Azərbaycan Respublikasının Mülki Məcəlləsi 54-cü fəsil. Qiymətli kağızlar



Yüklə 0,62 Mb.
Pdf görüntüsü
səhifə1/28
tarix26.03.2018
ölçüsü0,62 Mb.
#34771
  1   2   3   4   5   6   7   8   9   ...   28


Azərbaycan Respublikasının Mülki Məcəlləsi 

54-cü fəsil. 

  

Qiymətli kağızlar 

  

§ 1. Qiymətli kağızlar haqqında ümumi müddəalar 

  

Maddə 987. Qiymətli kağız anlayışı 

  

987.1. Qiymətli kağız onun mülkiyyətçisi və emitenti arasında müqavilə münasibətlərinin 



mövcudluğunu  və  mülkiyyətçinin  həmin  müqavilədən  irəli  gələn  hüquqlarını  təsdiqləyən 

sənəddir. Emitent qiymətli kağızı emissiya etmiş, buraxmış və ya vermiş şəxsdir. 

987.2.  Qiymətli  kağızların  növləri,  məcburi  rekvizitləri,  onlara  aid  tələblər,  qiymətli 

kağızlar və qiymətli kağız bazarı ilə bağlı münasibətlər bu Məcəllə və “Qiymətli kağızlar bazarı 

haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.

i[398]

 

987.3.  Qiymətli  kağızın  məcburi  rekvizitlərinin  olmaması  və  ya  qiymətli  kağızın 



onun  üçün  müəyyənləşdirilmiş  formaya  uyğun  gəlməməsi  onun  əhəmiyyətsizliyinə 

səbəb olur. 



  

Maddə 988. Qiymətli kağız üzrə öhdəliklər və onların icrası 

  

988.1. Qiymətli kağızda emitentə qarşı təsbit edilmiş hər hansı tələb həmin qiymətli kağızla 



təsdiqlənir.  Belə  tələbin  etibarlılığı  onu  əmələ  gətirən  əqdin  mövcudluğundan  və  ya 

etibarlılığından asılı deyildir. Qiymətli kağızla təsdiqlənmiş öhdəliyin icrasından onun əsasının 

olmamasına və ya onun etibarsızlığına istinadla imtina edilməsinə yol verilmir.

ii[399]

 

988.2.  Qiymətli  kağız  üzrə  borclu  icranı  yalnız  qiymətli  kağızın  ona  verilməsi  ilə 



eyni  vaxtda  həyata  keçirməlidir.  Emitent  qiymətli  kağızın  mülkiyyətçisinə  icranı  hansı 

həcmdə həyata keçirmişdirsə, öz öhdəliyindən də həmin həcmdə azad edilir.



iii[400]

 

988.3.  Qiymətli  kağızı  vermiş  emitent  və  onu  indossament  etmiş  bütün  şəxslər 



onun  mülkiyyətçisi  qarşısında  birgə  məsuliyyət  daşıyırlar.  Qiymətli  kağızın 


mülkiyyətçisinin  tələbi  qiymətli  kağız  üzrə  öhdəlik  götürmüş  bir  və  ya  bir  neçə  şəxs 

tərəfindən  yerinə  yetirildikdə,  o  (onlar),  qiymətli  kağız  üzrə  öhdəlik  götürmüş  qalan 

şəxslər qarşısında geriyə tələb (reqres) hüququ əldə edir.

iv[401]

 

988.4.  Qiymətli  kağızla  təsdiqlənmiş  öhdəliyin  icrasından  onun  əsasının 



olmamasına və ya onun etibarsızlığına istinadla imtina edilməsinə yol verilmir.

v[402]

 

988.5. Qiymətli kağızın mülkiyyətçisi qiymətli kağızda aldatma və ya saxtalaşdırma 



aşkar etdikdə kağızı ona vermiş borcluya qarşı qiymətli kağızla təsdiqlənmiş öhdəliyin 

lazımınca yerinə yetirilməsi və zərərin əvəzinin ödənilməsi tələbini irəli sürə bilər.



vi[403]

 

  



Maddə 989. Adlı qiymətli kağızlar

vii[404]

  

  

989.1.  Mülkiyyətçisinin  adı  üzərində  təsbit  edilən  və  ya  mülkiyyət  hüququ  mərkəzi 

depozitarda qeydiyyata alınmış qiymətli kağız adlı qiymətli kağızdır. 

989.2. Adlı qiymətli kağız üzrə borclu icranı yalnız özünün adına qiymətli kağız verilmiş 

və  ya  digər  qaydada  qiymətli  kağıza  mülkiyyət  hüququnu  əldə  etmiş  şəxs  kimi,  yaxud  həmin 

şəxsin hüquq varisi kimi təsdiq edən şəxs həyata keçirməlidir. Əgər borclu icranı bu cür təsdiq 

olmadan  həyata  keçirsə,  o,  qiymətli  kağıza  dair  öz  hüququnu  sübut  edəcək  üçüncü  şəxs 

qarşısında öhdəliyindən azad edilmir. 

  

Maddə 990. Adsız qiymətli kağızlar  

  

990.1.  Qiymətli  kağız  o  halda  adsız  sayılır  ki,  ona  əsasən  emitent  öhdəliyi  bu 

qiymətli kağızı təqdim edən istənilən şəxsə icra etməyi öz üzərinə götürür. 

990.2. Əgər məhkəmənin qərarı ilə və ya başqa qanuni göstəriş əsasında qadağan 

edilərsə, emitent adsız qiymətli kağız üzrə sonrakı ödənişləri icra etməməlidir.

viii[405]

  

  



Maddə 991. Sənədli qiymətli kağızlar

ix[406]

 

  



991.1.  Sənədli  qiymətli  kağız  saxtalaşdırma  imkanlarını  aradan  qaldırmaq  məqsədi  ilə 

xüsusi qaydada hazırlanmış kağız blanklarda (sertifikatda) çap edilmiş qiymətli kağız formasıdır. 


991.2. Sənədli qiymətli kağız blanklarına və onları hazırlayan şəxslərə aid tələblər müvafiq 

icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.  

  

Maddə 992. Qiymətli kağızların dövlət qeydiyyatı

x[407]

 

  



Qiymətli kağızlar (investisiya fond payı istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanı 

tərəfindən dövlət qeydiyyatına alınır. 

  

Maddə  992-1.  Qiymətli  kağızlar  bazarı  və  qiymətli  kağızlar  bazarının 

iştirakçıları

xi[408]


 

  

992-1.1.  Qiymətli  kağızlar  bazarı  qiymətli  kağızların  emissiyası,  buraxılması, 



tədavülü,  ödənilməsi,  sahibliyi,  saxlanılması,  onlarla  əqdlərin  bağlanması,  digər 

əməliyyatların  aparılması  üzrə  subyektlər  arasında  olan  hüquqi  və  iqtisadi 

münasibətlərin məcmusudur. 

992-1.2. Qiymətli kağızlar bazarının iştirakçıları qiymətli kağızların emissiyasında, 

tədavülündə,  ödənilməsində,  sahibliyində,  saxlanılmasında,  qiymətli  kağızlarla 

əməliyyatların  aparılmasında  subyekt  və  ya  tərəf  kimi  çıxış  edən  şəxslər,  habelə 

qiymətli  kağızlar  bazarının  tənzimlənməsini  həyata  keçirən  dövlət  və  qeyri-

kommersiya  təşkilatları  olan  qiymətli  kağızlar  bazarının  iştirakçılarının  özünü 

tənzimləyən təşkilatlarıdır. 

992-1.3.  Emitent  qiymətli  kağızların  emissiyasını  qanunvericiliklə  müəyyən 

edilmiş  qaydada  həyata  keçirən  şəxs,  müvafiq  icra  hakimiyyəti  orqanı  və  müvafiq 

qaydada buna səlahiyyətləndirilmiş dövlət orqanı və ya bələdiyyədir. 

992-1.4.  Qiymətli  kağızlar  bazarında  peşəkar  fəaliyyət  hüquqi  və  ya  fiziki  şəxslər 

tərəfindən  qiymətli  kağızlar  bazarında  xüsusi  razılıq  (lisenziya)  əsasında  həyata 

keçirilən sahibkarlıq fəaliyyətidir. 

992-1.5.  Qiymətli  kağızlar  bazarının  peşəkar  iştirakçıları  qiymətli  kağızlar 

bazarında  xüsusi  razılıq  (lisenziya)  əsasında  sahibkarlıq  fəaliyyətini  həyata  keçirən 

hüquqi şəxslərdir.



xii[409]

 

992-1.6.  Qiymətli  kağızların  nominal  saxlayıcısı  hüquq  sahibinin  tapşırığı  ilə  və 



onun  xeyrinə  qiymətli  kağız  sahiblərinin  reyestrində  qeydə  alınmış  və  bu  qiymətli 

kağızların hüquqi mülkiyyətçisi olmayan şəxsdir. 




Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə