir.

 

Maddə 6 . Mərkəzi Bankın müstəqilliyi



 

Azərbaycan Respublikasının Konstitusiyası və qanunları müəyyən edilmiş funksiya və səlahiyyətlərini həyata keçirərkən Mərkəzi Bank müstəqildir və u zaman hər hansı dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanları, fiziki və hüquqi şəxslər onun fəaliyyətinə hər hansı bir səbəbdən bilavasitə, yaxud dolayı yolla məhdudiyyət qoya bilməz, qanuna zidd təsir və müdaxilə edə bilməz.

 

Maddə 7 . Mərkəzi Bankın hesabatlığı



 

7.1.  Mərkəzi Bank öz fəaliyyəti barədə yalnız Azərbaycan Respublikası Prezidentinə hesabat verir.

7.2.       Mərkəzi Bankın Azərbaycan Respublikası Prezidenti qarşısında hesabatlığı aşağıdakılardan ibarətdir:

7.2.1. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 9-cu bəndinə müvafiq olaraq Mərkəzi Bankın İdarə Heyəti üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsindən;

7.2.2. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 9-cu və 32-ci bəndlərinə müvafiq olaraq Mərkəzi Bankın İdarə Heyəti sədrinin – Mərkəzi Bankın sədrinin (bundan sonra – Mərkəzi Bankın İdarə Heyəti sədri) və onun müavinlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsindən;[6]

7.2.3. bu Qanunun 58-ci maddəsinə müvafiq olaraq Mərkəzi Bankın fəaliyyətinin yoxlanılması üçün auditorun təyin edilməsindən və zəruri hallarda auditor yoxlamasının növbədənkənar qaydada keçirilməsindən;

7.2.4. Mərkəzi Bankın İdarə Heyətinin sədri tərəfindən ildə iki dəfə Mərkəzi Bankın əsas məqsəd və funksiyalarının həyata keçirilməsi barədə hesabatın, habelə audit rəyi ilə təsdiq edilmiş ilin yekunları üzrə maliyyə hesabatının və hesabat əməliyyat büdcəsi barədə hesabatın Azərbaycan Respublikası Prezidentinə təqdim edilməsi.

7.3. Büdcə layihəsinin müzakirəsi zamanı Mərkəzi Bankın İdarə Heyətinin sədri qarşıdakı il üçün pul siyasətinin əsas istiqamətləri barədə Azərbaycan Respublikası Milli Məclisinə məlumat verir.

 

Maddə 8. Mərkəzi Bankın normativ xarakterli aktları



 

8.1.       Mərkəzi Bank qanunla onun səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə bütün banklar, bank olmayan kredit təşkilatları, habelə digər şəxslər üçün məcburi normativ xarakterli aktları müstəqil qəbul edir.

8.2.       Mərkəzi Bankın normativ xarakterli aktları “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilir.[7]

//çıxarılıb////çıxarılıb////çıxarılıb//[8]

 

Maddə 9 . Beynəlxalq əməkdaşlıq



 

9.1. Mərkəzi Bank qanunvericiliyə, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə müvafiq olaraq onun səlahiyyətlərinə aid edilən məsələlər üzrə xarici dövlətlərin mərkəzi bankları ilə qarşılıqlı münasibətlərdə, habelə beynəlxalq maliyyə-kredit təşkilatlarında Azərbaycan Respublikasını təmsil edir.

9.2.  Mərkəzi Bank fəaliyyətinin müxtəlif sahələri üzrə xarici dövlətlərin mərkəzi bankları ilə əməkdaşlıq haqqında müqavilələr bağlaya bilər, həmçinin xaricdə yerləşən dövlət və özəl mərkəzi klirinq (prosessinq) idarələri ilə öz adından (Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin dördüncü abzasının tələbləri nəzərə alınmaqla) klirinq və hesablaşmalar haqqında sazişlər və başqa müqavilələr bağlaya bilər.[9]

9.3.  Mərkəzi Bank pul, valyuta və bank nəzarəti sahələrində əməkdaşlıq məqsədi daşıyan beynəlxalq və regional təşkilatların kapitallarında və fəaliyyətlərində qanunvericiliklə müəyyən edilmiş qaydada iştirak edir.[10]

 

II fəsil


Mərkəzi Bankın kapitalı

 

Maddə 10. Mərkəzi Bankın kapitalı



 

10.1. Mərkəzi Bankın kapitalı onun nizamnamə kapitalından və kapital ehtiyatlarından ibarətdir.

10.2.       Mərkəzi Bankın nizamnamə kapitalı 500 milyon manatdır.[11]

10.3.       Mərkəzi Bankın kapital ehtiyatları onun nizamnamə kapitalından az olmamaq şərti ilə hesabat ilinin mənfəətindən ayırmalar hesabına formalaşdırılır.[12]

 

Maddə 11. Mərkəzi Bankın mənfəəti



 

11.1. Mərkəzi Bankın mənfəəti Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq gəlirlərdən xərclərin çıxılması ilə hesablanır.

11.2. Mərkəzi Bankın gəlirləri bu Qanuna müvafiq olaraq həyata keçirdiyi fəaliyyətdən əldə etdiyi gəlirlərdən və qanunvericiliyə zidd olmayan digər mənbələrdən daxil olan vəsait hesabına formalaşır.

 

Maddə 12. Mərkəzi Bankın mənfəətinin bölüşdürülməsi



 

12.1. Hesabat ilinin mənfəəti ilk növbədə bu Qanunun 10.3-cü maddəsində nəzərdə tutulmuş normativə uyğun olaraq Mərkəzi Bankın kapital ehtiyatlarının formalaşdırılmasına yönəldilir.

12.2. Kapital ehtiyatları formalaşdırıldıqdan və Mərkəzi Bankın illik maliyyə hesabatı auditor rəyi ilə təsdiqləndikdən sonra reallaşdırılmış mənfəətin sərbəst qalığı dövlət büdcəsinə köçürülür.[13]

//çıxarılıb////çıxarılıb//[14]

 

Maddə 13. Xarici valyutada və qızılda olan aktivlərin və passivlərin yenidən qiymətləndirilməsi



 

13.1. Manatın məzənnəsinin və qızılın dəyərinin dəyişməsi ilə əlaqədar hesabat ili ərzində Mərkəzi Bankın balansında xarici valyutada və qızılda olan aktiv və passivlərin yenidən qiymətləndirilməsi nəticəsində yaranan fərq Mərkəzi Bankın kapital ehtiyatlarında əks olunur //çıxarılıb////çıxarılıb//.[15]

13.2. Xarici valyutada və qızılda olan aktiv və passivlərin yenidən qiymətləndirilməsi nəticəsində ilin sonuna yaranan zərərin ödənilməsi Mərkəzi Bankın kapital ehtiyatları hesabına təmin olunur.[16]

 

Maddə 14. Mərkəzi Bankın maliyyə etibarlılığı



 

14.1. Mərkəzi Bank müflis elan oluna bilməz.

14.2. Mərkəzi Bankın fəaliyyəti nəticəsində yaranmış kapital çatışmazlığı bir maliyyə ili təxirə salınmaqla dövlətin buraxdığı qiymətli kağızlar hesabına ödənilir.[17]

 

III fəsil



Mərkəzi Bankın dövlət hakimiyyəti orqanları ilə münasibətləri

 

Maddə 15. Mərkəzi Bankın dövlətlə münasibətlərinin əsasları



 

15.1. Bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, Mərkəzi Bank dövlətin öhdəlikləri üçün, dövlət isə Mərkəzi Bankın öhdəlikləri üçün cavabdeh deyildir.

15.2. Mərkəzi Bank Azərbaycan dövlətinin bankıdır. Mərkəzi Bank Azərbaycan dövlətinin maliyyə agenti kimi çıxış edə bilər.

15.3. Mərkəzi Bank bu Qanunla müəyyən olunmuş məqsədlərinə uyğun olaraq dövlətin iqtisadi siyasətinin həyata keçirilməsinə //çıxarılıb// yardım edir.[18]

 

Maddə 16. Mərkəzi Bankın dövlətə kreditləri



 

16.1.      Mərkəzi Bank Azərbaycan Respublikasının dövlət büdcəsi kəsirinin birbaşa maliyyələşdirilməsi üçün dövlətə kredit vermir.

16.2. Dövlət büdcəsində qısamüddətli vəsait çatışmazlığı yarandıqda, Mərkəzi Bank müvafiq icra hakimiyyəti orqanı ilə bağlanmış müqaviləyə əsasən gəlir gətirən dövlət borc qiymətli kağızları ilə təmin edilməsi şərti ilə dövlətə ən çoxu 6 ay müddətinə və cari ildə ödənilmək şərti ilə milli valyutada (manatla) kredit verə bilər. Belə kreditlərin verilmiş və ödənilməmiş hissəsinin ümumi məbləği son üç il ərzində dövlət büdcəsinin orta gəlirlərinin 3 faizindən çox ola bilməz.

16.3. Mərkəzi Bank tərəfindən Azərbaycan dövlətinin buraxdığı borc qiymətli kağızların alınması dövlətə kreditlərin verilməsi hesab olunur. Belə əqdlər bu Qanunun 49-1.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla yalnız təkrar bazarda bağlanır və onlara bu Qanunun 16.2-ci maddəsinin şərtləri şamil olunur.[19]

16.4.      Pul siyasətinin həyata keçirilməsi ilə əlaqədar tələb olunduğu halda bu Qanunun 16.2-ci maddəsinin şərtləri tətbiq edilmir, bu şərtlə ki, dövlət borc qiymətli kağızlarının alğı-satqısı təkrar bazarda həyata keçirilmiş olsun.

 

Maddə 17. Mərkəzi Bank dövlətin bankı kimi



 

17.1. Mərkəzi Bank müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış şərtlərlə dövlət xəzinədarlıq hesablarına xidmət göstərir.

17.2. Pul siyasətinin həyata keçirilməsi ilə əlaqədar tələb olunduqda Mərkəzi Bank müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış şərtlərlə dövlətdən müddətli depozitlər qəbuledir.[20]

17.3. Mərkəzi Bank Azərbaycan Respublikasının dövlət hakimiyyəti orqanlarının, habelə dövlət və büdcədənkənar dövlət fondlarının bank hesablarına xidmət göstərə bilər.

 

Maddə 18. Mərkəzi Bankın dövlət hakimiyyəti orqanları ilə qarşılıqlı münasibətləri



 

18.1. Mərkəzi Bank Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarına dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərinə, o cümlədən büdcə-vergi, qiymət-tarif tədbirlərinə, habelə dövlətin daxili və xarici borcunun həcminə və idarə edilməsinə dair təkliflər verə bilər.

18.2. Normativ hüquqi aktda Mərkəzi Bank, o cümlədən bank sistemi və bank fəaliyyəti ilə bağlı normativ göstərişlər və (və ya) tapşırıqlar olduqda, həmin layihə normayaratma orqanına təqdim edilməzdən əvvəl Mərkəzi Bankla razılaşdırılmalıdır.[21]

 

Maddə 19. Mərkəzi Bank dövlətin maliyyə agenti kimi



 

Mərkəzi Bank müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış şərtlərlə dövlətin maliyyə agenti funksiyalarını həyata keçirə bilər. Maliyyə agenti olaraq Mərkəzi Bank dövlətin borc qiymətli kağızlarını yerləşdirmək və onlarla digər əməliyyatlar aparmaqla dövlət borcuna xidmət göstərə, habelə qanunla müəyyən edilmiş hallarda və qaydada başqa maliyyə əməliyyatlarını apara bilər.

 

IV fəsil


Mərkəzi Bankın təşkilati strukturu və idarə olunması

 

Maddə 20Mərkəzi Bankın təşkilati strukturu



 

20.1.  Mərkəzi Bankın təşkilati strukturuna İdarə Heyəti, mərkəzi aparat, ərazi idarələri daxildir. Mərkəzi Bankın mərkəzi aparatı daxili audit bölməsindən, habelə İdarə Heyətinin müəyyən etdiyi digər struktur bölmələrdən ibarətdir.

20.2.  Mərkəzi Bankın mərkəzi aparatına daxil olan bütün struktur bölmələri və qurumları İdarə Heyəti tərəfindən təsdiq edilmiş əsasnamələrə uyğun olaraq fəaliyyət göstərir.

 

Maddə 21. Mərkəzi Bankın İdarə Heyəti



 

21.1. Mərkəzi Bank İdarə Heyəti tərəfindən idarə olunur. Mərkəzi Bankın İdarə Heyətinin tərkibi yeddi nəfərdən ibarətdir. İdarə Heyətinin tərkibinə sədr, Mərkəzi Bankda daimi əsaslarla işləyən dörd üzv və iki kənar üzv daxildir.

21.2. İqtisadiyyat və ya hüquq sahəsində ali təhsilə, iqtisadiyyat, hüquq, maliyyə və ya bank sahəsi üzrə peşəkar təcrübəyə malik olan, mülkiyyət əleyhinə, iqtisadi fəaliyyət sahəsində, qulluq mənafeyi əleyhinə, habelə ağır və xüsusilə ağır cinayətlərə görə məhkum olunmayan, habelə xarici dövlətlərin qarşısında heç bir öhdəliyi olmayan Azərbaycan Respublikasının vətəndaşları İdarə Heyətinin üzvləri ola bilərlər.

21.3. Azərbaycan Respublikası Milli Məclisinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin üzvləri, bələdiyyələrin seçkili üzvləri, habelə dövlət hakimiyyəti və ya bələdiyyə orqanında qulluqda olan şəxslər eyni zamanda Mərkəzi Bankın İdarə Heyətinin üzvləri ola bilməzlər.

21.4. Mərkəzi Bankın İdarə Heyətinin üzvləri Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 10-cu bəndinə, 95-ci maddəsinin I hissəsinin 15-ci bəndinə və II hissəsinə müvafiq olaraq vəzifəyə təyin və vəzifədən azad edilirlər.

21.5. İdarə Heyətinin üzvləri vəzifəyə 5 il müddətinə təyin edilirlər.

21.6. Mərkəzi Bankın İdarə Heyətinin sədri Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə müvafiq olaraq Mərkəzi Bankın İdarə Heyətinin üzvləri sırasından İdarə Heyəti üzvünün səlahiyyət müddətinə vəzifəyə təyin edilir.

21.7. Mərkəzi Bankın İdarə Heyəti sədrinin birinci müavini və digər müavinləri Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə müvafiq olaraq Mərkəzi Bankın İdarə Heyəti üzvləri sırasından İdarə Heyəti üzvünün səlahiyyət müddətinə vəzifəyə təyin edilirlər.

21.8. İdarə Heyətinin üzvləri Mərkəzi Bankda daimi əsaslarla işlədiyi dövrdə elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, digər ödənişli fəaliyyətlə, habelə sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilməzlər. Qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, İdarə Heyətinin Mərkəzi Bankda daimi əsaslarla işləyən üzvləri hüquqi şəxslərin idarəetmə orqanlarında vəzifə tuta bilməzlər.

21.9. Mərkəzi Bankın İdarə Heyətinin üzvləri, habelə onların yaxın qohumları (ər-arvad, valideynlər, ər-arvadın valideynləri, baba, nənə, övlad, övladlığa götürülən, qardaş və bacı)Mərkəzi Bankın nəzarət etdiyi kredit təşkilatlarında mühüm iştirak payına malik ola bilməzlər.

21.10. İdarə Heyətinin üzvləri siyasi partiyaların üzvü ola bilməz və ictimai birliklərdə vəzifə tuta bilməzlər.

//çıxarılıb////çıxarılıb////çıxarılıb////çıxarılıb//

21.12. //çıxarılıb////çıxarılıb////çıxarılıb//[22]

 

Maddə 22. Mərkəzi Bankın İdarə Heyətinin səlahiyyətləri



 

22.0. Mərkəzi Bankın İdarə Heyəti:

22.0.1. hər il üçün dövlətin pul və valyuta siyasətini müəyyənləşdirir və təsdiq edir;

22.0.2. pul siyasətinin alətlərinə dair qərarlar qəbul edir, o cümlədən uçot dərəcəsini, özünün əməliyyatları üzrə faiz dərəcələrini, acıq bazarda əməliyyatların şərtlərini müəyyən edir;

22.0.3. yeni nümunəli pul nişanlarının tədavülə buraxılması və köhnə nümunəli pul nişanlarının tədavüldən çıxarılması barədə qərar qəbul edir;

22.0.4. valyuta tənzimi və nəzarətinin həyata keçirilməsi, habelə manatın başqa valyutalara mübadilə məzənnəsinin müəyyən olunması qaydasını təsdiq edir;

22.0.5. Mərkəzi Bankın büdcəsini və ona dəyişiklikləri təsdiq edir;

22.0.6. Mərkəzi Bankın kapital ehtiyatlarının formalaşdırılması və istifadə olunması qaydasını müəyyən edir;

22.0.7. Mərkəzi Bankın illik maliyyə hesabatını təsdiq edir;

22.0.8. beynəlxalq qızıl-valyuta ehtiyatlarının saxlanılması və idarə olunması strategiyası və qaydalarını müəyyən edir;

22.0.9. kredit təşkilatlarına bank fəaliyyətinin həyata keçirilməsi üçün lisenziyaların verilməsi və ləğv edilməsi barədə qərar qəbul edir;

22.0.10. kredit təşkilatları üçün iqtisadi tənzimləmə (prudensial) normativləri müəyyən edir;

22.0.11. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş hallarda banklara müvəqqəti inzibatçının təyin edilməsi və səlahiyyətinə xitam verilməsi haqqında qərar qəbul edir; [23]

22.0.12. Azərbaycan Respublikasının bank sistemində xarici kapitalın iştirak limitini müəyyənləşdirir;

22.0.13. Mərkəzi Bankın təşkilati strukturunu və idarəetmə prosedurlarını müəyyən edir;

22.0.14. Mərkəzi Banka işə qəbul və əməkdaşların qiymətləndirilməsi qaydalarını, habelə Mərkəzi Bankın İdarə Heyətinin nomenklaturuna daxil olan vəzifələri müəyyənləşdirir, həmin vəzifələrə təyinatları və vəzifələrdən azad edilmələri təsdiq edir;

22.0.15. Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin rəhbərinin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri tərəfindən vəzifəyə təyin edilməsi və vəzifədən azad edilməsinə razılıq verir;

22.0.16. Mərkəzi Bankda əməyin ödənilməsi formaları və miqdarını Azərbaycan Respublikasının bank sistemində uyğun əməkhaqqı səviyyəsi nəzərə alınmaqla müəyyənləşdirir;[24]

22.0.17. Mərkəzi Bankın normativ xarakterli aktlarını təsdiq edir;

22.0.18. bu Qanunla Mərkəzi Bankın İdarə Heyətinin səlahiyyətlərinə aid edilmiş digər məsələləri həll edir.

 

Maddə 23. İdarə Heyətinin iclasları



 

23.1. Mərkəzi Bankın İdarə Heyətinin iclasları ayda bir dəfədən az olmayaraq keçirilir.

23.2. İdarə Heyətinin iclaslarına Mərkəzi Bankın İdarə Heyətinin sədri, o olmadıqda, bu Qanunda nəzərdə tutulmuş qaydada onun səlahiyyətlərini həyata keçirən İdarə Heyətinin üzvü sədrlik edir.

23.3. İdarə Heyətinin iclaslarmı Mərkəzi Bankın İdarə Heyətinin sədri çağırır. İclaslar İdarə Heyətinin azı digər iki üzvünün tələbi ilə də çağırıla bilər.

23.4. İdarə Heyətinin üzvlərinə iclasın keçirilməsi yeri və vaxtı, habelə gündəliyinə çıxarılan məsələlər barədə, bir qayda olaraq, iclasa azı 3 gün qalmış məlumat verilir.

23.5. İdarə Heyətinin iclası İdarə Heyəti üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətli sayılır və bunlardan biri sədr, yaxud onu əvəz edən şəxs olmalıdır.

23.6. İclasın gündəliyinə İdarə Heyətinin hər hansı üzvünün maraqlarına toxunan məsələ çıxarıldıqda həmin üzv bununla bağlı maraqlan haqqında ətraflı məlumat verməli və bu məsələnin müzakirəsində iştirak etməməlidir. Bu zaman həmin üzv məsələyə dair səsvermədə iştirak etmir və onun iştirakı yetərsay müəyyən edilərkən nəzərə alınmır.

23.7. İdarə Heyətinin qərarları iclasda iştirak edən İdarə Heyəti üzvlərinin adi səs çoxluğu ilə qəbul edilir. Səslər bərabər olduqda, iclasa sədrlik edən həlledici səsə malikdir, İdarə Heyətinin üzvü İdarə Heyətinin qəbul etdiyi qərarla razı olmazsa, bu barədə özünün əsaslandırılmış rəyini bildirə bilər.

23.8. İdarə Heyətinin iclaslarının protokolu tərtib edilir. Protokolu iclasa sədrlik edən və İdarə Heyətinin katibi imzalayır.

23.9. İdarə Heyətinin katibini Mərkəzi Bankın İdarə Heyətinin sədri İdarə Heyətinin üzvü olmayan əməkdaşlar sırasından təyin edir.

 

Maddə 24. Mərkəzi Bankın İdarə Heyətinin sədri



 

24.1.  Mərkəzi Bankın İdarə Heyətinin sədri Mərkəzi Bankın İdarə Heyətinin işini təşkil edir və eyni zamanda Mərkəzi Bankın icra strukturuna başçılıq edir.

24.2.  Mərkəzi Bankın İdarə Heyətinin sədri aşağıdakı səlahiyyətlərə malikdir:

24.2.1. etibarnamə təqdim etmədən Mərkəzi Bankı Azərbaycan Respublikası daxilində və qanunvericiliklə müəyyən edilmiş qaydada xaricdə təmsil edir;

24.2.2. İdarə Heyətinin təsdiq etdiyi normativ xarakterli aktları imzalayır;

24.2.3. Mərkəzi Bankın bütün əməkdaşları üçün məcburi olan əmr və sərəncamlar verir;

24.2.4. İdarə Heyətinin nomenklaturuna daxil olmayan şəxsləri vəzifəyə təyin edir və vəzifədən azad edir;

24.2.5. İdarə Heyəti sədrinin müavinləri və Mərkəzi Bankın digər rəhbər işçiləri arasında vəzifə bölgüsünü aparır;

24.2.6. Mərkəzi Bankın fəaliyyətinə dair İdarə Heyətinin səlahiyyətinə aid edilməyən məsələləri həll edir;

24.2.7. bu Qanunla nəzərdə tutulmuş digər səlahiyyətləri həyata keçirir.

24.3. Mərkəzi Bankın İdarə Heyətinin sədri olmadıqda onun səlahiyyətləri birinci müavin tərəfindən həyata keçirilir. Birinci müavin olmadıqda həmin səlahiyyətlər Mərkəzi Bankın İdarə Heyəti sədrinin müəyyən etdiyi qaydada digər müavini və ya İdarə Heyətinin üzvü tərəfindən həyata keçirilir.

 

Maddə 25. İdarə Heyəti üzvlərinin səlahiyyətinə vaxtından əvvəl xitam verilməsi



 

25.1. Mərkəzi Bankın İdarə Heyətinin sədri və digər üzvləri vaxtından əvvəl Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 10-cu bəndi ilə müəyyən edilmiş qaydada, o cümlədən aşağıda göstərilən hallar nəzərə alınmaqla öz vəzifəsindən azad olunur: [25]

25.1.1.Azərbaycan Respublikası Prezidentinə istefa haqqında ərizə təqdim etdikdə;

25.1.2.müvafiq tibbi arayışa əsasən xəstəliklə əlaqədar 6 aydan çox müddətində öz vəzifələrini icra edə bilmədikdə, bu şərtlə ki, Mərkəzi Bankın İdarə Heyəti Azərbaycan Respublikası Prezidenti qarşısında vəsatətlə çıxış edir;

25.1.3.məhkəmənin qüvvəyə minmiş qərarı ilə məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə;

25.1.4.məhkəmənin qüvvəyə minmiş hökmü ilə cinayət törətməkdə təqsirli bilindikdə;

25.1.5.İdarə Heyətinin üzvünə dair bu Qanunun 21-ci maddəsində nəzərdə tutulmuş tələb və məhdudiyyətlər pozulduqda.

25.2. Vaxtından əvvəl səlahiyyətlərinə xitam verilməsi ilə razı olmayan İdarə Heyətinin üzvü Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada məhkəməyə şikayət verə bilər.[26]

 

Maddə 26. İdarə Heyəti üzvlərinin istefaya getməsi



 

26.1.  Mərkəzi Bankın İdarə Heyəti sədrinin və İdarə Heyətinin digər üzvlərinin istefası haqqında qərar ərizə verildikdən sonra 2 ay ərzində qəbul edilir. Qərar bu dövrdə qəbul edilməzsə, istefa haqqında ərizə verən şəxs ərizənin verildiyi tarixdən 3 ay sonra istefaya getmiş hesab edilir.

26.2.  Mərkəzi Bankın İdarə Heyəti sədrinin və İdarə Heyətinin digər üzvlərinin istefası haqqında ərizənin rədd edilməsi barədə qərar qəbul edildikdə, ərizə verən şəxs belə qərarın qəbul olunduğu tarixdən 1 ay sonra istefaya getmiş hesab edilir, bu şərtlə ki, o, istefa haqqında ərizənin rədd edilməsi barədə qərar qəbul olunduqdan sonra 2 həftə ərzində istefa haqqında ərizəni təsdiq edən əlavə ərizə təqdim etmiş olsun.

 

Maddə 27. Daxili audit



 

27.1. Mərkəzi Bankın daxili audit bölməsi aşağıdakıları həyata keçirir: 27.1.1. Mərkəzi Bank üzrə risklərin idarə olunması sahəsində adekvat prosedurların və nəzarət mexanizmlərinin vəziyyətini qiymətləndirir, onların daim tətbiq olunmasına nəzarət edir;

27.1.2. qanunvericiliyə əməl olunmasını təmin etmək məqsədilə Mərkəzi Bankın struktur bölmələrinin auditini həyata keçirir;

27.1.3. audit zamanı aşkar etdiyi nöqsanların aradan qaldırılması, habelə uçot və hesabat, daimi nəzarət prosedurları və mexanizmləri barədə Mərkəzi Bankın İdarə Heyətinə və struktur bölmələrinə tövsiyələr verir;

27.1.4. Mərkəzi Bankın İdarə Heyətinin müəyyən etdiyi digər səlahiyyətləri həyata keçirir.

27.2. Daxili audit bölməsi bilavasitə Mərkəzi Bankın İdarə Heyətinin sədrinə tabedir.

 

V fəsil


Yüklə 48 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə