Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə



Yüklə 0,71 Mb.
tarix29.08.2018
ölçüsü0,71 Mb.
#65254




Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə

“Maarifpərvərlik” Azərbaycan Gənclərinin İctimai Yardım Assosiasiyası (MAGİYA) ictimai birliyi tərəfindən reallaşdırılan Parlament seçkilərində gənc seçicilərin məlumatlılığının və iştirakçılığının artırılması layihəsi çərçivəsində
T Ə L İ M K U R S U
09-11 oktyabr 2015-ci il, Lənkəran




Elan Forması
Təşkilat haqqında:
MAGİYA ictimai birliyi 31 mart 2005-ci il tarixində Lənkəran şəhərində müəyyən olunmuş məqsədlərlə ümumi maraqlar əsasında birləşən yerli ziyalı gənclərin təşəbbüsü ilə yaradılmış qeyri-siyasi, könüllü, özünüidarəedən, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan qeyri-hökümət təşkilatıdır (www.epsaya.az).

İctimai birliyin məqsədi və fəaliyyət predmeti gənclər və gənclər vasitəsi ilə ictimaiyyət arasında sosial, iqtisadi, hüquqi, ekoloji və sair istiqamətlərdə maarifləndirmə və məlumatlandırma işinin aparılmasından ibarətdir.

Birliyin vəzifələri onun məqsədini reallaşdırmaq üçün yeniyetmə və gənclər, o cümlədən geniş ictimaiyyət arasında müvafiq maarifpərvər tədbirlər sistemini (müxtəlif təlimlər və seminarlar, debatlar və klublar, dəyirmi masalar və görüşlər, dərnəklər və kurslar, konfranslar və sərgilər, xeyriyyə marafonları və digər mədəni-kütləvi tədbirlər) həyata keçirməklə cəmiyyətdə elmi-kütləvi biliklərin artmasına köməklik etməkdir.
Layihənin təsviri:
Parlament seçkilərində gənc seçicilərin məlumatlılığının və iştirakçılığının artırılması” layihəsinin respublikanın cənub bölgəsində yerləşən Lənkəran şəhərində həyata keçirilməsi nəzərdə tutulur. Azərbaycanda ən aktual məsələlərdən biri də ölkədə seçicilərin, xüsusilə ilk dəfə səs verən gənclərin parlament və parlament seçkiləri haqqında geniş məlumatlara malik olmamasıdır. Bu baxımdan seçicilərin, xüsusən də, ilk dəfə səs verən gənclərin parlament və parlament seçkiləri barədə geniş maarifləndirilməsinə və məlumatlandırılmasına böyük ehtiyac vardır.

Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 7 iyul tarixli 1621 nömrəli Sərəncamı ilə “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı təsdiq edilmişdir. Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planının “6.5. Gənclərin idarəetmədə və vətəndaş cəmiyyətinin inkişafında iştirakının artırılması” bəndinin “6.5.7. İlk dəfə səs verən gənc seçicilər arasında maarifləndirmə işinin təşkili” yarımbəndində nəzərdə tutulan gənclərin seçkilərdə fəal iştirakının təmin edilməsi məqsədi ilə MAGİYA ictimai birliyi ölkədə cari layihənin həyata keçirilməsini məqsədəuyğun hesab edir.



Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən bu layihə çərçivəsində ölkə üzrə seçilən 18-29 yaş arası 25 nəfər gənc üçün Lənkəranda yerləşən AB Qala otelində 09-11 oktyabr 2015-ci il tarixlərində 3 günlük (Cümə, Şənbə və Bazar günləri) pulsuz təlim kursları təşkil ediləcəkdir.

Təlim kurslarında tam iştirak edən gənclərə Sertifikatlar veriləcəkdir!
Layihənin məqsədi:
Parlament seçkilərində gənc seçicilərin məlumatlılığının və iştirakçılığının artırılması” layihəsinin əsas məqsədi gənc seçicilər, xüsusilə də, ilk dəfə səs verən gənclər arasında aktiv və passiv seçki hüququ üzrə məlumatlılığı artırmaq, parlament seçkilərində onların fəal seçici kimi iştirakçılığını gücləndirmək, ümumilikdə aidiyyəti qurumlarla birlikdə gənc vətəndaşların seçki maarifləndirilməsini yüksəltməkdən ibarətdir.
Layihənin vəzifələri:


  • Respublika üzrə müvafiq ərizələr əsasında ölkə üzrə seçilən 25 nəfər gənc seçici, xüsusilə də, ilk dəfə səs verən gənclər üçün Lənkəran rayonunda 3 günlük təlim kursunun keçirilməsi və təlimdə iştirak edən gənclərə müvafiq sertifikatların verilməsi;

  • 25 nəfər iştirakçının Lənkəran şəhər Gənclər və İdman İdarəsinə və 73 saylı Lənkəran şəhər Seçki Dairəsinə təcrübə mübadiləsinin təmin edilməsi;

  • Təlimatlandırılmış gənclərin parlament və parlament seçkiləri mövzusunda zəruri texniki vasitələrlə (aidiyyəti təqdimatlar və bukletlər) təmin edilməsi və onların vasitəsi ilə ictimaiyyətin geniş şəkildə maarifləndirilməsi və məlumatlandırılması kampaniyalarının həyata keçirilməsinə davamlı dəstəyin verilməsi;

  • İştirakçıların asudə vaxtlarını səmərəli keçirməsindən ötrü onların Lənkəran şəhərində yerləşən Heydər Əliyev Mərkəzi, Lənkəran Gənclər Mərkəzi, Tarix-diyarşünaslıq muzeyi və Həzi Aslanovun ev muzeyinə ekskursiyaların təşkil edilməsi;

  • Həyata keçirilən layihənin nəticə və uğurları barədə noyabr ayında Lənkəranda ictimai birliyin ofisində mətbuat konfransının təşkil olunması.


Təlim kursunun metodikası:
Təlim kursunun əsas prinsiplərdən biri də iştirakçıların mövcud bilik və təcrübəsinə istinad etməklə qarşılıqlı öyrənmə və informasiya mübadiləsinə əsaslanma olacaqdır. Bununla yanaşı qeyri-formal və interaktiv təlim üsulları, fəal iştirak, təqdimatlar, qrup işləri, fokus qrup müzakirələri, simulyasiyalar, enercayzerlər, rol oyunları, iştirakçılarla və mütəxəsislərlə fikir mübadiləsi təlimin əsas metodlarından olacaqdır. Qeyri-formal təhsil metodlarının tətbiqi zamanı qrup işləri əsas götürüləcəkdir. İştirakçılar sərbəst şəkildə qarşılıqlı öyrənmə və təlim prosesinə cəlb olunacaqlar.
Təlim kursunun mündəricatı:
09-11 oktyabr 2015-ci il tarixlərini əhatə edən layihə çərçivəsində təşkil ediləcək təlim kursunun mövzuları aşağıdakılardan ibarətdir:

  • Azərbaycan Respublikasının Seçki Məcəlləsi: əsas anlayışlar və prinsiplər;

  • Seçkilərdə və referendumda iştirakın prinsipləri: ümumi, bərabər və birbaşa seçki hüququ;

  • Aktiv və passiv seçki hüququnun mənsubiyyəti;

  • Vətəndaşların səsvermədə iştirak etmədikləri hallar;

  • Seçki və referendum orqanları: seçki (referendum) komissiyaları sistemi (MSK, DSK, MnSK);

  • Seçici (referendumda iştirak etmək hüququ olan vətəndaşların) siyahıları;

  • Siyasi partiyaların və siyasi partiyalar bloklarının seçkilərdə (referendumda) iştirakının əsasları;

  • Seçkilər zamanı namizədlərin irəli sürülməsi və qeydiyyatı;

  • Seçkilərin (referendumun) keçirilməsi: səsvermənin təşkili (səsvermə otağı, seçki bülletenləri və səsvermə protokolları, seçki qutuları, səsvermə qaydası və səslərin hesablanması və s.);

  • Vətəndaşların seçki hüquqlarının pozulmasından şikayət və vətəndaşların seçki hüquqlarının pozulmasına görə məsuliyyət;

  • Milli Məclis deputatlarının seçkilərinə dair ümumi müddəalar;

  • Milli Məclisə seçkilər zamanı deputatlığa namizədlərin irəli sürülməsi və qeydə alınması;

  • Milli Məclisə seçkilərin keçirilməsi: səsvermə otağı, seçki bülletenləri, səsvermə qaydası.



İştirakçıların seçim meyarları:


  • Azərbaycan dilində sərbəst danışan 18-29 yaş arasında olan gənclər;

  • Ali və orta ixtisas müəssisələrinin tələbələri;

  • Gənclər təşkilatlarının nümayəndələri və könüllüləri;

  • İctimai sektorları (icmaları) təmsil edən gənclər;

  • Bələdiyyələrin üzvü olan gənclər;

  • Özəl qurumlarda çalışan gənclər;

  • Dövlət strukturlarında işləyən gənclər;

  • Beynəlxalq təşkilatlarda çalışan gənclər;

  • KİV-də işləyən gənclər;

  • Coğrafi və gender balans.


Ərizə forması, prosedur və iştirakçıların seçilməsi:
Bütün müraciətçilər müvafiq ərizə formasından istifadə edərək təlimdə iştirak etmək üçün müraciət edə bilərlər. Təşkilatçılar gender və coğrafi balansı nəzərə almaqla iştirakçıları onların yuxarıda qeyd edilən profillərinə və ərizə formasında əks olunan ərizəçinin motivasiyasına əsaslanaraq seçəcəklər. Təlim kursunda iştirak etmək hüququnu qazanan gənclərin siyahısı təşkilat komissiyası tərəfindən müəyyənləşdirildikdən sonra bütün ərizəçilərə 05 oktyabr 2015-ci il tarixinədək ümumi nəticələr barədə E-mail vasitəsilə müvafiq məlumatlar veriləcəkdir!

Zərurət yarandığı təqdirdə “Gözləmə siyahısı”na adları düşmüş gənclərlə 07 oktyabr 2015-ci il tarixinədək telefon vasitəsilə əlaqə saxlanılacaqdır.

Təlim kursunda iştirak etmək hüququnu qazanan gənclər təlimin gündəliyini 3 gün ərzində alacaqlar. Qeyd edək ki, adları iştirakçı siyahısına düşən gənclər təlim kursunda tam müddətdə iştirak etmək üçün hər cür səy göstərməlidirlər. Bundan ötrü təşkilati dəstəyə ehtiyac yaranarsa ictimai birlik zəruri köməkliyi göstərə bilər (məsələn, dəstək məktubu).

Üzürlü səbəbə görə təlimdə iştirak edə bilməyən gənclər isə təlimin başlanmasından ən azı 2 gün əvvəl MAGİYA ictimai birliyinə bu barədə mütləq məlumat verməlidirlər.


Təlimdə iştirak etmək ücün müraciətin son tarixi:
Təlimdə iştirak etmək istəyən gənclər MAGİYA ictimai birliyinin www.epsaya.az adlı internet səhifəsinin “Elan” bölümündə yerləşdirilən müvafiq ərizə formasını doldurub 30 sentyabr 2015-ci il, Saat 24.00-adək aşağıdakı elektron ünvana təqdim etməlidirlər:

magiyango@gmail.com
Təlim kursunun yemək və qalmaq xərcləri:

3 günlük təlim kursu zamanı bütün iştirakçıların çay-kofe və yemək xərcləri layihə çərçivəsində MAGİYA ictimai birliyi tərəfindən təmin olunacaqdır. Lənkərana olan səfər xərcləri (yol pulu) istisna olmaqla, bütün iştirakçıların oteldə qalmaq xərcləri (3 gecə) ictimai birlik tərəfindən ödəniləcəkdir. İştirakçıların hamısının oteldə qalmaları və bütün təlim sessiyalarında tam iştirak etmələri zəruridir!!!


Təlim kursunun keçirilmə tarixi və yeri:
Təlim kursu 09-11 oktyabr 2015-ci il tarixlərini (Cümə, Şənbə və Bazar günləri) əhatə edəcək və Lənkəran şəhərində yerləşən AB Qala otelində (www.abqala.az) keçiriləcəkdir.
Əlaqə vasitələri:

MAGİYA ictimai birliyinin layihə koordinatoru

İlkin Muradov, (0 50) 381 62 43, www.epsaya.az

Lənkəran şəhəri, Heydər Əliyev prospekti 3, AZ 42 00



Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə