Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinin 2010-cu IL



Yüklə 197,39 Kb.
Pdf görüntüsü
tarix17.09.2018
ölçüsü197,39 Kb.
#69038


 

Azərbaycan Respublikasının Mərkəzi Bankı 

yanında Maliyyə Monitorinqi Xidmətinin 

2010-cu il 

.

  29 

.

 dekabr tarixli 

.

 F-050 

.

 

nömrəli Əmri ilə təsdiq edilmişdir 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



AZƏRBAYCAN RESPUBLİKASININ MƏRKƏZİ BANKI 

YANINDA MALİYYƏ MONİTORİNQİ XİDMƏTİNDƏ 

İŞƏ QƏBUL QAYDALARI 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

BAKI – 2010 

 

 



 

1.

 

Ümumi müddəalar 

 

1.1.

 

Bu Qaydalar Azərbaycan Respublikasının Əmək Məcəlləsi, Azərbaycan 

Respublikası Prezidentinin 2010-cu il 16 iyul tarixli 122 nömrəli Fərmanı ilə təsdiq 

edilmiş  «Azərbaycan  Respublikasının  Mərkəzi  Bankı  yanında  Maliyyə 

Monitorinqi Xidməti haqqında  Əsasnamə», digər müvafiq normativ hüquqi aktlar, 

insan  resurslarının  idarə  edilməsi  siyasəti  sahəsində  mövcud  olan  qabaqcıl 

beynəlxalq təcrübə əsasında hazırlanmışdır.  

1.2.

 

Bu  Qaydalar  Azərbaycan  Respublikasının  Mərkəzi  Bankı  yanında 

Maliyyə  Monitorinqi  Xidmətində  (bundan  sonra  –  Maliyyə  Monitorinqi  Xidməti) 

işə qəbul proseduralarını müəyyən edir. 



1.3.

 

On  altı  yaşına  çatmış,  irqindən,  milliyyətindən,  dinindən,  dilindən, 

cinsindən,  sosial  mənşəyindən,  əmlak  vəziyyətindən,  yaşayış  yerindən, 

əqidəsindən,  ictimai  və  digər  birliklərə  mənsubiyyətindən  asılı  olmayaraq,  təhsil 

səviyyəsinə,  peşəkarlığına,  səhhətinə,  işgüzar  və  mənəvi  keyfiyyətlərinə  görə 

Maliyyə  Monitorinqi  Xidmətinə  həvalə  edilmiş  vəzifələri  yerinə  yetirə  və 

Azərbaycan 

Respublikasının  dövlət  dilini  sərbəst  bilən  Azərbaycan 

Respublikasının  vətəndaşları  Maliyyə  Monitorinqi  Xidmətinin  əməkdaşı  ola 

bilərlər. 



1.4.

 

İkili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan şəxslər, din 

xadimləri,  məhkəmənin  qanuni  qüvvəyə  minmiş  qərarı  ilə  fəaliyyət  qabiliyyəti 

olmayan  və  ya  məhdud  fəaliyyət  qabiliyyətli  hesab  edilmiş,  məhkumluğu 

ödənilməmiş  və  ya  götürülməmiş  şəxslər,  əvvəllər  fəaliyyət  göstərdiyi  dövlət 

orqanlarında  yol  verdiyi  kobud  nöqsanlara  və  ya  əmək  fəaliyyəti  ilə  bir  araya 

sığmayan  hərəkətlərə  görə  bu  orqanlardan  xaric  edilmiş  şəxslər  Maliyyə 

Monitorinqi Xidmətində işə qəbul edilə bilməzlər. 



1.5.

 

Maliyyə Monitorinqi Xidmətində işə qəbul prosesi şəffaflıq, obyektivlik 

və müraciət edən bütün Azərbaycan Respublikası vətəndaşlarının (bundan sonra – 

namizədlər) hüquq bərabərliyi prinsiplərinə əsasən həyata keçirilir. 



1.6.

 

Maliyyə  Monitorinqi  Xidmətində  müvafiq  vakant  ştat  vahidləri 

olduqda,  işə  qəbul  ilə  əlaqədar  Maliyyə  Monitorinqi  Xidmətinin  rəsmi  internet 



 

səhifəsində 

və 

digər 


kütləvi  informasiya  vasitələrində  elan  verilir. 

Qanunvericilikdə  nəzərdə  tutulmuş  hallar  istisna  olmaqla,  yalnız  bir  cinsin 

nümayəndəsi  üçün  müsabiqənin  elan  edilməsinə  yol  verilmir.  Elanda  vakant 

vəzifənin adı, bu vəzifəni tutmaq istəyən namizədlər qarşısında qoyulan tələblər, o 

cümlədən  Maliyyə  Monitorinqi  Xidmətində  işləmək  üçün  lazım  olan  şərtlər 

göstərilir. 



1.7.

 

Maliyyə 


Monitorinqi 

Xidmətində 

işə  qəbul  müsabiqə  və 

müsabiqədənkənar üsulla aparılır. 

 

2.

 

Müsabiqə Komissiyası və onun təşkili 

 

2.1.

 

Müsabiqənin  keçirilməsi  üçün  Maliyyə  Monitorinqi  Xidmətində  7 

nəfərdən ibarət Müsabiqə Komissiyası (bundan sonra – Komissiya) yaradılır. Sədr, 

sədr müavini, məsul katib və digər üzvlərdən ibarət Komissiyanın tərkibi Maliyyə 

Monitorinqi Xidməti direktorunun əmri ilə təsdiq edilir.  

2.2.

 

Komissiya zərurət olduğu hallarda səlahiyyətlərinə aid olan məsələlərlə 

əlaqədar üzvlərinin ən azı üçdə iki hissəsinin iştirakı ilə iclas keçirir. İclasın vaxtı, 

yeri  və  müzakirəyə  çıxarılan  məsələlər  barədə  Komissiya  üzvlərinə  məsul  katib 

tərəfindən qabaqcadan məlumat verilir.  

2.3.

 

Komissiyanın  iclaslarında  baxılan  məsələlər  üzrə  qərarlar  sədrin 

sonuncu səs verməsi şərti ilə açıq səsvermə və səs çoxluğu ilə qəbul edilir, iclasda 

iştirak  edən  bütün  Komissiya  üzvləri  tərəfindən  imzalanır.  Komissiya  üzvünün 

xüsusi rəyi olduqda, rəy qərara əlavə edilir. 

 

3.



 

Müsabiqənin keçirilməsi 

 

3.1.

 

Hər  bir  namizədin  bilik  səviyyəsinin,  peşə  hazırlığının,  ümumi 

dünyagörüşünün,  Maliyyə  Monitorinqi  Xidmətində  vakant  vəzifələrə  yararlı  və 

layiqli olmasının müəyyən edilməsi məqsədi ilə aşkarlıq şəraitində şəffaf üsullarla 

müsabiqə keçirilir. Müsabiqə test imtahanından və müsahibədən ibarətdir. 



 

3.2.

 

Maliyyə  Monitorinqi  Xidmətində  işə  qəbul  edilmək  üçün  namizədlər 

müsabiqə  elan  edilən  gündən  etibarən  20  gün  müddətində  aşağıdakı  sənədləri 

təqdim edirlər: 



3.2.1.

 

təhsilini və əmək fəaliyyətini əks etdirən tərcümeyi hal (CV); 



3.2.2.

 

ali  təhsil  haqqında  sənədin  (diplomun)  surəti  (xarici  dövlətlərin 

ali  təhsil  sahəsində  ixtisasları  Azərbaycan  Respublikasında  tanınmaqla  və 

ekvivalentliyi müəyyən edilməklə); 



3.2.3.

 

şəxsiyyət vəsiqəsinin surəti; 



3.2.4.

 

əmək  kitabçasının  surəti  (ilk  dəfə  əmək  fəaliyyətinə  başlayanlar 

istisna olmaqla); 

3.2.5.

 

hərbi biletin surəti. 



3.3.

 

Müsabiqədə  iştirak  etmək  istəyən  namizədlər  yuxarıda  qeyd  olunmuş 

sənədlərin  surətini  Maliyyə  Monitorinqi  Xidmətinin  İnsan  resursları  üzrə 

mütəxəssisinə (bundan sonra – İnsan resursları üzrə mütəxəssis) təqdim edə və ya 

Maliyyə Monitorinqi Xidmətinin rəsmi elektron poçtuna göndərə bilərlər.  

3.4.

 

Namizədlərin  sənədləri  qəbul  edildikdən  sonra,  həmin  sənədlərin 

müsabiqə barədə elanda nəzərdə tutulmuş tələblərə uyğunluğu yoxlanılır.  

3.5.

 

Sənədlərini  təqdim  etmiş  və  ya  Maliyyə  Monitorinqi  Xidmətinin 

elektron poçtuna göndərmiş namizəd sənədlərini təqdim etdiyi gündən ən geci 1 ay 

müddətində İnsan resursları üzrə mütəxəssis tərəfindən test imtahanının keçirilmə 

yeri və vaxtı barədə və ya təhsilinin və ya iş təcrübəsinin müsabiqə elan olunarkən 

qoyulmuş tələblərə uyğun olmadığı barədə yazılı qaydada məlumatlandırılır.  



3.6.

 

Sənədlərin qəbulu üçün müəyyən edilmiş müddət başa çatdıqdan sonra 

daxil  olan  sənədlər  (göstərilən  müddət  üçün  poçtla  göndərilən  sənədlər  istisna 

olmaqla) qəbul edilmir. 



3.7.

 

Test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının 

təşkili,  keçirilməsi,  qiymətləndirilmənin  aparılması  qaydaları  və  keçid  balları 

vakant  vəzifənin  xüsusiyyətləri nəzərə  alınmaqla  hər bir  müsabiqə  üzrə  müsabiqə 

elan edilməzdən əvvəl Komissiya tərəfindən müəyyən edilir.  



 

3.8.

 

Test  imtahanının  müəyyən  edilmiş  qaydada  keçirilməsi  məqsədi  ilə 

Azərbaycan  Respublikasının  Tələbə  Qəbulu  üzrə  Dövlət  Komissiyası  və  digər 

qurumlar  cəlb  edilə  bilər.  Bu  halda  həmin  qurumlar  test  imtahanının  keçirilməsi 

üçün öz səlahiyyətləri daxilində zəruri tədbirlər görür.  

3.9.

 

Namizəd  test  imtahanının  nəticələri  haqqında  həmin  gün  məlumat  alır 

və  nəticələr  5  iş  günü  ərzində  Maliyyə  Monitorinqi  Xidmətinin  rəsmi  internet 

səhifəsində  yerləşdirilir.  Namizədin  tələbi  əsasında  ona  2  gün  müddətində  test 

imtahanında topladığı bal haqqında təsdiq edilmiş formada arayış verilir.  

3.10.

 

Test imtahanından müvəffəqiyyətlə çıxan namizədlər müsahibəyə 

buraxılırlar.  

3.11.

 

Komissiya  müsahibənin keçirildiyi yer və vaxt barədə 5 iş günü 

əvvəldən namizədlərə məlumat verir. Müsahibəyə buraxılan namizədlərin siyahısı 

Komissiyanın  sədrinə  hər  dəfə  müsahibə  keçirilən  gün  müsahibə  başlanmazdan 

əvvəl verilir.  

3.12.

 

Müsahibə 

başlanarkən 

Komissiyanın 

sədri 

tərəfindən 



namizədlərin siyahısı elan edilir və Komissiyanın üzvlərindən etirazları          olub-

olmaması  soruşulur.  Yaxın  qohumluq  və  ya  şəxsi  yaxınlıq  münasibəti  olduqda, 

Komissiyanın üzvü özünə etiraz verir. Namizəd əsaslar olduqda, Komissiyanın hər 

hansı  bir  üzvünə  etiraz  edə  bilər.  Belə  etiraz  müsahibə  başlanmazdan  əvvəl 

olmalıdır.  

3.13.

 

Hər  bir  namizədə  onun  ümumi  bilik  və  bacarıqlarını,  dünya 

görüşünü, fərdi xüsusiyyətlərini qiymətləndirmək üçün suallar verilir və namizədin 

vəzifəyə uyğunluğu müəyyənləşdirilir. Hər bir namizədlə müsahibə fərdi qaydada 

ən azı 20 dəqiqə aparılır və müsahibənin nəticələri balla qiymətləndirilir.  

3.14.

 

Hər  bir  namizədə  hər  bir  Komissiya  üzvü  tərəfindən  ən  çoxu  4 

sual  verilir.  Namizədin  verdiyi  cavablar  ümumi  olaraq  hər  bir  komissiya  üzvü 

tərəfindən  0–5  bal  arasında  qiymətləndirilir.  Sonda  Komissiya  üzvlərinin  verdiyi 

ballar toplanaraq iclasda iştirak etmiş Komissiya üzvlərinin sayına bölünür. İclasda 

iştirak edən Komissiya üzvlərinin sayından asılı olaraq toplana biləcək maksimum 

balın 2/3-ni toplayan namizəd müsahibədən müvəffəqiyyətlə keçmiş hesab edilir. 



 

3.15.

 

Müsabiqə  nəticəsində  yaxın  və  ya  eyni  nəticəni  göstərən 

namizədlərdən  müqayisə  yolu  ilə  aşağıdakı  göstəriciləri  üstün  olan  namizədlərə 

müsbət rəy verilir: 



3.15.1.

 

«Cinayət  yolu  ilə  əldə  edilmiş  pul  vəsaitlərinin  və  ya  digər 

əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə 

haqqında»  Azərbaycan  Respublikasının  Qanununu,  Azərbaycan  Respublikası 

Prezidentinin  müvafiq  fərman  və  sərəncamlarını  bilənlərə,  o  cümlədən,  təhsil 

səviyyəsi, peşə nailiyyətləri, xarici dilləri bilməsi, kompüterdə işləmək bacarığı və 

səviyyəsi; 

3.15.2.

 

özünü  təqdimetmə  bacarığı,  təmkinliliyi,  fikir  və  rəyini  ifadə 

etmək qabiliyyəti; 

3.15.3.

 

təşəbbüskarlığı, 

analitik  düşünmək  qabiliyyəti,  hadisələri 

obyektiv qiymətləndirmək, problemlərin həlli ilə bağlı qərar çıxarmaq bacarığı. 



3.16.

 

Müsahibənin  nəticələri  haqqında  məlumat  Maliyyə  Monitorinqi 

Xidmətinin  rəsmi  internet  səhifəsində  yerləşdirilir. Namizədin tələbi  əsasında ona 

2 iş günü müddətində müsahibənin nəticəsi üzrə topladığı bal haqqında Komissiya 

tərəfindən təsdiq edilmiş formada arayış verilir.  

3.17.

 

Test  imtahanından  və  müsahibədən  müvəffəqiyyətlə  çıxmış 

namizədlər müsabiqədən keçmiş hesab edilirlər.  

3.18.

 

Elan  olunmuş  müsabiqədə  iştirak  edərək  test  imtahanından  və 

müsabiqədən  müvəffəqiyyətlə  keçmiş  namizədlər  vakant  vəzifəyə  təyin  edilmək 

üçün Maliyyə Monitorinqi Xidmətinin direktoruna təqdim olunurlar. 



3.19.

 

Maliyyə Monitorinqi Xidmətinin direktoru ona təqdim edilən test 

imtahanının və müsahibənin nəticələri barədə Komissiya tərəfindən təqdim olunan 

hesabata əsasən müsabiqənin yekununa dair müvafiq qərar qəbul edir.  



3.20.

 

Vakant  vəzifəyə  təyin  olunmaq  üçün  Maliyyə  Monitorinqi 

Xidmətinin  direktoruna  təqdim  olunmuş,  lakin  vakant  vəzifəyə  təyin  edilməmiş 

şəxslər  iki  il  müddətində  Maliyyə  Monitorinqi  Xidmətində  ehtiyat  kadr  kimi 

saxlanılır  və  həmin  müddət  ərzində  onların  vakant  vəzifələrə    müsabiqədənkənar 

təyinatı aparıla bilər. 




 

3.21.

 

İnsan  resursları  üzrə  mütəxəssis  müsabiqənin  yekununa  dair 

müvafiq  qərar  qəbul  edildiyi  gündən  iki  il  müddətində  test  imtahanının  və 

müsahibənin  keçirilməsi  ilə  bağlı  sənədlərin,  o  cümlədən  namizədlərin  cavab 

kartlarının saxlanılmasını təmin edir. 

3.22.

 

Test  imtahanının  və  ya  müsahibənin  nəticələri  ilə  razı  olmayan 

namizəd  həmin  nəticələr  Komissiyanın  rəsmi  internet  səhifəsində  yerləşdirildiyi 

gündən  10  iş  günü  müddətində  Maliyyə  Monitorinqi  Xidməti  tərəfindən  təşkil 

edilmiş  Apellyasiya  Komissiyasına  şikayət  verə  bilər.  Apellyasiya  Komissiyası 

mövcud  şikayət  əsasında  Maliyyə  Monitorinqi  Xidməti  direktorunun  birdəfəlik 

əmri  ilə  yaradılır.  Apellyasiya  Komissiyası  şikayətçinin  cavab  kartını,  müvafiq 

arayışı və digər materialları ərizəçinin iştirakı ilə müqayisə edib araşdırır. Şikayətin 

baxılması nəticələrinə dair müvafiq qərar çıxarılır. 

3.23.

 

Müsabiqənin  keçirilməsi  ilə  əlaqədar  bütün  xərclər  Maliyyə 

Monitorinqi Xidmətinin büdcəsində bu məqsədlər üçün nəzərdə tutulmuş vəsaitlər 

hesabına maliyyələşdirilir. 

 

4.

 

Müsabiqədənkənar qaydada işə qəbul 

 

4.1.



 

Müsabiqədənkənar  qaydada  işə  qəbul  yalnız  bu  Qaydalara  1  nömrəli 

Əlavədə nəzərdə tutulmuş vəzifələr üzrə həyata keçirilir. 

4.2.

 

Maliyyə  Monitorinqi  Xidmətində  struktur  bölmə  rəhbəri  vəzifəsinə 

namizədlər  təcrübəli  şəxslər  sırasından  seçilməklə  Maliyyə  Monitorinqi 

Xidmətinin direktoru tərəfindən müsahibə yolu ilə işə qəbul oluna bilərlər. 



4.3.

 

Digər müsabiqədənkənar işə qəbul edilən namizədlər, bir qayda olaraq, 

Maliyyə  Monitorinqi  Xidmətinin  müvafiq  struktur  bölmə  rəhbəri  və  İnsan 

resursları üzrə mütəxəssis tərəfindən işə cəlb edilir. Namizədlər müvafiq sənədlərlə 

birlikdə  İnsan  resursları  üzrə  mütəxəssis  tərəfindən  qəbul  edilərək  iddia  etdikləri 

vəzifələrin  tələblərinə  uyğun  yoxlanıldıqdan  sonra  namizədin  işə  qəbulu  üzrə 

müvafiq  struktur  bölmə  rəhbərinin  rəyi  öyrənilir  və  Maliyyə  Monitorinqi 

Xidmətinin  direktoruna  təqdimatla  müraciət  edilir.  Maliyyə  Monitorinqi 

Xidmətinin direktorunun razılığı olduğu təqdirdə işə qəbul prosesi rəsmiləşdirilir. 



 

4.4.

 

Bu  Qaydalara 1  nömrəli  Əlavədə nəzərdə  tutulmuş  vəzifələrdən  başqa 

digər vəzifələrə namizədlərin müsabiqədənkənar qəbuluna yol verilmir.  

 

5.



 

Sənədləşmənin aparılması 

 

5.1.



 

Azərbaycan  Respublikasının  Əmək  Məcəlləsinə  uyğun  olaraq  namizəd 

barəsində müsbət qərar qəbul edildikdən sonra o, Maliyyə Monitorinqi Xidmətinə 

işə dəvət olunur. 



5.2.

 

İşə  qəbul  prosesini  rəsmiləşdirmək  üçün  namizəd  aşağıdakı  sənədləri 

təqdim etməlidir: 

5.2.1

 

sərbəst  formada  Maliyyə  Monitorinqi  Xidməti  direktorunun 

ünvanlanmış ərizə; 

5.2.2

 

kadrların uçotunun şəxsi vərəqəsi; 



5.2.3

 

tərcümeyi–hal; 



5.2.4

 

ali  təhsil  haqqında  sənədin  (diplomun)  surəti  (xarici  dövlətlərin 

ali  təhsil  sahəsində  ixtisasları  Azərbaycan  Respublikasında  tanınmaqla  və 

ekvivalentliyi müəyyən edilməklə; 



5.2.5

 

şəxsiyyət vəsiqəsinin surəti; 



5.2.6

 

əmək  kitabçası  (ilk  dəfə  əmək  fəaliyyətinə  başlayanlar  istisna 

olmaqla); 

5.2.7

 

Dövlət  Sosial  Sığorta  Şəhadətnaməsinin  surəti  (ilk  dəfə  əmək 

fəaliyyətinə başlayanlar istisna olmaqla); 

5.2.8

 

sağlamlıq barədə arayış (xüsusi hallarda); 



5.2.9

 

hərbi biletin surəti, ərazi üzrə Hərbi Komissarlıqdan həqiqi hərbi 

xidmət keçmə və qeydiyyat haqqında sənəd; 

5.2.10

 

4x6 sm ölçüdə 3 ədəd rəngli fotoşəkil. 



5.3.

 

Surətləri tələb olunan sənədlər əsli ilə birlikdə təqdim edilir. Daha sonra 

sənədlərin əsli namizədə geri qaytarılır. 

5.4.

 

Müsabiqədən 

müvəffəqiyyətlə 

keçmiş 


namizədlərin 

Maliyyə 


Monitorinqi  Xidmətində  işləmək  üçün  yararlı  olub-olmaması  yoxlanılır.  Maliyyə 

Monitorinqi  Xidmətində  işə  qəbul  edilmək  üçün  bu  Qaydalarla  müəyyən  edilmiş 




 

tələblərə cavab verməyən, habelə bilərəkdən yanlış məlumatlar vermiş namizədlər  

müsabiqədən kənarlaşdırılır. 

5.5.

 

Namizəd  müsabiqədən  kənarlaşdırıldıqda,  ona  Komissiya  tərəfindən  5 

iş günü müddətində müsabiqədən kənarlaşdırılmasının səbəbləri izah olunan rəsmi 

yazılı cavab verilir. 



5.6.

 

Müsabiqədən müvəffəqiyyətlə keçmiş və barəsində müsbət qərar qəbul 

edilmiş  namizəd  Maliyyə  Monitorinqi  Xidmətinin  direktorunun  qərarı  ilə 

müddətsiz  əmək  müqaviləsi  ilə  3  aylıq  sınaq  müddətinə,  yaxud  müddətli  əmək 

müqaviləsi  ilə  işə  qəbul  edilir.  Üç  iş  günü  ərzində  namizəd  ilə  əmək  müqaviləsi 

bağlanılır və beş iş günü ərzində ona əmək kitabçası açılır. 

 

6.

 

Oriyentasiyanın təşkili 

 

6.1.

 

Müsabiqə nəticəsində qalib elan edilmiş namizədlər üçün Təşkilati şöbə 

tərəfindən hazırlanmış oriyentasiya proqramı əsasında oriyentasiya həyata keçirilir. 

6.2.

 

Namizədin  işə  qəbul  prosesi  rəsmiləşdirildikdən  sonra  İnsan  resursları 

üzrə mütəxəssis tərəfindən yeni əməkdaşın oriyentasiyası həyata keçirilir. 

6.3.

 

Oriyentasiya yeni əməkdaşı Maliyyə Monitorinqi Xidmətinin fəaliyyəti, 

strukturu,  daxili  qaydaları,  əməkdaşın  mənsub  olduğu  şöbələrin  ümumi  fəaliyyət 

istiqamətləri  və  əməkdaşın  vəzifə  təlimatı  ilə  yaxından  tanış  etmək,  onun 

kollektivə daha tez uyğunlaşması prosesinə yardımçı olmaq məqsədi daşıyır. 

6.4.

 

Oriyentasiya proqramı bir həftə müddətində həyata keçirilir. 

 

7.

 

Yekun müddəalar 

 

7.1.

 

Bu Qaydalar imzalandığı gündən qüvvəyə minir. 

 

 



 

«Azərbaycan  Respublikasının  Mərkəzi  Bankı 

yanında  Maliyyə  Monitorinqi  Xidmətində  işə 

qəbul Qaydaları»na Əlavə №1 

 

 



 

Müsabiqədənkənar qaydada tutulan vəzifələrin siyahısı 

 

 

Struktur bölmə 

 

 

Vəzifə 

 

Bütün struktur bölmələr 



 

 

Struktur bölmə rəhbərləri 



 

İcra aparatı 

 

 

Katib-referent 



Kargüzar 

 

 



 

 

Təşkilati şöbə 



 

Ümumi təhlükəsizlik üzrə 

mütəxəssis 

Anbardar 

Sürücü 

Xadimə 


 

 

 



 

Yüklə 197,39 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə